Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Kişi Psixologiyası"

Kişiləri tanıyaq

Kişilərin duyğularını qadınlar kimi rahat ifadə edə bilmədiyini bilirik. Onlar duyğularını ifadə etmək yerinə səssiz qalmağa üstünlük verirlər. Psixoloq Andra Broş isə kişilərin duyğularından xəbərdar olmaq və onları yaxından tanımaq üçün onların hərəkətlərini izləməyin kifayət etdiyini deyir.Kişilərin dilinə gətirə biımədiyi cümlələri təqdim edirik:

1. Güclü və qəhrəmanın olduğunu hiss etdirməyə ehtiyacım var. Həyat yoldaşınız sizin onu gücsüz və bacarıqsız hesab etdiyini düşənə bilər. Məsuliyyətinin çoxunu öz üzərinizə götürmüş və ona söz deməyə imkan vermirsinizsə, bunun baş verməsi təəccüblü deyil. Ona öz məsuliyyətini dərk etməyə və öhdəsindən gəlməyə kömək etməlisiniz. 

2. Bəli, o qadına baxırdım. Kişilərin beyni yeni şeyləri qadınlardan daha tez dərk edir. Getdiyiniz məkanda sizdən daha gənc bir qadına baxması, onu sizdən üstün tutduğunu göstərmir. Sizinlə evlənib, sizinlə yaşayır, sizinlə əl-ələ tutur və sizi sevdiyini deyirsə, narahat olmağa heç bir əsas yoxdur. 

3. Hamısı mənə eyni cür görünür. Kişilərdən soruşduğunuz "Həyatım səncə, bu geyim mənə yaraşır?" sualının cavabı düşündüyün kimi obyektiv deyil. Kişilər üçün geyimdən çox onu hansı qadının geyindiyi daha əhəmiyyətlidir. Sizi sevir və heyranlıqla baxırsa, üzərindəki geyim onlar üçün o qədər də maraqlı deyil. Üstəlik, zövqünə güvəndiyi qadının nə geyindiyinin heç bir fərqi yoxdur. 

4. Bəzən həqiqətən də səsini eşitmək istəmirəm! Bu, sizi sevmədiyi və sizə dözə bilmədiyi demək deyil. Kişilərin çox danışan qadını xoşlamadığı və hərdən tək qalmaq arzusunu anlayışla qarşılanmalıdır. Belə anlarda küsmək yersizdir. Onu öz düşüncələri ilə baş-başa buraxın...

5. Sakitlik üçün yalan dedim. Kişilər həyat yoldaşlarının reaksiyasından qorxduğu üçün kiçik yalanlara əl atırlar. Yalanı pis niyyətlə deyil, qanqaraçılıq olmaması üçün söyləyirlər. Hər şeyi tənqid edən və qışqırıb-bağıran qadın olsanız, bu yalanların artacağından əmin olun. 

6. Özünə daha çox baxmalısan... Baxımlı qadınla görüşmək hər kişinin xoşuna gəlir, həm də qürur duyur. Hər nə qədər qısqanc olsa da, ətrafdakıların onun qadınına heyranlıqla baxmasından qürur duyacaq. Sizə açıq şəkildə deməsə də, hər zaman baxımlı olun. 

7. Bütün çirkli işləri mən görmək istəmirəm! Evlilikdə qadınların və kişilərin üzərinə düşən vəzifələri olur. Ancaq o, sırf kişidir deyə, bütün işləri ona gördürmək düzgün deyil. O sizə süfrəni təmizləməyə kömək etdiyi kimi, siz də ağır işlərdə bacardığınız köməyi əsirgəməyin. 

8. Maddi yükü çəkə bilmirəm... Kişi olduğu üçün evi saxlamaq məcburiyyətində olduğunu hiss etdirməyin. Artıq qadınlar da həyat yoldaşına maddi yardım edir və karyera sahibi olur. Bir-birinə dəstək olub işləyirlər. Nə qədər qazandığının heç bir əhəmiyyəti yoxdur. Dəstək vermək üçün həvəs göstərmək kifayət edir.

big.az

Go Back

Kişilər ən çox hansı peşənin sahibləri ilə ailə qurmaq istəyirlər?

İnsanlar bəzi hallarda ailə quracaqları tərəf müqabilini seçərkən onun şəxsi keyfiyyətləri ilə yanaşı çalışdığı işə, sənətə də xüsusi diqqətlə yanaşırlar. Xüsusən də bəylərimiz tərəf müqabili seçərkən xanımlarının çalışdığı işə xüsusi diqqətlə yanaşır, bu barədə xanımlarına hansısa qadağalar da qoyurlar. 

Bu barədə aparılan araşdırmaların nəticələri də göstərir ki, şərq kişilərinin nəzərində qadına ən uyğun peşələr müəllimə və həkimlikdir. Onlar evlənəcəkləri xanımların bu peşədə çalışmasını arzulayırlar. Bəs görəsən, bu barədə digər ölkə vətəndaşları nə düşünürlər? Onlar üçün evlənəcəkləri insanın hansı peşədə çalışması daha münasibdir?

Brazilya, Kanada, Çin, Fransa, Malaziya və Cənubi Afrikada 5500 nəfər arasında aparılan sorğu nəticələrinə əsasən həkimlər ən çox etibar olunan peşə nümayəndələridir. İnsanlar bu peşədə çalışan şəxslərə daha çox etibar edirlər. Sorğu iştirakçılarının 36%-ə qədəri evlənmək üçün həkimləri, ümumiyyətlə, tibb işçilərini daha ideal tərəf müqabili hesab edirlər. Bunun əksinə olaraq sorğu iştirakçılarının fikrincə, musiqiçilər, jurnalistlər və reklam menecerləri evlənmək üçün ən az güvənilən peşə sahibləridir.

big.az

Go Back

Yuxuda danışarkən ehtiyatlı olun

Psixoloqların sözlərinə görə, şüuraltında bizi narahat edən, düşündürən məsələlər yuxularımızda öz əksini tapır. Bəzi hallarda isə bizdən asılı olmayaraq yuxuda danışmağa başlayırıq. 

Çox vaxt gördüyümüz yuxulara və ya kiminsə yuxuda sayıqlamalarına ciddi yanaşmırıq, amma mütəxəssislərin sözlərinə görə, qadınlar bu yolla qarşılarındakı kişinin bir neçə sirrini üzə çıxara, onu daha yaxından tanıya bilərlər. 

Belə ki, psixoloqlar sübut ediblər ki, gecə yatarkən kişinin yuxuda danışdığı sözlərin mütləq hər hansısa bir məntiqi izahı olur. Çünki kişilər yuxuda daha çox nə vaxtsa başlarına gələn və ya düşündükləri hadisələr haqqında danışırlar. 

