Düşüncə Jurnalı

header photo

Yunqun arxetipləri

25-02-2015

Arxetip - fransız dilində köhnə tip, ilkin nümunə mənalarını verir. Karl Qustav Yunqa görə arxetiplər kollektiv şüursuzluğun nəticəsidir və davranışlarımızın səbəbidir. Yunqa görə, hər bir arxetip uyğun obyekt yaxud situаsiya ilə münasibətdə hissləri və fikirləri əks etdirir. Yunq sonralar bildirirdi ki, arxetip ideya və obrazlara tez-tez yuxugörmədə, həmçinin mədəniyyətlərdə simvol, əlyazısı, ədəbiyyat və dində rast gəlmək olar. Kollektiv şüursuzluqda arxetiplərin miqdarı hüdudsuz ola bilər. Lakin, Yunqun nəzəri sistemdə əsas diqqət persona, anima və animusa, kölgə və özəlliklərə ayrılır.Arxetiplər – insanları hadisələri müəyyən bir tərzdə qəbul etməyə, duymağa və onlara reaksiya verməyə yönəldən anadangəlmə ideya, yaxud xatirələrdir. Həqiqətən bu özü-özlüyündəki xatirə yaxud obraz deyil, daha dəqiq desək bu – yönəldici amillərdir ki, onların təsiri altında insan hansısa bir obyektə yaxud hadisəyə cavab olaraq öz davranışında universal dərketmə modelini reallaşdırır. Burada anadangəlmə olan – konkret vəziyyətdə məhz emosional, koqnitiv və davranış olaraq reaksiya vermək meylidir. Arxetip öz-özlüyündə təsvir oluna bilməz, o – şüurda özünün nəticəsi olaraq, arxetipik obraz və ideya şəklində aşkarlanır.Yunq hesab edirdi ki, hər bir arxetip müəyyən növ hiss və fikrin müvafiq obyekt, yaxud vəziyyətlə əlaqədar ifadə olunma meyli ilə bağlıdır. O cümlədən qeyd edirdi ki, ayrı-ayrı mədəniyyətlər üçün xas olan rəmzlər arasında çox vaxt inanılmayacaq bənzərlik olur, çünki onlar bütün bəşəriyyət üçün ümumi olan arxetiplərə köklənmişdir. “Mən”nin dərin bütövlüyünü, müxtəlif mifoloji ənənələrdə kişi və qadın başlanğıclarının bir şəxsdə mövcudluğunu, yaxud cinsə görə və mənəvi istiqamətlərə görə ziddiyətli olan başlanğıcların mənşə birliyi kimi qəbul edilən genişliyini, öz lazımlığını əsas götürən Yunq insan düşüncəsinin dərinliklərində onların mövcudluğunu aşkar etdi. Yunq kişilərdə Animanı, qadınlarda isə Animusu müəyyənləşdirdi. Yunqun fikrincə, kişinin təhtəl şüurunda zahiri həyatda sıxışdırılıb çıxarılmış, onu tamamlayan qadın elementi, qadının təhtəl-şüurunda isə kişi elementi vardır. Özünün qeyri-şüuri tamamlayıcısını kişi qadın obrazı vasitəsi ilə qadın isə - kişi obrazı vasitəsilə qəbul edir. Yunq yazırdı: “Kişinin şüurunda kollektiv qadın obrazı mövcuddur ki, onun köməyi ilə kişi qadın təbiətini dərk edir”, “hər bir ana və hər bir sevgili insanın ən dərin reallığına müvafiq gələn bu əbədi və yaşı olmayan obrazın təcəssümünə çevrilir”. Bu obrazlar insanın şüuri və qeyri-şüuri təbiəti arasında bənd rolunda çıxış edir. Yunq burada müəyyən dərəcədə müəllimi Freydin ardınça gedir: insan üçün daha əlçatan olan qəlbin qeyri-şüuri ideyaları çox vaxt əks cinsin obrazı ilə bağlı olur.

