Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Gözəllik"

Saçların yağlı olmasının səbəbləri

Dərimizin üzərində çoxlu sayda piy vəziləri var.

Piy vəziləri xüsusi sekret - dəri piyi ifraz edir ki, bu piy dərini yumşaldır, onun elastikliyini təmin edir, qurumasının qarşısını alır, dəridə bakteriyaların, göbələklərin, virusların çoxalmasına mane olur. İnsan yaşlandıqca dəri piyinin ifrazı azalır, məhz bu səbəbdən yaşlı insanların dərisi və saçları quru olur.

Bəzi insanlarda dəri az miqdarda piy ifraz edir, bu halda dəri daha quru olur. Digərlərində isə əksinə, dəri həddən artıq miqdarda piy ifraz edir ki, bu, dərinin çox yağlı olmasına səbəb olur.

Baş dərimiz də çoxlu miqdarda piy ifraz edir. Bu, saçların elastik, hamar və sağlam olması üçün lazımdır. Baş dərisi lazım olandan az miqdarda piy ifraz etdikdə saçlar çox quru olur, qırılır, tökülür. Lakin bəzən insan hiss edir ki, onun saçları çox tez yağlanır. Belə insanlar hər gün, hətta gündə 2 dəfə saçlarını yumağa məcbur olur. Piyin daim hiperproduksiyası kəpəyin, yağlı seboreyanın əmələ gəlməsinə səbəb olur, saçlar korlanır, nazikləşir, tökülür.

 

Saçların həddən artıq yağlılığının səbəbləri müxtəlif ola bilər:

 

- İrsiyyət. Bu, əsas səbəblərindən biridir. Əgər sizin yaxın qohumlarınızın əksəriyyətində saçlar çox yağlıdırsa, sizin də saçlarınız yağlı olacaq. Bu halda saçların artıq yağlılıqla mübarizə aparmaq çətindir, lakin mümkündür.

 

- Hormonal pozulmalar. Bu da əsas səbəblərdən biridir. İstənilən hormonal pozulma saçların vəziyyətinə mənfi təsir edir. Bu səbəbdən əgər siz saçlarınızın həddən artıq yağlanmasını müşahidə edirsinizsə, endokrinoloqun müayinəsindən keçin.

 

- Düzgün olmayan qidalanma. İnsan daim həddən artıq yağlı, şirin qidaları, un məmulatları qəbul edirsə, bu həm də onun saçların vəziyyətinə mənfi təsir edir.

 

- Bəzi dərman preparatlarının uzun müddət ərzində qəbulu (hamiləlik əleyhinə həblər, hormonal preparatlar, antibakterial preparatlar və s.) saçların tez yağlanmasına səbəb olur.

 

- Düzgün olmayan baxım saçların vəziyyətinə mənfi təsir edir. Ucuz şampunlar və digər vasitələr, saçların çox isti su ilə yuyulması, lak, gel və s. vasitələrdən tez-tez istifadə edilməsi, fen və s. - bütün bu amillər saçların daha tez yağlanmasına səbəb olur.

 

- Stresslər, xüsusilə uzun sürən xroniki stresslər saçların daha tez yağlanmasına səbəb ola bilər.

 

saglamolun.az

Go Back

Məsamələri daraldan təbii üsullar

İri məsamələr ən çox rast gəlinən dəri qüsurlarından biridir. Daha çox qarışıq və yağlı üz tipinə sahib olan insanlarda müşahidə edilir.

Məsamələrin geniş olması sızanaq və qara nöqtələrin meydana gəlməsinə şərait yaradır. Çünki çirk və bakteriyalar məsamələrə daxil olaraq onu qara nöqtə və ya sızanağa çevirir.
 
Ona görə də məsamələri daraltdıqda avtomatik olaraq sızanaq və qara nöqtələrdən də xilas olacaqsınız.
 
Unutmayın ki, yaş da məsamələrin genişlənməsinə təsir edir.
 
Yaş artdıqca dəri elastikliyini itirir və məsamələr daha pis bir görüntüyə sahib olur.
 
Genetika, stress və dəriyə doğru qulluq etməmək də məsamələrin genişlənməsinə səbəb olur.
 
Bazarda bu problemlə mübarizə aparan çoxlu sayda kosmetik məhsul olsa da, bu problemdən bir dəfəlik xilas olmaq mümkün deyil.
 
Bu üsulları əvvəllər həftədə 2 dəfə, daha sonra ayda 4 dəfə tətbiq edərək məsamələri nəzarət altına ala bilərsiniz.
 
Buz
 
Buz dərini möhkəmləndirir. Ona görə də geniş məsamələri kiçiltmək və daraltmaq üçün ən sadə, eyni zamanda da təsirli vasitədir.
 
Makiyaj edərkən tonal krem, ənlik, pudra kimi məhsullar məsamələrə dolur. Bunun qarşını almaq üçün makiyajdan öncə üzünüzü buzla masaj edin. Bir dəqiqəlik masajdan sonra 5 dəqiqə gözləyib makiyaja başlaya bilərsiniz.
 
Buz qan dövranını sürətləndirir və bu da sağlam dəri üçün vacibdir.
 
Buza alternativ olaraq gündə bir dəfə üzünüzü buz kimi soyuq suyla yuya bilərsiniz.
 
Qeyd edək ki, buzun faydasını artırmaq üçün, xiyar və alma suyunu, yaşıl çayı və ya gül suyunu buz qabında dondurub, üzünüzü həmin buzla masaja edə bilərsiniz.
 
Şəkər tozu maskası
 
2 xörək qaşığı şəkər tozu, 1 xörək qaşığı zeytun yağı və bir neçə damcı limon suyunu qarışdırın.
 
Qarışığı üzünüzə çəkib 20-30 saniyə masaj edin. Daha sonra soyuq su ilə üzünüzü yuyun.
 
Bunu həftədə 2-3 dəfə təkrarlaya bilərsiniz.
 
Bal, limon suyu və şəkər tozunu qarışdıraraq əldə edəcəyiniz maska da eyni effekti verə bilər. Bu maskanı isə üzdə 10 dəqiqə saxlamaq lazımdır. Həftədə 1 dəfə çəkmək olar.
 
Gil
 
Dərini təmizləmək və yağ nisbətini tənzimləmək üçün ən yaxşı vasitə gildir. Gildən ta qədim zamanlardan bəri həm gözəllik, həm də sağlamlıq üçün geniş şəkildə istifadə edilib.
 
Gil məsamələri daraldır, eyni zamanda sızanaq izlərini və ləkələri yox edir.
 
Günəşin dəriyə verdiyi zərəri aradan qaldırır, dərini bərpa edir.
 
İki xörək qaşığı gili bir miqdar gül suyu ilə qarışdırıb xəmir halına salın.
 
Maskanı üzünüzə çəkib quruyana kimi, təxminən 15-20 dəqiqə gözləyin.
 
Əvvəlcə üzünüzü ovuşduraraq maskanı təmizləyin, daha sonra isə soyuq suyla yuyun.
 
Həftədə bir və ya iki dəfə bu maskadan istifadə edin.
 
Qatıq
 
Qatıq məsamələri daraldan ən təsirli vasitələrdən biridir.
 
Dərini yağ, çirk və ölü dəridən təmizləyir. Tərkibindəki turşular qırışları açır, mimika xətlərini azaldır.
 
Qatığı üzünüzə nazik bir təbəqə halında çəkib 10 dəqiqə saxlayıb yumaq lazımdır.
 
Bir ay müddətində həftədə üç-dörd dəfə təkrarlayın.
 
Yumurta ağı
 
Yumurta ağı da genişlənmiş məsamələrin düşmənidir.
 
Yumurtanın sarısını ayırıb, ağını üzünüzün hər yerinə çəkin. Quruduqdan sonra üzünüzü yuyun.
 
Daha sonra nəmləndirici kreminizi çəkin. Bu proseduranı mütəmadi olaraq həftədə 2 dəfə təkrarlayın.
 
Bundan başqa aşağıdakı maskanı da sınaqdan keçirə bilərsiniz:
 
2 yumurtanın ağı ilə yarım limonun suyunu qarışdırın. Üzünüzə çəkib 10 dəqiqə gözlədikdən sonra soyuq su ilə təmizləyin.
 
Bu maskanı da bir ay müddətində həftədə bir neçə dəfə çəkmək lazımdır.
 
Yulaf
 
Yulaf genişləmiş məsamələri daraldan və dəridəki artıq yağı, ölü dəri hüceyrələrini yox edən möcüzələrdən biridir.
 
Yulafın bir üstünlüyü var ki, o həssas dəriyə sahib olanlara da kömək edir.
 
Bal, süd tozu və yulaf əzməsini qarışdırıb xəmir halına salın.
 
Bu maskanı üzünüzə çəkib dairəvi hərəkətlərlə masaj edin.
 
15 dəqiqə sonra üzünüzü soyuq suyla yuyun.
 
Həftədə bir dəfə tətbiq etmək olar.
 
Xiyar
 
Xiyar dərini möhkəmləndirir, ona görə də məsamələrin kiçilməsinə kömək edir.
 
