Düşüncə Jurnalı

header photo

Günorta saatlarında acmağın səbəbi

Tox olduğunuz halda acdığınızı düşündüyünüz və ya çox istədiyiniz bir şeyi yemədən rahatlamadığınız vaxtlar, mütləq  olub.  Bu şey bəzən bir fincan qəhvə, bəzən şokolad, bəzən də bir-birindən dadlı xəmir yeməkləri ola bilər. Yeməmək üçün əlinizdən gələni etsəniz də, sonda özünüzü peşman olacaq qədər yeiş görürsünüz. Yemək böhranlarının ən pis yanlarından biri, sizə özünüzü tamamilə iradəsiz hiss etdirməyidir. 

 

Yemək  böhranlarını aradan qaldırmağın ən asan və təsirli üsulu, bu davranışın ortaya çıxmağına səbəb olan faktorları araşdırmaq və buna mane olmaqdır. 

 

Aktual.az türk mediasına istinadən, yemək böhranlarının ortaya çıxmasına səbəb olan faktorları sizlərə təqdim edir.

 

1. Günorta yeməyinə yediyiniz salatlar. 

 

Sağlıqlı bəslənmək üçün nahara salat yeyirsiniz. Ancaq salat sizi yalnız 3-4 saat tox tutur. Saat 16:00-a yaxınlaşanda enerjiniz düşəcək.  Bunun üçün siz qəhvə, şirniyyat kimi şeylər yemək istəyəcəksiniz.  Buna görə də, günorta yeməklərində tərəvəz yerinə, taxıllı bitkilərdən, züllallı ərzaqlardan istifadə etməlisiniz. Beləliklə, günün geri qalan hissəsində də enerji səviyyənizi qoruya biləcəksiniz. 

 

2. Müdirinizin ruh halı. 

 

Stressli bir iş yeri boş vaxtlarınızda sizi şokoladla və ya şirniyyatla yaxınlaşdıracaq.  İş yerində çox təzyiq altında olmağınız və bu təzyiqin yaratdığı stress sizin kortizol səviyyənizi artıraraq daha tez acmanıza və çox yeməyinizə səbəb olur.  Belə stressli hallarda yemək üçün bir şey axtarmaq yerinə, iş yerindən bir az uzaqlaşın, havaya çıxın. 

 

3. Yanlış qərarlar qarşısında çıxılmaz vəziyyətdə qalmaq. 

 

Həyatımızla əlaqədar vermiş olduğumuz səhv qərarlar və bunun gətirdiyi ümidsizlik hissi bizi ən asan yoldan xoşbəxt edəcək yeməklərlə daha çox yaxınlaşdırır. Xoşbəxt bir münasibəti olan, hər işi yolunda gedən, fit bədəni olan insanlar özlərini yeməyə az bağlı hiss edər və xoşbəxtliyi yeməkdə axtarmazlar.  Yeməklərə daha az bağlı olmaq üçün həyatınızda sizə xoşbəxtlik gətirəcək şeylərə çox yer  ayırın. Daha çox idmanla məşğul olun, gəzin, əylənin. 

 

4. Kökəlmək qorxusu. 

 

Şəkəri və yağı azaldılmış qidalarla dolu bir dünyada yemək yeyərkən yağ mövzusunda diqqətli olmamaq mümkün deyil. Ancaq yeməklərimizdə yağı azaltdığımız zaman unutduğumuz bir şey olur: Bədənimizin enerji  ehtiyacını qarşılamaq, kilo verməyimizi sürətləndirmək  və daha səmərəli işləmək üçün lazım olan faydalı yağlar. Bədənimizdə faydalı yağları tükətdiyimizdə, dondurma, kartof qızartması, pendir kimi qidaları yemək istəyirik. Yağ ehtiyacınızı təmin etmək üçün avakado, fındıq-fıstıq, taxillı bitkilər, zeytun kimi qidalar yeyin.

 

5. Lazımı qədər su qəbul etməmək. 

 

Bədənin susuz qalması insanın acmasına səbəb olan başlıca faktorlardandır. Bədənin 70%-i sudur və hər gün bədəndən ixrac edilən su təmin olunmalıdır. Günlük su ehtiyacını təmin etmədikdə bədən beyinə susuzluq deyil, aclıq siqnalları göndərir. Bunun üçün acdığınız zaman aldadıcı yemək yerinə bir stəkan su için və bir neçə dəqiqə gözləyin. Böyük ehtimalla aclığınız keçəcək.

 

İsmət Abbas/Aktual.az

Go Back

Sorğu göndər