Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Gözəllik"

Şaxtalı havada dəriyə necə qulluq etməli?

19-12-2016

— Mütəxəssislər şaxtalı havalarda üzün və əlin dərisini tərkibində spirt olan vasitələrlə silməyi məsləhət bilmirlər. Onlar müxtəlif losyonları qış aylarında süd və ya qliserin tərkibli üz təmizləyicilərlə əvəz etməyi məsləhət bilirlər.
— Şaxtalı havalarda vanna və buxar qəbul eləmək də məsləhət görülmür. Çünki qaynaq su vannasından sonra qış aylarında dəri məsamləriniz daha da dərinləşəcək. Üzünüzü isti su ilə yuyub krem çəkə bilərsiniz, amma bunu etdikdən sonra ən azı 2 saat evdən bayıra çıxmaq olmaz. 
— Qış aylarında orqanizmin vitaminə olan tələbatı artır. Bu təlabat özünü dərinin quruluğunda da hiss etdirir. Mütəxəssislər dərinin vitamin azlığından əziyyət çəkməsinin qarşısını almaq üçün bol meyvə-tərəvəz yeməyi məsləhət görür. Qoz, dəniz məhsulları və yağsız ət dəriyə gözəl təsir edir. 
— Qış aylarında insanların suya olan tələbatı azaldığına görə az su qəbul edilir. Bu da dəridə quruluğun artmasına səbəb olur. Həkimlər orqanizmin suya təlabatının az olduğu aylarda belə su içməyi məsləhət bilir. Çünki su içmək tər vəziləri daxil olmaqla əksər orqanların fəaliyyətini aktivləşdirərək orqanizmə müsbət təsir edir. 
— Kosmetoloqlar şaxtalı və küləkli havalarda evdən çıxarkən dəriyə yumuşaldıcı kremlərdən sürtməyi məsləhət bilirlər. Bu dərini küləyin zədələrindən qorunmasına yardım edir.

kayzen.az

Go Back

Retro makiyaj

13-12-2016

Retro stilində nəfis makiyaj istənilən xarici görünüşə uyğun gəlir. Müasir keyfiyyətli kosmetikanın köməyi ilə siz asanlıqla 50-ci illərin seksual obrazını və ya 20-ci illərin dəbli tendensiyalarını təcəssüm etdirəcəksiniz. Bu zaman siz köhnə jurnalları və şəkilləri araşdıraraq bir sıra maraqlı ideyalar ilə rastlaşacaqsınız. 
Retro stilində makiyajın sirləri: göz oxları və parlaq dodaq boyası. 50-ci illərin stilində effektli makiyaj etməyə cəhd edin. Merilin Monro kimi hollivud ulduzunun obrazı ilə ilhamlana bilərsiniz: düz oxlar, sıx kirpiklər, zərif üz rəngi və parlaq qırmızı dodaq boyası. Belə makiyaj romantik don və iri buruqlarla yığılmış saç düzümünə mükəmməl uyğunlaşacaq. 
İdeyanı təcəssüm etmək üçün sizə lazım olacaq:
makiyajaltı əsas;
tonal krem; 
süngər; 
ənlik; 
kirşan; 
nəmləndirici dodaq boyası;
dodaqlar üçün qələm;
pambıq çubuqları; 
açıq göz kölgələri;
layner; 
kirpiklər üçün həcm verən tuş;
saç burmaq üçün nəzərdə tutulmuş fen. 
Yaxşı nəmləndirilmiş dəriyə makiyajaltı əsas çəkin. Əsasa tam hopmağa imkan verin və üzərinə tonal vasitə çəkin. Bu zaman çalışın tonal kremi yumşaq lateks süngərin köməyi ilə bərabər yayasınız. Makiyajı yarımşəffaf kövrək kirşanla bərkidin. 
Bu makiyaj zamanı bronzatorlardan və tünd kirşanlardan istifadə etməyin, çünki dəriniz açıq çalarlarda olmalıdır. 
Yanağınızın qabarıq hissəsinə bir az açıq-çəhrayı rəngdə ənlik çəkin, rəng bir az solğun və təbii alınmalıdır. Üst göz qapağınıza çox açıq tonda olan göz kölgəsi çəkin. Üz dərinizdən asılı olaraq qaymaq, şampan və ya çəhrayı rəngdə olan göz kölgələrinə də diqqət edin. Sonra gözlərinizə geniş ox formasında qara layner çəkin. Oxun ucunu gözün konturundan uzaqlaşdırın və bir azca qaldırın. Gözlərinizi makiyaj edərkən onun simmetrik olmasına diqqət edin, əks halda pambıq çubuqlar ilə düzəliş edə bilərsiniz. 
Dodaqlarınızın konturunu kontur qələmi ilə dairələyin, sonra atlas teksturalı qatı dodaq boyası çəkin. 50-ci illərin stilində romantik makiyaj al-qırmızı və başqa rənglərin isti qırmızı çalarlarını nəzərdə tutur. Daha sonra kirpiklərinizə qara tuş çəkməyi unutmayın. Bu zaman yaxşı olar ki tuşu iki qat çəkəsiniz. Tuş çəkməzdən əvvəl kirpiyinizi xüsusi vasitələr ilə bura bilərsiniz.

kayzen.az

Go Back

Saçların elektriklənməsi. SƏBƏBLƏR VƏ HƏLLİ

18-09-2016

Saçların elektriklənməsi ilə bir çox insanlar üzləşir. Xüsusilə bu soyuq fəsillərdə tez-tez baş verir.

Bunun səbəbi istilənmə sistemlərinin təsirindən saçların həddindən artıq quruması, sintetik papaqların taxılması, saçlara düzgün olmayan qulluq ola bilər.

Saçların elektriklənməsi ilə mübarizə aparmaq üçün bizim məsləhətlərimizdən faydalana bilərsiniz:

- Evdə istilənmə sistemi işləyirsə, evin havasını daim nəmləndirin. Bu saçların və dərinin qurumasına mane olacaq.

- Plastik və metal daraqlardan istifadə etməyin, taxta və ya keramik örtüyü olan daraqdan istifadə edin.

- Saçlarınızı yuduqdan sonra mineral su, sirkə (1/2 l suya 2 xörək qaşığı sirkə) və ya limon şirəsi (1/2 l su + 1 limonun şirəsi) əlavə olunmuş su ilə yaxalayın.

- Fendən daha az istifadə edin. Çox isti hava saçları həddindən artıq qurudur ki, nəticədə bu saçların elektrikləməsinə səbəb olur.

- Bir çox müasir fenlərdə ionlaşma funksiyası var. Bu funksiyanın köməyi ilə saçlar itaətli olur, eliktriklənmə xeyli azalır.

- Gün ərzində saçlarınıza mineral su çiləyin. Bunun üçün kiçik pulverizator istifadə edə bilərsiniz.

- Saçınız çox qurudursa, onlara zeytun, gənəgərçək, ayıpəncəsi yağı ilə maskalar edin. Təxminən 3 xörək qaşığı yağ su hamamında qızdırılır və ilıq halda saçlara çəkilir. Saçınızı plyonka, sonra isə dəsmalla bürüyün və 30 dəqiqədən sonra yaxşı yuyun.

- Soyuq fəsillərdə insanlar daha az su içir. Bu isə saçların və dərinin vəziyyətinə mənfi təsir edir. Gün ərzində 1,5 l-dən az olmayaraq təmiz su için.

- Təbii parçalardan (yun, pambıq) olan paltarlara (xüsusilə papaqlara) üstünlük verin.

 

 

Go Back

Saçların elektriklənməsi. SƏBƏBLƏR VƏ HƏLLİ

18-09-2016

Saçların elektriklənməsi ilə bir çox insanlar üzləşir. Xüsusilə bu soyuq fəsillərdə tez-tez baş verir.

Bunun səbəbi istilənmə sistemlərinin təsirindən saçların həddindən artıq quruması, sintetik papaqların taxılması, saçlara düzgün olmayan qulluq ola bilər.

Saçların elektriklənməsi ilə mübarizə aparmaq üçün bizim məsləhətlərimizdən faydalana bilərsiniz:

- Evdə istilənmə sistemi işləyirsə, evin havasını daim nəmləndirin. Bu saçların və dərinin qurumasına mane olacaq.

- Plastik və metal daraqlardan istifadə etməyin, taxta və ya keramik örtüyü olan daraqdan istifadə edin.

- Saçlarınızı yuduqdan sonra mineral su, sirkə (1/2 l suya 2 xörək qaşığı sirkə) və ya limon şirəsi (1/2 l su + 1 limonun şirəsi) əlavə olunmuş su ilə yaxalayın.

- Fendən daha az istifadə edin. Çox isti hava saçları həddindən artıq qurudur ki, nəticədə bu saçların elektrikləməsinə səbəb olur.

- Bir çox müasir fenlərdə ionlaşma funksiyası var. Bu funksiyanın köməyi ilə saçlar itaətli olur, eliktriklənmə xeyli azalır.

