Düşüncə Jurnalı

header photo

Panik Atak və Agorofobiya

 

Agorofobiya

Aparılan bəzi tədqiqatlarda panik pozuntuda agorofobiyanın, panik ataklarla birlikdə müşahidə olunduğu irəli sürülür. Hazırki psixiatik diaqnoz kriteriyaları isə agorofobiya olmadan da panik atakın olduğunu göstərir.

Panik pozuntu diaqnozu qoyulan xəstələrin əksəriyyətində qaçma davranışları (müdafiə mexanizmi) müşahidə olunur. Panik atak zamanı qaçmağın mümkün olmayacağı və ya kömək olunmayacağı yerlərdən uzaqlaşır. Agorofobiyası olan xəstələrin uzaqlaşdığı vəziyyətlər bu şəkildə göstərilə bilər: metro, tramvay, körpü, gəmi, tıxacda qalmaq, təyyarə ilə səyahət, uzun müddətli avtobus gəzintisi, salona getmək, xəstəxanaya getməmək, təzyiq ölçdürməmək, insanlarla zəngin küçələrdən uzaqlaşma kimi qaçma davranışları sərgiləyirlər.

Bəzi insanlar üçün agorofobiya çox zəif əlamətdir; məsələn, yalnız təyyarə ilə səyahət edərkən panik atak yaşamaqdan qorxa bilərlər; bəzilərində isə qaçma davranışı kimi görülə bilər. Müəyyən qrup xəstələrdə isə agorofobiya çox ağır yaşanılır, şəxs evdən çıxmağa belə risk etmir. Panik pozuntusu olan insanların əksəriyyəti bu iki vəziyyətin qarşılığını yaşayırlar.

Panik atak diaqnozu qoyulmuş xəstələrdə agorofobiya 50-70% arasında dəyişir. DEPAMın 5000 şəxs arasında apardığı tədqiqatda panik pozuntu xəstələrin 65%-də qeydə alınmışdır (2010)

DSM-IV üzrə agorofobiya diaqnoz kriteriyaları:

A. Gözlənilməyən və situativ görünən panik atak və ya panik vəziyyətə oxşar əlamətlərin ortaya çıxmasıyla, kömək olunmayacağı və ya qaçmağın çətin olacağı (narahatlıq yaradacağı) yerlərdə və ya vəziyyətlərdə olmaqdan dolayı anksiyetə keçirmək. Agorofobik qorxula arasında; yalnız evdən kənarlaşmaq, insanlarla çox olan mühitdə olmaq və ya növbədə gözləmək, körpünün üstündə olmaq və ya maşın, qatarla səyahətə çıxmaq

B. Bu vəziyyətdən qaçır, panik atak/panikaya bənzər simptomların ortaya çıxacağı düşüncəsi ilə və ya narahatlığı ilə bu vəziyyətə dözür, yanında kiminsə olmasına ehtiyac duyur.

C. Bu narahatlıq və ya fobik uzaqlaşma sosial fobiya (utancaqlıq qorxusuyla sosial vəziyyətlərdən uzaqlaşma), spesifik fobiya (lift kimi qapalı sahələrdə narahatlıq keçirmə), obsessiv-kompulsiv pozuntu (yoluxma ilə obsessiya səbəbiylə çirkdən qaçma), postravmatik stress pozuntusu (ağır stress yaşadıqdan sonra stress faktorlardan qaçma) və ya ayrılma anksiyetə pozuntusu (evdən və ya qohumlardan ayrılmaqdan uzaqlaşma) kimi başqa bir mental pozuntudan başqa hər hansı digər patologiya ilə daha yaxşı açıqlana bilməz.

Panik atak ilə Agorofobiyanın əlaqəsi

Bu əlaqə haqqında bir çox tədqiqat aparılmışdır. Panik pozuntuda agorofobiya müşahidə olunurda, əksərən terapiya daha uzun müddəti əhatə edir və çətin olur. Aparılan bir çox araşdırmaya görə: panik atakla yanaşı agorofobiya olmayanlar daha qısa müddətdə terapiyaya cavab verirlər.

Yunan dilindən alınan kəlmə olan agorofobiya mərkəzi və ya yığılmış məhsul mənasını ifadə edən "agora" sözündən götürülmüşdür. Agorofobiya, illərlə bir çox insan tərəfindən açıq sahə qorxusu olaraq qeyd olunmuşdur. Bu təyinatın klinik olaraq yanlış olduğu müəyyənləşdirilmişdir. Marks, agorofobiyanı izdiham olan sahələrdən qorxma kimi ifadə etmişdir. Agorofobiyanı xarici təkan vericilərə bağlı, fobik xəstəlik olaraq qeyd etmişdir (Marks, 1970; 538-553).

"Klinik müşahidələr, agorofobiyanın izdihamlı sahələrdə olmaqdan qorxu kimi, psixoloji təhlükəsizliyi təmin edən, öyrənilmiş mühit və insanlardan uzaq olmaqdan qorxunu da əhatə etdiyini ortaya qoyur. Həqiqətən də agorofobiklərin asanlıqla "təhlükəsiz sahələrə" (ev, öyrəşdiyi mühit) çəkilmələrinin mümkün olmadığı vəziyyətlərdən qorxma fəaliyyətləri diqqət çəkir".

Gözləmə anksiyetəsi

İlk panik atakdan sonra xəstəxanaya yerləşdirilən xəstə, bundan sonrakı müddət üçün gərgin və narahatdır. Xəstə eyni zamanda yeni atak gələcəyi narahatlığı içində gərginlik yaşayır. Bu narahat göləntiyə, "gözləmə anksiyetəsi" deyilir. Xəstələr atakdan sonra ortaya çıxacaq nəticələr haqqında çox yüksək narahatlıq yaşayırlar. Gözləmə anksiyetəsinin nəticəsində yaranan narahatlıq, gərginlik, sıxıntı və yeni panik qorxu; xəstədə panik atakın təkrarlanma riskini ortaya çıxarır.

Gözləmə anksiyetərinin 3 mərhələsi var:

  1. Yeni bir panik atak keçirəcəyi ilə bağlı narahat gözləmə, yüksək neqativ düşüncələr
  2. Yenə panik atak keçirəcəm, yenə müdafiəsiz qalacam
  3. Qorxulu gözləmə fəaliyyətindən dolayı orqanik simptomlara fokuslanma

Nərmin Quliyeva

Xəzər Universiteti, Psixologiya fakultəsi

Go Back

Sorğu göndər