Düşüncə Jurnalı

header photo

Uşaqlıqdan kənar hamiləlik

22-01-2015

Uşaqlıqdan kənar hamiləlik nə deməkdir?

Uşaqlıqdan kənar hamiləlik hamiləliyin uşaqlıqdan kənar orqanda olması anlamına  gəlir. Adətən bu, uşaqlıq borularında olur, amma yumurtalıqda və qarın boşluğunda da olması mümkündür.

Uşaqlıqdan kanar hamiləlik necə baş verir?

 Qadın yumurta hüceyrəsi  və kişi spermasının mayalanması nəticəsində hamiləlik baş verir. Bu mayalanma sonrası əmələ gələn hüceyrə qrupu ''rüşeym'' və ya ''embrion'' adlanır. Mayalanma uşaqlıq borularında baş verdikdən sonra bu rüşeym uşaqlığa doğru hərəkət edir və orda qalır, inkişaf edir. 

Uşaqlıqdan kənar hamiləlikdə mayalanma baş verir. Ancaq əmələ gələn rüşeym uşaqlığa doğru hərəkət etmir. Uşaqlıq boynunda, uşaqlıq borularında, yumurtalıqlarda və ya qarın boşluğunda qala bilər və burda böyüməyə başlayır.

 Çox vaxt isə xarici hamiləlik uşaqlıq borularında baş verir. Burda rüşeym böyüməyə başlayır. Bu da xəstələrdə ağrı və qanama problemlərinə yol açır.
Bəzi qadınlarda xarici hamiləlik görülmə riski digər qadınlara nisbətən yüksəkdir.

Hansı qadınlarda bu risk ortaya çıxar?

- Daha öncə infeksiya və ya əməliyyat səbəbindən zərər görmüş uşaqlıq boruları.
- Daha əvvəl xarici hamiləlik problemi olan xəstə
- Sonsuzluq səbəbindən müalicə almış xəstələr
- Siqaret çəkmək
Spiralı ayrı qeyd etmək istəyirəm. Spiral ümumiyyətlə qadınlarda hamiləlik şansını azaldır. Ancaq spiralı olan qadında hamiləlik baş verərsə, bu hamiləliyin xarici hamiləlik olma riski daha yüksəkdir.

Uşaqlıqdan kənar hamiləlik özünü hansı əlamətlər ilə göstərir?

- Qarnın alt bölgəsində ağrı;
- Vajinal qanaxma.
Erkən diaqnoz qoyulmayan xəstələrdə rüşeym böyüməsi uşaqlıq borusunun partlamasına, cırılmasına gətirib çıxara bilər. Bu xəstələrdə daxili qanaxmayla bağlı simptomlar görülə bilər:
- Şiddətli qarın ağrısı;
- Şiddətli vajinal qanama;
- Daxili qanaxmayla bağlı təzyigin düşməsi, döyüntü, tərləmə, baş dönməsi.
Ginekologiyada qarın ağrısı, vajinal qanama, aybaşıda gecikmə kimi bu 3 simptom olan xəstəyə xarici hamiləlik şübhəsiylə baxılmaqdadır. Əgərr diaqnoz qoyula bilmirsə, ancaq hələ də xarici hamiləlik şübhəsi varsa, belə xəstələrə 24-48 saat sonra ultrasəs müayinəsi və qanda hamiləlik analizi vacib duyula biler.

Uşaqlıqdan kənar hamiləlik necə müalicə edilir?

1) Tibbi müalicə və ya dərman müalicəsi - burda istifadə edilən dərman rüşeymin böyüməsini dayandırır və rüşeymin müəyyən bir zaman içində yox olmasına səbəb olur. Bu müalicə şəkli seçildiyi zaman xəstələrimiz müəyyən zaman sıxlığında qan analizləri üçün yönləndirilir.
2) Cərrahi müalicə - açıq və ya laparaskopik əməliyyatla rüşeymin götürülməsi. Bu əməliyatda həkiminiz əgər ehtiyac duyarsa, uşaqlıq borusunun götürülməsinə də qərar verə bilər.

Bu iki müalicənin hansı xəstələrə təyin edəcəyimizi nəyin əsasında qərar veririk?

- Rüşeymin böyüklüyü
- Xəstənin ümumi dinamikası (məsələ daxili qanaxma olan xəstədə, əlbəttə, cərrahi müdaxiləyə üstünlük verilir).
Bir çox hallarda xəstələrdə belə suallar yaranır. "Əvvəl uşaqlıqdan kənar hamiləlik oldu, borumun birini götürdülər, yenə hamilə qala bilərəmmi və ya yenə də hamiləlik olacaq?" Bəli, tək boru ilə yenə də hamilə qala bilərsiniz. Sonrakı hamiləliyiniz normal da ola bilər. 

qadin.net

Go Back

Sorğu göndər