Düşüncə Jurnalı

header photo

PANİK ATAK Pozuntusu Olan Şəxslərdə Yaranan Somatik Simptomlar

Bu məqalədə panik pozuntusu olan şəxslərdə yaranan somatik simptomların xəstələrdə yaratdığı anksiyetə araşdırılmışdır. Panik pozuntusu olan xəstələrin kəskin ölüm qorxusu, infarktla bağlı narahatlıqları, özünənəzarəti itirmə və dəli olma qorxusu mövcuddur. Anksiyetə əlamətləri adlanan bu simptomlarla yanaşı, baş gicəllənməsi, ürəkgetmə və buna uyğun hissin yaranması, asfiksiya (boğulma hissi), nəfəs darlığı, tənəffüs mətinliyi, taxikardiya (ürək döyüntülərinin artması), sinədə ağrı hissi, mədə bulanması, epiqastral nahiyədə ağrı (qarın ağrısı), tərləmə, titrəmə, keyimə hissi kimi orqanik simptomların bir qismi panik atakla yanaşı qeyd olunur. Bu əlamətlərlə yanaşı bir çox mütəxəssisin qeyd etmədiyi hipertoniya da müşahidə olunur.

Panik atak zamanı damarlarda daralma və ürək ritmlərində sürət artığı üçün qan təzyiqində artım qeydə alınır. Yüksəlib, azalan təzyiq "oynayan təzyiq" şəklində adlandırılır. Artan hipertoniyaya görə yanlış olaraq hipertoniya diaqnozu qoyulur və bununla bağlı medikamentoz terapiya aparılır. Bu yanaşma panik pozuntu diaqnozu dəqiqləşmiş xəstələrdə mövcud olan anksiyetə halının daha da artmasına səbəb olur. Panik pozuntu diaqnozu qoyulmuş xəstə hipertoniya xəstəsi olduğunu düşünərək somatik simptomlara köklənərək davamlı olaraq təzyiqinin qalxacağı bilavasitə beyin qanaxması keçirəcəyi narahatlığıyla həyat keyfiyyətlərində neqativ vəziyyət yaşayırlar.

Nərmin Quliyeva

Xəzər Universiteti, Psixologiya Fakultəsi

Go Back

Sorğu göndər