Düşüncə Jurnalı

header photo

Blog posts : "Maraqlı"

İnsanları biri-birinə aşiq edən 36 sual

 

    

Psixoloq Arthur Aron 20 il öncə olduqca maraqlı bir sınaq keçirdi. O, daha öncə tanış olmayan kişi və qadını öz laboratoriyasına dəvət etdi və onlara biri-birinə ünvanlamalı olduqları 36 sualın siyahısını verdi. Onlar suallara səmimi cavab verməli, suallar bitdikdən sonra isə 4 dəqiqə ərzində biri birlərinin gözlərinin içinə baxmalı idi.

 

İnanılmazdır ancaq 6 ay sonra həmin kişi ilə qadın ailə qurmaq qərarına gəldi.

Bu sınaq niyə işləyir?

İnsanlar biri-birlərinə həssas olduqları mövzuda suallar verərkən və səmimi cavablar alarkən, onlar arasında yaxınlıq və güvən hissi yaranır. Bu suallardan həm də, münasibətlərin terapiyası zamanı effektivdir. Bu suallardan sonra sevgi qığılcımları qaçınılmazdır:

  1. Bütün dünyadaki insanlardan kimi nahar yemək üçün qonaq dəvət edərdin?
  2. Məşhur olmaq istərdinmi? Nə ilə və ya necə məşhur olmaq istərdin?
  3. Zəng etmədən öncə deəyəcəklərini məşq edirsənmi? Bunu niyə edirsən?
  4. Mükəmməl gün sənin üçün necədir?
  5. Ən son nə zaman özünlə baş-başa ikən mahnı oxumusan? Bəs kimin üçünsə?
  6. Hansını seçərdin: həyatının yaxın 60 ili ərzində 30 yaşında ikən sahib olduğun bədənini ya ağlını qoruyub saxlamağı?
  7. Necə öləcəyin barədə təxminlərin varmı?
  8. Yoldaşını və sənin 3 ortaq cəhətini de.
  9. Həyatında nə üçün böyük minnətdarlıq hissi keçirirsən?
  10. Tərbiyəndə nəyisə dəyişmək imkanın olsaydı, bu nə olardı?

  11. Yoldaşınıza 4 dəqiqə ərzində bacardığın qədər geniş formada həyat hekayəni danış.
  12. Sabah oyandığın zaman xüsusi bacarıq və ya xüsusiyyətlə oyanmaq imkanın olsaydı, bunun hansı bacarıq və xüsusiyyət olmasını istərdin?
  13. Xrustal şar sənə həyatın, gələcəyin haqqında həqiqətləri danışa bilsəydi, nəyi öyrənmək istərdin?
  14. Uzun zaman xəyalını qurduğun nələrsə varmı? Onu niyə həyata keçirmədin?
  15. Həyatın boyu qazandığın ən böyük nailiyyət hansıdır?
  16. Dostlarında ən çox nəyi qiymətləndirirsən?
  17. Ən dəyərli xatirən hansıdır?
  18. Bəs ən qorxulu xatirən?
  19. İl ərzində qəfildən öləcəyini bilsən, həyatında nəyi dəyişərdin? Niyə?
  20. Dostluq sənin üçün nədir?
  21. Sevgi və bağlılıq sənin həyatında hansı rolu oynayır?
  22. Yoldaşının 5 mənfi cəhətini say.
  23. Ailə üzvlərin nə qədər yaxındır? Uşaqlığının bir çox insanların uşaqlığından daha xoşbəxt keçdiyini düşünürsənmi?
  24. Ananla münasibətin haqqında nə düşünürsən?
  25. «Biz» sözü ilə başlayan 3 reallığa yaxın cümlə qur. Misal üçün, «Biz ikimizdə bu otaqda düşünürük ki,…».
  26. Cümlədəki boşluğu doldur: «Mən kiminləsə … bölüşmək istərdim».
  27. Yaxın dostluq münasibəti qurmaq istədiyin bir kəs, sənin haqqında nəyi bilməlidir?
  28. Yoldaşına onda bəyəndiyin şeylər haqqında danış. Bacardığın qədər dürüst ol.
  29. Həyatındaki ən xoşagəlməz an haqqında danış.
  30. Ən son nə zaman və niyə ağladığını yadına sal.
  31. Nə sənin üçün o qədər ciddi bir məsələdir ki, onunla bağlı zarafat etmək mümkün deyil?
  32. Bu gecə öləcəyini bilsən, kimə və hansı vacib məsələ haqqında danışmaq istərdin?
  33. Evin və bütün var-dövlətin yandı. Yaxınlarını xilas etdikdən sonra evə qayıdıb hər hansı bir əşyanı xilas etmək imkanın var. Bu nə olardı? Və niyə məhz onu seçdin?
  34. Ailə üzvlərindən kimin ölümü səni daha çox sarsıdardı? Niyə?
  35. Bir problemini yoldaşınla paylaş və onu həll etmək üçün məsləhət al.
  36. İlk sevgin haqqında danış.

Bu sınağı sevdiyiniz insanla aranızda keçirin. Əgər sevdiyiniz insana hələ də rast gəlməmisinizsə, bu suallar sizə kömək edəcək, çünki psixologiya möcüzəvi elmdir!

Go Back

Yetim süfrəsi

Gənc adam, bir əczaxanada şagird olaraq işə girmiş, şirin dili və çalışqanlığıyla qısa müddətdə hötmət qazanmışdı. İstənən dərmanları sürətlə hazırlayarkən, bir tərəfdən də müştəriylə söhbət edərdi. Gələnlər həmişə kefsiz insanlar idi. Lakin şagird mütləq bir ortaq nöqtə tapır və onlarla yoldaşlıq qururdu. Orta yaşlı bir xanım olan əczaçı, şagirdindən çox razı idi. Buna görə də aylığına əlavə artım edirdi.
Gənc adam, edilən bu artımları qeyri-kafi qəbul etdiyi üçün ən bahalı dərmanlardan gizlicə götürməyə başladı. Bunları əl altından satarsa, kasıblıqdan yavaş-yavaş xilas olacaqdı.
Şagirdin kasıb evlərlə əhatəli olan evi, çox keçmədən dəyişməyə başladı. Bir sıra təmir və əlavələrdən sonra təpədən dırnağa rənglənilən ev, damına yerləşdirilən bir peyk antena ilə tamamlanmışdı. Lakin diqqətləri ən çox çəkən şey, evdən gün aşırı yüksələn qızartma qoxuları idi. Məhəllənin bayramdan bayrama ət görən insanları, bu qoxuların küftəyəmi yoxsa kotletəmi aid olduğu mövzusunda düşünür və qoxular artdığında uşaqların qibtə etməməsi üçün, pəncərələri bağlayırdılar.
Şagird, həyat yoldaşının yemək mövzusundakı xəbərdarlıqlarına qulaq asmır və xüsusilə bitişik evdə yaşayan uşaqlara köməyə yanaşmırdı. Bu uşaqlar, ataları öldüyündən çətin vəziyyətdə idi. Amma özü də əlbəttəki dövlət deyildi, hər kəsə baxa bilməzdi. O uşaqlara verdiyi bayram cibxərcliyi heç də az sayılmazdı. Kiçik qızına dar gələn, ya da artıq dodaq büzdüyü üçün bir kənara atılan paltarlar da, hesaba alınmalı idi. Hər kəs o qədər versə varlanardılar.
Gənc adamın arvadı,ara bir də olsa, yetimlərin anasına yemək göndərirdi. Lakin yoldaşı ət verməyi qadağan etmişdi. Çünki ətin dadını bir dəfə alarlarsa, başqa bir yeməyi bəyənməzdilər.
Şagirdin kiçik qızı, tez-tez ət yeməkdən bezdiyi üçün, "orası yağlı, burası sümüklü" dediyi kotletlərə bir dişlək atıb yarımçıq qoyurdu. Ona görə bu qismətlər, qonşu bağçaya gələn pişik və itlər üçün əla bir qonaqlıq idi. Gənc adam, heyvanlara nifrət edərdi. Buna görə də "qonaqlığa" etiraz etmiş, lakin sonunda qızına boyun əymişdi. İtlərin hürməsi, xüsusilə gecələr onu dəli edirdi. Bu səsləri eşidəndə, çox zaman balkona çıxıb onları qovurdu. Yetimlərin anası da həmişə bağçada olardı.Deyəsən bu işdən, qadın da narahat idi deyə düşünürdü.
Gənc adam, itləri götürmələri üçün bələdiyyəyə etdiyi şikayətlərdən bir nəticə görməyəndə, problemi tək başına həll etməyə qərar verdi. Və kotlet artıqlarını, əczaxanadan gətirdiyi dərmanlar ilə zəhərlədikdən sonra, bağçaya atdı. Beləliklə problem tam həll ediləcəkdi.
Sabahısı gün, yetimlərin öldüyünü eşitdilər. Həkimlər, ananın etirazına baxmayaraq, uşaqların dərman içdiklərini söyləyirdilər...

haqqinda.az

Go Back

Boyun sağlamlığa təsiri

Çoxsaylı elmi araşdırmalar nəticəsində məlum olub ki, insanın boyu onun sağlamlığına təsir edir. Belə ki, alimlərin araşdırmalarına əsasən, boyu 167 sm-ə kimi olan kişilərdə demensiyanın (qocalıqda ağıl zəifliyi) inkişafının riski boyu 177 sm və bundan artıq olan kişilərlə müqayisədə daha çoxdur. 

 Alçaqboylu insanlarda (151-165 sm) ürək və damar xəstəliklərin (o cümlədən, insult və infarkt kimi ağır pozulmaların) inkişafının riski orta və hündürboylu insanlarla müqayisədə daha çoxdur. 

Hündürboylu insanlarla müqayisədə alçaqboylu insanlarda xərçəng xəstəliklərinin inkişafı riski daha böyükdür. Həkimlərin fikirinə görə, bunun səbəbi hündürboylu insanların orqanizmində hüceyrələrin daha çox olması və onların orqanlarının daha böyük olmasıdır. Xərçəng zamanı hüceyrələrdə pozulmalar yaranır və bu anomal hüceyrələr sürətlə çoxalmağa başlayır. Nəticədə xərçəng şişi inkişaf edir. Beləliklə, orqanizmdə hüceyrələr nə qədər çoxdursa, xərçəngin riski də o qədər artmış olur.

Təbii ki, bu heç də o demək deyil, ki bütün hündürboylu insanlarda mütləq xərçəng inkişaf edəcək. Həkimlərin müşahidələrinə əsasən, alçaqboylu insanlar hündürboylu insanlarla müqayisədə daha çox yaşayır.

Hündürboylu insanlarda şəkərli diabetin riski daha çoxdur. Boyu 183 sm-dən artıq olan insanlarda ayaq damarlarında trombların əmələ gəlməsi riski daha çoxdur. Hündürboylu insanların ayaqlarında qan daha asta hərəkət edir ki, bu da durğunluğa və nəticədə trombların əmələ gəlməsinə səbəb ola bilər. Bu həm kişilərə, həm də qadınlara aiddir. Boy tək insanın sağlamlığına deyil, emosional vəziyyətinə də təsir edir. Belə ki, hündürboylu insanlar özünü daha xoşbəxt hiss edir, özünə daha çox güvənir. Alçaqboylu insanlar isə depressiyalara daha tez-tez düşür.

kayzen.az

 

Go Back

"Ölüm ya olum"

Əlbəttə ki, həyatda uzun illər çətinliklərlə qarşılaşmaq da olar, uzun illər bu çətinliklərin ağrısı ilə yaşamaq da. Ancaq həyatımızın müəyyən mərhələsində bir qərara gəlməli və gələcəyə «yolumuzu açmaq» üçün hər şeyi unutmalıyıq. Hətta, lazım gəlsə, bu yolda dəyişməyə də hazır olmalıyıq. Lap qartallar kimi...
Qartal quşlar  arasında ən uzunömürlü olanlardandır. Hətta, 70 ilə qədər yaşayan qartallar da yox deyil. Ancaq bu yaşa çatmaq üçün qartal 40 yaşında çox ciddi və çətin bir qərar qəbul etməlidir. Çünki bu yaşa çatanda qartalın pəncələri sərtləşir. Və buna görə də, o, ovunu tuta bilmir. Təbii ki, məsələ bununla da bitmir. 40 yaşına çatanda qartalın dimdiyi uzanır və əyilir, qanadları yaşlanır və ağırlaşır, tükləri pırtlaşır və qalınlaşır. Bu yaşdan sonra qartal artıq uça bilmir. İndi o iki yoldan birini seçməlidir. Yəni, ya ölməli ya da «yenidən doğuş»un acı və çətin sınağına dözməlidir...
Bu «yenidən doğuş» təqribən 150 gün davam edir. Əgər qartal yaşamağı seçirsə, bir dağın təpəsinə qalxır və orada artıq uçmasına ehtiyac olmayan bir yerdə yuvaqurur. Bu yeri tapdıqdan sonra qartal dimdiyini sərt bir qayaya vurmağa başlayır. Nəticədə, qartalın dimdiyi düşür. Qartal bir müddət yeni dimdiyinin çıxmasını gözləyir. Dimdiyi çıxandan sonra yeni dimdiklə dırnaqlarını çıxarır. Yeni dırnaqlar çıxanda isə qartal bu dəfə tüklərini yolmağa başlayır. 5 ay sonra isə qartal ona 20 il, bəlkə də daha uzun bir həyatın yolunu açan məşhur uçuşuna hazır olur...
Əgər siz də dəyişməyi qərara alırsınızsa, bütün gücünüzü toplayın və keçmişinizi «həyatınızdan çıxarın». Deməli, artıq dəyişməyə başlamısınız…    

Ailəm jurnalı

Go Back

Virtual dünyanın xəstələri

Dünən  bir həkimlə tanış oldum. Konsertə getmişdim. Konsertdən sonra bir az pivə içmək qərarına gəldik. Həkimi pivə məclisinə bir şair dostum dəvət etmişdi. Söhbətimiz həmən tutdu. Həkim həm də musiqiylə məşğul olur. Qrupları var. Ürəkləri istəyəndə yığışıb azarlarını öldürürlər. Ədəbiyyatı yaxşı bilirdi. Yaxşı mütaliəsinin olduğunu hiss etdim. Həm də obyektiv adam idi. Artistlik etmirdi. Bu da söhbətin səmimi və maraqlı alınmasında vacib şərtlərdən biridi.   Məsələn, açıq şəkildə dedi ki, Pelevini o qədər də yaxşı başa düşmür. Həkim Tiflisdə özəl klinikaların birində çalışır. Bundan əlavə hansısa özəl məktəbdə də psixiatr, ya da psixoloq işləyir. Sözün açığı psixiatr və psixoloq peşələrinin fərqini hələ də öyrənə bilməmişəm. Bilmirəm hansı dərmanla müalicə edir, hansı söhbətlə. Qarışdırıram. Bir-iki dəfə dəqiqləşdirmişəm,  sonra yenə də yadımdan çıxıb. Bu kimi məsələlərdə özümü hədsiz dərəcədə yararsız adam hesab edirəm. Hələ də bilmirəm ki, günəş yerin ətrafında fırlanır, yoxsa yer günəşin ətrafında.

