Düşüncə Jurnalı

header photo

Coşqun Dəniz - "Sadə məsələlərin yaratdığı mürəkkəblik..."

Yuvanın təməli sevgi, istiliyi razılaşma, damıda hörmətdir...

Məqalə tamamilə xarici müşahidələrimə əsaslanır.

Son zamanlar tez-tez rastlaşdığımız belə bir anlayış mövcuddur- "Ailə konfliktləri". Hansı ki bir çox mütəxəsislərlə yanaşı psixoloqların da diqqət mərkəzində dayanır. Ailə olduqca geniş bir anlayışdır və özündə bir çox məsələləri birləşdirir. Necə dəyərlər ailə kiçik bir dövlətdir və onun uğurlu idarəsi vacib şərtlərdən biridir. Hər bir ailə müxtəlifdir. Belə bir fikir mövcuddur. "Hər bir ailə tarixdir, hətta oxumağı bilənlər üçün dastandır..."   

Ümumilikdə "Ailə kofliktləri" cinayətkarlıq və boşanma hallarının mərkəzində dayanır.Xəbər portallarında rastlaşdığımız cinayətkarlıq hallarını buna misal göstərmək olar. Son zamanlar ailədaxili münaqişələrin böyük bir qismi qısqanclıq zəminində baş verir. Qısqanclıq hallarını araşdırdıqda isə olduqca sadə , gülünc məsələlərlə rastlaşırıq. Hansı ki mürəkkəb proseslərin yaramasına səbəb olur. Gündəlik həyatımızda baş verən hər xırda məsələlər insan psixologiyasına kəskin dərəcədə təsir göstərir. Sadə bir misalı nəzərdən keçirək.   Gündəlik iş həyatımızda direktorlarla aramızda tez-tez xoşagəlməz hallar baş verir və bu hallar daxilimizdə  aqressiya şəklində toplanır.  Evə gəldikdə isə hər xırda məsələlər bizə böyük problemlər şəklində görsənərək aqressiya partlayışına səbəb olur. Məlumdur ki, ailə anlayışı hər kəs üçün eyni mənanı kəsb etmir. Bəziləri üçün o nəsilartırma, digər biriləri üçün "dayaq", "sevgi", "birlik" anlamına gəlir. Bir çoxları xoşbəxt ailə modelini arzulasada bəzən bu mümkün olmur. Sevgi ilə qurulmuş aile tezliklə xarici təsirlərlə, iqtisadi- sosial, psixoloji problemlərlə üzləşir.Günü-gündən Avropaya inteqrasiya edən ölkəmizdə ailədaxili  yeni problemlər baş qaldırır.Bəzi ailələrdə ailə fərdlərindən biri müasirləşməyə can atdığı halda digəri avtoritar ailə modelini, necə deyərlər " öz ata-baba adətlərini" ön mövqeydə tutur. Bəs sonra?.. Beləliklə yeni konfliktlər yaranır. Ailə daxili konfiliktlər az hallarda müsbət şərait yaratsada bəzən mənfi hallara , boşanmaya imza atır. Yalnız bununla bitmir.Günümüzdə saxta mentalitet anlayışı hələdə kifayət qədər məhşurdur. Hansı ki bu anlayış ailəni daxildən parçalayaraq uçuruma sürükləyir. Mentalitet hər bir ailəyə görə dəyişir. Beləki bəziləri  qadınını təhsilli olması  eleyhinə olduğu halda bir başqası təhsili ön plana çəkir. Acınacaqlı haldır ki hələdə bəzi rayonlarda "gəlin evin süpürgəsidir" anlayışı hökm sürür.

Ailə problemləri yalnız rayon daxilində diqqəti cəlb etmir. O eyni zamanda şəhərləri, eləcədə paytaxtımızıda əhatə edir. Hər kəsə məlumdur ki son dövrlərdə erkən nigahlara heç də az rast gəlinmir.Bu nigahlardan çox az hissəsi öz eviliklərini yürüdə bilirlər. Bəs digərləri?... Erkən nigahların uğursuzluğu səbəbləri içərisində başlıca amili təhsildə görürəm. Beləki natamam təhsilli ailələrin bir çoxunun yetərincə biliyə malik olmaması yeni konfliktlərə yol açır. Sadə bir halı nəzərdən keçirək. Günümüzdə kifayət qədər aktual olan "qız", "oğlan"uşağı fərqləndirməsi. Bəzi ailələr xüsusilə  oğlan uşağı istəklisi olduğu təqdirdə qız uşağı atası olurlar.Bu halda tək müqəssir qadın olur.Səbəb? Çünki ailə XY xromosomu barəsində yetərincə biliyə malik olmurlar( yada inkar edirlər).  Və buda son halda boşanmaya səbəb olur.  

Ailədaxili konfiliktlərin yaranmasına kişilərlə yanaşı qadınlarda təsir göstərir. Qadınların bir çoxu uğurlu ailə həyatı arzuladığı halda digər bir qismi karyera qurmağa can atır. Lakin bir qisim qadınlarda mövcuddur, hansı ki karyer ilə ailəni paralel aparmaq uğuruda mübarizə aparır. Bu mümkün olmadıqda isə frustrasiya halı yaranır. Qadında evdəkilərə qarşı aqressiv hal baş qaldırır. Bunun nəticəsidirki ailədə münasibətlərdə soyuqluq yaranır. Digər hallarda isə kişilərin çox hissəsi xanımlarının hələdə nə istədiklərini anlamır, əks halda isə onun istəklərinə əhəmiyyət vermirlər.

Səbəbi nə olursa olsun son halda isə konflikt qurbanları uşaqlar olur. Bəzən uşaqların bu mövzulara qarşı nə qədər həssas olduqları unudulur. Ailədə baş verən hər bir münaqişə uşağın inkişaf etməkdə olan psixologiyasında dərin iz buraxır. En pis halda isə gələcək həyat üçün antisosial şəxs yetişdirir.

Son olaraq qeyd etmək istərdim ki hər kəs "İdeal ailə" arzusundadır. Mənə görə isə İdeal aile bünövrəsi yaxşı qoyulmuş ailədir. İdeal ailəni  axtarmaq yox, yaratmağa cəhd etmək lazımdır!  Uğurlu Ailə modelinizi yaratmaq ümidi ilə...

Coşqun Dəniz

Bakı Dövlət Universiteti

Sosial Elmlər və Psixologiya fakultəsinin tələbəsi 

Go Back

Sorğu göndər