Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Maraqlı"

İnsan orqanizmi haqda çox maraqlı faktlar

1. Qan təchizatı olmayan yeganə bədən hissəsi gözün buynuz təbəqəsidir. Bu orqan oksigeni havadan alır.
 2. Uşaq 7 aylığına qədər eyni anda həm udquna, həm də nəfəs ala bilir.
 3. Asqırma zamanı insanın  bütün funksiyaları dayanır, hətta ürək də.
 4. Kəllə sümüyü 29 müxtəlif sümükdən ibarətdir.
 5. Beyindən gedən sinir impulsu 274 s/km sürəti ilə hərəkət edir. 6. Bir insan beyni gün ərzində dünyanın bütün telefonlarından daha çox elektrik impulsu generasiya edir.
 7. İnsanın ürəyi 48  milyon qallon qan çəkib vura bilir.
 8. Bu cümləni oxuduğunz vaxtda orqanizminizdə 50000 hüceyrə ölür və yenisi ilə əvəz olunur.
 9. Qadınların ürəyi kişilərdən daha tez döyünür.
 10. İnsan 90% yuxularını unudur.
 11. İnsan bədənində olan qan damarlarının ümumi uzunluğu 100000 km-dir.
 12. Üzünüz qızardıqda, mədə də qızarır.
 13. İnsanlar, beli üstündə yatan yeganə məxluqdur.
 14. Uşaq 4 yaşında gündə orta hesabla 450 sual verir.
 15. Bakteriyaların yalnız 1%-i insanda nasazlıq hissi yaradır.
 16. Göbəyin elmi adı — umbilikusdur.
 17. İnsanın yuxuya getməsi üçün tələb olunan təxmini vaxt 7 dəqiqədir.
 18. Dünyada cəmi 7% solaxay var.
 19. Alma və bananın qoxusu arıqlamağa kömək edir.
 20. İnsan orqanizmində yaşayan bakteriyaların ümumi çəkisi 2 kq-dır.
 21. Orqanizmdə olan kalsinin 99%-i dişlərdədir.
 23. Dodaqların hissiyatı barmaq uclarının hissiyatından qat-qat güclüdür.
 24. Əl dırnaqları ayaq dırnaqlarından 4 dəfə tez böyüyür.
 25. İnsan bədənində olan ən güclü əzələ dildir. 
 26. İnsanın ağzında 4000 bakteriya var.
 27. İnsan gözü — 10000000 rəng çaları seçə bilir.
 28. Uşaqlar ən tez yazda böyüyürlər.
 29. Sümük poladdan 5 dəfə daha möhkəmdir.
 30. Açıq gözlə asqırmaq mümkün deyil. 

 
kayzen.az

Go Back

Liderlərin qeyri-adi hərəkətləri

- Dünya liderlərinin bir-birinə müxtəlif hədiyyələr etdiyini bilirik. Şokolad, kostyum, qalstuk, saat... Zimbabvenin siyasi liderlərindən olmuş Robert Muqabenin dostu Kim Yonq İlə bağışladığı hədiyyə isə tamamilə fərqli olub. O, Koreya prezidentinə fil hədiyyə edibmiş.
 
- Haitinin prezidenti olmuş Fransua Dyuvalye qara itlərə nifrət edirmiş. O, öz ölkəsində qara it görmək istəmirmiş. Fərman verərək bütün qara itlərin öldürülməsini əmr edib. Belə görünür ki, onun psixoloji problemləri olub. Çünki 1971-ci ildə ABŞ prezidenti Kennedinin ölümündə özünü günahkar olduğunu deyərək onun məzarına adam göndərib. Həmin adam məzarın ətrafındakı havanı yığaraq prezidentə gətirməliydi. Məqsəd həmin havanı udaraq Kennedinin ruhuna sahiblənməkmiş.
 
