Nəticə göstərilir : "Lahiyələr"
“Məktəblinin dostu” layihəsi - Psixoloqlara sertifikatlar verildi
17 yaşım olsaydı... - YENİ MÜSABİQƏ
Psixologiya və Konsultasiya Mərkəzinin yeni layihəsi
“17 yaşım olsaydı…” məqalə müsabiqəsi
1.Qəbul müddəti: 04.04.16-04.05.16
2.Məqalənin həcmi: 14 shrift, Times New Roman, səhifə sayı mütləq deyil
3.Məlumat: məqaləni göndərənin adı, soyadı, əlaqə nömrələri, email və oxuduğu\işlədiyi müəssisə, ixtisas qeyd olunmalıdır.
4.Nəticə: iştirakçılar sonda iştirak etdikləri və yazdıqları mövzularla bağlı müxtəlif nominasiyalar üzrə, ən əsası isə qalib sertifikatı və mükafatlar ilə təltif olunacaqlar.
6.Müsabiqənin informasiya dəstəyi: pcc.az; elnurrustamov.az; psixotest.az; dushunce.az
E mail: pccmerkez@gmail.com
"VALİDEYNLİK MƏKTƏBİ" - Valideynlər üçün sosial-psixoloji layihə
Narınc Uşaq Psixologiya Mərkəzi və Psixologiya və Konsultasiya Mərkəzindən yeni bir layihə daha!!!!
"VALİDEYNLİK MƏKTƏBİ"
Uşaqlarımıza öyrətdiyimiz hər şeydə bizdən bir parça vardır.
Ana-ata olmağı yaşayaraq öyrənirik. Əmin olun ki, bu gün uşaqlarımızda ortaya çıxan hər hansı bir problemin kökündə mütləq və mütləq bizdən hansısa bir iz, hansısa bir parça vardır.
Bu layihə ,Valideynlərin uşaqlarına qarşı müsbət münasibət və davranışlar inkişaf etdirməsinə köməkçi olmaq, ana və atalara uşaqları ilə necə sağlam bir ünsiyyət qura biləcəklərini izah etmək, uşağın inkişaf dönəmindəki fiziki və psixi dəyişmələrini (cinsi tərbiyəyə qədər), bu dövrlərdə valideynlərin onlara necə davranması gərəkdiyini, uşaq və yeniyetmələri maraqlandıran müxtəlif mövzularda valideynləri maarifləndirmək məqsədi ilə qurulan bir proyektdir.
GƏLİN UŞAQLARIMIZA MARRİFLİ, ANLAYIŞLI VƏ ONLARI YAXINDAN TANIYAN VALİDEYNLƏR HƏDİYYƏ EDƏK!
Bu layihə uşaqlarımızın hərtərəfli inkişafı ilə bağlı Peşəkarların Toplaşdığı bir layihədir!!!
BU PROEKTDƏ SİZ VALİDEYNLƏR, PSİXOLOQ, PSİXİATR, NEVROPATOLOQ, DİNŞÜNAS, LOQOPED,PEDİATR, OFTALMOLOQ, ORTOPED, GİNEKOLOQ, TERAPEVT, ENDOKRİNOLOQ VƏ S. BİR SÖZLƏ ÖVLADINIZIN PSİXİ VƏ FİZİKİ İNKİŞAFINI TAM OLARAQ ƏHATƏLƏYƏCƏK SAHƏLƏR ÜZRƏ PEŞƏKAR MÜTƏXƏSSİSLƏRİN TƏQDİMATINDA SEMİNARLAR, TƏLİMLƏR KEÇƏCƏKSİNİZ!!!
Sırf VALİDEYNLƏR üçün nəzərdə tutulmuş bu layihə 2 ay ərzində davam edəcəkdir!!
7 həftə - 14 seminardan ibarət olan MƏKTƏBİMİZƏ QEYDİYYATI QƏBUL OLUNAN İŞTİRAKÇILAR HƏR HƏFTƏ KEÇİRİLƏCƏK SEMİNARLARIMIZDA İŞTİRAK ETMƏLİDİRLƏR!
2 ayın sonunda kiçik bir imtahan verərək iştirakçılarımız xüsusi DİPLOMLA təltif olunacaqlar!!!!