Bundan xəbərdar olan qadınlar isə artıq kişilərin yuxuda danışdıqlarını izah edərkən işlətdikləri "iş yoldaşımın adıdır", "baxdığım kinonun təsirindəndir" və s. kimi yalanlarına inanmırlar. Bu isə öz növbəsində ailədə münaqişələrin yaranmasına gətirib çıxarır. Onu da qeyd edək ki, gənc kişilərin 50, yaşlı kişilərinsə 5 faizində bu xəstəliyə (lunatizmə) rast gəlinir.

Əziz kişilər, indi sizə bu bəladan xilas olmağınız üçün bir neçə məsləhət vermək istəyirik.

Siqareti tərgidin

Yuxudakı sayıqlamalarınızdan, ümumiyyətlə narahat yuxu rejimindən qurtulmaq istəyirsinizsə, yaxşı olar ki, siqareti tərgidəsiniz. Əgər bu sizə çətindirsə, ən azından saat 8-dən sonra siqaretdən və spirtli içkilərdən uzaq durmağa çalışın.

Efir yağı və sərin otaq

Yatmazdan əvvəl ilıq suya bir-iki damcı efir yağı töküb, əl-üzünüzü yuyun. Eyvana çıxıb 15 dəqiqə təmiz hava alın. Eyni zamanda otağın temperaturunun da sərin olması üçün pəncərələri açın, çünki isti otaq sizin narahat yatmağınıza, bu isə yuxuda danışmağınıza səbəb olur.

Bütün problemlərinizi ağ vərəqə yazın

Əgər bir probleminiz varsa və bunu hec kimlə bölüşə bilmirsinizsə, o zaman ağ kağız götürün, bütün problemlərinizi, heç kimə danışmaq istəmədiyiniz məsələləri ora yazın. Əgər heç kimlə bölüşmək istəmədiyiniz bu problemlərinizi yuxuda otaq yoldaşlarınızla bölüşmək istəmirsinizsə, yazı terapiya sizə çox kömək olacaq.

big.az

Go Back

Onu dinlədiyi musiqidən tanı

Klassik və Jazz Musiqi Dinləyən Kişilər

Bu tərz musiqi dinləyən kişilər kübar cəmiyyətin ən məşhur kişiləridir. Qəşəng dəst paltarları, fenli saçları və baxımlı dırnaqları uzaqdan göründüyündə belə aydın olar. Təbii hər kostyum geyən kişi bu tərz müasir dinləyən deyə də bir şey yoxdur. Onsuz da aradakı fərqi endikləri avtomobil markası və uzaqdan parlayan qəşəng pencəklərindən aydın ola bilər.

Pop Musiqi Dinləyən Kişilər 

Pop musiqi dinləyən kişilər ümumiyyətlə həyatın normal səviyyədə və qaydalarına uyğun gələrək həyatı yaşamasını sevərlər. İdman və daha çox marka idman paltarlarını seçim edərlər; adidas, nike v. b. marka tərzləri geyinərlər. Bunun xaricində köynək-cins tərzidə geyinərlər və rənglər ya sadə olar ya da qarışıq rəngli paltar geyinərlər. Ruh halları isə daha çox şən və zarafatlı olarlar. Eşqə yalnız lazım olan əhəmiyyəti verərlər nə çox, nə əskik.

Slow Musiqi Dinləyən Kişilər 

Slow musiqi dinləyən kişilər ümumiyyətlə pop musiqi dinləyən kişilərlə eyni səviyyədə həyat təmin edərlər. Geyim tərzləri az qala eynidir yalnız içlərində daha çox duyğu saxlayarlar və dinlədikləri slow parçalarla ruh hallarına görə deyişkən sayılaraq həmişə xəyallar quraraq aşiq olduqları və ya eşq yaşadıqları kəslərlə əlaqədar o dinlədikləri musiqi üstündən romantik olaraq düşünmək xoşlarına gedər. 

Rep Və R&B Musiqi Dinləyən Kişilər 

Rep və R&B musiqi dinləyən insanların daha çox özünə aid bi dünyaları və öz qaydaları vardır amma ümumiyyətlə normal qaydalara uyğunlaşma təmin etməyə çalışarlar. Küçə ortasında ki rəqsləri olsun digər insanlardan özlərini fərqli göstərən ən böyük faktordur. Hər zaman normal bədənlərinin bir və ya iki üst böyüyünü alarlar və bol geyinməyi sevərlər. Rep və R&B musiqi dinləməyi seçənlərin ən böyük səbəblərinin başlıca səbəbləri içlərindəki duyğu və sözləri çox rahat bir şəkildə bir musiqi yoldaşlığında rahatca hər kəs eşitdirə bilmələridir. 

Arabesk Musiqi Dinləyən Kişilər 

Eşqi ən dərindən və ən acı ən ağrılılı şəkildə yaşayan insanların imtina edə bilmədiyi musiqi növüdür. Arabesk musiqi köhnə illərə mütənasib olaraq artıq çox dinləyənlər məşhur deyil. Arabesk musiqinin özünə aid geyimləri və simvolu vardır ən əhəmiyyətli simvollarından biridə təsbehdir. Arabesk musiqi cavanlığı işarələyən bir musiqidir. Amma indiki vaxtda arabesk musiqi dinləyən insanların eşq mövzusunda şanssız olmalarının səbəblərindən biri də konsertlər əsnasında kişilərin etdiyi davranışlar üzündəndir. 

Xalq musiqisi Və Bölgə Musiqisi Dinləyən Kişilər 

Bu növ musiqi dinləyən kişilər eşqləri qədər vətən sevməklə vətən eşqləridə çox daha çoxdur. Eşq sözlərə ən gözəl şəkildə töküb, vətən sevgisini ən gözəl sözlə izah edən bu musiqi növünü dinləyən kişilərdir.

Rok Musiqi Dinləyən Kişilər 

Rok musiqi dinləyən kişilərin özlərinə aid bi dünyaları vardır. Bir çox yenilik gətirmişlər sırğa, göz qələmi, saç uzatma və bunun kimi bi sürü şeylər. Bunlar özlərini digərlərindən fərqli göstərməkdədirlər. Dəri rokçuların simvol paltar geyimidir amma bu sonradan indiki vaxtda qara rəngli və ya həddindən artıq rəng qarışığı paltarlara dönmüşdür. Rokçuların ən böyük simvol geyimlərindən biri də convers ayaqqabısıdır, bunun xaricində dar paça qara cins şalvarda onlara aid bir geyim tərzidir. Rok dinləyənlərin yaxşı olduğu kimi pis yanlarıda vardır bunlarda din qaydalarına uyğun gəlməmələri, içkini daha asan və məşhur hala gətirmələri, sirr narkotik mühitini artırma və heç bir şəkildə namus qayğısı olmamaları amma təbii ki bu yazılanları hər rok dinləyən edir deyə bir şey yoxdur amma inkar da edilə bilməz. 

