Keçmişdən bəri hərkəsin həyatında önəmli məqamlardan biri ailə həyatıdır. Zamanı gəldiyində insanlar özünə ömür yoldaşı olduğuna əmin olduqdan sonra həyatlarını birləşdirməyə qərar verirlər. Bu yolda valideynlər gənclərin ən böyük dayağı olmalı , onların düzgün qərar vermələrinə çalışmalı , dəstək olmalıdır. Normal mühitdə ailə dedikdə, nigah qurmuş iki insan və dünyaya gələn övladları bura daxil edilir. Lakin, cəmiyyətdə ən böyük problemə çevrilən məsələ ailə mühitinin həddən artıq genişlənməsi və daha çox insanı əhatə etməsidir. Beləki, yeni evlənmiş iki gənc həyatlarının ən gözəl anlarını tək başına yaşamaq yerinə bu mühitə qaynana, qaynata,baldız, qayın və daha çox insanlar ailənin içinə aid edilir. Ailəyə kənardan müdaxilələr, anlaşılmazlıqlar, bir birlərinə komprimisə getməmək ən böyük bədbəxtlik olan boşanmalara gətirib çıxarır.Boşanmalara bir çox amillər təsir edir və bu istiqamətdə aparılan bütün addımlar eyni nəticələrə gətirib çıxarır.Bu yolda daha çox problem oğlanın anasının heç bir şəkildə gəlindən razılıq etməməsi , bəzən isə oğlunu qısqanmaq (xüsusən oğlan evin tək oğludusa) , eyni zamanda qızın yoldaşının anasını öz anası kimi qəbul etməməsi və bu kimi digər hallar baş verir. Yaranmış kiçik bir anlaşılmazlıq üzündən ailədə problem yaranır. Ən gərəksiz hallardan biri də bu probelmin bütün qohumlar tərəfindən bilinməsi, hərkəsin bu məsələdə fikir yürütməsi ,nəsihətlər ,məsləhətlər etməsidir. Yaşlı insanlar bu problemləri daha çox görməzdən gəlməyi tövsiyyə edər, bu cür halların hərbir ailədə baş verə biləcəyini deyərlər. Ailədən kənara çıxan bu məsələ artıq həllini tapmaqdan çıxar , problemin daha da böyüməsinə yol açar. Kimisi gəncləri günahkar bilər və valideynlərin hər zaman haqlı ola biləcəyini deyər, kimiləri isə gənclərin cahil və tam həyatı dərk etmədiklərini deyər və valideynlərdən onlara səbr göstərməsini istəyər. Bütün bunlar nə səbəbi ortadan qaldırmaz nə də nəticəni bərpa etməz.
Boşanmalara gətirib çıxaran səbəblər təkcə kənar təsirlər deyil, gənclərin şəxsi keyfiyyətlərinin üst üstə düşməməsi , zaman keçdikcə yaranan anlaşılmazlıqlar, bir birinin ruh halına bələd olmamaları, sinirlərinə sahib ola biləmək, kompromisə getməmə, inadcılıq və bu kimi digər ünsürlər də aiddir.
Çox şahidi olduğumuz kimi birbirini dəlicə sevən iki gəncin ailə qurması ilə onların sevgisinin bitməsi boşanması arasında vaxt fərqi çox olmuyada bilir. Bütün bunlar həqiqətən mi sevginin bitməsi üzündən baş verir. Ailə adlanan məfhumda önəmli faktorlar mövcuddur. Burada sevgi nə qədər vacib rol oynasa da, hörmət etmək bütün hallarda vacib olduğu kimi ailədə də ən vacib amildir. Bu daha çox birbirinin fikirlərinə hörmət etmək deməkdir. Əgər bir məsələdə fikirlər fərqlidirsə, bu zaman ortaq qərara gələrək problem yaratmağın qarşısını almaq olar. Həqiqətəndə birinin fikrinə hörmət etmək o şəxsin sevgisini qazanmaq üçün mühüm amildir. Ailə daxilində baş verən bütün anlaşılmazlıqlar fikirlərin fərqli olması ilə başlayır.
Ailə həyatı qurmağı düşünən hər bir gənc gözəl günlərin xəyalını qurar, xoşbəxt, uzunömürlü bir ailəyə sahib olacağını ümid edər. Həqiqətən də necə deyərlər "heçkəs boşanmaq üçün evlənməz". Qarşılaşdığı bütün çətinliklər ailədə münaqişələrə yol açar. Kişilərin bəzən qadınlara həddən artıq basqısı, qadınların isə dedektiv kimi davranaraq yoldaşının hər addımını izləməsi hər iki tərəfdə narazılığa və mübahisəyə səbəb olur. Yaranmış qısqanclıq ailədə inamsızlığa yol açar, hətta bucür hallarda ailədə tərəflərin artıq birbirinə güvənməməsi halı meydana çıxar. Bucür münasibətlərin yaranması ailə bağlarının qopmasına , tərəflərin birbirinə olan hörmətinə son qoyar. Bucür hallar övladların psixoloji travma almalarına səbəb olar.
Boşanmaların statistik göstəricisi günü gündən artır. Bütün bunların qarşısını almaq ailələrin dağılmaması, uşaqların psixoloji cəhətdən zərər görməməsi üçün vacib tədbirlər görülməlidir. Bu işdə ilk öncə tərəflərin hər ikisinin səhvlərini və doğrularını ayırd edə bilməsi üçün psixoloqa müraciət etməsi işin daha tez nəticələnməsi üçün müsbət addımdır. Yaşanmış bütün hadisələr hər ikisində öz təsirini buraxdığı kimi təkrar ailəsini bərpa etmək istəməsində tərəddüdlərə səbəb olacaq. Yaşanan bütün hadisələr təkrarən gözdən keçirilməli, ortaya çıxan narazılıqların həlli yolunu axtarmaq , gənclərin birbirinə olan sevgi və hörmətini yenidən qazanması üçün hər ikisi çalışmalıdır. Ailənin yenidən bir arada olması, bərpası üçün övladlar xüsusi rol oynayır. Hər iki tərəf uşaqlarla daha çox vaxt keçirməli, problemlərini uşaqlarının gələcəyindən üstün tutmamalıdır.
Hər birimiz çalışmalıyıq ki, vacib ünsürlərə diqqət edək. Ailə quran gənclər birbirini anlamağa çalışsın , kompromisə getməyi bacarsın, həm gələcək ailələrimiz uzunömürlü olsun , boşanmaların statistikası aşağı səviyyəyə ensin və cəmiyyətə istər fiziki istər psixoloji cəhətdən sağlam ruhlu övladlar bəxş etsin.
İbrahimli Fəridə, tələbə