Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Kulinariya"

Amerika mətbəxi

07-01-2017

Dünyanın müxtəlif hissələrindən mədəniyyət, irq və dinlərin qarışığı Amerika mətbəxinin müxtəlifliyini asanlıqla izah edir. 

Bir çox millətlərin mətbəxi
Amerika mətbəxinin zənginliyi Hindililər, Afrikalılar, və həmçinin Avropa və Asiya immiqrantların tə’siri nəticəsində formalaşıb. Müxtəlif reqionlarda məskən salan etnik qruplar aşpazlıq mədəniyyətinə tə’sir göstəriblər. Əlavə olaraq, ölkənin böyük ərazisi də Amerika mətbəxinin müxtəlifliyinin səbəblərindən biridir. 

Fast fud
Şübhəsiz, fast fud anlayışı birbaşa Amerika mətbəxi ilə asosiassiya edilir. Fast fud dedikdə, dərhal ən populyar Amerikan yeməkləri olan xot doq, qamburqer və ya toyuq qanadları yada düşür. Bu yeməklər hal hazırda bütün dünyada çox populyardır və onları dünya ölkələrin əksəriyyətində dadmaq olar. Amerika mətbəxi ən çox fast fud ilə əlaqələndirilir. Fast fud adətən bayırda nahar zamanı tez tələsik yeyilən çox kalorili və o qədər sağlam olmayan qida deməkdir. 

Süfrədə tərəvəzlər
Diqər tərəfdən, ən’ənəvi şorbalar, kekslər, marinadlar və yaxud tərəvəz və meyvə tərkibli salatlar həmçinin Amerikan mədəniyyətin bir hissəsidir. Şirin qarğıdalı və balqabaq kimi qidalı tərəvəzlərin vacibliyini nəzərdən qaçırmamalıyıq. Qarğıdalı müxtəlif şəkildə süfrəyə verilir. Yağ və duzla verilən bişmiş qarğıdalı, popcorn, və ya corn dogs — üzərində qarğıdalı xəmiri olan yaxşı qızardılmış sosiskalar ən populyar yeməklərdəndir.

Balqabaq burada həmçinin xüsusi tərəvəz sayılır. O, əsasən 31 okyabr tarixində qeyd olunan Xelouinlə əlaqələndirilir. Xelouin zamanı bütün Amerika rəngini narıncı rəngə dəyişir, və evləri lampa şəklində bəzəyən içi oyulmuş bu tərəvəzin yanından keçmək qeyri-mümkün olur. Ən populyar yeməklər balqabaq şorbası və balqabaq piroqudur. 

Amerikan ənənəsi
Təşəkkür günündə süfrəyə verilən içi doldurulmuş hind quşu, şirin kartof və quşüzümü sousu kimi yeməklər Amerikan mədəniyyətinin ayrılmaz hissəsidir.

Bütün ailə süfrənin arxasında yığılıraraq əldə etdiyi məhsula görə tanrıya dua və şükür edir. Amerikada dostlarla görüşmək üçün o qədər səbəb var ki – barbekü, qril qonaqlıqları tez-tez təşkil olunur. Bağda qonaqların qəbulu da çox populyardır. Qrildə ətdən və tərəvəzlərdən tutmuş meyvəyə kimi hər şey bişirmək mümkündür. Amerikan barbekü qonaqlığında adətən müxtəlif souslarla verilən qabırğalar və toyuq qanadları istifadə olunur.

Amerikan mətbəxində salatlardan da çox istifadə olunur. Kahı ilə Sezar salatı, vineqret, və ya tərəvəzlər və bərk bişirilmiş yumurta ilə Şefin salatı da çox populyardır. Başqa populyar salatların sırasında mayonezli kələm və yerkökü salatı və kərəviz, alma və qozdan hazırlanan Valdorf salatlarıdır. Duzdür, sağlam və qidalı xörəklərin hazırlanması müəyyən vaxt və səyləri tələb edir. Lakin, bunuda unutmamalıyıq ki, qidanın hazırlanması həmçinin cəhd və fantaziya tələb edən incəsənətdir.