Həmçinin, dərinin toxumalarını sağlamlaşdıraraq daha təravətli dəriyə qovuşdurur. Xiyarı rəndələyin və ya şirəçəkəndən keçirin. Xiyarın suyunu pambığa damızdırıb üzünüzü silin. Su üzünüzdə quruduqca proseduranı 3-4 dəfə təkrarlayın.
 
15-20 dəqiqə sonra üzünüzü soyuq su ilə yuyun.
 
Xiyar suyuna bir az gül suyu, bir az limon suyu əlavə edib üzə çəkdikdə daha təsirli olur.
 
Bu tonikləri hər gün çəkə bilərsiniz.
 
Alma sirkəsi
 
Alma sirkəsi dəri sağlamlığı üçün vacib komponentlərə malikdir.
 
Dərini möhkəmləndirir, tonusunu artırır, məsamələri daraldır və dərinin ph tarazlığını qoruyur.
 
Alma sirkəsi sizi sızanaqlardan da xilas edəcək.
 
1 xörək qaşığı alma sirkəsini 1 xörək qaşığı suyla qarışdırıb pambıq vasitəsilə üzünüzə çəkin.
 
1 dəqiqə saxladıqdan sonra üzünüzü yuyun. Yaxşıca qurulandıqdan sonra nəmləndirici kreminizi çəkin.
 
Ən yaxşı nəticəni əldə etmək üçün hər gecə proseduranı təkrarlayın.
 
publika.az

Go Back

Geyimdəki kosmetika ləkəsini necə təmizləyək

Dodaq boyası, tonal krem, dırnaq boyası, saç boyası... Bu ləkələrlə necə mübarizə aparaq?

Filmlərdə kişinin ağ rəngli köynəyinin yaxalığında olan dodaq boyası izi romantik görüşə işarə edir. Ancaq real həyatda geyimlərdəki kosmetika ləkələri sonda göz yaşlarına səbəb olur.

 

Dırnaq boyasını təzə aldığınız cinsə yaxmısız, ya tonal kremi köynəyinizə batırmısınız? Dərhal sulu salfetlə işə müdaxilə etmək yerinə bir az durun, sonra işə sakit şəkildə başlayın.

 

Bir az tez hərəkət etmək lazımdır. Quru salfetlə ləkənin topa hissəsini götürün. Sonra ləkənin üzərinə duz, ya da uşaq pudrası səpin. Yağı yaxşı çəkir.

 

Geyimin ləkələnməsidən bir neçə saat keçibsə, plastik qaşıqla qurumuş üst təbəqəsini qaşıyıb götürün. Altına kağız salfet qoyaq arxa hissəsindən təmizləməyə çalışın.

 

Heç vaxt ləkəni ovuşdurmayın.

 

Ləkə təmizləyicisini geyimin materialına uyğun alın.

 

Geyimin rəngi solmasın deyə təmizləyicini birinci geyimin görünməyən hissəsinə vurun.  Peroksid və digər təmizləyiciləri birbaşa ləkənin üzərinə tökməyin. Diş fırçası, ya da yumşaq pambıqla yaxın.

 

Yağ tərkibli olmayan kosmetik vasitələrin ləkəsini təmizləmək üçün su və ammonyak duz qarışımından istifadə edin.

 

Tonal krem, dodaq boyası, kremli ənlik kimi yağ tərkibli kosmetik vasitələrin ləkələrini təmizləmək üçün saç, ya da qabyuyan şampundan istifadə edin. Ləkəni quru salfetlə siləndən sonra bu şampundan suya 1-2 damcı qatıb ləkənin üzərinə tökün. 5 dəqiqə sonra isti suyla yuyun.

 

Başqa üsulla ləkənin üzərinə saç lakı sıxın, 10 dəqiqə sonra təmiz parça, ya da fırça ilə silin.

Ya da ləkənin üzərinə soda əlavə edib bir neçə dəqiq sonra üzərinə isti su+limon qarışımı, ya da sirkə əlavə edib maşına atın.

 

3 %-lik hidrogen peroksid ağardıcı krem və narıncı piqmentləri olan digər ləkələrin təmizlənməsində xüsusi həll üsuludur.

 

Ənlik, ten, pudra ləkələrini yuyucu tozla nəmləndirin. 15 dəqiqə sonra yuyun.

 

Tuj və eyeliner ləkəsini təmizləmək üçün bu məhsullara uyğun satılan təmizləyici flakonunu yaxşıca çalxalayıb pambığa batırın, ləkəni silin, sonra yuyun.

 

Dırnaq boyası çantaya bulaşıbsa, onu da qurutduqdan sonra skoç üsulu ilə təmizləyin.

 

Saç boyasının ləkəsi ən çətin təmizlənən ləkələrdən biridir. Əgər hidrogen peroksid və ammonyak, ya da hidrogen peroksid və su qarışımı da sizə kömək etmirsə, saç boyası təmizləyicisindən istifadə edin. Əgər bu da kömək etməzsə, köynəyi saxlayın, hər dəfə saçınızı boyayanda geyinin.

 

Hər hansı bir ləkəyə ilkin müdaxilə etdikdən sonra ləkə heç cür getmirsə, quru təmizləməyə gedin.

 

lent.az

Go Back

Saçınızın rəngini darçınla açın

Saç rəngini açmağın ən təhlükəsiz üsulunu təqdim edirik. Darçınlı qarışım sayəsində saçlarınız daha işıltılı, ipək kimi yumşaq və daha parlaq olacaq.

3 yemək qaşığı darçın, fincanın üçdə bir hissəsi qədər bal və kondisionerli saç kremini qarışdırın. Homogen qarışım yaratmaq üçün plastik qaşıqla hərtərəfli qarışdırın. Metal qab və qaşıq istifadə etməyin.

 

Saçınızı həmişəki saç şampununuzla yuyun. Saçlar bir az nəmini çəkəndən sonra önə atıb iri daraqla ayırın. Qarışımı hərtərəfli saçınıza yaxın. Çalışın qarışım dəriyə düşməsin, qızartı, allergiyaya səbəb ola bilər. Qarışımı saç dərisinə vurmayın.

 

Saçı sellofanla sarıyıb dəsmalla bükün. 30 dəqiqə sonra dəsmalı çıxarıb daha 3-4 saat gözləyin. 3-4 saat sonra saçlarınızı isti suyla yuyun. Saç rənginiz 2 ton daha açılacaq. Əgər daha da açıq olmasını istəyirsizsə, 3 yox, 4 yemək qaşığı darçından istifadə edin.  

 

lent.az

Go Back

Saçınızın rəngini darçınla açın

Saç rəngini açmağın ən təhlükəsiz üsulunu təqdim edirik. Darçınlı qarışım sayəsində saçlarınız daha işıltılı, ipək kimi yumşaq və daha parlaq olacaq.

3 yemək qaşığı darçın, fincanın üçdə bir hissəsi qədər bal və kondisionerli saç kremini qarışdırın. Homogen qarışım yaratmaq üçün plastik qaşıqla hərtərəfli qarışdırın. Metal qab və qaşıq istifadə etməyin.

 

Saçınızı həmişəki saç şampununuzla yuyun. Saçlar bir az nəmini çəkəndən sonra önə atıb iri daraqla ayırın. Qarışımı hərtərəfli saçınıza yaxın. Çalışın qarışım dəriyə düşməsin, qızartı, allergiyaya səbəb ola bilər. Qarışımı saç dərisinə vurmayın.

 

Saçı sellofanla sarıyıb dəsmalla bükün. 30 dəqiqə sonra dəsmalı çıxarıb daha 3-4 saat gözləyin. 3-4 saat sonra saçlarınızı isti suyla yuyun. Saç rənginiz 2 ton daha açılacaq. Əgər daha da açıq olmasını istəyirsizsə, 3 yox, 4 yemək qaşığı darçından istifadə edin.  

 

lent.az

Go Back

Dırnaqları tez uzatmağın yolları

Şübhəsiz, dırnaqlar hər qadının əllərini gözəl göstərir. Dırnaqları gözəl və sağlam uzatmaq isə hər zaman mümkün olmaya bilər. Dushunce.az Aile.lent.az-a istinadən dırnaq uzatmaq istəyən xanımlar üçün tövsiyələr təqdim edir.

 

Gündəlik olaraq dırnaqlarınızdan az istifadə etməlisiz. Lazımsız yerə əlləri uzun-uzun yumaq da dırnaqların tez qırılmasına səbəb olur.

 

Dırnaqları yuvarlaq şəkildə “pilka”lamaq daha az qırılmasına və daha tez uzanmasına kömək edər.

 

A vitamin və kalsium çatışmazlığı zamanı dırnaqlar quruyur və daha tez qırılır. Sink çatışmazlığı əksikliyi dırnaqlarda ağ ləkələr yaradır. B12 vitamininin kifayət qədər qəbul edilməməsi dırnaqlarda quruluğa və rənginin tündləşməsinə səbəb olur.

 

Fındıq, kəpəkli taxıllar, süd və süd məhsulları, buğda toxumu, dəniz məhsulları,  yumurta sarısı, soya yemək dırnaqların uzanmasına kömək edəcək.