 

Anima və animus arxetipi

Anima və Animus iki bir biri ilə bağlı arxetipdir. Faktiki olaraq fərd tərəfindən dərk olunmurlar. Anima - latın dilində "qəlb", animus isə "ruh" deməkdir. Anima kişidə qadın başlanğıcı, animus isə qadında kişi başlanğıcı obrazında çıxış edən şüursuz təsəvvürlərdir. Məhəbbət və nifrət hissləri bu əsasda yaranır. Düşünmək, hiss etmək, həyatı və dünyanı, allahı və insanı dərk etmək anima və animusun fəaliyyət üsuludur. Təbiət etibarilə anima erotik və emosional, animus isə düşünən və tənqididir. Real həyatda anima və animus kişi ilə qadın arasındakı münasibətlərin formalaşmasına yardım edir. Anima kişidə qadınlığın, animus qadında kişiliyin təzahürüdür, çünki junga görə elə bir kişi yoxdur ki onda qadından nəsə olmasın, eyni zamanda da əksinə. Tamamilə animusun təsirinə düşən qadın qadınlığını itirmək təhlükəsindədir və animanın göstərişlərinə sözsüz əməl edən kişi "qadınlaşa" bilər. Animanın inkişafının 4 mərhələsi mövcuddur: bioloji qadın- həvva, romantik və estetik səviyyəli seksual və erotik qadın - troyalı yelena, dini pərəstiş obyekti olan ruhi ana- məryəm və müdrikliyi təcəssüm edən sofiya. Animus da öz növbəsində 4 mərhələdən keçir: yüksək enerji və fiziki qüvvəyə sahib kişi - herkules, dərrakəli, məqsədyönıü, qadını öz işgüzarlığı ilə cəzb edən- yupiter, böyük həyat təcrübəsi olan, bilikli kişi - alim, professor və s. və dindar və yaradıcı kişi –hermes. Bir çoxları tərəfindən qəbul olunmuşdur ki, insan həqiqətdə heyvani bioseksualdır. Fizioloji səviyyədə biz görürük ki, həm qadında, həm də kişidə kişi və qadın hormonları ayrılır. Psixoloji səviyyədə baxdıqda isə hər iki cinsdə həm maskulin, həm də feminin xarakteri mövcuddur. Homoseksuallıq – daha aydın görünən belə hadisələrdən biridir, hansı ki, insan bioseksuallığı haqqında təssəvürlərə başlanğıc verdi. Kişi şəxsiyyətinin feminin və qadın şəxsiyyətin maskulin tərəfinə Yunq arxetiplər şəklində baxır. Kişidə feminin arxetipi anima, qadında maskulin arxetipi isə animus adlanır. Bu arxetiplər xromosomlar və cinsi maddələrlə şərtlənsələr də kişilərin qadınlarla bağlı olaraq və qadınların kişilərlə bağlı olaraq keçirdikləri təəsüratlаrın nəticəsidir.

 

Kölgə arxetipi

İnsan həyatının qaranlıq tərəfi ilə eyniləşdirilir və buna görə də freydin orta cins -"o" ilə ifadə etdiyi anlayışa uyğun gəlir. bir tərəfdən fərdi, digər tərəfdən də kollektiv şüursuzluğa söykənir. Hər bir insanın öz kölgəsi var və onsuz keçinə bilməz. kölgə vasitəsilə insan keçmişini, bəsit istəklərini və təcavüzkar meyllərini qoruyub saxlayır. Kölgə bir qayda olaraq sıxışdırılır, insan özünün şüursuz mənfi xarakterini görməkdən vaz keçir və onu görmür. Bununla belə kölgə tərəf inkişaf etməyə davam edir. Günlərin bir günü bu sıxışdırılmış olanlar ortaya çıxıb insanın "işıqlı" tərəfinin rəhbər tutduğu mənəvi-əxlaqi dəyərləri darmadağın etməsi an məsələsidir. Yəni kölgə arxetipi insanın özünə etiraf etmədiyi, lakin ona xas olan, xarakterinin xoşagəlməz tərəfləridir. Kölgə fasiləsiz olaraq insan psixikasını zəbt edib ona hakim kəsilməyə can atır. bunlar əxlaqi nəzəratə müqavimət göstərirlər. Bütövlükdə "mən"ə meydan oxuyan əxlaqi problemdir və insanı ömrü boyu müşayiət edir.

 

Mən arxetipi

Yungun kollektiv şüursuzluq üzərindəki çalışmalarının ən vacib məhsuludur. "mən"the self özünü təstiqləməyə meyllidir. "mən" sistemdəki ən vacib arxetipdir. şüuraltının bütün yönlərini tarazlayır, hər zaman bütünləşməyə çalışır. "mən" kainatı birləşdirməyə yönəlmişdir və onun bir parçasıdır. "mən" fərdiləşmənin, eyni zamanda şəxsiyyətin müxtəlif aspektlərinin inteqrasiyası nəticəsində yaranır. Bu arxetip ətrafında digər elementləri birləşdirən şəxsiyyətin özəyini təşkil edir. Ruhun hərtərəfli inteqrasiyasına nail olunduqda insan birlik, tamlıq və harmoniya hiss edir.

 

odin.az

Go Back

Sorğu göndər