- Gün ərzində saçlarınıza mineral su çiləyin. Bunun üçün kiçik pulverizator istifadə edə bilərsiniz.

- Saçınız çox qurudursa, onlara zeytun, gənəgərçək, ayıpəncəsi yağı ilə maskalar edin. Təxminən 3 xörək qaşığı yağ su hamamında qızdırılır və ilıq halda saçlara çəkilir. Saçınızı plyonka, sonra isə dəsmalla bürüyün və 30 dəqiqədən sonra yaxşı yuyun.

- Soyuq fəsillərdə insanlar daha az su içir. Bu isə saçların və dərinin vəziyyətinə mənfi təsir edir. Gün ərzində 1,5 l-dən az olmayaraq təmiz su için.

- Təbii parçalardan (yun, pambıq) olan paltarlara (xüsusilə papaqlara) üstünlük verin.

 

 

Go Back

Təbii saç boyaları

03-07-2015

Gözəllik salonuna getməkdən bezmisinizsə, əl qabiliyyətinizi işə salınmalı olacaqsınız. Çünki saçınızı özünüz boyayacaqsınız.

1. Rəngi müəyyən edin – Əgər heç vaxt qalıcı boya çəkməmisinizsə, keçici boya alın. Beləcə bəyənməsəniz, rəngi dəyişmək asan olacaq. Dəri tonunuza uyğun və təbii saç rənginizdən 2 ya da 3 ton tünd rəng seçin. Ağ və boz saç tellərini nəzərə alsanız, bir neçə ton tünd ton saçlara yaxşı tündlük bəxş edəcək. Əks halda bu hissələrdə maraqlı narıncılıq müşahidə oluna bilər. Özünüzü hazır hiss etdiyini anda addım-addım saçları rəngləməyə başlaya bilərsiniz.

2. Saçların keyfiyyətini nəzərə alın – Saçları boyamazdan əvvəl hansı halda olduqlarını nəzərdən keçirin. Saçlar nə qədər sağlam olsa, aldığınız nəticə bir o qədər yaxşı olacaq. Buna görə də boyamazdan əvvəlki həftə saçlara yaxşı qulluq edin. İçində saçları gücləndirən B vitamini, pantenol, E vitamini, avokado və ya kakos yağı kimi nəmləndirici maddələr olan məhsulları nəzərdən keçirin. Saçınız çox korlanıb və qurudursa, o halda saçları boyamaqdan bir müddət vaz keçməkdə fayda var. Korlanmış saçları kəsdirib, bir müddət yaxşı qulluq etdikdən sonra boyamaq olar. Saçları boyadıqdan sonra ayda 2 dəfə maska tətbiq edin. 

3. Düzgün rəng seçimi – Uğurun əsas sirri düzgün rəng seçimində gizlənib. Parlaq gün işığında təbii saç rənginizə yaxşı baxın. Daha sonra gözlərinizə və dəri rənginizə uyğun olan rəng seçin. Məsələn, dəriniz sarıtəhər və ya buğda tonlarındadırsa, o halda qırmızı, şabalıdı, qəhvəyi tonlara üstünlük verə bilərsiniz. Dəriniz ağdırsa, o halda kül tonlarını sınaqdan keçirin.

4. Üsul müəyyən edin – Peşəkar ustalar yarı qalıcı və ya yuyulduqdan sonra başlamağı tövsiyə edir. Bunlar yüngül məhsullar olduğu üçün 28 dəfə yuyulduqdan sonra çıxarlar. Qalıcı boya istəyirsinizsə, damcı şəklində olmayan məhsulları seçə bilərsiniz. Qurumuş saç uclarını boyamazdan əvvəl içində maska paketi olanlara üstünlük verə bilərsiniz. Boyamağa başlamazdan əvvəl qutunun üzərində yazılan təlimatları mütləq oxuyun. Beləcə boyanı daha rahat çəkərsiniz, həm də allergiya ehtimalını da öyrənmiş olarsınız.

5. Rəngi qorumaq üçün – Saçı boyayıb forma verdikdən sonra əldə etdiyimiz rəngi qorumaq lazım gəlir. Bəs saç rəngini necə qorumalı? Saç rəngini uzun müddət qorumaq üçün günəş və xlorlu sudan uzaq olmalısınız. Saç feni və düzləşdirici kimi cihazlardan çox istifadə etməyin. Bunlar həm saç rənginin tez getməsinə, həm də korlanmasına səbəb olur. Saçların parlaqlığı və nəmini qorumaq üçün xüsusi ilə rəngli saçlar üçün istehsal edilən şampunlar istifadə edin. Bunlara diqqət edin:

Başlamazdan əvvəl mütləq üzərində yazını və istifadə qaydasını oxuyun.
İstifadə qaydasını düzgün hazırladığınızdan əmin olun.
Köhnə köynək geyinin, ya da köhnə dəsmal istifadə edin.
Saçınıza ətrafındakı dərinin ləkələnməməsi üçü bir az vazelin çəkin, ancaq saça dəyməməsinə diqqət edin.
Boyanı mütləq əlcəklə çəkin.
Saçları ayıranda ağzı geniş olan daraq istifadə edin.
Dəriyə bulaşan boyanı yaş salfet, şampunlu və ya təmizləyici pambıqla silin.
Rəngi nə qədər sonra yumalı olduğunuz dəqiq bilmək üçün saatı qurun.
Saçınız açıq qəhvəyi rəngindən daha tündürsə, rəngini açan və ya saraldan maddələr istifadə etməyin. Əks halda, saç rənginiz narıncı ola bilər.
Cərayan olan yerdə və ya odun yanında oturmayın. Çünki bu da saç rənginin qalıcı olmasına kömək edir.
Gözləmə şəraitində telefonla danışmayın. Əks halda zamanın necə keçdiyini yadınızdan çıxa bilərsiniz.

Saç boyalarının xüsusiyyətləri:
Təbii boyalar (bitki mənşəlli) saç telinin içinə nüfuz etməz və ağ saçı tamamilə rəngləmir və saça parlaqlıq və həcmlilik qazandırır. Dolayısı ilə, saça qulluq da göstərir. Əgər saçları boyamaq deyil, təkcə gücləndirmək istəyirsinizsə, neytral xına istifadə edə bilərsiniz.

Təbii boyaların özəlliyi: sintez ilə əldə edilmiş boyalarla nisbətdə daha çox kiçik molekullardır. Bu özəllik onların saç telini əmələ gətirən qabığa nüfuz etmələrini təmin edir. Beləcə saç boyaları kimi saç rəngi ilə bütünləşir.

Adi boyalar şampunla yuyulduqdan sonra rəngini itirir. Təbii saç boyaları saçı korlamadan rənginin sabit qalması baxımından yaralıdır. Kimyəvi boyalarla müqayisədə daha çox gözləmək lazım olur. Məsələn, saçınızın narıncı rəng almasını istəmirsinizsə, saç boyasını daha az saxlaya bilərsiniz.

Təbii boya ilə boyanmış saça kimyəvi boya çəkildiyi halda qutunun üzərində yazılan vaxtdan daha uzun vaxta ehtiyacı var. Kimyəvi tərkibli boyanın qüvvətlənən saça nüfuz etməsi üçün daha çox vaxt tələb olunur. İstənilən nəticəni əldə etmək üçün bəzən bir neçə dəfə təcrübədən keçirmək lazım olur.

kayzen.az

Go Back

Qırışları artıran 10 səhv

29-06-2015

Qırışları aradan qaldırmaq üçün əlimizdən gələni edirik. Bəs onların yaranması üçün nə edirik? 

1. Günəşin təsiri: Qırışların tez düşməsinin əsas səbəbi ultrabənövşəyi şüalardır. Qaralmış dərini çox bəyənə bilərsiniz lakin dəri rəngi ilə birlikdə dərinin də dəyişdiyini və qocaldığı unutmayın. 

2. Solyari: Solyari də istfadə edilən işıq günəş işığının bir parçası olan ultraviyole A –dır. Üstəlik utraviyole A, dərinin daha dərin təbəqələrinə də təsir edir. Bu zaman dərinin qırışması prosesi sürətlənir. 

3. Kiçik xətlər: Üzdəki kiçik xətlər bir müddət sonra qırışlara çevrilir. Kiçik qırışlar daha çox göz çevrəsi, dodaq ətrafında yaranır. Bunun qarşısını almaq üçün üzdə bəzi məşqlər etmək lazımdır. Nəmləndirici kremlə hər gün masaj etməyi də unutmayın. 

4. Yuxu rejimi: Üzüstə yatmaq da qırışların yaranmasını sürətləndirir. Xüsusən də 30 yaşdan sonra üzüstü yatmaq qırışların çoxalmasına səbəb olur. Çünki dəri nəfəs ala bilmir və üzdə xətlər əmələ gəlir. Neçə müddət eyni pozisiyada qalan dəri qırışmağa başlayır.   

5. Siqaret: Siqaret təkcə sağlamlığı məhv etmir, həm də gözəlliyimizi əlimizdən alır. Siqaret çəkənlərin dərisi daha tez qırışır və solğunlaşır. 