Fizikadan və kimyadan ümumiyyətlə anlayışım yoxdu. Televizor necə göstərir, radio necə danışır — bunlar mənim üçün möcüzədi. Bir-iki dəfə fizik dostlarıma müraciət etmişəm. Sən Allah, məni başa salın görüm,  bu televizor necə göstərir. Başa salmağa çalışıblar. Deyiblər ki, antena dalğanı tutur, harasa ötürür, orda nəsə onu qəbul edir, sonra o olur, sonra bu olur, o baş verir, bu baş verir, o proses gedir, bu proses gedir və nəticədə televizor göstərir. Uzun-uzadı izah ediblər. Heç nə anlamamışam.  Yorulmuşam. Başımı tərpədərək guya özümü başa düşmüş kimi göstərmişəm. Hərdən mənə elə gəlib ki, onların özləri də nə danışdıqlarının bir o qədər də fərqində deyillər. Zatən nə  danışdığının fərqində olan adam başqalarına da başa salmağı, düşüncəsini başqasına da ötürməyi  bacarmalıdı. Nə yolla olursa olsun. Nağıl diliylə, şeirlə, rəsmlə, düsturla, mahnıyla, əl hərəkətləriylə… Vasitələr çoxdu. Bir dəfə bir ingilislə üç saat ədəbiyyatdan, xüsusən də “Qulliverin səyahəti” əsəri haqqında danışdıq. Belə götürsək ingilis dilində maksimum əlli söz bilərəm, ya bilmərəm. O, filoloq idi. “Big men”, “little men” deyərkən, Qulliverin cırtdanlar və nəhənglər ölkəsinə düşdüyünə işarə vururdum. Əl-qolla danışırdım. Uzun söhbətdən sonra məlum oldu ki, adam rus dilini bilirmiş. Deyirəm, Ay Allahın itirib peyğəmbərini axtaran, niyə rus dilini bildiyini əvvəldən demirdin. Üç saatdır burda itin zülmünü çəkirəm. Dedi ki, belə daha maraqlı idi.

İnsanlar bir-birlərini  başa düşmək istəyirsə, hətta pis bildikləri  dil də onlara bəs edər. Bir-birlərini başa düşmək istəmirlərsə, hətta mükəmməl bildikləri dil də bir işə yaramayacaq.  Əgər insan insanı başa düşmək istəyirsə, başa düşəcək. İnsan deyilən bir məxluqla insan dilində danışırsansa, mütləq başa düşməlidir. Başa düşmürsə, deməli, o insan deyil, həşəratdır!

Bəli, insanlar bir çox hallarda nə danışdıqlarının fərqində olmurlar. Burda mütləq  bir əhvalat yazmalıyam. Bu əhvalatı mənə yaxın  dostum danışıb. Deyir, əmioğlu Rusiyadan qonaq gəlmişdi. Orda Aviasiya Akademiyasında müəllim işləyir. Həyətdə oturub yeyib-içirdik. Kabab çəkmişdik. Başımızın üstündən təyyarə uçdu. Təyyarəni görəndə əmioğluna belə bir sual verdim

— Ay əmioğlu, bu təyyarə necə uçur?

Əmioğlu qalxdı ayağa, manqaldan bir kömür parçası götürdü. Su çəninin üstünü yazıb doldurdu düsturlarla. Rəqəmlərlə. Nə bilim, bu küləyin müqaviməti. Bu, pərin saniyədə, ya da dəqiqədə neçə dəfə fırlanması… Bu filan fizikin filan qanunu, bu da filan fizikin filan qanunu....Çənin üstündə yer qalmadı. Axırda da dedi ki, görürsən, hamısını bilirəm, hamısını ən xırda detalına qədər izah edə bilərəm.  Amma inan, hər dəfə göydə təyyarə görəndə  mən  də öz-özümə düşünürəm

-  Bu boyda şey göydə necə uçur?

Qayıdaq həkimlə söhbətimizə. Həkim dedi ki, son vaxtlar özünə qapanan uşaqların sayı hədsiz dərəcədə artıbdır. Səbəb? Səbəb valideynlərin uşaqlara vaxt ayırmamağı, uşaqlarla söhbət etməməyidir. Valideyn işdən gələndən sonra girir virtual dünyaya. Uşağa 80-90 seriyalı bir cizgi filminin diskini almaqla öz valideynlik borcunu bitmiş hesab edir. Uşaqları sirkə, zooparka, teatra, muzeyə aparmırlar. Həkim virtual dünyanın kölələri haqqında çox danışdı və danışdıqlarından belə başa düşdüm ki, vəziyyət doğrudan da çox ağırdı. İnternet xəstəliyi bizim əsrin ən böyük bəlalarından biridi.

İnternetin şər qüvvəyə xidmət etdiyini, internetin şər qüvvə  olduğunu söyləməyin əleyhinəyəm. İnternet haqqında birmənalı olaraq bu cür fikir bildirmək ən azı əbləhlikdi.  Burda nurçu qardaşlarımızdan sitat gətirməyə məcburam. Bıçaqla həm qarpız kəsmək olar, həm də insan başı. Bıçaqdan necə istifadə olunacağı adamın özündən asılıdı. Əşyanın heç bir günahı yoxdu. İnternet öyrənmək, baxmaq, araşdırmaq üçün geniş imkanlar açmaqdadı. Lakin bizim insanlarımızın böyük çoxluğu internetdən yalnız avaralanmaq, vaxt öldürmək, öz səviyyəsizliklərini daha da səviyyəsizləşdirmək məqsədiylə istifadə edirlər. İnsanlar yaşadığımız dünyanı, təbiəti yaddan çıxarıblar. Bir qəzetdə işləyirdim. Redaksiyada hər cür şərait yaradılmışdı. İstədiyin zaman gedib bufetdə çay, kofe, su içə bilərdin. Orda bir qız və bir oğlan var idi. Nişanlanmışdılar. Bu iki adam bufetdə oturub söhbət etmək əvəzinə çatlaşırdılar. Ciddi deyirəm. Onlar qabaq-qabağa oturub  söhbət edə bilmirdilər. Özünüz düşünün, bu adamların uşaqları necə olacaq. Onlar necə böyüyəcək. Adamlar günəşi, buludu yaddan çıxarıblar. Başlarını qaldırıb bir dəfə göyə, səmaya baxmağa ərinirlər. Fransua Moriak  yazır ki, hər bir valideyn öz övladını təbiətlə tanış etməyə borcludu. Daha sonra deyir ki, mən təbiəti hiss etməyən adamların nəsə yaradacaqlarına inanmıram və vaxtında təbiətlə tanış olduğuma görə özümü xoşbəxt hiss edirəm.

Dəqiq fikirlərdi. Bizim insanların təbiət qoynunda şəkil çəkdirməklərinə aldanmayın. Onlar sözün həqiqi mənasında təbiətə yalnız və yalnız  şəkil çəkdirmək üçün gedirlər. Hardansa eşidiblər ki, meşə, dağ, çay deyilən şeylər  var və adam deyilən bir məxluq hərdən oralara baş çəkməlidi. Amma niyə baş çəkməlidi, nə səbəbə ora getməlidi, orda nə etməlidi bax bu suallara cavab verə bilməzlər. Harda olduqlarının, hara getdiklərinin fərqində deyillər. Təbiət qoynunda çəkdirdikləri  şəkilin özü də virtual dünyadakı dünyalarına xidmət etməkdədi. Ona görə bizimkilər təbiət qoynuna getdikdə darıxırlar, təbiətdə nə edəcəklərini, necə həzz alacaqlarını anlamırlar, bu hisslər onlara yaddır. Necə ki, bizim qızlar ərə getdikdən, gəlin paltarı geyindikdən sonra böyük bir boşluğa düşürlər, eləcə də bizim insanlar meşədə, şəlalənin yanında, şəlalənin altında, şəlalənin üstündə  şəkil çəkdirdikdən sonra boşluğa düşürlər. Onlar öz mənəvi dünyalarını necə zənginləşdirməyin yollarını bilmirlər. Çox vaxtı mənəvi dünyalarını zənginləşdirmək haqqında heç düşünmürlər də. Məhz bu baxımdan darıxırlar. Ən yekə maşınları sürsələr də darıxırlar. Üç mərtəbəli villalarda yaşasalar da darıxırlar. Onların darıxmaqları yaradıcı, bəşəri darıxmaq deyil. Bu sırf ibtidai darıxmaqdı. Onlar hətta ən bahalı istirahət mərkəzinə istirahətə gedəndə də darıxırlar. Çünki mənəviyyat dünyasını necə zənginləşdirmək haqqında anlayışları yoxdu. Onlar öz həyatlarına rəng qata bilmirlər. Bu imkan, pul məsələsi deyil. Bu zövq, səviyyə məsələsidi. Nə qədər maşından, puldan, evdən danışmaq olar, nə qədər onun-bunun qeybətini qırıb, onun-bunun həyatını müzakirə etmək, onun-bunun həyatına müdaxilə etmək olar. Niyə bir insan məhəllədəki bütün maşınların nömrəsini əzbər bilməlidi. Bu adamın işi-gücü yoxdurmu? Həyat insana bir dəfə verilir. Bu bir dəfə verilən həyatı necə onun-bunun qeybətini qırmağa, onun-bunun pulunu saymağa, onun-bunun həyatına müdaxilə etməyə, onun-bunun maşınının qiymətini, nömrəsini əzbərləməyə sərf  etmək olar?

Adamlar zövqsüzlükdən, səviyyəsizlikdən əziyyət çəkirlər. Zövqsüzlük ürək bulandırır. Ən bahalı şadlıq evində, restoranda toy, ad günü keçirsələr də yenə də ürəkləri narahatdı, onlara elə gəlir ki, yenə nəsə çatışmır, yenə də nəsə ürəkləri istədikləri kimi alınmadı. Çünki hər şeyi pulla əldə edirlər. Pulla əldə ediləni çək kənara görəcəksən ortada heç nə qalmadı. İnsan öz həyatına rəng qata bilmədisə, həyat həmişə ona natamam görünəcək. Daima darıxacaq. Bir daha təkrar etmək məcburiyyətindəyəm, bu bəşəri darıxmaq deyil, bu yaradıcı insanın yaradıcı darıxmağı deyil, bu ibtidai, sırf azərbaycansayağı darıxmaqdı. Hətta İphone da onları darıxmaqdan xilas edə bilmir. Onlar darıxa-darıxa öz vaxtlarını virtual dünyada amansızcasına məhv etməkdədirlər. Bir dəfə bir nəfərə zəng edib harda olduğunu soruşdum. Cavab vəziyyəti çox əla izah edə bilər. Bu cavabda heç bir zarafat-filan yox idi. O özü də bilmədən bir cümləylə reallığın nə vəziyyətdə olduğunun rəsmini çəkdi. Cavabı böyük hərflərlə yazıram. Dedi, FACEBOOKDAN ÇIXIB, EVƏ GEDİRƏM.  Azərbaycanlıların vaxt anlayışına göstərdikləri münasibət adamı sadəcə dəhşətə gətirir. İnsan da vaxta bu qədər qeyri-ciddi yanaşarmı. Onları bir sual düşündürür-vaxtı necə öldürməli. Nə edim ki, saat altı, səkkiz olsun, işdən çıxım evə gedim. Nə edim ki, axşam düşsün. Adamın heç ağlına girmir ki, bir kitab götürüb vərəqləsin, bir maraqlı məqalə oxusun, bir muzeyin saytına girib rəsm əsərlərinə baxsın. Heç olmasa danışmağa mövzu olsun.

