Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Kliniki psixologiya"

17 yaşlı qızın bədəninə cin necə girdi - İSTERİK NEVROZ

 

Həkimlik fəaliyyətimin ilk illərində müayinə etdiyim bir az yaşlı pasientimi xatırlayıram. Məcburi köçkün kimi yerləşdikləri zirzəmi tipli yarıqaranlıq otaqda halsız idi, danışa və yeriyə bilmirdi. Sadəcə uzanıb bir nöqtəyə baxırdı. Vaxtaşırı el arasında “sudurqa” deyilən hal yaşayan bu qızcığazın yaxınları onun bədəninə cin girdiyini iddia edirdilər. Və o cinin qızın bədənindən nə vaxt çıxacağını gözləyirdilər. Zəruri qeyd kimi vurğulayım ki, qızımızın cəmi 17 yaşı vardı və bütün bu əlamətlər evləndikdən 3 ay sonra ortaya çıxmışdı.

Qohumlarının sözlərinə görə, qıza heç bir xəstəxanada əlac tapılmayıb, analizlərinin nəticələrində də problem olmayıb.

O xəstəni sadəcə bir dəfə gördüm və bir dərman preparatı təyin etdim. Çox sonralar eşitdim ki, dərmanı qəbul edib və sağalıb, ikinci hamiləliyindən sonra isə eyni hal yenidən təkrarlanıb.     

 

Əvvəllər elmi ədəbiyyatlarda adı “isterik nevroz” olaraq keçən xəstəliyə hazırda dünyanın hər yerində konversion pozuntu deyilir. Bu xəstəliyin adının “isterik” olmasının maraqlı tarixçəsi var. Belə ki, daha çox gənc qadınlarda rast gəlinən pozuntunun əsas səbəbi kimi qadın cinsiyyət orqanı olan uşaqlığın (latin dilində uşaqlıq – “hysterucus”) bədəndə azması göstərilidi. İsteriya sözü məhz burdan -  “hysterucus” sözündən qaynaqlanır. Tarixin bütün dövrlərində bu xəstəliyi metafizik hadisələrlə, dua, cadu, piti, cingirmə və s. ilə izah ediblər.

 

Konversion pozuntuya mədəni və intellektual inkişaf səviyyəsi aşağı olan cəmiyyətlərdə, erkən nikaha girən qadınlarda, uşaqlıq dövründə ciddi psixoloji travma yaşayan insanlarda daha çox rast gəlinir. “İçinə cin girdiyi” iddia edilən insanlardakı problemlərin böyük əksəriyyəti məhz konversion xarakterli pozuntulardır.

Xəstəliyin nə olduğu, əlamətləri adında çox qəribə şəkildə öz əksini tapıb. “Konversia” latın köklü bir sözdür, mənası dəyişmək, çevirmək deməkdir. Bu mənada konversion pozuntu beyindəki psixoloji gərginliyin çevrilərək bədəndə özünü göstərməsidir. Yəni pasientimizin izah edə bilmədiyi bəzi sıxıntıları var və bu daxili gərginlik özünü keçici korluq, mutizm adlandırdığımız susqunluq və ya afoniya adlandırdığımız pıçıltılı danışıq formasında, uşaq kimi danışma, bəzən xəstənin ayaqlarının tutulması şəklində büruzə verir.

 

Bu xəstəliyin həm xəstəni, həm də onun yaxınlarını ən çox narahat edən yanı bayılmalardır. Xəstə anidən özündən gedir, əzələləri gərilməyə başlayır, heç bir suala cavab verə bilmir və çox vaxt oyandığı zaman da qışqırır, ətrafında olan adamlara əl atır, öz saçını yolur və digər bu kimi ətrafdakıları qorxudacaq hərəkətlər edir.

 

Bir çox hallarda epilepsiya xəstəliyinə (“sudurqa”, dil qatlanması) bənzəsə də, bu tutmalar bir çox xüsusiyyətləri ilə epilepsiyadan fərqlənir. Əsas fərqləndirici cəhət odur ki, epilepsiya xəstəliyində tutmalar 3-5 dəqiqə, konversion tutmalarda 15 dəqiqədən 2 saata qədər davam edir. Konversion xəstələr ətrafda olub bitənlərin fərqində olsa da, epileptik xəstələr tutmadan sonra heç nəyi xatırlamır. Konversion tutmalar zamanı xəstələr ətrafdakı insanların səslərini eşidir, ona kimin yardım etdiyini bilir, amma cavab verə bilmirlər. Bayılmalar bir çox hallarda evdə hər kəsin olduğu saatlarda baş verir. Tək olanda baş vermə ehtimalı çox aşağıdır. Əksər vəziyyətlərdə pasientlər yıxılacağı yeri əvvəldən seçə bilirlər və bu səbəbdən də adətən yıxılma zamanı yaralanmalar baş vermir. Bir çox hallarda xəstəmizin yaxınları bu əlamətləri sanki şəxsin özünün bilə-bilə etdiyini iddia etsələr də, bu, qətiyyən belə deyil.

Bu problemdən əziyyət çəkən pasientlərdə qəribə bir laqeydlik olur. Sanki yaşanılan hal onlara aid deyil, hallarından məmnun kimi görünürlər. Məhz bu səbəbdəndir ki, bəzi kitablarda konversion pozuntu haqqında yazarkən belə bir ifadə işlədilir: onların ətrafa verdiyi mesaj budur - “Mən narahatam, mən xəstəyəm, mənimlə maraqlanmaq lazımdır, mənə diqqət edin”.

Əksər hallarda orqanizmdə bütün bu əlamətlərə səbəb olacaq tibbi problem aşkarlanmır, yəni onların cihaz, laborator müayinələri hər zaman qaydasında olur. Demək olar ki, bütün pasientlərimizdə əsas səbəb kimi məhz psixoloji faktorlar göstərilir. Psixoloji faktorlara yuxarıda qeyd etdiyimiz kimi, uşaqlıq dövrü travmalar, ata-ananın səhv yanaşması, ailədaxili münaqişələr, qayınata-qaynana problemi, erkən nikahlar və s. aiddir.

 

Bu tip tutmalar baş verərkən xəstəyə göstəriləcək ilk yardım vaxtı onun ağzını açmağa, qaşıqla dişlərini aralamağa qətiyyən cəhd etməyin. Bunun heç bir köməyi yoxdur. Xəstəni rahat buraxmağa calışın. Təcrübə göstərir ki, tutma zamanı xəstənin ətrafında nə qədər çox insan olarsa, tutmanın davam etmə müddəti bir o qədər çox olur.

 

Xəstəliyin müalicəsində mövcud simptomları aradan götürmək üçün dərman istifadə olunsa da, bu insanlara daha çox psixoterapiya dediyimiz, yəni peşəkarlar tərəfindən aparılan psixoloji söhbətlər daha çox təsir edir. Bütün hallarda problemin yaranmasına zəmin hazırlayan mühit dəyişməli və dərində yatan səbəblər aradan qaldırılmalıdır.

aile.lent.az

Go Back

OBSESSİV – KOMPULSİV POZUNTU - Bizi məhkum edən fikirlər

Obsessiv- kompulsiv pozuntu (OKP) sarışan fikirlərin (obsessiya) və ya sarışan hərəkətlərin (kompulsiya), daha çox onların hər ikisinin mövcudlugu ilə xarakterizə olunan, kəskin stress  pozuntusuna və dezadaptasiyaya gətirib çıxaran psixi pozuntudur.                                                                                  

Obsessiya – güclü təşviş yaradan, daim təkrarlanan arzuolunmaz fikirlər, meyillər və obrazlardır. Onlar ya birdən-birə, ya da hər hansı bir vəziyyət və hadisə ilə əlaqədar olaraq yarana bilər. Obsessiyaların daha çox rast gəlinən mövzusu infeksion xəstəliklərə yoluxma və infeksiya yayma qorxusu, ətrafına təsadüfi, ya da düşünülmüş zərər yetirmə qorxusu, kobud səhv etmə qorxusu, mənəvi və dini qadagaları pozma qorxusu, pedofil və homoseksual davranış törətmə qorxusu olur.

Kompulsiya – pasiyent “qeyri-adi, fövqaltəbii” şəkildə onu qorxudan hadisənin, sarışan fikirlərin qarşısını almaq və ya həyacanı, gərginliyi azaltmaq üçün ehtiyac hiss etdiyi fiziki və ya psixi hərəkətlərdir.                                                                                 

Fiziki Kompussiyalar – tez-tez əl yuma, qapıları baglama və s. Kimi kənardan hiss olunan təkrarlanan hərəkətlərdir.

Psixi kompulsiyalar – kənardan hiss olunmayan, xəstənin iradəsinə tabe olmayan və onu narahat edən fikrində təkrarlanan hesablama, dualar və qargışlar kimi sarışan pozuntulardır.

    Obsessiv- kompulsiv pozuntunun başlanmasına xas olan orta yaş dövrü 19- 30 yaşdır. Təxminən 25% pasiyentlərdə xəstəlik 14 yaşından sonra başlayır. Xəstəliyin daha erkən başlangıcı simptomların kəskin təzahürü, daha çox kompulsiyaların olması ilə (obsessiyasız) xarakterizə olunur. Belə hallarda komorbid pozuntular (fikirlər, diqqət çatışmazlığı hiperaktivlik sindromu və təşviş pozuntusu) və müalicəyə həssaslığın olmaması müşahidə olunur.

Obsessiv- kompulsiv pozuntudan əziyyət çəkən xəstələrin yarısında suisidal  (özünə qəsd) fikirlər, 25% -də isə suisidal cəhdlər qeyd oluna bilər. Özünə qəsd cəhdi daha cox yanşı gedən depressiya ilə əlaqədar yaranır. Obsessiv- kompulsiv pozuntu həyat keyfiyyətinin və sosial adaptasiyanın nəzərə çarpacaq dərəcədə enməsi ilə assosiasiya olunur. Məsələn, Obsessiv- kompulsiv pozuntusu olan xəstələr obsessiyanı və kompulsiyanı yaradan vəziyyətdən  vəya insanlara zərər yetirə bilmə qorxusuna görə onlara münasibətdən qaça bilərlər. Eyni zamanda obsessiyalarla əlaqədar olaraq onlar həkimə müraciət etməkdən də qaçırlar. Bəzi xəstələr ailə münasibətlərinə neqativ təsir edən öz qayda və qadagalarını yaymağa çalışırlar.      

Obsessiv- kompulsiv pozuntunun inkişaf etməsində  - irsiyyətində OKP-nin və tik pozuntunun olması, qeyri-kafi həyat şəraiti, cinsi, dini və gigiyena sahəsində uygunlaşa bilməyən mövqenin forməlaşması ilə əlaqədar yarana mədəni-sosial amillər, neqativ emosianallıq, inkişaf prosesinə davranışın təsiri, uşaqlıqda baş verən fiziki, cinsi zorakılıq və infeksiyadan sonra yaran mış autoimmun sindromu risk amillərini göstərmək olar.

Əsas sarışan fikirlər və ya düşüncələr

Onlar demək olar ki, xəstəyə əziyyət verən ideyalar, fikir obrazları və ya hərəkətə təhrik etmə formasını ala bilərlər. Bəzən ideyalar tam olmayıb, gündəlik həyata aid olan adi, lakin vacib qərar qəbul etmək qabiliyyətinin olmaması ilə əlaqədar sonsuz müzakirə olunan alternativ fikir olur. Sarışan düşüncələr və depressiya arasında əlaqə xüsusi ilə sıxdır.Buna görə də obsessiv- kompulsiv pozuntu diaqnozuna o halda üstünlük vermək olar ki, əgər sarışan fikirlır depressiya epizodu olmadan yaranır və saxlanılır.

Əsas kompussiv hərəkətlər

Kompussiv məcburi hərəkətlərin əksəriyyəti çirkin təmizlənməsinə aid olur, potensial təhlükəli situasiyanın yarana bilməməsi haqqında zəmanətin alınması üçün təkrari yoxlamalara və ya təmizkarlıga və səliqəliliyə riayət etməyə aid olur. Belə aydın davranışın əsasında posiyenti gözləyən təhlükədən və ya onun özünün başqa birisini dükar etməsi qorxusu durur və ritual hərəkətlər nəticəsiz qalır və ya təhlükənin qarşısını almaq üçün sinvolik cəhdlər olur.

Həkim pasiyentin halını diqqətlə müşaidə edir. Ona ya medikamentoz müalicə ya da qeyri-medikamentoz müalicə yazır. Medikamentoz müalicə orta ifadəli və ya ağır OKP simptomları olan pasiyentlərə təyin edilməlidir.

ELNARƏ MƏMMƏDOVA

NARINC UŞAQ PSİXOLOGİYA MƏRKƏZİNİN PSİXOLOQU

 

Go Back

BULİMİYA - Mən kök yox, kiloluyam

Mən kök yox, kiloluyam…

 Simptomları və səbəbləri:

Qidalanma pozuntuları, əsasən ani çəki itkisi və qeyri-kafi qidalanma təhlükəsi olan insanlarda daha çox müşahidə olunur. Qidalanma pozuntusu olan insanların təxminən 5%-i bulimiyadan əziyət çəkir.

Bulimiya nədir?

Bulimiya – insanın nəzarətsiz, böyük miqdarda yemək yeməsi və bu prosesi saxlamaqda çətinlik çəkməsi ilə xarakterizə olunur. Simptomlar adətən erkən yeniyetməlik dövründə müşahidə olunur və əsasən uzun müddətli dietadan sonra başlayır. Yemək prosesi onlarda çox zaman iki saata yaxın bir müddətə davam edir. Bəzi insanlarda isə bu proses qısa fasilələrlə bir neçə gün belə davam edə bilər. Bulimiklər ac olmadığı zaman yeməyə başlayır və proses mədənin tam dolu olmasını hiss edənə qədər davam edir.

Əsas xüsusiyyətləri:

  • Mütəmadi olaraq nəzarətsiz, hədsiz yemə atakları
  • Hədsiz yemə zamanı və ya sonra əhvalın aşağı olması, depressiv vəziyyət
  • Digər qidalanma pozuntusundan fərqli olaraq onlarda yeməkdən sonra qusma, aclıq və ya hədsiz idmanla məşğul olmaq kimi cəhdlər müşahidə olunmur.

Bulimiyadan əziyət çəkən insanlar günahkarlıq, depressiya hissləri ilə mübarizə aparırlar. Bu insanlar kompulsiv qidalanmanın oqanizmə hansı fəsadları olacağı və özünənəzarət defisiti ilə bağlı hədsiz narahatlıq keçirirlər. Onlar bu prosesi dayandırmaq istəsələr də, bacara bilməyəcəklərindən qorxarlar.

Bulimiya ilə bağlı diqqət yetiriləsi məqamlar:

Bu insanlar problemlə bağlı utanc hissi keçirdikləri üçün mütəmadi olaraq yemək prosesini gizlətməyə çalışırlar. Çox zaman onlar bunu gizli, ətrafdakıların diqqətindən yayınaraq etməyə çalışırlar. Bir çox bulimiklər kilolu insanlardır və piylənmədən əziyyət çəkirlər. Lakin az bir qismi normal çəkidə olur.

Bulimiklərdə yaşanan bihevioral (davranış) əlamətləri:

  • Yediyinə nəzarət etmədə və prosesi saxlamada çətinlik
  • Çox miqdarda olan yeməyi sürətli yemə
  • Doysa da yeməyə davam etmə
  • Sonra yemək üçün yemək gizlətmək
  • Başqa insanların yanında normal yemək, lakin tək olduğu təqdirdə hədsiz yemə
  • Gün ərzində planlanmamış yemək saatlarında intensiv şəkildə yemək yemə

Duyğusal əlamətlər:

  • Stress və ya gərginliyin yemək zamanı azalması
  • Yediyi qidanın miqdarı ilə bağlı utanc hissi keçirmək
  • Yemək zamanı avtomatik rejimdəki kimi yemə
  • Doyma aktının olmaması
  • Yeməkdən sonra günahkarlıq və depressiv vəziyyət
  • Çəkisini və qidalanma vərdişini nəzarətdə saxlamada çarəsizlik

Təsirləri:

Bulimiya, fiziki, duyğusal və sosial sahələrdə müxtəlif problemlərin yaranmasına gətirib çıxarır. Bu insanlar digərlərinə nisbətdə daha çox orqanik problemlər, stress, yuxu pozuntuları yaşayır və intihar düşüncələrinə sahibdirlər. Depressiya, təşvişli-nevrotik pozuntu və asılılıq kimi tez-tez rastlanılan əks təsirləri var. Amma əsas simptom çəki artımıdır.

Səbəbləri:

Əsasən bulimiyadan əziyət çəkən insanın geninə, təcrübəsinə və duyğularına diqqət yönəldilir.

Bioloji səbəbləri:

Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, qidadan asılılıq ilə bağlı gen mutasiyaları olur və aclıq və toxluqla bağlı impulslar hipotalamusa (iştaha nəzarət edən nahiyə) ötürülmür. Son tədqiqatlar isə serotonin miqdarının aşağı olmasının kompulsiv yemədə əsas rol oynadığını göstərir.

Sosial və etno səbəblər:

Arıq olmaqla bağlı sosial təzyiq bulimiklərin utanc hissi keçirmələrinə və beləliklə də duyğusal şəkildə yemələrinə gətirib çıxarır. Bəzi valideynlər rahatlıq, uşaqlarını hansısa davranışdan uzaqlaşdırmaq və ya mükafatlandırmaq üçün yeməkdən istifadə edirlər. Orqanizmi və çəkisi ilə bağlı ağır tənqidə məruz qalan uşaqlar, uşaqlıq dövründə cinsi istismara qalan insanlar kimi müdafiəsizdirlər.

Psixoloji səbəblər:

Depressiya və qidalanma pozuntusu bir-birilə əlaqəlidir. Bir çox bulimiklər prosesdən əvvəl və sonra depressiv, digər bir qisim isə impulsiv meyillərə nəzarət etmədə, hisslərini ifadə etmədə və ya istiqamətləndirmədə problemlər yaşayırlar. Özgüvənin aşağı olması, tənhalıq və ya bədən dismorfobik pozuntusu (bədən görünüşündən narazı olmaq) bulimiyanın yaranmasına şərait yaradır.

Bulimiyanın təhlükələri:

Ciddi şəkildə çəkidə müəyyən dəyişiklər müşahidə olunduğu üçün fizioloji problemlərin yaranmasına gətirib çıxarır. Çəkinin artması osteoparoz, diabet, hipertoniya, kardiovaskulyar problemlər, öd kisəsi problemləri kimi orqanik narahatlıqların yaranma riskini artırır.

Terapiyası: (hansı yollarla yeməyi dayandıra bilərik?)

Digər asılılıqlardan əziyət çəkənlərin əksinə, qidalanma pozuntusu olan insanlarda yeməkdən uzaqlaşma seçimi yoxdur. Bunun əvəzinə yeməklə bağlı duyğusal ehtiyacları deyil, qidalanma ilə bağlı ehtiyaclara yönəlik sağlam münasibət yaratmaq zəruridir.

Bu istiqamətdə professional yardım almaq əhəmiyyətli rol oynayır. Bulimiyadan əziyət çəkən insanlarda psixoloq, psixiatr, qidalanma üzrə mütəxəssis və lazım gələrsə cərrah paralel şəkildə işləməlidir.

Terapiya zamanı sadəcə simptomatikaya köklənmək lazım deyil. Eyni zamanda duyğusal stimul, stress, narahatlıq, təşviş, qorxu, kədər və digər neqativ duyğular aradan qaldırılmalıdır.