6. Qidalanma rejimi: A, C, E selenium, dəmir, sink tərkibli antioksidantlar, dərini gücləndirir və qırışmağa qoymur. 

7. Səhv kosmetikalarKosmetika seçərkən dərini nəmləndirən, kollageni bərpa edən məhsullar olmasına fikir verin. Tərkibində kimyəvi maddələr az olan, mineral bazlar alın. 

8. Tez-tez arıqlayıb kökəlməyin. Xüsusən də 30 yaşdan sonra tez-tez arıqlayıb kökəlmək dərinin boşalmasına və sallanmasına gətirib çıxara bilər. 

9. Dəriyə mütəmadi olaraq qulluq edin: Pilinq, ya da anti-aqinq tərkibli məhsulları mütəmadi olaraq dəriyə tətbiq edin. Pilinq dərinin yaşlanmasını gecikdirməsi baxımdan çox önəmlidir. 

10. Stressdən uzaq durun! Stress keçirən də və hirsli olanda əzələlər dartılır. Dartılma ən çox boyunda, çiyinlərdə və üzdə meydana gəlir. Dəri daha çox dartılmaya məruz qaldıqca cizgilərin yaranmasına zəmin harızlayır. 

 
legend.az

Go Back

Çuğundurla gözəlliyinizə gözəllik qatın

28-06-2015

Sağlamlığa faydaları bilinən qırmızı çuğunduru rahatlıqla üz baxım maskası, dodaq boyası və sellülit yox edicisinə çevirə bilərsiniz. 

Çuğundur sadəcə qida dəyəri ilə diqqət çəkmir. Həm də gözəllik məhsullarının içində istifadə edilən bir antioksidandır.
Çuğundurun tərkibində olan firuzəyi betalainlər tam antioksidan yüklüdür və həyat verir.
 
Çuğundurun suyunu sıxın, 1 taxta qaşığı çuğundur suyunu turşumuş kremlə qarışdırın. Bu qarışımı üzünüzə vurub 20 dəqiqə sonra yuyun. 
 
Çuğundurları dilimləyib üzünüzə bununla dairəvi hərəkətlərlə masaj edin. 15 dəqiqə sonra üzünüzü sabunla yuyun. Bu yolla dəriniz işıltı və parlaqlıq qazanacaq. 
 
İstəsəniz, çuğundur suyunu sarıköklə qarışdırıb istifadə edin. Bu maska isə qara rəngli dəriləri ağartmaq üçün edilir. 
 
Evdə hazırlaya biləcəyiniz tonik üçün 1 ədəd nazik doğranmış qırmızı çuğundur, yarım doğranmış kələm, 1 stəkan suyu blendrdən keçirin. Üzərinə buz kubları da əlavə edin. Buz kubları qarışımın içindəki bütün suyu özünə çəkməlidir. Qırmızı çuğundur sizi gəncləşdirəcək, kələm də qırışları yox edəcək. 
 
Dodaq və yanaqlarınıza rəng qatmaq istəyirsinizsə, şüşə kasanın içinə yarım doğranmış çuğundur, 2 qaşıq tərəvəz qliserini, qaynamış su əlavə edib 20 dəqiqə qaynadın. Sonra qulaq çöpü ilə yanaq və dodaqlarınıza vurun.
  
Sellülit üçün 2 ortaboy çuğunduru incə-incə dilimləyin, 3 qaşıq bal, 1 çay qaşığı qara istiotla qarışdırın. Qarışımı problemli bölgəyə sürtüb streç sellofanla sarıyın, 30 dəqiqə saxlayın. Həftədə 1 dəfə edə bilərsiz. 
 
Qüsursuz dodaqlar üçün 2 ortaboy çuğundur alıb yuduqdan sonra üzərinə 1 stəkan su əlavə edib 2 dəqiqə qaynadın. Sonra içinə 1 qaşıq soyudulmuş hind qozu yağı, 1 çay qaşığı bal, 5 çay qaşığı şəkər tozu, 1 qaşıq qara şəkər tozu əlavə edin. Bunları şüşə  cam qaba qoyub soyudun. Dodaq çatlaqlarının qarşısını alır, dodaqları daha canlı göstərir, ölü dərini təmizləyir.

lent.az

Go Back

Cazibədar ayaqların sirri

22-06-2015

Cazibədar və baxımlı qadını təkcə əllərindən deyil, ayaqlarından da tanımaq olur. Baxımlı qadınların ayaqları gözəl, hamar, yumşaq, tərtəmiz olur. Bəs ayaqların hər zaman qüsursuz görünməsi üçün nələr etmək lazımdır?

Səliqəli saçlar, qaralmış dəri tamamilə mükəmməl görünmək üçün yetərli deyil. Baxımlı qadınlar ayaq, diz, dirsək və topuqlara da xüsusi qulluq göstərirlər. Diz və dirsəklər sürtünməyə ən çox məruz qalan bölgələrdir. Buna görə də tez bir zamanda sərtləşir, quruyur və sonda qaralır. Bu görüntünü 3 addımla yox etmək olar.

Ovun - Dirsək ya da ayaq topuqlarınızı ovcunuza aldığınız bir miqdar təmizləyici vasitə ilə təmizləyin. Həmin hissəni yumşaq süngər, ya da bez yardımı ilə dairəvi hərəkətlərlə yavaşca ovalayın. Beləcə o hissədə yığılan ölü heceyrələrdən təmizləmiş olacaq, daha parlaq və daha yumşaq bir görüntü əldə edəcəksiniz. 

Soyun - Yalınayaq gəzmək dabanların çatlamasına səbəb olur. Bunun qarşısını almaq üçün duş qəbul edən zaman dabandaşı ilə dabanınızı yaxşıca ovun. Diz və dirsəklərinizdə yaranan sərt təbəbəqəni yox etmək üçün badam yağının içinə bir çay qaşığı limon suyu əlavə edin. Əldə edilmiş məhlulu həmin hissəyə çəkib, bürüyüb, sonra 20 dəqiqə gözləyin. Həm rənginin açıldığını, həm də dərinin hamarlaşdığını müşahidə edəcəksiniz.

Nəmləndirin - Sürtünməyə ən çox məruz qalan topuq, diz və dirsəklərdə əmələ gələn çatları və sərtliyi yox etmək üçün nəmləndirici ən yaxşı üsuldur. Bunun üçün bal və badam yağı lazım olacaq. Hər dəfə duşdan çıxdıqdan sonra bu hissələrə sürtsəniz, yumşaq və hamar dəriyə sahib olarsınız.

atv.az

Go Back

Mükəmməl manikür qaydaları

18-06-2015

Gözəl dırnaqlara sahib olmaq hər qadının istəyidir. Ancaq bəzən vaxt azlığı, bəzən də maddi imkansızlıq üzündən istənilən zaman gözəllik salonuna gedə bilmirsiniz. Çarə qalır ev şəraitində dırnaqlarınızı manikür etməyə. Bəs bunu peşəkar şəkildə necə edək?

1. Manikürə başlamazdan öncə bütün lazımi ləvazimatları hazırlamalı və əllərinizi manikürə uyğun vəziyyətə gətirməlisiniz. Mükəmməl bir manikür üçün ilk öncə lazım olanlar — sterilizə edilmiş manikür alətləri, təmiz dəsmal, dırnaq əti üçün qayçı, yumuşaldıcı krem, ilıq su, manikür qabı və asetion. 

2. Dırnaqlarınızın yumşalması üçün əllərinizi ilıq suda 10-15 dəqiqə saxlayın. Daha sonra dırnaq qırağındakı ətləri təmizləmək üçün uyğun hala gətirin. 

3. Dırnaq qayçısıyla dırnaqlarınızı gözəl və səliqəli formaya salın. 

4. Diş çöpünün ucuna pambıq büküb dırnağın qırağındakı ətləri geri itələyin. 

5. Dırnaqlarınızı pilkanın köməyi ilə formaya salın. Sonra yaxşıca kremləyin. Dırnaq kənarları üçün nəzərdə tutulan yağlardan istifadə edə bilərsiniz. Krem artıqlarını dəsmalla silə bilərsiniz. 

6. Dırnaqlarınızı istədiyiniz dırnaq boyası ilə rəngləyin. 

8. Manikürü bitirdikdən sonra ləvazimatları spirtlə təmizləyib kənara qoyun.

kayzen.az

Go Back

Qocalmayan qadınların 7 qızıl qaydası

13-06-2015

Fikir vermisinizsə, bəzi qadınlar yaşlaşdıqca daha da gözəlləşirlər. İllər onların nə üzündə, nə də ki, bədənində iz qoyub. Bu, təbiətin gözəl cinsin bəzi nümayəndələrinə qarşı xüsusi məhəbbətdir. Bunun səbəbi onların sağlam həyat tərzinə əməl etməsidir. Yediklərinə fikir verməyən insanlar isə vaxtından əvvəl qocalır, yanlış qidalanma orqanizminə xeyli təsir göstərərək onu istismar edir.