 

Dırnaq təmizləyicisini ayda iki dəfədən çox istifadə etməyin.

 

Dırnaqlara da nəmləndirici vurun.

 

Zeytun, jojoba, hindistan qozu, badam, kakao, çay ağacı yağı dırnaqların nəmlənməsinə və güclənməsinə faydalıdır.

 

Limon və portağal qabığı ilə dırnaqlarınızı masaj etsəniz, qidalanmasına kömək edib qüvvətləndirəcək.

 

Yayda dırnaqlar daha tez uzanır.

 

Daha çox istifadə etdiyiniz əlinizin dırnaqları daha tez uzanır.

Go Back

Dəb insanın özünə yaraşanı seçməsidir

Dəb insanın özünə yaraşanı geyinməsidir. Fəslindən, mövsümündən asılı olmayaraq hər kəs özünə yaraşanı geyinməlidir. Belə olduqda ətrafdakıları geyim deyil, insanın özü maraqlandırır. Yəni insanın özü brend olmalıdır.

Amma bütün bunlara baxmayaraq dünya üzrə standarlaşdırılmış dəb var. Hər ilin, hər fəslin dizayner və modelyerləri tərəfindən uyğunlaşdırılmış dəbi artıq dünya podiumlarında sərgilənir və moda ilə yaşayanların, dəb izləyicilərinin ixtiyarına verilir. Bəs 2015-ci ilin yaz-yay modası necə olacaq? Modelyerlərə görə, bu il Tvist dəbdədir. Tvist yazın yüngüllüyünü rəngarəng pambıq-vual parçalarla özündə birləşdirir. Uzun bomber pencəklər, cırıq cinslər, cropped üst köynəkləri, tökülən, enli şalvarlar və bir çox alternativi ilə yazı qarşılayan Tvist olduqca iddialıdır. Modelyer Nərmin Rüstəmovanın sözlərinə görə, Tvist yaz-yay 2015 kolleksiyasında romantik və söft toxumalarla yanaşı, üsyankar rənglərin də ahəngi toparlanıb. "2015-ci ilin yaz-yay mövsümünə aid kolleksiyaları araşdırdığım zaman isti, bol enerjili yay mövsümünün qadın obrazını görürəm. Çiçək naxışları, buta naxışları, müxtəlif gül naxışları bu ilin trendidir. Bu ilin idman geyimlərində kvadrat fiqurları daha çox özünü göstərəcək. Keçən yaydan bəri dəbdə olan gen şalvarlar bu il də dəbdə olacaq. Şalvar boylarında qısalma müşahidə edilir. Hətta bəzi modelyerlər şalvarlara ətək forması da veriblər. Bunlar ətək-şalvarlar adlanır, əsasən rəngarəng parçalardan və xüsusən də yay aylarında özünü göstərəcək".

Müsahibimiz bildirir ki, bu ilin dəbində cinslərin də xüsusi yeri var. Cinslər heç bir zaman dəbdən düşmür və bu il də cins şalvarlar, ətəklər, köhnəklər, donlar dəbdə olacaq.

Bu ilin yaz-yay kolleksiyalarında ən çox əsgər yaşılı, bej tonları, mavi və onun çalarları, yaşıl və onun çalarları dəbdə olacaq. Ağ rəngli, şifonlar və pambıqlar ilə romantik və zərif yaz stilləri meydana gətirə bilərsiniz. İlin favorit rənglərindən bir də sarı və onun çalarlarıdır. Sarı rəng Günəşin rəmzi olduğu üçün bu ilin yayında bu rəngə daha çox üstünlük veriləcək.

Bu ilin yaz-yay kolleksiyasında digər illərdən fərqli olaraq, don və ətəklər daha çox yer alıb. Qısa ətək və donlar bu ilin favorit geyimləri arasındadır.

2015-in yaz-yaz ayaqqabı modasında isə daha çox səndəllərə, dabansız ayaqqabılara üstünlük veriləcək. Qadını hər zaman hündürdaban ayaqqabılar daha gözəl və cazibəli göstərir. Bu il hündürdaban ayaqqabılar dəbdə olmasa da, gözəl görünmək istəyən xanımlar ənənəvi dəbi davam etdirə bilərlər. "Bu ilin ayaqqabı modasında neon və nudə tonları dəbdə olacaq. Çiçək naxışları, rəngli babetler, stilettolar, mokasenler, qalın dikdaban modellər və burnu açıq bahar botlarları bu il sizin ixtiyarınıza veriləcək. Onu da deyim ki, baharın gəlməsi ilə ayaqqabı modası da rənglənir. Bahar rəngləri çanta kolleksiyalarında da özünü əks etdirir. Bu ilin yaz-yay kolleksiyasında hər növ çanta tapmaq mümkündür. Çiyin çantaları, çarpaz asqılı modellər, mövsüm modası olan kürək çantaları və etnik əsintilər, xətlər, burğular dəbdə olacaq. Ümumiyyətlə, bu il elə ildir ki, rəng ahəngini qorumaqla istədiyiniz geyimləri geyə bilərsiniz".

2015 yaz-yay mövsümü makiyajında təbii üz-təbii makiyaj dəbdədir. Kosmetoloq-vizajist Kəmalə Abdullayevanın sözlərinə görə, makiyaj da moda kimidir. Hər kəs özünə uyğun olanı seçməlidir. "Əgər birinə yaşıl, göy rəng yaraşmırsa, onu həmin rənglərlə bəzəmək olmaz. Düzdür, hər ilin öz makiyaj dəbi var. Amma ən gözəl dəb üzə yaraşandır. Hər zaman çalışmaq lazımdır ki, makiyajı şişirtmədən təbbi görünüş yaradılsın. Günün hansı saatı olursa olsun, parlamayan mat dəri daha diqqət mərkəzində olur. Bu ilin makiyaj dəbində maraqlı bir detal var. Bu il uzun, enli və dağılmış qaşlar dəbdə olacaq. Daha nazik səliqəli qaşlar dəbdə deyil. Qaşlarınızı indidən uzatmağa başlayın. Qaşların uzanmağı üçün isə sarımsaqdan istifadə edə bilərsiniz. Gecə yatanda sarımsağı qaşlara çəkib səhər yumaq lazımdır".

Bu il makiyaj rənglərində rəngarəng pomadalara üstünlük veriləcək. Barbi çəhrayısı, klassik qırmızı, marsala, nudə rəngləri dəbdə olacaq. "Bu ilin ən trend rənglərindən biri də açıq bənövşəyidir. Yay aylarında gözləri bu rəngə boyamaq dəbdə olacaq. Bahara xas olan açıq bənövşəyi rəngin çalarları bu ilin makiyajında üstünlük təşkil edəcək. Romantik üslubu sevənlər açıq bənövşəyi rəngli göz kölgəsini qara layner və kirpiklərə uzunluq bəxş edən tuşla tamamlaya bilər. Bahara ən çox yaraşan makiyaj stillərindən biri də gözləri qəhvəyi rəngə boyamaqdır. Bahar-yay makiyajında narıncı dodaq boyaları da dəbli xanımların seçimləri arasında olacaq. Bahar-yay aylarında yanaqlar şaftalı çalarlarında olan ənliklərlə rənglənməlidir. Təbii ki, ənliyin rəngini makiyajınıza uyğun seçməlisiniz. Ancaq şaftalı çalarlarından istifadə etsəniz belə əsla tünd rəngli ənliklərə üstünlük verməyin. Ənliyi almacıq sümüyünün üzərinə çəkin".

Unutmayaq ki, hər il dəb dəyişsə də, insan özünə yaraşanı seçməlidir. 

ekspress.az

Go Back

Qatığın kosmetologiyada istifadəsi

Qatıq üz və saçlar üçün olan müxtəlif kosmetik maskalarda uğurla istifadə olunur.

Qatıq üz dərisini daha yumşaq, hamar və elastik edir, kiçik qırışları hamarlayır, üz dərisini ağardır, yüngül pilinq effekti verir. Yazda dərimiz çox quru, yorğun olur, qabıq verir. 

 

Qatıqla olan üz maskaları (ev qatığından istifadə etmək daha yaxşıdır):

- 2 xörək qaşığı qatıq, 1 çay qaşığı limon şirəsi, 1 çay qaşığı küncüt yağı, 1 xörək qaşığı yulaf yarması (əvvəlcədən üyüdmək lazımdır) qarışdırılır və təmiz üz dərisinə qalın qatla çəkilir. 15 dəqiqədən sonra üzünüzü ilıq su ilə yuyub istənilən qidalandırıcı krem çəkin.

- 2 xörək qaşığı qatıq, 1/2 çay qaşığı badam yağı, 1/2 çay qaşığı ərik yağı, 1 çay qaşığı qarğıdalı nişastası yaxşı qarışdırılır və təmiz üz dərisinə çəkilir. Maskanı 20 dəqiqə ərzində saxlayın və sonra ilıq su ilə yuyub istənilən qidalandırıcı krem çəkin.

- 3 xörək qaşığı qatıq, 1 çay qaşığı bal qarışdırın və təmiz üz dərisinə çəkin. 20 dəqiqədən sonra ilıq su ilə yuyun.