 

bonduelle.az 

Go Back

Şirin kolbasa

03-11-2016

Çay süfrəsi üçün asan peçenyenin hazırlanması

Tərkibi: 

500 q şirin çöp 
100 q kərə yağı
500 q "Korovka" konfeti 
Şirin çöpləri perqamentin üzərinə yanaşı düzün. 
Su hamamında kərə yağını və "Korovka" konfetlərini əridin (asan olsun deyə konfetləri iki bölün). Qarışdırın, eynicinsli kütlə alınmalıdır. 
Çöplərin üzərinə tökün. 
Qaşıqla kənarlarınadək yayın. 
Kağızın köməyilə rulet kimi bükün. 
Kağıza, sonra da qida plyonkasına büküb soyuducuya qoyun. 
Donandan sonra fal-fal doğrayın. 
Tünd olmasını və daha gözəl görünməsini istəyirsinizə, konfetləri əridərkən kakao əlavə edin. 
Nuş olsun! 

arxiv.az

Go Back

Royal salatı

19-10-2016

Ərzaqlar..

200 qr - toyuq filesi

2 turşu  - soğan

4 -  yumurta

100 qr   -qoz

2  - alma

Mayonez ( istənilən ) 

Duz, istiot .

Hazırlanma qaydası...

 

Toyuq ətini kubik-kubik   formasında kəsirik.
Salatı lay-lay dayaz qaba əlavə edirik... Çalışmalıyıq ki, salat dördbucaqlı forması alsın:
 
Yumurtanın ağı -  ( süzgəcdən keçirilmiş vəziyyətdə ) 
Toyuq - ( kubik formasında doğranmış halda )
Mayonez..
Soğan - ( turşuya qoyulmuş )
Alma  ( süzgəcdən keçirilmiş )
 
Xırdalanmış qoz..
Yumurta sarısı  ( süzgəcdən keçirilmiş )
 
Hər layın arasına duz, istiot əlavə etdikdən sonra mayonez çəkirik....
Pendir və zeytundan isə royalımızın dillərini hazırlayırıq....

Nuş olsun !Nuş olsun !

qadin.az

 

Go Back

Minsk salatı

24-04-2015

Tərkibi: 

2 orta boy kartof
250 q şampinyon 
200 q duzlu kələm
1 soğan 
bitki yağı (qovurmaq üçün)
ağ istiot 
duz

Qazana təmiz su töküb ocağa qoyun. Su qaynayanadək kartofu tərtəmiz yuyun. 

 
Qabıqlı kartofun hər birinin ortasından bıçaqla dairəvi çərtin (sanki Yer kürəsini ekvatorla yarıya bölürsünüz). Qaynayan suya qoyun, ocağı orta itilikdə edin, 10 dəqiqə bişirin. Duz vurun, daha 15-20 dəqiqə bişirin. Bişib-bişmədiyini çəngəllə yoxlayın. Bişibsə, qaynar suyu süzün, üstünə soyuq su alın. Bir az soyumuş kartofu əlinizə götürün, əlinizi bir tərəfinə vuran kimi qabığı rahatlıqla çıxacaq. Bu qayda ilə qabıqdan təmizləyin. 

Soğanı doğrayın. 
 
Göbələyi yuyun, qurulayın, nazik dilimləyin. 
 
Tavada bitki yağını qızdırın. Orta itilikli odda əvvəlcə soğanı 2 dəqiqə qovurun, sonra göbələyi əlavə edin. 
 
Şirəsi tam çəkilincə bişirin, qızardın. 

Kartofu kubik doğrayın, yaxud dilimləyin (zövqə görə). 
 
Qabda göbələk, kartof və duzlu kələmi qarışdırıb, duz-istiot vurun. 

Süfrəyə soyuq verin. Üzərinə doğranmış  cəfəri və ya şüyüd səpə bilərsiniz. 

Bu salaın üzərinə bitki yağı, sirkə və şəkər tozundan ibarət sous da gəzdirmək olar. 
 
Nuş olsun! 
 
milli.az

Go Back

Ballı badamlı keks

19-03-2015

Tərkibindəkilər:

3 ədəd yumurta

1 stəkan şəkər tozu

1 paket krem

2 stəkan un

1 paket qabartma tozu

1 çay qaşığı darçın

 

Üzəri üçün:

2 stəkan badam

100 qram kərə yağı

3 xörək qaşığı süd

3 xörək qaşığı bal

Yarım stəkan şəkər tozu

 

Hazırlanma qaydası:

Bir qaba yumurtaları və şəkər tozunu töküb köpənə qədər qarışdırın. Üzərinə kremi əlavə edib çalın. Ələdiyiniz un, qabartma tozu və darçını əlavə edib taxta qaşıqla qarışdırın. Yağlı kağız sərdiyiniz qaba boşaldın. 180 dərəcədə üzəri qızarana kimi bişirin.