Bu qaydalar sizə qocalma prosesini bir neçə il ləngitməyə kömək edəcək.

Qidalanma

Hər kəs nə yediyinə fikir verməlidir, zərərlərini nəzərə almalıdır. Həzm sistemi yaxşı işləyən insanlar sağlam orqanizmə və mükəmməl bədən quruluşuna malik olurlar. Sıyıq, su, bol meyvə və tərəvəz yeyin, rasionunuzda şirniyyat və yağlı xörəkləri azaldın.

Su

Dərinin təravətli və parlaq olması su ilə bağlıdır. Ona görə də, dərinin vəziyyəti sudan asılıdır. Həmçinin suyun miqdarı da vacibdir. Hər gün 1,5-2 litr su içmək lazımdır, yeri gəlmişkən, su təmiz olmalıdır. Suyun bu qədər vacib olması çox sadədir.  Su orqanizmə oksigen, tükənməz enerji bəxş edir, dərini hamar və təravətli edir.

Yuxu

Yaxşı yatmalısınız. Yalnız bu halda o, müalicəvi ola bilər. Doyunca yatmamaq gözəlliyin və təravətli dərinin başlıca düşmənidir. Yuxu yalnız fiziki deyil, həm də mənəvi cəhətdən dincəlməyə imkan verir.

Təmiz hava

Təmiz hava qəbul etməyin cürbəcür üsulları var. Mümkün qədər piyada gəzintiyə çıxın, otaqlarda nəfəsliyi tez-tez açın.

Vitaminlər və minerallar

Gənclik və gözəlliyi ancaq vitaminlərlə qoruyub saxlaya bilərsiniz. Vitamin və mineralları dərman preparatlarından deyil, təzə meyvə və tərəvəzlərdən əldə etməyə çalışın. Vitaminlərlə zəngin faydalı ərzaqlar bunlardır: portağal, ispanaq, qızılbalıq, qoz, pomidor, badam, alabalıq və yaşıl çay.

Ürək

Ruhi vəziyyətiniz də xarici görünüşün cəlbedici olmasına ciddi təsir göstərir. Əgər sizin qəlbiniz gəncdirsə, üzünüzdə daim işıq saçacaq. Sevdiyiniz işlə məşğul olun, hər gün sevinin, tez-tez zarafat edin, hətta xoşagəlməz hadisələrə belə müsbət tərəfdən baxmağa çalışın və özünüzə sübut edin ki, sizdə hər şey yaxşıdır.  Sonda sizdə həqiqətən də hər şey çox gözəl olacaq!

Əllər və boyun dərisi

Qadının yaşını onun boynu və əlləri ələ verir. Ona görə də bu hissələrə xüsusi həssaslıqla yanaşın, qulluq edin. Qab yuduqda, ev işləri ilə məşğul olanda mütləq əlcək istifadə edin. Əllərinin dərisi temperatur dəyişməsini, çirki, kimyəvi yuyucu vasitələri sevmir.

publika.az

Go Back

Ayaqlarda qabarlar

12-06-2015

Ayaqlarda qabarların əmələ gəlməsi çox yayılmış problemdir. Sağlamlıq üçün bu hal təhlükə yaratmasa da, insana ciddi fiziki və mənəvi diskomfort verir.

Qabarlar ayaq dərisinin uzun müddət ərzində sürtünməsi və ya sıxılması nəticəsində əmələ gəlir. Bu, faktiki olaraq dərinin bu faktorlara qarşı olan müdafiə reaksiyasıdır.

Düzgün seçilməmiş, cod ayaqqabı, keyfiyyətsiz corablar, dərinin həddən artıq tərləməsi ayaqlarda qabarların əmələ gəlməsinə təkan verir.

Qabarlar quru və ya sulu ola bilər. Quru qabarların səbəbi insanda artıq çəkinin olması və ya hündür daban ayaqqabıların müntəzəm geyinilməsidir. Bu insanlarda pəncəyə olan təzyiq artır və nəticədə bu yerdə dəri çox qalınlaşır. Quru qabarın kökü (özəyi) olur, xarici görünüşə görə quru qabar qıfı xatırladır.

Sulu qabarlarla, demək olar, bütün insanlar üzləşir. Adətən bunun səbəbi təzə ayaqqabı olur. Sürtünmə nəticəsində dəri qızarır və şişir, daha sonra burada şəffaf maye və ya bəzən qanla dolu olan suluq əmələ gəlir.

 

Sulu qabarları quru qabarlarla müqayisədə müalicə etmək daha asandır. Sulu qabarları müalicə etmək üçün ilk növbədə qabarın əmələ gəlməsinə səbəb olan ayaqqabını (və ya corabı) digəri ilə əvəz edin. Sulu qabarı deşmək olmaz. Bu, yaraya infeksiyanın düşməsinə səbəb ola bilər. Həm qabar, həm də ətrafda olan dəri gün ərzində bir neçə dəfə spirt, furasilin məhlulu və ya hidrogen peroksidi ilə işlənməlidir. Qabara plastır yapışdırmayın, bu, sağalma prosesini ləngidir. Əgər suluğun tərkibində olan maye irinli olub, qabarın ətrafında olan dəri qızarıb, şişibsə, həkimə müraciət edin.

Adətən 1-2 gündən sonra suluq özü özündən deşilir. Bu yerdə olan dəriyə gün ərzində bir neçə dəfə salisil məlhəmi çəkin – bu, yaraya infeksiyanın düşməsinin qarşısını alır.

 

Dediyimiz kimi, quru qabarları (xüsusilə onlar köhnə olduqda) müalicə etmək daha çətindir. Hazırda apteklərdə qabarları xaric etmək üçün çoxlu sayda müxtəlif vasitələr satılır. Onlar qalınlaşmış dərini yumşaldır və bu dəri sonra mexaniki olaraq xaric olunur. Ən sadə və ucuz vasitə - salisil məlhəmidir.

Məlhəmi çəkdikdən əvvəl ayaq dərisini buxara vermək lazımdır. Bunun üçün vannaya qaynar su tökün, bir qədər soda və duş üçün gel əlavə edin və ayağınızı bu suda 10-15  dəqiqə ərzində saxlayın. Daha sonra dərini qurulayın, qabarın üzərinə salisil məlhəmi çəkin, bir qədər gözləyin və sonra üzərinə plastır yapışdırıb 12 saat saxlayın. Daha sonra plastırı çıxardın və yumşalmış dərini pemza (daban daşı) ilə təmizləyin. Bu proseduru bir neçə dəfə etmək lazımdır.

Xüsusi qabar plastırı olan "Salipod" da çox ucuz və effektli vasitədir. Dərini buxara verdikdən sonra qurulayın və qabar yerinə plastır yapışdırıb 1-2 gün saxlayın. Daha sonra plastır çıxarılır və yumşalmış dəri xaric olunur.

Kosmetoloji klinikalarda köhnə qabarları tez və ağrısız xaric etmək mükündür. Bunun üçün lazer, maye azot istifadə olunur.

 

Xalq təbabətində quru qabarlarla bu kimi üsullarla mübarizə aparırlar:

- 1 diş sarısaq (və ya 1 tikə soğan) çox xırda doğranılır və buxara verilmiş qabarın üzərinə qoyulur. Üzərinə tənzif salfeti qoyun və bintlə bərkidin. Sarımsağı ayaqda axşamdan səhərə kimi saxlamaq lazımdır. Sonra isə ayağı yuyun və yumşalmış dərini xaric edin.

- Limon qabığı. (İstifadəsi yuxarıda olduğu kimidir.)

- Kəsilmiş aloe yarpağı. (İstifadəsi yuxarıda olduğu kimidir.)

- Pomidor dilimi. (İstifadəsi yuxarıda olduğu kimidir.)

- Dəmrovotu şirəsi də yaxşı effekt verir.

 

saglamolun.az

Go Back

Saçınızı boyayarkən bu tövsiyələrə əməl edin

09-06-2015

Çox düşündükdən sonra saçınızın rəngini dəyişdirmək qərarına gəlmisiz, ancaq saçlarınızın korlanıb gücsüzlüşəcəyindən qorxursuz? 

 

Saçlarınızı boyamadan əvvəl mütləq dərinizdə sınayın. Allergik reaksiya verib-verməyəcəyini yoxladıqdan sonra istifadə edə bilərsiz.

 

Saç boyalarının tərkibindəki bəzi maddələr dəri ekzemasına səbəb ola bilər. Hind xınasına qarşı allergik reaksiyanız varsa, saç boyalarına qarşı da allergiyanızın olma ehtimalı yüksəkdir.

 

Saç diblərinizdə çox qaşıntı, qızartı, yanma hissi oldusa, gözləmədən isti su ilə yuyun.

 

Qaşları boyayarkən diqqət edin! Dərinizdə hər hansı bir allergik reaksiya ilə qarşılaşdınızsa, saçınız üçün istifadə etdiyiniz boyanı qaşların rənglənməsi üçün istifadə etməyin.