- 2 xörək qaşığı qatıq, 1 ədəd yumurta sarısı, 5 damcı A vitamini (apteklərdə satılır)  yaxşı qarışdırılır və təmiz üz dərisinə çəkilir. 15 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun.

 

Qatıqla olan saç maskaları

Qatıq həmçinin saçların vəziyyətinə çox müsbət təsir edir. Daim istifadə etdikdə (həftədə 1-2 dəfə) belə maskalar saçları yumşaq, parlaq və canlı edir, saçların rəngini "açır".

- Ən sadə maska - qatıq saçlara çəkilir, plyonka və üzərindən dəsmalla örtülür, 2 saatdan sonra yaxşı yuyulur.

- 1/2 stəkan qatıq, 1 xörək qaşığı gənəgərçək yağı, 1 ədəd yuymurta yaxşı qarışdırılır (bütün inqrediyentlər ilıq olmalıdır) və saçlara çəkilir. Saçlar plyonka, üzərindən dəsmalla örtülür və 2 saatdan sonra şampunla yaxşı yuyulur.

- 1 stəkan qatıqda 1 çay qaşığı maya həll olunur və isti yerə qoyulur. 1/2 saatdan sonra maskanı saçlarınıza çəkin, plyonka və dəsmalla örtün və 2 saatdan sonra yuyun.

- 5 xörək qaşığı qatıq, 1 xörək qaşığı zeytun, 1 xörək qaşığı ayıpəncəsi yağı, 1 xörək qaşığı limon şirəsi, 2 xörək qaşığı istənilən balzam qarışdırılır, saçlara çəkilir, plyonka və dəsmalla örtülür və 2 saatdan sonra yaxşı yuyulur.

 

saglamolun.az

Go Back

İlk gözəllik salonu necə yaranıb

 

ilk gozəllik salonu

İndiki dövrümüzdə bütün dünyada gözəllik salonları çoxluq təşkil edir və günbəgün də artmaqdadır. Müasir dövrdə elə adam tapılmaz ki, bu salonların xidmətindən istifadə etməmiş olsun.

Çoxumuz elə bilirik ki,  bu gözəllik salonları ilk dəfə dəblər mərkəzi sayılan Avropada istifadəyə verilmişdir. Amma bu heç də belə deyil. Qeyd etmək lazımdır ki, ilk gözəllik salonu Avropada deyil, uzaq Avstraliyada- Melburnda yaradılmışdır. Bu  salon ilk fəaliyyətinə bir banka üz kremi ilə başlamışdır...

 XIX əsrin sonlarında əslən Polşanın Krakov şəhərindən olan Tibb Universitetinin tələbəsi olmuş Yelena Rubinşteyn ölkəsini tərk edərək Avstraliyaya yollanır. Yola düşməzdən əvvəl anası özünə hədiyyə edilmiş bir banka üz kremini də qızının çantasına qoyur…

 Yelena Melburna yola düşür. Melburna çatan kimi yerli əhalinin günəşdən yanıb bozarmış və codlaşmış saçları və üzləri onun diqqətini çəkir. Onun fikirinə anasının ona qoyduğu üz kremindən səmərəli istifadə etmək ideyası gəlir.

 Yelena Melburnun mərkəzindəki restoranda ofisiant işləməyə başlayır. Restorana gələn müştərilərə, əsasən də, tanınmış, imkanlı qadınlara yeməklərlə bərabər özü ilə gətirdiyi üz kremini də təklif etməyə başlayır və onlara kremdən istifadə qaydalarını da başa salır.

 Yelenanın “krem müştəriləri” o qədər çoxalır ki, o, Melburnun mərkəzində iri bir zalı icarəyə götürərək ayrıca bir gözəllik salonu açmaq qərarına gəlir. Belə olan halda, Yelena Polşadan Avstraliyaya böyük miqdarda krem sifariş edir. O, Melburnun mərkəzində “Yelena Rubinşteyn: Kosmetika salonu” adlı bir salon açır və fəaliyyətə başlayır. Müştərilərinin hədsiz dərəcədə çoxaldığını görən Yelena özünə gigiyena və massajdan başı çıxan iki işçı götürür və Sidney şəhərində özünün  2-ci  salonunu açır.


 XX əsrin əvvələrində Yelena Avropanın ən yaxşı məktəblərində və klinikalarında dermatologiyanın, plastik əməliyyatın, dietologiyanın, gigiyenanın, dişlərin ağardılması, bərbər sənətinin və s. sirlərinə dərindən yiyələnəndən sonra Avropanın bir çox yerlərində universal kosmetika salonları açmaq qərarına gəlir.

 Helena Rubinstein kremi1908-ci ildə Yelena Londonda  kosmetika salonu açır və salon çox tez bir müddətdə populyarlıq qazanır.  Daha sonra o, Parisdə “Yelena Rubenşteyn” adlı bir universal kosmetika salonu açır. 1915-ci ildən başlayaraq, Yelenanın “kosmetika salonu” biznesi Yeni Dünyaya – Amerikaya da “ayaq açır.”  Nyu-Yorkda “ Kosmetika sarayı” adlı salon fəaliyyətə başlayır. Bu salonun 1 saatı müştəriyə 17-18 dollara başa gəlirdi. 8 saatlıq seans 150 dollara idi. Həmin vaxtlarda bu məbləğ — böyük bir məbləğ idi. Burada kosmetik massaj, duş qəbulu, müalicəvi vannaların qəbulu, fiziki qimnastika (aerobika) xidmətləri göstərilirdi və sonda bərbərlər tərəfindən müştərilərin saçlarını son dəbdə düzəldərək yola salırdılar. Bu salonda bir dəfə olan hər kəs daimi müştəriyə çevrilirdi. Tez bir müddətdə populyarlaşan kosmetika salonu Amerikanın digər şəhərlərində də fəaliyyət göstərməyə başlayır. Yelena tezliklə Bostonda, Filadelfiyada, Çikaqoda, San-Fransiskoda, Vaşinqtonda da salonlar açır...

 Yelena Rubinşteyn ömrünün sonunadək kosmetologiya sahəsində çox böyük işlər görmüş, kosmetologiyaya bir çox yeniliklər gətirmiş və böyük töhfələr vermişdir. Onun adını daşıyan “Helena Rubinşteyn” kremləri kosmetologiyada ən populyar kremlərdəndir...

 Avtraliyanın Melburn və Sidney şəhərlərində fəaliyyət göstərən kosmetika salonlarının əksəriyyəti Yelena Rubinşteynin adını daşıyır.

kayzen.az

Go Back

Gözəllik hiylələri nələrdir

Daha gözəl görünmək hansı kiçik hiylələrdən istifadə edə bilərik? Bu gün ətrafımızdakı bir çox qadınlar kiçik hiylələrin köməyi ilə daha gözəl görünməyi bacarır. Texnologiyanın inkişafı və qadınların gözəllik mövzusunda araşdırmaları hər gün yeni bir məlumaı qarışımıza çıxarsa da, bəzi gözəllik hiylələri illər keçsə də heç dəyişmir.

Gözəllik Hiylələri Nələrdir?

Gecələr yatmamışdan öncə dodaqlarınıza nəmləndirici vurun. Çünki dodaqlar adətən gecələr quruyur və əgər yatmamışdan öncə dodaqlarınıza qulluq etmirsinizsə, böyük ehtimalla səhəri solğun və cansız dodaqlarla açacaqsınız. Dodaqlarınız çəkdiyiniz nəmləndiricini bütün gecə ərzində əməcək, növbəti gün oyandığınızda daha parlaq və gözəl dodaqlara sahib olacaqsınız. Dodaqlarınızın öz təbii rəngindən 2 - 3 ton daha tünd bir çəhrayı rəngdə dodaq boyası çəksəniz daha təbii və daha cazibədar dodaqlara sahib ola bilərsiniz.

Səhər yuxudan oyanarkən güzgüyə baxdınız və gözlərinizin şişdiyini gördünüz. Nə etməli?! Dərhal 2 dəmir qaşığı soyuducuya qoyub 2-3 dəqiqə gözlədikdən sonra çıxardıb qısa bir müddət gözlərinizə qoyursunuz. Şişkinliklər dərhal yox olacaq! Kiçik gözlərə sahib olan xanımlarımız makiyaj edərkən gözlərinin altına və üstünə ağ qələm çəkərlərsə gözləri daha iri görünəcək. Əgər səhər oyananda üzünüz şişirsə, soyuq su ilə yuyunun. Səhər oyanarkən gözləriniz hələ də yorğun görünürsə zərli tenlərə üstünlük verin. Gözləriniz daha canlı görünəcək.

Tonal krem seçərkən onun öz təbii üz rənginizə uyğun olmasına fikir verin. Belə olduqda həm daha təbii bir görüntü əldə edəcəksiniz, həm də qüsurlu sahəni qapamaq istədikdə üzünüzün digər nayihələrindən az fərqlənəcək. Almacıq sümüklərinizin daha iri və canlı görünməsini istəyirsinizsə çəhrayı bir dodaq balzamı tətbiq edə bilərsiniz. Ardınca ənlik də işlətmək mümkündür. Kirpiklərinizə tuş vurarkən həm üst, həm də alt hissəyə tətbiq etməlisiniz. Əgər tuşunuz quruyubsa 2-3 dəqiqə isti suyun içərisində saxlamaq kifayətdir.