Üzəri üçün lazım olan bütün ləvazimatları zəif odda bişirin.

Keksin üzərinə sərib sobaya qoyun.

Badamlar karamel rəng alana kimi bişirin.

 

Nuş olsun!

 

lent.az

Go Back

"Zəncirotu" peçenyesi

14-02-2015

"Zəncirotu" peçenyesinin hazırlanma qaydasını təqdim edirik:

Tərkibi (20 ədəd): 

3 bişmiş yumurta sarısı
125 q yumşaldılmış kərə yağı
0,5 paket qabartma tozu
3 x.q. xama
150 q un 
qarğıdalı çöpləri 
kokos yonqarı 

qlazur: 

0,5 st. şəkər tozu
3 x.q. 10%-li qaymaq (süd də olar)
30 q kərə yağı

Yağı bişmiş yumurta sarıları və xama ilə çalın. Un, qabartma tozu əlavə edib yumşaq xəmir yoğurun. Kündə formasına salıb soyuducuda 30 dəqiqə saxayın. 

Soyuducudan çıxardığınız xəmirdən xırda kündələr tutun, perqament döşənmiş siniyə düzüb 180-190 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə, üzəri yüngül qızaranadək bişirin. 

50 q qarğıdalı çöplərini blenderdə xırdalayın, 25 q kokosla qarışdırın. 

Qlazur: şəkər tozu, yağ və qaymağı tayqulpa töküb ocağın üstünə qoyun, qarışdıraraq qaynara düşməsini gözləyin, ocaqdan götürün. 

Soyumuş peçenyeləri qlazura batırın, üzərinə qarğıdalı çöpləri ilə kokos yonqarının qarışığını səpin. 

Nuş olsun! 

​milli.az

Go Back

"Şahmat" peçenyesi

27-01-2015

 Naxışı şahmat taxtasını xatırladan peçenyelərin hazırlanma qaydasını təqdim edirik.

Tərkibi: 

3 yumurta
220 q kərə yağı
4 x.q. qəhvəyi şəkər tozu
1 çimdik vanil
1/3 ç.q. duz
1 x.q. kakao tozu
270 q un (ağ xəmirə 140, tünd xəmirə 130 q)

Yumurtaları suda bişirin. Təmizləyin, ağını sarısından ayırın (bu reseptdə yumurtanın ancaq sarısından istifadə olunur, yəni yumurta ağlarını başqa resept üçün istifadə edə bilərsiniz). 
Bişmiş yumurta sarılarını çəngəllə əzin. 

Yumşaldılmış kərə yağını qəhvəyi şəkər, duz, vanil və yumurta sarıları ilə qarışdırın. 

Bu qarışığı iki bərabər hissəyə ayırın. Birinə kakao tozu qatın. 

Hər qarışığa ayrılıqda un əlavə edib 2 ayrı xəmir yoğurun. 

Tünd rəngli xəmirin üstünə açıq rənglini qoyun, azca üstündən basın, soyuducuda 30-40 dəqiqə saxlayın. 

Açıq və tünd rəngli xəmirləri 14x9 sm ölçüdə yayın. 

Soyuducudan çıxardığınız xəmirin kənarlarını bıçaqla kəsib hamarlayın.

Eyni endə 4 şəridə bölün. 

Sonra yanaşı bir ağ, bir tünd şəridi qoyun. Ağ şəridin üstündən tünd, tündün üstündən ağ şərid qoyun.

Alınan "kərpici" 1 sm enində paylara bölün.

Siniyə perqament döşəyin. Peçenyeləri üstünə düzün. 180-190 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin. 

Nuş olsun!

milli.az

Go Back

“Bombom” şirniyyatı

10-01-2015

Çox sevəcəyiniz ləzzətli “Bombom” şirniyyatının hazırlanma qaydasını təqdim edirik.