Əgər bulimiya ilə yanaşı obezite (piylənmə) müşahidə olunursa, çəkinin azalması əsas strateji hədəf olaraq müəyyənləşdirilməlidir. Lakin pəhriz saxlamaq problemin daha da irəliləməsinə gətirib çıxara bilər. Buna görə də bu məqam mütəxəssis tərəfindən ciddi nəzarət altında saxlanılmalıdır.

Terapiya əsnasında psixoloq kompulsiv yemə ilə mübarizə aparmağı, sağlam olmayan qida vərdişi ilə sağlam qidalanmanı əvəzləməyi, stressi düzgün idarə etməyi başa salır və bununla bağlı istiqamətlər müəyyənləşdirir.

Koqnitiv-bihevioral terapiya bu prosesdə qeyri-funksional düşüncə və davranış üzərinə fokuslanır. Əsas hədəflərdən biri də duyğuları aradan qaldırmaq üçün pasiyentin necə qidalanmağını fərq etməsidir.

İnterpersonal psixoterapiya, kompulsiv yemə zamanı ortaya çıxan insanlararası ünsiyyət və ümumi problemlər üzərində dayanır. Bu terapiya istiqaməti ünsiyyət bacarıqlarını inkişaf etdirmədə, ailə üzvləri, dostlarla sağlam ünsiyyət yaratmağa kömək edir.

Əgər kimdəsə belə bir hal müşahidə edirsinizsə;

Mütəxəssis yardımı almaq üçün onu dəstəkləyin. Uzun müddət müəyyənləşdirilməyən və ya terapiyaya başlanmayan qidalanma pozuntusunun aradan qaldırılması sonradan bir qədər çətin olur. Buna görə də zamanında o insanı psixoloqa yönləndirməyiniz həmin insan üçün daha faydalı olar.

Mühakimə etmədən dinləyin və onun üçün narahat olduğunuzu hiss etdirin.

Qidalanma pozuntusu olan insanlar zatən özləri və davranışları barədə kifayət qədər neqativ hisslərə sahibdirlər. Məsləhət vermək, ultimatum bildirmək həmin insanda stress vəziyyətini artırır və proses daha da proqressivləşir. Bunun əvəzinə həmin insanın sağlamlığı və xoşbəxtliyinin sizin üçün vacib olduğunu və terapiya müddətində ona dəstək olacağınızı göstərin.

Sağlam qidalanma, idmanla məşğul olma və qidasız stressi idarə etmə ilə həmin insanlara nümunə olun.

 

Hər birinizə psixi sağlamlıq və təhlükəsizlik arzu ilə;

Elnur Rüstəmov -  Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq

Nərmin Quliyeva Xəzər Universitetinin Psixologiya fakültəsinin tələbəsi, psixoloq  

pcc.az

Go Back

OBSESSİV- KOMPULSİV POZUNTULAR

Həyəcan pozuntularının ən aktiv formalarından biridir.Bu tip pozuntularda həyəcan, fərdin sabit, istənilməyən və qurtula bilmədiyi üzücü fikir və düşüncələrdən əmələ gələn obsessiyalardan qaynaqlanır.İnsan bu stresi özündən uzaqlaşdırmaq üçün müxtəlif davranışlar edir.Sonunda bu davranışlar məcburi (kompulsiyalar) hala gəlir və insan həmin davranışları təkrar etməyə davam edir.Bu kompulsiyalar gündəlik təkrarlanan, ciddi şəkildə həyat tərzinə təsir edəcək şəkildə qarma-qarışıq ola bilər.Çox vaxt kompulsiyalar obsessiyalarla əlaqəlidir.Məsələn, şəxs hər 10dəqiqədən bir əlini yuyur, çünki çirkli olduğunu düşünür.Amma bu, hər kompulsiyaya aid deyil.

Obsessiv-kompulsiv pozuntusu olan insanlar davranışlarının nə qədər irrosional olduğunun fərqində olurlar və bu vəziyyət onlar üçün daimi cansıxıcı və başıqarışdıran bir vəziyyət halına gəlir.Obsessiv-kompulsiv pozuntular hər yaşda qarşılaşılan bir haldır, nəticələr əsasən iki diqqətə çarpan dövrdə özünü göstərir: yetkinlik öncəsi-erkən dövr OKP və sonrakı yaşlarda-gec dövrdə olan OKP.

Elmi araşdırmalara görə, obsessiv-kompulsiv pozuntulara səbəb olan düşüncələr gərçək olmayan, heç bir əsası olmayan, beyinə məcburi daxil olan düşüncələrdir.Belə pozuntusu olan insanlar şüuruna girən bu düşüncələri əngəlləməkdə çətinlik çəkirlər.Bu real olmayan düşüncələrin səbəbi adətən hədsiz məsuliyyət hissinin olmasıdır.Belə ki şəxs bu düşüncələrin arzu olunmayan nəticələrinin qarşısını ala biləcəyini və onlara nəzarət edə biləcəyini düşünür. Bu şişirdilmiş məsuliyyət duyğusu, əxlaqi düşüncə tərzi ilə nəzarət hissinin birləşməsindən qaynaqlanır. Nəzarət hissi, nəticələri nəzarət etmə bacarığına sahib olma hissidir. Digər bir tərəfdən, şəxs əxlaqi olaraq bu düşüncələrin əlverişsiz olduğunu qəbul etdiyi üçün, nəzarət etmək məcburiyyətində olduğunu düşünür. Nəticə olaraq bu düşüncə tərzi, insanda, zehnin nəzarət edə biləcəyi arzusunu oyandırar. Həmçinin, adamın naməlum düşüncələrə dözümü zəifdir və nəzarət etmək,həllərin mükəmməl, səhvsiz olmasının lazım olduğuna inanar. Beləcə, bütün bunlara görə, şəxs obsessiyalar qarşısında narahatlığını azaltmaq üçün müəyyən qatı qaydalar müəyyənləşdirir və bunlara görə davranır.

Psixoanalitik məktəbin yanaşmasına görə OKP-nun yaranmasına səbəb nevrozdur. İnsanlar bəzi arzu və istəklərini basdırmaq istəyirlər, bəzən bunu tam edə bilmirlər.Bu zaman isəhəmin real olmayan fikirlərlə real düşüncələr arasında ziddiyyətlər yaranır. Beləcə , nevroz yaşıyarlar və bu vəziyyət belə düşüncələrə gətirib çıxarar.Belə insanlar bu düşüncələrinə çox dəyər göstərir və bu düşüncələrin ya da impulsların çox güclü olduğuna inanırlar. Eyni zamanda , bu impulslar qarşısında günahkarlıq hiss edər və bunlara nəzarət edilməsinin vacib olduğunu düşünərlər .Onların daxili dünyasındakı bu qarşıdurmalar , əlverişsiz düşüncələrini və narahatlıqlarını , daha uyğun bir yola istiqamətləndirmək üçün adamı məcbur edər. Bu məktəbin psixoloqları, uşaqlıqdakı tualet vərdişi əsnasında , çox qəddar valideynlərin uşaqları olan kəslərin zehinlərində çirklənmə ilə əlaqədar bir ilişmə olduğunu düşünürlər və bu ilişmələr sonrakı yaşlarda OKP`ya gətirib çıxarır.

Bundan başqa streslə dolu həyat tərzi də obsessiv düşüncələrə və təkrarlanan davranışlara yol aça bilər. Yaşadığımız çox stressli bir hadisə nəticəsində obsessiya inkişaf etdirə bilərik. Məsələn, kiçik yaşda anasını itirmiş və atasından da yetərincə qayğı görməmiş bir uşaq, bağlılığı tam olaraq öyrənə bilmədiyindən sonrakı yaşlarda ailə anlayışının pozulmaması ilə əlaqədar həddindən artıq bir qayğı hiss edə bilər və bunun üçün müəyyən qaydaların da olmasını vacib bilər.

Obsessiv-kompulsiv pozuntunun 5 müxtəlif növü vardır:

  1. Kirlənmə obsessiyası və təmizlik, yuyunmaq kompulsiyası: Şəxs təmiz olmadığını, həmişə kirli olduğunu hiss etməsi vəziyyətində, bu duyğudan qurtulmaq üçün daim əllərini yuyur.Beləliklə, bu yuyunma davranışı təkrarlanır, bəzən saatlar alır.Hətta bəzən şəxsin gündəlik rejiminə əhəmiyyətli dərəcədə təsir edir.
  2. Zərər vermə və zərər görmə obsessiyası və kontrol etmə kompulsiyası: Bu növ obsessiv-kompulsiv davranışa, evinin yanacağına inanan bir insanı misal çəkə bilərik.Bu inancının bir nəticəsi olaraq şəxs, daimi olaraq sobanı, ütünü, televizoru yoxlayır, elektrik düymələrinin sönülü olub-olmadığına baxaraq kompulsiv davranışlar edir.
  3. Mücərrəd obsessiyaları: Bu növ obsessiyaların gözlə görünən şəkildə kompulsiyaları yoxdur.Bu obsessiyalar cinsi, dini, ya da təcavüzkar xarakterli şeylər ətrafında olur.Məsələn, şəxs daimi olaraq özünün bir qatil olduğunu və birini öldürəcəyi düşüncəsini obsessiya halına gətirmiş olur.Stresini götürmək üçün əsasən şəxsin içindən sayması, dua etməsi, ya da başqa bəzi sözləri təkrar etməsi kimi zehni təkrarlanan davranışlar edilir.
  4. Simmetriya obsessiyası və saymaq, sıralamaq,düzmək kompulsiyası:Bu növ OKP yaşayan insanlar, obyektləri ən mükəmməl hala gətirdiklərinə inanana qədər sıralamaq və düzmək üçün güclü bir davranışa sahibdirlər.Bəzi vəziyyətlərdə bu kompulsiyalar, əgər dövrü şəkildə yerinə yetirilsə, bəzi təhlükələri əngəlləyəcəyi düşüncəsi ilə gerçəkləşir.Məsələn, bir qadın, əgər masasını səliqəli şəkildə düzərsə, yoldaşının bir avtomobil qəzasından xilas olacağını düşünə bilər.
  5. Toplamaq obsessiyası: Əsasən heç bir dəyəri olmayan əşyaları yığmaq və heç bir şəkildə onları əldən çıxarmamaq.Bu bəzən insanların topladıqları yığıntılar üzündən öz evlərində yaşayamayacaq hala gəlməsinə səbəb olur.Bu insanlar əsasən, ata bilmədikləri bu şeylərin bir gün işlərinə yarayacağına dair obsessiyaya sahibdirlər.

Obsessiv-kompulsiv pozuntuların müalicəsi zamanı davranış terapiyasından geniş istifadə edilir.Terapiyanın məqsədi odur ki, şəxs öz real olmayan davranışlarının fərqində olsun və onları başa düşsün.

Həkim-pediatr,psixoterapevt

Əlirzayeva Cəmalə

pcc.az

Go Back

POSTTRAVMATİK STRESS POZUNTUSU - geniş elmi araşdırma

Məqalədə günümüzün aktual psixoloji problemlərindən biri olan posttravmatik stressdən danışarıq. Düzdü problemi bütün aspektləri ilə bir məqalədə əhatə etmək çətindi. Hər halda müəyyən maariflənmə xüsusiyyəti daşıyacağından, bu səbəbdən də cəmiyyətə, insanlarlarımıza faydalı ola biləcəyindən dolayı Sizlərlə paylaşmağa qərar verdik. Necə deyərlər; “Öyrənməsən, öyrədə bilməzsən”. Q.Qaliley

Ümumi xüsusiyyətləri:

Posttravmatik stress pozuntusu, yaşanmış travmatik stressdən sonra bir neçə simptomun ortaya çıxması ilə müşahidə olunan pozuntudur. Bu simptomlara hədsiz qorxu, çarəsizlik və ya dəhşətli anı yenidən yaşama aid edilir. Diaqnozun qoyulması üçün əlamətlər ən azı 1 ay müddətində intensiv şəkildə müşahidə olunmalı və klinik baxımdan bəlli narahatlığa və ya sosial, peşə keyfiyyətlərinə, funksionallığa və digər vacib sahələrdə problemlərin yaranmasına gətirib çıxarmalıdır.

Epidemiologiya

Travmatik hadisələr digərlərindən fərqli olaraq cəmiyyətin böyük hissəsinə təsir göstərir. 1967-1991 ci illər arasında dünyanın müxtəlif yerlərində baş verən fəlakətlər 7.000.000 insanın həyatına son qoyub və 3 milyard insana başqa formada psixoloji təsir göstərmişdi. Bu müddət daxilində inkişafda olan ölkələrdə hər il təxminən 117 milyon, inkişaf etmiş ölkələrdə isə 700.000 insan fəlakətin təsiri altında qalmışdı. Rəqəmlər ürküdücü görünür.

Müharibə insan əliylə edilən şiddət hadisələrindən ən dəhşətlisidir. İkinci Dünya Müharibəsindən sonra 127 müharibə olub və bunlarla bağlı rəsmi statiktik məlumatlara əsasən 21.8 milyon , Qızıl Xaç Cəmiyyətinin rəqəmlərinə görə isə 40 milyon insan dünyasını dəyişmişdir. Bu 127 müharibənin sadəcə ikisi inkişaf etmiş ölkələrdə olub. 1990-cı ildə dünya miqyasında sığınacaqda yaşayan və ölkə daxilində yerlərini dəyişən insanların sayı 30 milyon olduğu halda 1993-cü ildə bu say 43 milyona çatıb. Avtoqəzalar, işgəncə, təcavüz, ailədaxili şiddət kimi insanların əksəriyyətinin və yaxud bir neçə insanla birlikdə məruz qaldıqları şiddət hadisələri çox zaman gözdən  yayınır. Amma bu cür hadisələrə məruz qalan insanların sayı, fəlakətlərdən təsirlənənlərdən daha çoxdur.

Ümumi şərtlər daxilində həyatın hər hansı mərhələsində posttravmatik stress nisbəti əsasən 1-3% olduğu halda, travmatik cəmiyyətlərdə travmanın şiddətinə görə bu say artır. Tədqiqatlar, müharibəyə qatılan və ya müharibədə yaralanan insanlarda 17.5-45%, işgəncə görmüş qruplarda 23-54%, təcavüz qurbanlarında 25-50%, təbii populyasiyada 3-59%, miqrantlarda 50-55% posttravmatik stress rastlanıldığı müşahidə olunur.

ABŞ-da 8090 nəfərlik tədqiqat qrupu üzərində aparılmış araşdırmada kişilərdə PTSP-nun geniş yayıla səbəbi döyüş, ağır yaralanma və ya ölümə şahidlik etmə olduğu təqdirdə, qadınlarda ən geniş yayılmış səbəb təcavüz və cinsi istismar olduğu təsbit olunmuşdur. Kişilərin 60.3%-i, qadınların 50.3%-i həyat müddətində PTSP-nun ümumi xüsusiyyətlərində qeyd olunan simptomlardan ən azı birini travmatik hadisə nəticəsində keçirmişdir. Qadınlarda qəza hadisəsi 13.8%, təcavüzə uğrama 9.2% nisbətində müşahidə edilərkən, kişilərdə bu nisbət 25% və 0.7% arasında dəyişir. Qadınlarda PTSP-nun proqressivləşmə riskinin kişilərə nisbətdə 2 dəfə daha çox olduğu müəyyənləşdirilmişdir.

PTSP-nun psixofizioloji təsirlər;

a. travmanı xatırladan proseslərə hədsiz avtomatik cavablar

b. yüksək lakin neuronal proseslərə hədsiz reaksiya

Fizioloji təsirləri

Bir çox tədqiqatda PTSP-lu insanlarda travmanı xatırladan halların, avtonom sinir sistemini hərəkətə keçirdiyini, həm ürək ritmi və qan təzyiqində artım kimi fizioloji reaksiyaların, həm də travma xatirələrinin canlanmasına səbəb olduğunu göstərmişdir. Travmanı birbaşa xatırlatmayan, yüksək səs kimi müxtəlif təsiredicilər də həm avtonom, həm də travma xatirələrinin canlanmasına səbəb olur.

Posttravmatik stress pozuntusuna psixologiyada yanaşma formaları müxtəlifdir. Biz məqalədə sadəcə onların bir neçəsinə ümumi şəkildə müraciət edəcəyik;

 

Psixoanalitik Yanaşma

Ziqmund Freydə görə, insan travmayla qarşılaşdıqda hədsiz təşvişin nəticəsi olaraq təbii adaptasiya bacarığı pozulur və repetitiv kompulsiya (təkrarlanan davranış) kimi daha primitiv müdafiəyə yönəlir.

Travma anında fəaliyyətə maneə yaradılması və travmaya heç nə edə bilməməsi insanda ruhi pozuntu faizini artırır. Daha sonra hadisənin yuxuda və simptomlarda təkrarlanması, hadisə anında çətinlikdən uzaqlaşma üçün şərait yaradır. Travmanın təsirini müəyyənləşdirən ən vacib faktor daha öncəki basdırılmış duyğulardır. Basdırılmış duyğular üzərində nəzarəti itirən fərdlər, travmaya qarşı “zəif”dirlər.

Egonun gələcək hadisələri öncədən yaşama və beləliklə gələcəyi formalaşdırma bacarığı, gözlənilməyən hadisələr qarşısında adekvat hazırlanmadığından ani, gözlənilməyən və qarşısıalınmayan hadisələr, böyük miqdarda həyəcana və impulslar çoxluğuna yol açır. Obyektiv şəkildə nəzarət olunmayan sahələrdə xüsusi təşviş pozuntuları yaranır. Əsasən də dərk etmə, anlama, enerjinin düzgün yönləndirilməməsi halları ortaya çıxır. Bu halda narahat olan insan yata bilmir. Travmanın yuxularında davamlı şəkildə təkrarlanması xəstə üçün real işgəncə olduğu halda, digər tərəfdən rahatlama vasitəsidir. Bir travma şüuraltına təsir göstərən təşvişin artmasıyla və ya şüuraltı üçün lazım olan enerjinin azalmasıyla bağlı nevrotik problemlərə gətirib çıxarar.

 

 Koqnitiv-Bihevioral Yanaşma

Bu yanaşmaya əsasən travmanın təsirləri aşağıda göstərilən 3 təməl xüsusiyyətə bağlıdır.

1. İnsanın qavrama sahəsindən kənar mövcudluq. Travmatik hadisələr, insanın qavramasından yüksəkdir və bunları mövcud qavrama sxemlərinə bölmək çətindir. O, özünü dəyərli və təhlükəsiz hiss etmə, dünyanı başa düşmə və qəbul etmiş kimi görünmə, digər insanlara güvənmə duyğu və düşüncələrini sarsıdır. Belə halarda qəbul edilməyən travmatik hadisə inkar olunur, qarabasma və flashback`lər, bihevioral faktorlar, somatik simptomlar, panik və qəzəb şəklində kompulsiyalar təkrarlanır.

2. Əlaqənin kəsilməsi. Bir travma və ya təhlükə qarşısında keçirdiyi hissləri      digər insanlara yönəltdiyi təqdirdə stimulun zərərverici təsiri azalır. Bunun nəticəsində yaranan əlaqə, həyatın reallığını qavramağa və baş verən hadisələrdən məna çıxarmağa kömək edir. Travmadan sonra müşahidə olunan bu hal insanın prosesləri düzgün analizetməsinə, travmanın təsirini azaltmasına gətirib çıxarır. Əgər travmadan sonra qeyd olunan əlaqə yaranmasa funksional pozuntunun dərəcəsi artar və interpersonal ünsiyyət defisiti yaranar.