Bu layihəmizə qoşulmaq üçün aşağıdakı ONLAYN QEYDİYYAT FORMUNU doldurmalısınız!!!!
"AUTİZMƏ ELMİ-BƏDİİ YANAŞMA" - YENİ MÜSABİQƏ
Narınc Uşaq Psixologiya Mərkəzi,"Düşüncə" psixologiya jurnalı və Bakı Qızlar Universiteti ilə daha bir ortaq layihəmiz!!!
"AUTİZMƏ ELMİ-BƏDİİ YANAŞMA" adlı yeni layihəmizə hər biriniz qatıla bilərsiniz!
Aşağıdakı punktlar üzrə məqalələrinizi yazıb dushunce.office@gmail.com adresinə göndərin qalib olmaq şansını qazanın!!!
Sizləri dəyərli hədiyyələr və möhtəşəm bir yekun mərasimi gözləyir!!!!
QALİBLƏR PEŞƏKAR MÜNSİFLƏR HEYƏTİ TƏRƏFİNDƏN SEÇİLƏCƏKDİR!
QALİB ŞƏXSLƏR ÜÇÜN:
- Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun tədris etdiyi kurslara 200 AZN-lik hədiyyə kuponu
- Narınc Uşaq Psixologiya Mərkəzi tərəfindən ödənişsiz diaqnostika kuponu
- Qalib məqalə Narınc Uşaq Psixologiya Mərkəzinin "Psixoloji Məqalələr Toplusu" kitabında çap olunacaq
- Bakı Qızlar Universiteti tərəfindən Qalibiyyət diplomu
- "Düşüncə" Psixologiya jurnalı tərəfindən təltif hədiyyəsi
"Sevgi Köşəsi" müsabiqəsinin yekun tədbiri baş tutdu
25.02.2015 tarixində Düşüncə psixologiya jurnalının daha bir layihəsi olan "Sevgi Köşəsi" müsabiqəsinin yekun tədbiri baş tutdu!
Tədbir Psixologiya və Konsultasiya Mərkəzində keçirildi. Mərkəzin rəhbəri Psixoloq Elnur Rüstəmov və Düşüncə Psixologiya Jurnalı və dushunce.az saytının baş redaktoru Vüsalə Ələkbərovanın açılış nitqi ilə başladı. Daha sonra iştirakçılara Təşəkkürnamələr və Düşüncə Psixologiya Jurnalı və Psixologiya və Konsultasiya Mərkəzi tərəfindən özəl hədiyyələr verildi.
Qalib Seymur Hüseynov isə Diplom və xüsusi hədiyyələrə təltif edildi.
Qeyd edək ki, müsabiqə çərçivəsində 60-dan çox iştirakçı məqalə, şer, hekayə ilə iştirak etmişdir. Onların hər biri üçün Təşəkkürnamə və hədiyyələr nəzərdə tutulmuşdur.
Sonda iştirakçılarla birlikdə müsabiqəyə özəl tort kəsildi və xatirə fotolar çəkildi.
Creative Author
Xəzər Universiteti, Psixologiya və Konsultasiya Mərkəzi və Düşüncə jurnalının birgə layihəsi olan "CREATİVE AUTHOR" müsabiqəsinə artıq start verildi!
"Depresiya və Suisid" mövzusu ilə bağlı elanda əks olunan müxtəlif istiqamətlər üzrə məqalələrinizi pccmerkez@gmail.com adresinə göndərməklə müsabiqədə istirak edə bilərsiz.
Müsabiqədə iştirakla bağlı hər hansı məhdudiyyət qeyd olunmur.
Məqalələr münsiflər heyəti tərəfindən yoxlanılacaq və sonda qaliblər müəyyən ediləcək.
Ən əsası sonda təşkil olunacaq tədbirdə mövzu ilə bağlı mütəxəssislər tərəfindən training keçiriləcək , iştirakçılar iştirak etdikləri və yazdıqları mövzularla bağlı müxtəlif nominasiyalar üzrə, ən əsası isə qalib sertifikatı və mükafatlar ilə təltif olunacaqlar.
Müsabiqənin informasiya dəstəyi: www.khazar.org, www.pcc.az,www.psixotest.az, www.dushunce.az
Sevgi Köşəsi
Dushunce.az saytı "Sizin Köşə" rublikası çərçivəsində "Sevgi Köşəsi" adlı yeni bir konkurs elan edir!!!!!!!!!