Tərkibindəkilər:

1 paket sadə biskivit

1 stəkan süd

2 yemək qaşığı şəkər pudrası

2 yemək qaşığı kakao

1 paket vanil

1 yemək qaşığı kərə yağı

1 stəkan fındıq

 

Bəzəmək üçün:

1 stəkan rəngli şəkər

1 stəkan hindistan qozu ( kakos )

 

Hazırlanması:

Biskiviti un halına gələnə kimi blendrdən keçirin. İçinə vanil, kakao və şəkər pudrası əlavə edib qarışdırın. Kakao yerinə istəsəniz, blenrdən keçirilmiş xurma da istifadə edə bilərsiz. Südü də əlavə edib yoğurun. İçinə fındığı da əlavə edib yoğurmağa davam edin. Kərə yağını əridib qarışıma qatın və azca yoğurun. Qarışımdan kiçik toplar hazırlayıb hindistan qozu və rəngli şəkərlə bəzəyin. Topları soyuducuda saxladıqdan sonra süfrəyə verə bilərsiz.

Nuş olsun!

ailem.az

Go Back

"Qoyun" salatı

03-01-2015

Tərkibi:

300 q-mal əti

2 ədəd yumurta

500 q-gül kələm

3 x/q-konservləşdirilmiş qarğıdalı

200 q-konserviləşdirilmiş qara zeytun

Mayonez

Duz, istiot

1 dəst-cəfəri

1 ədəd qırmızı bibər (bəzək üçün)

1 ədəd duzlu xiyar (zövqə görə)

Hazırlanması:

Əvvəlcə gül kələmini, yumurtaları və əti qaynamağa qoyuruq.

Qaynadılmış əti, yumurtaları və zeytunları dörd künc dorayırıb, qarğıdalını əlavə edirik.

Cəfərini doğrayıb üzərinə əlavə edirik.

Qarışıma mayonez əlavə edib, qarışdırırıq. İndi isə salatı qoyun formasına salırıq.  Üz hissəsi üçün üzərinə gül kələmi düzürük.

Qulağını yarım zeytunu təmizləyib qoyuruq. Burun hissəsi üçün xırda doğranılmış zeytunları düzürük.

Gözü üçün yumurtadan və zeytundan faydalana bilərsiz.

Gül kələmini elə düzün ki, qoyunun yununu xatırlatsın.

Kənar hissələrinə cəfəri və yumurta ilə, zövqə görə qırmızı bibərdən çiçək də hazırlaya bilərsiz.

Budur, süfrənizə bəzək verəcək "Qoyun" salatımız hazırdır.

ailem.az

Go Back

"Qar təpələri" salatı

22-12-2014

Tərkibi: 

8 yumurta
1 yerkökü
400 q bişmiş süd kolbasası 
1 baş soğan 
2 kartof
200 q bərk pendir 
200 q mayonez 
1 x.q. kərə yağı (qovurmaq üçün)
ədviyyat, sarımsaq - zövqə görə 

Soğanı təmizləyib kubik doğrayın. 

Yerkökünü təmizləyib sürtgəcin orta gözündən keçirin. 

Soğan və yerkökünü kərə yağı ilə qızılı rəng alanadək qovurun. 

Kartofu qabıqlı bişirin, təmizləyin. 

Kartofu və südlü kolbasanı xırda kubik doğrayın. 

Pendiri sürtgəcin xırda gözündən keçirin.
 
Yumurtaları suda bişirin, təmizləyib ortadan bölün, ağını sarısından ayırın. 
 
Yumurta sarılarını çəngəllə əzib 20 q mayonezlə qarışdırın. Mayonezə sürtgəcdən keçirilmiş sarımsaq da vura bilərsiniz. Yumurta sarısı-mayonez  qarışığını boş yumurta ağlarının içinə doldurun. 

İndi isə lay-lay düzün: 

Yastı boşqaba aralarına mayonez çəkməklə öncə kartofu, üzərinə yerkökü-soğan qarışığını, kolbasanı düzün. İçinə yumurta sarısı ilə mayonezin qarışığını doldurduğunuz yumurta ağlarını kəsiyi üzüaşağı olmaqla düzün. Üzərinə bolluca mayonez çəkin. Ən axırda sürtgəcdən keçirilmiş pendir səpin. (Sonuncunu salatı süfrəyə verəndən 5 dəqiqə əvvəl etsəniz, "qar təpələri" daha gözəl görünəcək). 