3. Müdafiənin olmaması. Subyektin yaşadığı travmalar onun üçün müdafiəedici faktor deyil. Bu istər təbii şəkildə təbiətin gücü qarşısında, istərsə də işgəncə əsasında ortaya çıxan faktor qarşısında hiss edilir və bunun nəticəsində öyrənilmiş çarəsizlik yaranır

 Komorbid

Vyetnam veteranları üzərində aparılan tədqiqatda PTSP örnəklərinin 98.8%-də həyatının müəyyən bir dönəmində onların başqa psixiatrik pozuntu hadisələrinin ortaya çıxdığı müəyyənləşmişdir. Daha çox rast gəlinən komorbid xəstəliklər kişilərdə alkoqolizm, depressiya və generalizə olunmuş təşviş pozuntusu; qadınlarda isə depressiya, generalizə olunmuş təşviş pozuntusu, alkoqolizm və panik pozuntudur. Digər tədqiqatlarda rastlanılan komorbid psixiatrik pozuntular obsessiv-kompulsiv pozuntu, distimiya və bipolyar-affektiv pozuntudur.

PTSP-nun əlamətləri artdıqca əlavə psixiatrik pozuntunun olma riski də həmin dərəcədə artır. Sindromun tam şəkildə dəqiqləşdirildiyi insanlarda 80% nisbətində əlavə diaqnoza rastlanılır. Əlavə psixiatrik diaqnoz həyat boyu dəyərləndirildikdə isə bu faiz 98.8-ə çatır. Bir çox tədqiqatda PTSP-lu xəstələrin ailələrində təxminən 60% nisbətində psixopatoloji hadisəyə rast gəlinir.

Sonda məqaləyə əlavə kimi DSM V də PTSP-nin diaqnoz kriteriyalarını da sizlərə təqdim edirik:

 

1. Aşağıdakılardan hər ikisinin də olduğu travmatik hadisənin yaşanması

1) real ölüm və ya ölüm təhdidi ilə qarşılaşıb, ağır dərəcədə yaralanıb və ya özünün, yaxınlarının fiziki varlığında yaralanma var, hər hansı travmatik hadisənin şahidi olub və ya belə bir halla qarşılaşıb.

2)hədsiz dərəcədə qorxu, çarəsizlik və təhlükə yaşama reaksiyaları

 

2. Travmatik hadisə aşağıda qeyd olunanlardan biri ilə paralel şəkildə feedback formasında intensiv yaşanır.

1) hadisənin, narahatlıq yaradan, sıxıntı verən məqamlarının yenidən xatırlanması; yuxunu qarışdırmaq, qeyri-adekvat düşüncə və qavrama

2) travmatik hadisəni yenidən yaşamış kimi davranma, hiss etmə (yuxuya keçid əsnasında ortaya çıxır və o, hadisəni yenidən yaşayır, bununla bağlı hallüsinasiya, illüziyaları olur və dissosiativ “flashback” epizodları keçirir).

3) travmatik hadisənin bir hissəsini xatırladan daxili narahatlıq

4) həmin hadisəylə bağlı fizioloji reaksiyanın yenidən yaşanması

 

3. Aşağıdakılardan üçünün (və ya daha çoxunun) olması ilə müəyyən, travma ilə paralel müşahidə olunan müdafiə mexanizmi və ümumi reaksiya dərəcəsində azalma (travmadan əvvəl olmayan)

1) travma ilə birlikdə müşahidə olunan duyğu, düşüncə və mövzulardan qaçma cəhdləri

2) travmayla bağlı xatirələri oyadan yer və insanlardan uzaqlaşma istəyi

3) travmanın vacib hissəsini xatırlaya bilməmə

4) lazımi tədbirlərə qarşı marağın və iştirak istəyinin kəskin şəkildə azalması

5) insanlardan uzaqlaşma və ya yadlaşma hissi

6) duyğularda məhdudiyyətlərin yaşanması (sevgi hissini yaşaya bilməmə)

7) gələcəyinə qarşı inamın azalması (peşə sahibi, ailə sahibi olmayacağı düşüncəsi)

 

4. Aşağıdakılardan ikisinin və ya bir neçəsinin davamlı şəkildə müşahidə olunması

1) yuxu pozuntuları

2) irritabilite (qıcıqlandırıcı) və ya aqressiv vəziyyət

3) konsentrasiyada çətinlik

4) hipervigilansiya

5) hədsiz dərəcədə diksinmə reaksiyaları

 

5. Bu pozuntu (B,C,D diaqnoz kriteriyalarındakı əlamətlər) bir aydan daha çox müddəti əhatə edir

6. Bu pozuntu, klinik tərəfdən müəyyən narahatlığa və ya sosial, peşə keyfiyyətlərinə və ya funksionallığa əhəmiyyətli dərəcədə mənfi təsir göstərir və digər sahələrdə pozuntuların yaranmasına gətirib çıxarır.

 

Kəskin - əlamətlər 3 aydan daha az müddəti əhatə edir

Xroniki - əlamətlər 3 və ya daha uzun müddəti əhatə edir

Ləng gedişli - əlamətlər stress faktorundan ən az 6 ay sonra başlayır. Terapiya əsasən 3 mərhələni əhatə edir. Birinci terapiya, travmanın qarşısının alınması və ya hadisədən öncəki vəziyyətə hazırlıq; ikinci terapiya, hadisədən sonrakı reabilitasiya tədbirləri və hadisənin təsirinin aradan qalıdırılması istiqamətində korreksion tədbirlər, üçüncü terapiya ortaya çıxan psixiatrik problemlərin aradan qaldırılması və cəmiyyətə adaptasiya prosesi

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov

Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi Nərmin Quliyeva

pcc.az

Go Back

Depressiya: səbəbləri və həlli yolları

Insanlar  bəzən zaman-zaman özlərini xoşbəxt və ya tam əksi bədbəxt hiss edirlər. Səbəblər təbii ki, müxtəlifdir. İşdən ayrılmaq, öz sevdiyini itirmək və ya işlərində uğurlu ola bilməmək hüzn yaradan hadisələrdir.  Hüzn və kədər normal həyatın  bir hissəsidir. Ancaq bu kədərli vəziyyətin uzanması , səbəbsiz ortaya çıxması ruh sağlamlığı problemidir və depressiya kimi  təyin olunur.

Depressiya duyğu, düşüncə və davranışa təsir edir. Müalicə edilmədiyi təqdirdə depressiya  aylar, illər bəzən də ömür boyu davam edə bilər. Əslində , həyatımızın axışında hüzün, xoşbəxtlik, çətinlik, stress kimi duyğuları yaşamağımız və bu duyğuların, həyatımızda meydana gələn inkişaflara görə bir müddət davam etməsi təbiidir. Məsələn, işinizlə və ya ətrafınızda münasibətlərlə  əlaqədar hər hansı çətinlik yaranarsa, problem yaşanarsa, yuxusuzluğun yaranması, stress səviyyənizin artması normal olaraq qəbul edilir. Depressiya vəziyyətində fərqli olan faktor , həyatınızda müsbət  hadisələrin olmasına qarşı “boşluq hissi”, “böhran” və “hüznün” davam etməsidir. Əvvəlki dövrlərdə sizi sevindirən, xoşbəxt edən anlar varsa, depressiyadasınızsa  onların da sizə heç bir təsiri olmayacaq.

Insanın normal halında depressiya əlamətləri  kimi qəbul edilən  kədər, bədbəxtlik, təklik hissləri  zaman-zaman yaşandığı üçün bu halı gündəlik həyatın bir hissəsi kimi yox, depressiya  halı kimi ayırd etmək hər zaman asan olmur. Artıq bu cür  hallar yaşandıqda ilk çarə mütəxəssisə müraciət etməkdir.  Depressiya- iş və təhsil sahəsində olan inkişaf istiqamətlərinə çox  mənfi təsir yaradır:

• Bəzilərində  səbəb olmadan birdən-birə ortaya çıxar,

• Bəzilərində  stressli şəkildə yaşadığı hər hansı bir həyat hadisəsindən sonra başlayır,

• Bəzən tək hücum olaraq həyat boyu davam edə bilər,

• Bəzən  davamlı baş verən  hücumlar halındadır,

• Bəzən simptomların şiddətli olması ilə xəstələr iş görə bilməzlər.

• Bəziləri isə iş görə bilsələr də , amma davamlı özlərini  bədbəxt hiss edərlər

Aşağıda adları qeyd olunan  “depressiya əlamətləri” ümumiyyətlə mütəxəssislərin “depressiyanın ilkin əlamətləri ” olaraq göstərdiyi vəziyyətlərdir.

Konsentrasiya Problemləri: İş yerində, məktəbdə və ya yemək yeyərkən belə  fikrini cəmləşdirə bilməmək , bir kitabın və ya filmin sonunu danışan zaman  çətinlik çəkmək.

Kiçik detalları xatırlamaqda çətinlik çəkilirsə: Yaşanan bir hadisənin əhəmiyyətli detallarını unutma, hətta bəzən hadisələrin özünü unutma.

Qərar verməkdə çətinlik  çəkilərsə: Daha əvvəldən asanlıqla verilən qərarları depressiya səbəbiylə verə bilməmək, səhv qərar verəcəyindən qorxmaq halları.

Halsızlıq və Enerji azlığı: Səbəbsiz halsızlıq, hobbi və ya zövq alınan digər fəaliyyətləri etməkdə çətinlik çəkmək, maraqsızlıq.

Günahkarlıq, Dəyərsizlik və / və ya bacarıqsızlıq Hissləri: Səbəbsiz olaraq ya da sizin kontrolünüzde olmayan hadisələr səbəbiylə yaşanan günahkarlıq hissi, gündəlik fəaliyyətlər əsnasında belə bacarıqsızlıq hissi.

Normaldan çox və ya az yatmaq: Yuxunuz olsa belə heç cürə yata bilməmək, və ya tam əksinə işiniz o qədər çox olmasa belə gündə 9-10 saat  yatmaq.

Mənfi Düşüncələrin qarşısını ala bilməmək: Hər şey yolunda olsa belə gələcəklə əlaqədar həddindən artıq narahat olmaq, özünüzlə ya da sevdiklərinizlə əlaqədar qarşısını ala biləmədiyiniz  mənfi düşüncələr.

Iştah azlığı və ya həddindən artıq iştahlı olmaq: Bəzi kəslər mənfi düşüncələr səbəbi ilə iştahını itirərkən, bəziləri bu bədbəxtlik halını aşmaq üçün daha çox yemək yeyə bilər.

Narahatlıq Hissi, Aqressiv  olma hali: Ortada bir səbəb yox ikən narahatçılıq hiss etmək, hadisələr qarşısında həddindən artıq əsəbi və aqressiv reaksiyalar vermək.

Həddindən artıq spirtli içkilər qəbul etmək: Depressiyada olan kəslərdə spirtli içkilər qəbul etmə halları həddindən artıq çoxalıq, qumar oynama və təhlükəli idman növləri ilə məşğul ola bilmək kimi düşüncələr fikrində formalaşır.

 

Depressiyanın insandan-insana enerji azlığı, narahatlıq, halsızlıq, həddindən artıq yuxusuzluq  kimi əlamətləri ilə fərqlənən bir sıra növləri vardır:

Kliniki depressiya- digər depressiya növlərindən fərqli olaraq insanın gündəlik həyat fəaliyyətinə maneəçilik törədir. Bəzilərində isə həyatında bir dəfə baş verməklə bərabər müxtəlif zamanlarda təkrar oluna bilər. Bu növə xas olan əlamətlər gün ərzində müəyyən saatlarda başlayaraq, 2 həftəyə qədər davam  edir.

Xroniki Depressiya: Bu depressiya növü 2 il, bəlkə də uzun sürən depressiya halıdır. Bəzi əlamətləri kliniki depressiyaya bənzəsə də, ancaq əlamətləri kliniki depressiya qədər şiddətli deyil.Xroniki depresiya yaşayan insanlar ətrafdakılar tərəfindən «ürkək, melanxolik, hüznlü” əlamətləri ilə kimi tanıyırlar.

Atipik Depressiya: Atipik depressiyanın gizli əlamətləri bu cür olur: həddindən artıq yemək yemək, həddindən artıq halsızlıq, rədd edilməyə qarşı həddindən artıq həssas olmaq.

Manik depressiya ya da bipolar pozuqluq.Bu depressiya növü kliniki depressiya periodları arasında yaşanan kompleks ruh halı pozğunluğudur.Əsasən 2 hissəyə ayrılır:

1.İnsan ən az 1 dəfə manik depressiya yaşamışdır və bu əsas kliniki depressiyadan daha

rahat görünür.

2.İnsan ən az 1 dəfə kliniki depressiya yaşadığı müddətdə bir dəfə də hipomani (orta

dərəcəli mani) yaşamışdır.

Mövsümi Depressiya: Mövsümi depressiya ilin müəyyən bir dövründə, ümumiyyətlə bahar aylarının bitməsi və qış aylarının başlaması ilə ortaya çıxar.Daha nadir olaraq görülən bir digər mövsümi depressiya isə “yaz depressiyası” dır və yaz aylarının sonuyla yayın başlanğıcında görülür. Mövsümi depressiyalar mövsüm keçişiylə birlikdə müəyyən müddətdən sonra aradan qalxar.

Psixotik Depressiya: Bu vəziyyətdə insanın «gerçəklik” lərlə əlaqəsi tamam kəsilər.Bu depressiyada olan şəxslərdə sayıqlamalar daha çox özünü biruzə verir.

Doğuşdan sonrakı depressiya: Körpə doğulduqdan sonra, ananın hüznlü olması vəziyyəti olduqca məşhurdur və bu hal anaların təxminən 75%-ində rast gəlinir.  Ancaq  10 yeni anadan  birində  daha ciddi bir vəziyyət olan “doğuşdan sonrakı depressiya” halına rast gəlinə bilər. Bu depressiya növü doğumdan 1 ay sonra kliniki depresiyyaya məxsus əlamətlərlə meydana çıxar.

 

Depressiyanın “Xəbər verən» əlamətləri hansılardır?

Müalicə edilməyən depressiya gələcəkdə daha  irəliləyərək insanı  intihar düşüncələrinə sürükləyə bilər. Təbii olaraq özü depressiya xəstəsi olaraq müalicəyə getməz, bunun üçün ətrafda olan yaxınlar aşağıdakı əlamətləri görürsə, mümkün olduqca ən qısa müddətdə bu sahənin mütəxəssisinə müraciət etməlidirlər:

  • Çox kədərli bir ruh halından xoşbəxt bir ruh halına qəfildən keçmək,
  • Davamlı ölüm haqqında söhbət  etmək və ya düşünmə.
  • Dərin kədər, maraq itkisi, yuxusuzluq və yemək problemləri.
  • İnsanın  “ölüm istəyi” olması və buna bağlı olaraq təhlükəli davranışlarının artması.
  • Əvvəldən dəyər verdiklərinə qarşı marağının itməsi.
  • Dəyərsizlik, ümidsizlik, mənasızlıq haqqında etdiyi  söhbətlərinin artması.
  • “Xilas olmaq istəyirəm”, “Burada olmasam daha yaxşı olardı” cümlələrini tez-tez  istifadə etməsi.
  • İntihar haqqında çıxış etməsi.

Nəticə  etibarilə, özümüzdə  əlamətlərinin fərqinə varmaq hər zaman asan olmaya bilər. Ancaq həyatımızda müsbət hadisələr çox  olsa belə həyatdan zövq almaq mümkün olmursa, insanlarla görüşməyi problem halına gətirirsinizsə,zövq aldığınız fəaliyyətlərinizə qarşı marağınız itibsə, siz depressiyada ola bilərsiniz. Ayrıca yaxın ətrafınızdan bu istiqamətdə gələn təkliflər varsa bunlara qulaq verərək bir mütəxəssisə müayinə olmaq ən doğrusu olacaqdır.

Xəyalə Məmmədova

pcc.az

Go Back

Kastrasiya (cinsiyyət orqanlarını itirmə qorxusu) kompleksi

Psixologiyada oğlan uşaqlarının cinsiyyət orqanlarını itirəcəyi qorxusu 2-9 yaş arası oğlan uşaqlarında daha çox rast gəlinir .

Bu dövr oğlan uşaqlarının  cinsiyyət orqanları ilə daha yeni tanış olduğu dövr olduğundan sünnət hadisəsi, eyni zamanda sünnətlə əlaqədar deyilən - əslində isə uşağı qorxu altına salan –zarafatlar (sünnətçi kökündən kəsəcək) uşağda cinsiyyət orqanlarını itirəcəyi qorxusuna yol aça bilir.

Bunun səbəblərindən biri də Edip kompleksi hesab edilir. Ancaq buna daha çox təsir göstərən sünnət sünnət hesab olunur.

Son araşdırmalara görə bu kompleks özbaşına ortaya çıxmayan bir vəziyyətdir. Buna ictimai quruluşun təsiri çox böyükdür. Qızların daha aşağı görüldüyü cəmiyyətlərdə yetişdirilən uşaqlarda daha çox rast gəlinir. Freydə görə qızlarda penis olmadığının fərqinə varan oğlan, əgər cinayət törədərlərsə özünün də cəzalandırılacağını və penisini itirəcəyini düşünə bilər. Çünki öz yaşıdları arasında penisi olmayanlar(qızlar) vardır və daha cinsiyyətlər arasındakı fərqliliyi dərk edə bilmir . Üstəlik cəmiyyətdə penis sahibi olmaq seçilən bir vəziyyətdir. Buna görə uşaq sevdiyi bir şeyi itirmə qorxusuna qapıla bilər. Ata penis sahibidir və uşağa görə ailə və ana üzərində səlahiyyət sahibidir. Anaya Edip kompleksi sayəsində hisslər bəsləyən uşaq yavaş-yavaş atasının ona cəza verəcəyi qorxusunu üzərindən atar və ataya etiraz edər. Onun kimi penisi sayəsində güc sahibi olmaq istər. Problem zamanında həll edilmədiyi təqdirdə irəlidə psixoloji problemlərə yol aça bilər.

Freydə görə qızların xədim edilmə qorxuları, kastrasyon kompleksləri olmadığı üçün, onlar oğlanlardan fərqli davranış göstərirlər. Onları səhv etməkdən saxlayacaq bir qorxuları yoxdur, bu səbəbdən hər cür pisliyi edə bilərlər. Hətta penis itirmə qorxuları olmadığı kimi tam tərsinə bir penisin əskikliyini hiss edərlər, penis qısqanclığı göstərərlər və bunun üçün əvvəl analarını günahlandırırlar, sonra ataya maraq göstərməyə başlayırlar. Gələcək həyatlarında da penis sahibi ola bilmək üçün çalışırlar. Hətta bəzi araşdırmacılar oğlan analarının uşaqlarına duyduqları həddindən artıq sevgini penis qısqanclığı ilə izah edir.

Kastrasya kompleksi yalnız kişilərdə deyil qadınlarda da mövcud olan bir vəziyyətdir. Uşaqların hələ üst beyinlərinin inkişafının tamamlanmadığı dövrdə cinsiyyətlər araındakı fərqi ayırd edə bilmədiklərindən, bir qız uşağının bu mərhələdə hər hansı bir kişidə penis olduğunu görməsi özündə mövcud olan penisin kəsildiyi düşüncəsini alt beyinə yerləşdirəcək. Bunun nəticəsində də kastrasya kompleksi meydana gələcək və qadının gələcəkdə vaginal orgazm olması çətinləşəcək.