 

Saçınız kirli ikən boyayın. Təmiz saç diblərində məsamələr açıq olduğu üçün göynəmə daha çox hiss olunur.

 

Boyamadan əvvəl saçların tam quru olması mütləqdir.

 

Yaxşı nəticə əldə etmək üçün saçınızı kiçik hissələrə ayırıb dibdən uclara doğru boyayın.

 

Boya qutusunun üzərindəki məsləhətlərə bir-bir əməl edin.

 

Boyanı saçınızda uzun müddət saxlamayın.

 

Saça rəng verən kimyəvi maddələri bir-biri ilə qarışdıraraq tətbiq etməyin. Saçı yenidən rəngləmək üçün 4 həftə gözləyin.

 

Saçınızın sadəcə boyasını yuyun. Boyadıqdan sonra saçın uc qisimlərinə saç kremləri vurun.

 

Hamilə ikən ilk üç ay saç rəngləmək olmaz. Üç aydan sonra da bitki tərkibli boyadan istifadə edin. Südvermə dövründə də saç boyamaq bir qədər təhlükəlidir.

 

lent.az

Go Back

Ayaqlarınız yorulursa...

05-06-2015

Günümüzdə müasir qadınların əksəriyyəti, hətta cavan yaşda olan qadınlar da ayaqlarının yorulmasından şikayətçidirlər.

Buna müxtəlif amillər səbəb ola bilər. Dəbə uyğun hündür topuqlu ayaqqabılar,  fiziki aktivliyin azalması, müxtəlif zərərli vərdişlərdən və qeyri-sağlam qidalardan istifadə bu amillər sırasındadır. Bəs ayaqlara əvvəlki yüngüllüyünü və buna bağlı olaraq da özümüzə yaxşı əhval-ruhiyyəni necə qaytara bilərik? 
 
Ayaqlar niyə yorulur?
 
Ayaqlarınızın yorulmasının səbəbləri çox ola bilər. Günümüzdə tez-tez və ya periodik olaraq ayaq ağrısından şikayət etməyən qadına rastlamaq çox çətindir. Bu, ilk növbədə düzgün seçilməmiş ayaqqabı ilə əlaqədardır. Təəssüf ki, hazırda əsasən aşağı və orta keyfiyyətli müasir ayaqqabı istehsalçılarının böyük əksəriyyəti istehsal etdikləri ayaqqabının yeriş üçün rahat olub-olmadığı haqda düşünmürlər. Əksər hallarda müasir qadınlar da ayaqqabı seçərkən "Gözəllik qurban tələb edir" şüarını əsas tutaraq onun rahatlığına deyil, gözəlliyinə diqqət edirlər. Ancaq düşünmürlər ki, bu şübhəli gözəllik üçün sağlamlığı qurban verməyə dəyərmi? Əgər yeriyən zaman ayaqlarınızın yorulmağını və bu yorğunluğun nəticədə aşağı ətrafların varikozuna gətirib çıxarmağını istəmirsinizsə, ayaqqabı seçərkən onun dəbə uyğun olması ilə yanaşı rahat olmasına da diqqət edin. Ayaqqabını geyinib yoxladığınız zaman ayağınızın tam və sıx şəkildə ayaqqabı astarına oturmasına fikir verin, əsasən orta hissəsinin. "Geyindikcə açılar" düşüncəsi ilə bir ölçü kiçik ayaqqabı almayın, keyfiyyətli ayaqqabı bir ölçü böyüklüyündə genişlənərək ölçüsünü dəyişə bilməz. Nəhayət, gündəlik istifadə üçün topuğu 4-5 sm-dən hündür olan ayaqqabı almayın, "şpilka" və hündürdaban ayaqqabıları isə xüsusi gecələr və ictimai tədbirlər üçün saxlayın.
Ayaqlarınızın yorulmasının səbəbi həyat tərziniz də ola bilər. Məsələn, oturaq iş və ya çox gəzmənizi, ayaqüstə dayanmanızı tələb edən işlər bu yorğunluğun qaynağı ola bilər. Belə halda sizə profilaktik gimnastika, həmçinin qaçış, hovuzda üzmə kimi idman növləri ilə məşğul olmaq kömək edər. Axşam ayaqlar üçün profilaktik sərin vannalar qəbul edin, ayaqlarda yorğunluğu aradan qaldıran kremlərdən istifadə edin və s. Unutmayın ki, bu qəbildən olan ağrılar yeni yaranmağa başlayan varikoz xəstəliyinin xəbərçisi ola bilər. Buna görə də profilaktik tədbirlər sizə ancaq xeyir gətirər.
 
Ayaqlarınız yorulursa, nə etməli?
 
Bəzi sınaqdan keçmiş üsullar və prosedurlar var ki, onların tətbiqi ayaqlarınızın yorğunluğunu aradan qaldırmaqda sizə yardımçı ola bilər:
- gimnastika - barmaq uclarında gəzmək, ayaqyalın şəkildə dabandan barmaq uclarına təzyiq verərək gəzmək, barmaqların uclarını özünüzə doğru və əks istiqamətdə dartmaq, həmçinin ayaqlarınızı bir tərəfdən digərinə doğru döndərmək kimi primitiv hərəkətlər qan dövranını yaxşılaşdırır və gərilmiş əzələləri rahatladır;
- müalicəvi vannalar - ayaqlardakı yorğunluq, zoqquldama və ağırlığın aradan qaldırılmasında cökə çiçəyi, çobanyastığı cövhərindən hazırlanmış və ya dəniz duzu qatqılı rahatladıcı vannalar da effektiv təsir göstərir;
- massaj və ya özünümassaj - ayaqları yorulan hər bir qadın massajın necə rahatladıcı və xoş təsir bağışlaya biləcəyini gözəl bilir. Təəssüf ki, hər kəsin şəxsi massajisti yoxdur. Buna görə də özünümassajın bəzi incəliklərini öyrənmək heç də pis olmazdı. Bunun üçün ilk əvvəl ayaqlarınızı, sonra hər barmağınızı bir-bir gərmək lazımdır. Massajı rahatladıcı vannadan sonra etmək daha xeyirli olar, massajdan sonra isə ayaqları yuxarı qaldırmaq və bu halda 10-15 dəqiqə uzanmaq məsləhətdir.
Əgər ayaqlarınız yorulursa, ayaqqabınızı dəyişin, idmanla məşğul olun, həmçinin sadə və effektiv prosedurları tətbiq etməkdən də çəkinməyin. Daha yaxşısı isə ortopedə və fleboloqa müraciət edin, ola bilər ki, sizdə problem ayağınızın quruluşundadır və ya ayaqlarınızdakı yorğunluq inkişaf etməkdə olan varikozdan xəbər verir. 

saglamolun.az

Go Back

Saçqıranla mübarizə aparmağın üsulları

04-06-2015

Əvvəla, gəlin öyrənək, saçqıran necə əmələ gəlir?

 

Dünyada hər şeyin olduğu kimi, saçların da ömrü var. Saç telləri də bir müddət sonra korlanır, solğunlaşır, qırılır və tökülür. Saç uclarının haçalanması nəticəsində saçqıranlar meydana gəlir. Saçqıran düşən saçlar isə baxımsız görünür. Təəssüf ki, saçqıranları müalicə edən hər hansı bir formul yoxdur. Saçqıranları  hazır satılan krem, losyon, xüsusi maskalarla, zərdablarla aradan qaldırmaq mümkün deyil. Bu cür qulluq yalnız yeni saçqıranların əmələ gəlməsinin qarşısını alır.

 

Saçqıranlarla necə mübarizə aparmaq olar?

 

Saçqıranların əmələ gəlməsinin qarşısını almaq üçün saçınızı tez-tez boyamayın, düzləşdirici fenlərdən çox az istifadə edin və bu cihazları istifadə etməzdən əvvəl saçı nəmləndirən, qurumasının qarşısını alan qoruyucu laklardan istifadə edin. Saçları hamamdan çıxan kimi daramayın. Saçqıranların yaranmaması üçün saçların qurumasını gözləyin.

 

Saçları dəsmalla sərt şəkildə ovxalayaraq silməyin. Nəm saçları dəsmala bürüyün və suyun tədricən sorulması gözləyin. Sərt hərəkətlərin və zərbələrin saçların korlanmasına və qırılmasına yol açdığını unutmayın. Metal saç sancaqları, iti dişli sancaq və daraqlar, rezinlər, çox sıx toplanmış saç düzümləri və ya balerina toppuzları da saça saçqıran salır.

 

Kosmetika şirkətləri saçqıranları aradan qaldıran bir çox məhsul istehsal edir. Bu zərdabların  saçqıranları aradan qaldırıb, daha hamar hala gətirdiyi, saç uclarını bəslədiyi iddia edilsə də, trixoloqlar bu tip məhsulların saçın xilaskarı olduğu fikri ilə razı deyil. Yuxarıda da qeyd etdiyimiz kimi, saçqıranlardan xilas olmağın ən yaxşı üsulu onları kəsdirməkdir.