kay

Go Back

Evlilik "qorxu"su, yaxud 30 yaş sindromu

Maddi yetərsizlik qorxusu
Kişilərin gec evlənməsinə bir çox amillər təsir göstərir. Maddi durumu yaxşılaşdırmaq, karyera qurmaq istəyi gec evlənməyə səbəb olan amillərdəndir. Evlənmək fikrinə düşən gəncin ilk olaraq, öz maddi durumunu yaxşılaşdırmağı vacib şərtdir. Çünki maddi cəhətdən ətrafındakı insanlardan, xüsusilə də valideynlərindən asılı olan gəncin öz ailəsi ilə bağlı qərarlarda müstəqil olmayacağı məlumdur. Bu da öz növbəsində gənc ailənin sağlam təməllər üzərində formalaşmasına mane olacaq. Digər tərəfdən əvvəllər ailə qurmaq üçün kiçik maliyyə xərcləri tələb olunurdusa, indi valideynlərin köməyi olmadan gənclər təkbaşına bu işin öhdəsindən gələ bilmirlər. Hər bir gənc istəyir ki, öz məvacibi ilə ailəsini dolandırmaq gücünə malik olsun, sonra evlənsin. Bəzi kişilər maddi baxımdan ailəsini təmin edə bilməyəcəyindən qorxduğundan evlilik fikrinə soyuq yanaşır. Axı ailəsinin, həyat yoldaşının qarşısında kim gözükölgəli olmaq istəyər? Həmçinin ailə qurmaq üçün ilk növbədə mənzil lazımdır. Təhsil almaq, iş axtarmaq, öz ayaqları üzərində dayanmağı bacarmaq, bütün bunlar uzun illər tələb edir. Bu amillər də həmin gənclərin evliliyi ikinci plana atmasına səbəb olur. 


Məsuliyyətə hazır olmamaq
Evlilikdən qaçanların bəziləri isə bunu psixoloji nüanslarla əlaqələndirirlər. Bəzi kişilər mənəvi baxımdan ailənin yükünü çəkə bilməməkdən qorxurlar. Hər zaman bütün problemlərini valideynlərinin üzərinə atan, sərbəst düşünməyi, qərar qəbul etməyi bacarmayan, bu səbəbdən də ailə başçısı rolunun öhdəsindən uğurla gələ biləcəyinə inanmayan oğlanlar evliliyi ağır bir yük kimi görüb, özlərini bu çətinliyə salmaq istəmirlər.  


Uğursuz sevgi təcrübəsi
Bəzi hallarda isə valideynlər övladlarının seçiminə çox qarışırlar. Onlar oğullarının sevib-seçdiyi biri ilə ailə qurmasına qarşı çıxırlar. Bu da pis nəticəyə gətirib çıxarır. Gənc oğlan ruh düşkünlüyünə — depressiyaya düşür və ailə qurmaq fikrindən daşınır. Həmçinin gəncin sevdiyi qızla müxtəlif səbəblərdən münasibətinin alınmaması da, onu evlilikdən soyudur. 


Azadlığı qorumaq istəyi
Oğlanların gec evlənməyinin psixoloji səbəblərindən biri də onların müstəqilliklərinin, azadlıqlarının itiriləcəyindən və ya məhdudlaşacağından qorxmalarıdır. Gənclər gec evlənməklə ailəyə bağlanıb qalmaqdan, həyat yoldaşından asılı olmaqdan qaçır, sərbəstliklərini qorumağa çalışırlar. 


Seçim edə bilməmək
Elə oğlanlar var ki, seçim etməkdə çətinlik çəkirlər. “Kiminlə evlənim, mənim kriteriyalarıma uyğun bir qız da yoxdur” şüarını əldə bayraq edərək, illərini axtarışa sərf edirlər. Yaş artdıqca evlənəcəkləri qızda görmək istədikləri xüsusiyyətlər də çoxalır. Xüsusən də yaşı 30-a yaxınlaşan kişilər həddən artıq seçici olurlar. Onlar qarşı cinsdə hər bir xırdalığa fikir verirlər. İdeal insanın olmadığını bilsələr də, çox vaxt o idealı axtardıqlarına görə də evlənməkdən qaçırlar. 

İnamsızlıq, şübhə...
Çoxlu sayda “məhəbbət macərası” yaşamış oğlanlar da evlənməyə tələsmirlər. Bunun səbəbi onların qızlara qarşı olan inamının zədələnməsidir. Evlənəcəkləri insanın da bu yaşa qədər onun həyatında olan qızlar kimi zəngin “sevgi təcrübəsi”nə malik ola biləcəyini düşünərək, qızlara qarşı şübhə ilə yanaşırlar. Bu da nəticədə onların seçim etməsinə təsir göstərərək, gec evlənmələrinə səbəb olur. Bir sözlə evlənməmək istəyinin kökündə müxtəlif səbəblər dayanır. Ancaq yaşı artıq 30-u haqlamış kişilər, ailə qurmaq üçün elə də çox zamanlarının qalmadığını bilməlidirlər. Psixoloqlar kişilər üçün 25-30 yaşlarında ailə qurmağın daha məqsədəuyğun olduğunu hesab edirlər. Yaşları 30-dan yuxarı olan oğlanların evlənmək istəməməyi isə artıq valideynlərin həyəcan təbili çalmasına səbəb olmalıdır. Çünki bu yaşdan sonra evlənmək çox çətin olur. Hətta gec evlənməyin sağlamlığa təsir göstərdiyi də aparılan bir çox araşdırmalar nəticəsində müəyyən olunub. 

axsam.az

Go Back

Qadınları necə sevək? - Kişilərə psixoloq məsləhəti

Psixoloq Nataliya Belousovanın qadınları sevməklə bağlı 9 tövsiyəsini təqdim edirik.

Bütün bu tövsiyələr boşanma və ailə münaqişələri nəticəsində ortaya çıxıb.

 Onunla sosial rollarla bağlı razılaşın

 Yəhudi analar kimi kompleksi olan, əbədi uşaq qalan, hətta qəhvə hazırlaya bilməyən, hər kəs ona həsəd apardığı halda model kimi gözəl bədən quruluşuna sahib olduğundan xəbərsiz, bir sözlə, hər cür qadın var.

Sizə lazım olan qadın sizin və onun sosial rollarının uyğun gəldiyi bir qadındır. 

 Qadınların hər təklifi ilə razılaşın

 Bir çox ailə münaqişlərinin səbəbi məhz tərəflərdən birinin o birindən onun verə biləcəyini deyil, öz istədiyini gözləməsidir. Buna görə ilk başdan onun sizə verə biləcəyi və sizdən nə istədiyini aydınlaşdırın.