Makiyaj üçün bazanız yoxdursa, bunun əvəzinə vazelin tətbiq edə bilərsiniz. Makiyajınızı 2 dəfə təmizləyib ardından yuyunun. Məsamələrin tutulmaması üçün bu şərtdir. Pomadanızın mat görünməsini istəyirsinizsə bir az pudra töküb işlədin. Kirpik qıvıran alətlərə bir az istilik versəniz daha buruq kirpiklərə sahib ola bilərsiniz.

Saçlarınız elektriklənirsə kiçik bir miqdar əl kremini əllərinizdə yayıb saçlarınıza yüngülcə çəkin.

Go Back

Fotojenik olmağın 20 üsulu

Bəzən nə qədər də gözəl olsanız da şəkillərdə bu gözəlliyi əks etdirə bilmirsiniz. Buna qeyri-fotojeniklik deyilir. Əgər şəkillərdə yaxşı düşmürsünüzsə, o zaman sizinçün yazdığımız bu məsləhətləri diqqətlə oxuyun və tətbiq edin. Nəticədən məmnun qalacaqsınız.

  1. Şəkillərdə gözü bağlı düşürsünüzsə, şəkil çəkilməzdən öncə gözlərinizi bağlayın və çəkilməzdən 1-2 saniyə qabaq açın.
  2. Boğazınızın altı kökdürsə, bu görüntünü şəkildən çıxarmaq üçün üzünüzü biraz qabağa çəkin. Çənənizi alnınızdan geriyə doğru çəkdiyinizi düşünün. Qəribə səslənsə də fotolarda yaxşı nəticələr əldə edə biləcəksiniz.
  3. Tonal kreminizi dərinizin rənginə uyğun seçin. Və tonal kremi boğaz hissənizə də çəkməyi unutmayın.
  4. Gözlərinizin daha parlaq düşməsi üçün, gözlərinizi iri açın. O zaman, daha çox işıq düşəcək və gözləriniz parlaq görünəcək. 
  5. Yaxşı düşdüyünüz şəkillərə diqqət edin. Hansı tərəfdən, hansı ifadəylə yaxşı düşürsünüzsə onu tətbiq edin.
  6. Ağzınızı çox açaraq gülməyin. Bunun qarşısını almaq üçün dilinizi dişlərinizə söykəyin.
  7. Qaşlarınızı vurğulayın. Qaşlar sadəcə duyğu və xarakteri göstərməz, eyni zamanda kamerada canlı görünməyinizə yardımcı olar.
  8. Saçlarınızın parlaq olmasına fikir verin. Bunun üçün spreydən də istifadə edə bilərsiniz.
  9. Kimsə şəkillərinizi çəkməzdən öncə işığa baxın. Beləliklə, göz bəbəkləriniz kiçilər və “qırmızı gözlərdən” qurtularsınız.
  10. Gözlənilmədən fotoçəkilişə ehtiyac olacaqsa, bir salfet yardımıyla üzünüzü qurudun və yanaqlarınızı sıxaraq çəhrayı görünməsinə şərait yaradın.
  11. Allıqdan mütləq istifadə edin. Yanaqlarınızda rəng olmadan, üzünüz ikiqat böyük görünəcək. Almacıqların üstünə orta çəhrayı tonda allıq tətbiq edin.
  12. Kameraya qarşı dümdüz dayanmayın. Biraz sağa, biraz sola əyilərək daha yaxşı görüntü əldə edə bilərsiniz.
  13. Incə görünmək üçün, əllərinizi çanaqlarınıza qoyun, bədəninizi yana doğru əyin və başınızı kameraya çevirin.
  14. Boynun aşağısında kiçik bir parıltı dərinizə xoş bir parlaqlıq verəcəkdir.
  15. Arxa fonun daha açıq tonda olmasına diqqət edin. Bu, üzünüzü parlaq göstərəcək. Ağ rəngli fon, kameranın avtomatik olaraq üzünüzün rəngini tapmasına kömək edəcək.
  16. Dodaq boyalarında parlaq və açıq tonlara üstünlük verin. əksi sizi daha yaşlı göstərəcək.
  17. Birbaşa işığın altında dayanmayın. Üzünüzdə kölgələrə yol açar. Bunun yerinə, işığın qarşısında dayanın.
  18. əlinizdə bir əşya tutun. Bu müvazinətinizi tarazlayacaq.
  19. Gözlərinizin parlaq olması üçün işıq gələn yerə baxın. Bu daha gözəl görünmənizə kömək edəcək.
  20. Gülümsəməkdən qaçmayın. Təbii bir gülümsəmə şəklinizin ideal alınmasına kömək edəcək 

makiyaj.az

Go Back

Tez yağlanan saçlar üçün

Bir çox xanımların əsas problemlərində biri də  tezyağlanan saçlardır. Çoxları ele düşünür ki, saçları tez tez yuduqda bu problemi aradan qaldırmaq olar.

Lakin, bu belə olmamaqla bərabər tam əks  təsir göstərə bilir. Səbəb odur ki, saçlarınızı tez-tez yuduqda , siz piy vəzilərinin işini daha da gücləndirmiş olursunuz, və bununla saçlar yağlandığından daha çox yağlanmağa başlayır.

Dermotoloqların fikrinə əsasən saçları həftədə 4 dəfədən artıq yumaq olmaz. Əgər səhər yuyulan saçlar axşam yağlanırsa, o zaman buna səbəb olan orqanizmdə baş verən hər hansı bir problemi araşdırmaq lazımdır.

Saçlar niyə tez yağlanır?

Buna səbəb genetik meyl və ya sonradan qazanılmış səbəblər ola bilər.

Müəyyən preparatların qəbulu, stress və qadın xəstəliklərin orqanizmdə hormonal pozğunluqlara gətirə bilər. Bu isə insanın xarici görünüşünə təsir edə bilər.Bu saçların yağlılığı ilə də müşahidə oluna bilər.

Problem daxili orqanlarda olduqda isə, heç bir kosmetik vasitələr bu problemin həllinə kömək edə bilməz. Belə vəziyyətdə həkimə müraciət edib, qaraciyər, öd kisəsi, mədəaltı vəz və mədəni yoxlamaq gərəkdir.

Həmçinin vacib əsaslardan biri mineral və vitamin komplekslərinin düzgün qəbuludur. Bunlardan :sink və A, B, E, C vitaminləridir. Bunun üçün isə düzgün qida rasionu və rejim mütləqdir. Çünki bunlar insanın immun sisteminə və ümumi fiziki vəziyyətinə bir başa təsir edir.

Yadda saxlayın, yarımfabrikat, acı, duzlu  və yağlı yeməklər, şirniyyat, arıqlamaq üçün saxladığınız pəhrizbütün daxili sistemin iş prinsipinə mənfi  təsir göstərmiş olur.

Baş dərisinin vəziyyətini yaxşılaşdırmaq üçün müəyyən kosmetik vasitələr olan, şampun, balzam və maskalardan istifadə edə bilərsiniz. Həmçinin dermotoloqlar saçları ilıq su ilə yumağı, soyuq aylarda isə papaq taxmağı məsləhət görürlər. Kimyəvi burma və boyama isə baş dərisinin vəziyyətini pisləşdirir və piy vəzilərinin işini  gücləndirir.

Sonda isə sizə yağlı saçlar üçün istifadə olunan bəzi maskaları təqdim edirik:

Alma sirkəsi maskası.

Xırda doğranmış alma və 1 x/q sirkə qatışdırılıb,10-20 dəqiqəlik baş dərisinə sürtülür. Sonradan ilıq su ilə yuyulur.

Gicitkən maskası.

500 qr gicitkəni  və 1/2 lt suyu  qazın üzərində bir neçə dəqiqə qaynadmaq lazımdır. Sonradan soyuduqdan sonra onu süzüb saçları hər yuduqdan sonra balzam kimi istifadə etmək məsləhət görülür.

Kefir maskası.

Kefiri baş dərisinə sürtüb, 20 dəqiqə saxlamaq lazımdır. Sonradan saçları ilıq su ilə yaxşı yuyub, axırda sirkə ilə qarışdırılmış su ilə yaxalamaq yaxşı effekt göstərir.

saglamolun.az

Go Back

Hamar qarın üçün 10 qızıl qayda

Hamar qarına sahib olmaq üçün pəhriz saxlamaq kifayyət etmir. Bunun üçün bir çox idman hərəkətlərinə və vərdişlərə əməl etmək vacibdir. Diqqətinizə sizi arzusunda oldugunuz qarına sahib edəcək 10 qızıl qaydanı çatdırırıq...
 
