AYRILIQ…
Xəstəxanadayam. Qarşımda 5 yaşında şəkər xəstəliyi olan bir uşaq var. Həyat dolu, xəstəliyinin adını bilib, nə olduğunu başa düşməyən məsum gözlər mənə baxır. “Mənə şirin bir şey yemək olmaz”deyir. Əlini yeni il hədiyyələrinə uzadır və tez də geri çəkir.O, bu il çox sevdiyi atası ilə birlikdə olmayacaq. Anası 1 həftə əvvəl həyat yoldaşını itirdiyini mənə bildirdi.
Uşağın əllərini tuturam. Bu arıq, həyat eşqi ilə dolu, eyni zamanda çox kiçik yaşda fələyin silləsini yemiş kiçik insana baxıram. Bir anlıq dünyada valideynini itirmiş neçə uşağın ola biləcəyi ağlıma gəlir.
1 həftə əvvəl atasını itirən bu məsum qıza baxdığım zaman, həyatın gözlənilməz sərt qaydaları ilə, çətinlikləri ilə kiçik yaşlarda üz –üzə gəldiyini ürək acısı ilə qarşılayıram.
Beləliklə, kiçik yaşlarda ana ya da atasını itirmiş uşaqlara və eləcə də onların sağ qalmış valideynlərinə psixoloji xidmətin zəruriliyini bir daha başa düşərək bu haqda fikirlərimi oxuyucularla bölüşməyə qərar verdim.
Ata anasından birini, ya da hər ikisini itirən uşaqların yaşadıqları stress reaksiyaları onların yaşlarına görə fərqlidir. Belə ki, 7 yaşına qədər uşaqların ölüm haqqında anlayışları və reaksiyaları məhduddur. Onlarda mücərrəd anlayışlar tam formalaşmadığına görə, belə hadisələr çox dərin izlər buraxmaya bilər. Burada istisna hallar da mövcuddur. Əgər uşaqlarda uzun müddət kefsizlik, yuxudan qorxaraq oyanma və iştahsızlıq baş verərsə, o zaman mütəxəssislə görüşmək məsləhət olunur. Uşaqlara ölənlərin yox olmadığını, başqa bir yerə getdiyini demək , ya da haradasa onu izlədiyini demək düzgün hesab olunmur. Çünkü uşaqda, ölən şəxsin geri dönəcəyi fikri formalaşa bilər. Bu isə illərcə uşağın həsrətlə gözləməsinə, aldanıldığı hisslərinin yaşanmasına səbəb olur. Bu da mənfi mənada uşağa təsir edir. Valideynin ölüm səbəbini fikirləşən uşağa elə gəlir ki, bunun səbəbkarı odur. Uşaq bu günahkarlıq hissi ilə bacarmadıqda psixoloqun köməyinə ehtiyac hiss olunur.
Qeyd edək ki, uşağın emosional reaksiyaları bir çox faktordan asılıdır. Belə ki, itirilən valideynlə olan münasibət,itirilmə şəraiti (qəza, qəfil, uşağıngözü önündə və s.), ailədə ki digər üzvlərin ölüm hadisəsinə münasi bəti də uşağın reaksiyalarına təsiredir.
Böyük insanların ölüm qarşısında yaşadığı duyğular ilə, uşaqların duyğuları arasında oxşarlıqda müşahidə edilir. Çarəsizlik, tənhalıq, boşluq, mənasızlıq yaşanan hisslər arasındadır. Çox vaxt uşaqlarda aqresiyya da müşahidə olunur. Məclisdə ölən şəxs haqqında söylənə bilən gizli mənfi fikirlərdə bu aqresiyyanın dahada şiddətlənməsinə səbəb olabilər.
Ailə üzvlərinin özhisslərini uşağın yanında gizlətməsi, heç nə olmamış kimi davranmaları da məsləhət deyil.Həyatda olan valideyn, uşağın ölən şəxs haqqında danışmasına mane olmamalıdır. Uşağın sevdiyi şəxsə, ölən şəxshaqqında xoş xatirələrini danışmaq istəyi diqqətə alınmalıdır. Bəzən bununəksidə müşahidə olunur.Uşaq buhaqda qətiyyən danışmaq istəmir. O zaman həyat da qalan valideyn öz hisslərini gizlətməməli, belə bir vəziyyətin ona da çətin olduğunu, amma həyatın davam etdiyini və ölən şəxsi sevmələrinə heç birhadi sənin mane olmadığını bildirməlidir.
Yalnız itirdiyimiz zaman, gələcəklə əlaqədar ümidlərimizin məhv olduğunu hiss edir, sevdiklərimizlə keçən zamanın dəyərini başa düşürük. Amma klassik bir cümlə kimi səslənsə də, həyat davam edir.
Gəlin həyatımızın ən dəyərli varlıqları olan övladlarımıza daha çox vaxt ayıraq. Ətrafımızda valideynini itirmiş uşaqlara diqqətlə yanaşaq...
Mələk Kərimova
Psixologiya və Konsultasiya Mərkəzinin Psixoloqu
Xəzər Universitetinin psixologiya müəlliməsi