Düşüncə Jurnalı

header photo

Hər kəsin oxumalı olduğu 10 kitab

14-08-2016

Frans Kafka deyir ki, oxuduğumuz kitab bizi başımıza vurulan zərbə kimi sarsıtmırsa, onda onu niyə oxumalıyıq? 

Kafka haqlıdır, amma iş orasındadır ki, hər kitab oxucunu sarsıtmır, yenə elə Kafkanın dili ilə desək, oxucunun “içindəki donmuş dənizə balta kimi enmir”. Seçmək lazımdır. Hər oxucunun da özünün seçdiyi, onu sarsıdan və “bu əsəri gərək hamı oxusun” dediyi kitablar olur. 

Biz də bu günün Dünya Kitab Günü olmağından istifadə edib, redaktorlar arasında sorğu keçirdik. Soruşduq ki, sizcə hamının oxumalı olduğu 10 kitab hansıdır? 

APA holdinqin rəhbəri Vüsalə Mahirqızı məsləhət bildiyi 10 kitabı belə sıraladı:

1. Ernest Hemenquey- "Qoca və dəniz" 
2. Cek London- "Həyat eşqi"
3. Teodor Drayzer- "Dahi" 
4. Umberto Eko- "Gülün adı" 
5. Murad Adji - "Qıpçaq çölünün yovşanı"
6. Elif Şafak -"Aşk"
7. Avesta
8. Ceyms Oldirç- " Diplomat"
9. “Kitabi-Dədə Qorqud” dastanı
10. Qurban Səid -“Əli və Nino”

Xanım redaktor əlavə etdi ki, dini ədəbiyyatı da oxumaq lazımdır: “Məncə, "İncil", "Tövrat", "Qurani Kərim"i din və fəlsəfə haqqında fikir yürütmək istəyənlər mütləq oxumalıdılar”. 

“Hafta.az” saytının redaktoru Səbinə Əvəzqızı deyir ki, oxuyarkən ən çox stress keçirdiyi kitab Corc Oruellin “1984” romanıdır. Onun məsləhət gördüyü onluq isə belədir:

1. Qabriel Qarsia Markes – “Yüz ilin tənhalığı”
2. Lev Tolstoy -“Anna Karenina”
3. Corc Oruell -"1984" 
4. İohan Volfqanq Höte- "Gənc Verterin iztirabları"
5. Ceyms Coys – “Ulysess”
6. Viktor Hüqo -“Səfillər”
7. Lev Tolstoy- “Baldan sonra” 
8. F.M. Dostoyevski -“İdiot”
9. Nizami Gəncəvi -“Xəmsə” 
10. Füzuli- “Leyli və Məcnun”

“Qafqazinfo.az” saytının redaktoru Günel Əbilova daha çox dostlarının məsləhət gördüyü kitabları oxuduğunu deyir: “Oxuduğum, təsirləndiyim kitablar çoxdur. Mənim üçün o kitab dəyərlidir ki, sonuncu səhifəsinə çatanda məyus olursan və ondan ayrıldığına təəssüflənirsən. Ən əsası isə kitabı bağlayanda, “nəsə qazandım” deyirsənsə, deməli, alındı hər şey”.

1. Qavriil Nikolaeviç Troepolskiy -“Qaraqulaq, ağ Bim” 
2. Elif Şafak – “İskender”
3. Xalid Hüseyni – “Çərpələng uçuran” 
4. Xalid Hüseyni – “Min möhtəşəm günəş”
5. Etel Lilian Voyniç – “Ovod”
6. Bernhard Şlink – “Qiraətçi”
7. Viktor Hüqo – “Səfillər”
8. Paulo Koelyo – “On bir dəqiqə”
9. Nikolas Sparks – “Sevgili Con”
10. Orxan Kamal - “Yad qızı”


“Publika.az” saytının redaktoru Kənan Hacının da özünəməxsus 10-luğu var:

1. Homer - "İlliada” və “Odisseya" 
2. “Kitabi - Dədə Qorqud” dastanı 
3. Bokkaçio - "Dekameron" 
4. Migel de Servantes – “Don Kixot”
5. Conatan Svift - "Qulliverin səyahəti"
6. Viktor Hüqo -"Səfillər"
7. F.M. Dostoyevski - "Cinayət və cəza"
8. Lev Tolstoy - "Dirilmə"
9. Mirzə Cəlil – “Danabaş kəndinin əhvalatları”
10. Milan Kundera - "Varlığın dözülməz yüngüllüyü"

“Virtualaz.org” saytının redaktoru Famil Cəfərli bu fikirdədir ki, 

1. Quran
2. Karl Marks- "Kapital"
3. "Qabusnamə" 
4. Çingiz Aytmatov -"Qiyamət" 
5. Qabriel Qarsia Markes"-100 ilin tənhalığı"
6. Tarle. "İnqilablar tarixi"
7. "Dinlər tarixi" 
8. "Ümumdünya tarixi"
("Dinlər tarixi" və "Ümumdünya tarixi" adlı irihəcmli kitablar hər ikisi ruscadır və yazarlar kollektivinin qələminə məxsusdur. Məndən ötrü çox qiymətlidir – F.M.)
9. Heminquey- "Qoca və dəniz" 
10. Məhəmmədhüseyn Şəhriyar- "Heydərbabaya salam"

