Düşüncə Jurnalı

header photo

Dünyanın ən təhlükəli 10 şəhəri

27-06-2015

Bu topikdə dünyanın ən təhlükəli 10 şəhərinin siyahısını təqdim edəcəyik. Sondan başlayıb ən təhlükəliyə doğru davam edəcəyik.

 Siyahımızın 10-cu sırasında Braziliyanın Rio De Janeiro şəhəri var. Karnavalından tanıdığımız bu şəhərdə yoxsulluq olduğu üçün cinayət hadisələri də tez-tez baş verir. Xüsusi ilə turistlərin böyük rəğbət bəslədiyi populyar çimərliklərdə və gecə klublarında tez-tez cinayət hadisələri müşahidə olunur. 

 Doqquzuncu şəhər Cənubi Afrika Respublikasının 3 paytaxtından biri olan Cape Town-dur. Burada da tez-tez cinayət hadisələri yaşanılır. Ən çox yaşanan hadisələr isə pul üçün adam qaçırma, təcavüz və soyğundur.

 Ən təhlükəli şəhərlər siyahısına Guatemala Respulikasının paytaxtı Guatemala şəhəri ilə davam edirik. Orta Amerikadakı bir çox şəhər kimi bura da narkotik qaçaqmalçılığı ilə məşhurdur. Xüsusilə də avtobus soyğunçuları çox yayılmışdır.

 Siyahımızın yeddinci sırasında Bağdad şəhəri durur. Amerika işğalından sonra xaos yaşayan İraqda müxtəlif qüvvələr bir-biri ilə mübarizə aparırlar. Buna görə də burada tez-tez terror hadisələri baş verir.

 Altıncı sırada yer alan şəhər Mexsika sərhədlərindəki Acapulco şəhəridir. Hər il minlərcə turistin gəldiyi bu şəhərdə təəssüf ki, narkotik geniş yayılmışdır. Buna görə də burada çoxlu cinayət hadisələri baş verir. Son statistikaya görə, şəhərdəki hər min nəfərdən ikisi cinayət qurbanı olur.

 Beşinci şəhər Venesuellanın Karakas şəhəridir. Bu şəhərdə əli silahlı narkotik dəstələri mövcuddur. Bir çox qaynaqda bu şəhəri " cinayətin paytaxtı " adlandırırlar. 

 Dördüncü sırada Əfqanıstanın Kabil şəhəridir. Bu şəhərdə də insanlar Bağdad kimi terrorla iç-içə yaşayırlar. 

 Növbəti şəhər Pakistanın Karaçi şəhəridir. Bu şəhərdə canlı bombalar və suiqəsdlər sanki gündəlik yaşayışın bir parçasına çevrilib. Terrorla yanaşı, bu şəhərdə insan qaçaqmalçılığı, avtomobil soyğunu kimi bir çox cinayətlər geniş yayılmışdır.

 Dünyanın ən təhlükəli ikinci şəhərinə gəldik. Bu şəhər Meksikanın Ciudad Juarez şəhəridir. Amerika sərhədindəki bu şəhəri narkotik qaçaqmalçıları idarə edir. Hər il bu şəhərdə 3 min insan qətlə yetirilir.

 Dünyanın ən təhlükəli şəhərinə gəldik. Honduras sərhədlərindəki San Pedro Sulada həm narkoti, həm də silah qaşaqmalşılığı son dərəcə geniş yayılmışdır. Statistikaya görə, Dünyada ən çox cinayət hadisələri bu şəhərdə baş verir. Belə ki, küçələrdə cəsədlərlə qarşılaşmaq artıq adi hala çevrilib.

 
kayzen.az

Go Back

Sorğu göndər