 

Bəzi xanımlar saçlarını qısaltmaq istəmədiyi üçün saçqıranları kəsdirməkdən imtina edir, başqa çıxış yolları axtarır. Amma saçqıranlardan xilas olmağın yeganə həlli onları müəyyən qədər kəsdirməkdir. Saçqıranları kəsdirmək saçların qısalması deyil. Çox az kəsildiyi üçün saçların qısaldığı demək olar ki, hiss olunmur. Saçqıranları kəsdirmədikdə onlar saçın sağlam uzanmasına da mane olur. Saçqıranlar mütəmadi olaraq kəsildikdə isə saçlar daha tez və sağlam şəkildə uzanır.

 

Saçqıran olan saçları evdə özünüz də kəsə bilərsiniz. Saçları təpə hissədə rezinlə toplayın. Sonra çəngə-çəngə ayıraraq gur işıq altında saç qayçısının köməyi ilə haçalanmış saç uclarını kəsin. Bunun üçün xüsusi olaraq saç qayçısından istifadə edin. Kağız, parça və başqa materialı kəsmək üçün istehsal olunan qayçılardan istifadə etməyin, onlar saçqıranları tam təmizləmir, üstəlik, daha da çox qırıq əmələ gəlməsinə səbəb olur.

 

Saçqıranlar üçün təbii maska

 

4 çay qaşığı zeytun yağını, 1 ədəd yumurta sarısını və 1 desert qaşığı balı bir qabın içində yaxşıca qarışdırın və saçlarınızı çəngə-çəngə ayıraraq  saçqıran yerlərə sürtün. Maskanı bütün saç uclarına çəkəndən sonra saçları dəsmalla bürüyün. 45 dəqiqə gözləyin və şampunla maskanı təmizləyin. Maskanı həftədə 1 dəfə edin.

 

Başqa bir resept:

 

1 çay qaşığı zeytun yağını, 1 çay qaşığı badam yağını, 2 xörək qaşığı avokado yağını bir qaba töküb ocaqda azca qızdırın və saç uclarına çəkin. Daha sonra saçları dəsmala bürüyün. Maska saçda ən az 6 saat qalmalıdır. Səhər qalxdıqda saçları bol şampunla yuyun. Bu maska saçların parıltısını özünə qaytaracaq, saçları yumşaldacaq və daha həcmli edəcək. Maskanı həftədə 1 dəfə təkrarlayın.

 

Saçqıranlara səbəb olan amillərdən uzaq durub, saçlara mütəmadi olaraq baxım maskaları çəksəniz, saçqıran əmələ gəlməsinin qarşısını ala bilərsiniz.

 

publika.az

Go Back

Sürətli saç uzatmağın 7 üsulu

31-05-2015

Uzun saç həqiqətən də qadının yaraşığıdır. İndiki vaxtda qadınlar uzun saçlara qovuşmaq üçün böyük pullar xərcləyir, bir çox üsullara müraciət edirlər. 
Sizə bildirəcəyimiz sürətli saç uzatmanın 7 üsulunu tətbiqi ilə qısa müddətdə uzun və həcmli saçlara qovuşa bilərsiniz. Evdə hazırlayacağınız vəsaitlərdən ibarət olan bu üsul həm sizə ucuz başa gələcək, həm ipək kimi saçlarınız olacaq, həm də heç bir əks təsiri olmayacaqdır.

Bitki yağları ilə masaj edin 
Bitki yağları ilə edilən masaj saç uzatmaq üçün ən təsirli üsullardan biridir. Bu üsul saçınızı bəsləyir və qan dövranına kömək edir.
Yalnız bu yağları tətbiq etməzdən əvvəl bir az isidin və ilıq halda saçınıza və saç diblərinə sürtün. Bunun üçün kokos yağı, zeytun yağı, gül yağı, badam yağlarıyla edilən masaj sürətlə saçınıza nüfuz edərək saçlarınızın qısa müddətdə uzanmasını təmin edəcək. Masajı bitirdikdən sonra saçınızda bu yağı yarım saat saxlayın. Bu üsul saçınızın sürətlə uzanmasını təmin etməklə yanaşı, saç tökülməsini və kəpəyin yaranmasını da önləyəcək.

Soğan suyu 
Soğan saç uzatmaq üçün yaxşı vasitədir. O, saç köklərinin yenilənməsinə kömək edir. Soğandan faydalanmaq üçün bir kiçik ölçülü soğan, 3 diş sarımsaq və bir çubuq darçın lazımdır. Bütün bu vəsaitləri ən az 15 dəqiqə qaynadın. Hazırladığınız suyu soyuduqda saçınıza çəkin. Bunu 1 həftə etməlisiniz. Soğan, sarımsaq və darçın suyundan ibarət olan bu su saçlarınızın sürətlə uzanmasını təmin edəcək. Bundan əlavə, istəsəniz, şampununuza da bu sudan əlavə edə bilərsiniz.

Kartof suyu 
Kartof saç uzatmaq üçün olan vasitələrdən biridir. Şirəçəkən vasitəsilə kartofu sıxıb suyunu çıxarın. Üzərinə 1 yumurta sarısı və 1 çay qaşığı bal əlavə edin. Bu qarışığı saçlarınıza çəkib 20 dəqiqə saxlayın və saçlarınızı ilıq su ilə yaxalayın. 

Saçlarınızın qırıqlarını kəsdirin 
Saçdakı qırıqlar və köhnəlmiş saç ucları saçların uzanmasını gecikdirir. İki ayda bir dəfə saçlarınızın qırıqlarını kəsdirin. 
Mütəxəssislər səhər və axşam gündə 2 dəfə nizamlı saçları daramağın qan dövranını sürətləndirərək saçların böyüməsinə səbəb olduğunu bildirirlər. Saçlarınızı nəm halda daramayın! Belə etsəniz, saçlarınız asan qırılar, güçsüzləşər və canlılığını itirər.

Saça qulluq 
Saçlara qulluq saçların uzanması üçün çox əhəmiyyətlidir. Bu tətbiq saçlarınızın qırılmasını da önləyər. Yumurta saçlarınızı bəsləyən və gücləndirən ən ideal qidalardan biri kimi qəbul edilir. 
Saçınıza yumurta sarısı sürtün və ən az yarım saat saçınızda saxlayın. Yumurta saçlarınızı bəsləyərək sürətlə uzanmasına köməkçi olacaq.

Sağlam qidalanın 
Uzun və sağlam saçların olması yaxşı qidalanmaqdan asılıdır. Uzun saçlara qovuşmaq üçün kök, qatıq, kələm, ispanaq, brokkoli, meyvə və digər zülal cəhətdən zəngin olan qida maddələrini bolluca qəbul etməlisiniz. Buna əlavədən çoxlu su için. Balıq və qoyun əti kimi zülal cəhətdən zəngin qidalar da saçlarınızın uzanmasına təsir edir.

Təbii yağlar 
1 ç.q lavanda yağı, 1 ç.q rozmarin və 1 ç.q şam ağacı yağını qarışdırın. Yavaşca bu yağla masaj edin. Ardınca nəmli, çox isti olmamaq şərtilə isti bir bezlə başınızı sarıyın. Saçlarınız bu yağı əməcək və qısa müddətdə uzun saçlara qovuşacaqsınız. Bu tətbiq parlaq, həcmli, və uzun saçlara qovuşmağı təmin edən ən köhnə üsullardandır.

qadin.net

Go Back

Məşhur ingilis maskası

22-05-2015

Hər qadın həmişə cavan və gözəl qalmaq istəyir. Məhz buna görə üzün və bədənin dərisinə qulluq etmək vacibdir. 

 

500 ildir sınaqdan keçirilən bu maska hər növ dəri üçün uyğundur. Dərini təmizləyir, hamarlaşdırır, qidalandırır, nəmləndirir, qan dövranını yaxşılaşdırır.

 

Əvvəl əzilmiş yulaf unu ilə istədiyiniz bitki yağını bir qabda qarışdırın.

Digər qabda almanı sürtgəcdən keçirin, yarım limon suyu və 1 yemək qaşığı bal ilə qarışdırın.

Başqa qabda qatıq, natrium duzu qarışdırın.

 

Birinci maskanı üz, boyun və dekolte bölgəsinə çəkin. 2-3 dəqiqə masaj etdikdən sonra əlavə olaraq 5 dəqiqə daha saxlayın.

 

Üzərindən ikinci qabdakı maskanı vurub 2-3 dəqiqə masaj etdikdən sonra 5 dəqiqə saxlayın.

 

Sonda süngər, ya da pambıqla üçüncü duzlu qarışımı çəkin.

 

Maskanı çobanyastığı suyu, ya da mineral su ilə yuyun. Sonra gecə kremi vurun.

 

Həftədə iki dəfə edin. İmkan varsa, bütün bədəninizə vurun. Nəticəsini çox gecikmədən bildirəcək.

 

lent.az

Go Back

Solyari: xərçəng yaradır, ya yox?

