Düşüncə Jurnalı

header photo

"X Lady" konsultativ romanının təqdimat mərasimi - 32.11.2014

Müəllifliyini Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun etdiyi "X Lady" konsultativ romanının təqdimat günü müəyyən olundu. Təqdimat mərasimi noyabr ayının 23-ü, saat 12:00 - da kitabevim.az -da( Azərbaycanın ən boyük kitab marketi)  keçiriləcəkdir. Maraqlananlar iştirak edib müəllifdən imzalı şəkildə kitab əldə edə bilərlər. Qeyd edək ki, Azərbaycanda bu kitab yeni bir janr kimi qiymətləndirilə bilər.

Elnur Rüstəmov açıqlamasında bildirib ki,  “Roman konsultativ roman janrında qələmə alınıb və bildiyim qədər bu janrda yazılmış hələlik yeganə romandır. Gələcəkdə bu janrda növbəti romanlarımı oxuculara təqdim edəcəyəm. Düşünürəm ki, peşəkar psixoloqun qələmə aldığı roman həm də maarifləndirici, bədiiliklə elmi özündə birləşdirməyi bacarmalıdır. “X-Lady” məhz bu xüsusiyyətlərinə görə kitab bazarımızdakı digər romanlardan seçiləcək. Psixologiya və ədəbiyyat həvəskarları, eyni zamanda psixologiya sahəsində fəaliyyət göstərən həmkarlarım üçün də bu romanın faydalı olacağına inanıram.”

Go Back

Sorğu göndər