Kastrasya  kompleksi orqanlarını kəşf etməyə(cinsiyyətlər arasındakı fərqi ayırd etməyə başladıqda) başlayan bütün uşaqlarda ortaya çıxa bilər amma kişilər bu mövzuda daha çox təsirlənən seqmentdir. Bəlkə qız uşaqlarının sinələri  daha erkən inkişaf etmiş olsaydı onlarda da eyni çətinlik yaşaya bilərdilər.

 

Nigar Ağabalayeva

BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin tələbəsi

psixotest.az

Go Back

XƏSTƏLİK XƏSTƏLİYİ

“Xəstəlik xəstəliyi” olaraq adlandırılan ipoxondriya xəstəliyi günümüzdə çox tez-tez rast gəlinən psixi pozuntular siyahısına daxildir. Bu problemdən əziyyət çəkən insanlar orqanizmlərindəki ən kiçik dəyişikliyi belə ciddi bir xəstəlik əlaməti kimi qəbul edir və müvafiq olaraq həkimə müraciət edirlər. Məsələn, adi baş ağrısı, tərləmə, öskürmə, qəbizlik kimi əlamətlər xərçəng, miokard infarktı əlamətləri kimi qəbul edilir və bu insanlara daim ölüm qorxusu hakim kəsilir…

Bəzən eyni anda bir neçə orqan haqqında narahatçılıq keçirmələrinə baxmayaraq belə adamlar yalnız bir orqan haqqında da ehtiyat edə bilərlər. Bu xəstələrin əsas düşüncələri özlərində hansısa xəstəlik əlamətlərinin olub olmamasını yoxlamaqdan ibarətdir. Belə ki, onlar tez-tez nəbzlərini yoxlayır, arterial təzyiqlərini ölçürlər. Bədənlərinin hər hansı bir nöqtəsindəki ağrılara həddən artıq həssasdırlar. Kiçik bir əzələ ağrısını belə ürək xəstəliyi ilə əlaqələndirə bilərlər. Daim sidiyini, nəcisini müayinə edirlər. Bədəndəki ən kiçik rəng dəyişikliklərinə belə reaksiya verirlər.

İpoxondriya xəstələri tibbi jurnalların, tibbi materialların daimi izləyicilərinə çevrilirlər. Onlar tez tez dərmanların təlimat qaydalarını çox diqqətlə oxuyur, qəbul etdikləri dərmanlarda olan əlavə təsirləri daimi öz üzərində hiss edirlər. Məhz bu səbəbdən də ipoxondriyalı xəstələr hədsiz sayda həkimlər dəyişirlər.

Bu xəstələrdə depressiya tez-tez rast gəlinən bir haldır. Ciddi bir müayinə olunan zaman xəstələrin heç nə ilə izah olunmayan xroniki ağrıları da məhz bu depresiyyanın nəticəsi ola bilər.

Xəstəlik daha çox 20-40 və 50-70 yaş arasında olan insanlarda tez-tez müşahidə edilir. Əhali arasında yayılması təxminən 4-9 %-dir.

İpoxondriyalı xəstələrə verə biləcəyimiz məsləhətlər içərisində birincisi bu insanların müxtəlif həkimləri gəzmək əvəzinə güvənə biləcəyi tək bir həkimlə müalicəsini davam etdirmələridir. Çünki şəxsin bu cür həkimləri gəzməsi vəziyyətinin daha da pisləşməsinə səbəb olacaq. Onlar dərman reklamlarını izləməkdən, dərmanlar və xəstəliklər haqqında jurnallarda və internetdə məlumat axtarmaqdan çəkinməlidirlər. Bu cür məlumatlar xəstədə xəstəlik haqqında düşüncələrinin daha da artmasına səbəb olur. Fərd birmənalı şəkildə bu cür davranışlardan qaçmalıdır. Yanaşmanı dəyişin, həyatınızı doya-doya yaşayın.

Orxan Fərəcli

Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu

psixotest.az

Go Back

AGOROFOBİYA - Sizdə də bu əlamətlər ola bilər

Aparılan bəzi tədqiqatlarda agorofobiyanın panik ataklarla birlikdə müşahidə olunduğu irəli sürülür. Hazırki psixiatik diaqnoz kriteriyaları isə agorofobiya olmadan da panik atakın olduğunu göstərir.

Panik pozuntu diaqnozu qoyulan xəstələrin əksəriyyətində qaçma davranışları (müdafiə mexanizmi) müşahidə olunur. Panik atak zamanı fərd qaçmağın mümkün olmayacağı və ya kömək etməyin qeyri-mümkün olduğu yerlərdən uzaqlaşır. Agorofobiyası olan xəstələrin uzaqlaşdığı vəziyyətlər bu şəkildə göstərilir: metro, tramvay, körpü, gəmi, tıxacda qalmaq, təyyarə ilə səyahət, uzun müddətli avtobus gəzintisi, salona getmək, xəstəxanaya getmək, təzyiq ölçdürmək, insanlarla dolu küçələrdən uzaqlaşma kimi qaçma davranışları sərgiləyirlər.

Bəzi insanlar üçün agorofobiya çox zəif əlamətdir; məsələn, yalnız təyyarə ilə səyahət edərkən panik atak yaşamaqdan qorxa bilərlər; bəzilərində isə qaçma davranışı kimi özünü göstərə bilər. Müəyyən qrup xəstələrdə isə agorofobiya çox ağır yaşanılır, şəxs evdən çıxmağa belə risk etmir. Panik pozuntusu olan insanların əksəriyyəti bu iki vəziyyətin qarşılığını yaşayırlar.

Panik atak diaqnozu qoyulmuş xəstələrdə agorofobiya 50-70% arasında dəyişir. DEPAMın 5000 şəxs arasında apardığı tədqiqatda panik pozuntu xəstələrin 65%-də qeydə alınmışdır (2010)

DSM-IV üzrə agorofobiya diaqnoz kriteriyaları:

  1. Gözlənilməyən və situativ görünən panik atak və ya panik vəziyyətə oxşar əlamətlərin ortaya çıxmasıyla, kömək olunmayacağı və ya qaçmağın çətin olacağı (narahatlıq yaradacağı) yerlərdə və ya vəziyyətlərdə olmaqdan dolayı təşviş keçirmək. Agorofobik qorxular arasında; tək evdən uzaqlaşmaq, insanlar çox olan mühitdə olmaq və ya növbədə gözləmək, körpünün üstündə olmaq və ya maşın, qatarla səyahətə çıxmaq
  2. Bu vəziyyətdən qaçır, panik atak yaxud panikaya bənzər simptomların ortaya çıxacağı düşüncəsi ilə və ya narahatlığı ilə bu vəziyyətə dözür, yanında kiminsə olmasına ehtiyac duyur.
  3. Bu narahatlıq və ya fobik uzaqlaşma sosial fobiya (utancaqlıq qorxusuyla sosial mühitdən uzaqlaşma), spesifik fobiya (lift kimi qapalı sahələrdə narahatlıq keçirmə), obsessiv-kompulsiv pozuntu (xəstəliyə yoluxa bilmə səbəbiylə natəmizlikdən qaçma), postravmatik stress pozuntusu (ağır stress yaşadıqdan sonra stress faktorlardan qaçma) və ya generalizə olunmuş təşviş pozuntusu (evdən və ya qohumlardan kimisə itirməkdən qorxma) və s.

Panik atak ilə Agorofobiyanın əlaqəsi

Bu əlaqə haqqında bir çox tədqiqatlar aparılmışdır. Panik pozuntuda agorofobiya müşahidə olunursa, tətbiq olunan terapiya daha uzun müddəti əhatə edir və çətin olur. Aparılan bir çox araşdırmaya görə: psixoloji konsultasiya vasitəsilə panik atakla yanaşı agorofobiya olmayanlar daha qısa müddətə sağalırlar.

Yunan sözü olan agorofobiya mərkəzi və ya yığılmış məhsul mənasını ifadə edən “agora” sözündən götürülmüşdür. Agorofobiya, illərlə insan tərəfindən baxımsız qalan açıq sahə olaraq qeyd olunmuşdur. Sonralar bu təyinatın klinik olaraq yanlış olduğu müəyyənləşdirilmişdir. Karl Marks, agorofobiyanı izdiham olan sahələrdən qorxma kimi ifadə etmişdir. O, agorofobiyanı xarici təkan vericilərə qarşı, fobik xəstəlik olaraq qeyd etmişdir (K.Marks, 1970; 538-553).

“Klinik müşahidələr, agorofobiyanın izdihamlı sahələrdə olmaqdan qorxu kimi, psixoloji təhlükəsizliyi təmin edən, öyrənilmiş mühit və insanlardan uzaq olmaqdan qorxunu da əhatə etdiyini ortaya qoyur. Həqiqətən də agorofobiklərin asanlıqla “təhlükəsiz sahələrə” (ev, öyrəşdiyi mühit) çəkilmələrinin mümkün olmadığı vəziyyətlərdən qorxma fəaliyyətləri diqqət çəkir”.

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov

Xəzər Universitetinin Psixologiya fakültəsinin tələbəsi Nərmin Quliyeva

pcc.az

Go Back

Şizofrenlə MÜSAHİBƏ

İlk dəfə,birinci dəfə olub olan

Səni görən günü vuruldum sənə,

Leyli və məcnun məhəbbəti əfsanəsinə  döndü sevgimiz.

Gül kimi qoxuladım sənin ətrini

Bahar fəslini avaz etdi payız fəsili.

Cavan idik ürəkdə yaşamaq sevib sevilmək..İstəyini şair öz ürək sözünü qələmdən kağıza köçürdü.

Şairin fikri,xəyalı uzaqlarda idi.Yazmağa xeyli mövzu tapmışdı.Vərəqlər yazıldı,dolduruldu.Şair rahat nəfəs aldı,yüngülləşdi və gülümsədi.Özünü dünyanın xoşbəxti sandı.Pəncərə önündə möhkəm dayanmışdı şair.Yazıb yaratmaqdır(bir ağ kağız)bir qələm silahıdır şairin.

                                                                                                                      X.S.    25.11.2014

Yarı məndən,yarı səndən məqaləmin qəhrəmanı Mr.Şizofren X.S. haqqında

Mr.Şizofren X.S. Bakı şəhərində anadan olub,həyatına burada davam etmişdir.İlk gənclik dövrünü onun deyimiylə normal keçirib.39 yaşlı qəhramanım artıq 19 ildirki şizofreniyadan əziyyət çəkir.Mənə görə əziyyət çəkir,ona görə isə o tamamilə sağlamdır.2 ildirki ruhi xəstəxanaların birində yatır.O çəkdiyi rəsimlər və yazdığı şeirlərlə diqqətimi cəlb etdi.Onun həyat hekayəsini dinləmək istədim.Xəstə kimi yox,bir sirdaşı kimi dinlədim onu,ürəyini bu yolla açdı mənə və baxın qəhrəmanım nələrdən bəhs etdi.

+Mən evə getmək istəyirəm Doktor (məni ağ xalatla gördüyündən doktor deyə müraciət edirdi).

-Evdə sizi kim gözləyir?

+Evdə məni gözləyən oğlum var,həyat yoldaşım var.

+Eviniz harada yerləşir? Həyat yoldaşınız və oğlunuz hardadır?

-Evim burdadı Bakıda atam anam yaşayır indi orada.Həyat yoldaşım və oğlum Ukraynadadırlar.

+Ata və ananız sizi ziyarətə gəlirmi?

-Bəli gəlirlər. Mən atama dedimki apar məni burdan, həkimdə dediki gedə bilər evə, amma atam dediki əgər evə gəlsən səni övladlıqdan çıxarıb ataram.

+Bəs yoldaşınız və oğlunuz,onları axrıncı dəfə nə vaxt görmüsünüz?

-Onlar Ukraynadadılar. Biz yoldaşımla ayrıldıq, heç bilmirəm niyə amma ayırdıq evlərimizi mən gəldim Azərbaycana onlar qaldı orda. Oğlum sizinlə yaşıd olar. Eh bilirsiz doktor başıma nə gəldisə elə yoldaşımı görüb sevdiyim gündən gəldi. Mən ona aşıq oldum, ailəmsə mənə dediki sən aşiq yox dəli olmusan. Onlara izah etməyə çalışdım, oğlum var axı mənim dedim.Həyat yoldaşımı və oğlumu gətirdim atam və anamla tanış etməyə. Atamsa sən xəstəsən mən səni heçvaxt evləndirməyəcəm, xəstə adam xəstə uşaq dünyaya gətirər dedi.

Yoldaşım qaldı orda mənsə burda.Elə darıxıramki onlar üçün.Amma bilirsiz onlar bilir mən darıxıram ona görədə tez-tez televizora çıxırlar.Oğlum ağlıyır,məni istəyir.Məndə ona deyirəmki"gələcəyəm oğlum səbr elə".O reklam vare doktor baxmısız yeqinki uşaq yatağında ağlıyır ata anası qaçaraq gəlirlər yanına bax o kişi mənəm,cavanlığımdı,o gözəl qadınsa yoldaşımdı.

+Yoldaşınız və oğlunuz bilirki indi siz xəstəxanada yatırsız?

-Yox doktor bilmirlər.İcazədə vermərəmki bilsinlər.Hansi kişi istəyərki oğlu və arvadı onu xəsxətanada yatan ruhu xəstə kimi görsün.Mən xəstə deyiləm axı.Sadəcə məni evə aparmırlar deyə burda yatıram.Onlar məni necə sağlam görmüşdülərsə son görüşümüzdə yenə elə görsünlər istəyirəm.

Qəhrəmanım gerçək həyatı ilə tanış oldum görüşdən sonra.Aldığım məlumatlar məni yanıltmadı. Mr.Şizofrenin nə sevdiyi o gözəl qadın gerçək idi nədə oğlu.Düzdür qalan məlumatlar həqiqətlə örtüşürdü,yəni:

Qəhrəmanım "aşiq" olduğu gün ailəsinin deyimiylə "dəli" olmuşdu.Bu dəliliyin adı  şizofreniya idi.Yoldaşı və oğlunu ailəsi ilə tanışdırmağa gətirdiyi gün xəstəxanaya gətirilmişdi.Ailəsi realda heçkəsin olmadığını gördüyü anda dərhan xəstəxanaya müraciət etmişdilər.O xəyali  yoldaşı və oğlundan beləcə ayrılmışdı.Həyatında heç vaxt Ukraynada olmayıb,Ukrayna gözəlləri ilə isə televizor vasiəsi ilə" tanış olub".

O,"mənim məhəbbətim kordu"deyirdi.Bəli onun məhəbbəti kordu,qaranlıq bir quyu,tək işiğı vardı oda sevdiyi qadın və oğlu,onlardanda uzaq düşmüşdü xəstəxanaya gəldiyi gündən bəri.

Bəs niyə son görüş xəstəxanaya gələndə oldu?

Çünkü o gündən etibarən dərman müalicəsi başladı artıq nə səslərini eşidir nədə onları görürdü yanında,sadəcə televiziyaya baxan zaman xəyallar onu bihuş edirdi.

Əksər hallarda şizofrenlərin dini inancları qabarıq olur mr.Şizofrendə də belədir.Çəkdiyi rəsimlərdə xristian və islam dinindən elementlər var.Mənə hədiyyə etdiyi şəkildədə bunu görəcəksiz. Lakin onun əsas dərdi"məhəbbət dəlisi"olması idiki buda şəkillərində özünü göstərir.

Məqaləmin sonunu elə əvvəlində olduğu kimi qəhrəmanıma həvalə edirəm.

Gül sən necə lətafətli sudan qidalanmısan?

Gül olub bülbülü pərvazlandırıb qanadlandırmısan.

Səni mən sevirəm çünki belədir işi dünyanın əzəldən

Qəribə dövrandır fırlanır-fırlanır dünya əzəldən

Yaradıb yaradan dünyanı belə əzəldən.

Başladım bir-iki cümlə sətirlə şeirə qəzələ mən

Çünki görən gündən aşiq olub vuruldum sənə mən.

Sən gül olub bülbül təki cəzb eyləyib bihuş elədin sən məni

Dərviş olub dəmir ayaqqabımla gəzib dolandım.

Dünyanı son nəfəsim almaq idisə sən qoymadın,

Sevdim seviləndə dünyanı səninlə yenidən.                   

       20.10.2014

Sonda bir şey daha deməy istəyirəm.Qoy bu məndən kiçik bir sırğa olsun.

Pəncərə insanı dünyaya bağlayan bir elementdir.

Qoca dünyada axırda tülkülər həccə gedir.

Yaxşı yaxşıdır,pis pisdir dünyada.

 

+Bu qədər doktor,çox sağ olunki ürəyimi açmağa imkan yaratdız.

- Buyurun.Mən təşəkkür edirəm.

 PS: Şəkil müsahibimin öz əl işidir

Tünzalə Talıblı

Xəzər universiteti 4-cü kurs, Humanitar və Sosial elmlər, ixtisas Psixologiya

 

Go Back

İNTİHARIN PSİXOLOJİ SƏBƏBLƏRİ

İntihar,xüsusilə əsrimizdə,psixiatr və psixoloqların maraqlandıqları ən əhəmiyyətli mövzulardan biri vəziyyətinə gəlmişdir.Bu sahələrdə mövzu ilə maraqlananlar intiharı adamın bir problemi olaraq ələ almışlar və ictimai şərtlərə lazım olan əhəmiyyəti verməyiblər.

Psixiatr və psixoloqlar,sosioloji şərhləri tənqid edərək,”niyə bu adam deyil də,bu adam intihar edir ?” sualına fərlərin psixoloji strukturlarına enərək cavab axtarmışlar.Bu cür görüşlər bir çox istiqamətdən əksiklik göstərmələrinə baxmayaraq,yenə də intiharın səbəblərini açıqlayaraq əhəmiyyətli qatqılar etmişlər.

Psixiatriya və psixologiyanın harada ayrıldıqları,bu iki elmin fərqliliyi tam olaraq müəyyənləşdirilə bilinməməkdədir.Bir-birinin içinə keçən bu cür fikirləri ayıra bilmək çətin olduğu üçün iki elm sahəsinin fikirləri də tək bir başlıq altında toplanmışdır.Əvvəl qısaca psixiatriyanın dünyagörüşünə toxunulacaq və daha sonra isə psixologiya sahəsində keçərlilikləri hələ müzakirə mövzusu olan bəzi nəzəriyyələr üzərində dayanılacaq.

Psixiatrik intihar faktı qarşısındakı mövqeyi olduqca maraqlıdır.Bu tutum,çox uzun bir müddət boyunca intihar problemini hər hansı bir ağıl xəstəliyi diaqnozu qoyaraq həll etmə kimi qısa olmuşdur.

Ruhi pozğunluğu olan xəstələrdə öz canlarına qıyma hadisələrinə olduqca sıx rast gəlinir.Bu məlumatlardan hərəkət edən psixiatrlar hər intihar hadisəsinə bir ağıl xəstəliyi damğası vurmaq və problemi ağıl xəstəxanalarının içərisində həll etmə meylində olublar.Halbuki,statistikalar dəliliklə intihar arasında zəruri bir bağ olmadığını,ikisinin də tezliklərinin heç uyğunlaşmayan dəyişikliklər göstərdiyini ortaya çıxarmışdır. Bəzi ağıl xəstələrinin şüursuzca canlarına qıymalarını intihar olaraq ələ alamayacağımız gerçəyi bir yana;gündəlik həyatda normal olaraq qəbul edilən kəslərin intihar nisbətləri yanında,ağıl xəstələrinin sözdə intihar nisbəti nəzərə alınmayacaq qədər kiçik bir faiz təşkil etməkdədir.