 İlkin çözümü siz təklif edin

 Gender olaraq qadınlar ailə qurduqdan sonra onların həyatları ilə bağlı başqa birinin qərar verməsindən, hüquqlarının pozulmasından narahat olurlar. “İlkin çözümü, qərarı siz təklif edin” demək “sizin fikriniz müzakirə olunmazdır” anlamına gəlməsin. Vacib məsələ çıxılmaz problemlərdə ilkin çözümü siz təklif edib qadının da fikrini öyrənin. Sadəcə qadınlar mızıldanmağı  xoşlamır. Məsələn, qadın sizə “Əzizim, axşam yeməyini bayırda yeyək”, - deyəndə “Gedək, əzizim. Hara istəsən gedərik, mənim üçün fərq etməz”, - demək yerinə “Gedək, əzizim. Hətta mən bu yaxınlarda yaxşı bir restoran gördüm. İstəsən ora gedərik. Nə deyirsən?”, - deyə ilkin təklifi siz edin.

 Xəbərdarlıq etmədən yox olmayın

 Başa düşürəm, gündəlik edilən işlərlə bağlı kiməsə hesabat vermək insan azadlığını məhv edir. Ancaq bəzən bunu sosial şəbəkədə rahatlıqla edə bilirsiz, bunu da boynunuza alın. Bir az gecikdizsə, qadının ağlına min cür fikir gələcək. “Qəzaya düşüb, davaya qarışıb, işdə problemi çıxdı və s.”. Qadınlar narahat olur, bu, onların təbiətində var. Gecikəcəyinizlə, bir müddət olmayacağınızla bağlı mütləq  xəbərdar edin.

 Evdəki əşyaları təmir edin

 Telefon xarab olduğunda  “mənim başım çıxmır”, – deyib telefon ustasının nömrəsini axtarmaq yerinə özünüz təmir etməyə çalışın. Ya da alternativ olaraq “Əzizim,  al bu pulu, get təzəsini al”,  - deyə biərsiz. Hansı sizə sərf edirsə, onu edin.

 Həssaslıq göstərin

 Qadınlarda da kişilərdə olduğu kimi çox tez-tez əhval dəyişikliyi yaşanır. Kişilər isə qadının əhvalı olmayanda, divanın bir küncünə sığınıb oturanda buna önəm vermir. Ancaq qadın hamamdan gözləri qızarmış, ağlamış şəkildə çıxanda “Hər şey qaydasındadır? Nəsə olub?”,  - deyə soruşarlar.

Bu halda qadınlar “Mən artıq 3 aydır depressiyadayam. Sən amma... Hətta ölsəm belə, heç xəbərin olmaz”, - deyə od püskürər. Ona görə yalnız özünüzün deyil, qadının da qayğıya, həssas davranışa ehtiyac duyduğunu unutmayın. 

 Elə tənqid edin ki, heç tənqid kimi görünməsin

 Tənqidi kobud şəkildə deyərək onu incitməyin. Bişirdiyi bir yemək xoşunuza gəlməsə də, “Az qala ölmüşdüm”, - deyib lağa qoymaq yerinə , “Çox dadlı idi, ancaq mən də bir az allergiya var. Gələn dəfə başqa cür bişirərsən”, - deyin.

 Tənbəllik etsəniz belə, azca diqqət göstərin

 Gül dəstəsini pulların boşuna sərfi hesab edrsiz, ancaq xanımınız gülü bəyənir axı! Boğazınızdan kəsib heç olmasa həftədə bir dəfə ona xoş nəsə alın. Sizin bir neçə manat pulunuz onun yüzlərlə xoşbəxtliyinə səbəb olacaq. Səbəbsiz yerə ona həmişə xırda hədiyyələr edin və inanın, onun sevinci sizə də zövq verəcək. Onun vacib hesab etdiyi ən xırda detallara belə diqqət göstərin. Sizin tanışlığınız, ilk görüş, nişan günü, evlilik günü, doğum günü və s.

 Yalan olsa da, xarici görünüşünü tərifləyin

 Standartlar qadınının görünüşcə qəşəng olmasını tələb edir. Bir yeməyə gedərkən geyimi, makiyajı xoşunuza gəlmədisə, “Bu nədi?! Elə bil seks şousuna gedirsən, pisdi”, -demək əvəzinə “Çox gözəlsən. Ordakı hər kəsin gözü səndə olacaq, mən də çox qısqanıb narahat olacam. Keçən dəfə geyindiyin geyim var idi e, səni onda çox bəyənmişdim. Məncə, onu geyin”, - deyə bilərsiz.

 Heç vaxt edilməyəcək şeyləri təyin edin

 Uşaqlıqdan keçirdiyiniz travma, allergiya, xoşlanmadığınız şeylər, bunların hamısını ilk əvvəldən deyin.  Məsələn, “heç vaxt çantanı daşımayacam, səninlə paltar bazarlığına getməyəcəm, itini gəzdirməyəcəm və s.”  Səbəb isə gələcəkdə xanımız bunları edərkən sizin xoşlanmadığınızı görüb artıq onu sevmədiyinizi düşünməməsidir. Ancaq siz onu sevirsiz axı. Və sevginiz xanımınızın şübhə etməyəcəyi yeganə nəsnə olmalıdır.

 ailem.az

Go Back

Jestlərimiz nəyi bildirir?

Biz bəzən özümüzə yetərincə diqqət etmirik. Lakin bizim ətrafımızda olan insanlar hətta bizim nə danışdığımıza məhəl qoymadan və yalnız jestlərimizi müşahidə edərək bizim haqda öz fikirlərini formalaşdırırlar. Bəzən etdiyimiz hərəkətlər və jestlərimiz bizim haqqımızda bir çox məlumat bildirə bilər. Xanımlar üçün isə kişilərin jestlərini aydınlaşdırmaq daha da maraqlı olar. Beləliklə, əgər o:

...dodaqlarını isladırsa bu o deməkdir ki, malik olmaq istədiyi nəyisə (və ya kimisə) görüb. Bu halda nail olmaq arzusu dodaqların qurumasına səbəb olur və buna görə də bu halda kişilər tez-tez dodaqlarını islatmalı olurlar.

… qaşlarını qaldırıb gülümsəyərək sizə baxırsa, deməli siz onun xoşuna gəlirsiniz. Əgər o qaşlarını təmbəlcəsinə yavaş-yavaş qaldırırsa və bunu daim edirsə, bu onun yaxşı əhval-ruhiyyədə olmadığından xəbər verir.

… danışıq vaxtı dabanı üstündə yellənirsə, bu onun inamsızlığı və qərəzsizliyi haqqında məlumat verir. Ola bilər ki, o nəyisə düzgün danışmadığı və ya nəyisə düzgün eləmədiyi haqda düşünür ki, bu zaman belə hərəkətlər onu bir az sakitləşdirir. Amma əgər azca ayağının ucuna qalxıb və sonra bütün ayağı üstə dayanırsa, bu onun özündən razı olduğunu bildirir!