Bir çox insanlar isə arzuları ilə imkanlarının sərhədini müəyyən edə bilmirlər. Xüsusən qadınlar. Məsələn, tutaq ki, gicin biri bir foto yayıb. Altına da romantika yazıb. Fotoda qəşəng bir qız və yaraşıqlı bir oğlan dənizin ortasında zanbaq formasında düzəldilmiş bir masada oturublar. Ətraflarında isə balaca-balaca, balaca yox, çıqqılı-çıqqılı qayıqlar üzür və bu çıqqılı qayıqların da hər birində şamlar yanır. Bu fotonu görərkən qadınların fantaziyaları bir saniyədə qıcqırır və beyinlərində bir fikir yaranır. Mən də istəyirəm, niyə də olmasın. Vəssalam. Daha heç nə bu dünyada onu razı sala bilməz. Sən bu arzunu reallaşdıra bilərsənsə deməli əsl kişisən, əsl nişanlısan. Yox əgər bu arzunu reallaşdıra bilmirsənsə deməli sən onu başa düşmürsən, onun öz dünyası var, sən romantik deyilsən zad… İndi gəl bu adama başa sal ki, bu şəkil  bir adamın işi deyil. Bu şəkilin  çəkilməsi üçün bütöv bir komanda işləyib. Biri qız tapıb, biri oğlan tapıb. Bir dəstə adam qızın saçını darayıb. Bir dəstə adam qızın qaşlarını düzəldib. Bir dəstə adam oğlanı geyindirib, saqqalını, gözünü, qaşını qaydaya salıb.  Biri çıqqılı qayıqları düzüb. Biri masanı düzəldib. Biri altdan çəkib, biri üstdən çəkib. Buninin “San Fransiskolu cənab” adlı möhtəşəm bir hekayəsi var. Orda gəmidə bir qəşəng qız və bir qəşəng oğlan xoşbəxt  cütlük rolunu ifa edirlər. Lap tutaq ki, belə bir restoran var. Orda dənizin ortasında zanbaq formalı masada şamların əhatəsində şam etmək mümkündür. Bundan sənə nə? Bəyəm bu imkan hamı üçün tanınıb? Mənim də ürəyimdən çox şey keçir. Bir balaca ağlı olan adam arzuları ilə imkanlarının sərhədini müəyyən etməyi bacarmalıdı. Məhz arzuları ilə imkanlarının sərhədini müəyyən edə bilmədiklərinə görə azərbaycanlıların həyatı cəhənnəm iztirablarına çevrilib. Gic-gic, mənasız arzuları onlara yaşamağa imkan vermir. Uşaq kimi nə görürlərsə mən də istəyirəm deyib ağlayırlar, özlərini yerə çırpırlar, ağızlarının suyu burunlarının suyuna qarışır, üstəlik göz yaşları da yuxarıdan axıb ağız və burun suyuna əlavə olunur. Nəticədə sifət tamam eybəcər bir vəziyyətə düşür.  

Bizim qlamurka, snobist qızlar harda şam, koma görürlərsə elə bilirlər ki, orda romantika var. Romantika əslində ekstrimal situasiya deməkdi. Koma şəklini görən kimi deyirlər: “Kaş belə bir koma olaydı gedib orda tək oturub düşünəydim”. Yalandı. Saxtakarlıqdı. Başdan başa sünilikdir. Bir qram da səmimiyyət yoxdu. İki gün qala bilməz komada. Çünki komada qalmaq, təbiətdən zövq almaq üçün insanda dux olmalıdı.  Maddi dünyadan iki əlli yapışıb həm də başqalarının mənəviyyat dünyasına sahib çıxmaq istəyirlər. Bu saxtakarlar, bu dırnaqarası romantiklər, bu snobist qlamurkalar rayona gedəndə, bütün iradələrini səfərbər edib, bir-iki saatlıq, bir-iki günlük  əzablı romantik anlar yaşadıqları vaxtlarda qarşılarına çıxan kənd uşaqları, qoca arvadlarla, bəzən qoca kişlərlə gülümsəyərək şəkil çəkdirirlər. Elə dayanır, elə gülümsəyirlər ki, guya bu qoca arvadlarla, bu kənd uşaqları, bu qoca kişilərlə şəkil çəkdirməklə böyük bir fədakarlıq etməkdədirlər və biz bu fədakarlığı qiymətləndirməli, bu şəklin çəkilməsini böyük bir lütf, mərhəmət nümunəsi kimi qəbul etməliyik. Otururlar maşına, gedirlər rayona, restoranda, istirahət mərkəzində yeyib-içirlər. Özləriylə  top da aparırlar, ya şortikdə, ya da şalvarlarının balaqların çırmalayıb bir az yalandan voleyboldan-zaddan oynayıb, guya asudə vaxtlarını səmərəli keçirirlər. Qarşılarına kənd uşaqları, qoca arvad, qoca kişi çıxanda sevinirlər, tez şəkil çəkdirirlər. Guya bunlar Şahzadə Dianadırlar, Afrikada uşaqlarla, ac, xəstə adamlarla şəkil çəkdirirlər. Əlimi “Quran”a basıb and içərəm ki, onlar o qocaları, o uşaqları qucaqlayıb gülümsəyərək şəkil çəkdirərkən özlərini Şahzadə Diana kimi hiss edirlər. Nə deməkdi bu? Nədi bunun mənası? Xahiş edirəm bir adam məni başa salsın. Bu diskriminasiya nə üçündür?   

Adamlar özlərini hədsiz dərəcədə bədbəxt hiss edirlər. İmkanları ilə arzularının sərhədini müəyyən edə bilmədiklərinə görə bədbəxtliyin dərəcəsi günü gündən artır. Hansı serialda, hansı reklamda nə görürsə bir anda fantaziyası işə düşür, öz imkanlarını bir qram da nəzərə almadan elə hey istəyirlər, istəyirlər, istəyirlər...
 

Seymur Baycan

kayzen.az

 

Go Back

İntihar meşəsi

Seicho Matsumoto adlı yapon yazıçının 1960 cı ildə yazdığı «Black sea of trees» adlı romanının sonunda iki sevgili intihar etmək üçün Aokigahara meşəsinə gedib özlərini asırlar. O tarixdən etibarən Aokigahara meşəsi yapon xalqının intihar etmək üçün getdikləri məskən halına gəlir. 
Meşə dünya üzərindəki ən ürkütücü yerlərdən hesab olunur. Belə ki, ağaclardan asılmış cəsədlər, insan skeletləri, dərman qabları, kolluqlarda çürümüş insan bədəni mənzərələri, bəzi ağacların dibində orada intihar edən insanların yaxınları tərəfindən qoyulmuş güllər, yandırılmış şam qalıqları və sairə. 
Hətta meşədə intihar edən kimsəsiz insanlardan qalan maşınları da aylarla orada görmək mümkündür. Meşənin girişində isə «Bu həyat sizə verilmiş bir hədiyyədir. İntihar etmədən öncə sizi sevənləri və sevdiklərinizi yaxşı düşünün» şüarı və intihar yardım xəttinin əlaqə nömrəsi var.

kayzen.az

Go Back

Nə üçün yaş artdıca zaman sürətlə keçir?

Yəqin gənclik dövrünü yaşamış hər kəs eyni fikirdədir ki, yaş irəlilədikcə zaman sanki çox sürətlə keçir. Bəs nə üçün belə olur?

Psixoloqlar bu suala belə cavab verirlər. İnsan zamanı iki üsulla qavrayır.Birinci üsul perspektiv üsuldur.Biz zamanı gələcəkdə baş verəcək hadisələrə qədər qiymətləndiririk. Digər üsul retrospektiv üsuldur.Zamanı  dərk  və hiss etməyimizə  eyni zamanda məşğul olduğumuz iş və o işlə bağlı hiss etdiklərimizdir. Sevdiyiniz məşğuliyyət zamanı  vaxtın  keçməsindən xəbərsiz olursunuz, lakin açı çəkərkən, gözləyərkən vaxt bitmir. İstənilən yeni bilgi və məşğuliyyət  zamanın hiss edilməsini sürətləndirir.Retrospektivdə isə ona sərf edilən  zaman daha uzun görünəcək.

Səbəb budur ki, insan beyni yalnız yeni hadisəsləri qeydə alır, təkrarlanan hadisələri deyil.Keşmişə dair mühakimələrimiz yeni xatirələr və dərk etməmizə əsaslanır.

Bu fenomen zamanın uşaqlıqda nə üçün uzun  keçdiyini izah edir.Ətraf aləm və dünya barəsində biz uşaqlıqda özümüz daha çox şey qavrayırıq, dah çox şey öyərnirik. Məhz bu səbəbdən retrospektivdə zaman bizə uzun gəlir.

İlhamə Rəsulova

bizimyol.biz

 

Go Back

Quru yarpaqlar

Çin imperatoru üç il ərzində şəxsən özü min bir əziyyət bahasına bir bağ salır və günlərin bir günü bu bağın gözəlliyini görmək, dəyərləndirmək üçün nüfuzlu şəxsləri buraya qonaq çağırır.
Bağı görən-görən heyranlığını bildirir, təriflər sel kimi yağır. Amma bağ salma sənətinin misilsiz ustadı sayılan Lin-çinin fikri imperatoru digər qonaqlarınkından daha çox maraqlandırırdı. Odur ki, qibleyi-aləm rəyini öyrənmək üçün ustada müraciət elədi. 
Lin-çi dedi:
— Bu bağda bircə dənə də qurumuş yarpaq görmədim. Bəyəm yaşamla ölüm hər zaman qoşa və qonşu olmur ki?! Xəzəllərin yox­luğu bağınızı donuq və cansız göstərir. Hər halda onları bu səhər “Qonaqlar gələcək” deyə süpürüblər. Bu yanlışı düzəlt­mək istəyirsinizsə, göstəriş verin, bir qucaq quru yarpaq gətirib töksünlər buralara. 
Bu təklif gerçəkləşəndən sonra külək yerdəki xəzəllərlə oy­na­mağa başladı. Onların xışıltısı və pıçıltısı sayəsində bağ sanki canlandı! Ustad bunu görüb dedi: -İndi bu bağda hər şey yerli-yerindədir. Bağınız çox gözəldir, yeganə çatışmazlığı isə onun hədsiz dəqiqliklə planlanmasıdır. İstənilən sənət özünü kölgədə tutduğu və gözə batmadığı zaman misilsiz olur.

kayzen.az

Go Back

Yaddaşımızdan Pis Xatirələri Silməyin Yolu

Psixologiya elmində məqsədli unutma ilə bağlı bir çox tədqiqatlar aparılıb. Bu, hər zaman insanların diqqətini çəkən bir məsələ olub. Eternal Sunshine of The Spotless Mind filminə yəqin ki baxmısınız. Bəs həqiqətən də unutmaq mümkündürmü? Biz istəmədiyimiz xatirələri beynimizdən məqsədli şəkildə silməyə qadirikmi? Gəlin bu sualın cavabını tapmağa çalışaq.

Məqsədli şəkildə unutmaq üçün nə etməliyik?

Uzun müddətdir ki, bunun üzərində tədqiqatlar aparan Jeremy Manning və Kenneth Norman unudulmasını istədiyimiz xatirələrin silinməsi üçün ilk dəfə beynimizə qeyd edildiyi bağlantını silərək, bunu etməyin mümkün olduğunu iddia edirlər. Onlar təcrübə əsnasında bir qrup insandan yeni öyrəndikləri sözləri xatırlamalarını istəyiblər və bu zaman beyinlərində baş verən prosesləri müşahidə ediblər. Müşahidələrdən belə məlum olur ki, beyin hər hansı bir şeyi xatırlamaq istədikdə, həmin şeyi qeyd etdiyi bağlandını xatırlamağa, unutmaq istədiyində isə o konteksdən uzaqlaşmaq üçün səy göstərir. Bir sözlə, unutmaq və xatırlamaq üçün eyni funskiyanın müxtəlif cür istifadəsi gərəkli olur. 

Tədqiqatçılar belə bir nəticəyə gəlib ki, biz xatırlamaq üçün istifadə etdiyimiz metodları, bunun əksi üçün də istifadə edərək, pis xatirələrdən xilas ola bilərik. Xatirələrimizi qeyd etdiyimiz bağlantıları silməklə, onlardan uzaqlaşmağımız mümkündür. Mövzuyla əlaqədar daha dəqiq və detallı məlumatlar tədqiqatlar yekunlaşdıqdan sonra açıqlanacaq. Bu mərhələdə insanı bir şey düşündürür: pis xatirələrinizdən həqiqətən də xilas olmaq istəyirikmi? 

pahoo.az

Go Back

Kainat Kitabı və Oxuyan İnsan

Böyük insan olan kainat...Və kiçik kainat olan insan...

Kainatda olan hər bir şeyin kiçik bir nümunəsi insanin mahiyətində dərc edilmişdir.

Böyük aləm və o aləmin içində insanlar ədədincə kiçik aləmlər...

Hər insanın düşüncələriylə, xəyallarıyla, qorxularıyla, istəkləriylə, arzularıya formalaşdırdığı bir aləmi var. Bu kainatda insanlar ədədincə bir-biri ilə əlaqəli, iç-içə girmiş aləmlər var. Hər insanın qurduğu aləmin dirəyi isə onun həyatıdır. Həyat dirəyi qırılan kimi aləmi də başına yıxılır.

İnsan içtimai varlıqdır. Həyatını təmin etmək üçün digər insanların köməyinə ehtiyacı var. Eyni zamanda, kimi danışdırırsan ətrafındakı insanların çoxundan narazıdır. İşçilər müdirdən, qonşu qonşudan, kimisi qohum-əqrəbadan, gəlin qaynanadan… Əksər insanlar başqalarının onun həyatına qarışmasından şikayətçidir. Bəziləri isə canlı-cansız hər şeyi həyatına təcavüz edə biləcək potensial düşmən olaraq görür. Zərrədən səyyarəyə kimi hər bir şeydən qorxub dəhşət alan, eyni zamanda bütün varlığı ilə səadət və rahatlıq axtarışında olan insan bu dəhşətli vəziyətində axtardığını tapa bilərmi? Bəs nə edək? Ruhumuz “SƏADƏT” deyə bağırırkən, şərait və səbəblər səsimizi içimizdəcə boğur.

Hər şeyi başıboş və özünə düşmən görən insanlıq, zirehini taxır, silahını alır, kölgədən qorxan uşaq kimi vahimələnib bütün dünyaya hücum vəziyətini alır. Ondan da zülm doğur, müharibələr doğur, insanın gözləriylə bərabər qəlbini də ağladacaq necə çirkin davranışlar meydana gəlir. Halbuki bəzən biz gözlərini bağlıyıb, xəyalında kiminsə hücumunu təsəvvür edən birisi kimi əsassız olaraq bağırıb- çığırırıq. Öz aləmimizin təmirini buraxıb başqalarına təcavüzlə məşqul oluruq...Boş yerə deməyiblər ki, “qorxaq təcavüzkar olar.”

Bəs bu qədər qorxuları dəf edib, milyon illərdi axtardığımız səadəti necə tapaq?

