Düşüncə Jurnalı

header photo

Hamilələrin nəzərinə: bu yazını oxumadan hovuza girməyin

 

Üzgüçülük ən sağlam idman növüdür. Qamət, duruş pozuqluğu baxımından, bir çox ağrıların azalması, bütün əzələlərin işləməsi, təzyiqin tənzimlənməsi və digər bir çox müsbət təsirlərinə görə hamiləlikdə də üzgüçülük çox faydalıdır. Elə isə hamilə xanımlar hovuzdan necə yararlana bilərlər? Aile.lent.az bu barədə mütəxəssis fikirlərini təqdim edir.

 

İngiltərədə hamiləlik müddətində nizamlı olaraq üzən qadınların uşaqlarında allergik xəstəliklərin sürətlə artması hovuzlara diqqəti yönlədib. Tədqiqatçılar xüsusilə son 50 ildə astma, eqzema kimi allergik xəstəliklərin təxminən beş qat artdığını deyirlər. Bunun səbəblərindən biri də, xüsusilə, açıq hovuzlarda xlor və bənzəri təmizlik məhsullarının havaya qarışaraq yaratdığı zərərli təsirlərdir. Bu kimyəvi maddələrə məruz qalan ananın bətnindəki dölün immunitet sistemi dəyişikliyə uğrayır və doğulduqdan sonra bu körpələrdə dəridə soyulma və qızarmalar, qida allergiyaları, eqzema, astma kimi xəstəliklərə rast gəlinir.

 

Sıxlıq və qapalı hovuzlara diqqət

 

Sirr deyil ki, ana bətnindəki döl kimyəvi maddələrə qarşı həddindən artıq həssas olur.  Bakteriyaları və yoluxucu infeksiyaları aradan qaldırmaq üçün isə bu maddələrdən hovuzlarda bol istifadə edilir. İsti yay aylarında hovuza girən hamilələr bu baxımdan diqqətli olmalıdırlar. Ən çox yayılan dezinfeksiya maddəsi THM-dir (trihalometan). Bu maddə xlorun dəri hüceyrələri, sidik və tər kimi təbii maddələrlə qarışması nəticəsində meydana gələr. Çox adamın çimdiyi və bol xlorlu hovuzda daha çox olur. Havalandırmanın kifayət qədər olmadığı bağlı hovuzlarda xlor qoxusunu yəqin ki, hiss etmisiniz. Uşaqda beynin və immunitet sisteminin inkişafı kimyəvi xəbərdaredici hormonların doğru zamanda və doğru miqdarda tapılması ilə baş verir. Lakin artıq miqdarda olanda narahatlıq verən bu kimyəvi maddələr immunitet sistemini dəyişməyə gətirib çıxarır. Hovuzlarda istifadə edilən təmizlik maddələri, tənəffüs yoluna gedən  xlorlu hava bu yolla allergik xəstəliklərə səbəb olur”.

 

 

Yəqin, siz də paltar suyu qoxan hovuzlara rast gəlmisiniz. Bu baxımdan dəniz suyu hovuz suyu kimi kimyəvi maddələr ehtiva etmədiyi üçün daha gigiyenik hesab edilir. Gedəcəkləri hovuzun təmizliyindən əmin olmayan hamilələr imkan daxilində dənizə üz tutsalar, yaxşı olar. 

 

Ümidə QƏHRƏMAN

Go Back

Sorğu göndər