… əllərini yelləyirsə bu sizin onu cəlb etməyinizi bildirir. Belə jestlər ünsiyyətli, səmimi insanlara məxsusdur ki, onlar öz pozitiv emosiyalarını saxlaya bilmədikləri üçün bu cür hərəkətlər edirlər.

… saçlarını tumarlayırsa bu o deməkdir ki, o sizin xoşunuza gəlmək istəyir. Adətən o başını azca qabağa əyərək sanki saçlarını darayaraq barmaqlarını saçlarının arasına buraxır.

… ayaqlarını geniş açırsa bu onun nüfuzlu kişi olduğunu bildirir. Onlar istənilən qadının onların qucağına atılacağına tam əmindirlər.

… üzünü sığallayırsa bu onun sizə qarşı ciddi olduğunu, sizi diqqətlə dinlədiyini və sonsuza qədər sizə qulaq asmağa hazır olduğunu bildirir!

… sizə əlini uzadırsa bu jest onun sizə daha yaxın olmaq cəhdini göstərir.

… sizi alınınızdan öpürsə bu “saf dostluq” və ya “valideyn” hissləri haqqında xəbər verir.

Məlum olduğu kimi, kişilər hər zaman öz düşüncələrini bildirmir. Əgər siz jestlərin mənasını müəyyən etməyi bacarsanız, bu zaman kişilərin gizli fikirlərinə girmək daha asan olacaq.

xanim.net

Go Back

Kişilərin 7 tipi

 Seçiminiz sizi aldada bilər!

O, sizinlə həyatının çətin anları bitənədək qalacaq

 Xanımların arzusu ROMANTIK kişi

Romantik kişini dərhal tanıyacaqsınız. O, görüşdüyü xanıma gül və şirniyyat alır, işdən evə qədər onu ötürür. Romantika dolu görüşlər təşkil edir – şam işığında yemək süfrəsi, günəşin batmasına tamaşa etmək, şer demək və s.  Belə kişilərin idealı kübar, zərif, romantik istəklərini bəyənən və dəstəkləyən qadındır. Əgər siz həyata real baxan, romantikanı sevməyən, sərbəst həyat tərzi sürən, bir qədər də acıdil xanımsınızsa romantik kişi ilə münasibətiniz baş tutmayacaq. Belə ki, romantik kişilər sakit təbiətli, mehriban və incə səsli, mənalı baxışlı xanımlara üstünlük verirlər.

Ciddi görünüşü ilə cəzb edən İŞ ADAMI

O, daim məşğuldur. Onun dost – tanışları ciddi iş adamlarıdır. Günü işgüzar zənglər, danışıqlar, görüşlər, müqavilə bağlamaqla keçir.  
Belə kişilər etibarlı həyat yoldaşı seçirlər. Onlar evə gələndə rahat olmaq, problemlərdən uzaqlaşmaq istəyirlər. Səliqəli ev, dadlı yeməklər, mehriban həyat yoldaşı, bir sözlə ev və sevdiyi qadın onun möhkəm qəsri olmalıdır. Bütün bunlarala yanaşı təbiətcə tələbkar olan belə kişilər qadının onların zövqünə uyğun olmasını arzulayırlar. Əgər siz onun bütün bu istəklərinə cavab verirsinizsə xanımı ola bilərsiniz.

Xanımlar üçün SÜRPRIZ kişi

Onunla həyat gözlənilməz və macəra ilə doludur. Belə kişilər çox cəld olur, gözlənilməyən qərarlar verir, müntəzəm olaraq xəbərlər və yeniliklərlə maraqlanır. Daim sizin üçün yeni əyləncələr fikirləşir. Bir sözlə onunla darıxmayacaqsınız. Onunla keçirdiyiniz görüşlər bayaramı xatırladır. Əgər siz səs-küyü, əyləncəni, macəralı həyatı deyil, sakitliyi istəyirsinizsə “sürpriz” kişi sizin yarınız deyil. Bəzi qadınlar sakit həyat tərzini, evdə oturub seriala və ya onu maraqlandıran verilişlərə baxmağı sevir ki, belə ərlə onları xoşbəxtlik gözləmir.

O, səni hər bir şeydən qoruyan ÇIN SƏDDINDIR.

 Bilir ki, hər nə olsa da qadın onu həmişə arzulayacaq.

Sakit və özünə əmin adamdır. Onun həyatı stabil, gələcəyi isə əvvəlcədən planlaşdırılıb. Qəfil və gözlənilməyən qərarlar onun təbiətinə uyğun deyil. Belə kişilər bir aydan, hətta bir ildən sonra da atacağı addımları bilir. O, heç vaxt xanımını qısqanmır, çünki özünə güvənir. Bilir ki, hər nə olsa da qadın onu həmişə arzulayacaq.

Belə kişi ilə qadın problemlərin həllini düşünmür və hər məsələdə ona arxayın olur. Məsuliyyətli olan belə kişilər bütün problemləri özləri həll edir. Lakin onlar yalnız sevdiyi xanımları onların tələblərinə və istəklərinə cavab verirsə onun problemlərini həll etməyə hazırdılar.  

Səni çərçivədən çıxara bilən AZADLIĞI SEVƏN KIŞI

Heç nə planlaşdırmır və sabah nə edəcəyini bilmir. Azadlığı sevir, məsuliyyət, problemləri isə həll etmir, onlardan qaçır. Gününü əyləncələrə həsr edir. Əgər siz sabah hara gedəcəyinizi bilmirsiniz və gələcək üçün plan tutumursunuzsa bu kişi sizə uyğundur. O, sərbəst, heç bir qaydanı, adəti, çərçivəni gözləməyən, macəra və əyləncə dalınca elə indicə qaçmağa hazır olan kişidir. Nəzərə alın ki, onunla sabahın necə olacağını da bilməyəcəksiniz. Belə kişi ilə münasibətin müsbət tərəfi isə odur ki, o, sizi darıxmağa qoymayacaq.  

O, istədiyin kimi ola bilər NEQATIV DÜŞÜNƏN KIŞI

Təəssüf olsun ki, belə kişi ilə də rastlaşa bilərsiniz. İlk baxışdan uğurlu iş adamı təəsüratı oyadan bu kişilər evdə mənfi emosiyalarını birüzə verən insandır. O, daim neqativ düşüncələri ilə bölüşür, bununla da sizi sıxa bilər.

Amma belə kişi ilə özünüzü onun problemlərini tam anlayan ana kimi apara bilərsiniz. Onun ümidi və dayağı olaraq onu karyerada yuxarıya doğru istiqamətləndirmək, yüksək gəlir əldə etməyə ruhlandırmaq mümkündür. Sonda nəticə ilə qürur duya bilərsiniz. Axı, o, sizin dəstəyiniz olmadan bunlara nail ola bilməzdi. Lakin belə kişi ilə münasibət qurmazdan əvvəl yaxşı düşünün. Sizin bunu etməyə gücünüz çatacaqmı? İkinizin əvəzinə də hər şeyi edə biləcəksinizmi? Belə bir kişi ilə həyat qursaz öz karyeranızı unutmağa məcbur olacaqsınız.