Maddənin şüuru və iradəsi yoxdur. Amma insan şüurlu və iradəli varlıqdır. Kainatda saysız- hesabsız şüursuz maddi varlıqlar var ki, mükəmməl dərəcədə nizamlı, intizamlıdırlar- zərrələrdən ulduzlara kimi. Hər addımda bir ölçü, bir nizam, bir şüurlu hərəkət gözə çarpır. İnsanlar arasında isə milyon illərdir ki bir nizamsızlıq, bir qarışıqlıq, bir ədavət var… Görəsən bu şüursuz maddələrin şüurlu hərəkətinin və şüurlu insanların şüursuz davranışlarının səbəbi nədir?

Şüur sahibi olan insan şüursuz varlıqların şüurlu hərəkətindən dərs almalıdır. Kainatda hər bir şeydə bir yardımlaşma görünür. Bulud torpağın, bitkilər heyvanların, hətta qida zərrələri hüceyrələrimizin köməyinə çatır. Çünki hər şey bir sistemə tabe olaraq çalışır, hər məhsul bir əldən çıxır, hər şey birinin əmriylə hərəkət edir, birinin iradəsinə və idarəsinə tabedir. Əmr edənlər çoxaldırqca ixtilaf çıxar, qarışıqlıq düşər, nizam pozular...

İnsan kiçik bir kainatdır, kainat isə böyük bir insan...Düşünən insan üstündür. Ağlıyla, qəlbiylə, ruhuyla düşünən, kainatdakı mükəmməl fəaliyyəti təfəkkür edən, böyük qardaşı olan kainatdan dərs alan insan həqiqi insanlıq mərtəbəsinə yüksələ bilər. Kainat böyük bir dərs kitabıdır. Bu kitabda biz insanlar üçün necə örnəklər var… Yetər ki oxumağı bacaraq. Əgər hələ də həqiqi səadəti tapa bilməmişiksə, demək ki, doğru- dürüst oxumağı bacarmırıq. Kim bilir bəlkə də kainat kitabının əlifbasını, bəlkə də bu əlifbanın əlifini belə öyrənə bilmədik...

“Yaradan Rəbbinin adı ilə oxu” Ələq Surəsi, Birinci Ayə (Bu ayə, Quran-ı Kərimi'n ilk nazil olmuş ayəsidir)

kayzen.az

 

Go Back

Pozitiv olmaq öz əlinizdədir

Pozitiv psixoterapiyanın önəmli bir xüsusəyyəti budur ki, məşqlərlə özün-özünə daha müsbət yönümdə düşünməyi adət etdirə bilərsən. “Öz-özünə kömək et” prinsipi xəstəyə paylaşımcıl, dərdini başqası ilə bölüşməyi öyrədir. O məcbur deyil ki, dərdi ilə təkbaşına mübarizə aparsın. Bu bir növ psixoloji dəstək üsuludur və müsbət psixoterapiyanın bir növüdür.

Tibbin xəstələrə verdiyi arıqlama məşqləri, qidalanma cədvəli, pəhriz proqramı və bunlara əməl etmək bir növ özü-özünə kömək növüdür. Necə ki, bir xəstə həkimin yönləndirməsi ilə təsirli bir şəkildə düzəldəcək şeyləri etməyi öyrənirsə, eyni şəkildə təhsildə, işdə evdə, ailədə yaranan problemlərə “Öz-özünə kömək et”-lə mübarizə apara bilər.

Biz valideyinlər və tərbiyəçilər, öyrətmək üsullarımızın nəticəsinə baxanda görürük ki, “Öz-özünə kömək et” prinsipi uşaq yaşından tətbiq olunmağa başlayanda daha yaxşı təsir edir. Uşaqda narahatlığa yol açan şeylər adətən böyük hadisələr deyil. Bunlar daha çox fərdi mübahisələrdə nəzərə çarpan, xüsusilə də xarakter cizgilərini təkminləşdirən kiçik hissi yaralanmalardır. Bir ananın uşağını elə hey sən çox səliqəsizsən-  deyə danlaması nə özünə, nə də uşağına bir xeyir verməz. Bunun əvəzinə ana uşağın səliqə-səhman anlayışını inkişaf etdirməlidir. Ana başa düşməlidir ki, təmizlik vərdişləri haqqında hər kəsin fərqli düşüncələri var.

Başqa bir misal: sadəcə və sadəcə bir işi həll edib əhəmiyyətli olduğunu fikirləşən bir adam, özünə yerinə yetirə bilməyəcəyi bir iş tapşırılanda ani olaraq ağır bir məğlubiyyətin içində olduğunu düşünəcəkdir.  Bu birbaşa tərbiyələndirmə mərhələsində yol verdiyimiz səhvlərlə əlaqədərdi. Maşın serməklə uşaq tərbiyə etməyi müqaisə edək:

Mütləq hər biriniz uşaq böyütməyin maşın sürməyi öyrənməkdən daha çətin olduğunu deyəcəksiniz. Maşın sürmək üçün bir sürücülük kursuna yazılmaq, qaydaları öyrənmək, və əlbəttə bir imtahandan keçmək lazımdır.

Fəqət uşaq böyütmək üçün sadəcə uşaq sahibi olmaq kifayyətdir. Sanki sonrası öz-özlüyündən gəlir.  Müxtəlif vaxtlar bəzi ata və anaların  uşaq tərbiyə etmələri sürücülük vəsiqəsi olmadan gözüyumlu şəkildə tıxaca girməsinə bənzəyir.

Psixoloqlar qeyd edirlər ki, bəzi valideynlərdə belə bir səhv yanaşma var, əgər bir uşağın hərarəti, qarın ağrısı, baş ağrısı, ürək rahatsızlığı varsa, onu diqqətlə müalicə edə bilərik. Lakin uşaq bizim fikrimizcə tərbiyəsiz, yaxud da “qəribə” davranırsa, qısa zamanda səbrimiz daşar və neqativ bir hərəkət büruzə vermiş olarıq. Çox zaman o uşağın hərəkətlərinin bir xəstəliyin əlaməti olduğunu başa düşmürük.

Bütün xəstəliklərin 70-80%-i psixoloji problemlərdən yaranır. Bunlardan çox az hissə psixoloq dəstəyi alır. Öz-özünə kömək etmək bacarığı  öyrətmək xəstələrə hələ xəstələnməmişdən qabaq mübarizə aparmağın yolların öyrədir. Yaxşı bəs nə üçün müalicədən istədiyimiz nəticəni ala bilmirik

Çünki adamlar yox, əlamətlər müalicə olunur.

Çünki çatışmazlıqların daxili ilə yox, xarici ilə maraqlanılır.

Çünki müalicə olunanlar öz aralarında fərqli “dillə” danışırlar.

Çünki müalicə olunan və həkim fərqli “dillərdə” danışırlar.

Bu problemləri həll etmək üçün nə etmək olar?

Psixoterapiya genişlənməlidir və sirli bir elm imiş kimi münasibət tərgidilməlidir.

“Öz-özünə kömək et” prinsipi təkminləşməli və həyata keçməlidir.

 Bütün bu yazılanları qısa formada ifadə etsək, pozitiv terapiya insanın “öz-özünə kömək et” prinsipinə inanır. Bunun uşaq tərbiyəsi və böyüdüb başa çatdırılması zamanı lazımlı olduğunu düşünür. Sadəcə psixoloji narahatlıqların deyil, digər xəstəliklərin müalicəsində də istifadə oluna bilər. Çünki sağlam insan problemsiz insan yox, problemi ortaya çıxanda onunla mübarizə aparmağı bilən bir insandır. 

noteaz.com

Go Back

Sevgidən nifrətə bir addımdır...

Yaşadığımız dövrdə bəzi insanlar arasında nifrətin yayılma səbəbi nədir? Nifrətin sevgiyə çevrilməsinin həlli necə olmalıdır?

Bütün insanlar sevgini bilərək doğulurlar. Kiçik bir uşaq irq ayrı-seçkiliyini, nifrəti, dininə, mədəniyətinə, millətinə görə insanları siniflərə bölməyi, insanlara zülm etməyi bilməz. Çünki o sevgi ilə doğulur. Hər insan ruhu ilə bərabər yaradılır və o ruh birbaşa sevgiyə bağlıdır... İnsan nifrəti, zülmü, kini, insanlara fikirləri, irqləri, dinləri, dilləri, nəsilləri səbəbindən düşmən olmağı sonradan öyrənir. Nifrət cəmiyyətlər içindəki bəlaların da əsas mənbəyidir. 

Cəmiyyətin mövcud qanunları insanları günahdan və pis əxlaqdan ancaq bir nöqtəyə qədər çəkindirə bilər. Dövlət ictimaiyyətə açıq olan yerləri, küçələri və mərkəzi bölgələri təhlükəsizlik qüvvələri sayəsində qismən qoruya bilər, cəmiyyətin nizamını təmin edə bilər, güclü bir ədalət sistemi sayəsində cinayət nisbətini azaltma mövzusunda lazım olan tədbirləri ala bilər. Lakin hər insanın iyirmi dörd saat nəzarət edilməsi mümkün olmadığına görə müəyyən məqamdan sonra insanın vicdanı fəaliyyətə keçməlidir. Vicdanını dinləməyən insan yalnız olanda və ya özü kimi düşünən şəxslərlə birlikdəykən asanlıqla cinayət törədə bilər. Bu vəziyyətdə yalana müraciət edən, haqsız qazanc yeyən, məzlumu əzməkdən heç bir narahatçılıq duymayan fərdlərdən ibarət bir cəmiyyət modeli ortaya çıxar. Mənəvi dəyərlərin itirildiyi bir cəmiyyətdə fiziki tədbirlərin və tətbiqatların nəticə verməyəcəyi aydındır. Etdiyi hər hərəkətə, aldığı hər qərara, söylədiyi hər sözə görə Allah qatında hesaba çəkiləcəyini və sonsuz axirət həyatında bu etdiklərinə görə qarşılıq tapacağını bilən bir insanın pislikdən çəkinəcəyi aydındır. 

Mənəvi dəyərlərin hakim olduğu bir cəmiyyətdə zorakılığa meyilli insanların ortaya çıxmasına səbəb olan problemlər də təbii olaraq ortadan qalxmış olur. Cəmiyyət dürüstlük, fədakarlıq, sevgi, şəfqət, ədalət kimi yüksək dəyərlərə sahibdirsə, bu cəmiyyətdə yoxsulluq, gəlir bərabərsizliyi, ədalətsizlik, haqsızlıq, məzlumun əzilməsi, azadlığın məhdudlaşdırılması kimi mənfi hallarla qarşılaşılmaz. Tam əksinə ehtiyac içində olanların ehtiyaclarının təmin edildiyi, zəngin olanın yoxsul olanı himayəyə aldığı, güclü olanın zəif olanı qoruduğu, sağlamlıq, təhsil, rabitə kimi sosial imkanlarda hər kəsin ən yaxşısını istifadə etdiyi, fərqli etnik mənşələr, dinlər və mədəniyyətlər arasında mehriban münasibətin hakim olduğu bir cəmiyyət nizamı olar.  Elə bu səbəblədir ki, sevgi və sevginin gətirdiyi gözəl əxlaq bir çox ictimai problemlərin həllidir.  Əksində isə, yəni  nifrətlə ancaq dünya qarışır. Müharibələr, iğtişaşlar artır. Halbuki, nifrətin səbəb olduğu müharibələrdə xərclənən pul ilə nələr edilə bilər. 

Pul bütün dünyadakı aclığı müəyyən qədər aradan qaldıra bilər. Uşaqları hər cür ölümcül xəstəliyə qarşı qoruyacaq tədbirlər alına bilər. Az inkişaf etmiş ölkələrdə minlərlə insanın ölümünə səbəb olan xəstəliklərin müalicəsində istifadə oluna bilər. İşsizlik bütün dünyada aradan qaldırıla bilər. Təhsilə ayrılan pul ilə dünyada oxumaq, yazmaq bilməyən insan qalmaz. Xərçəng, Alsheymer kimi xəstəliklərin araşdırmaları, xəstəliklərə çarə ola biləcək üsullar inkişaf etdirilər.

Nifrəti sevgiyə çevirməyin yeganə yolu gözəl əxlaqdır. İnsan gözəl əxlaqı bütün həyatına tətbiq edəndə sevginin önü açılır. Gözəl əxlaqın bir parçası səbirdir. Səbir sevgini əldə etmək üçün böyük əhəmiyyət daşıyır. Çünki səbir olmasa, insan sevdiklərinin xətalarını, qüsurlarını tapar, onlardan qopub ayrılar, səbir olmadan insanın sevgini əldə etməsi çətindir. Eqositlik və laqeydlik də sevgini aradan qaldırır. Comərdlik isə sevgini artırır. Köməksevərlik həm kömək edən şəxsdə, həm də kömək edilən şəxslərdə qarşılıqlı sevgi olaraq inkişaf edir. Yalan danışmamaq da sevgi üçündür. Yalan danışan adamları sevməkdə insan çətinlik çəkir, çünki davamlı yalan danışan bir insanın əsl şəxsiyyəti ilə əlaqə qurula bilməz. Vəfa, sədaqət və bağışlamaq da ancaq sevgi ilə mümkündür. Gözəl əxlaqı yaşayan insan sevdiklərini şəfqət duyaraq sevər, minlərlə dəfə səhv eləsə də, onlara qarşı mərhəmətli və hər şərtdə bağışlayıcıdır. Buna görə də bağışlamaq insanlar arasındakı sevgi zəminini yaratmada Allahın lütf etdiyi nemət və gözəlliklərdən biridir.

