Düşüncə Jurnalı

header photo

Bakıda möhtəşəm "Mavi işıqla işıqlandır və Autizmi tanı" adlı tədbir keçirildi - 02.04.2016

03-04-2016

02.04.2016 tarixində “Narınc Uşaq Psixologiya Mərkəzi“(NUPM) və “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi”(ADPYM) İctimai Birliyi tərəfindən 2 Aprel Dünya Autizm məlumatlandırma günü ilə əlaqədar olaraq Bakı Olimpiya stadionunda “Mavi İşıqla İşıqlandır və Autizmi tanı” adlı tədbir keçirildi.

XXI əsrin qlobal problemi hesab edilən autizm  ölkəmizdə də ən aktual bir mövzudur.Aparılmış tədqiqatlara görə dünya əhalisinin 1 faizi yəni 70 milyon əhali autizmin qurbanıdır. Qeyri-rəsmi stastistikamıza əsasən ölkəmizdə  təxmini 4000 yaxın uşaq autizm sindromundan əziyyət çəkir.Getdikcə bu say artmaq üzrədir. Yaranma səbəbi elmə 100% məlum olmayan autizm sindromu ilə mübarizə günün tələbidir.Keçirilən tədbir zamanı ölkəmizdə məşhur və görkəmli binalardan hesab edilən Bakı Olimpiya Stadionu mavi işıqla işıqlandırılaraq Biz də autizmin fərqindəyik mesajı verildi!

 Tədbirdə aidiyyatı dövlət və qeyri-dövlət təşkilatları nümayəndələri, mütəlif səfirlik təmsilçiləri və türk mütəxəssisləri, KİV-nin nümayəndələri , görkəmli xalq şairi, aktyor və ilahiyyatçılar ,eyni zamanda autizm sindromlu uşaqlar,valideynlər və digər qonaqlar iştirak etdilər.

Tədbirin gedişatı zamanı gələn rəsmi məlumatlara əsaslanaraq şəhid olan hərbi qulluqçularımızın da ruhu dərin təəssüf hissi ilə yad edildi və bütün qonaqların iştirakı ilə şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi!

Tədbir rəsmi və qeyri rəsmi hissədən ibarət oldu. Rəsmi hissədə ilk öncə söz tədbirin təşklati qurumlarının rəhbərlərinə verildi. Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov, Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri,psixoloq Narınc Rüstəmova və Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Qəzənfərqızı tədbirin ərsəyə gəlməsiylə bağlı çıxış edərək,qonaqları salamladılar.  Daha sonra iştrak edən digər qonaqlar Fəlsəfə elmləri üzrə fəlsəfə doktoru,AMEA-nın fəlsəfə,sosiologiya və sosial psixologiya şöbəsinin müdiri Rəfiqə Əzimova, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nəzdində Psixi Sağlamlıq Mərkəzinin rəhbəri,tibb elmləri doktoru, professor Fuad İsmayılov, Ombudsmanın əlilliyi olan şəxslər üzrə aparatının müşaviri Müqalib Mahmudv, Fələstin,Sudan və Çexiya Səfirlərinin  xanımları, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, ilahiyyatçı-alim, “İçərişəhər” cümə məscidinin axundu Hacı Surxay Məmmədli və digərləri söz alaraq tədbir və günün mahiyyətini əks etdirən nitq ilə çıxış etdilər və Tədbir təşkilatçılarının bu cür ali təşəbbüsə görə təbrik etdilər və hər zaman bu kimi layihələrə dəstək olmağa hazır olduqlarını bildirdilər.

2 aprel günü Narınc Uşaq Psixologiya Mərkəzinin 7 illik yubileyi də qeyd edildi. Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova qeyd etdi ki, “Bu gün onun üçün hər iki cəhətdən də əlamətdər bir gündür. Mərkəzinin yaranma tarixinin məhz 2 aprel Beynəlxalq Autizm Marifləndirmə günü ilə üst-üstə düşməsi heç də təsadüfi deyildir! İllərdir prinsipimizə sadiq qalaraq hər zaman balalarımıza əlimizdən gələn bütün köməkliyi göstərmişik və bunun nəticəsi olaraq valideynlər tərəfindən qazandığımız təşəəkür, boyük etimad və sevgi hissi bizim ən böyük uğurumuzdur!”

Tədbirin qeyri-rəsmi hissəsində kiçik qonaqlar əyləncəli müsiqilər, şoular, cizgi film personajları, şən klounlarla gözəl vaxt keçirdilər və uşaqlara müxtəlif hədiyyələr təqdim olundu.

      

Go Back

Sorğu göndər