19-05-2015

Yay mövsümü gələr-gəlməz qadınların dəri rəngində ani dəyişimlər meydana gəlir. Dünən sarışın gördüyümüz insanlar bu gün qara olaraq qarşımıza çıxır. Havaların günəşli- buludlu olması insanların dəri rənginin bu qədər tez yanıb dəyişməsinə səbəb olmayacağından qadınlar süni yollarla qaralmağa çalışırlar.

Təbii ki, süni yolla qaralmanın müsbət tərəfləri qədər fəsadları da az deyil. 3 gün ərzində yanaraq dərinin rənginin kəskin dəyişilməsi dəri sağlamlığı üçün olduqca təlükəlidir. Mütəxəssislərin heyvanlar üzərində apardıqları araşdırmalar zamanı məlum olub ki, solyarinin təsiri şişlər üçün münbit şərait yaradır. Son illər Azərbaycanda da bu avadanlıqların geniş istifadəsinə başlanılıb. Xanımlarımızın əksəriyyəti dərilərində hansı problemin olduğunu bilmədən, araşdırmadan solyari salonlarına üz tuturlar. Sonradan yaranan fəsadları aradan qaldırmaq isə bəzən mümkünsüz olur.

Son illər hətta Avropa ölkələri süni qaralmadan imtina edir. 2004-cü ildən solyariyə marağın artdığını və artıq azyaşlıların da bundan geniş istifadə etdiyini görən ABŞ 20 yaşına qədər müştərilərin bundan istifadəsinə qadağa qoyub. Almaniya parlamenti isə 18 yaşından kiçik şəxslərin solyari qəbul etməsinə icazə vermir.

Mütəxəssislərin apardığı araşdırmalara görə, bütün dünyada hər il 140 min nəfər solyari istifadəçisi dəri xərçənginə tutulur. İngiltərədə isə hər il 100 nəfər solyari istifadəçisi həyatını itirir. Britaniyalı alimlərin araşdırmaları nəticəsində məlum olub ki, Avropada dəb düşmüş və şərqdə də yayılmaqda olan solyari qurğularında qaralma dəri xərçəngi ehtimalını 75% artırır. Ümumiyyətlə, günəş vannasında da xərçəngə yoluxma ehtimalı çoxdur. Azərbaycanda isə buna yaş məhdudiyyəti qoyulmur. 12 yaşdan yuxarı solyarinin qəbulu sərbəstdir.

Dermatoloq Sahib Rzayevin sözlərinə görə, Azərbaycanda solyarinin yaş həddinin bu qədər aşağı olması təhlükənin reallığını göstərir. Acınacaqlı isə odur ki, bu gün valideynlər özləri qızlarını solyariyə aparırlar: "Solyari süni mühitdir. Orqanizmin bioloji parametrləri buna cavab vermir. Dərini yandırıb qaraltma dəri təbəqəsinin zədələnməsinə səbəb olur. Normal günəş vannası qəbul edərək qaralmaq üçün 1 həftə gündə 7 saatdan artıq günəşdə olmaq lazımdır ki, bu belə dəri üçün təhlükəlidir. Solyaridə isə 3 günə 5 dəqiqəlik seans kifayət edir. İndi insan özü düşünməlidir ki, dəri hansı zədələnmələr ilə üz-üzə qalır".

Həmsöhbətimiz deyir ki, solyari vannası qəbul edən zaman eynilə günəşdəki kimi qoruyucu losyon və kremlərdən istifadə olunmalıdır. Bu, dərinin yanmasının qarşısını az da olsa alır. "Amma bu da qiymətə daxil olduğundan, eyni zamanda qaralmanı gecikdirdiyindən bu xidmətə pul ödəmək istəmirlər. Əvəzində isə 1 ay gözəl görünəcək dərini 1 il geri salırlar".

Bakıda fəaliyyət göstərən solyari salonlarından birinin adminstratoru Ülviyyə Baxşıyevanın sözlərinə görə, müraciət edən gənclərin yaş həddi ilə mütləq maraqlanılır. Bəzən azyaşlılar anaları ilə birlikdə gəlir. "Amma biz solyari qəbuluna 18 yaşdan yuxarı gəncləri qəbul edirik. Bu yaşdan aşağı olan qızlarımızdan valideyn icazəsi tələb edirik".

Müsahibimiz deyir ki, son vaxtlar kişilər də solyariyə müraciət edirlər: "Axşam saat 5-dən sonra kişi müştərilər üçün solyari salonu fəaliyyət göstərir. Bəzən qadınlar öz həyat yoldaşları ilə gəlib onların qaralmasını gözləyirlər".

Terapevt Xatirə İsayeva solyarinin qış aylarında xeyirli olduğunu bildirib. Dediyinə görə, dəqiqəsini artırmadan az-az solyari qəbul etmək damarların genişlənməsinin qarşısını alır, saçları töküməyə qoymur, bədəni möhkəmləndirir. Dozası az olduğundan xərçəngin yaranmasını da ləngidir. Lakin yay aylarında alınan yüksək doza bu xeyirləri ziyana çevirir: "Solyari osteoporoza tutulma riskini xeyli dərəcədə azaldır. Orqanizmin yüzdən çox funksiyası günəş şüasının təsirindən asılıdır. Bu funksiyalardan biri vitamin D-nin ifrazıdır. Bu vitamin osteoporoz zamanı çox olan kalsiumun bərpasına kömək edir. Yapon mütəxəssislərinin son araşdırmalarına görə, solyari xərçəng xəstəliyinin yaranmasını xəbərdar edir, psoriaz, saç tökülmənin qarşısını alır. Bunun üçün qış mövsümündə 20 dəqiqəlik seanslar gərəkdir. İfrata varmaq sağlamlıq üçün risklidir" deyən həkim yay aylarında qaralıb dərini qışa hazırlamağı məsləhət görür. "Dəb üçün qaralmaq sağlamlığa ziyan vurmaq deməkdir. Hətta təbii günəş şüalarını da normadan artıq qəbul etmək, günəşdə çox qalmaq ziyan verir. Bu səbəbdən istər solyari, istərsə də təbii qaralma zamanı ifrata varmamaq lazımdır".

ekspress.az

Go Back

Qadınların baş bəlası: dikdaban ayaqqabılar

07-05-2015

Qadınların çoxu hündür dabanlı ayaqqabı xoşlayır. Kişilər də qadınların belə ayaqqabıda cazibədar olduqlarını düşünürlər. Ancaq zərif cinsin nümayəndələri etiraf edirlər ki, belə ayaqqabılar ayaqları ağrıdır.  

Yeni araşdırmalar göstərib ki, hündürlüyü  9 santimetrdən çox olan dikdabanlar ayaq damarlarının qocalmasına və dağılmasına gətirib çıxarır. Belə ayaqqabılarla gəzərkən ayaq damarları güclü təzyiq altında olur. 

Britaniyalı alimlər 14 nəfər gənc və sağlam qadını təcrübəyə cəlb ediblər. Qadınlara tapşırılıb ki, dikdaban geyinərkən ayaqlarındakı hissləri açıqlasınlar. Belə ayaqqabılarda özlərinə məxsus yerişlə gəzsinlər. Alimlər həmin qadınların dizlərindəki damarların formasını araşdırıblar. 

Əldə edilən nəticələr göstərib ki, dikdaban ayaqqabılar geyinərkən damarlara düşən təzyiq artır və nəticədə damarlar genişlənir. Damarlar yaşlı insanların damarlarına bənzəyir. 

qadin.net

Go Back

Saçların yağlı olmasının səbəbləri

30-04-2015

Dərimizin üzərində çoxlu sayda piy vəziləri var.

Piy vəziləri xüsusi sekret - dəri piyi ifraz edir ki, bu piy dərini yumşaldır, onun elastikliyini təmin edir, qurumasının qarşısını alır, dəridə bakteriyaların, göbələklərin, virusların çoxalmasına mane olur. İnsan yaşlandıqca dəri piyinin ifrazı azalır, məhz bu səbəbdən yaşlı insanların dərisi və saçları quru olur.

Bəzi insanlarda dəri az miqdarda piy ifraz edir, bu halda dəri daha quru olur. Digərlərində isə əksinə, dəri həddən artıq miqdarda piy ifraz edir ki, bu, dərinin çox yağlı olmasına səbəb olur.

Baş dərimiz də çoxlu miqdarda piy ifraz edir. Bu, saçların elastik, hamar və sağlam olması üçün lazımdır. Baş dərisi lazım olandan az miqdarda piy ifraz etdikdə saçlar çox quru olur, qırılır, tökülür. Lakin bəzən insan hiss edir ki, onun saçları çox tez yağlanır. Belə insanlar hər gün, hətta gündə 2 dəfə saçlarını yumağa məcbur olur. Piyin daim hiperproduksiyası kəpəyin, yağlı seboreyanın əmələ gəlməsinə səbəb olur, saçlar korlanır, nazikləşir, tökülür.