Qatılın, "Düşüncə Jurnalı" və dushunce.az saytından özəl hədiyyələrin sahibi olun!!!!
Son Qeydiyyat tarixi: 12.02.2015
Email: dushunce.office@gamil.com
TƏBƏSSÜM etdik, TƏBƏSSÜM yaratdıq
07dekabr 2014 tarixində Düşüncə jurnalı və Narınc Uşaq Psixologiya Mərkəzinin birgə layihəsi olan “Təbəssüm Evi” lahiyəsi baş tutdu. Tədbir Xətai rayonu 4 saylı uşaqlar evində gerçəkləşdi. İştirakçların sayından, üzlərindəki həyəcandan tədbirə marağın nə dərəcədə böyük olduğunu hiss etmək olurdu. Layihəmizdə Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri, uşaq psixoloqu Narınc Rüstəmova, Narınc Uşaq Psixologiya Mərkəzinin xalqlar dostlugu filialının rəhbəri Təranə Kazımlı, Mərkəzin uşaq psixoloqları Ayşən Rza, Nigar Məmmədova, Naibə Hacıyeva, Gülay Şəkərxanlı, Düşüncə Jurnalının baş redaktoru, Psixologiya və Konsultasiya Mərkızinin psixoloqu Vüsalə Ələkbərova, Düşüncə jurnalınn redaktoru Fəridə Qasımova, Psixoloq Ceyhun Fərzəliyev və bir çox xeyriyyəçi insanlar iştirak edirdilər. Hətta balacalar da vardı ki, öz kiçik dostları ilə oynamağa, onları əyləndirməyə gəlmişdilər. Uşaqlara hədiyyələri təqdim edildikdən sonra Narınc xanımın və digər psixoloqların köməyilə uşaqlarla birgə maraqlı qrup oyunları, psixodrama keçirildi, uşaqlarla birgə yeni il üçün şam ağacı bəzədildi. Sonda bütün uşaqlarla və iştirakçılarla birgə xatirə foto çəkildi.
QİÇS ilə mübarizəyə SƏN də Qoşul
Yanındakının QİÇS olduğunu bildiyi anda oradan səssizcə uzaqlaşan, ÖZünün QİÇS olduğunu oyrəndiyi zaman özünə, ətrafına və gələcək taleyinə qarşı susqun qalanlar üçündür bu!!!! Bir "QİÇS əməliyyatı"dır bu - səssiz, susqun və kəskin!
"Düşüncə" psixologiya jurnalı, Psixologiya və Konsultasiya Mərkəzi, Narınc Uşaq Psixologiya Mərkəzi, PCC TV , psixotest.az
"X Lady" konsultativ romanının təqdimat mərasimi - 32.11.2014
Müəllifliyini Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun etdiyi "X Lady" konsultativ romanının təqdimat günü müəyyən olundu. Təqdimat mərasimi noyabr ayının 23-ü, saat 12:00 - da kitabevim.az -da( Azərbaycanın ən boyük kitab marketi) keçiriləcəkdir. Maraqlananlar iştirak edib müəllifdən imzalı şəkildə kitab əldə edə bilərlər. Qeyd edək ki, Azərbaycanda bu kitab yeni bir janr kimi qiymətləndirilə bilər.
Elnur Rüstəmov açıqlamasında bildirib ki, “Roman konsultativ roman janrında qələmə alınıb və bildiyim qədər bu janrda yazılmış hələlik yeganə romandır. Gələcəkdə bu janrda növbəti romanlarımı oxuculara təqdim edəcəyəm. Düşünürəm ki, peşəkar psixoloqun qələmə aldığı roman həm də maarifləndirici, bədiiliklə elmi özündə birləşdirməyi bacarmalıdır. “X-Lady” məhz bu xüsusiyyətlərinə görə kitab bazarımızdakı digər romanlardan seçiləcək. Psixologiya və ədəbiyyat həvəskarları, eyni zamanda psixologiya sahəsində fəaliyyət göstərən həmkarlarım üçün də bu romanın faydalı olacağına inanıram.”
