Düşüncə Jurnalı

header photo

Göy qurşağı

13-07-2017

Dünyanın bütün rəngləri bir araya toplaşır və hansı rəngin ən əhəmiyyətli, ən xüsusi olduğunu müzakirəyə etməyə başlayırlar:

Yaşıl sözə başlayır: “Əlbəttə mən ən əhəmiyyətli rəngəm. Mən həyatın və ümidin rəngiyəm! Çəmənlər, yarpaqlar, ağaclar üçün seçilmişəm. Yer üzünə bir baxın, hər tərəf mənim rəngimlə əhatə olunub.”

Mavi əlavə edir: “Sən yalnız yer üzünün rəngisən, bəs mən? Mən həm dənizin, həm də səmanın rəngiyəm. Səmadakı mavi insanlara dinclik verər və dinclik olmadan da siz heç bir şey edə bilməzsiniz!”

Sarı sözə qarışdı :” Siz zarafat edirsiniz? Mən günəşin rəngiyəm, bu dünyaya istilik verirəm. Mən olmasam hamınız soyuqdan donardınız!… "

Narıncı onun sözünü kəsdi: 'Bəs mən? Mən müqavimətin və sağlamlığın rəngiyəm. İnsanın yaşaması üçün lazımlı vitaminlər mənim rəngimdə tapılır. Portağalı, kökü düşünün. Ortalıqda görünməyə bilərəm amma günəş doğularkən və batarkən səmaya o gözəl rəngi verən mənəm unutmayın! ..

Qırmızı dözə bilməyib söhbətə qoşuldu: “ Mən hamınızdan üstünəm! Mən qan rəngindəyəm! Qan olmadan həyat olarmı? Mən həm də cəsarət və təhlükənin rəngiyəm! Döyüş və atəş rəngindəyəm! Eşq ve ehtiras mənimlədir! Mənsiz bu dünya bomboş qalardı!”

Bənövşəyi ayağa qalxdı: “Hamınızdan üstün olan mənəm! Mən gücün və nəslin rəngiyəm. Bütün liderlər və krallar məni seçiblər. Nüfuz və müdrikliyin rəngi mənəm. İnsanlar məni sorğu-sual etməzlər. Onun yerinə qulaq asır və itaət edirlər. Və bütün rənglər bir ağızdan danışmağa davam edib dalaşırlar. Hər biri digərini itələyir və — “ Ən üstün mənəm”-, deyirmişlər.

Bir anda şimşəklər çaxmağa başlayır və yağış damlaları göydən enir. Bütün rənglər çaşıb qorxuyla bir-birlərini qucaqlayır. Və yağışın səsi eşidilir.

Ehh biçarə rənglər, bu davanızı mənası nədir? Siz bilmirsinizmi ki, hər biriniz fərqli bir vəzifə üçün yaradılmısınız, bir-birinizdən fərqlənirsiniz və hər biriniz çox xüsusisiniz. İndi əl-ələ tutub yanıma gəlin! “ Rənglər bu sözlərdən çox utandılar. Əl-ələ tutub səmaya doğru qalxdılar və bir ox şəklində orada məskunlaşdılar.

Yağış: ”Bundan sonra hər yağış yağanda siz birləşib bir rənglər aləmi olaraq səmadan yer üzünə doğru uzanacaqsınız. İnsanlar sizi gördükcə rahatlıq hissi tapacaqlar. İnsanlara, sabahlar üçün bir ümid olacaqsınız. Göyü bir qurşaq kimi dolayacaqsınız və sizə GÖY QURŞAĞI deyəcəklər Razılaşdıqmı?

Buna görə nə zaman dünyamıza yağış yağsa ardından GÖY QURŞAĞI meydana çıxır. Biz də göyqurşağındakı o rənglər kimi bir-birimizdən fərqli və çox xüsusiyik. Bunu anlamalı və uyğunlaşaraq yaşamalıyıq. 

 

Go Back

Sorğu göndər