Düşüncə Jurnalı

header photo

Nəyi çox düşünsəniz onu da yaşayarsınız

Gün boyu enerjinizi kainata ötürdüyünüzü bilirsinizmi? 

Bəli, bir an belə fasilə etmədən insan bədəni və düşüncəsi kainata enerji göndərir və qarşılığını da alır. Hətta yuxuda belə. Çox vaxt enerjimiz vasitəsiylə fərqində olmadan həyatımıza nələri daxil edirik, bir bilsəniz...

Ən aydın şəkildə desək, nəyi düşünsəniz onu da yaşayırsınız. 

Bunun fərqinə varmaq istəyirsinizsə, həyatınıza bir baxın. Həyatınızda nələr çoxalırsa, deməli ən çox o şey haqında düşünür, enerjinizi ona ötürürsünüz. 

Ən aktiv enerji yaratmaq forması şükr etmək və şikayət etməkdir. Belə ki, ya şükr etdiklərinizi, ya da şikayət etdiklərinizi çoxaldırsınız. Dostlarınızla, ailənizlə, özbaşına qaldığınız zaman danışdıqlarınıza, ifadə etdiyiniz fikirlərə diqqət yetirin. Ən çox necə söhbətlər yürüdürsünüz? Özünüzlə bağlı, həyatla bağlı fikirləriniz nələrdir? Durmadan nəticəsiz işləri danışıb şikayətmi edirsiniz, yoxsa böyük- kiçik demədən həyatınızdakı gözəlliklərə şükr edərcəsinə onları dilə gətirirsinizmi?

Əgər müşahidə etsəniz görəcəksiniz ki, şükr etdikcə şükr etdiyiniz şeylər çoxalacaq. Narazılıq etdikcə isə, narazılığınıza səbəb olacaq şeylər çoxalır. Buna görə də, daha çox psixoloqların da dediyi kimi şükr etməyi özünüzdə alışqanlıq etməlisiniz. Məsələn bunun üçün siyahı belə tuta bilərsiniz. Əvvəlcə həyatınızda şükr etmənizə səbəb olacaq şeylərin siyahısını çıxarın. Sonra hər gün onlara göz atın. Hər yeni gün şükr etmək üçün daha bir səbəbin yarandığının şahidi olacaqsınız. Onları da siyahıya əlavə etməyi unutmayın. 

Son bir açar cümlə, düşüncələrinizi idarə edərək, həyatınızı daha da gözəlləşdirə bilərsiniz. Sevgi ilə qalın...

 
atv.az

Go Back



Sorğu göndər