Düşüncə Jurnalı

header photo

ZAMANIMIZIN DƏYƏRİNİ BİLİRİKMİ??!

DÜNƏNKI GƏLƏCƏYIMIZ VƏ SABAHKI KEÇMIŞIMIZ OLAN “BUGÜN”

Vaxt  həyatdır. Keçən zamanı yerinə qoymanın və geri gətirməyin  imkanı yoxdur. Zamanı bosa keçirmək, həyatı boşa keçirmək deməkdir. İnsanın keçən zamana hökm etməsi, onun öz həyatına hökmetməsi mənasına gəlir. Vaxtından düzgün istifadə edən bir insan həyatının keyfiyyətini yuksəldir, keçən zamandan  özu ve  məqsədləri üçün  istifadə edir. Zamandan düzgün istifadə etmək qısa muddətdə çox iş görmək mənasında  deyil, tam əksinə  insanın məqsəd və planlarını müəyyənləşdirərək vaxtını həqiqətən görmək istədiyi işlərə ayırması və həyatından çox zövq alması  mənasına gəlir.  

Dünyada bütün insanlara demokratik  olaraq verilmiş  tək şey  zamandır.Uğurlu ya da uğursuz  insanların  günləri   24 saat, həftələri  7 gün,ayları 30 (31) gündür . Vaxtindan düzqün istifadə etməyən  bir insan həmişə  stress altındadır. Dövrümüzdə ən çətin iş zaman darlığıdır.  Bu elə maraqlı bir məqamdır ki,evdar qadın da , bir çox işin məsuliyyətini daşıyan şəxs də  vaxt məhdudiyyətindən şikayətlənir.

İşə gedəndə keçən vaxt, TV və  internetə ayrılan vaxt da  zamanımızdan gedir. Əvvəllər çox işləmək uğurun açarı sayılırdı. Indi isə zamandan planlı şəkildə istifadə etmək əhəmiyyətlidir. Belə bir planda istirahətə də yer qalır.

Çox vaxt başını qaşımağa vaxtı olmayan iş adamlarının başqalarına təhkim edəcəkləri işlərlə özləri məşğul olaraq işi gərəyindən çox uzadaraq vaxt itirdikləri müşahidə olunur. 

Vaxtının olmadığını deyənlər çox vaxt vaxtdan düzgün istifadə etməyən insanlardır. Çox təəssüf ki,vaxtı idarə etməmək  həyatın  nəzarətini  itirməyə gətirib çıxardır. İnsan  zamanın təzyiqini çiyinlərində hissetməkdən çox, vaxtdan düzgün istifadə etməyi və gördüyü  işdən zövq almağı bacarmalıdır. Zamandan  düzgün istifadə etməməyin nəticələri nələr ola bilər?

  1. Tələsgənlik,
  2. Xoşa gəlməyən hadisələr içində   narahatçılıq,
  3. Boş zamanın düzgün qiymətləndirilməməsi,
  4. Vaxtında qurtara biləcəyiniz işləri çatdıra bilməmək,
  5. Xırdalıqlar  ya da  görüləcək işlərin altında əzilmə hissi , zamanın böyük bir bölümündə istəmədiyiniz işləri görmək,
  6. Istirahət və insanlar arası  münasibətə vaxtın olmaması,

Vaxtın düzgün idarə edilməsi nəticəsində yuxarıda sadaladığımız səbəbləri ortadan qaldıra bilərik. Vaxtı planlaşdırmaq gələcəyi bu günə gətirmək deməkdir.

Aşağıda  zamandan istifadə də  nələr edə biləcəyinizin üçün alternativ yollar göstərilir.

v Həyatdaki  rolum nədir? Bu suala cavab vermek çətindir.

Gözlərinizi yumun  dərindən bir nəfəs alın. Artıq həyatınızdan 10 il keçib. Haradasınız? Özünüzü 10 ildən sonra harada görmək istəyərdiniz? Sizi nə xoşbəxt edər?Həyatda hansı uğuru qazanmaq istərdiniz? Özünüzü belə xəyal etməniz məqsədlərinizi müəyyənləşdirməyə kömək edir.

v Məqsədlərinizə uyğun  olaraq  plan qura  bilərsiniz. Bu plan məqsədinizə gedəcək yolda kiçik addımlar kimi qiymətləndirilə bilər. Hər həftə, hər  ay planınızı gözdən keçirərərək  nələr etdiyinizi və nələri edə bilmədiyinizi  qiymətləndirə  bilərsiniz.

 

v İnsan  yeri gəldikcə “vaxtim yoxdur”, “xeyr” deməyi bacarmalıdır.Bu vaxtınıza qənaət etmənizə səbəb olacaqdır.

v Əsas işlərinizi gördükdən sonra əlavə işlərə keçin.

v Planınızda özünüzü rahat hiss edəcəyiniz saatlara mütləq yer verin.

v Eyni anda iki işi görməyi öyrənin.

v Yuxudan tez durun.

v Televizor və internet  vaxt itgisinə səbəb olan əsas vasitələrdir. Yalnız izləmək istədiyiniz verilişlərə baxın. İnternet üçün də nə qədər vaxt sərf edəcəyinizi əvvəlcədən qərarlaşdırın.

v Səhv edə biləcəyinizi,ani işlər çıxa biləcəyini nəzərə alın və bu kimi vəziyyətlərin sizi narahat etməməsinə çalışın.

v Sosial əlaqələrinizi yenidən gözdən keçirin və sizin vaxtınızı  mənasız yerə sərf etmənizə səbəb olan insanlardan uzaq durun.

v Sosial əlaqələrinizə vaxt ayırın. Sevdiyiniz və sizi sevən insanlarla birlikdə olmaq, sizin uğurlarınıza sevinən,sizə dəstək olan və sizin dəstək ola biləcəyiniz insanların da həyatınıza rəng qatmasına şərait yaradın.

 

Mələk Kərimova

Xəzər Universiteti Humanitar və Sosial Elmlər Fakültəsinin

psixologiya müəlliməsi 

Go Back

Sorğu göndər