Düşüncə Jurnalı

header photo

YAP Binəqədi rayon Təşkilatı Narınc Uşaq Psixologiya Mərkəzi üzrə ərazi ilk partiya təşkilatı təsis etdi-FOTOLAR

24-12-2016

23 dekabr 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasında rayon təşkilatının “Narınc Uşaq Psixologiya Mərkəzi” ərazi ilk partiya təşkilatı təsis edildi. Təsis yığıncağında YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, təşkilatın əməkdaşları Kubra Əliyarlı, Zamin Süleymanov, Şəbnəm Məmmədova, Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmova, mərkəzdə çalışan YAP üzvləri iştirak etdilər.

Yığıncağı giriş nitqi ilə açan Ramiz Göyüşov yığıncaq iştirakçılarını salamladı. Onlara YAP-ın və rayon təşkilatının yaranma tarixindən geniş bəhs etdi. YAP-ın ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin, gərgin əməyinin, Azərbaycan xalqının böyük istək və arzusunun nəticəsi olaraq yaradıldığını diqqətə çatdırdı. Hazırda Cənubi Qafqazda ən böyük və mütəşəkkil siyasi partiya olaraq YAP-ın qazandığı uğurlardan və siyasi nüfuzundan bəhs etdi. Ramiz Göyüşov, həmçinin YAP-ın və rayon təşkilatının strukturu haqqında ətraflı məlumat verərək bu partiyada böyük ziyalı, dövlətinə və millətinə bağlı komandanın çalışdığını bildirdi. Sədr mərkəzin rəhbərinə və oradakı partiya üzvlərinə ərazi ilk partiya təşkilatının yaradılması təklifi ilə çıxış etdikləri üçün minnətdarlığını bildirdi. Əməkdaşlığın səmərəli qurulacağına əminliyini ifadə etdi və rayon təşkilatı tərəfindən mərkəzin bütün layihələrinə dəstək veriləcəyini söylədi.

Yığıncaqda ərazi ilk partiya təşkilatının təsis edilməsi məsələsi yekdilliklə qəbul edildikdən sonra sədr, sədr müavini. ƏİPT-nın Qadınlar Şurasının və Gənclər Birliyinin sədri vəzifələrinə seçkilər keçirildi. Narınc Rüstəmova yığıncaq iştirakçılarının yekdil qərarı ilə ƏİPT-nın sədri, Fəridə Şərifova sədr müavini, Mətanət Camalova QŞ-nın, Aydan Talıbova GB-nin sədri seçildilər.

Yığıncaqda çıxış edən ƏİPT-nın sədri Narınc Rüstəmova rəhbərlik etdiyi mərkəz haqqında ətraflı məlumat verdi. Burada çalışan kollektivin savadlı psixoloq, pedaqoqlar olduğunu bildirdi. Əsasən gənclərdən ibarət olan kollektiv üzvlərinin böyük fəxrlə YAP sıralarında təmsil olunduğunu və onların təşəbbüsü əsasında mərkəz üzrə ƏİPT-nın yaradılması təklifinin dəstklənməsini mühüm hadisə adlandırdı. Ona göstərilən etimada görə şəxsən rayon təşkilatının sədri Ramiz Göyüşova və yığıncaq iştirakçılarına təşəkkürünü bildirdi. Bu etimadı ən yüksək səviyyədə doğruldacağını və yeni-yeni təşəbbüslərlə, layihələrlə çıxış edəcəklərini diqqətə çatdırdı.

Yığıncaqda çıxış edən digər YAP üzvləri də onların təşəbbüslərinə dəstək verildiyi üçün YAP Binəqədi rayon Təşkilatına təşəkkür etdilər.

Yığıncaqda, həmçinin YAP sıralarına yeni üzv qəbul edilən şəxslərə partiya üzvlük vəsiqələri təqdim edildi. Sonda rayon təşkilatına Narınc Uşaq Psixologiya Mərkəzinin fəaliyyətindən bəhs edən materiallar və mərkəzin təlim-metodiki vəsaitləri hədiyyə edildi.

 

bineqediyap.org.az
 

Go Back

Sorğu göndər