Rahatlanın
 
Stress – piyin qarın nahiyəsində yığılmasının ilk səbəbidir. O, piyin qarında toplanmasına səbəb olan kortizol hormonunun səviyyəsini artırır. Gərginliyi aradan qaldırmaq üçün belə bir hərəkət yarayar:
Sakit və rahat bir yerdə əyləşin. Ağciyərlərinizə bacardığınız qədər çox hava çəkin və asta-asta nəfəs verin. Dərindən nəfəs alaraq hər nəfəs vermə zamanı "bir” sözü söyləyin. Bu hərəkəti gündə bir-iki dəfə 5-10 dəqiqə ərzində etmək lazımdır.
 
Spirtli içkiləri unudun
 
Nahar vaxtı qəbul olunmuş bir qədəh şərab – və siz artıq şalvarınıza sığmırsınız. Alkoqol da kortizol səviyyəsini artırmaqla piyin qarın nahiyəsində toplanmasına səbəb olur.
 
Siqaret çəkməyin
 
Siqaret çəkənlərin əksəriyyəti isbat edir ki, papiros çəkmək arıq qalmaqda onlara kömək edir. Lakin məsələ ondadır ki, papiros çəkənlərin qarın nahiyəsində çəkməyənlərə nisbətən daha çox piy toplanır.
 
Lifli qidadan daha çox istifadə edin
 
Bu, çəkinin azalmasına müsbət təsir edir (liflər mədəni doldurur və aclıq hiss olunmur). Eyni zamanda qarın köpünə səbəb ola biləcək qəbzlik törətmir. Hər gün dənli bitkilər, meyvə və tərəvəz, yaxud qida əlavələri şəklində 25 – 38 q lifli qida yemək kifayətdir.
 
Çoxlu su için
 
Menstruasiya önü dövrdə çoxlu su için. Bu, orqanizmin ümumi vəziyyətinə zərər yetirmədən köpü aradan qaldırmağa kömək edəcək.
 
Sümükləri unutmayın
 
Osteoporoz – sümükləri zədələyən xəstəlikdir. Zəif onurğa sümükləri orqanizmin çəkisini saxlaya bilmir ki, bu da sonradan belin bükülməsinə gətirib çıxara bilər. Yaşınız 50 və daha çoxdursa, hər gün qida ilə 1200 mq kalsium qəbul etmək lazımdır. Yaşı 50-dən az olanlar üçün gündəlik kalsium norması 1000 mq-dır.
 
Aerobika məşqləri
 
Nə qədər ki əzələlər piy qatı ilə örtülmüşdür, heç bir fiziki hərəkət qarını düzəltməyə kömək etməz. Ən yaxşı üsul –həftədə beş dəfə 45-60 dəqiqə ərzində aerobika ilə məşğul olmaqdır.
 
Qarnınızı çəkin
 
Təsəvvür edin ki, içərinizdə qarnınızı onurğanıza tərəf çəkən bir maqnit var. Maksimal dərəcədə qarnınızı içəri çəkin və tezliklə bu, nəfəs almaq kimi bir vərdişə çevriləcək. Bunu yada saldığınız hər an etsəniz tezliklə adət edəcəksiniz.
 
Artıq çəkidən azad olun
 
Qarşınıza məqsəd qoyun- həftədə iki-üç dəfə fiziki hərəkətlər edin. Qaydalara riayət etsəniz 50 yaşınızda belə 20 yaşınızda geyindiyiniz paltara sığa biləcəksiniz.
 
Qarın əzələlərini yükləyin
 
Fiziki hərəkətləri bacardıqca ayaq üstə edin. Bu zaman qarın əzələləri də işləyir. Bu, bədəni müəyyən çəkidə saxlamaq və onu möhkəmləndirməyə kömək edir. Özünüzə fikir verin. Duruşunuz həmişə düzgün, qarın əzələləri isə içəri çəkilmiş olmalıdır.
 
tibb.az

Go Back

Yağlı dəri haqqında qadınların 4 səhvi

Yağlı dəriyə sahib olanlar bu səbəbdən çox narahatlıqlar yaşasalar da, yağlı dərinin də bəzi üstünlükləri vardır. İlk olaraq onu demək lazımdır ki, yağlı dəri gec qocalır və qırışlanır. Dərimizdəki yağ miqdarı daim çox olduğu üçün dərimiz elastiklik qazanır və bu da bizim yaşıdlarımıza görə daha gənc görünməmizə səbəb olur. Bu, hər nə qədər gözəl bir hal olsa da, daim yağlı dərilə gəzmək, civzə və qara nöqtələrlə mübarizə aparmaq, makiyajın axması kimi hallar bizi narahat edir. Bu narahatlıq səbəbindən bir çox səhvlər edir və hər növ vasitədən istifadə edərək dərimizdəki yağlardan xilas olmağa çalışırıq. Bütün bunların heç bir köməyi yoxdur. Çox təəssüf ki, bu bizim dərimizin xüsusiyyətidir. Bunu kənar təsirlərlə aradan qaldıra bilmərik. Əgər dərimizi yaxşı tanısaq və nə yeyəcəyimizə, dərimizə nə çəkəcəyimizə diqqət etsək, yaxşı olar. Doğru bilinən səhvlərdən xilas olmalıyıq və vəziyyəti daha da pisləşdirməməliyik.

Nəmləndiricilərdən istifadə etmək lazım deyil.

Öz-özmüzə gəldiyimiz bir qərardır bu. Halbu ki, hər dərinin nəmləndiriciyə ehtiyacı vardır. Yağlı dəri də buraya aiddir. Çünki nəm ilə yağ eyni şey deyil, dərimizin nəm ehtiyacını verməliyik. Əks halda daha pis problemlər yarana bilər. Bu səbəbdən mütləq nəmləndirici kremlərdən istifadə etməliyik. Ancaq yağsız və ya az yağlı olmasına diqqət etməliyik.

Spirtli losyonlar

Spirtli losyonlar yağı təmizlədiyi üçün sizə çox gözəl bir vasitə kimi görünə bilər. Amma onlar heç bir dəriyə uyğun olmadığı kimi yağlı dəriyə də uyğun deyildir. Spirtli losyon dərimizdəki bütün yağları çəkərək dərinin qidasız olmasına səbəb olar. Dəridəki qırışıqları artıracaqdır. Losyon istifadə edərkən spirtsiz olmasına diqqət edin. 

Yağın səbəbi çirkdir.

Bu tamamən səhv düşüncədir. Üzünüzü az yumağınızla yağın heç bir əlaqəsi yoxdur. Üzünüzü istədiyiniz qədər yuyun, amma yenə də yağlanacaqdır. 

Tez-tez yuyulmalıdır.

Buda səhv düşüncədir. Yağlı dəriyə sahib olanlar gün ərzində üzlərini nə qədər yusa da, yağın qarşısını ala bilməz. Gündə iki dəfə üzü yumaq kifayətdir. Həddən çox üz yuyulmağı bəzi əks təsirlər yarada bilər. Civzə yaradar, ani quruluq dərini yanmasına səbəb ola bilər.

atv.az

Go Back

Səpgilərdən xilas olmağın yolları

Gözəllik həmişə göz oxşayır. Ancaq əbədi nə var ki? O ki qaldı qadın gözəlliyi ola...

Zaman keçdikcə, yaş üstünə yaş gəldikcə gözəllik də yavaş-yavaş solmağa başlayır, necə deyərlər, qara saça dən, bəyaz dəriyə qırış düşür. Amma cavanlığın da öz problemləri var. Məsələn üz səpgiləri.

Təbii ki, üzdə səpgilərin yaranması gözəlliyə xələl gətirməklə yanaşı xanımlarda narahatlıq da yaradır. Əlbəttə ki, səpgilərin yaranma səbəblərini və ondan xilas olmağın yollarını öyrənmək heç də pis olmazdı.

Üzdə olan civzə və aknelərin əmələ gəlməsi periodik xarakter daşısa da, xırda səpgilər çox vaxt qəflətən və gözlənilmədən yaranır. Axşam təmiz və hamar olan dəridə səhər çoxlu xırda səpgilər yarana bilər.

 

Xırda səpgilərin əmələ gəlməsi bir sıra səbəblərlə əlaqədar ola bilər:

- Mədə-bağırsaq sisteminin pozulması: qəbizlik, bağırsaqların atoniyası;

- Allergiya: mövsümlə əlaqədar olaraq çiçək tozu, günəş şüaları, toz və digər yaz-payız faktorlarına qarşı həssaslığın artması;

- Dəriyə qeyri-düzgün qulluq: kosmetik vasitələrin uzun müddət üzdə qalması, dərinin təmiz yuyulmaması, yeni istifadə olunan hər hansı vasitəyə qarşı reaksiya;

- Dəri parazitləri: demodeksin – dəri məsamələrində yaşayan gənənin aktivləşməsi;

- Orqanizmdə baş verən hormonal dəyişikliklər: yeniyetməlik, hamiləlik, klimaks və cinsi həyatda uzunmüddətli fasilə;

- Bəzi dərman preparatlarının qəbulu;

- Bəzi qida növləri (ekzotik və sitrus meyvələri, moruq, yerkökü və s.), keyfiyyətsiz, həddən artıq şirin və yağlı qida qəbulu;

- Dərinin infeksion xəstəlikləri;

- Güclü stress.