Salatın üzərinə ərzaqdan müxtəlif fiqurlar (Şaxta baba, Qar adamı, pinqvin və s.) da düzəldib qoya bilərsiniz, əsas odur, "qar" mövzusuna uyğun olsun. 

Kolbasa əvəzinə qovrulmuş toyuğun döş ətini, yaxud qaraciyər istifadə edə bilərsiniz. Həmçinin salata ispanaq, kapers də əlavə edə bilərsiniz. 

Mayonez sevməyənlər xama və ya xama ilə qatıq qarışığından istifadə edə bilərlər. 

Nuş olsun! 

milli.az

Go Back

"Qar qız" salatı

12-12-2014

Tərkibi (4 pay): 

150 q hisə verilmiş pendir
100 q çedder pendiri
2 kartof 
1 soğan 
mayonez 
1 siyənək balığı* (hisə verilmiş)
1 iri yaşıl alma 
3 yumurta

bəzək üçün: 
tomat pastası

qırmızı kələm
qara dənəvər istiot 
suluquni

Kartofu, yumurtanı suda bişirin, təmizləyin, sürtgəcdən keçirin (yumurtanın ağını sarısından ayırın). 

Salatı qoyacağınız uzunsov, hamar qabın üzərinə mayonezlə Qar qızın konturunu çəkin. 

Sonra isə lay-lay döşəyin: 

Konturun içi ilə bir mayonez çəkin + kartof + siyənək balığı + mayonez + marinə edilmiş soğan + sürtgəcdən keçirilmiş alma + mayonez + hisə verilmiş pendir + azacıq mayonez + yumurta sarısı. 

Üzərinə mayonez çəkib bəzəməyə başlayın. 

Qar qızın kürkü, tacı, əlcəkləri üçün sürtgəcdən keçirilmiş yumurta ağlarından istifadə edəcəksiniz. Bunun üçün yumurta ağlarını qırmızı kələmin şirəsi ilə qarışdırın, o, mavi rəngə boyayır. 

Çedder pendirini sürtgəcin xırda gözündən keçirin - bu, kürkün yaxalığı və manjeti olacaq.

Suluquni pendirindən Qar qızın saçını və hörüyünü düzəldin. 

Bərk pendirdən xırda dairə - Qar qıza üz - kəsin.

Qara istiot dənələri gözləri olsun. 

Qaşını və burnunu kəklikotunun budağından düzəldə bilərsiniz. 

Tomat pastasına diş çöpünü batırıb Qar qızın dodaqlarını çəkin. 

*Qeyd: balığı xoşlamayanlar onu toyuq əti ilə əvəz edə bilərlər. Onu duzlu suda bişirməyi unutmayın. 

Nuş olsun! 

milli.Az 

Go Back

Xatirə tortu

04-12-2014

Tərkibi:

Xəmir üçün:

Xama – 2 st.
Şəkər – 1,5 st.
Yumurta – 2 əd.
Nişasta – 3 x.q.
Araq – 3 ç.q.
Soda – 1,5 ç.q.
Un – lazım olduğu qədər (təxminən 2 st.)

Krem üçün:

Un – 2 x.q.
Süd – 0,5 st.
Yağ – 100 – 150 q.
Konyak – 1 x.q.

Hazırlanması:

Bütün xammalları qarışdırıb, axırda nişasta və un tökün, qatı xamaya oxşar xəmir hazırlayın. Xəmiri iki hissəyə bölün, bir hissəyə iki çay qaşığı kakao tozu əlavə edin. Ağ və qəhvəyi xəmirlərin hərəsindən iki kökə bişirin. Soyuduqdan sonra aralarına krem çəkib, üst-üstə qoyun.

Unu süddə tam həll edib, qarışdıra-qarışdıra bişirin, soyuduqdan sonra yumşaldılmış kərə yağına az-az qatıb, krem çalın. Kremə sonda konyak əlavə edin.