Çoxsaylı romanları ilə məşhur olan HƏYATINDA ÖTƏRİ INSAN

Sadaladığımız istənilən kişi tipi altında maskalanan belə insanın fərqli cəhəti odur ki, o, sizinlə həyatının çətin anları bitənədək qalacaq. O, həyatında baş verən problemləri həll etmək və başına gələ biləcək daha yaxşı hadisələri gözləmək üçün sizinlə birlikdədir. Ola bilsin o, öz məqsədləri üçün sizdən istifadə edir və ya siz onu sadəcə sakitləşdirirsiniz . Düzdür, bu sizin ağlınıza gəlmir. O, sizi elə inandırıb ki...

Siz yaraşıqlı, işgüzar, dadlı yeməklər bişirməyi bacaran, səliqəli, mehriban və cazibədarsınız. Sizin hələ çox müsbət keyfiyyətləriniz var. Ancaq o, idealını gözləyir. Sizinlə münasibət həmişə keçid xarakterini daşıyacaq. Belə kişi öz idealına oxşar obrazda qadın görən kimi münasibətlərinizə son qoyacaq. O, sonradan növbəti qurbanının da onun idealı olmadığını anlayıb, hətta sizin yanınıza qayıda da bilər. XANIMLAR DİQQƏT! Onu geriyə qəbul etməyin. O, sizinlə yenə də belə edə bilər. Növbəti dəfənin sonuncu olma ehtimalı daha çoxdur. Belə insanlar daim axtarışda olduğu üçün çoxlu sayda sevgi romanları yaşayır və nadir halda xoşbəxt ola bilirlər.

dushunce.az

 

Go Back

Kişilərin məhəbbət psixologiyası

Bu mövzunu sizinlə bölüşməyimin səbəbkarları mənim xanım pasientlərimdir. Bu son ay ərzində onların ən çox narahat edən suallardan biri bu olub: “Mən yanılmışam. Məncə həyat yoldaşın məni artıq sevmir. Bəlkə mən onu tanımamışam? O, evlənəndə də məni heç sevməyib?”

 Qeyd edək ki, hər bir insanın sevgi haqqında şəxsi fikirləri var. Ancaq psixologiyada “sevgi”adlanan bu hiss fundamental hiss kimi qəbul olunub. Çünki insanın emosiyaları məhz bu hisslə sıx əlaqədədir. Sevgi hissi insanların qəlbində xüsusi yer tutan unikal bir hissdir. Sevgi müxtəlif emosiyayaların yaranmasına da səbəb olur. Məsələn, insan sevgilisindən ayrıldığı zaman kədər hiss edə bilər. Məyus olduqda isə qəzəblənə bilər.

 Psixologiyanın inkişaf tarixinə nəzər salsaq görərik ki, insan bu sual ilə qarşılaşanda aciz qalır: “Sevgi nədir?” Lakin bu suala cavab tapmaq çətindir. Səbəb isə çox sadədir. Hər bir şəxs sevgini özünəməxsus izah edir. Sevgi insanın ürəyində, ruhunda sanki bir titrəmə yaradır, zərif hisslər oyadır, xeyirxahlığa, sülhə, sakitliyə çağırır. Bunlarla yanaşı neqativ hisslər də yaşamağa məcbur edir.

 Sevgi bir anın içində insanı dəyişdirən  bir hissdir. Əgər romantik sevgi yaşayırıqsa, həyat bizə çox gözəl görsənir.  

 Psixoloji nöqteyi-nəzərdən “Sevgi nədir?”sualının cavabı olsa belə müxətlif və sonsuz olacaq. Sevgini anlamağın ən yaxşı üsulu onu hiss etmək, daxili səsə qulaq asmaqdır. Çünki məhəbbət gözləmədiyimiz bir anda bizi yaxalaya bilər.

 Sevgi həm də beyində gedən müəyyən biokimyəvi prosesdir. Buna əsaslanaraq sevgi genetik amillərin, psixoloji təcrübənin və hormonal göstəricilərin qarşılıqlı təsiri kimi izah edilir.  

 Elmi cəhətdən, əks cinsə olan romantik münasibətləri müxtəlif biokimyəvi proseslər və stimullar formalaşdıra bilər.   

Kişilərin məhəbbət psixologiyası

 Qadın sevən zaman dağları aşmağa belə hazırdır. O, bunu büruzə verir. Kişilərsə, əksinə çox vaxt öz hisslərini gizlətməyə çalışırlar. Qadınlar kişinin bu cür münasibətini görəndə tərəddüd edirlər: “Kişi sevir yoxsa yox?”.

Bu səbəbdən də qarşılıqlı münasibətlərin tənzimlənməsində qadın aparıcı rol oynayır. 

 Kişilər qadınların hər bir məsələyə emosional yanaşmasını görəndə bu cür düşünürlər: “Onunla mənə yaxşıdır. Amma nəyə görə o, hadisələri bu cür qiymətləndirir? Niyə hər şeyi mürəkkəbləşdirir? Nəyə görə, məni bu qədər sıxır? Niyə tələsir?”

 Kişilər bir qayda olaraq öz hisslərini təhlil etməyə tələsmirlər. Onlar çox vaxt bir prinsiplə yaşayırlar: “Hər şey yaxşıdırsa, problem yoxdur”. Kişilər tez-tez qadını görməyə, onunla ünsiyyət saxlamağa, ona diqqət göstərməyə, yaxınlıq etməyə hazırdılar. Amma heç vaxt düşünməzlər ki, bu həqiqi sevgidir yoxsa deyil? Onlar sadəcə hiss edər və hisslərini yaşayarlar. Bu vəziyytədə kişi düşünər: “Bizə birlikdə çox yaxşıdır. Bunun sevgi olub-olmaması isə sonranın işidir”.  Başqa sözlə, kişi daha çox bugünkü günlə yaşamağa üstünlük verir. O, bugünkü günün həzzini yaşamaq istəyir.

 Kişinin sevdiyini necə bilmək olar?

 Kişilər həqiqətən sevəndə öz məhəbbətini iki halda bildirirlər: “Birincisi – seçdiyi xanımı itirmək qorxusu əmələ gələndə. İkincisi – sevdiyi qadını əldə edə bilməyəndə”.

 Kişi qadını itirəcəyini hiss etdikdə sevgisini bildirə bilər. Lakin kişinin sevgisini sınağa çəkərkən ehtiyyatlı olma lazımdır. Belə ki, bəzi kişilərin tənhalıqdan qorxmaq kimi kompleksi ola bilər. Eləcə də, kişinin özgüvən hissinin aşağı olması da nəzərə alınmalıdır.

