Düşüncə Jurnalı

header photo

TƏBƏSSÜM etdik, TƏBƏSSÜM yaratdıq

07dekabr 2014 tarixində Düşüncə jurnalı və Narınc Uşaq Psixologiya Mərkəzinin birgə layihəsi olan “Təbəssüm Evi” lahiyəsi baş tutdu. Tədbir Xətai rayonu 4 saylı uşaqlar evində gerçəkləşdi. İştirakçların sayından, üzlərindəki həyəcandan tədbirə marağın nə dərəcədə böyük olduğunu hiss etmək olurdu. Layihəmizdə Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri, uşaq psixoloqu Narınc Rüstəmova, Narınc Uşaq Psixologiya Mərkəzinin xalqlar dostlugu filialının rəhbəri Təranə Kazımlı, Mərkəzin uşaq psixoloqları Ayşən Rza, Nigar Məmmədova, Naibə Hacıyeva, Gülay Şəkərxanlı, Düşüncə Jurnalının baş redaktoru, Psixologiya və Konsultasiya Mərkızinin psixoloqu Vüsalə Ələkbərova, Düşüncə jurnalınn redaktoru Fəridə Qasımova, Psixoloq Ceyhun Fərzəliyev və bir çox xeyriyyəçi insanlar iştirak edirdilər. Hətta balacalar da vardı ki, öz kiçik dostları ilə oynamağa, onları əyləndirməyə gəlmişdilər.  Uşaqlara hədiyyələri təqdim edildikdən sonra Narınc xanımın və digər psixoloqların köməyilə uşaqlarla birgə maraqlı qrup oyunları, psixodrama keçirildi, uşaqlarla birgə yeni il üçün şam ağacı bəzədildi. Sonda bütün uşaqlarla və iştirakçılarla birgə xatirə foto çəkildi.

 

           

 

                    

 

         

 

        

 

 

 

   

   

 

 

Go Back

Sorğu göndər