Nuş olsun!

metbex.net

Go Back

Şamı (Lənkəran)

25-11-2014

Ərzaqlar:

500 q qoyun ya da mal əti

1 ədəd baş soğan

1 ç.q un

1 ədəd yumurta

1 ç.q sumaq

2 x.q əridilmiş kərə yağı(ya da duru yağ götürə bilərsiniz)

Duz

Istiot

Hazırlanması:
Doğranmış mal ya da qoyub ətini yuyub üstünə su töküb bişməyə qoyuruq. Ətin suyuna az duz əlavə edirik.
 Suyu qaynayanda kəfini yığıb sonra normal odda yarıbişmiş vəziyyətə qədər bişiririk. Ət soyuduqda soğanla bir ət maşınından keçiririk. Ətin üstünə yumurta, sumaq, un, duz və istiot töküb yaxşı qarışdırırıq. Ətdən əlimizə alıb yumru formada kotletlər düzəldirik. Tavada yağı qızdırıb kotletləri düzürük. Hər iki üzünü qızardırıq.

Şamı ikinci yemək kimi süfrəyə verilir. Bəzən də düyü ilə birgə plov kimi süfrəyə verilir.

Nuş olsun!

resept.az

Go Back

Şokoladlı dondurma

21-11-2014

Ərzaqlar:

1 banka qatılaşdırılmış süd

2 st süd

1 x q qarğıdalı nişastası

3 x.q tünd kakao

Hazırlanması:

Kakao ilə qarğıdalı nişastasını yaxşı qarışdırırıq.

Qarışığın üstünə südü əlavə edib odun üzərində qarışdırırıq.

Kakao tamam həll olduqdan sonra qatılaşdırılmış südü əlavə edirik.

Qarışığı qatılaşana qədər qarışdıra-qarışdıra qaynadırıq.

Damcı ağırlaşan kimi odun üzəridən götürürük.

İlıq olana qədər tez-tez qarışdırırıq.Sonra qaba töküb soyuducunun büzxanasına qoyuruq.

Dondurma tamam donduqda soyuducudan çıxarıb zövqə görə bəzəyib süfrəyə verə bilərsiniz. (kakos, şokolad qırıntıları, müxtəkif ləpələr və.s )

Nuş olsun!

Go Back

Piti

14-11-2014

Bizim ailələrdə və yeməkxanalarda çox iştahla yeyilən əziz xörəkdir. Mümkün qədər qoyunun çox yağlı döş-maçasından, peysər, sərdəs ətindən bişirilir. Pitiyə ətlə bərabər quyruq da salınsa daha ləzzətli olar. Piti sümüklü ətdən də bişirilir. Saxsı külpələrdə bişirilən piti xüsusilə ləzzətli olur.

Hazırlanma qaydası: 
qabaqcadan isladılmış noxud küpədəki suyun içinə tökülərək bişirilir. 
30-40 qrama yaxın doğranmış sümülü və sümüksüz ət noxud qaynayan qaba atılır, içinə duz, soğan salınır. Kəfi alınır. 

Ümumiyyətlə xörəklər, xüsusən piti, nə qədər dəmlə bişərsə, bir o qədər dadlı olar. Bişənə yaxın içinə ədviyyat (sarıkök, istiot), olsa albuxara, olmasa təzə və yaxud qurudulmuş alça salınır. 

Bundan sonra soyulub yuyulmuş kartof, əgər iridirsə iki bölünərək bişən ətin içinə atılır. Piti süfrəsində mütləq soğan olmalıdır.

Bəzi ailələr pitinin suyuna çörək doğrayıb ayrıca yeyirlər, sonra isə həmin qabda ətini əzib yeyirlər. Bəziləri isə ətlə suyunu biryerdə qarışıq yeyirlər. Zövqə görə bunların hər ikisi ləzzətlidir.

kayzen.az

Go Back

Külçə

11-11-2014

Azərbaycanın milli şirniyyat növlərindən biridir.

(Bir ədəd üçün)

Ərzaqlar:

1 st ilıq süd
1/3 st şəkər tozu
100 q kərə yağı
1 ədəd yumurta
1/2 ç.q maya
Aparanadək un
Bir çimdik duz
1/3 ç.q sarıkök
1/4 ç.q (küşniş toxumu, zəncəfil, hil, və s) zövqə görə
1 ç.q xaş-xaş və çörək otu
Zövqə görə istəsəniz kişmiş də əlavə edə bilərsiniz.