Vicdan zəifliyinin nəticəsi olan nifrət isə ancaq yanlış inanclardan, yanlış həyat tərzindən doğur. Nifrətin yaratdığı keyfiyyətsiz həyat tərzini, terroru, dağıntını, zorbalığı, müharibəni dayandırmaq üçün insanları təlimləndirmək lazımdır. İnsanlar öz həyatlarından, gördüklərindən, düşündüklərindən  məsul olduqlarını bilməli və insan həyatının bir böcək qədər dəyərsiz olduğu fikrindən xilas olmalıdırlar. Sonlu deyil, sonsuz bir varlıq olduqlarını, həyatlarının bu dünya həyatı ilə sona çatmayacağını, yox olub getməyəcəklərini unutmamalıdırlar. Bir-birləri ilə döyüşüb vuruşaraq, bir-birlərini əzərək, dalaşaraq deyil, sevərək, şəfqət göstərərək, fədakarlıq edərək irəliləyəcəklərini öyrənməlidirlər. Müharibə aparmağı normal göstərən hər ideologiya böyük bir yalandır. İnsanlar ancaq və ancaq öz yaradılışlarına uyğun hərəkət eləyəndə xoşbəxt yaşaya bilərlər. İnsanlar sevgi üzərində yaradılmışdır. İrəliləmək, gözəlləşmək və xoşbəxt yaşamaq istəyirlərsə, sadəcə sevgini ayaqda saxlamalıdırlar. İnsanların əksəriyyətinin nifrəti qızışdırmaları sevgi yolu üzərində maneə deyil. Sevgiyə meyilli bir insanın Allah hər zaman köməkçisidir. Belə insan Allaha qarşı sevgi yaşadığı və yaşatdığı müddətdə minlərlə insanın üzərində bir gücdür. Ruhundakı o gözəlliyi yaşadığı üçün hüzursuzluq və sıxıntı içində olmaz. Sevgi ilə ruhunu razı salar. Bədəni, üzü, bütün hüceyrələri o sevginin verdiyi enerji və şənlik ilə canlanar, dirilər. Nifrətin gətirdiyi qaranlıq, qorxu və dəhşət, ruhundan sıyrılıb gedər. Bu insan üçün yaşamaq, yəni hadisələrə həll yolu gətirmək, yaşadıqlarını xeyrə yozmaq, dinc bir beyin ilə rahat və xoşbəxt yaşamaq hər zaman mümkün olar. Asan olan sevgini yaşamaq, çətin olandan, yəni nifrət və kindən təmizlənməkdir. Sevgini yaşayan və yaşadan bir insanın həm öz həyatı gözəlləşəcək, həm də ətrafındakı insanların həyatı.

qadin.net

 

 
 

Go Back

Multİkulturalİzm: bəla yoxsa nİcat yolu?

Dünyada gedən mədəni qloballaşma kontekstindən elə onun əsas təzahür­lərindən sayılan multikulturalizmi də dəyərləndirilməsi zərurəti yaranır. Mədəni qloballaşma kimi multikulturalizmə münasibətdə də bu gün çoxlu sayda yanaş­malar, definisiyalar mövcuddur ki, əksər halda onlar məsələyə əks mövqedən yanaşırlar.

Başqa mədəniyyətlərə mənsub insan qruplarının, əsasən də immiqrantların qərb cəmiyyətlərinə adaptasiya və inteqrasiyasının bir neçə təcrübəsi (ABŞ, Fransa, Almaniya, İngiltərə, Avstraliya, Yaponiya və s.) mövcuddur. 60-cı illərdən başlayaraq qərb ölkələrində immiqrantlara münasibətdə iki ya­naş­manın mövcud­luğunu qeyd etmək lazımdır: diferensiasiya və assimilyasiya. Diferensiasiya siyasəti cəmiyyətdə müxtəlif etnomədəni qruplar arasında səlis sərhədlərin saxlanılması və onlara müstəqil icmalar kimi yanaşılmasını və hörmət edilməsini nəzərdə tutur. Almaniyada 60-70-ci illərdə qastrabayterlərə münasibətdə məhz bu model tətbiq olunurdu. Onlara müvəqqəti işçi qüvvəsi kimi baxılır və yerli cəmiyyətə inteqrasiyası nəzərdə tutulmurdu. İndi bir sıra ərəb ölkələrində xarici işçi və qulluqçulara məhz bu yanaşma tətbiq olunur. İkinci yanaşma isə assimilyasiya adlanır və immiqrantlara cəmiyyətdəki mövcud sosial-mədəni davranış modellərini qəbul etdirməklə, onların yerli cəmiyyətə inteqrasiyasına nail olmaq məqsədi daşıyır. Bu siyasət xüsusən immiqrantların uşaqlarına münasibətdə özünü daha aydın göstərir. Onlar məktəbəqədərki tədris müəssisələrini bitirdikdə yerli cəmiyyətdəki həmyaşıd­larından artıq heç nə ilə fərqlənmirlər. Bu yanaşma özünü ABŞ-da daha aydın təcəssüm etdirir. Assimilyasiya modeli milli-etnik fərqləri, müxtəlifliyi qəbul etmir, o qruplar arasında disbalansı aradan qaldırmaq iqtidarında deyil.

Bu iki yanaşma mədəni müxtəlifliyə malik cəmiyyətlərin tələblərinə artıq cavab verə bilmir. Əlbəttə, bu o demək deyildir ki, mədəni müxtəlifliklə səciyyələnən ölkələr dağılmağa və ya milli mədəniyyətlərini itirməyə məhkumdurlar. Lakin müxtəlifliyin qəbul edilməsi bir sıra sosial-mədəni problemlərin, xüsusən miqrantların cəmiyyətə inteqrasiyası ilə bağlı məsələ­lərin həllində ümumi məxrəcə gəlməyi tələb edir. Son vaxtlar multikulturalizm siyasəti miqrantların inteqrasiyası məsələsinə müxtəlifliyin əhəmiyyətini qəbul edən və özünüdərkin çoxcəhətliliyini müdafiə edən üçüncü yanaşma kimi nəzərdən keçirilir. Uzun müddət belə bir fikir üstünlük təşkil etmişdir ki, multikulturalizm mədəni inteqrasiyanın ən müsbət modeli kimi mədəni assimiliyasiya modelini əvəz etməlidir. Lakin, artıq qeyd edildiyi kimi, bu siyasətin uğursuzluğu “mədəni hegemoniya” mövqeyinin üstünlük təşkil etməsinə gətirib çıxarmışdır. Buna görə də azlıqların mədəni azadlığı probleminə insanların fərdi hüquq və azadlıqları kontekstindən baxılması tələbi getdikcə özünə geniş tərəfdar tapmaqdadır.

Multikulturalizm modeli mədəni başqacürlülüyün müxtəlif formalarının mövcudluğunun legitimləşdirilməsini nəzərdə tutur və lakonik şəkildə “assimilyasiyasız inteqrasiya” formulunda ifadə olunur. Bir dövlətin sərhədləri daxilində müxtəlif etnomədəni, konfessioal və digər təsisatların dinc yanaşı yaşaması və öz mədəni xüsusiyyətlərini, həyat tərzini rəsmən ifadə etmək və qoruyub saxlamaq hüququna malik olması nəzərdə tutulur.

Avstraliyada bu siyasət milli müxtəliflik şəraitində cəmiyyətin birliyinin təmin edilməsinin yeganə yolu kimi 1990-cı illərdən həyata keçirilməyə başlanmışdır. Bu ölkədə multikulturalizmə “müxtəlifliyin vəhdəti” kimi baxılır. Multikulturalizm siyasəti təkcə cəmiyyət daxilində müxtəlif mədəni dəyərlər sisteminin qəbul edilməsi deyil, həmçinin insan hüquqları, qanunun aliliyi, gender bərabərliyi kimi əsas dəyərlərə sadiqliyi də özündə əks etdirir. Multikulturalizm bu mənada ayrı-ayrı şəxslərin öz mədəni dəyərlərini ifadə etmək və yaymaqla yanaşı, qarşılıqlı vətəndaşlıq vəzifələrini yerinə yetirmək öhdəliyini də nəzərdə tutur. Bir çox dövlətlər multikulturalizmi rəsmən qəbul etməsələr də mədəni müstəsnalıq probleminin həllinə və ictimai birliyə, müxtəlifliyə hörmət kimi məqsədlərə nail olmaq üçün onun bir çox elementlərini öz milli və mədəni siyasətlərində geniş tətbiq edirlər.

Müasir dünyada milli identikliyin qorunub saxlanılması problemi şəxsiyyətin sosial identikliyinin tərkib hissəsi kimi çıxış edir. Mədəni identiklik milli-etnik identikliklə sıx əlaqədardır, lakin onlar eyniyyət təşkil etmirlər. Etnik identlikliyin postulat kimi qəbul edilməsi heç də ümumi vətəndaş identikliyini inkar etmir. Özünü konkret etnosla eyniləşdirmək Azərbaycan xalqı, cəmiyyəti, mədəniyyəti ilə eyniləşdirməni istisna etməməlidir.

Bir konsept kimi multikulturalizm bir neçə səviyyədə nəzərdən keçirilir. Siyasi nəzəriyyə və ideologiya kimi o cəmiyyətdə müxtəlif mədəni-milli birliklərin dinc yanaşı yaşamasını – mədəni plüralizmi təşviq və tövsiyə edir. Digər tərəfdən multikulturalizm mədəni pluralizmin geniş tətbiqinə yönəldilmiş əməli siyasət kimi də qəbul olunur. Bu siyasətin əsasında hakimiyyət institutları ilə etnik-mədəni azlıqlar, eləcə də bütövlükdə müxtəlif etnomədəni birliklər arasında münasibətlərin tənzimlənməsini nəzərdə tutan hüquqi, siyasi, iqtisadi, sosial-mədəni tədbirlər kompleksi dayanır.

Multikulturalizmə başqa cür yanaşmalar da vardır. Multikulturaliz­min müəyyən coğrafi arealda yaşayan, müxtəlif etnosların intensiv qarşılıqlı mədəni əlaqələrinin nəticəsi kim də qəbul edirlər. Bu zaman multikulturalizmin üstünlük­ləri kimi ölkədə mədəni müxtəlifliyin qorunub saxlanılması, müxtəlif azlıqların hüquqlarının tanınması və müdafiəsi, şovinizmdən, irqi və dini xurafatdan, ksenofobiyadan imtina, “başqa”larına dözümlülü münasibətin və hörmətin tərbiyə edilməsi və s. göstərilir. Bu zaman “milli birliyi” ehtimal təhlükəyə gəldikdə isə multikulturalizm müxtəlif etnosların və mədəniyyətlərin bir-birindən ayrıldıqda mövcudluğunu deyil inteqrasiyasının nəzərdə tutduğundan etnik mənsubiyyətindən asılı olmayaraq o insanlar arasında yaxınlaşmaya, qarşılıqlı anlaşmaya, tolerantlıq prinsiplərinin bərqərar olmasına kömək edir. Buna görə də multikulturalizm anlayışı tolerantlıq anlayışına çox yaxındır, ancaq bu anlayışlar eyni deyildir. Multikulturalizmə sosial subyektlərin, müxtəlif mədəniyyətlərin bərabərhüquqlu inkişafına, ictimai həyatın bütün sahələrində müxtəlif əhali qruplarına münasibətdə ayrı-seçkiliyin aradan qaldırılmasına yönəlmiş ideya və fəaliyyətlərin kompleksi kimi də yanaşırlar. Multikulturalizmə bu cür yanaşma Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2010-cu ilin oktyabrında Bakıda keçi­rilmiş “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə keçirilmiş Beynəlxalq Humanitar Forumdakı çıxışında öz əksini tapmışdır: Multikulturalizmin alternativi yoxdur. Multikultu­ralizmin alternativi özünütəcriddir. Mən inanmıram ki, XXI əsrdə qloballaşan dünyada hər hansı bir siyasi qüvvə özünütəcrid siyasətini aparmağa cəhd etsin. Multikultu­ralizmin dəyərləri, əsasları möhkəmləndirilməlidir. Multikul­tura­lizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinlərə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə. bütün xalqları birləşdirir. Mən əminəm ki, bu anlayışların sintezi nəticəsində bu gün müxtəlif dairələrdə multikulturalizmlə bağlı səsələnən bədbin fikirlər aradan götürüləcəkdir. İlham Əliyevin “biz Azərbaycanda əsrlər boyu multikulturalizm şəraitində yaşamışıq. Həyatımız, xüsusilə, son 20 il ərzində müstəqil ölkə kimi təcrübəmiz göstərir ki, multikulutralizmin gələcəyi vardır” fikirləri multikulturalizmin məhz bu aspektini nəzərdə tutur.

Multikulturalizm mədəniyyətlərin qarşılıqlı nüfuz etməsi, zənginləşməsi və kütləvi mədəniyyətin ümumbəşəri məcrada inkişafı məqsədilə onların paralel ola­raq mövcudluğunu tələb edən tolerantlığın bir aspekti kimi də nəzərdən keçirilir.

Qloballaşma müxtəlif mədəniyyətlərlərin yanaşı mövcudluğunun əsas prinsipi kimi qəbul edilən multikulturalizmə də öz təsirini göstərməkdədir, bu da bir sıra neqativ meyllərin güclənməsində inkişaf etmiş ölkələrdə sosial-mədəni vəziyyətin mürəkkəbləşməsində özünü göstərir. Bir sıra tədqiqatçıların nəzərincə, qloballaşma şəraitində multikulturalizm mədəniyyətin əsas fəaliyyət prinsipi kimi mədəniy­yətlərin pozitiv qarşılıqlı əlaqəsini, dialoqunu deyil, əksinə “lider” mədəniyyətin (və ya mədəniyyətlərin) “periferiya” mədəniyyətlər üzərində hegemonluğunu təmin etməyə, mahiyyət etibarilə milli mədəniyyətlərin vəhdətinin və homogen­liyin qarşısını almağa, onlar arasında fərqlərin aradan qaldırılmasına gətirib çıxarır.