- Şimali Koreyanın keçmiş prezidenti Kim Yonq İl bir gün atdan yıxılaraq yaralanır. Vurulan ağrıkəsicilərin onda asılılıq yaradacağından qorxan Şimali Koreya rəhbəri ətrafındakı bütün vəzifəli adamlara bu iynələrdən vurulmağını əmr edir. Beləliklə, rəhbərlikdəki şəxslər arasında ağrıkəsicilərdən asılılıq təkcə onda olmayacaqdı.
 
- Liviyanın keçmiş prezidenti Müəmmər əl-Qəzzafi də qeyri-adilikləri yadda qalıb. Kennedini İsrailin öldürdüyünü iddia edən, “Yuventus”u sevdiyi üçün klubun səhmlərinin 7.5 faizini alan Qəzzafi öz cangüdənlərini bakirə qızlardan seçirmiş. “Amazon cangüdənlər” adlanan bu qadınlar, atəş açma, əlbəyaxa döyüş təlimi keçərək şəxsən Qəzzafi tərəfindən seçilirdi.
 
- Dominikan Respublikasının mərhum prezidenti Rafael Trujillo ailəsini çox sevirdi. Oğlu Ramifisə 3 yaşında polkovnik rütbəsi vermişdi, qızına kraliça tacı taxmışdı. Arvadını isə hamıdan çox sevirdi. Onun adının Dominikan Respublikasından kənara çıxmasını təmin etmək üçün Nobel Ədəbiyyat Mükafatı almasını istəyirdi. Bunun üçün hətta bir lobbi də yaratmışdı. Problem bundaydı ki, qadının savadı yox idi, oxuyub-yazmağı da bacarmırdı.
 
- Uqanda diktatoru İdi Amin 300 mindən çox insanın ölümünə görə günahkar olsa da, qəlbi sevgi ilə dolu imiş. Ailə həyatı qurmaq, evlənmək onun da arzusu imiş. Sadəcə evlənmək üçün deyəsən bir az düzgün olmayan insanı seçmişdi. İdi Amin İngiltərə kraliçasına məktub yazıb ona eşq elan etmişdi. Onunla evlənmək istədiyini bildirirdi. Özünü də gələcəkdə Şotland kralı kimi görürdü. Amma bu məktubların heç birinə kraliça cavab yazmamışdı.
 
- Ekvatorial Qvineya prezidenti Fransisko Masias Nqema da qəribə adam olub. Bir dəfə elektrik stansiyalarında yağ istifadə edilməsini qadağan etmişdi. Nqema düşünürdü ki, özünün sehrli gücü stansiyanın işləməsi üçün kifayət edir. Amma stansiya işləmədi. Belə qeyri-adi “kəşf”lərinə görə intellektual insanlar tərəfindən tənqid olunurdu. Buna görə də Nqema onlara nifrət edirdi. Nəhayət o qədər əsəbiləşdi ki, ölkədə özəl məktəbləri qadağan etdi, açıq şəkildə ölkədə intellektual insan görmək istəmədiyini bəyan elədi.
 
- Türkmənistanın prezidenti Saparmurat Niyazov da dünyada özünün qeyri-adi işləri ilə tanınırdı. Ayların və günlərin adlarını öz nəslindən olan insanların adları ilə dəyişmişdi. Baleti, maşında radioya qulaq asmağı qadağan etmişdi. Yazdığı “Ruhnamə” əsərinin hamı tərəfindən oxunması məcburi idi. Məsələn, sürücülük vəsiqəsi almaq istəyənlər bu kitab barəsində olan suallara da cavab verməliydi. Hətta əsərinin bir nüsxəsini raketlə kosmosa da göndərib. Qəzetlər isə yazırdı ki, dünyanı fəth edən “Ruhnamə” indi də kosmosu fəth edəcək. /kulis.az/

Go Back

Şekspir haqqında 10 maraqlı fakt

1. Böyük dramaturqun pyeslərinin çoxunun mövzusu keçmiş zamanlarda cərəyan edən əhavalatları əhatə edirdi. Bu isə həmin dövrdə geniş yayılmış bir praktika idi.

 2. Şekspir zamanının teatrlarında pərdələr yox idi, dekorasiyalar da çox az idi. Aktyorları əhatə edən mühit və şərait pyesin mətnində təsvir edilirdi.

