Düşüncə Jurnalı

header photo

Panik atak xəstəliyi və əlamətləri

Panik sözünün mənası

Dilimizdə panik pozuntu əsasən panik atak olaraq adlandırılır. Bu iki anlayış xəstəliyin davam edən və əlavə simptomlarına görə fərqlənməsinə rəğmən, ümumi mənada insanlar tərəfindən panik atak olaraq ifadə olunur. Bu diaqnozu bir çox mütəxəssislər də eyni şəkildə adlandırır. "Panik" sözü yunan mifologiyasında "panikospan"dan yaranmışdır. Mifologiyada ölümlü yeganə tanrıdır. Bu mifoloji əfsanə Behçet Necatigilin "100 sualda mifologiya" əsərində qeyd olunmuşdur: "Dağlıq Arkadiada kiçikbuynuzlu heyvanların, çobanların tanrısıdır. Keçi ayaqlı Pan, Hermesin oğludur. Tanrıların, insan vücudunda deyil, heyvan görünüşündə düşünüldüyü ilk vaxtlarda Pan da keçi başlıydı, sonradan keçi başında sadəcə buynuzlar və saqqalı qalaraq insan üzü yarandı." Azra Erhat isə mifologiya lüğətində Panı belə təsvir edir: "Pan, çoban qavalını sevir, gözəl nymphaların ardına düşərdi. İnsanların, heyvanların yatdığı qızğın, tənha yay aylarında günorta vaxtı anidən gözlənilməyən səs çıxarır, hər tərəfə `panik` qorxular saçardı. Maraton döyüşlərində Perslərə bu tərzdə panik yaşatdığı üçün, Afinalılar müharibədən sonra tanrı Pana Akrapolis ətəyində sığınacaq düzəltdilər. Pan sözü yunan dilində `bütün, tam` mənasını ifadə etdiyinə görə mistiklər, daha sonralar Panı hər şeyi edən tanrı pilləsinə ucaltdılar".

Panik pozuntu

Hazırda panik pozuntu, panik atak olaraq adlandırılır. Bu iki anlayış bir-birindən tamamilə fərqlənir. Panik atak, sadəcə panik atakların olduğu diaqnozdur. Panik pozuntu isə panik ataklarla yanaşı gözləmə anksiyetəsinin olduğu diaqnozdur. özləmə anksiyetəsi, yeni bir panik atak gözləntisi və narahatlığı ilə panik atak yaşamaqdır. Panik pozuntu, panik ataka görə reabilitasiya müddəti daha uzun və daha xroniki olan patologiyadır. Panik atakda gözləmə anksiyetəsi yoxdur. Panik pozuntu, anidən ortaya çıxan, qəfil partlayışlarla başlanğıc göstərir. Xəstənin növbəti ataklarla bağlı gözləmə narahatlığı yaşayıb agorofobiyaya (müdafiə mexanizmi-qaçış davranışı) şərait yaratdığı müşahidə olunan pozuntudur. Dünya Sağlamlıq Təşkilatının apardığı beynəlxalq tədqiqatda İCQ-10a əsasən panik pozuntunun ilk ambulator müayinəyə müraciət edən xəstələr arasındakı həyat böyu prevalansı 3.4% dəyərində ortaya çıxmışdır (Wiley, 1995). Panik pozuntu olan xəstələr, əsasən daxili cərrahiyyə və kardiologiya kimi klinikalara tez-tez müraciət edirlər. Kardioloji mütəxəssislərə müraciət edən xəstələrin 16 %-i hiperventilyasiya şikayətləriylə xəstəxanaya müraciət edənlərin təxminən 35%-nə panik pozuntu diaqnozu qoyulduğu ortaya çıxmışdır (Dunitz, 1999).

Panik pozuntu daha çox 17-30 yaş arası ortaya çıxır. 45 yaşdan sonra görülmə tezliyi nadirdir. 45 yaşdan sonra xəstələrdə daha çox orqanik narahatlıq panik atakı ortaya çıxarır. Belə bir vəziyyət psixiatr tərəfindən qiymətləndirilir. Panik pozuntu kişilərə nisbətən qadınlarda daha çox ortaya çıxır.

Panik ataklar ortaya çıxma barəsində müxtəliflik göstərir. Situativ simptom olmadan yaranan panik atak, "gözlənilməz" panik atakdır. Bəlli bir vəziyyətə məruz qalmaqla ortaya çıxan "situativ uyğunlaşan" panik ataklar olaraq adlandırılır. Digər panik atak tipi isə situativ təkan verici ilə qarşılaşmasından sonra ortaya çıxan "situativ" panik atakdır.

Panik pozuntunun əlamətləri

Panik pozuntunun əlamətlərinin iki formada təsnifatlaşdıra bilərik:

Fiziki simptomlar:

  1. Taxikardiya (ürək döyüntüsünün artması), ürək ritminin hiss edilməsi və yüksək rəqəmlərə qədər çatması
  2. Sinədə ağırlıq hissi
  3. Nəfəs darlığı
  4. Sinədə ağrı hissi
  5. Asfiksiya (boğulma)
  6. Baş gicəllənməsi və yıxılacaqmış kimi olmaq, bədəndə tarazlığın pozulması
  7. Gözün qaralması
  8. Hipertoniya
  9. Bədən temperaturunun aşağı düşməsi və ya yüksəlməsi, xüsusilə qulaq və yanaqda istilik hissi
  10. Bədəndə həddindən artıq titrəmə
  11. Mədəyə nəyinsə çökdüyü hissi
  12. Ovuclarda tərləmə
  13. Bulantı və ya ishal
  14. Ağızda quruluq
  15. Boğazda düyün hissi (isterik düyün)
  16. Qeyri-real hisslərə aludə olma
  17. Konsentrasiyada pozulma və aydın düşünməmək
  18. Qismən iflic olma hissi

Panik pozuntunun ruhi simptomları (əsas qorxunun ölüm qorxusudur) aşağıdakı hisslər şəklində təsnifat olunur:

  1. Ölürəm
  2. İnfarkt keçirirəm
  3. Dəli oluram
  4. Özümənəzarəti itirirəm
  5. Nəfəs ala bilməyəcəm və öləcəm
  6. İflic oluram
  7. Təzyiqim çox artdı, beyin qanaxması keçirəcəm
  8. Nəbz vurğusu dəqiqədə 80/60, ürək döyüntüsü səbəbiylə qorxu yaşama
  9. Hipertenziya xəstəsi və ya ürək xəstəsi olduğunu düşünmə

Nərmin Quliyeva

Xəzər Universiteti,Psixologiya fakultəsi

Go Back

Sorğu göndər