Kütləvi mədəniyyətin yayılması da mədəniyyətlərin özünəməxsusluğunun itirilməsi kimi qlobal təhlükəni reallaşdırır. Kütləvi mədəniyyət mədəni dəyərlərin və dilin eyniləşməsi, həyat tərzlərinin, geyimlərin, məişətlərin, musiqilərinin standartlaşmasına və universallaşması təhlükəsi yaratmaqla yanaşı, dominant mədəniyyətə texnoloji və informasiya üstünlüyündən istifadə edərək öz dəyərlərini, norma və standartlarını digərlərinə qəbul etdirmək imkanı yaradır. Bu aspektdən multikulturalizmin beynəlxalq səviyyəsindən də danışmaq lazım gəlir. Beynəlxalq münasibətlər baxımından mədəni müxtəliflik bütün bəşəriyyət üçün zəngin töhfədir və onun qorunması və dəstəklənməsi bütün dünyanın dayanıqlı inkişafı üçün vacib şərtdir.

Hazırda bütün dünyada multikulturalizmin geniş tətbiqini nəzərdə tutan bir çox aktlar, konvensiyalar mövcuddur. Bu sənədlərdə mədəni müxtəlifliyin qorunması üçün bütün dünyada geniş və tarazlı mədəni mübadilənin təmin edilməsi, mədəniyyətlərarası dialoqu, mədəniyyətlərarası qarşılıqlı fəaliyyəti, xüsusilə inkişaf etməkdə olan ölkələrin rolunu artırmaq nöqteyi-nəzərdən beynəlxalq əməkdaşlıq və həmrəyliyi gücləndirmək kimi rəhbər prinsiplər öz əksini tapmışdır. Beynəlxalq səviyyədə multikulturalizm dəyərlərinin möhkəmlən­dirilməsi yalnız insan hüquq və azadlıqlarına hörmət, dövlətlərin suverenliyi, bütün mədəniyyətlərə hörmət edilməsi və bütün mədəniyyətlərin bərabər ləyaqətə malik olmasının qəbul edilməsi, beynəlxalq həmrəylik və əməkdaşlıq, bərabər imkanlar, açıqlıq və tarazlıq. inkişafın iqtisadi və mədəni aspektlərinin tamlığı prinsiplərinə əməl edilməsi sayəsində mümkündür. Yunesko-nun 2001-ci ildə qəbul etdiyi “Mədəni müxtəliflik haqqında” Ümumdünya bəyannaməsində qeyd edildiyi kimi, bioloji müxtəliflik canlı təbiət üçün neçə zəruridirsə, mədəni müxtəliflik də bəşəriyyət üçün o qədər zəruridir. Bu mənada o bəşəriyyətin ümumi nemətidir və indiki və gələcək nəsillərin mənafeyi naminə tanınmalı və möhkəmləndirilməlidir. YUNESKO-nun digər sənədində – “İnsan inkişafı – 2004” adlı məruzədə qloballaşma şəraitində multikulturalizm strategiyasının əsas prinsipləri öz əksini tapmışdır: 1.Ənənələrin mühafizəsi insan inkişafının qarşısını alan amilə çevrilə bilər. Ənənəvi dəyərlərin və adətlərin çoxu layiqincə qiymətləndirilməlidir. Onların əksəriyyəti insan hüquqları sahəsində ümumbəşəri dəyərlərlə həmahəng səslənsə də, hamı tərəfindən qəbul edilmiş etik dəyərlərə zidd olanları da (məsələn, qadınların hüquqlarının pozulması, qərarların qeyri-demokratik və gizli şəraitdə qəbulu və s.) vardır. Ənənələri bütün vasitələrlə qoruyub saxlamağı tələb edən ifrat çağırışların insan inkişafına mənfi təsiri göstərməsi şübhəsizdir. Ənənələri seçim azadlığı ilə qarışdırmaq olmaz. Bəzi ənənələr mədəni azadlıqların genişlənməsi yolunda əsil maneəyə çevrilirlər; 2. Mövcud fərqlərə və müxtəlifliklərə hörmət etmək lazımdır. Əlbəttə, müxtəliflikləri nəyin bahasına olursa olsun qoruyub saxlamağa da zərurət yoxdur, ancaq bu müxtəlifliyi insanların mədəni azadlığına və həyatlarını zənginləşdirdiyinə kömək etdiyi şübhəsizdir. Əgər yerli mədəniyyətlər itib gedərlərsə və ölkələr yekcins olarlarsa, insanların seçim azadlığı da məhdudlaşacaqdır; 3. Müxtəliflik insanların identikliyinin çoxcəhətli və bir-birini tamamlayan olduğu, onların özlərini təkcə yerli icmanın, öz ölkəsinin deyil, həm də bütün bəşəriyyətin hissəsi kimi hiss etdiyi qarşılıqlı asılı dünyada çiçəklənir. Əgər müxtəlif mədəniyyətlərə malik dövlətlər öz birliyini çoxcəhətli və qarşılıqlı tamamlayan identiklik əsasında təmin edə bilərlərsə, rəngarəng mədəniyyətə malik dünya da bunu edə bilər. Qloballaşmanın inkişafı insanlarda təkcə yerli və milli identikliyin deyil, həm də dünyanın vətəndaşı kimi özünüdərkin inkişafını şərtləndirir. Müasir intensiv qlobal qarşılıqlı təsir yalnız ümumi dəyərlərin, əlaqələrin və etimadın qorunub saxlanılması şəraitində mümkündür; 4. İqtisadi və siyasi sahələrdə disproporsiya və bərabərsizliyin azaldılması ilə daha yoxsul və zəif birliklərin mədəniyyətlərinə təhlükə də azalır. Bir mədəniyyətin öz iqtisadi qüdrəti sayəsində başqaları üzərində üstünlüyünü aradan qaldırmaq üçün ideya və əmtəələrin axınındakı natarazlıq probleminin həllinə nail olmaq lazımdır. Ölkələr və birliklər arasında bu natarazlıq və bərabərsizlik mədəniyyətlər arasındakı münasibətlərə, rəqabətə xüsusi təsir göstərir, bir mədəniyyətin digəri üzərində dominantlığına səbəb olur.

Yalnız bu prinsiplərə əməl edilməsi şəraitində dünyada mədəniyyətlərin müxtəlifliyini qoruyub saxlamaq olar. YUNESKO-nun mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair konvensiyasında qeyd edildiyi kimi, mədəniyyət inkişafın əsas hərəkətverici qüvvələrindən biri olduğundan inkişafın mədəni aspektləri onun iqtisadi aspektləri kimi mühüm əhəmiyyət kəsb edir və fərdlər, insanlar bu sahədə iştirak etmək və bundan faydalanmaq hüququna malikdirlər(9).

Qloballaşmanın milli və yerli identikliyə yaratdığı təhlükələr şübhəsizdir. Lakin, problemin həlli mühafizəkarlıqda və ya təcridçi milliyətçilikdə deyil, beynəlxalq səviyyədə müxtəlifliyin təşviq edilməsində və plüralizmin inkişafın­dadır. Qloballaşma dövlətlər qarşısında ideyaların, kapitalın, əmtəələrin və insanların beynəlxalq hərəkəti ilə şərtlənən çoxlu çağırışlar qoyur. Qloballaşmanın yaratdığı və genişlənməkdə olan mədəni azadlıqlar yeni-yeni problemlər və dilemmalar ortaya çıxarır. İnsanlar arasında ünsiyyət, dəyərlərin, ideyaların, həyat tərzlərinin mübadiləsi görünməmiş miqyas almaqdadır. Bəziləri bunu müxtəlifliyin genişlənməsi, enerji və ilham mənbəyi kimi qəbul edir, digərləri əksinə, onu öz dəyərlərinə və həyat tərzlərinə, yerli və milli identikliyə qarşı əsl təhdid kimi qarşılayırlar. Bu cür reaksiyanın ifrat forması kimi bütün xarici təsirlərdən qorun­maq cəhdləri çıxış edir. Bu isə son nəticədə tərəqqiyə deyil, özünəqapanmaya, fərdi və ictimai azadlığın məhdudlaşdırılmasına gətirib çıxarır. Belə perspektivin yeganə alternativi insanların, kapitalın, əmtəələrin, ideyaların qlobal hərəkətinə dövlətlərin açıqlığı şərti ilə dünyada mövcud olan müxtəlifliyə hörmət edilməsi və onun genişlənməsinin dəstəklənməsi olardı. Bunun üçün birinci növbədə mədəni azadlıq və mədəni əməkdaşlıq ideyalarına cavab verə biləcək, mədəni müxtəlifliyi qəbul edən və ona hörmət prinsipinə əsaslanan siyasi strategiyalar hazırlanmalı və həyata keçirilməlidir.

sumqayitxeber.com

Go Back

Təhlükələr, qorxu və insan psixologiyası

Təhlükə, fəlakət, böhran kimi anlayışlar gündəlik həyatımızla sıx bağlıdır. Qəzet səhifələrindən, televiziya ekranlarından hər gün yeni-yeni dəhşətli hadisələr, qətllər, fövqəladə hallar haqqında informasiya alaraq istər-istəməz düşünməli oluruq: bütün bunlar mənim də başıma gələ bilər. Elə ona görə insan özünü faciələrlə dolu bu dünyada dayaqsız və aciz hiss edir. Ona elə gəlir ki, təhlükə onu hər yerdə-evdə, mağazada, teatrda, evinin girişində və ictimai nəqliyyatda addım-addım izləyir. Sanki insan üçün özünü rahat və təhlükəsiz hiss edə biləcək bir yer tapılmır ki, tapılmır. Bunun nəticəsi kimi yuxusuzluq, iştahasızlıq, mədə xəstəlikləri, təzyiq, digər nasazlıqlar baş qaldırır, insan özünü çox narahat hiss edir. Bizi əhatə edən təhlükələr haqda düşünməyə bilmədiyimiz halda, psixoloji cəhətdən çox yoruluruq, daim qorxu içərisində yaşamalı oluruq, qorxu-hürkülərdən universal xilas vasitələri, hər hansı düşə biləcəyimiz vəziyyətlərə dair dəyərli məsləhət axtarır, onları tapa bilmədikdə sanki qapalı bir dairəyə düşür, problemlərimizi dərinləşdiririk.
Bu cür psixoloji yükün öhdəsindən nə cür gəlmək, uşaqlarımızı təhlükələrlə dolu bu dünyamızda yaşamağa nə cür hazırlaşdırmaq olar? Düzdür, özümüzü elə apara bilərik ki, sanki bu təhlükələr yox dərəcəsindədir. Qəzet, televiziya, radio yeniliklərindən əl çəkmək, dost və həmkarlarla heç bir kriminal hadisə müzakirə etməmək, yaxud tamamilə özünü cəmiyyətdən təcrid edərək, insan ayağı dəyməyən bir yerdə yaşamağa qərar vermək, lazımi anda özünün, yaxınlarının köməyinə çata bilmək üçün hətta tibb və ya xilasedici peşələrinə də yiyələnmək olar... Çıxış yolu isə şəxsi psixologiyanı yenidən qurmağa, özündə təhlükəsizlik psixologiyasını inkişaf etdirməyə cəhd göstərməsidir. Bunun üçün ilk növbədə qorxuya və daim bədbəxt hadisə gözləməsinə son qoymaq, hər hansı təhlükəyə hazır olmaq lazımdır. Məlum olduğu kimi qorxular da müxtəlif olur: zərərli və xeyirli. Məsələn, xeyirli qorxular insanı düşünülməmiş addımlardan çəkindirir və belə olduqda onun sağ qalmasını təmin edir. Doğrudan da məhz qorxu bizə maşınların sürətlə şütüdüyü prospekti keçməkdən və ya hündür binadan paraşütsüz tullanmaqdan çəkindirir. Bunun əksi olaraq, zərərli qorxular bizim liftdən istifadə etməyimizə, kinoteatra getməyimizə və ya toyuq ətini iştahla yeməyimizə mane olur, çünki əsassız qorxularımız bizim real düşünmək qabiliyyətimizi iflic vəziyyətinə salaraq beynimizdə təsəvvür etdiyimiz dəhşətləri hər dəfə yenidən yaşamağa vadar edir. Əsassız qorxular canımıza o dərəcədə hopur ki, biz hətta baş verməyən hadisəni təsəvvürümüzdə belə canlandırmaqdan çəkinirik. Belə qorxularla hər birimiz mübarizə aparmalı, gücümüz çatdıqda, mütəxəssislərə müraciət etməliyik. Seçim hər bir insanın öz əlindədir. Bu artıq təhlükəsizlik psixologiyasına tərəf ilk addımdır. İkinci addım-müxtəlif təhlükələrlə görüşə hazırlıqdan ibarətdir. Baş verə biləcək bütün təhlükələri nə əvvəlcədən bilmək, nə də onlara hazır olmaq mümkün deyil. Elə də olur ki, biz həqiqətən bizə təhlükə yarada bilən amillərdən yox, digər şeylərdən qorxuruq. Adətən təyyarədə uçmaqdan qorxan insan bir də görürsən ki, maşınların gür hərəkəti olan yerdə təhlükəsizliyini düşünmədən yaxınlaşan avtobusa sarı qaçır və ya nəqliyyat vasitəsində təhlükəsizlik kəmərlərindən istifadə etmir. Halbuki avtomobil qəzalarında tələf olanların sayı təyyarə qəzalarında həlak olanlardan qat-qat çoxdur. Biz ildırımdan qorxaraq, bununla belə tanımadığımız bir insanın üzünə soruşmadan, qapı gözlüyündən baxmadan qapı açır, inflyasiyadan qorxaraq, cəsarətlə maliyyə piramidalarına vəsaitlərimizi etibar edirik. Atipik pnevmoniyadan qorxaraq, bununla belə hepatitə qarşı peyvənd olunmaqdan imtina edirik. Siyahını sonsuzadək davam etdirmək olar... Məhz ona görə də potensial təhlükəni görmək, hiss etmək, ondan qaçmağı öyrənmək, təhlükə anında isə nə edəcəyi bilmək lazımdır. Bu isə təhlükəsizliyimizin şəxsi işimizə çevrildiyi halda mümkündür. Bizim təhlükəsizliyimizlə məşğul olan bir çox insanlar mövcuddur: polis, tibb işçiləri, xilasedicilər, nəzarət orqanları, təhlükəsizlik texnikası üzrə ixtiraçı və mühəndislər, müəllimlər... Lakin onların heç biri sizi avtomobilinizə minərkən təhlükəsizlik kəmərlərini bərkitməyə, mehmanxanadakı yanğın zamanı evakuasiya sxeminə diqqət yetirməyə və s. məcbur edə bilməz. Halbuki bu, ilk baxışdan xırda məsələlərdən bizim sağlamlığımız, təhlükəsizliyimiz, hətta həyatımız belə asılıdır. Şəxsi təhlükəsizliyimizə aid məsuliyyətin bir hissəsini üzərimizə alaraq, beləliklə, təhlükəsiz həyata hazırlaşaraq, biz daha güclü, daha əminli oluruq, çünki özümüzü bu və ya digər hadisələr zamanı necə aparacağımızı artıq aydın təsəvvür edirik.