 

Səpgilərin üzün hansı hissəsində yayılmasından asılı olaraq səbəb haqqında mülahizə yürütmək olar.

Alında, saç xəttinə yaxın – öd kisəsi və öd yollarının disfunksiyası, qəbizlik;

Göz ətrafındaalmacıq sümüyü üzərində – böyrək və böyrəküstü vəzin xəstəlikləri;

Burunüstü nahiyədə – qaraciyərin disfunksiyası;

Yanaq, sinə, kürək nahiyəsində – ağciyər xəstəlikləri;

Burnun ucunda və qanadlarında – ürək-damar sisteminin xəstəlikləri;

Dodaqətrafı və çiyin nahiyəsində – həzm sisteminin və yoğun bağırsağın disfunksiyası;

Çənə və çənəaltı nahiyədə – hormonal sistemin, əsasən də cinsi hormonların disbalansı zamanı əmələ gəlir.

 

MƏSLƏHƏTLƏR

- Üzün isti suyla yuyulması ilk növbədə iltihabi proseslərin sorulmasını sürətləndirir, demodeks kimi parazitlər isti mühitə qarşı dözümsüzdür.

- Axşamlar üz yuyulduqdan sonra tərkibində spirt saxlayan losyon, salisil spirti və ya 40 faizli spirtlə silinir.

- Gülümbahar, aptek çobanyastığı çiçəyi və dazıotu kimi bitki dəmləmələri ilə üzə islatma və buxar vannası edilir.

- Müalicə zamanı qida rasionundan şirin, duzlu, yağlı qidalar tamamilə çıxarılır, meyvə-tərəvəz, göyərti kimi təbii məhsullar artırılır.

- Bitkilərdən hazırlanmış təbii maskalardan istifadə edilir.

- Mütəmadi olaraq təmiz havada gəzmək, müalicə müddətində dekorativ kosmetikadan istifadə etmək, skrab kimi dərini zədələyə biləcək vasitələrdən uzaq durmaq məsləhət görülür.

 

RESEPTLƏR

- 1 çay qaşığı tozağacı tumurcuğu 1 stəkan qaynar suda 10 dəqiqə qaynadılır, 20 dəqiqə ocaqdan kənarda dəmlənir, süzülür. Bir neçə qat tənzif isti dəmləmədə isladılır, üzə qoyularaq 10 dəqiqə saxlanır. Soyuyandan sonra tənzif dəyişdirilir.

- Bağayarpağının bir neçə təzə yarpağı xırdalanıb əzilir, alınan kütlə təmiz yuyulmuş üzə çəkilir, 20 dəqiqə saxlandıqdan sonra yuyulur.

- 1 xörək qaşığı quru dəvədabanı üzərinə 1 stəkan qaynar su tökülərək 30 dəqiqə dəmlənir. Alınan dəmləmə ilə üz hər gün bir-iki dəfə yuyulur.

- 1 xörək qaşığı quru gəndalaş çiçəyi üzərinə 2 stəkan qaynar su tökülərək 20 dəqiqə dəmlənir, süzülür və üzə islatma qoyulur.

- Teader çayı 2 filtr-bağlama 1 stəkan suda dəmlənir, gündə 2-3 dəfə daxilə qəbul edilir. Həmin dəmləmə ilə üz dərisi gündə 2 dəfə silinir.

- 1 xörək qaşığı xırdalanmış gülümbahar çiçəyi 1 stəkan qaynar suda 1 saat dəmlənir, süzülür. Azacıq isidilərək 20 dəqiqə üzə islatma qoyulur və ya isti buxarla üzə vanna edilir.

- 2 xörək qaşığı gülümbahar çiçəyi üzərinə 1/4 stəkan 40% spirt və 1/5 stəkan isti su əlavə olunur, tünd qabda qaranlıq yerdə 1 sutka dəmlənir. Sonra süzülür, üzərinə 3-4 ml qliserin, 5 qram bor turşusunun spirtdə 5% məhlulu əlavə olunaraq qarışdırılır. Alınan cövhərlə üz gün ərzində 2-3 dəfə silinir.

- Gün ərzində iki dəfə üz dərisi səpgi əleyhinə Fitolosyonla silinir.

- 2 çay qaşığı bal yarım çay qaşığı toz halına salınmış darçınla qarışdırılır, isti su hamamında yumuşaldılıb üzə çəkilir, 10 dəqiqə saxladıqdan sonra ilıq suyla yuyulur.

- 1 ədəd yumurta ağı köpük alınana qədər yaxşı çalınır, 1 çay qaşığı nişasta və 4 damcı çayağacı yağı əlavə edilib qarışdırılaraq üzə çəkilir. 10 dəqiqə saxladıqdan sonra yuyulur, sonra qidalandırıcı krem çəkilir.

- Aloe yarpağı kəsilir, soyuq suyla yuyulur, sərin və qaranlıq yerdə 10 sutka saxlanır. Yarpağı kəsilməmişdən 1-2 həftə əvvəl bitki sulanmamalıdır. Sonra yarpaqlar xırdalanır, əzilir, üzərinə 1:5 nisbətində qaynadılmış soyuq su əlavə olunur. Qaynayan su hamamında 1 saat dəmlənir, ocaqdan götürülür, soyudularaq süzülür. Tünd şüşə qabda saxlanır. Gün ərzində 2 dəfə üz dərisi silinir.

 

Mənbə: Herba Flora jurnalı

Go Back

Makiyajın korladığı dərini necə qidalandırmaq olar?

Biz qadınlar demək olar ki, hər gün makiyaj edirik. Gecə yatmadan öncə makiyajımızı təmizləsək də, dərimizə uyğun kremlərdən istifadə etsək də, bir müddət sonra dərimizin makiyaj üzündən yorulduğunu, rənginin tutulduğunu hiss etməyə başlayırıq. Bəzi xanımlar belə halda professional mərkəzlərə müraciət edərək bahalı proseduralar etdirirlər. Təbii ki, bu da bir üsuldur. Ancaq belə proseduraları tez-tez etditrməyə hər kəsin maddi imkanı və vaxtı imkan vermir.
 
Ona görə də makiyajın korladığı dərini ev şəraitində qidalandırıb gözəlləşdirməyin üsulunu təqdim edirik:
 
Türkiyənin məşhur kosmetoloqu Suna Dumankaya makiyajın üzə verdiyi fəsadları aradan qaldırmağın ən yaxşı üsulunu açıqlayıb.
 
Bunun üçün 2 xörək qaşığı manqo suyunu, 2 xörək qaşığı çiyələk suyu və 1 çay qaşığı vanil ilə qarışdırıb, üzərinə yarım limonun suyunu sıxmaq və içərisinə 1-2 ədəd buz atmaq lazımdır. Əldə etdiyiniz qarışımı makiyajınızı təmizlədikdən sonra üzünüzə çəkib masaj edin. Yarım saat sonra üzünüzü yuyub nəmləndirici kremlərinizi çəkin.
 
Bu tonik-maskanı hər gün yenidən hazırlamaq lazımdır. Saxlayıb sonra istifadə etmək olmaz.
 
publika.az

Go Back

Sağlam dərinin sirləri

Müxtəlif dəri növləri və onlara qulluq: əbədi gəncliyin sirri.

Sağlam və gözəl olan "şaftalı" dəri arzulayırsan? O zaman dərinin əsas növləri və onlara qulluq barədə öyrənməlisən.

Hər şeyin asan olacağını gözləmə- yalnız sistemli aparılan prosedurlar sənin dərini ideal vəziyyətə gətirəcək. Elə indi başla!

Mündəricat
Dəriyə qulluq və növləri: necə müəyyən etmək olar?
Normal dəriyə qulluq.
Quru dəriyə qulluq.
Yağlı dəriyə qulluq.
Qarışıq dəriyə qulluq.

Dəriyə qulluq və növləri: necə müəyyən etmək olar?
Belə ki, sənin dərinin hansı növə aid olduğunu müəyyən etmək lazımdır. Onların bir neçə növü var və hər biri öz xüsusiyyətlərinə malikdir.

Normal dəri növü

Bu dəri növünə sahib olan şanslı qızlar bir qayda olaraq gözəl üz rənginə malikdirlər. Normal dəri, sahibinin həm fiziki, həm də mənən sağlam olduğunu xəbər verir. Belə dəri elastikdir, toxunarkən –yumşaq və hamardır, temperatur dəyişikliklərinə yaxşı tab gətirir, yağlılıq, civzə, və səpkilər kimi çox böyük xoşagəlməz hallar olmur. Əgər sən bu cür dəriyə sahibsənsə, o zaman onu yaxşı vəziyyətdə saxlamaq lazımdır.

Quru dəri

Əgər sənin dərin tez-tez qabıq verir və allergiya olursa, o zaman səni "təbrik etmək" olar. Sənin dərin quru dəri növünə aiddir. Problemlər, bir qayda olaraq, günəş və soyuqda olduqdan sonra başlayır. Yuyunduqdan sonra həmişə özünü narahat hiss etməyə başlayacaqsan.