 Kişilərdə instinktiv olaraq zəif cinsi qorumaq, qayğısına qalmaq kimi bir tələbat özünü büruzə verir. Kişi bu tələbatını yerinə yetirəndə özünü təsdiq etmiş hesab edir. Yəni sevdiyi qadının həyatını təmannasız yüngülləşdirdikdə, ona dəstək olduqda, diqqət və qayğı göstərdikdə özünü rahat hiss edir. Kişi qadından minnətdarlıq sözlərini qəbul etmirsə, o, həqiqətən də sevir.

 Eləcə də, kişi seçdiyi xanıma heyran olur. Bəzi hallarda heyranlıq hissi olmur. Lakin bu sevginin yoxluğunu göstərmir. Sadəcə bu əhvalın pis olması ilə bağlı ola bilər.

 Əziz xanımlar, psixoloq kimi məsləhət görürəm ki, kişiyə sizi tamamilə fəthetdiyini göstərməyin. Qoy o, sizi zamanla, pillə-pillə qazansın. Əgər siz çox güclü və sərbəstsinizsə, sevdiyiniz kişiyə qorunmağa ehtiyacınızın olduğunun mütləq göstərin. Çünki hər bir kişidə qadını qorumaq instinkti var. Siz bu instinkti hər zaman realizə etməyə imkan verin.

 Hər kəsə sevgi dolu bir həyat arzu edirəm. Sevgi dolu həyat çox gözəldir!

Zülfiyyə Yaqubova

Psixologiya və Konsultasiya Mərkəzinin Psixoloqu

 

Go Back

Kişilər niyə xəyanət edir

Xəyanet şirin görünən zəhərli bir team kimidir. Yeyərik ağzımız şirinlənər. Bir də baxarıq ki, zəhəri qanımıza işləyib, artıq mehvimize yaxındır. Maraqla, heyacanla , xoş hisslərlə başlayan xəyanətin sonu yalnız peşmanlıqdır!
Hər gün minlərlə kişi öz sevgilisinə və ya həyat yoldaşına xəyanət edir. Ayrılığa ən çox səbəb olan da məhz xəyanətdir. 
Bəs kişilər niyə xəyanət edir?!
Bir dəfə xəyanət edən kişi bunu təkrarlamaqdan çəkinmir. Xüsusən də xəyanəti zamanı tutulan kişilər başqa qadınlarla yatmağa yönəlir. 
Söhbət cinsi əlaqədən gedirsə, yox demə ehtimalı 0-a bərabər olur. Aldatma ehtimalı yüksək olan kişilər bir fikirlə qərarlarını dəyişdirə bilərlər. 
Sevgisi bitsə belə münasibətləri davam etdirən kişilər çoxdur. Qarşısındakı insanı üzməmək üçün münasibətləri davam etdirən kişilər bir anlıq ehtirasla bütün fikirlərini dəyişdirə bilər.

Kişilərin həyat yoldaşından ayrılma qorxusu olur. Bu onlarda fobia halına gəlir və tək qalmaqdan qorxurlar. Tək qalmaq qorxusu da kişiləri bəzən səhv addım atmağa və xəyanətə sürükləyir. Bu kəlimənin ardında isə neçə-neçə mübahisələr, təhqirlər, hətta fiziki tezyiqə qədər gedib çıxan münaqişələr ve nəhayət, ailənin süqutu – yeni günümüzün xoşagəlməz dəbi adını alan boşanmalar durur. Gəridə qalan xəyanətə uğrayanın sarsıntısı, aşağılanmaq hissi, insanlara, xüsusilə qarşı cinsə inamsızlıq ve zaman keçdikcə nifrət hissinin yaranması, stress, depresiyyadır.

Nadir hallarda ise xəyanət edənin müvəqqəti və ya bir anlıq çılğınlıqla ailəsinde yaratdığı narahatlıq ve əksər hallarda boşanma peşmanlığı. .

 Kişi xəyanəti xarakterik səbəblərdən də məydana gələ bilir. Macəra, adrenalin ehtiyacı duyan əks cins, böyük ehtimalla gizli münasibətlər arxasınca düşəcək və bu hissləri ailədən gizli, yasaq münasibət kimi yaşamaq guya ona həyat əşqi gətirəcək. Necə deyərlər, bir növ özünü cavan saxlayacaq.

Xəyanətin digər bir səbəbi isə kişinin nə vaxtsa etdiyi xəyanətin qadın tərəfindən bağışlanmasıdır. Qadını inandıra biləcəyinə inan kişilərdə də xəyanət etmək üçün cəsarət yaranır. Kişilərin fikrincə, gözün görmədiyini qəlb də hiss etməz. Bu anlayış isə daha sonra öz təsdiqini tapmır və edilən xəyanət qadın tərəfindən aşkarlanır.

Bəzi hallarda xəyanət edən insanın valideynlərini, hansı şəraitdə böyüdüyü araşdırıldıqda çox vacib ve əsas bir nüans ortaya çıxır. Uşaq ailədə valideynlerinden birinin digərinə xeyanetini bilərək böyüyürse, bir müddət sonra sədaqətsizliyi, xəyanəti normal bir əxlaq forması olaraq qəbul edir. Müəyyen bir zamandan sonra isə o da doğru, normal bildiyi yanlışı təkrarlayır.

Xəyanət nə səbəblə olursa olsun haqq qazandırılması mümkün olmayan, dinimizə, insanlığımıza və əxlaq çərçivəmizə heç cürə sığmayan böyük bir yanlışdır. Bu yanlışa yol verməmək və görməmək üçün isə  edəcəyimiz çox şey öz əlimizdədir..
Qadınlar və kişilər arasındakı fərq onların arzuları və istəkləridir. Kişilər təbiət etibarı ilə çox tez sıxılır və bezir. Dəyişkənliyi qadınlar özü sevsə də, alışqanlıqlara daha çox üstünlük verirlər. Buna görə də xəyanət qadınlar arasında daha az müşahidə edilir. . Bir qrup qadınlar sadəcə həyatlarını qəfil dəyişiməkdən qorxurlar. Bu isə özünə güvənin olmamasından irəli gəlir. 
İstənilən halda qadın vəziyyəti dəyişə bilər. “Kişi başdırsa, qadın boyun” misalını yada salın. Daim baxımlı olmağı, həyat yoldaşlarınızın gözündə gözəl görünməyi sadəcə həyat tərzinə çevirin. Sürprizlər hazırlayın, onun qəlbini fəth etmək üçün ağlasığmaz variantlara belə əl ata bilərsiniz. Neqativ emosiyaların həyatınızın sahibi olmağına icazə verməyin. Əsas odur ki, daim sevimli qalın. Kişi psixologiyasında nəzərinizə çatdırdığımız faktları isə unutmayın.