Hazırlanması:

Yağı əridirik. Südü ilıq istidirik. Mayanı ilıq suda qarışdırırıq və 10 dəqiqə saxlayırıq köpsün. Dərin bir qaba unu ələyib üstünə mayanı, yağı, südü, duzu, yumurtanın ağını, şəkər tozunu və ədavaları əlavə edib yumşaq xəmir yoğururuq. Xəmiri isti yerdə acımağa qoyuruq. (2-3 saata acıyacaq) Xəmiri qabdan çıxarıb kündəliyib qaba kağız qoyub kündəni də qoyub qalınlığı 2-2,5 sm qalınlıqda yayırıq. Bir saat saxladıqdan sonra üzünə yumurta sarısını çəkib çəngəl ilə naxış vurub, çörək otu və xaş-xaş səpirik. 180 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk. Tamam soyuduqdan sonra kəsib çay süfrəsinə verə bilərsiniz.

Nuş olsun!

 resept.az

Go Back

Düyü salatı - Mütləq dadın

03-11-2014

Ərzaqlar:

Üzüm sirkəsi – 2 x.q.

Yumurta – 1 əd.

Düyü – 300 q.

Pomidor – 750 q.

Göbələk – 250 q.

Limon – ½ əd.

Cəfəri – 2 x.q.

Zeytun yağı – 6 x.q.

Duz – zövqə görə

 Hazırlanması: (30 dəq)

Düyünü 10-15 dəq suda qaynadın. Sonra aşsüzəndə soyuq su ilə yuyun və soyudun. Pomidoru duzlayıb, süzgəcə qoyun ki, artıq suyu çıxsın. Göbələyi kasada limon suyu ilə qarışdırın. Düyünü böyük salat kasasında pomidor və göbələklə qarışdırıb, istiot və cəfəri əlavə edin. Sonra üzərinə sirkə, yağ və duzu əlavə edib yaxşıca qarışdırın. Salatı yumurta ovuntuları ilə bəzəyin və süfrəyə verin. (formaggio)

Go Back

Lahmacun hazırlamağın ən asan yolu!

06-10-2014

 

Havaların soyuması həm də xəmir yeməkləri “mövsümünün” başlaması deməkdir. Bilirik ki, bu dəfə sizinlə reseptini paylaşmaq istədiyimiz yemək də çoxlarınızın sevimli qidalarındandır. İndi isə reseptə diqqət yetirək, ev şəraitində lahmacunun hazırlanması qaydası ilə tanış olaq.

 6-7 nəfərlik lahmacun hazırlamaq üçün bizə lazımdır.

Xəmiri Üçün:

1 xörək qaşığı maya

1 çay qaşığı şəkər tozu

1  stəkan ilıq su

4 stəkan un

2 çay  qaşığı duz

 Üstü Uçün:

25o q çəkilmiş qoyun əti

1 ədəd soğan

3 ədəd pomidor

1 dəstə cəfəri

3 diş sarımsaq

1 xörək qaşığı acı bibər tozu

duz

4 xörək qaşığı soyuq su

 Xəmiri hazırlayaraq işə başlayaq. Bir qabda maya, şəkər tozu və yarım stəkan ilıq suyu qarışdırın. 1 stəkan unu iri qaba ələyin. Üstünə mayalı qarışığı əlavə edib, qarışdırın. Qabın üstünü örtün, özünə gəlməsi üçün 30 dəqiqəlik isti yerdə saxlayın Sonra qalan unu da bu qarışığa əlavə edin. Duzu və qalan yarım stəkan suyu da əlavə edib, yaxşıca qarışdırın. Sonra yenə xəmirin üstünü dəsmalla örtüb 1 saat gözləyin. Xəmir gələnə qədər içi hazırlamağa başlayın.

 İç üçün ayırdığınız bütün ərzaqları xırda-xırda doğrayıb üzərinə bibər tozunu və suyu əlavə edib yaxşıca qarışdırın.

Sobanı 230Cdək qızdırın. Gəlmiş xəmiri bir az un səpilmiş yerə qoyun və əlinizlə ona uzunsov şəkil verin. Bıçaqla 6-7 hissəyə bölün. Sonra isə kündələrin birini unlanmış yerdə oxlovla açın və unlanmış qaba qoyun. Lahmacunu istinmiş sobada ət bişənədək, təxminən 6-7 dəqiqə bişirin. Bir lahmacun bişənədək, digər kündələri də eyniylə açıb, içdən yayıb, bişirin. Lahmacunu isti-isti süfrəyə verin. Yanına doğranmış limon və cəfəri qoyub süfrəyə verin.

