LAVAŞ SALATI
Lavaş salatı asan və tez hazırlanan salat hesab olunur. Bu salatı qısa müddət ərzində hazırlamaqla özünüzü, sevgilinizi, yaxınlarınızı sevindirə bilərsiniz.
Ərzaqlar:
2 ədəd iri ölçülü lavaş
2 ədəd yerkökü
2 ədəd kartof
200 qram holland pendiri
200 qram toyuğun döş əti
2 diş sarımsaq
2 ədəd xiyar turşusu
zövqə görə mayonez, duz və istiot
Hazırlanması:
1.Lavaşı düz yerə sərib üstünə mayonez sürtün;
2. Lavaşın üstünə sürtkəcdən keçirilmiş kartof, yerkökü qoyub üstünə 2-ci mayonezli lavaşı sərin.
3. İkinci qat lavaşın üstünə sürtkəcdən keçirilmiş xiyar turşusunu, toyuğun didilmiş döş ətini, sürtkəcdən keçirilmiş holland pendirini, əzilmiş 2 diş sarımsağı səpib istiot və duz da əlavə edib lavaşları rulet kimi bükün.
4. Sonra isə 20 dəqiqə soyuducuda saxlayıb dilimləyərək süfrəyə verin.