Hazırki dövrdə belə psixiatriya bu meylini qorumaqdadır.İntihar edən bir adam amok sindromu, histerik şəxsiyyət,affektif psixoz,psixotik depressiv vəziyyət və manik depressiv psixoz,yaşdönümü depressiyası və s . kimi xəstəliklərdən birinə aid olmaqdadır.Bunların həqiqət payları olduğu inkar edilə bilməz,ancaq bu şəxsiyyət strukturlarının formalaşmasında adamın ailəsinin,ətrafının və cəmiyyətin əhəmiyyətli payı vardır və bunları nəzərə almadan intiharın səbəblərini açıqlamaq qeyri-mümkündür.

Bourdin və Esquirol kimi Fransız psixiatrlar intiharı patoloji bir hadisə sayırlar.Esquirol’a görə, intihar edən adam bu davranışı həddindən artıq bir sayıqlama halındaykən edir.Lakin intiharı dəlilik olaraq ələ alan bu görüşün ömrü çox uzun olmamışdır.

Daha sonrakı illərdə intiharı psixopatoloji yoldan şərhə çalışan Delmas,sosioloji nəzəriyyələri rədd edərək,intihardan əhəmiyyətli olan nöqtənin insandakı ölüm istəyi və iradəsi olduğunu söyləyərək intihar determinizminin tamamilə fərdi bir determinizm olduğunu söyləmişdir.Adam “yaşamaq mümkün olsa da ,ölümü seçər” deyir.Sözdə intiharları bir yana buraxan Delmas’a görə gerçək intiharın səbəbi üç dəyişik halda meydana çıxır:

1. Çöküntü halları və ya melanxoliya tutmaları

2. Xroniki,davamlı çöküntü halları və ya quruluşdan irəli gələn çöküntü halları

3. Quruluşdan irəli gələn həddindən artıq həyəcanlılıqdakı son dövrlər.

Delmas’a görə intiharlara % 90 nisbətində xroniki çöküntü halları yaxud quruluşdan irəli gələn çöküntü halları səbəb olmaqdadır.Çətinlik ( anxiete ) halının bir dərəcədən sonra intihar üçün yetər səbəb olduğunu irəli sürən Delmas,xarici səbəblərə və ictimai faktorlara həddindən artıq həyəcan hallarında bir şok təsiri etməsiylə intihara səbəb olduğu ölçüdə əhəmiyyət verir.Başlanğıcda intiharı hamısıyla psixoloji baxımdan araşdırmağa çalışan Delmas,sonunda bu işi tamamilə quruluşa bağlayır ; bioloji bir problem halına gətirir.Delmas’ın nəzəriyyəsi sonradan bir çoxları tərəfindən tənqid olunmuşdur;ancaq onun ən əhəmiyyətli qatqısı gerçək intiharı digər növlərindən ayırması olmuşdur.

Psixologiya sahəsində intihar mövzusu ilə yaxından maraqlanan nəzəriyyələr,daha çox psikanalitik teoriyalarıdır.Bu nəzəriyyələrin qabaqcılı və ən çox tanınanı Freydin nəzəriyyəsidir.Freyd intiharın tam şərhinin heç bir yolla əldə oluna bilinməyəcəyini bildirir.Bundan ötəri,Freyd və onu izləyənlər, yalnız intihara zəmin hazırlayan psixi vəziyyətləri ortaya qoymağa çalışıblar.

Freyd intiharı təcavüzkarlıq olaraq ələ alır.Çöküntü halının dinamiklərini ortaya çıxarmaq məqsədiylə intiharın şərhini sınamışdır.Freydə görə şəxsiyyət üç təbəqədən ibarətdir:

İd şəxsiyyətin təməl sistemidir,irsi olaraq gələn,instinktləri də ehtiva edən və doğuşdan mövcud olan psixoloji potensialların bütünüdür.Enerjisini fiziki proseslərdən alan id, çox enerji təcrübəsinə dözmür.Belə bir vəziyyət ortaya çıxdıqda,orqanizmdə gərginlik yaradır.Özünü qoruma,təcavüzkarlıq kimi instinktlərin də olduğu id’ə,Freyd “gerçək ruhi varlıq” demişdir.Ego və superego id’dən ayrılaraq inkişaf edir.Ego,psixikanın ən əhəmiyyətli hissəsidir,uşaqlıqda yavaş-yavaş iddən ayrılaraq inkişaf edir və şəxsiyyəti meydana gətirir.Xarici dünya ilə əlaqə quran,şüura gələn impulsları,təəssüratları bir-birlərinə bağlayan bu qisimdir.Süperego isə,uşağa ata-anası tərəfindən köçürülən,mükafat və cəza tətbiqləriylə gücləndirilən ənənəvi dəyərlərin nümayəndəsidir.Egodan ayrılan bu qisim, id və eqonu öz istədiyi nizama yönəltmə meylindədir.Süperego yalnız tərbiyə edənlərin damğasını daşımaqla qalmaz,Həmçinin ictimai və kollektiv bir təməli də vardır.

Normal bir insanda şəxsiyyətin bu üç elementi birlikdə,nizam içində fəaliyyət göstərir;ego bu tənzimləməni təmin edir.Daxili mübarizə isə bu üç bəndin arasında bir qarşıdurma olmasıdır.İdin arzularına qarşı qoyan ego bir tərəfdən də superegoya uyğun gəlmək və ona hesab vermək məcburiyyətindədir.Yəni,bir tərəfdən idin ​​istəklərinə uyaraq başdan çıxarılmaq,digər tərəfdən superegonun əxlaq normalarına təhdid edilmiş olmaq hər insanda bir daxili qarşıdurma yarada bilir. Əgər adam normalsa qarşıdurma şüurda olur və eqo vəziyyətə nəzarət edə bilir.Əgər qarşıdurma şüur xaricindədirsə,vəziyyət egonun idarəsindən çıxır və nevroz keçirilir.

Təhlükə qarşısındakı daxili qarşıdurmada bəzən təhlükə gerçəkdir və adamın xaricindədir.Belə bir təhlükə qarşısında insanın içində bir sıçrayış meydana çıxır;özünü müdafiə etməyi sınayır.Təhlükə gerçək bir maneədən gəlirsə,insan aqressiv qüvvələrini bu təhlükəyə qarşı çevirir ya da ondan qaçma yolunu tutur.Ancaq ,müdafiə mümkünsüzsə və aradan edə bilməyəcəyi bir təhlükə ilə qarşı- qarşıyasınız ,ağrıdan xilas olmanın başqa bir yolu olmadığını görəndə bilərək,istəyərək özünü öldürə bilir.

Bir təhlükə qarşısında bütün canlılar kimi,insanın da edəcəyi şey özünü qorumaq ya da təhlükədən qaçmaqdır.Bu qaçma iki şəkildə olur:biri təhlükədən uzaqlaşaraq qaçmaq,digəri isə özünü təhlükənin içinə ataraq.Nevrozlu bir adam isə təhlükəni açıqca görə və şərh edə bilmir.İki zidd qütb arasında tərəddüd edir və zidd istəklərdən istəmədiyinə doğru yönəlir.Beləcə ölüm,yəni intihar meydana gəlir. Ölüm qorxusundan əzab çəkən və çarəsiz xəstəliklərə tutulanların,bu qorxudan xilas olmaq üçün özlərini öldürdükləri kimi.

Erich Fromm,Freyd’dəki həyat və ölüm instinktlərinə bənzər bir şəkildə, ” həyat sevgisi ” və ” ölüm sevgisi” ndən söz edir.Bunlardan hansının ağır basaraq insan davranışına təyin olduğunu araşdırır. Ona görə,həyat və ölüm sevərlik,Freydin dediyi kimi doğuşdan qazanılmış və yoxedilə bilinməz deyil. İnsanların böyük bir əksəriyyəti ölüm sevər deyil,amma xüsusilə böhran dövrlərində ümidsiz ölüm sevərlər təsirlənirlər.

Dözülə bilinməyən bir duyğudan xilas olma zəruriliyi o qədər qüvvətlidir ki,adam uydurma bir həll yolunun xaricində bir həll yolu tapmağı bacara bilmir.”

Marksın yadlaşma nəzəriyyəsindən təsirlənən Fromm’a görə,insan özünü təsirli bir şəkildə digər şəxslərə və təbiətə bağlaya bilmirsə özünü itirir,motivləri də insan xüsusiyyətindən çıxır,şikəst olmuş bir varlıq olur.

Fromm’a görə qərb cəmiyyətlərindəki intiharların çoxluğu,kollektivə adaptasiyada müvəffəqiyyətsizliyin nisbi əlamətidir.İnsan həm irəliləməyi,həm də xoşbəxtliyi bir yerdə reallaşdıra bilməz deyən Fromm,gələcəkdə intiharların artacağını vurğulamaqda,ancaq müəyyən ölçüdə də qismətə çatmaqdadır .

Bir digər məşhur psixonalitik də Karl Menninger’dir.Menninger daha çox Freydin təməl fikirlərinin detallarını şərhə girişmişdiyönəltmişdir.

Menninger’e görə intiharın üç komponenti vardır və bunların hamısı hər intihar hadisəsində dəyişən nisbətlərdə yer alırlar:

1) Öldürmək istəmək: Hücum,günahlandırma,ayıblama,məhv

2) Öldürülmüş olmaq istəmələri:İtaət,mazoxizm,özünü ayıblama,özünü günahlandırma

3) Ölmək İstəmək:Ümidsizlik,qorxu,yorğunluq

Intihardan əvvəl adamda öldürmə istəkləri meydana çıxır.Bu,ya özü və ya başqası haqqında açıq bir şəkil ala bilir.İntihar edən adam bu istəkləri açıqlıqla özünə qarşı çevirib,özünü öldürməyə çalışır. Lakin əsl məsələ ölümü istəməkdir,ancaq o zaman adam intiharı müvəffəqiyyət ilə nəticələndirə bilir.

Menninger’ə görə yaşın irəliləməsiylə öldürmək istəmək və öldürülmüş olmaq istəmək azalır,ölmək istəmək isə artır.Gənc yaşlarda cəhdlərin əksəriyyətinə diqqət yönəldən Menninger’ə görə,bunlar həqiqətən ölmək istəmirlər.Bunlarda əhəmiyyətli olan faktor insanlararası əlaqələrdir.Yaşlılarda isə gerçək intihar nisbətinin artdığına işarə edərkən də,bu yaşlıların ölümü həqiqətən istədiklərini və insan – daxili motivlərin əhəmiyyətli olduğunu vurğulayır.

Shneidman və Farberow 1957-ci ildə Los Angelesdə Menninger’in fərziyyəsi istiqamətində etdikləri bir araşdırmada intihar qeydlərindən belə bir təsnif etmişlər.Bu araşdırmada 489 kişi və 130 qadının buraxdığı intihar qeydi tədqiq ,təbəqələşdirilməyənlər kateqoriyasında olan 111 kişi və 25 qadına aid intihar qeydi əhatə xarici buraxılaraq geriyə qalan yalnız faiz alınmışdır.

Menninger’in intihar haqqındakı fikri,xüsusilə intihar cəhdlərinin açıqlanmasında əhəmiyyətlidir.

Freudun müasiri olan Alfred Adler intihara cəhdi fərdi,”özünə zərər vermə xəyalları görərək ya da özünə zərər verərək başqalarını incidən insan” olaraq təsvir edir.Hücumun əslində kimsə istiqamətli olduğu,hadisədən ən çox kimin kədərləndiyini görməklə asanca aydın ola bilər.İntihar edən özünü həddindən artıq düşünən insandır,başqalarını az düşünür,yaşamağa və ölməyə qabiliyyətli deyil.

Adların görə-Freydin əksinə-şəxsiyyətin mərkəzi şüurudur.İnsan şüurlu bir varlıqdır və davranışlarının səbəblərinin,əksikliklərinin, çatmaq istədiyi məqsədlərin nələr olduğunun fərqindədir.

İnsan təbiətin güclərinə və hətta bəzi heyvan növlərinə nisbətən zəif bir varlıqdır.Bu səbəbdən hər insanın yaranmasından bir əksiklik duyğusu tapılır; bu isə universaldır.Bu duyğu fərdi yönəldən bir güc olaraq fərdin hərəkətə keçməsini təmin edir.

Adler,”intiharın,ancaq kafi ictimai əlaqəsi olmayan bir insanın təcili bir problemlə qarşılaşması halında ortaya çıxa biləcəyi”ni ifadə edir.İnsanların ictimai marağının sonuna çatmaları,onsuz da bütün müvəffəqiyyətsizliklərin ortaq nöqtəsidir.

Bəhs edilən bütün bu görüşlər, şəxsiyyətin müəyyən bir hissəsini ələ alaraq,bunun digər hissələr üzərindəki təsiriylə maraqlanmış və yalnız adama ağırlıq vermişdir.Halbuki insan cəmiyyətdə yaşayır, cəmiyyət tərəfindən yaradılır,formalaşdırılır və nələr edəcəyi müəyyən edir.Bundan ötəri ictimai faktorları gözardı edən bütün görüşlər müəyyən ölçüdə doğru belə olsalar yenə də əksik və qeyri-kafi qalırlar.

rmin Quliyeva

r Universitetinin psixologiya fakültəsinin təsi

pcc.az

Go Back

Qorxudan Fobiyaya

Hər canlı, fərd olaraq varlığını təhdid edən ya da təhdid riski daşıyan vəziyyətlərdən öz müdafiə olaraq qaçınar. İnsan şüurunda bu qaçınma, qorxu olaraq qəbul edilməkdədir. Qorxu bu halıyla, adamın varlığını, həyatını davam etdirməsinə xidmət edən müdafiə sistemlərinin bir ön-xəbərdarlıq mexanizmidir və həyatın davam etdirilə bilməsi üçün lazımlıdır. Məsələn, hər insan bu və ya bu ölçüdə itdən qorxar. Yüngül ya da ağır, hətta ölümə səbəb ola biləcək bir təhlükə itdən qorxmaq, adidir və lazımlıdır. Bir itdən gələ biləcək təhlükə üçün lazım olan tədbirləri alaraq bu qorxunun öhdəsindən gələ bilmək, beləcə bir itlə fiziki ya da romantik təmas qura bilmək səviyyəsində tutula bilən it qorxusu, xəstəlikli bir vəziyyət olaraq qəbul edilə bilməz. Çünki bu halıyla, adamın idarəsindən çıxmış olur. Qorxunun, “idarədən çıxması”, həyatın davam etdirilməsi üçün lazımlı olan bir ön-xəbərdarlıq sistemi uyğunlaşma təmin edilə bilməməsi mənasındadır. Insan, o qorxunun, onu qaçınmağa məcbur vəziyyətlərdən qaçınmağı təmin edə bilməz ya da bu qaçınma, onu romantik olaraq rahatlaşdırmaz. Yenə narahatlıq və qorxu içindədir və bu narahatlıq onun gündəlik həyatını istədiyi tərzdə davam etdirməsinə imkan verməz. Onun, sanki öz xaricində işləyən bir mexanizm kimi, özune hökm edən bir xarici güc kimi funksiya görür. Bu halıyla, həyata xidmət edən qorxu, həyata qarşı olan fobike çevrilər. Müəyyən bir varlığa və vəziyyətə bağlanamayan fobiyalar də vardır. Hər şeydən əvvəl, fərdin varlığını təhdid edən bir çox xarici ünsür olduğuna görə, bir çox qorxu və fobi də vardır. Ancaq adamın varlığını təhdid edən xarici ünsürlər bəzən, müəyyən bir varlıq ya da vəziyyətə bağlı olmazlar. Adamın, ümumi mənada öz varlığını təhdid altında qəbul etməsi vəziyyətində, onun şüur altına əks olunan, bu təyin, bir obyekt və ya vəziyyətlə elaqelindirilmemis, naməlum narahatlıq, adamın şüur altında işləyən bir mexanizmlə təyin oluna bir qorxu halına çevrilir. Qorxu halına çevrildiyi anda da, ümumi bir narahatlıq olması nəticəsində, fobike çevrilər. Fobi toplumda sıx görülen bir qaygi pozuqluqudur. Fobyasi olan insanlar “fobik” diye adlandırılırlar. Fobiyalar xalq arasında xəstəlikdən çox xasiyyət ya da şəxsiyyət xüsusiyyəti olaraq düşünüldüyündən müalicəyə müraciət edənlərin sayı azdır. Araşdırmalarda fobi sıxlığının gözləniləndən aşağı çıxmasının ən əhəmiyyətli səbəbi budur. Qadınlarda kişilərə nisbətlə iki yarım qat daha çox görüldüyü müəyyən olunmuşdur. Fobianın səbəbləri mövzusunda fərqli cərəyanların fərqli şərhləri vardır. Freud, fobik şüuraltı qarşıdurmaları olaraq müəyyən edir. Watsona görə isə fobia, şərtli refleksə dayanır. Qorxu yaradan obyekt, vəziyyət və ya fəaliyyəti ilə qarşılaşanda narahatlıq əlamətləri ortaya çıxar. Panik atakda görülən əlamətlərin hamısı fobik vəziyyətlə qarşılaşanda ortaya çıxa bilər, hətta bəzi bədən ifrazatları tutunmayabilir, ürəyin cox çırpınması (sanki yerindən çıxacaq kimi). Fobiaəlamətlərdən bəziləri bunlardır: üz qızarması titrəmə, soyuq tərləmə, nəfəs darlığı, ağız quruluğu, udqunma çətinliyi, boğazda daralma, mədə bulanması, diqqət yayğınlığı, ani təzyiq enişi, şok və s.

Validə Abbasova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

Şizofreniya xəstələrinin psixoloji xüsusiyyətləri

 

Şizofreniya duyğu, təfəkkür, davranış pozuntuları ilə meydana çıxan beyin xəstəliyidir. Xəstəlik 17-25 yaşlarında özünü göstərə bilər. Şizofreniya "şizo"- bölürəm "frenikus" - düşüncə sözlərindən ibarət olub, "ikiyə ayrılmış düşüncə" mənasını verir. Statistik araşdırmalar xəstəliyin son 20-30 il ərzində artdığını göstərmişdir. Şizofreniya hər 100 adamdan birində müşahidə edilir. Bütün dünya ölkələri üçün bu risk faktoru 1% təşkil edir. Hal -hazırda dünyada 60 milyon insan bu xəstəlikdən əziyyət çəkir.

Şizofreniya xəstəliyinin qurbanına çevrilən şəxslər real aləmi tanıya bilmir, insanlardan uzaqlaşıb öz xəyal aləmlərində yaşayırlar. Hallusinasiya, illuziya, naməlum şəxslərin görülməsi, müəyyən səslərin eşidilməsi, başqalarına və özünə ziyan vurma, təfəkkür və emosional pozuntu, özünə qapanma şizofren xəstələrə xas olan xüsusiyyətlər sırasına daxildir. Xəstələr tez-tez "məni öldürəcəklər", "məni zəhərləyəcəklər", "mənə cadu ediblər", "məni izləyirlər" kimi kəlmələrdən istifadə edirlər. Şizofrenlərin hiss və davranışlarında bəzən paradokslar müşahidə edilir. Lüzumsuz gülmə və ya ağlama , yüksək həyacanlılıq, həddindən artıq aktivlik və ya özünəqapanma, həyatdan zövq almama, səsə və rənglərə qarşı həssaslıq ən bariz nümunə hesab edilə bilər.

