Düşüncə Jurnalı

header photo

"Şahmat" peçenyesi

 Naxışı şahmat taxtasını xatırladan peçenyelərin hazırlanma qaydasını təqdim edirik.

Tərkibi: 

3 yumurta
220 q kərə yağı
4 x.q. qəhvəyi şəkər tozu
1 çimdik vanil
1/3 ç.q. duz
1 x.q. kakao tozu
270 q un (ağ xəmirə 140, tünd xəmirə 130 q)

Yumurtaları suda bişirin. Təmizləyin, ağını sarısından ayırın (bu reseptdə yumurtanın ancaq sarısından istifadə olunur, yəni yumurta ağlarını başqa resept üçün istifadə edə bilərsiniz). 
Bişmiş yumurta sarılarını çəngəllə əzin. 

Yumşaldılmış kərə yağını qəhvəyi şəkər, duz, vanil və yumurta sarıları ilə qarışdırın. 

Bu qarışığı iki bərabər hissəyə ayırın. Birinə kakao tozu qatın. 

Hər qarışığa ayrılıqda un əlavə edib 2 ayrı xəmir yoğurun. 

Tünd rəngli xəmirin üstünə açıq rənglini qoyun, azca üstündən basın, soyuducuda 30-40 dəqiqə saxlayın. 

Açıq və tünd rəngli xəmirləri 14x9 sm ölçüdə yayın. 

Soyuducudan çıxardığınız xəmirin kənarlarını bıçaqla kəsib hamarlayın.

Eyni endə 4 şəridə bölün. 

Sonra yanaşı bir ağ, bir tünd şəridi qoyun. Ağ şəridin üstündən tünd, tündün üstündən ağ şərid qoyun.

Alınan "kərpici" 1 sm enində paylara bölün.

Siniyə perqament döşəyin. Peçenyeləri üstünə düzün. 180-190 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin. 

Nuş olsun!

milli.az

Go Back

Sorğu göndər