Validə Abbasova

Psixologiya və Konsultasiya Mərkəzinin Psixoloqu

Go Back

Kişinin sevdiyini necə bilmək olar

                                                 

Sevgi bir anın içində insanı dəyişdirən  bir hissdir.

 Kişilərin məhəbbət psixologiyası

 Bu mövzunu sizinlə bölüşməyimin sebəbkarları mənim xanım pasientlərimdir. Bu son ay ərzində onların ən çox narahat edən suallardan biri bu olub: “Mən yanılmışam. Məncə həyat yoldaşın məni artıq sevmir. Bəlkə mən onu tanımamışam? O, evlənəndə də məni heç sevməyib?”

 Qeyd edək ki, hər bir insanın sevgi haqqında şəxsi fikirləri var. Ancaq psixologiyada “sevgi”adlanan bu hiss fundamental hiss kimi qəbul olunub. Çünki insanın emosiyaları məhz bu hisslə sıx əlaqədədir. Sevgi hissi insanların qəlbində xüsusi yer tutan unikal bir hissdir. Sevgi müxtəlif emosiyayaların yaranmasına da səbəb olur. Məsələn, insan sevgilisindən ayrıldığı zaman kədər hiss edə bilər. Məyus olduqda isə qəzəblənə bilər.

 Psixologiyanın inkişaf tarixinə nəzər salsaq görərik ki, insan bu sual ilə qarşılaşanda aciz qalır: “Sevgi nədir?” Lakin bu suala cavab tapmaq çətindir. Səbəb isə çox sadədir. Hər bir şəxs sevgini özünəməxsus izah edir. Sevgi insanın ürəyində, ruhunda sanki bir titrəmə yaradır, zərif hisslər oyadır, xeyirxahlığa, sülhə, sakitliyə çağırır. Bunlarla yanaşı neqativ hisslər də yaşamağa məcbur edir.

 Sevgi bir anın içində insanı dəyişdirən  bir hissdir. Əgər romantik sevgi yaşayırıqsa, həyat bizə çox gözəl görsənir.  

 Psixoloji nöqteyi-nəzərdən “Sevgi nədir?”sualının cavabı olsa belə müxətlif və sonsuz olacaq. Sevgini anlamağın ən yaxşı üsulu onu hiss etmək, daxili səsə qulaq asmaqdır. Çünki məhəbbət gözləmədiyimiz bir anda bizi yaxalaya bilər.

 Sevgi həm də beyində gedən müəyyən biokimyəvi prosesdir. Buna əsaslanaraq sevgi genetik amillərin, psixoloji təcrübənin və hormonal göstəricilərin qarşılıqlı təsiri kimi izah edilir.  

Elmi cəhətdən, əks cinsə olan romantik münasibətləri müxtəlif biokimyəvi proseslər və stimullar formalaşdıra bilər.   

Kişilərin məhəbbət psixologiyası

 Qadın sevən zaman dağları aşmağa belə hazırdır. O, bunu büruzə verir. Kişilərsə, əksinə çox vaxt öz hisslərini gizlətməyə çalışırlar. Qadınlar kişinin bu cür münasibətini görəndə tərəddüd edirlər: “Kişi sevir yoxsa yox?”.

Bu səbəbdən də qarşılıqlı münasibətlərin tənzimlənməsində qadın aparıcı rol oynayır. 

 Kişilər qadınların hər bir məsələyə emosional yanaşmasını görəndə bu cür düşünürlər: “Onunla mənə yaxşıdır. Amma nəyə görə o, hadisələri bu cür qiymətləndirir? Niyə hər şeyi mürəkkəbləşdirir? Nəyə görə, məni bu qədər sıxır? Niyə tələsir?”

 Kişilər bir qayda olaraq öz hisslərini təhlil etməyə tələsmirlər. Onlar çox vaxt bir prinsiplə yaşayırlar: “Hər şey yaxşıdırsa, problem yoxdur”. Kişilər tez-tez qadını görməyə, onunla ünsiyyət saxlamağa, ona diqqət göstərməyə, yaxınlıq etməyə hazırdılar. Amma heç vaxt düşünməzlər ki, bu həqiqi sevgidir yoxsa deyil? Onlar sadəcə hiss edər və hisslərini yaşayarlar. Bu vəziyytədə kişi düşünər: “Bizə birlikdə çox yaxşıdır. Bunun sevgi olub-olmaması isə sonranın işidir”.  Başqa sözlə, kişi daha çox bugünkü günlə yaşamağa üstünlük verir. O, bugünkü günün həzzini yaşamaq istəyir.

 Kişinin sevdiyini necə bilmək olar?

 Kişilər həqiqətən sevəndə öz məhəbbətini iki halda bildirirlər: “Birincisi – seçdiyi xanımı itirmək qorxusu əmələ gələndə. İkincisi – sevdiyi qadını əldə edə bilməyəndə”.

Kişi qadını itirəcəyini hiss etdikdə sevgisini bildirə bilər. Lakin kişinin sevgisini sınağa çəkərkən ehtiyyatlı olma lazımdır. Belə ki, bəzi kişilərin tənhalıqdan qorxmaq kimi kompleksi ola bilər. Eləcə də, kişinin özgüvən hissinin aşağı olması da nəzərə alınmalıdır.

 Kişilərdə instinktiv olaraq zəif cinsi qorumaq, qayğısına qalmaq kimi bir tələbat özünü büruzə verir. Kişi bu tələbatını yerinə yetirəndə özünü təsdiq etmiş hesab edir. Yəni sevdiyi qadının həyatını təmannasız yüngülləşdirdikdə, ona dəstək olduqda, diqqət və qayğı göstərdikdə özünü rahat hiss edir. Kişi qadından minnətdarlıq sözlərini qəbul etmirsə, o, həqiqətən də sevir.

 Eləcə də, kişi seçdiyi xanıma heyran olur. Bəzi hallarda heyranlıq hissi olmur. Lakin bu sevginin yoxluğunu göstərmir. Sadəcə bu əhvalın pis olması ilə bağlı ola bilər.

 Əziz xanımlar, psixoloq kimi məsləhət görürəm ki, kişiyə sizi tamamilə fəthetdiyini göstərməyin. Qoy o, sizi zamanla, pillə-pillə qazansın. Əgər siz çox güclü və sərbəstsinizsə, sevdiyiniz kişiyə qorunmağa ehtiyacınızın olduğunun mütləq göstərin. Çünki hər bir kişidə qadını qorumaq instinkti var. Siz bu instinkti hər zaman realizə etməyə imkan verin.

 Hər kəsə sevgi dolu bir həyat arzu edirəm. Sevgi dolu həyat çox gözəldir!

Zülfiyyə Yaqubova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

 

Go Back

11 nəticə göstərilir