Xəstəliyin yaranma səbəbi beyində dofamain maddəsinin miqdarının artmasıdır. Şizofreniya genetik faktorlarla əlaqəlidir. Valideynlərin hər ikisi şizofreniyadan əziyyət çəkirsə doğulacaq körpənin şizofren olması riski 50% , valideynlərdən birində müşahidə edilərsə  25% təşkil edir. Nənə və ya babada bu xəstəliyin olması körpənin şizofren olması riskini 11% ə endirir. Sosial və psixoloji problemlər, keçirilmiş xroniki depressiya, postravmatik stress pozuntusu xəstəliyin yaranmasına yalnız təkan verə bilər. Bunlar risk faktorudur. Hamilə qadının düzgün qidalanmaması, keçirdiyi stresli situasiyalar, zəhərlənmə halları, hamiləliyin 2-ci 3 ayında qrip və digər viruslara yoluxma doğulacaq körpənin şizofren ola biləcəyinə lüzum yarada bilər. Şizofreniya xəstəliyinə daha çox intellekt səviyyəsi yüksək olan şəxslərin tutulduğu qeyd edilir. Məşhur holland rəssamı Van Qoq, görkəmli rus yazıçısı Qoqolun şizofren olduqları danılmaz faktdır. Şizofreniya xəstəliyindən əziyyət çəkən Nobel mükafatı almış riyaziyyatçı John Nashı da bura aid etmək olar. 2001-ci ildə çəkilmiş "A beautiful mind" filmində onun  həyatı əks olunub. Filmdə şizofren xəstənin psixoloji vəziyyəti, rəftar və davranışı, ailədə mövqeyi aydın şəkildə canlandırılmışdır

Şizofreniyanın tam olaraq müalicəsi elm adamlarına təəssüf ki, məlum deyil. Xəstələrin 25-30% i sağalmır. Müalicəsi zamanı xəstələrdə müəyyən qədər yaxşılaşma-remisiya müşahidə olunur, ancaq bir müddət sonra əlamətlərin yenidən  baş qaldırması özünü göstərə bilər. Bu müddət 1 il, həmçinin 10 il də ola bilər. Müalicə zamanı dofamin maddəsinin miqdarı azaldılır. Antipsixotik preparatların qəbulu, xəstənin xəstəxana şəraitində müalicəsini davam etdirməsi, ailə və yaxın insanların dəstək və sevgisi vacib şərtlər sırasına daxil edilmişdir. Qəbul edilmiş preparatların bəzən əks təsiri də özünü göstərir.

Müalicə üçün başlıca şərtlərdən biri xəstənin öz xəstəliyini qəbul etməsidir. Əksər hallarda xəstə sağlam olduğunu iddia edir, daima nələrisə ətrafdakı insanlara sübut etməyə çalışır, amma nəticə gözlənilən olmur. Belə olduqda müalicə prosesində müsbət nəticələr əldə edilməsindən söz gedə bilməz. Bu istiqamətdə prioritet məsələ xəstənin sosial həyatının yaxşılaşmasına nail olmaq və xəstəni normal həyata qaytarmaqdır.

Cəmiyyətimizdə anormal sosial davranış hesab edilən şizofreniya və həmçinin digər buna bənzər xəstəliklər birmənalı qarşılanmır.  Bu xəstələrlə ünsiyyət saxlamaq, onlarla iş mühitində olmaq insanlarda qorxu və dəhşətli hisslər yaradır.

Yadda saxlamaq lazımdır ki, şizofreniyadan əziyyət çəkən şəxslər heç də qorxulu deyillər, onlardan uzaq durmaq, lağ etmək, qınamaq əvəzinə yardım məqsədilə ciddi işlər görülməli, insanlar arasında kütləvi şəkildə təbliğat aparılmalı, maarifləndirmə tədbirləri həyata keçirməklə belə xəstələrlə necə rəftar etməyin yolları aşılanmalıdır.

Leyla  Abdurəhimova

Azərbaycan Müəllimlər İnstitutu, "Təhsildə  sosial- psixoloji xidmət", 4-cü kurs

Go Back

Şizofreniya- insanın eyni anda iki fərqli həqiqətə inanmasıdır

Biraz şizofreniya xəstəliyi haqqında məlumatlandırmaq istərdim sizi;

Şizofreniya yunanca yarmaq və - ağıl, düşüncə— insanın düşüncə, duyğu və davranışlarında, özünün və ətrafındakılara əhəmiyyətli dərəcədə təsir edən bəzi dəyişikliklərə səbəb olan bir xəstəlikdir. Bu dəyişikliklər keçici ya da qalıcı ola bilər. Şizofreniya irsi xəstəliklərdən biridir. Haqqında danışılan adamın iki şəxsiyyətli olması deyil, eyni anda iki fərqli həqiqətə inanmasıdır. "Gerçək həqiqət" normal, sıravi bir insanın qəbul etdiyi, "ikinci həqiqət" sağlam bir insanın anlaya bilməyəcəyi, çox zaman müəyyən bir sistemə əsaslanan bir həqiqətdir
Şizofreniya daxilə qapanma, gerçəklərə laqeydlik və şəxsiyyət ikiləşməsi, zehn bölünməsi, daxilə istiqamətlinmiş düşüncə quruluşunun yerləşməsi şəklində meydana çıxan bir psixozdur. Şizofreniyalı özünə xas bir dünya da yaşamır, ilksəl və egosantrik bir düşüncə quruluşuna sahib olur. Daxili aləminə qapanmış olan şizofreniyalı xülyalar aləmində yaşayır. Bu xəstəliyə tutulma yaşı ümumiyyətlə 15-35 yaşları arasındadır. Hadisələrin böyük bir qisimində irsi faktor əsas rol oynayır. Kişilərin və qadınların xəstəliyə tutulma sayı təxminən eynidir. Lakin belə bir tendensiya var ki, qadınlarda xəstəliyin başlanğıcı kişilərə nisbətən gec bas varir.

Diaqnoz necə qoyulur?

Şizofreniyaya aid əlamətlər başqa psixiatrik xəstəliklərdə də görülə bilər. Heç bir əlamət tək başına diaqnoz qoymaq üçün yeterli sayılmır.Diaqnoz psixiatriya eksperti tərəfindən xəstənin ruhi müayinəsi, xəstə yaxınları ilə görüş və çox vaxt xəstənin klinik izlənilməsi nəticəsində qoyulur.
Şizotipik şəxsiyyət pozğunluğu, şizoaffektif pozğunluq, bipolyar duyğu pozğunluğu şizofreniya ilə tez-tez qarışan pozğunluqları. Xəstəliyin ən sıx təzahürləri eşitmə qarabasmaları, paranoik və ya fantastik sayıqlama və ya sosial disfunksiyanın fonunda nitqin (danışığın) və düşüncənin, işləmək qabiliyyətinin pozulmasıdır
Bəzi fiziki xəstəliklərin analizi əsnasında da oxşarlıq yaranar, bu səbəblə fərqləndirici diaqnozu edə bilmək üçün fiziki müayinə və qan təhlillərinin edilməsi lazımdır.
Spirt və maddə asılılığı olan və ya bəzi dərmanları istifadə edən insanlarda də oxşar əlamətlər ola bilər. Xəstənin problemlərinin öyrənilməsi zamanı buna diqqət yetirilməli və söhbətdə bu vəziyyətlərdən danışılırsa bu istiqamətli tədqiqlərin edilməsi lazımdır.


ƏLAMƏTLƏRİ HANSILARDIR ?

Şizofreniya xəstələri dünyanı fərqli cür qəbul edirlər. Şizofreniyanın meydana gəlməsi fərqli cür ola bilər. Bəzi xəstələrdə birdən ortaya çıxa biləcəyi halda bir çox xəstədə hiyləgərcə yavaş yavaş inkişaf edir. Yavaş seyr göstərən şizofreniyaya başlanğıcda diqqət toplama çətinliyi, ictimai marağı itirmə, daxilə qapanma, özünə baxımda azalma, və ya quru sevdaya tutulma kimi diqqətə çarpan olmayan və ilk baxışda şizofreniyaya düşündürməyən hallar yaranır və əsasən başqa psixiatrik xəstəliklərlə qarışdırılır. Bu başlanğıc ifadə sonra bir neçə ay və ya il içində də bütün əlamətləri ilə xəstəlik ortaya çıxar. Xəstəliyin ən sıx təzahürləri eşitmə qarabasmaları, paranoik və ya fantastik sayıqlama və ya sosial disfunksiyanın fonunda nitqin (danışığın) və düşüncənin, işləmək qabiliyyətinin pozulması. Xəstələr tez-tez qəribə davranışları və danışıqları ilə seçilirlər.Gerçekte olmayan səslər eşitməyə və xəyallar görməyə başlayarrlar. Bəzi xəstələrdə qəribə mövqelərdə uzun müddət dayanma, bəzilərində heç hərəkət etmədən uzun müddət səssiz qalma və ya həddindən artıq hərəkətlilik görülə bilər. Yavaş seyr göstərən şizofreniyanın yanında sürətli seyr göstərən şizofreniya də ola bilər. Bu xəstələrdə isə simptomlar birdən ortaya çıxır.Bəzi xəstələrdə bu hal yüngül baş vererkən bəzilərində şiddətli simptomlar ola bilər və bu vəziyyətdə xəstələri nəzarət etmək çətinləşə bilər..
Şizofreniyanın tipinə görə əlamət çoxluqları də dəyişər. Məsələn paranoid şizofreniyaya şüphəcilik misaldır. Paranoid şizofreniyalılarda sıx görülən mövzulardan bəziləri bunlardır: ona qarşı pislik etmək istəyən kəslər və ya güclər olduğunu düşünür, bununla əlaqədar müxtəlif səslər eşidir,evdə pərdələri bağlayıb oturur, yemək yeyərkən zəhərlənmə riski olduğunu düşünüb yeməyi ya öz qarşısında hazırltdırır və ya öz elədiyi yeməyi yeyir. Otağına dinləmə cihazları yerləşdirildiyini zənn edib, otağında təmkinli danışır, həyat yoldaşının ona xəyanət etdiyini düşünür.Sadə şizofreniyaya isə ictimai geriləmə, daxili qapanma, ictimai fəaliyyətlərdə azalma, özünə baxımın düşməsi ola bilər. Müsbət əlamətlərdə; şübhəçilik, muxtəlif səslər eşitmə zənni və qəribə davranışlar sıxtır.Xəstələrdə düşüncə və danışmada zəiflik olur..

Danışarkən mövzudan mövzuya atılma, məzmun olaraq bir məna ifadə etməyən sözləri bir-birinin ardınca sıralama nəticəsində dinləyənlər tərəfindən bir məna ifadə etməyən söz salatı dediyimiz məzmunu boş, mənasız və kompleks danışma forması görülə bilər. Bəzən də xəstələr özləri söz uydururlar, bu sözlər onlara görə bir məna ifadə edir.Əslində mənasız kimi görülən danışığa diqqət yetirilsə çoxda mənasız olmadığı məzmunun olduğu görə bilərik.
Xəstələr danışarkən ani dayanmalar, bloklar ümumiyyətlə buna bağlıdır. Düşüncələr ümumiyyətlə kiçik və fantastik. Xəstələrdə gerçəklə əlaqəsi olmayan inanclar görülə bilər. Bu xəstələrdə görülən bəzi düşüncələrə bu nümunələr verilə bilər; telefonları dinləməkdə, insanlar onu təqib etməkdə, hər kəs düşüncələrini bilir, pislik etmək istəyən insanlar var, hətta ev içindəki yaxınları belə pisliyini istəməkdə və özünə zərər vermək üçün planlar etməkdədir, televiziyadan mesajlar alır, hər kəs özünə mənalı mənalı baxmaqdadır, daxili orqanları parçalanmış və yox olmuşdur, telepatik gücləri vardır, yadplanetlilər onun ilə əlaqə qurmaqdadır və s

Gerçəklə əlaqəsi olmayan səslər eşidə bilər. Onun fikrincə bu səslər ona bəzi əmrlər verir və ya pis sözlər söyləyir. Yenə gerçəkdə olmayan xəyallar görülür.Qəribə şəkillər, qorxunc varlıqlar ola bilər. Xəstələr bu səs və görünüşlərin gerçəkdə olub olmadığını ayırd edə bilməz. Çox vaxt bunlardan narahat olarlar və qorxarlar. Bunları öz beyinlərinin bir məhsulu olaraq qəbul etməz və ümumiyyətlə xaricdən bəziləri tərəfindən edildiyini düşünürlər. Bəzən bu səslərə cavab verər, danışmağa başlayırlar və ya şəkilləri təqib ederler.Hastaların bu hərəkətləri çöldən müşahidə edildiyinə öz-özünə danışırmış və ya sabit bir nöqtəyə baxırmış kimi gəlir.

Mənfi əlamətlərdə; ictimai geriləmə, daxilə qapanma, maraq və istək azlığı, özünə baxımda azalma, danışma və hərəkətlərdə azalma kimi ifadələr aiddir. Xəstələrin jest və mimikalarının azaldığı görülür.Hadisələrə uyğun reaksiyalar verə bilmirlər. Çox vaxt üzlərinə maska taxmış kimi reaksiyasız bir görünüş təsiri bağışlaırlar.Bəzən də dəxlisiz reaksiyalar verirlər ağlanılacaq yerdə gülər və ya gülünəcək yerdə ağlayırlar.Ümumiyyətlə hərəkətlər azalmışdır.
Hərəkətə başlama çətinliyi görülər. İrəli mərhələlərdə uzun müddət hərəkətsiz dayanırlar. Bu hərəkətsizliyə səbəbi tez-tez qərarsız qalmaqla əlaqədardır. Bəzən gözlənilməyən ani bir hərəkətlilik ola bilər, xəstə yaydan atılmış ox kimi hərəkətə keçə bilər. Xəstələr ictimai hadisələrə maraq və istəklərini ümumiyyətlə itirərlər.Şizofreniya xəstələrində təcavüzkarlıq sıx görülən əlamət deyil. Ancaq şizofreniya əlamətləri ortaya çıxmadan əvvəl təcavüzkar şəxsiyyəti olanlarda xəstəlik ortaya çıxdıqdan sonra təcavüzkarlıq halı görsənir.Bunun xaricindəki xəstələr ümumiyyətlə içinə qapalıdır. Şübhəçiliyi olan xəstələr dərman istifadə etməsədə təcavüzkar ola bilərlər. Ümumiyyətlə ailə içində və ya yoldaş mühitində təcavüzkar davranışlar göstərirlər. Yenə spirt və maddə asılılığı olan şizofreniyalılarda təcavüzkarlıq halı ola bilər. Şizofreniyaya intihar riski normal cəmiyyətə görə çoxdur. Xəstələrin% 10-də intihar cəhdi riski var. Hansı xəstənin intihar edəcəyini əvvəldən düşünmək ümumiyyətlə çətindir.
Şizofreniyalı xəstələr xəstəlik əvvəli səssiz, yoldaşı az, təkliyi sevən, qəribə, etibarsız kəslərdir. Bu xüsusiyyətlər ayırıcı diaqnoz üçün çox kömək edir. Ailələr ümumiyyətlə uşaqlarının xəstəlik başlamadan əvvəl həmişə çalışan, səssiz, uyğun, yoldaşsız olduqlarını izah edərlər.Şizofreniya, daha əvvəl də ifadə edildiyi kimi, əksəriyyətlə 18-25 yaşlarında hər növ psixoloji stresslə başlaya bilər. Adamın mənliyinə zərbələr, cavanlıq çağında impulsların həddindən artıq şiddət qazanması, cinsi və ya təcavüzkar təhriklərə qarşı yoxlama zəifliyi kimi vəziyyətlərə, psixozun başlamasından əvvəl tez rast gəlinməkdədir.

 

Yusibova Leyla 

BDU-Sosial elmlər və psixologiya fakultəsinin ikinci kurs tələbəsi 

Go Back

UTANCAQLIQ PROBLEMİNDƏN NECƏ QURTULMALI

 

Tanımadığınız ya da yeni tanış olduğunuz insanlara qarşı utancaqsınızmı? Bu suala cavabınız “bəli” isə, narahatçılığa əsas yoxdur. Çünki siz təmamən normal birisiniz.
Araşdırmalara görə hər il xüsusilə qadınlar daha çox utancaqlıq problemi yaşayırlar.

Üzünüzmü qızarır?

Əgər yeni iş yerinizdə ayağa qalxıb özünüzü təqdim etməyiniz istəndiyində üzünüz qızarır,səsiniz titriyirsə, çoxluq içərisində danışmağınız lazım olduğu məqamlarda uzaq olmağa çalışırsınızsa, təəssüf ki, utancaqsınız. Ancaq “hər kəs ünsiyyətcil, danışqan olmaq məcburiyyətində deyil” gerçəyini də ağlınızdan çıxarmağınız lazımdır.

Özünüzü kontrol edin

Amma utancaqlığınız səbəbindən bəzi fürsətləri qaçırtdığınızı düşünürsünüzsə, davranışlarınızı kontrol altında tutmağınızın zamanı gəlmiş deməkdir. “daimi xoşbəxtlik” adındakı layihə sayəsində qadınların bir çox problemi həll edərək, sevinc dolu bir həyat sürməsini təmin edən ABŞ-lı psixoloq Artest Battler, utancaqlığın həll olunmayacaq bir problem olmadığını bildirmişdir.

Səbəbini araşdırmaq lazımdır

ABŞ-da bir çox qadın xəstənin utancaqlıq problem yaşadığını bildirən Battler “ birlikdə bu mövzuya dayanaraq hər 100 utancaq xəstəmdən 85-inin bu problemini həll etməyi bacardıq. əgər siz də tövsiyyələrimə əməl etsəniz, utancaqlığınızdan böyük bir bölümünü attığınızı görəcəksiniz” dedi. Bu da sizə Battlerin tövsiyyələri:

Lazımsız bəzi düşüncələrinizdən xilas olmalısınız

Utancaqlıqla iç içə yaşamaq çətin bir duyğudur. ətrafdakı insanların gözündə utanılacaq vəziyyətə, axmaq vəziyyətinə düşmə, onlar tərəfindən rəddedilmə ya da yetərsiz görülmə qorxusu sizi çaşdırmasın. Utancaq qadın daim pis düşüncələrlə özünü daha çətin vəziyyətdə buraxır. Aşağıdakı düşüncələrdən xilas olmağa diqqət yetirin. Çünki bunlar sizə uyğun deyil:

-biraz daha danışsam,özümü axmaq vəziyyətinə salacağam

-ya burda olan insanlar mənim üçün “deli” deyərsə?

-söyləməyə bir şey tapmasam nə edəcəyəm?

-qızaracağam,titrəyəcəyəm..

-indi danışsam mütləq səsim qəribə çıxacaq

-ürəyim möhkəm çırpınmaya başladı,ya anidən infakt olarsam?

-bu əhatədən bir qaçabilsəm…

- hamı məni izləyir

- nə qədər sıxıcı olduğumu düşünürlər görəsən?

Problemlərinizi bol bol danışın

Psixoloq Battler,utancaqlıqdan qurtulmanın ilk yolunun utancaqlıq haqqında bol bol danışmaqdan keçdiyini bildirir. Yoldaşlarınızla,dostunuzla utancaq olduğunuz mövzuları bol bol danışın, ancaq bunların təməldə bu qədər böyüdüləcək problemlər olmadığını unutmadan. Məsələn,yeni bir sahədə olmaq sizi utancaqlığa salırsa,qorxmayın. Dostunuzla və sevdiklərinizlə yeni işlərə, sahələrə girməyə çalışın. Həqiqətən istəyərsəniz, utancaqlığı məğlub etməyə başladınız deməkdir.