Alim

olaylar.az

Go Back

Payız gəldi, uçdu gəldi xəstəliklər

Payız fəslinin gəlişi ilə infeksion xəstəliklərin də mövsümü başlayır
Təsadüfi deyil ki, payız fəslini həm də xəstəliklər fəsli adlandırırlar. Çünki həm psixoloji, həm də fizioloji baxımdan təzadlı fəsil olan payızda insan orqanizmində bir sıra dəyişikliklər baş verir. Xüsusilə yaz-payız aylarında xroniki xəstəliklərin özünü büruzə verməsi faktdır. İmmuniteti zəif olan insanlarda bu dəyişiklik özünü daha qabarıq göstərir. Payızda depressiv xəstəliklər, hava-damcı yolu ilə keçən xəstəliklər və ruhi sarsıntılar özünü daha çox büruzə verir. Bəs bu fəslin xəstəliklərindən necə qorunmaq olar?
“İş qabiliyyəti zəifləyir”
Həkim-Terapevt Məlahət Abbasova qəzetimizə açıqlamasında bildirdi ki, təbiətin dəyişməsi təbiətin bir parçası və ayrılmaz hissəsi olan insanın da orqanizmində bir sıra dəyişikliklər yaradır. Onun sözlərinə görə, payızın gəlişi ilə bütün xroniki xəstəliklər kəskinləşir. Buna səbəb isə havanın temperaturunun kəskin dəyişməsidir: “İnsan isti hava şəraitindən birdən-birə soyuq hava şəraitinə düşür. Bəzi insanlar temperaturun kəskin dəyişməsinə reaksiya vermirlər. Amma immun sistemi zəif olan insanlar temperaturun, mövsümün dəyişməsinə həssas olurlar. Belə insanlarda payız fəslində xroniki xəstəliyin kəskinləşməsi halı baş verir. Məsələn, əgər bir insanda bronxit varsa xroniki bronxitin kəskinləşməsi baş verir. Əsasən ağ ciyər, mədə-bağırsaq sistemi xəstəlikləri bu fəsildə kəskinləşir. İmmun sistemi zəif olan insanlarda ümumi halsızlıq, infeksion xəstəliklərə qarşı müqavimət və iş qabiliyyəti zəifləyir”.
Payızda kəskinləşən xəstəliklər
M.Abbasova mövsümlə əlaqədar olaraq, kəskinləşən xəstəliklər haqqında da məlumat verdi. Onun sözlərinə görə, bu fəsildə soyuqdəymə, qrip, allergik xəstəliklər özünü daha çox büruzə verir: “Mövsümlə əlaqədar bir sıra xəstəliklər var ki, onlarda kəskinləşmə gedir. Mədə-bağırsaq sisteminin xəstəlikləri, ürək-damar, böyrək və xroniki xəstəlikləri olan, şəkərli diabet və qan təzyiqindən əziyyət çəkənlər bu fəsildə diqqətli olmalıdırlar. Çünki, belə xəstəliklər əsasən bu fəsildə kəskinləşir və orqanizmdə müəyyən narahatçılıqlar yaradır”.
Mövsüm xəstəliyinin müalicəsi
Həkim vurğuladı ki, mövsümün dəyişməyinə az qalmış insanlar orqanizmlərində olan müəyyən xəstəliklərin müalicəsini etməlidirlər ki, yaz fəslində bu xəstəliklər kəskinləşməsin. Onun sözlərinə görə, mövsümi xəstəliklərin qarşısını ev şəraitində də almaq olar: “Bunun qarşısını almaq üçün ilk növbədə bədənin immun sistemi möhkəm olmalıdır. Həkimə müraciət edə bilməyən insanlar da xroniki xəstəliklərin qarşısını almaq üçün immun sistemini artıran bir sıra şirələr var ki, o şirələrdən istifadə etməlidir. Həmin şirələrin ev şəraitində hazırlanması daha yaxşı olar. Ev şəraitində xüsusən kök, alma, nar, çuğundur, balqabaq şirəsini hazırlayıb içmək lazımdır. Havalar soyuyanda əsasən insanlar ev şəraitindən çıxmamağa üstünlük verirlər. Amma əksinə, isti geyinib açıq havada gəzmək lazımdır ki, mövsüm xəstəliklərinin qarşısı alınsın”.
Payız depressiya fəslidir?
Payızın gəlişi ilə bağlı insanların psixologiyasında da müəyyən problemlər yaranır. Psixoloq Dəyanət Rzayevin bizimlə söhbətində bildirdi ki, bu vaxt iqlim dəyişdiyi üçün insan orqanizmdə biokimyəvi stress yaranır. Psixoloqun sözlərinə görə, bu halı yalnız insanlarda deyil, bütün canlılarda müşahidə etmək mümkündür. Psixoloq bildirdi ki, biokimyəvi stress insan psixologiyasında ciddi fəsadlar yaradır: “İnsan psixologiyası insan fiziologiyasına, insanın biokimyasına çox bağlıdır. Fəsil dəyişkənliyi insan orqanizmində olduğu kimi psixologiyasında da müəyyən dəyişikliklərə səbəb olur. Və təbii ki, insanda bu zaman depressiya halları çox olur. Qısa müddətli halsızlıq, ruh düşkünlüyü qorxulu depressiya kimi qəbul olunmamalıdır. Depressiya qrip kimi bir şeydir. Əgər heç bir həkim buna müdaxilə etməsə də, bir aya keçib gedir. Bu səthi depressiyadır, təbiətdəki bütün canlıların özlərini yeni mövsümə hazırlayarkən keçirdikləri bir durğunluq dövrüdür. Hər canlının yaşadığı bu fiziki və ruhi dəyişikliyi bəzi heyvanlar qış yuxusuna gedərək keçirirlər”.

legend.az

Go Back

Unutqanlıqla mübarizə üçün nə etmək lazımdır

Unutqanlıq yaş artdıqca, özünü göstərir.

Antioksidant səviyyəsi ən yüksək meyvə olan qaragilə və Omega 3 yağ turşuları ilə beyini qidalandıran alabalıq balığı yaddaşı gücləndirir.

Günümüzdə dərhal hər kəsin ağzına dolanan unutqanlıq və stress əsəb pozuntusu və səhv qidalanmanın nəticəsində ortaya çıxır. Yaşlı insanlar qruplarında özünü daha çox büruzə verən bu xəstəlik gündəlik həyatı da məhdudlaşdırır.

Ekspertlər isə dövrün ən böyük xəstəliklərindən biri olan unutqanlıq üçün doğru qidaların istehlak edilməsini bildirərək təkliflər verirlər:

Qaragilə - aparılan araşdırmalar bu meyvənin beyni oksidatif stressə qarşı qoruyaraq yaşa bağlı unutqanlığı ləngitdiyini göstərir.

Nar suyu - antioksidant baxımından zəngin olan nar suyu, bədəndə olan və hüceyrə quruluşunu pozan sərbəst radikallara qarşı təsirli qorumanı təmin edir.

İspanaq - folik turşu və minerallar baxımından zəngin olan ispanaq yaddaşı inkişaf etdirir və unutqanlığı aradan qaldırır.

Pomidor - likopen, pomidorda olan güclü antioksidantdır. Demans inkişafına təkan verən sərbəst radikalların hüceyrə təxribatına qarşı qorumanı təmin edər.

Deyerler.org

Go Back

Uşağın məktəb çantasına hansı qidaları qoyaq? - Valideynlərin nəzərinə

Yeni təhsil ili başladı. Tətil zamanı övladlarını nizamlı qidalandıran valideynlərin çoxu məktəb açıldıqdan sonra bu nizamın pozulacağından qorxur. Övladlarının qayğısına qalan əksər valideynlər məktəbli çantasına dərsliklərlə bərabər yüngül qidalar da əlavə edir. Aile.lent.az uşaqların sağlam qidalanması ilə bağlı valideynlərə bir neçə məsləhət verir.

 

Sağlam qidalanma vərdişi uşaqlarda məktəb vaxtlarından başlayır. Əziz valideynlər, övladlarınızda sağlam qidalanma vərdişini məktəb çantası vasitəsilə təlqin edin. Uşaqlarınızın məktəbli çantasına əlavə etmək üçün bir neçə qidalanma menyusu nümunəsi ilə tanış olmaq vaxtıdır. Şagirdlər məktəbdə hansı qidaları yeməlidirlər? Sağlam qidalanma çantasında nələr olmalıdır? Bu sualların cavabını tapacaqsınız.  

 

İlk növbədə səhər yeməyi təxirə salınmamalıdır! Uşaqlarda qidalanma vərdişi məktəb illərində başlayır və həyatları boyunca bu vərdişlərin təsirləri davam edir. Yeniyetmələrin də, uşaqların da sağlamlığı üçün səhər yeməyinin çox böyük əhəmiyyəti var. İnsanlar 8-12 saatlıq yuxudan sonra uzun müddət ac qalır. Səhər yeməyi yuxudan sonra gün boyu qidalanmanın başlanğıcıdır. Yaxşı səhər yeməyi beyin funksiyalarının daha yaxşı işləməsini təmin edir.

 

Yumurta – bədən üçün lazım olan təməl zülalları özündə birləşdirən qidadır. Uşaqlara hər gün səhər yeməyində 1 dənə qaynadılmış və ya az yağlı qayğanaq verilməsi zülal ehtiyacının ödənməsinə kömək edər. Yumurta ilə yanaşı pendir və süd də zülal ehtiyacını təmin edir. Çörək, meyvə və az şəkərli qarğıdalı dənələri lazım olan karbohidratları, zeytun, badam, qoz kimi yağlı çərəzlər yağ ehtiyacını ödəyir.

 

Səhər yeməyindən sonra növbə çatır uşaqların qidalanma çantasına. Uşaqlar üçün qidalanma çantasını elə hazırlamaq lazımdır ki, onlar məktəbdə bol yağlı, mayonezli sendviçlər və ya zərərli qidaları üstün tutmasınlar.

 

1. Uşaqlar peraşki, blinçik, qoğal və buna oxşar asan yeyilə bilən qidaları çox sevirlər. Evdə hazırlanan az yağlı bu cür qidaların içərisinə boşqabda yeməyi sevmədikləri çərəzləri əlavə edərək içərisini daha dadlı və zəngin edə bilərsiniz. Yanına qoyacağınız kiçik kasada yoqurt, qatıq, smetan, övladınızın sevdiyi meyvə və ya az şəkərli meyvə suyu isə onların iştahını açacaqdır.

 

2. Tam taxıllı yeməkdən hazırlanmış pendirli tost, öz doğradığınız meyvələrdən hazırlanmış meyvəli qarışım və ya qatığın içərisinə doğranmış meyvə, yanında yağlı çərəzlər (badam, fındıq, qoz). Bu menyu da uşaqlar üçün iştahaçıcı ola bilər. Yağlı çərəzlər B qrup vitaminlər, minerallar, yağ və zülallarla zəngin qidalardır. Eyni zamanda yüksək miqdarda enerji verir. Əgər övladınız yumurta yeməyi sevmirsə, tostun içərisinə az yağda hazırlanmış qayğanaq da qoya bilərsiniz.

 

3. Tam taxıllı çörəyin arasına toyuq və ya ton balığı, zəngin göy-göyərti, pomidor qoyaraq dadlı sendviç hazırlaya bilərsiniz. Bunun yanına quru meyvə də əlavə edə bilərsiniz. Ayran isə övladınızda yeməyin yuxu gətirməsinə mane olacaq. Ayranın yerinə süddə hazırlanmış şirniyyatlar da ola bilər. Uşaqlar şirin qidalar yeməyi çox sevirlər. Məktəb yeməkxanasında satılan şokolad və tortlardan uzaq durmaları üçün onların qida çantasına ev şəraitində hazırlanmış şirniyyatlar da qoya bilərsiniz. Evdə hazırladığınız fındıqlı, qozlu keks, biskvit və başqa şirniyyatlar uşaqlar üçün əvəzedilməz qidalardır. 

 

aile.lent.az

Go Back

Uşağın məktəb çantasına hansı qidaları qoyaq? - Valideynlərin nəzərinə

Yeni təhsil ili başladı. Tətil zamanı övladlarını nizamlı qidalandıran valideynlərin çoxu məktəb açıldıqdan sonra bu nizamın pozulacağından qorxur. Övladlarının qayğısına qalan əksər valideynlər məktəbli çantasına dərsliklərlə bərabər yüngül qidalar da əlavə edir. Aile.lent.az uşaqların sağlam qidalanması ilə bağlı valideynlərə bir neçə məsləhət verir.

 

Sağlam qidalanma vərdişi uşaqlarda məktəb vaxtlarından başlayır. Əziz valideynlər, övladlarınızda sağlam qidalanma vərdişini məktəb çantası vasitəsilə təlqin edin. Uşaqlarınızın məktəbli çantasına əlavə etmək üçün bir neçə qidalanma menyusu nümunəsi ilə tanış olmaq vaxtıdır. Şagirdlər məktəbdə hansı qidaları yeməlidirlər? Sağlam qidalanma çantasında nələr olmalıdır? Bu sualların cavabını tapacaqsınız.  