 3. Yelizaveta dövrünün teatrı heç də “incəsənət mədədi” deyildi. Tamaşaçılar tamaşa zamanı meyvə alar və əgər xoşlarına gəlməsə, dişləyib aktyorlara ata bilərdilər. Belə bir fikir var ki, bu adət İngiltərədə teatr sənətinin inkişafına çox böyük təkan verib.

 4. Məlumdur ki, Şekspirin zamanında teatrda bütün rolları – həm kişi, həm də qadın rollarını kişilər oynayırdılar (XX əsrin əvvəllərində Azərbaycanda olduğu kimi). İngilis səhnəsində ilk qadın yalnız XVII əsrdə göründü (Bizdə XX əsr).Kişi qəhrəmanların isə qadın aktrisalar tərəfindən oynanılması dünya teatrı tarixində çox nadir rast gəlinən hallardandır. Böyük aktrisa Sara Bernar 1899-cu ildə Şekspirin kişi qəhrəmanını oynamağa razılıq vermişdi.

  5. Şekspirin 154 dahiyanə sonetinin nə zaman, harada və hansı xronoloji ardıcıllıqla yazılması, eləcə də onların kimə ithaf edilməsi haqqında, demək olar ki, heç bir məlumat yoxdur.

 6. Şekspirin leksik fondunu araşdıran tədqiqatçılar qeyd edirlər ki, dramaturqun əsərlərində işlənin 2035 söz əvvəllər yazılı mətnlərdə heç vaxt işlənməyib.

 7. Təəssüf ki, bu dünyada Şekpirin birbaşa varisi yoxdur. Çünki onun nəsli 1670-ci ildə kəsilib. Dramaturqun yeganə oğlu Xemniy 11 yaşında taundan ölüb. Qızı Cuditin üç oğlu var idi, ancaq onların heç birinin və o biri qızı Suzannanın isə övladları olmayıb. Elə Süzannanın ölümü ilə də Şekspir nəslinə son qoyuldu.

 8. Oksfordun “qanadlı sözlər” lüğətinə görə, igilisdilli dünyada ən çox təkrarlanan sitatların onda biri Şekspirin payına düşür.

 9. Şekspirin ən məşhur pyesi “Maqbet” faciəsidir. O, dünyada hər dörd saatdan bir oxunur.

 10. 1890-cı ilədək Şimali Amerikada nə sığırçın, nə də ki qarğa var idi. Şekspirin qızğın fanatlarından biri bu quşları Avropadan gətirib Nyu Yorkun Mərkəzi parkına buraxır. Quşlar burada nəsil verib artırlar. Bəs bu hərəkətin səbəbi nə idi? O, istəyirdi ki, doğma ölkəsində böyük ingilisin pyeslərində adı çəkilən quşların bütün növləri yaşasın.

axar.az

Go Back

Dahi rəssamdan həyati məsləhətlər

Biz hamımız, məşhur rəssam Pablo Pikassonun adını tanPablo Pikasso: Dahi rəssamdan həyati məsləhətlərıyırıq, o, 20-ci əsrin ən özünəməxsus dahilərindən biridir. O, bir çox sınaqlardan çıxmışdır- yoxsulluq və zənginlik, müharibə və sülh, qadın diqqəti və ümumdünya şöhrəti, 2009-cu ildə Forbes jurnalı, onu dünyanın son 100 il ərzində yaşamış ən yaxşı rəssamı adlandırıb.
 
Onun uğurunun tarixini yəqin ki, təkrarlmaq qeyri-mümkündür, amma Pikassodan öyrənəsi çox şey var. Bu dəfə sizə dahi ustaddan yaşayıb, yaratmaq ilə bağlı məsləhətlər təqdim edirik.
 
1. Etmək üçün inanmaq lazımdır.
 
“Bacaracağına inanan hər kəs, bacara bilir. Bacarmayacağını düşünənlər isə bacara bilmir. Bu, təkzibedilməz və dəyişilməz bir qanundur.”
 
