Düşüncə Jurnalı

header photo

Hamiləlik psixologiyası

Hamiləlik psixologiyası nədən olur və hamilə bir qadına necə yanaşılmalıdır? Ana olan da olmayan da bilir ki, hamiləlik müddətində analığa namizəd olmaq ruhən bir çox şeyləri dəyişdirir ki, bunada hamiləlik psixologiyası deyilir.Hamiləlik hər qadının hayatında bir dönüş nöqtəsidir. Hamilə olduğunu öyrənən hər qadın yeni bir dövrə girir. Bu dövrdə yaşanan fiziki dəyişikliklərin yanında bir də psixoloji dəyişikliklər yaranır. Bütün duyğuları eyni anda yaşayan ana namizədi, özünə dəstək axtarır. Bu dövrdə bütün duyğuların bir arada yaşanması son dərəcə normaldır. Çünki, ana həm hamiləliyi, həm də özünü kəşf etməyə başlamışdır. Özünü fərqli və dəyişkən bir bədəndə gözlərkən, hamiləliyin gətirdiyi fiziki problemlər yaşarkən, bir tərəfdən də uşaqla bağlı ağlında yaranan bir çox suallarla da mübarizə etməyə çalışır. Bu vəziyyətdə ananın etməli olduğu bir tək şey hamiləlik vəziyyətini qəbul etməsi, bütün yaşanan duyğuların hamiləlik dövrünə xas olduğunu düşünməsidir. Həm də ana, uşağın öz bətnində yaşadığını hiss etməli və bu vəziyyətin keyfini çıxartmalıdır. İnsanlar bilmədikləri müvzudan daha çox narahatlanaraq tələsiklik edirlər və bu baxımdan problemlər yaşayırlar. Bu səbəbdən hamiləlikdə ilk addım kifəyət qədər məlumata sahib olmaqdır. Məlumatın düzgün alınması qədər, məlumatın verilməsi tərzi də düzgün olmalıdır. Özünü itirməmək və daha az problem yaşamaq üçün ananın, mütləq özünü rahat hiss edə biləcəyi həkimlə məsləhətləşməsi və bu dövrü onunla yaşaması ən yaxşı seçimlərdən biridir. Çünki, analiğa namizəd olan xanım doqquz ay ərzində, fiziki dəyişikliyin gətirdiyi rahatsızlığların yanında, həyəcan, qorxu, təlaş, qayğı və narahatlıq da yaşamaqdadır. Həkimdən əlavə, daha çox məlumat ala biləcəyimiz kitablardan, internetdən və hamiləlik kurslarından da faydalana bilərsiniz. Belecə daha çox məlumatin verdiyi güc və biliklə daha az həyəcan və tələsgənlik yaşanacaqdır. Ana namizədi hamiləlikdə yaşadığı psixoloji problemlər xaricində, doğum müvzusunda da anlaşılmaz düşüncələrini bu şekildə aydınlığa çixartmalıdır.
legend.az

 

 

Go Back

Sorğu göndər