 

İlk növbədə səhər yeməyi təxirə salınmamalıdır! Uşaqlarda qidalanma vərdişi məktəb illərində başlayır və həyatları boyunca bu vərdişlərin təsirləri davam edir. Yeniyetmələrin də, uşaqların da sağlamlığı üçün səhər yeməyinin çox böyük əhəmiyyəti var. İnsanlar 8-12 saatlıq yuxudan sonra uzun müddət ac qalır. Səhər yeməyi yuxudan sonra gün boyu qidalanmanın başlanğıcıdır. Yaxşı səhər yeməyi beyin funksiyalarının daha yaxşı işləməsini təmin edir.

 

Yumurta – bədən üçün lazım olan təməl zülalları özündə birləşdirən qidadır. Uşaqlara hər gün səhər yeməyində 1 dənə qaynadılmış və ya az yağlı qayğanaq verilməsi zülal ehtiyacının ödənməsinə kömək edər. Yumurta ilə yanaşı pendir və süd də zülal ehtiyacını təmin edir. Çörək, meyvə və az şəkərli qarğıdalı dənələri lazım olan karbohidratları, zeytun, badam, qoz kimi yağlı çərəzlər yağ ehtiyacını ödəyir.

 

Səhər yeməyindən sonra növbə çatır uşaqların qidalanma çantasına. Uşaqlar üçün qidalanma çantasını elə hazırlamaq lazımdır ki, onlar məktəbdə bol yağlı, mayonezli sendviçlər və ya zərərli qidaları üstün tutmasınlar.

 

1. Uşaqlar peraşki, blinçik, qoğal və buna oxşar asan yeyilə bilən qidaları çox sevirlər. Evdə hazırlanan az yağlı bu cür qidaların içərisinə boşqabda yeməyi sevmədikləri çərəzləri əlavə edərək içərisini daha dadlı və zəngin edə bilərsiniz. Yanına qoyacağınız kiçik kasada yoqurt, qatıq, smetan, övladınızın sevdiyi meyvə və ya az şəkərli meyvə suyu isə onların iştahını açacaqdır.

 

2. Tam taxıllı yeməkdən hazırlanmış pendirli tost, öz doğradığınız meyvələrdən hazırlanmış meyvəli qarışım və ya qatığın içərisinə doğranmış meyvə, yanında yağlı çərəzlər (badam, fındıq, qoz). Bu menyu da uşaqlar üçün iştahaçıcı ola bilər. Yağlı çərəzlər B qrup vitaminlər, minerallar, yağ və zülallarla zəngin qidalardır. Eyni zamanda yüksək miqdarda enerji verir. Əgər övladınız yumurta yeməyi sevmirsə, tostun içərisinə az yağda hazırlanmış qayğanaq da qoya bilərsiniz.

 

3. Tam taxıllı çörəyin arasına toyuq və ya ton balığı, zəngin göy-göyərti, pomidor qoyaraq dadlı sendviç hazırlaya bilərsiniz. Bunun yanına quru meyvə də əlavə edə bilərsiniz. Ayran isə övladınızda yeməyin yuxu gətirməsinə mane olacaq. Ayranın yerinə süddə hazırlanmış şirniyyatlar da ola bilər. Uşaqlar şirin qidalar yeməyi çox sevirlər. Məktəb yeməkxanasında satılan şokolad və tortlardan uzaq durmaları üçün onların qida çantasına ev şəraitində hazırlanmış şirniyyatlar da qoya bilərsiniz. Evdə hazırladığınız fındıqlı, qozlu keks, biskvit və başqa şirniyyatlar uşaqlar üçün əvəzedilməz qidalardır. 

 

aile.lent.az

Go Back

Yumşaq oyuncaqları necə təmizləmək olar

Yumşaq oyuncaqların təmizləməsini yaxşı olar ki, qışda həyata keçirəsiniz, çünki bu zamanoyuncağı bir müddət şaxtada saxlaya bilərsiniz. Körpə və ya bir az böyük uşaqlar yumşaq oyuncaqları çox sevirlər.

Oyuncaqların çoxu təzə olsa da, onlardan bəziləri onlara valideynlərindən, böyük bacı qardaşlarından qalır. Buna görə valideynlər bu oyuncaqları tozdan və gənələrdən daim təmizləməlidir. Sizə yumşaq oyuncaqların təmizləməsinin ən təsirli metodlarını təqdim edirik.

  • Maşında yuma. İlk olaraq parçanın və oyuncağın içinin tərkibi ilə tanış olmaq lazımdır ki, onu maşında yumağın mümkün olub olmadığını aydınlaşdırasınız. Yun və xəzdən olan oyuncaqları paltaryuyan maşında yumaq məsləhət deyil.
    Sonra oyuncağın sökük yerlərini yoxlayıb onları tikmək lazımdır. Bundan sonra oyuncağı yumaq üçün ya balışüzüyə, ya da ki, xüsusi kisəyə yerləşdirin. Bu həm oyuncağı qoruyacaq, həm də ki, paltaryuyan maşını. Oyuncaqları yuyarkən maksimal yumşaq yuyucu vasitə seçmək lazımdır. Yuma çox isti suda olmamalıdır, çünki bu oyuncağı rəngini apara bilər.
  • Quru təmizləmə. Əgər oyuncaq çox çirkli deyilsə, bu zaman ona quru təmizləmə kifayət edər. Bu prosedur üçün böyük plastik paket, qida sodası və yumşaq şotka tapmaq lazımdır. 2-3 orta ölçülü oyuncaq üçün yarım stəkan soda götürmək lazımdır. Sonra oyuncağı paketə yerləşdirib üzərinə soda tökün.
    Paketin ağzını bağlayıb təxminən bir dəqiqə onu kifayət qədər güc ilə silkələyin. Son olaraq isə oyuncağı paketdən çıxarın və yumşaq şotka ilə onu soda və çirkdən təmizləyin.
    Məsləhət: Paltaryuyan maşına yerləşməyən iri oyuncaqları, tozsoranın yumşaq mebel üçün xüsusi taxmaları vasitəsi ilə təmizləmək olar.
  • Soyuqla təmizləmə. Bu üsul daha çox köhnə oyuncaqlar üçün yararlıdır ki, ehtimal ki, onlarda tozdan başqa gənələr də artıq yer salıb. Bu həşəratları soyuq öldürür, buna görə onları güclü şaxta vaxtı eyvandan asa bilərsiniz. Hava isti olduqda isə siz oyuncağı polietilen paketə yerləşdirib bir gecəlik soyuducunun dondurma kamerasına yerləşdirə bilərsiniz.
  • Kimyəvi təmizləmə. Əgər oyuncaq sizin üçün çox əzizdirsə və siz onu heç cür təmizləyə bilmirsinizsə, bu zaman kimyəvi təmizləmə məntəqələrinə müraciət edin. Lakin bu zaman həmin məntəqələrin hansı vasitələrdən istifadə etdiklərini dəqiqləşdirin, çünki bir çox vasitələrin buxarı uşaq orqanizminə çox pis təsir edir.

xanim.net

Go Back

Hansı bürc necə ata olur

 

Həyatımızı bağladığımız insanın bizə qarşı necə davrandığı qədər, uşağımıza necə davranacağı da əhəmiyyətlidir. Sözsüz ki, hər bir kişi ideal ata olmaq istəyir. Xanımlar da həyat yoldaşlarının yaxşı ata olmasını arzulayırlar. Aile.lent.az bürclərə görə atalıq xüsusiyyətlərini təqdim edir.

 

QOÇ: Qoç bürcü kişiləri liderlik etməyi, yol göstərməyi sevirlər. Bu səbəbdən də uşaqlarının həyatda yol göstərəni ola biləcək xasiyyətə sahibdirlər. Ancaq zaman-zaman bir az sabit fikirli ola bilərlər. İrəliləyən proseslərdə və yetkinlikdə uşağınız atasıyla bu xüsusiyyətləri səbəbindən ziddiyyət təşkil edə bilər. Amma yenə də həm əyləncəli, həm komik, həm də yol göstərən olması səbəbindən yaxşı ata olacaqlar.

 

BUĞA: Buğa kişilərinin dostluğa və yoldaşlığa çox əhəmiyyət verməsinə baxmayaraq, uşaqlarıyla arasındakı əlaqə yoldaşlıqdan kənar ata-uşaq əlaqəsi olacaq. Çox vaxt səbrli və sakitdir, amma əsəbləşdikdə özünü cilovlamaya bilər. Səbrli və sevgi dolu bir ata olacaq. Lakin qəzəbinə məğlub olduğu zamanlara diqqət etmək lazımdır.

 

ƏKİZLƏR: Əkizlər bürcünün ən diqqətə çarpan xüsusiyyəti nizamsızlığıdır. Öz həyatlarında sabit şeylərdən həzz almadıqları üçün həm sizin, həm də uşağınızın həyatını olduqca hərəkətli edəcək. Ancaq bu nizamsızlıq uşağın böyüməsi və tərbiyələnməsində intizamlı olmamasına səbəb ola bilər. Bundan başqa, avtoritar olmaması uşağın bəzi fikirlərində qeyri-ciddilik yarada bilər. Uşağı ilə birlikdə kitablar oxuyacaq, ictimai və mədəni fəaliyyətlərə qatılacaq, söhbətlər edəcək. Bir sözlə, uşağını yanından ayırmayacaq. Övladınızın ilk müəlliminin atası olmasını istəsəniz, əkizlər bürcündən olan kişi ilə evlənin.

 

XƏRÇƏNG: Zodiak qurşağında ailəsinə ən düşkün atalar xərçəng kişiləridir. Uşaqları ilə o qədər yaxından maraqlanırlar ki, sanki ikinci ana olurlar. Lakin bəzi hallarda həddindən artıq qoruyucu olmaları uşaqlarda özgüvən problemlərinə səbəb ola bilər. İş və pul xərçəng kişiləri üçün ailələrini xoşbəxtliyə qovuşdurmaq üçün bir vasitədir. Bu səbəbdən də maddi qazancları üçün sizin ailə olaraq mənəvi ehtiyaclarınızı bir kənara atmazlar.

 

ŞİR: Şir bürcünün qüruru dünyada malik olduğu tək şeydir. Doğulmuş və ya doğulacaq uşağı da onun üçün bir qürur qaynağı olmalıdır. Təhsili, tərbiyəsi və intizamı ilə çox maraqlanar, hətta bəzən bu, dözülməz həddə çata bilər. Hətta yüngül fanatizmə də çevrilə bilər. Şir bürcünün övladları daim atasını gözündə güclü nüfuz sahibi olaraq görür, davamlı özünü bəyəndirmə və yüksək qiymətləndirmə meyli olur. Şir bürcünün kişiləri ailəsinə sahib çıxma mövzusunda olduqca müvəffəqiyyətlidir.

 

QIZ: Detallara varan, vasvası qız kişiləri uşaqlarıyla ancaq müəyyən bir yaşa gəldikdən sonra maraqlanarlar. Uşaqları o müəyyən yaşa gəldikdən sonra isə olduqca güclü bir bağ qurarlar. Uşaqlarıyla yoldaş kimi ola bilən bürclərdəndir. Övladının bir fərd olduğunu qəbul edir və ona qərar vermə proseslərində azadlıq verir. Bu da uşağın erkən də olsa, sağlam bir yetkinləşmə prosesi yaşamasını təmin edir.

 

TƏRƏZİ: Tərəzi kişiləri ata olduqdan sonra balanslı həyat sürürlər. Uşaqları həyatlarında çox vacib yer tutmur, amma həyatlarının bir hissəsidir.

 

ƏQRƏB: Əqrəb kişiləri qərarlarının dərhal yerinə yetirilməsini tələb edən və avtoritar atalar olacaqlar. Bu vəziyyət çox vaxt uşaqlarıyla arasında buzların yaranmasına səbəb olur. Buna baxmayaraq, heç zaman geri addım atmazlar. Uşaq onun istədiyi kimi olduqda əyləncəli ata ola bilərlər.

 

OXATAN: Oxatan bürcü kişiləri uşağı ilə həm oyun dostu, həm ata ola biləcək xarakterə sahibdirlər. Xətalarını tənqid edərkən belə, bunu əyləncəli hala gətirirlər. Heç bir zaman uşaqları ilə aralarında keçilməz divarlar olmayacaq. Analar isə diqqətli olsunlar, oxatan kişiləri uşaqları ilə o qədər əylənir ki, analar bəzən özünü təcrid olunmuş kimi hiss edə bilər.

 

OĞLAQ: Oğlaq kişiləri ənənəvi və klassik ata olacaqlar. Əlaqələrində sərhədləri bəllidir. Hər kəs vəzifəsini yerinə yetirərsə, ailə içində heç bir problem çıxmaz. Uşaqlarını sevmələri onları nizam-intizama əməl etmədikdə cəzalandırmayacaqları demək deyil. Sakit və dinc ata-uşaq əlaqəsi yaşayarlar.

 

DOLÇA: Dolça kişiləri bir az məsuliyyətsiz olurlar. Bu da uşaqları ilə aralarında vəzifə bölgüsünə laqeyd yanaşmalarına gətirib çıxara bilər. Uşaq olduqdan sonra həyat yoldaşları ilə bir çox problem yaşaya bilərlər. Bu da daha çox məsuliyyət mövzusunda ola bilər.

 

BALIQ: Bu bürcün kişiləri övladlarına çox düşkün olurlar. Uşaqları doğulduqda onlara daha çox meyl salırlar. Uşaqlarıyla oyun oynamağı və onları güldürməyi çox sevirlər. Evdə kiçik tamaşalar da qura bilərlər. Balıq bürcünün kişiləri uşaqları ilə sərhədlər saxlamaqda çətinlik çəkərlər. Bu səbəbdən də uşaqları çox zaman ərköyün, qısqanc olur, “olmaz” sözünü qəbul etmir. Bu ailədə ana hər zaman “polis” olur. 

aile.lent.az

Go Back

20 blog posts