 

Saçların həddən artıq yağlılığının səbəbləri müxtəlif ola bilər:

 

- İrsiyyət. Bu, əsas səbəblərindən biridir. Əgər sizin yaxın qohumlarınızın əksəriyyətində saçlar çox yağlıdırsa, sizin də saçlarınız yağlı olacaq. Bu halda saçların artıq yağlılıqla mübarizə aparmaq çətindir, lakin mümkündür.

 

- Hormonal pozulmalar. Bu da əsas səbəblərdən biridir. İstənilən hormonal pozulma saçların vəziyyətinə mənfi təsir edir. Bu səbəbdən əgər siz saçlarınızın həddən artıq yağlanmasını müşahidə edirsinizsə, endokrinoloqun müayinəsindən keçin.

 

- Düzgün olmayan qidalanma. İnsan daim həddən artıq yağlı, şirin qidaları, un məmulatları qəbul edirsə, bu həm də onun saçların vəziyyətinə mənfi təsir edir.

 

- Bəzi dərman preparatlarının uzun müddət ərzində qəbulu (hamiləlik əleyhinə həblər, hormonal preparatlar, antibakterial preparatlar və s.) saçların tez yağlanmasına səbəb olur.

 

- Düzgün olmayan baxım saçların vəziyyətinə mənfi təsir edir. Ucuz şampunlar və digər vasitələr, saçların çox isti su ilə yuyulması, lak, gel və s. vasitələrdən tez-tez istifadə edilməsi, fen və s. - bütün bu amillər saçların daha tez yağlanmasına səbəb olur.

 

- Stresslər, xüsusilə uzun sürən xroniki stresslər saçların daha tez yağlanmasına səbəb ola bilər.

 

saglamolun.az

Go Back

Məsamələri daraldan təbii üsullar

29-04-2015

İri məsamələr ən çox rast gəlinən dəri qüsurlarından biridir. Daha çox qarışıq və yağlı üz tipinə sahib olan insanlarda müşahidə edilir.

Məsamələrin geniş olması sızanaq və qara nöqtələrin meydana gəlməsinə şərait yaradır. Çünki çirk və bakteriyalar məsamələrə daxil olaraq onu qara nöqtə və ya sızanağa çevirir.
 
Ona görə də məsamələri daraltdıqda avtomatik olaraq sızanaq və qara nöqtələrdən də xilas olacaqsınız.
 
Unutmayın ki, yaş da məsamələrin genişlənməsinə təsir edir.
 
Yaş artdıqca dəri elastikliyini itirir və məsamələr daha pis bir görüntüyə sahib olur.
 
Genetika, stress və dəriyə doğru qulluq etməmək də məsamələrin genişlənməsinə səbəb olur.
 
Bazarda bu problemlə mübarizə aparan çoxlu sayda kosmetik məhsul olsa da, bu problemdən bir dəfəlik xilas olmaq mümkün deyil.
 
Bu üsulları əvvəllər həftədə 2 dəfə, daha sonra ayda 4 dəfə tətbiq edərək məsamələri nəzarət altına ala bilərsiniz.
 
Buz
 
Buz dərini möhkəmləndirir. Ona görə də geniş məsamələri kiçiltmək və daraltmaq üçün ən sadə, eyni zamanda da təsirli vasitədir.
 
Makiyaj edərkən tonal krem, ənlik, pudra kimi məhsullar məsamələrə dolur. Bunun qarşını almaq üçün makiyajdan öncə üzünüzü buzla masaj edin. Bir dəqiqəlik masajdan sonra 5 dəqiqə gözləyib makiyaja başlaya bilərsiniz.
 
Buz qan dövranını sürətləndirir və bu da sağlam dəri üçün vacibdir.
 
Buza alternativ olaraq gündə bir dəfə üzünüzü buz kimi soyuq suyla yuya bilərsiniz.
 
Qeyd edək ki, buzun faydasını artırmaq üçün, xiyar və alma suyunu, yaşıl çayı və ya gül suyunu buz qabında dondurub, üzünüzü həmin buzla masaja edə bilərsiniz.
 
Şəkər tozu maskası
 
2 xörək qaşığı şəkər tozu, 1 xörək qaşığı zeytun yağı və bir neçə damcı limon suyunu qarışdırın.
 
Qarışığı üzünüzə çəkib 20-30 saniyə masaj edin. Daha sonra soyuq su ilə üzünüzü yuyun.
 
Bunu həftədə 2-3 dəfə təkrarlaya bilərsiniz.
 
Bal, limon suyu və şəkər tozunu qarışdıraraq əldə edəcəyiniz maska da eyni effekti verə bilər. Bu maskanı isə üzdə 10 dəqiqə saxlamaq lazımdır. Həftədə 1 dəfə çəkmək olar.
 
Gil
 
Dərini təmizləmək və yağ nisbətini tənzimləmək üçün ən yaxşı vasitə gildir. Gildən ta qədim zamanlardan bəri həm gözəllik, həm də sağlamlıq üçün geniş şəkildə istifadə edilib.
 
Gil məsamələri daraldır, eyni zamanda sızanaq izlərini və ləkələri yox edir.
 
Günəşin dəriyə verdiyi zərəri aradan qaldırır, dərini bərpa edir.
 
İki xörək qaşığı gili bir miqdar gül suyu ilə qarışdırıb xəmir halına salın.
 
Maskanı üzünüzə çəkib quruyana kimi, təxminən 15-20 dəqiqə gözləyin.
 
Əvvəlcə üzünüzü ovuşduraraq maskanı təmizləyin, daha sonra isə soyuq suyla yuyun.
 
Həftədə bir və ya iki dəfə bu maskadan istifadə edin.
 
Qatıq
 
Qatıq məsamələri daraldan ən təsirli vasitələrdən biridir.
 
Dərini yağ, çirk və ölü dəridən təmizləyir. Tərkibindəki turşular qırışları açır, mimika xətlərini azaldır.
 
Qatığı üzünüzə nazik bir təbəqə halında çəkib 10 dəqiqə saxlayıb yumaq lazımdır.
 
Bir ay müddətində həftədə üç-dörd dəfə təkrarlayın.
 
Yumurta ağı
 
Yumurta ağı da genişlənmiş məsamələrin düşmənidir.
 
Yumurtanın sarısını ayırıb, ağını üzünüzün hər yerinə çəkin. Quruduqdan sonra üzünüzü yuyun.
 
Daha sonra nəmləndirici kreminizi çəkin. Bu proseduranı mütəmadi olaraq həftədə 2 dəfə təkrarlayın.
 
Bundan başqa aşağıdakı maskanı da sınaqdan keçirə bilərsiniz:
 
2 yumurtanın ağı ilə yarım limonun suyunu qarışdırın. Üzünüzə çəkib 10 dəqiqə gözlədikdən sonra soyuq su ilə təmizləyin.
 
Bu maskanı da bir ay müddətində həftədə bir neçə dəfə çəkmək lazımdır.
 
Yulaf
 
Yulaf genişləmiş məsamələri daraldan və dəridəki artıq yağı, ölü dəri hüceyrələrini yox edən möcüzələrdən biridir.
 
Yulafın bir üstünlüyü var ki, o həssas dəriyə sahib olanlara da kömək edir.
 
Bal, süd tozu və yulaf əzməsini qarışdırıb xəmir halına salın.
 
Bu maskanı üzünüzə çəkib dairəvi hərəkətlərlə masaj edin.
 
15 dəqiqə sonra üzünüzü soyuq suyla yuyun.
 
Həftədə bir dəfə tətbiq etmək olar.
 
Xiyar
 
Xiyar dərini möhkəmləndirir, ona görə də məsamələrin kiçilməsinə kömək edir.
 
Həmçinin, dərinin toxumalarını sağlamlaşdıraraq daha təravətli dəriyə qovuşdurur. Xiyarı rəndələyin və ya şirəçəkəndən keçirin. Xiyarın suyunu pambığa damızdırıb üzünüzü silin. Su üzünüzdə quruduqca proseduranı 3-4 dəfə təkrarlayın.
 
15-20 dəqiqə sonra üzünüzü soyuq su ilə yuyun.
 
Xiyar suyuna bir az gül suyu, bir az limon suyu əlavə edib üzə çəkdikdə daha təsirli olur.
 
Bu tonikləri hər gün çəkə bilərsiniz.
 
Alma sirkəsi
 
Alma sirkəsi dəri sağlamlığı üçün vacib komponentlərə malikdir.
 
Dərini möhkəmləndirir, tonusunu artırır, məsamələri daraldır və dərinin ph tarazlığını qoruyur.
 
Alma sirkəsi sizi sızanaqlardan da xilas edəcək.
 
1 xörək qaşığı alma sirkəsini 1 xörək qaşığı suyla qarışdırıb pambıq vasitəsilə üzünüzə çəkin.
 
1 dəqiqə saxladıqdan sonra üzünüzü yuyun. Yaxşıca qurulandıqdan sonra nəmləndirici kreminizi çəkin.
 
Ən yaxşı nəticəni əldə etmək üçün hər gecə proseduranı təkrarlayın.
 
publika.az

Go Back