Düşüncə Jurnalı

header photo

Analarda zahılıq sindromu

Doğumdan sonra yaranan zahılıq sindromu müalicə edilməsə, ana südünün kəsilməsindən intihara qədər yol var...

Bəs bu hal hansı əlamətləriylə özünü biruzə verir? Üzüntü, boşluq hissi, əsəbilik, səbəbsiz yerə ağlamaq, dünyaya gətirdiyi uşağı sevməməklə özünü göstərən zahılıq sindromu ilk hamiləlikdə daha çox üzə çıxır. Bu depressiya doğumdan sonra 6 həftə ərzində gizli baş qaldırır və bir neçə ay ərzində davam edir. Ancaq bu depressiyanın qarşısı alınmasa 1-2 il davam edə bilər. Bu zaman, dediyimiz kimi, əsəb, narahatlıq, sıxıntı, həddən artıq duyğusallıq, ya da laqeydlik, çox yorğunluq, enerjisizlik müşahidə olunur. Bəzən ailədən, dost-tanışdan uzaq durma ehtiyacı da ortaya çıxır. Əlamətlər içərisində uşağa zərər verməkdən qorxma, iştahsızlıq, çəki itirmək, yuxusuzluq, istəksizlik də olur. Doğum sonrası depressiyaya düşmə riski bəzi qadınlarda daha yüksəkdir.  Xüsusilə keçmişdə depressiya kimi ruhi problemlər, evliliklə bağlı müşküllər yaşayan, ruhi problemi olan yaxınları olanlarda bu risk daha çoxdur. Sosial dəstəyi olmayan yeni analar da zahılıq sindromuna daha çox tutulurlar.

Həkimlər ana südünün kəsilməsinin psixoloji səbəblərindən birinin də zahılıq sindromu olduğunu aşkar ediblər. Belə ki, əhval-ruhiyyə düşkünlüyü ana südünün azalmasına, hətta kəsilməsinə səbəb olur. Uşaqla baş-başa qalmaq, ona baxmaq anaları narahat edir. Bu çətin mərhələdə həyat yoldaşının və ailənin dəstəyini almaq vacibdir. Bundan başqa, bu mərhələdən daha asan keçmək üçün doğumqabağı təlim almaq,  müxtəlif ədəbiyyatlar oxumaq da faydalıdır. Gündə bir dəfə duş qəbul etmək, geyimi dəyişmək, gəzintiyə çıxmaq bu sindormdan qurtulmaq üçün sadə üsullardır. Lakin həkimə müraciət etmək və məsləhət almaq da mütləqdir.

atv.az

Go Back

Sorğu göndər