“Gündəlik Teleqraf”qəzetinin redaktoru Dilqəm Əhmədin 10-luğunda birinci yeri “İncil” tutur: 

1. İncil
2. Quran
3. Bhaqavat-Qita
4. Platon- "Dövlət"
5. Aristotel- "Politika"
6. Makiavelli- "Hökmdar"
7. Atatürk-"Nutuk"
8. Heredot- "Tarix"
9. Ömər Xəyyam-"Rübailər"
10. Mirzə Fətəli Axundov- "Kəmalüddövlə məktubları"

“Modern.az” saytının redaktoru, tərcüməçi Əziz Rzazadə deyir ki, mütaliəni uşaq vaxtı başlamaq lazımdır. Ona görə də, redaktorun siyahısı “Azərbaycan nağılları” ilə başlayır:

1. "Azərbaycan nağılları" 
2. Robert Luis Stevenson- “Dəfinələr adası”
3. Mayn Rid- “Başsız atlı”
4. Jül Vern- "Klodius Bombarnak" 
5. Onore de Balzak- "Şaqren dərisi"
6. Qoqol -“Viy”
7. Patrik Züskind- “Ətriyyatçı” 
8. Qulamrza Saedi- “Bəyal əzadarları”
9. Xuan Rulfo-“Pedro Paramo” 
10. “Kitabi Dədə Qorqud” dastanı 

Ə.Rzazadə siyahısını bu fikirlə sonladırır: “Lap axırda da kitab rəfimi boşaldıb orada bircə nüsxə saxlayardım – Quran”.

“Qafqazinfo.az” saytının baş direktoru Elbrus Ərudun onluğunda isə birinci yeri əfqan əsilli yazıçı Xalid Hüseyninin “Çərpələng uçuran” romanı tutur:

1. Xalid Hüseyni- “Çərpələng uçuran”
2. F.M.Dostoyevski- “Cinayət və cəza”
3. Ana və oğul Vaxtinlər-“Muhammed” 
4. Teodor Drayzer-“Dahi”
5. Əkrəm Əylislinin əsərləri
6. Nodar Dumbadzenin əsərləri 
7. Cek London- “Martin İden”
8. Quran-i Kərim
9. Ramiz Rövşənin şeirləri
10. Nizami Gəncəvinin əsərləri 

“Müstəqil İnformasiya Agentliyinin” rəhbəri Zaur Əhməd hesab edir ki, oxunması vacib olan kitablar çoxdur, amma bu, zövq məsələsidir:

1. Quran-i Kərim 
2. İncil
3. Tövrat
4. Əkrəm Əylisli- “Gilənar çiçəyinə dediklərim”
5. Qustav le Bon- “Kütlə psixologiyası”
6. Çingiz Aytmatov- “Əsrə bərabər gün”
7. F.M.Dostoyevski- “Cinayət və cəza”
8. Viktor Hüqo- “Səfillər”
9. Qoqolun seçilmiş əsərləri 
10. Lermontovun seçilmiş əsərləri 

Redaktor vurğulayır ki, siyahını uzatmaq olsa klassik Azərbaycan poeziyası nümunələrini əlavə edə bilər. 

“AzVision.az” saytının baş redaktoru Vüsal Məmmədovun hamıya oxumağı məsləhət gördüyü 10 kitab budur:

1. Viktor Hüqo “Səfillər”
2. F.M.Dostoyevski- “Cinayət və cəza”
3. Mixail Bulqakov- “Master və Marqarita” 
4. Ziqmund Freyd- “Psixoanalizə giriş”
5. Ernest Heminquey- “Qoca və dəniz”
6. Antuan de Sent-Ekzüperi- “Balaca şahzadə”
7. Frans Kafka- “Çevrilmə” 
8. Nassim Nikolas Taleb-“Qara sona”
9. Uilyam Arnts-“Biz, ümumiyyətlə, nə bilirik?”
10. Riçard Dokinz- “Allah illüziyası”

“Simsar.az” saytının redaktoru Elmar Hüseynov vurğulayır ki, belə kitabların siyahısını uzatmaq, 20-30 kitabın adını qeyd etmək olar. Hələlik isə onun 10-luğu belədir: 

1. V.Hüqo- “Səfillər” 
2. Onore de Balzak- "Qorio ata"
3. E. Voyniç- "Ovod"
4. Q.Markes- "Yüz ilin tənhalığı"
5. T.Drayzer- "Dahi"
6. C.London- "Martin İden"
7. F.Beqbeder- “Məhəbbət üç il yaşayır”
8. X.Hüseyn -"Çərpələng uçuran"
9. Dostoyevski- "Cinayət və Cəza"
10. Qoqol -"Ölü canlar"

Beləliklə, nəticələri ümumiləşdirəndə, redaktorların rəyinə əsasən, oxunmalı olan 10 kitabın siyahısı budur:

1. Viktor Hüqo- “Səfillər”
2. F.M.Dostoyevski- “Cinayət və cəza”
3. Quran-i Kərim
4. Qabriel Qarsia Markes-“Yüz ilin tənhalığı”
5. Xalid Hüseyn- “Çərpələng uçuran”
6. Kitabi Dədə-Qorqud dastanı
7. Teodor Drayzer- “Dahi”
8. Cek London -“Martin İden”
9. Etel Lilian Voyniç- “Ovod”
10. İncil 

Fatimə Kərimli

azvision.az

Go Back

Sorğu göndər