Düşüncə Jurnalı

header photo

Yoqurtlu Tort

18-11-2013

YOQURTLU TORT

Lazım olan ərzaqlar:
200 qram peçenye
50 qram kərə yağı
20 qram jelatin
1000 mlq. şirin, 2,5%-li yoqurt
3 paçka müxtəlif rəngli jele

Hazırlanması;
Tortun əsası üçün peçenyeləri xırdalayın, yumşaldılmış kərə yağı ilə eynicinsli kütlə alınanadək qarışdırın, kərə yağı çəkilmiş kənarları açılan formanın (28 sm diametrli) içinə qoyub hamarlayın. Bunu bir neçə dəqiqə dondurucuda saxlayın. Üç müxtəlif jeleni qablaşdırmasının üstündə göstərildiyi qaydada hazırlayın. Bunları çox da hündür olmayan üç ayrı qaba qoyun. Soyuducuda bərkiməsi üçün bir müddət saxlayın. Sonra çıxarıb kubiklərə bölün. Jelatini bir qədər isti suda həll edib şişməsi üçün saxlayın. Sonra su hamamına qoyub jelatin tam əriyənədək saxlayın (qaynatmaq olmaz). Bunu nazik axınla durmadan qarışdırdığınız yoqurtun içinə tökün. Bundan sonra dərhal yoqurtla jelatin qarışığını (yoqurt çox tez qatılaşır) peçenyedən hazırladığınız korjun üstünə qoyun. Bunun üstünə müxtəlif rəngli jele kubiklərini qoyun, tortu soyuducuya yerləşdirin.
Süfrəyə verməzdən əvvəl tortu soyuducudan çıxarın, bir neçə saniyə içində qaynar su olan ləyəndə saxlayın. Belə etdikdə jele formanın kənarlarından asanlıqla ayrılır. Bundan sonra tortu ehtiyatla çıxarıb qaba qoyun.

Qeyd: Bu tortun içinə meyvə də qoymaq olar. Təzə, yaxud konservləşdirilmiş meyvəni xırdalayıb peçenye korjunun üstünə düzün, jelatinli yoqurtu isə üstünə çəkin.

Go Back

Şərh yazmaq funksiyası bu məqalə üçün ləğv edildi.