Dostlarınızdan kömək istəyin

Əgər özünüzü insanlarla tanış ola bilməyəcək qədər utancaq hiss edirsinizsə, daha ünsiyyətcil və sosial bir dostunuzdan bu mövzuda kömək istəməyiniz çox ağıllıca olacaqdır. Dostunuzun sizi yeni insanlarla tanış etməsini təmin etməlisiniz. Ancaq sizin haqqınızda qabarıq şeylər deməsini deyil,tam tərsinə sizin ifadə edə bilmədiyiniz bəzi vacib və gözəl xüsusiyyətlərinizi deyərək işinizi birazca asanlaşdırmasını söyləyin. Bunu dostlarınızdan asanlıqla istəyə biləcəyinizi unutmayın

Fərqinizi ortaya çıxardın

Utancaq qadının ilk mərhələdə qarşı cinsin diqqətini çəkməsi üçün biraz fərqli olması lazımdır. Cəmiyyət içində nəzərə çarpacaq bir xüsusiyyətinizi önə çıxardın. Fərqli olduğunuzu hiss etdirdiyinizdə utancaqlığınızı bir sirr pərdəsi arxasına belə gizlətməyiniz mümkündür. Bu ilk baxışda biraz çətin görünə bilər, ancaq siz artıq utancaqlıq probleminizdən xilas olmaq istəyirsiniz. Qarşınıza çıxan heçbir şey sizi qorxutmasın.

Doğru hərəkətlər edin

Özünüzü biriylə söhbət etmə ilə utancaqlığınız arasında sıxışmış vəziyyətdə tapdığınızda qarşınızdakı adama bir sual verin. Ancaq diqqət edin sual absurd olmasın. Heç danışmadan üzünə baxmaqdansa, verdiyiniz sual onun danışmasını təmin edəcək,beləcə söhbət kəsilməmiş olacaqdır. Onun verdiyi cavabın arxasından eyni suala siz də öz cavabınızı verərək, söhbəti ağıllı bir şəkildə uzada bilərsiniz. Bunu asanlıqla bacara bilərsiniz. Çünki bu imkansız deyil…

Günay Babazadə

Xəzər Universitəsinin, psixologiya fakültəsinin tələbəsi

pcc.az

 

Go Back

TRIXOTİLLOMANİYA - Saç və Tük Qoparma Xəstəliyi

Səbəbləri

Xəstəliyin səbəbləri, problem əsnasında beyində yaranan dəyişikliklər, digər xəstəliklərdən fərqli cəhətləri, narahatlığın dərəcəsini artıran faktorlarla bağlı tədqiqatlar davam edir.  Bəzi araşdırmalar nəticəsində aşkarlanmışdır ki, xəstəlik neyrobioloji müddəti əhatə edir və xəstəliyin proqressiv müddətində genetik faktorlar xüsusi əhəhmiyyət daşıyır. Eynilə alkoqolizm, patoloji qumar, depressiya və digər psixiatrik xəstəliklərdə olduğu kimi genetik, duyğusal və mühit faktorlarının icmal nəticəsi ortaya çıxır. Lakin mühüm məqam saç qoparmağın müxtəlif xəstəliklərin komorbid əlaməti kimi ortaya çıxmasıdır. Yəni yüksək hərarət, sidik yolu infeksiyası, gün vurması kimi fərqli səbəblərlə ortaya çıxan xəstəliklərdə olduğu kimi saç qoparma da müxtəlif psixiatrik xəstəliklər əsnasında müşahidə olunur.

Etimologiya

1889-cu ildə Fransız dermatoloqu Francois Hallopeau tərəfindən saç qoparma xəstəliyinə bu ad verilmişdir. Yunan dilindən tərcümədə triko-saç, tillo-qoparma, maniya, dəlilik mənasını ifadə edir.

Trixotilomaniya daha çox kimlərdə müşahidə olunur?

Bütün yaş dövrlərində, etnik qruplarda və sosioekonomik səviyyədə olan insanlarda müşahidə oluna bilər. Problem uşaqlıq dövründə qız və oğlanlarda eyni yayılma dərəcəsində olduğu halda, yetkinlik dövründə 80-90% qadınlarda rastlanılır. Cəmiyyət arasında görülmə tezliyi 1-3%-dir.

Problem nə vaxtdan başlanır?

Xəstəlik bütün yaş dövrlərində, ən çox isə 11-13 yaş arasında ortaya çıxır. Aparılan tədqiqatların nəticəsində müəyyən hormonal dəyişikliyin problemin yaranma səbəbi olduğu müəyyənləşdirilmişdir. 1 yaşlı uşaqlarda xəstəliyin müşahidə olunduğu tədqiqatlar mövcuddur.

Xəstəlik müdaxilə olmadan korreksiya oluna bilər?

Bir insanda xəstəlik gedişatının necə olacağını təsəvvür etmək qeyri-mümkündür. Ümumiyyətlə korreksion tədbir görülməyən insanlarda problem uzun illəri əhatə edir və simptomların şiddətlilik dərəcəsinin mütəmadi dəyişməsi, hətta uzun illər remissiya olduqdan sonra yenidən residivləşdiyi müşahidə oluna bilər. Qeyd olunan xroniki forma bütün həyat dövrünü əhatə edə bilər. Lakin, uşaqlıq və ya erkən uşaqlıq dövründə başlayan bir çox nümunədə trixotilomaniya qısa bir müddət davam edə və anidən aradan qalxa bilər.

Trixotilomaniya ağrılıdır?

Bir çox xəstələr bu prosesin daha çox rahatladıcı olduğunu qeyd edir. Qoparmaq üçün yaranan impuls və qarşısıalınmaz saç və ya tükün qoparılması ilə ortaya çıxan rahatlama halı müşahidə olunur. Bəzi xəstələr bunu qaşınma və ya qaşınıldıqdan sonra yaranan rahatlamaya bənzədirlər. Trixotilomanik şəxs gündə yüzlərlə, minlərlə saç və ya tük qopardığı üçün əl, bilək, dirsək ağrıları yarana bilər. Tük soğanaqlarının iltihabı nəticəsində ağrılı folikulitlər yarana bilər.

Trixotilomaniyanın terapiyası

Terapiya xəstəliyin etiketinə görə deyil, xarakterik xüsusiyyətlərinə görə tətbiq edilir. Əsasən psixoterapiya və ağırlıq dərəcəsindən asılı olaraq farmakoterapiya aparılır.

Nərmin Quliyeva
Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi

pcc.az

Go Back

Şizofreniya haqqında elmi araşdırma


Şizofreniya(yunanca “schizo” – parçalayıram, “phren” – idrak, ağıl deməkdir) – tutmalar şəklində fasiləli və ya fasiləsiz davam edən tədricən kəskinləşərək şəxsiyyətin xarakter dəyişiklərinə gətirib çıxaran xronik gedişli, psixi xəstəlikdir. Xəstəliyin əsasən gənc yaşlarada meydana çıxması(17-25 yaş), geniş yayılması, xronikgedişlə əlaqədar əmək qabiliyyətinin itməsi,etiologiya və patogenezinin dəqiq öyrənilməməsi və buna görə də məqsədəuyğun müalicəsinin olmaması onu psixiatriyanın ənaktual probleminə çevirmişdir. Sağlam əhali arasında şzifreniyaya tutlam halları 0.5-1 %-ə bərabərdir.Bu xestəlik keçici və ya qalıcı ola bilər.İsanın düşüncə, duyğu və davranışlarında,özünün və ətrafındakılara  əhəmiyyətli dərəcədə təsir edən  bəzi dəyişikliklərə səbəb olan bir xəstəlikdir. Şizofreniya irsi xəstəliklərdən biridir.ŞİZOFRENİYA-düşüncə prosesindəki problemlər və zəif,emosianal cavablarla xarakterizə olunan əqli xəstəlikdir. Ümümi simptonlar,paranoid,esitme  hallusinasiyaları,nitqdə əks olunan düsüncə pozğunluğunun daxil olduğu yanılmalardır.Xəstəliyin ən sıx təzahürləri esitmə qarabasmaları,paranoik və ya fantastik sayıqlama və ya nitq qabiliyyətinin pozulmasıdır. Kişi və qadinların xəstəliyə tutulma sayı təxminən eynidir. Lakin belə bir tendensiya var ki, qadınlarda xəstəliyin başlanğıcı kişilərə nisbətən gec baş verir.

Şübhə yoxdur ki,insan cəmiyyəti yarandığı ilk dövrlərdə də şizofreniya xəstəliyi mövcud olmuşdur. Bu,qədim rəvayətlər,nağıllar və s. mənbələrdən məlumdur.Məsələn, Troyan padşahının  müharibədən boyun qaçırmaq məqsədilə özünü  ruhi xəstə kimi  aparması,taxt-tacı tərk edərək səhralarda yaşaması ve s.

Şizofreniyanı elmi səkildə ilk dəfə alman psixiatrı E.Krepelin olmuşdur. O, fransız alimi M.Morelin “Erkən ağıl zəifliyi”,E.Hekkerin “Heberfreniya”,K.Kalbaumun “Katatoniya”və M.Mayanın “Xroniki sayıqlama psixozları” adı ilə təsvir etdikləri psixi xəstəlik formalarını  “Erkən ağıl zəifliyi” adı altında birləşdirərək,indiki şizofreniya xəstəlilinin  gedişinin əsas qanunauyğunluqlarını təsvir etdi. Bu  xəstəliyin əsas əlamətləri:nitqin qırıqlığı,şəxsiyyətin,emosiyaların və irdənin pozuntuları başlıca əlamətlər kimi  göstərilmişdir.E.Bleyler isə ”şizofreniya” terminini  elmə gətirdi.E.Krepelin və E.Bleylerin tedqiqatlarından sonrakı illərdə şizofreniyaya olan münasibət  dəyişməyə başladı. “Ağıl zəifliyi” termini “Psixoloji qüsur”,ağıl zəifliyinə aparan proses isə “tədricən şiddətlənmə”anlayışı ilə əvəz olundu. Beləliklə,şizofreniyaya,yeni baxımdan tədricən şiddətlənərəkqüsur  əmələ gətirən,yaman və ya xoş,yəni yumşaq və ya süstgedişli formaları olan xəstəlik kimi yanaşılmağa başlandıı.2.Simptomatologiyası. .Şziofreniyanın  klinik təzahürləri öz xarakter məzmununa görə, psixopataolji əlamətlərin ifadəolunma dərəcəsinə görə müxtəlifdir. Bu xəstəlik zamanı psixi pozuntunun demək olar ki, bütün formalarına qavrama, təfəkkür, emosiya, iradə, meyl sferası və s-ni əhatə edən əksər psixopatoloji əlamətlərə rast gəlinir. Lakin bu pozuntuların bir çoxu tək-tək hallard, bəziləri isə mütləq əlamət kimi xəstəliyin bütün klinik formalarında müşahidə olunur.

 Şizofreniyanın ən xarakter əlaməti xəstəliyin adında öz əksini tapmışdır. Bu psixi tamlığın parçalanması, yəni şəxsiyyətlə mühit arasındakı normal,harmonic əlaqənin pozulasıdır. Bu psixopatoloji hal şizofreniyanın gedişinin bütün mərhələlərində, xəstəliyin klinik variantlarından asılı olmayaraq bu və ya başqa formada təzahür edən başlıca əlamət kimi daima özünü büruzə verir. Psixi tamlığın parçalanması, şəxsiyyətlə mühit arasındakı normal vəhdətin pozulması, xəstənin təfəkküründə, emosiyalarında, iradə və davranışında özünü göstərir.

 Diaqnostik əhəmiyyət kəsb edən əsas əlamətlərə aşağıdakıları aid etmək lazımdır.

  Təfəkkürün pozuntuları. Şizofreniya xəstəliyi zamanı təfəkkür sferasına məxsus olan pozuntuların qeyd olunması adi hal olmaqla lap ilkin mərhələlərində aşkar edilir. Assosiasiyaların normallığı dəyişərək xarici mühitdə baş verən hadisələrlə sağlam əlaqə itirilir və ona görə də təsəvvürlər yanlışxarakter daşıyır. Təfəkkürün qırıqlığı, mənasız müdriklik, uzunçuluq, bəzən fikirlərin axını, onların çoxluğu – mentizim, bəzən isə əksinə,onların yoxluğu, bir anlığa dayanması –şperrunq müşahidə olunur.

 Nisbətən ağır pozuntular zamanı assosiasiyaların gedişində cümlələr öz qrammatik quruluşunu saxladığı halda məzmununu itirir. Belə ki,sözlər arasında əlaqə olmur, cümlələrin mənası başa düşülmür.

 Təfəkkür pozuntusunun əksər formaları, bir qayda olaraq, xəstələrdə autizmi, özünəqapanmanı əks etdirir. Autistic təfəkkür reallığını itirmiş, xəstənin “xüsusi”,daxili məntiqinə uyğun tərzdə cərəyan edən fikirlərdir. Assosiaisyaların qırıqlığıyazıda və xəstənin bədii yaradıcılığında da özünü büruzə verir. Assosiasiyaların gedişi fikirlərin qeyri-ixtiyarı axını – mentizim formasını ala bilər.fikirlərin qeyri-ixtiyari axını xəstələr tərəfindən çətin qəbul edilir. Bununla bərabər qısamüddətli “fikirsiz” vəziyyətlər müşahidə olunurki,xəstələrbunun boşluq, uçurum, iflas kimi qiymətləndirirlər. belə hallarda xəstələr söhbət zamanı bəzən susur və bunu “fikirqırıqlığı” ilə izah edirlər.

   Şizofreniya xəstəliyində tez-tez təsadüf edilən əlamətlərdən biri də simvolik təfəkkürdür. Xəstələr konkret sözləri, əşyaları və s. mücərrəd məzmun ifadə edən, cəfəng, qeyri-müəyyən fikirlərlə əvəz edirlər. Həqiqi qanunauyğunluğunu, əsl məzmununu itirmiş məntiqsiz təfəkkürünolması da şizofreniya üçün xarakter əlamətdir. Hadisə və əşyaların, onların qarşılıqlı ılaqəsinin təhlili və əqli nəticə çıxarma qabiliyyətinin pozulması şizofreniya xəstəliyi zamanı tez-tez rast gəlinir. Xəstəliyin başlanğıcında müşahidə olunan təşviş, qorxu hisləri tədricən inkişaf edərək sayıqlama fikirlərinə çevrilir. Xəstəliyin tarixi nə qədər azdırsa, pataloji proses bir o qədər yavaş inkişaf edir və sayıqlama ideyalarını aşkar etmək bir o qədər çətin olur. Sayıqlamanı xəstə iləilk söhbətdə müəyyən etmək həmişə mümkün olmur. Bu, prosesin başlanğıcında xəstənin şəxsiyyətinin mühafizə olunması ilə əlaqədardır.

 Şizofreniyanın kəskin başlanğıcı üçün orazlı sayıqlamalar xarakterikdir. Bu zaman xəstələr bütün təbii hadisələrə xüsusi məna verir. Belə heasb edirlər ki, bu hadisələr onlara aiddir. Onlar gördüyü, eşitdiyi adi şeylərə yanlış məna verir, yaxud da təhlükəli, təhqiredici bir hal sayırlar.

  Sayıqlamanın daha tez-tez rast gəlinən formalarına təqib sayıqlamaları qiddir. Bu zaman xəstə özünün həmişə təqib olunduğunu qeyd edir. Hər yerdə onu bir neçə nəfərin, yaxud tam bir təşkilatın təqib etdiyini söyləyir.

   Özünü böyütmə sayıqlamaları nadir hallarda müşahidə olunur. Bəzən xəstə özünü “sirli ilahi qüvvə”, “hər şeyi bilən şəxs” hesab edir. Bu zaman o, düşünür ki, nəhəng işlər görməyə, təbiəti, insanın bədən quruluşunu dəyişməyə qadirdir. Digər hallarda xəstə özünün ölməzliyini, ilahi və əzəmətli olmasını təkid edir. Bəzən isə müxtəlif orqanlarda pataloji dəyişikliklərin olduğunu söyləyir(ağciyərləri havanı xaric etmir, bağırsaqları, ürəyi işləmir və s.). ipoxondriya adlanan belə sayıqlamalar ən cidi müalicəyə belə çətin tabe olur.

 Xəstəliyin bəzi formalarında müşahidə olunan əlamətlərindən biri də psixi avtomatizm sindromudur.Hallüsinasiya və sayıqlama əlamətləri fonunda cərəyan edən, xəstəyə kənar qüvvə tərəfindən məcburi icra etdirilən hərəkət və fikirlər psixi avtomatizm və ya Kandinski – Klerambo sindromu adlanır. Xarakerinə görə ideator, sensor və motor formaları ayrıd edilir. Ideator psixi aavtomatizmə missal olaraq fikirlərin səslənməsini qeyd etmək olar. Bu zaman xəstə fikirləşdiyi hər şeyi eşidir və ya onlar əks-səda kimi təkrarlanır. Ideator avtomatizmə “məcburi” icara olunan, qarşısıalınmaz fikirlərin axını aiddir. Xəstə fikilərin başqası tərəfindən  “beyinə doldurulmasından”, fikirlərin “təzyiqindən” şikayətlənir.

 Emosional pozuntular. Şizofreniyanın əsas əlamətlərindən biri olub xəstəlyin gedişi boyu bu və ya başqa formada – başlıca olaraq emosional kütlüklə ifadə olunur. Xəstələr yaxın adamlarına, qohumlarına, o cümlədən, valideynlərinə, övladlarına qarşı normal hissiyyatlarını itirir, onlara soyuqqanlı, biganə münasibət göstərirlər. Eyni zamanda bəzən olduqca tələbkar, yüksək emosionallıq, hətta affektiv reaksiyalarda ifadə olunan tərzdə münasibətərini dəyişə bilirlər.

 Xəstəliyin erkən dövründə adi hadisələrə qarşı paradoksal emosional reaksiya üstünlük təşkil edir. Belə ki, bu vaxtadək istəkli olan valideynlərə qarşı qəzəb, kin, sevdiyi peşəyə qarşı nifrət, dözümsüzlük kimi hisslər meydana çıxır. Bəzi xəstələr yaxın adamlarına qarşı eyni zamanda həm nifrət, həm də məhəbbət hissi – ambivalentlik bəsləyirlər.

  Xəstələrin xarici görünüşü, mimikası çox vaxt onun emosiyası ilə uzlaşmır. Məsələn, gülərüzlü xəstə faciəli hadisə haqqında danışır, əsəbi halda olan xəstə özünü qeyri-təbii, yüngül aparır. Bir sıra hallarda səbəbsiz olaraq xəstə özündən çıxır, yaxın adamlarını təhqir edir, əvvəllər ona xas olmayan kobud, nalayiq sözlər işlədir. Ailədə baş verən hər hansı bir bədbəxt hadisə, hətta yaxın adamın ölümü xəstəni maraqlandırmır.

   Xəstəliyin sonrakı dövrlərində, xüsusən bədxassəli şizofreniyada tam laqeydlik və emosional kütlük inkişaf edərək daimi əlamətə çevrilir.

