Düşüncə Jurnalı

header photo

Limonlu Cheesecake

17-08-2014

Ərzaqlar

  •  1,25 kq yağsız kəsmik
  •  200 q suxarı
  •  400 q şəkər tozu
  •  100 ml qaymaq
  •  150 q kərə yağı
  •  6 yumurta + 2 yumurtanın sarısı
  •  40 q nişasta
  •  1 limonun sedrası (qabığı)
  •  0,5 ç.q. duz
  •  giləmeyvə (bəzək üçün)

Hazırlanması

  1. Suxarını mətbəx kombaynında xırdalayıb 150 q şəkər tozu və su hamamında əridilmiş kərə yağı ilə qarışdırın. Perqament döşənmiş siniyə töküb bərabər qaydada yayın.
  2.  Kəsmiyi nişasta ilə qarışdırın. Mikserlə 6 yumurta və 2 yumurta sarısını qalan şəkər tozu, duz və limon sedrası ilə çalın. Qaymağı ayrıca çalıb buna əlavə edin. Eynicinsli qarışıq alınana qədər qarışdırın.
  3.  Sinidəki xəmirin üzərinə yayın. Üzərini hamarlayın. 180 dərəcə qızdırılmış sobada təxminən 1 saat bişirin.
  4. Çizkeykin qıraqları bişib ortası isə hələ “titrəyən” vaxt sobanı söndürün, amma çizkeyki oradan çıxarmayın. Qoyun oradaca soyusun. Əgər çox bişirsəniz, o, ortadan çatlayacaq və doğrayanda ovulub töküləcək.
  5. Lap soyumamış, bir az isti olarkən adi tikiş sapının köməyilə doğrayın. Bu zaman o, ovulmur. Üzərini giləmeyvə ilə bəzəyib süfrəyə verin.

Go Back

Sorğu göndər