Düşüncə Jurnalı

header photo

Orxan Fərəcli 14-18 sentyabr 2014-cü il tarixində, İspaniyanın Madrid şəhərində keçiriləcək "XVI Ümumdünya Psixiatriya Qurultayı"nda!!!

Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu Dr. Orxan Fərəcli 14-18 sentyabr 2014-cü il tarixində, İspaniyanın Madrid şəhərində keçiriləcək "XVI Ümumdünya Psixiatriya Qurultayı"nda Azərbaycanı təmsil edəcək.

 

Orxan Fərəcli haqqında məlumat:
Azərbaycan Beynəlxalq Universitetinin müalicə-profilaktika fakültəsinin məzunudur. 
2006 - 2010-cu illər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanası tibb qardaşı;
2010 - 2011-ci illər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanası İnternatura;
2011 - indiyədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanası həkim psixiatr;
2013 - indiyədək Xəzər Universitetində Klinik Psixologiya fənni üzrə tədris müəllimi;
2013-cü ildə Ankara Nümunə Təhsil və Araşdırma Xəstəxanasında 3 aylıq ixtisasartırma kursu keçib.
Azərbaycan Psixiatriya Assosiasiyasının üzvüdür. Bu sahədə keçirilən Respublika və beynəlxalq səviyyəli tədbirlərin iştirakçısıdır.
2009 - indiyədək Psixologiya və Konsultasiya Mərkəzində (PCC) Klinik psixologiya sahəsində təlimlər və fərdi konsultasiyalar aparır.


Go Back

Sorğu göndər