Iradə və fəaliyyət pozuntuları. Şizofreniyaya tutulan xəstələrdə müşahidə olunan süstlük, hərəki fəaliyyətin və aktivliyin enməsi xəstələrin böyük əksəriyyətində rast gəlinən tipik əlamətlərdəndir. Xəstə öz sevimli peşəsi ilə məşğul olmağa və ya təhsilini davam etdirməyə laqeyd münasibət bəsləyir, günlərlə evdən bayıra çıxmır, yaxın qohumları, dostları ilə əlaqə saxlamaqdan,  söhbət etməkdən imtina edir. Özlərinə lazimi gigiyenlik xidmət göstəmədikləri, geyimlərinə, səliqəsinə fikir vermədikləri üçün xarici görkəmləri dəyişir, pinti və əcaib görkəm alırlar. Xəstəlik yaman gedişə mailk olarsa və vaxtında müalicəvi yadım göstərilməzsə onlarda tam hərəkətsizlik, nitqin tormozlonması, natəmizliyin artması kimi əlamətlər güclənir.

Xəstə, həkimlə söhbət etmək istədiyini bildirir, buna təkid edir, onunla tək qaldıqda isə susur, heç nə demir. Yaxud o, müalicə olunmağa razılıq verir, hətta müalicə ilə maraqlanır və elə bu vaxt dərman qəbul etməkdən imtina edir, təcili evə getmək istədiyini bildirir, inandırmağa çalışır ki, o, sağlamdır.

 Özünüdərketmənin pozulması haqqında xüsusi danışmaq lazımdır. Bu sindromun şizofreniaynın, demək olar ki, bütün kliniki formalarda təsadüf etməsi onu xəstəliyin əsas əlamətlərindən biri kimi qiymətləndirməyi tələb edir. Özünüdərketmə qabiliyyətinin pozulması ilə yanaşı psixi fəaliyyətin bəzi cəhətlərinə qarşı yadlaşma, onları inkaretmə yaranır. Bəzən isə özünün “ikiləşdiyini” deyir, öz varlığını real həyatdan təcridolunmuş təsvir edir.

 Müalicəsi. Müalicəsinin əsası ilk öncə dopaminin reseptor fəaliyyətinin qarşısını alan antiöpsixi müalicədir. Psixoterapiya peşə, social reablitasiyada, müalicədə əhəmiyyətlidir. Özünə və başqalarına xəsarət yetirmə halları olanda ilk dəfədən fərqli olaraq xəstənin qısa müddətdə xəstəxanada qalmasına baxmayaraq, o, mütləq xəstəxanaya yerləşdirirlir.

Ülvi Salmanlı

 

 

Go Back

Affekt halı - BU TƏHLÜKƏLİDİR

Bu hal bir-neçə dəqiqədən 1 saata qədər davam edə bilər

Affekt halı ciddi ruhi-duyğu pozğunluğudur. Bu hala düşən adam etdiyi davranışlara, hərəkətlərə cavabdeh olmur. Affekt halı ilkin dönəmdə özünü sadəcə müəyyən kiçik əlamətlərlə büruzə verir. Yəni xəstənin affekt olduğunu bilmək mümkün olmur. Affekt halında olan insanlar anidən və öz başına kəskin reaksiya verməyə, əsəbilik, vurmaq, qırmaq, dağıtmaq istəyində olurlar. Bu hal bir-neçə dəqiqədən 1 saata qədər davam edə bilər.

Affekt halına meylli insanların heyvan, yüksəklik, xəstəlik, yaralanma, ölüm qorxusu olduğundan onlar evdən çıxmağa, tək qalmağa qorxurlar. Affekt halı hər yaşda baş verə bilər. Ən çox 45 yaşdan sonra görünən bu xəstəlik, zehni işlərlə məşğul olan, narkotik maddələrdən və ya spirtli içkilərdən istifadə edənlərdə özünü daha çox büruzə verir.

Affekt halının yaranma səbəbləri müxtəlifdir. Affekt halı qəfildən yaranır və bir neçə dəqiqə davam edir. Affekt halı iki cür - patoloji və fizioloji. Fizioloji affekt halı qorxu, narahatlıq, əziyyət, nevroloji çatışmazlıq, ürək sıxıntısı ilə, patoloji affekt halı isə narkotik maddə qəbulu zamanı şizofreniya, depressiya halı şəklində özünü büruzə verir. Patoloji affekt çox ağır keçir. Hesab olunur ki, bu vəziyyətdə olan adamın ağlı başında olmur. Bu cür vəziyyətə pxioloji travmaya səbəb olan hadisələr, digər şəxslərin davranışı, dediyi sözlər səbəb ola bilər. Affekt halında olan insanı idarə etmək olmur. Onlar çox aqressiv davranır və ətrafdakılar üçün təhlükə yaradır. Affekt vəziyyətində olan insan öz emosiyalarını, nitqini, hərəkətlərini idarə edə bilmir. Bu halda insan nə etdiyini anlamır, bəzi hallarda affekt vəziyyətindən sonra amneziya da müşahidə olunur. Patoloji affekt halı tam psixi sağlam insanlarda da psixioloji travmalar nəticəsində yarana bilər.

Affekt halı 3 mərhələdə davam edə bilər. Affekt halının birinci mərhələsi psixoloji travmaya səbəb olan informasiyanı qəbul etdikdə başlayır. Affektiv gərginlik tədricən artmağa başlayır. İkinci mərhələ affekt halının pik nöqtəyə çatmasıdır. Bu zaman emosiyaların partlayışı baş verir. Bu fazanın əlamətləri tipikdir. İnsanda səslərin qəbul etməsi pozulur. Səslər sanki ya uzaqlaşır ya da yaxınlaşır və güclənir. İllüziyalı qavrama müşahidə olunur, hallüsinasiyalar yaranır. Elə hallar olur ki, affekt vəziyyətinə düşən insan sayqılayır, özünü hədsiz aqressiv və qəddar aparır. Affekt vəziyyətində insan baş verənləri və ola biləcək nəticəni obyektiv qiymətləndirə bilmir. İnsanın matorikasında da problemlər yarana bilər (ayaqlaırnda taqət itə, qulaqlarında küy yarana və hətta huşu da itə bilər). İkinci mərhələdən sonra affekt halının üçüncü mərhələsi başlayır. Bu mərhlədə insan baş verənlərə və ya etdiklərinə heç bir reaksiya vermir. Bu zaman insan çox pis vəziyyətdə olur. Onda ruh düşkünlüyü müşahidə olunur. Bir müddət heç kimlə ünsiyyət qurmaq istəmirlər.   

 

Fizioloji affektdə olan insanın isə ağlı başında olur. Bu vəziyyət müvəqqətidir və qıcığa qarşı partlayış xarakterli reaksiyadır. Fizioloji affekt halı pozitiv və neqativ olur. Bu cür affekt halı qəfil yaranır və insanın davranışının və psixi fəaliyyətinin qəfil dəyişməsi ilə müşayiət olur. Fizioloji affekt zamanı insan öz hərəkətlərini anlayır və özünü idarə edə bilir. O, həmin an ağlını itirmir və affekt halından sonra amneziya da baş vermir. 

Fizioloji affektin səbəbləri müxtəlifdir. Affekt vəziyyətinə şəxsin yaxınlarından kiminsə və ya hansısa insanın həyatının təhlükəli vəziyyətdə olması, konflikt, insanların onu təhqir etməsi, özünə qiymətləndirmənin aşağı salınmasına, şəxsiyyətin alçaldımasına yönələn sözlər səbəb olur.

İnsanın fizioloji vəziyyətə düşməsi şəxsin yaşından, əsəb sistemindən, özünə qiymətləndirmənin hansı səviyyədə olmasından, psixikaya təsir edən müvəqqəti fizioloji vəziyyətlərdən (yorğunluq, yuxusuzluq və s.) asılıdır.

İstənilən hisslər artaraq effekt halına qədər çata bilər. Adətən cəmiyyətdə insanlar öz güclü hisslərini büruzə verməkdə çəkinir və emosiyalarını idarə etməyə çalışırlar. Lakin bu o demək deyil ki, insan daim bütün emosiyalarını sıxmalı və üzə çıxmağa imkan verməməlidir. Xüsusilə də, müsbət hisslərin affekt vəziyyətinə səbəb olması insanın normal və sağlam həyat tərzi sürməsi üçün vacibdir. Müsbət hisslərin açıq və səmimi büruzə verilməsi şəxsiyyətin müsbət mənəvi keyfiyyətlərini üzə çıxardır. Müsbət affekt sağlamlığına, əhavlına da müsbət təsir edir.

Neqativ emosiyalara söykənən affekt vəziyyətinə düşən insan təhlükəlidir. Xüsusilə də, patoloji affektə düşən insanı daha da qıcıqlandırmaq, onunla mübahisə aparmaq olmaz. Yaxşı olar ki, affekt vəziyyətinə düşən insanı sakitləşdirməyə çalışasız. Nəzərə almaq lazımdır ki, şəxsiyyətin alçaldılmasına yönələn, psixoloji travmaya səbəb olan sözlər, hərəkətlər insanı affekt halına sala bildiyi üçün, bu cür hərəkətlərdən və sözlərdən uzaq durmaq lazımdır.

Affekt halına meylli olan isanlara yaşıl rəng sakitləşdirici təsir edir. Yaxşı olar ki, evin dizaynında yaşıl rənglərə və otaq bitkilərinə üstünlük verilsin.  

dushunce.az


 

 

Go Back

Hipomaniya

Hipomaniya, insanın psixoloji və somatik olaraq normadan artıq əhvalın müşayiət olunduğu, lakin maniya qədər şiddətli olmayan ruhi vəziyyətdir. Bu hal ən azı 4 gün, mütəmadi davam edən əsəb və ya sevinc ataklarının əvəzləndiyi fərqli əhval mərhələlərinin ifadə şəklidir.

Qeyd olunan diaqnozun qoyulması üçün aşağıda göstərilən simptomlardan ən azı 3 və ya 4-nün olması mütləqdir: özünüqiymətləndirmənin hədsiz artması və ya özünü böyütmə (bu hal normal vəziyyətdə də müşahidə oluna bilər, lakin hipomaniya halında əlamət şiddətli şəkildə ifadə olunur, hətta şəxsin nitqi, oturuşu, duruşu və fikirlərində də əks olunur) sayıqlamalarının olması. Məsələn: heç vaxt şeir yazmayan insanın “elə gözəl şeirlər yazıram ki, bütün bəstəkarlar mənimlə çalışmaq istəyir” və ya hansısa şirkətdə texniki işçinin “rəhbərin bildiyi hər şeyi mən öyrətdim” kimi ifadələri işlətməsi kimi…

Yuxu tələbatında azalmanın müşahidə olunması: gecə 2-3 saat yatır, amma gün ərzində qətiyyən yorğunluq hiss olunmur, hədsiz aktiv vəziyyətdə işini davam etdirə bilir. Növbəti gün yuxu ehtiyacı hiss etmir.

Çox danışmaq: normal vəziyyətindən fərqli olaraq qabarıq şəkildə danışma miqdarı artır. Səs tonu daha yüksək və kəsilməz şəkildə olur.

Fikir dağınıqlığı, düşüncənin sürətlənməsi: düşüncə vulkanı vəziyyətindədir. Yeni planlar, layihələr, gündəlik həyata dair detallar düşünür, lakin bir mövzuya fokuslana bilmir, hər hansı vasitəni düşünərkən beyninə gələn digər düşüncəyə yönəlir.

Diqqət defisiti: bir mövzuya fokuslanmağa çalışarkən, fərqli siqnal nəticəsində digərinə istiqamətlənmə. Əvvəlki mövzuya qayıda bilmir. Zehni asanlıqla qarışır.

Məqsədə yönəlik fəaliyyəti artırma (bacara bilməyəcəyi işlərə başlamaq, cinsi fəaliyyətin artması…) və ya psixomotor fəallıq (asanlıqla konfliktə daxil olma, gərgin şəkildə müxtəlif təkrarlanan hərəkətlər etmək). Neqativ nəticələrin ortaya çıxma ehtimalı yüksəkdir, zövq verən fəaliyyətlərə hədsiz dərəcədə daxil olma ehtiyacı var (nəzarət olunmayan fəaliyyət, sürətli maşın sürmək, riskli idman növlərinə yönəlmə) Bu əlamətlər yaşanarkən, insanın işini yerinə yetirməsi, sosial münasibət yaratma bacarığında, əvvəlkinə əsasən ətraf tərəfindən görünən tərzdə dəyişiklik ortaya çıxır. Lakin bu pozuntu və ya dəyişiklik, maniyadakı kimi şiddətli olmur. Peşə fəaliyyətində, sosial tədbirlərdə və ya digərləri ilə yaranan münasibətlərdə müşahidə olunan pozuntuya şərait yaradacaq, özünə və ya başqasına zərər verməsinin qarşısını almaq üçün xəstəxanaya yatırmağa ehtiyac duyulacaq qədər ağır deyil. Hipomaniyada, maniyaya bənzər səslər eşitmək, xəyal görmək, ona qarşı neqativ hərəkətlər törənəcəyi ilə bağlı qəti inanclar, mənəvi güclərin ona təsir etməsiylə bağlı sayıqlamalar, xüsusən də reallıqdan uzaq psixotik əlamətlər müşahidə olunmur.

Hipomaniya depressiya səbəbiylə, antidepressant istifadə edən insanlarda müşahidə oluna bilər. Bu halda həmin preparatın qəbulu saxlanılmalıdır. Bir çox hallarda dərmanın kəsilməsiylə vəziyyət tam korreksiya olunur. Lakin hipomaniyanın bu tərzdə hipomaniya olaraq qalıb daha sonra təkrarlanmayacağına dair zəmanət yoxdur. Sürətlə inkişaf edib xəstəxanaya yatışla nəticələnən maniya tablosuna da çevrilə bilər. Buna görə də hipomniya, təcili psixiatrik vəziyyətdir, dərhal mütəxəssis yardımı alınmalıdır. Maddə istifadəsi, metobolik vəziyyət və ya hər hansı beyin travmasının olması şəxsdə ilk dəfə ortaya çıxan hipomaniya tablosuna gətirib çıxara bilər. Bipolyar pozuntunun bir hissəsi olaraq da depressiya ataklarıyla yanaşı hipomaniya da müşahidə oluna bilər. Terapiya isə insanın şəxsiyyət tipindən, xarakter xüsusiyyətindən asılı olaraq dəyişə bilər.

Nərmin Quliyeva
Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi

pcc.az

Go Back

Həyəcan pozuntusu

Əgər siz də yaxınlarınıza nəsə olacağından, bəd xəbər eşidəcəyinizdən qorxursunuzsa, ürəyinizin sürətli döyünməsindən, boğulma hissindən əziyyət çəkirsinizsə bu yazını oxuyun.

 

Həyəcan bizim həyatımızda imtahandan tutmuş evlilik həyatımıza qədər müxtəlif dövrlərdə qarşımıza çıxan bir prosesdir. Bu psixi proses adi halda norma kimi qarşılansa da, bir çox hallarda insanların gündəlik həyatına ciddi mənada təsir edən bir xəstəlik səviyyəsinə gəlib çatır. Həyəcan pozuntuları psixiatriyada bir neçə xəstəliyi özündə birləşdirən xəstəliklər toplusudur. Buraya yayılmış həyəcan pozuntusu, sosial fobiya, panik atak, obssesiv kompulsiv pozuntu kimi cəmiyyətdə çox tez-tez rast gəlinən xəstəliklər daxildir. Bunların arasında isə ən geniş yayılanı məhz həyəcan pozuntusudur.

Bu xəstəlik özünü psixoloji və somatik olmaqla 2 qrup əlamətlə biruzə verir:

 

1. Psixoloji

 

Yayılmış həyəcan pozuntusu xəstəliyi özünü ifrat həyəcanla göstərən bir xəstəlikdir. Belə ki, ən əsas əlaməti səbəbsiz, xəstənin özünə də mənasız gələn həyəcan tutmalarıdır. Bundan başqa xəstələr ən çox valideynlərinin, övladlarının və ya həyat yoldaşlarının başına pis iş gələcəyindən, evə telefon zəngi daxil olduqda bəd xəbər olacağından qorxurlar. Bu fikirlər o qədər güclü olur ki, hətta bəziləri gecə yaxınlarının nəfəs alıb almadıqlarını yoxlaya kontrol edə bilirlər. Diqqət və konsentrasiyalarında azalma, tez-tez və səbəbsiz əsəbləşmək, tez yorulma, ölüm qorxusu, ağlamaq, yuxusuzluq, həvəzsizlik, istəksizlik də həyəcan pozuntusunun psixoloji əlamətləridir.

 

2. Somatik

 

Somatik əlamətlər dedikdə biz orqanizmdə özünü göstərən əlamətləri nəzərdə tuturuq. Bunlardan ən önəmlisi ürəkdöyünmə və ya çırpınmasıdır. Bunlardan başqa boğulma, tam nəfəs ala bilməmək, boğazda “nəsə ilişib qalıb” hissi, boyun, kürək və başda ağrılar, bədəni istilik basması, tərləmə, ağızda quruluq və sair hisslər hakim kəsilir. Bu hisslər o qədər güclü olur ki, pasientlər tanıdıqları bütün ürək həkimlərini, terapevtləri gəzirlər və əksər hallarda da həkimlərdən eyni cavabı alırlar - “Sənin ürəyində heç nə yoxdur”. Şikayət davam etdiyi üçün bu cavab xəstələri əksər hallarda qane etmir və onlar biz psixiatrların yanına demək olar ki, bütün tibbi müayinələrdən keçmiş və ümidlərini itirmiş vəziyyətdə gəlirlər.

Tibbin müasir inkişaf səviyyəsinə gəlib çatmasına baxmayaraq, təəssüflər olsun ki, həyəcan pozuntusu xəstəliyinin yaranma səbəbləri tam aydın deyildir. Bir neçə elmi nəzəriyyə vardır ki, bunlardan ən önəmlisi “serotenin” nəzəriyyəsidir. Yayılmış həyəcan pozuntusu xəstəliyinin yaranma səbəbi kimi məhz beyində sinirlər arasında informasiyanın ötürülməsini təmin edən “xöşbəxtlik hormonu” adlandırılan serotenin maddəsinin miqdarının azalması göstərilir.

Xəstəliyin müalicəsində dərman və psixoterapiya metodlarından istifadə olunur. Xəstəyə müalicədən əvvəl xüsusi psixoloji testlər tətbiq olunaraq xəstəliyin dərəcəsi müəyyən edilir. Yüngül dərəcəli həyəcan pozuntusu olan xəstələrdə bəzən dərmansız, yalnız psixoterapiya ilə də keçinmək mümkündür. Psixoterapiya metodu olaraq koqnitiv davranış terapiyası seçilməlidir. Xəstəliyi daha şiddətli keçirən xəstələrdə isə dərman və psixoterapiya birlikdə istifadə olunmalıdır. Dərman terapiyası olaraq antidepressantlardan istifadə edərək tam sağalmaya nail olmağa çalışırıq. Bu xəstliklərin uğurlu müalicəsində yeganə maneə xəstələrin daha çox terapevtlərə, nevropatoloqlara və digər ixtisas həkimlərinə müraicət etməsindədir. Önəmli olan isə bir psixiatr müayinəsindən vaxt aşırı keçərək təyin olunan dərmanları mütəmadi qəbul etməkdir.

 

Orxan Fərəcli

Psixologiya və Konsultasiya Mərkəzinin psixiatrı

 

lent.az

Go Back

20 nəticə göstərilir