"TƏBƏSSÜM EVİ" layihəsi - 07.12.2014
NARINC USAQ PSİXOLOGİYA MƏRKƏZİ və Azərbaycanda ilk peşəkar psixologiya jurnalı olan "DÜŞÜNCƏ JURNALI"nın birgə layihəsi
Sən də öz TƏBƏSSÜMÜNlə bizlərə qoşul!!!!!
DƏQİQ HƏR HANSI BİR MƏBLƏĞ YIĞILMIR.Hər kəs qəlbinin və imkanın yetdiyi qədər!
Görüş yeri: H. Aslanov metrosunun GRAND Marketə olan çıxışı
Tarix: 07.12.2014
Saat: 15:00-da (Xahiş edirəm məsuliyyətli olun və vaxtında gəlin)
Gediləcək yer: H. Aslanov metrosunun yanı
Bu dəfə də hər zaman olduğu kimi yığılan məbləğə uşaq evi ilə əlaqə saxlayıb ehtiyaclarını öyrəndikdən sonra alınacaqlar hamısı çəkilərək səhifədə paylaşılacaq.
Gəlin Uşaqlarımızın üzündə birlikdə Təbəssüm yaradaq!
PS: Bu lahiyədə Biz tək deyilik, illərdir bu xeyriyyə işi ilə məşğul olan gözəl bir qrup İNSAN da Bizim də olacaq!!!!
"DÜŞÜNƏN QƏLƏM" müsabiqəsinə strat verildi
BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi, Psixologiya və Konsultasiya Mərkəzi və Azərbaycanda ilk
peşəkar psixologiya jurnalı olan "Düşüncə Jurnalı"nın birgə lahiyəsi olan
“Düşünən Qələm” müsabiqəsinə start verildi!
Mövzu:
“ŞİZOFRENİYA”
Istiqamətlər:
1. Xəstəlik və xəstənin psixologiyası haqqında məqalələr
2. Ailəsində şizofren olan fərdlərin psixologiyası
3. Xəstəliyin mahiyyətini əks etdirən bədii yazılar, esselər, şerlər , hekayələr
Layihə haqqında:
Müəyyən edilmiş istiqamətlər üzrə psixologiya fakultələrinin tələbələri və gənc mütəxəssilər tərəfindən yazılmış məqalələr bir ay müddətinə qəbul ediləcək. Hər gun 2 -3 məqalə sosial şəbəkələrdə və dushunce.az saytında paylaşılacaq. Bir ayın sonunda əvvəlcədən təyin olunmuş məşhur psixoloq və psixiatrlardan ibarət münsiflər heyəti tərəfindən hər 3 istiqamət üzrə ən yaxşı və orijinal məqalənin sahibi seçiləcək və mükafatlanacaqdır.
Mükafatlar:
- 1. Psixologiya və Konsultasiya mərkəzi tərəfindən qalibiyyət sertifikatı və digər təltif hədiyyələri.
- 2. Psixologiya və Konsultasiya mərkəzində tədris edilən kurslarda iştirak üçün 200 aznlik hədiyyə kuponu.
Musabiqə şərtləri !!!!
1. Məqalələr Microsoft Office Word proqramında, 14 şriftdə, 2 A4 səhifəsindən artıq olmamalıdır.
2. Məqalə daha öncə hardasa çap olunmuş, kiminsə məqaləsi,bir basa hansisa kitabdan, mənbədən köçürülməməlidir. Əlbətdəki, məlumat toplamaq üçün hansısa mənbələrdən istifadə etmək olar,ancaq nəticə etibarilə məqalə təmamilə öz fikrinizi ifadə tərziniz, öz cümlələriniz olmalıdır. Ən orijinal məqalənin seçilməsinə üstünlük veriləcək.
3. Məqalənin sonunda aşağıdakılar mütləq qeyd edilməlidir:
-Adınız, soyadınız, yaşınız
-Təhsil aldığının Universitet, fakultə, ixtisas, kurs
-Əlaqə nömrəsi
4. Məqalənizi, məqaləniz üçün seçdiyiniz şəkil ilə birgə dushunce.office@gmail.com e-mail adresinə göndərməklə qeydiyyatdan keçmiş sayılacaqsınız!
Son qeydiyyat tarixi: 20.12.2014