 Nuş olsun! 

ailem.az

Go Back

Fındıqlı Keks

30-09-2014

 Çayla qonaqlarınıza təqdim edə biləcəyiniz, ağızda əriyən fındıqlı keks reseptini təqdim edir.

 Tərkibindəkilər:

 125 qr kərə yağı

 180 qr qara şokolad

 1 stəkan şəkər tozu

 4 ədəd yumurta

 ½ st qatıq

 50 qram fındıq

 120 qr (1 st. un )

 Hazırlanması:

 Kərə yağı və şokoladı əridin. İçinə 1 stəkan şəkər tozunu əlavə edib mikserlə qarışdırın. Sonra yumurtaları əlavə edib qarışdırmağa davam edin. Unu, fındıqları, qatığı əlavə edib son dəfə qarışdırın. Qarışdırdıqdan sonra balaca dəmir qaba töküb 175 dərəcədə isinmiş sobada 35-40 dəqiqə bişirin.

 Nuş olsun!

 Qeyd:  Şokoladlı şirniyyatları 40 dəqiqədən çox bişirməyin. Əks halda quru və sərt olar.

 ailem.az

Go Back

Meyvələri Necə Dondurmaq Lazımdır?!

25-08-2014

 

Meyvənin dondurulması heç də onun vitaminlərinin ölməsi demək deyil. Yalnız C vitamini cüzi miqdarda azalır. Əgər meyvələri doğru mövsümdə dondursanız, qışda supermarketlərdən dərmanlı meyvənləri almalı olmayacaqsınız.

Dondurulmuş meyvələrlə siz qışda yaranan avitaminozun qarşısını ala bilərsiniz. Demək olar ki, bütün giləmeyvələri dondura bilərsiniz. Ərik, alça, üzüm, albalı, mərsin, gilas və digər ürəyiniz istəyən giləmeyvəni seçə bilərsiniz. İri meyvələrdən isə, armud, alma, qarpız və yemişi dondurmaq olar. Seçim əlbəttə ki, genişdir. Ancaq elə meyvələri seçmək lazımdır ki, onlardan sizə lazım olan vitamini əldə edə biləsiniz.

Əsas tələblər

Dondurmaq istədiyiniz meyvələr tam yetişmiş olmalıdır. Lakin istisna hal da var. Əgər dondurduqdan sonra meyvələri kompot və ya mürəbbə bişirməyə istifadə edəcəksinizsə, tam yetişməmiş meyvələrdən də istifadə etmək olar.

Dondurmazdan 2 saat əvvəl yığılmış giləmeyvələr bu proses üçün ideal sayıla bilər. Bu halda meyvələr həm təravətli, həm də daha vitaminli olur. Diqqətli olun, xərəb və çürük meyvələr gözünüzdən qaçmasın.

Əvvəlcə meyvələri nədə və necə qablaşdıracağınıza qərar verin-kiçik və ya böyük porsiyalarla, paket və ya xüsusi qablarda. Buzxananızın ölçüsünü nəzərə alın. Qışda sizə hansı meyvələr və nə üçün lazım olacaq və s. bu kimi sualları əvvəlcədən düşünün.

Əslində giləmeyvələri şəkər tozu ilə dondurmaq daha yaxşı olar. Əks halda onlar deformasiya olur və formasını itirir. 1kq giləmeyvəyə 0,3 kq şəkər tozu əlavə olunmalıdır. Meyvələri artıq istifadə olunmuş paketlərə yığmaq olmaz. Bir qablaşdırmaya 600-700 qramdan artıq giləmeyvə yığmağınız məsləhət deyil. Diqqət edin ki, qabın içində hava qalmasın

Dondurma qaydası

Giləmeyvələri yaxşıca yuyun və təmizləyin. Kağızın üstündə qurudun və iri tasa yığıb şəkər tozunu səpin. Sonra isə artıq onları paketlərə və ya plastik qablara yığıb 2-3 saatlıq soyuducuya qoyun. Meyvələrin suyunun çıxmağını gözləyin. Sonra onları çıxardın, giləmeyvələri öz şirəsi ilə birlikdə plastik qablara yığın və buzxanaya üstü açıq şəkildə qoyun. 1 gündən sonra yenidən çıxardıb, sıx şəkildə qablaşdırın və artıq qışa qədər buzxanaya yerləşdirin.

metbex.net

Go Back

20 nəticə göstərilir