Düşüncə Jurnalı

header photo

Hamilələr, DİQQƏT: bu səhvlərə yol verməyin

13-04-2016

 

Hamiləliklə bağlı zaman-zaman səslənən yanlış fikirlər hamilə qadınlara təsir edərək onların səhv etməsinə səbəb olur və narahatlıq yaradır. Bir çox qadın hamiləliklə bağlı bəzi şeyləri düzgün hesab edir, lakin əslində səhvlərə yol verir. Bunları nəzərə alan Aile.lent.az hamiləlik zamanı edilən 7 səhvi nəzərinizə çatdırır.

 

Səhvləri bu cür sıralamaq olar:

 

1. Qrip peyvəndi etdirmək hamilələrə zərər verir. Xeyr, əksinə, qrip peyvəndi ana və körpəsinin xəstəliklərdən qorunmasına kömək olur. Həkim nəzarəti altında və tövsiyələrinə uyğun olaraq qrip peyvəndi etdirməyin heç bir qorxusu yoxdur. Unutmayın ki, hamiləlik dövründə qrip çox ağır keçə bilər və hamilələr bir çox insandan daha çox qripdən təsirlənə bilər.

 

2. Balıq yemək körpəyə zərər verir. Əsla! Balıq yemək əksinə, körpə üçün çox faydalıdır. Həftədə iki dəfə balıq yeməyin heç bir qorxu yoxdur. Balıq yemək körpənin inkişafı və göz sağlamlığı üçün olduqca xeyirdir. Xüsusilə somon və ya ton balıqları yeyə bilərsiniz.

 

3. Hamilə iki nəfərlik yemək yeməlidir. Səhv fikirdir. Körpənin sağlamlığı üçün çox zülal və vitamin qəbul etmək lazımdır. İki nəfərlik yemək yeməyiniz gələcəkdə körpənizin piylənmə problemlərinin ortaya çıxmasına səbəb ola bilər. Bir stəkan süd və bol yaşıl meyvə-tərəvəz, ağ pendirli buterbrodu yeməyin isə heç bir zərəri olmaz.

 

 

4. Saç boyamaq körpəyə zərər verir. Tamamilə səhv düşüncədir. Saçınıza vurduğunuz boya dərinizə də dəyir, lakin körpəyə verəcəyi heç bir zərəri yoxdur. Xüsusilə təbii qarışıqlı boyaları seçməniz bütün pis ehtimalları də ortadan qaldırar. Diqqət yetirilməsi lazım olan tək məqam boyanın qoxusudur ki, bu da mədə bulanmasına yol aça bilər. Bunun da qarşısını almaq üçün isə açıq hava şəraitində və ya havanın bol olduğu bir mühitdə saçınızı boyamaq tövsiyə edilir.

 

5. Hamiləykən sekslə məşğul olmaq olmaz. Yanlış fikirdir. Sekslə məşğul olmağın körpəyə zərər verəcəyi inancı tamamilə səhvdir. Körpəni plasentası və uşaqlıq yolu, uşaqlıq əzələləri qoruyur. Yalnız cinsi yolla keçən xəstəliyiniz varsa, körpəyə keçə bilər, bunun qarşısını almaq üçün isə prezervativdən istifadə edə bilərsiniz.

 

6. Qarnınız dik böyüyürsə, körpə oğlandır. Xeyr, belə bir qəti qənaət yoxdur. Hər qadın fərqli anatomiyaya malikdir və körpə ona əsasən böyüyür, hərəkət edir. Körpənin cinsiyyətinə görə fərqli qarın quruluşu yoxdur. Hərəkətini və mövqeyini körpə özü seçir.

 

7. Mədə bulansına səbəb körpənin saçlarıdır. Hamiləlikdə yaşanan mədə bulantısı hormonların mədəyə təsiri ilə bağlıdır. Körpənin saçlarının ürək bulanma, mədə ağrısına səbəb olma ehtimalı yoxdur.

aile.lent.az

Go Back

Sorğu göndər