Yağlı dəri 

Bu cür dərini yağlı parıltı və geniş məsamələrə görə müəyyən etmək olar. Tez –tez sızanaqlar, səpkilər, qara nöqtələr yaranır. Dəri soyuqdəyməyə və qıcıqlanmalara meyillidir. 
Yeganə müsbət cəhət: yağlı dəriyə sahib olanların dərilərində yaşlandıqca digərlərinə nisbətən daha az qırışların yaranmasıdır.

Qarışıq dəri

Qarışıq dəri növü bir çox qadınlar arasında ən geniş yayılmış dəri növüdür. Üzdə həm quru həm də yağlı nahiyələr var. Buna görə də, bu dəriyə ayrı-ayrılıqda qulluq etmək lazımdır.

Indi isə adlarını çəkdiyimiz dəri növlərinə qulluq barədə danışaq.

Normal dəriyə qulluq.

Əgər sənin dərin normaldırsa, o zaman gündəlik qulluq sayəsində onu yaxşı vəziyyətdə saxlamaq lazımdır.

Mütləq, gündəlik olaraq dəri xüsusi vasitələrlə, köpük və gellərlə təmizlənməlidir (yuyulmalıdır).
Gündəlik dərini losyon və kremlərlə nəmləndir.
Həftədə 2 dəfə dərini qabıqsoyucu vasitələrlə-skrabla təmizləmək lazımdır.
Dərini A, C və E vitaminlərsiz sağlam saxlamaq mümkün deyil.
Gün ərzində 1.5 və 2 litr su iç.

Bu tövsiyyələrə riayət etsən hər zaman güzgüdə mükəmməl dərini görə bilərsən.

Quru dəriyə qulluq

Quru dəri- ən pis variant deyil. Onun vəziyyətini düzəltmək qarışıq dəriyə nisbətən daha asandı. Buna görə də, aşağıdakı qaydalara riayət et.
Əgər quru dərini "yaxşılaşdırmaq" istəyirsənsə adətlərini dəyişdir: sağlam həyat tərzi sürməyə başla.
Daha çox meyvə və tərəvəzlə qidalan.
Bədəndən suyu çıxaran bütün vasitələrdən imtina et: sauna və spa, kofe və tünd çay, həddindən artıq fiziki məşqlər və zəiflədici vasitələr.
Günəş altında olmağına limit qoy. Həmçinin quru hava da ziyanlıdır. Bunun üçün xüsusi nəmləndici alın.
Həmçinin çoxlu su içmək lazımdir : gün ərzində 1.5-2 litr.
Dərini yaxşı nəmləndir. Bunun üçün yaxşı krem və qatılaşdırılmış serum almaq lazımdır.
Skrablardan istifadə etmək qəti qadağandır.

Düzgün və bol nəmləndici – quru dərinin sağlamlığının zəmanətidir.

Yağlı dəriyə qulluq.

Yağlı dərinin vəziyyətini yaxşılaşdımaq üçün, aşağıdakı tövsiyyələrə riayət etmək lazımdır.

Ən əsas qidalanmaya fikir vermək lazımdır. Bu balanslaşdırılmış olmalıdır: zülalların, yağların və karbohitratların miqdarını say. Bundan əlavə, bütün zərərli "ləzzətlərdən" imtina etməlisən: yağlı, şirin, qızarmış və acı.
Səhər və axşam dərinin təmizlənməsi vacibdir. Yuyunmaq üçün losyonlardan istifadə edin.

Bu vasitələr dəridə olan yağlılığı azaltmağa və normal vəziyyətə yaxınlaşdırmağa kömək edəcək.

Qarışıq dəriyə qulluq.

Qarışıq dəri xüsusi qulluq tələb edir.
Sənə 2 növ təmizləyici vasitə lazım olacaq: quru hissələr üçün yumşaq, yağlı hissələr üçün- tonuslaşdırıcı.
Sabunla yuyunmaq olmaz. Bununla "dəri" problemlərini daha da dərinləşdirəcəksən.

Dərinin qulluğuna düzgün yanaşıldığında, onun ideal vəziyyətinə nail olacaqsan. Ən əsas odur ki,- tənbəllik etməyəsən, prosedurları qaçırmayasan və düzgün qidalanasan.

​big.az

Go Back

Dırnaq qırılmasından bu yolla qurtulun

Xanımların ortaq problemi olan dırnaq qırılması baxımsızlıqdan yaranır. Dırnaqlarınız nə qədər incə olur olsun bu bitki mənşəli formulları tətbiq etməklə dırnaqlarınızın günü-gündən daha da gücləndiyini görəcəksiniz.

 

Qarışım 1.

1 çay qaşığı soda və 1 stəkan ilıq suyu qarışdırıb, əllərinizi 10 dəqiqə bu suda saxlayın.

 

Qarışım 2.  

1 yemək qaşığı duz

Yarım limon suyu

2 çay qaşığı zeytun yağı

1 stəkan ilıq su

2 çay qaşığı badam yağı

Duz əriyənə kimi bunları odda qarışdırın. 4-5 dəqiqə əllərinizi bu suda saxlayın.

 

Qarışım 3.

Hindistan qozu yağı (1 yemək qaşığı)

Badam yağı (1 yemək qaşığı)

Hind yağı (1 yemək qaşığı)

Qarışdırıb isidin. 10 dəqiqə əllərinizi içində saxlayın. Həftədə 3 dəfə edin. 

 

lent.az

Go Back

Düzgün ətir seçməyin qaydaları

Özünü ətir seçərkən sizin vücudunuza, bədninizin qoxusuna uyğun ətir seçməlisiniz.

Bu ilk dəfə üçün qəribə səslənsə də hər bədənin özünə məxsus qoxusu olur və seçdiyiniz ətirlə bədən qoxusu bir-birini tamamlamalıdır.

Çünki ətirə həyat verən məhz elə sizin cildinizdir.

Mütəxəssislər qarabuğdayı insanların daha sərt, sarışınların isə yüngül ətirlərdən istifadə etmələrini məsləhət görürlər.

Əgər doğru ətir seçsəniz bədən qoxunuzla bərbabər əsrarəngiz qoxu sahibi olaca bilərsiniz.

Ətrin 3 təbəqəsi var:

Üst təbəqə: Bu, ətiri ilk qoxladığınızda burnunuza gələn qoxudur. Ümumiyyətlə keçicidir və tez dağılır.

Orta təbəqə: Bir neçə dəqiqə - 1 saat ərzindəki ətirin qoxusudur. Yavaşca itən bir toxuması vardır.

Aşağı təbəqə: Ətiri vurduqdan 30 dəqiqə sonra əsas layı hiss etməyə başlayırsınız . Ümumiyyətlə orta təbəqə ilə sonuncu təbəqə ətirin demək olar ki, əsas xüsusiyyətidir...

Ətirlə əlaqədar diqqət edəcəyiniz əsas xüsusiyyətər:

1) 3 qat olan ətirin özünü ortaya çıxarması üçün səbirli olun.

2) Mövsümlərlə birlikdə ətrinizi də dəyişdirin. Soyuq qoxunun təsirini azalda bilər.

3) Ətiri duş aldıqdan sonra istifadə edin.

4) Maksimum təsir üçün nəbz ölçebildiyiniz yerlərə vurun.

5) Ətir almaq üçün günortadan sonranı seçin. Bu zaman dilimində qoxu alma hissiyyatı ən üst nöqtədə olur.

6) Quru bir dəriniz varsa daha çox ətir səpin. Yağlı dəriyə sahib olanların bədənində ətir daha qalıcı olur.

olke.az

Go Back

Saç düzləşdirici maska

Süd maskası.

Təbii gözəllik məhsulları dedikdə ilk ağlıa gələnlərdən biri də sütdür.

Süd ilə saç düzləşdirmə üsulunu düz saçlara qovuşmaq istəyənlərə praktik və asan bir yol ilə təqdim edirik.

Bu maska həm saçlarınızı bəsləyəcək həm də düz saçlara sahib olmanıza köməkçi olacaq.

Vasitələr.

1 sprey şüşəsi

1 stəkanın yarısı süd

daraq

bal, banan və ya çiyələk

Hazırlanması:

Bir sprey şüşəsinin üçdə birini süd ilə doldurun.

İçinə bir az bal, yaxşıca su kimi püre hala gətirdiyiniz çiyələk və ya bananı da əlavə edə bilərsiniz.

Yaxşıca qarışdırın, meyvələr saçınızın həm gözəl iy verməsini təmin edəcək həm də saçlarınızı nəmləndirəcəkdir.

Hazırlanan maskanı yaxşıca saçlarınıza sürtün.

Saçlarınızı iri dişli bir daraqla darayın.

Saçlarınızı əlinizlə masaj edib 20 dəqiqə gozləyin.

Sonra saç şampunu ilə saçlarınızı yuyun və qurulayın.

Dalğalı saçlarınız varsa bu üsulla saçlarınız düzləşəcək.

Lakin buruq saçlarda çox işə yaramaya bilər.

 

Ən azından saçlarınıza zülal maskası tətbiq etməli olacaqsınız.

azadqadin.az

Go Back

20 nəticə göstərilir