İnanclar, düşüncə tərzi, fəaliyyətin nəticəsini müəyyən edir, onu nəzarətdə saxlayır. Əgər siz hesab etsəniz ki, bu sizdə alınmayacaq, onda təhtəlşüurda, qeyri iradi olaraq həyəcanlamağa, hətta bilmədən səhv etməyə də başlayacaqsınız. Digər tərəfdən, əgər siz düşünsəniz ki, sizdə alınacaq, onda sizin beyniniz başqa istiqamətdə işləyəcək və onda beyniniz kədərlənmək və şikayətlənmək öz faliyyətini problemin həllinə yönəldəcək. Nəticədə isə problemin həll yolları və imkanları öz-özünə ortaya çıxmağa başlayacaq ki, yağışdan sonra hər yerdə göbələklər çıxır.
 
2. Öz bilik və bacarıqlarınızın sərhədlərini genişləndirin.
 
“Mən həmişə bacarmadığım işləri də görürəm ki, yeni nəsə öyrənim.”
 
İnkişaf üçün özünü qabağa itələmək lazımdır. Bu bir az qorxulu görünə bilər. Sizə bu məsələ ilə bağlı verə biləcəyim ən yaxşı məsləhət belə səslənir: Bacarmadığınız bir işi görəndə, özünün mümkün qədər məhz indiki zamanda, olduğunuz anda hiss edin, gələcək barədə düşüncələrə çox qapılmayın. Bu ciddi şəkildə neqativ həyəcanları və narahatlığı azalda bilər. Sizin şüurununzda və vücudunuzda belə bir fikirlər olmayanda isə diqqəti cəmləmək asanlaşır və siz yaxşı nəticələr əldə edir, yekunda isə öyrənmək istədiyinizi mənimsəmiş olursunuz.
 
3. İlham pərisini gözləməyin, başlayın.
 
“İlham pəriləri mövcuddur, amma onlar həmişə iş əsnasında gəlir.”
 
Bəli, ilham və ya ilham pəriləri deyilən anlayış mövcuddur, amma o sizi mütləq iş başında yaxalamalıdır. “Lazımı” anın yetişməsi üçün küllü miqdarda vaxt itirməyin, əlbəttə ki, ilham pərisi lütf edib təşəbbüs buyursa, lap gözəl, yaradın! Amma yalnız bu möcüzəvi varlığın fəaliyyət müddəti ilə özünüzü məhdudlaşdırmayın. Bəzən özünü, xüususi bacarıq tələb etməyən və sadəlövhcəsinə ilham pərisinin dəstəyini gözləməyə ehtiyacın olmadığı işləri görməyə məcbur etməlisən. İlham pərisi ədviyyat kimidir, ondan lap azacıq lazımdır, amma o, hər şeyi dəyişməyə qadirdir.
 
4. Daha çox və daha çox hərəkət edin.
 
“Sabaha yalnız ölənə kimi görmək istəmədiyiniz işləri saxlayın. Hərəkət- uğurun əsas açarıdır.”
 
Hərəkət olmasa, istənilən bir informasiya faydasızdır. Bu şəxsi inkişafın o hissəsidir ki, adətən onu yaddan çıxarır, ya da ona məhəl qoymurlar. Bəzən sizə elə gələ bilər ki, hərəkətə başlamaq çətindir, ya da indi “həmin an” deyil. Amma daha çox etmək vərdişi çox şeyi dəyişə bilər. Bu nəticələrə nail olmaq üçün ən effektiv vasitədir. Hərəkət prosesində siz özünüzü daha yaxşı tanıyır, dünyagörüşünüzü formalaşdırır və öz sahənizin praktikada üzə çıxan xüsusiyyətlərini mənimsəyirsiniz.
 
5. Düzgün suallar verin.
 
“Məndən öncəkilər olanları görür və soruşurlar ki, niyə bu var? Mən isə ola biləcəkləri görür və soruşuram ki, niyə də yox ( niyə də olmasın?)
 
Özünə yalnış suallar vermək çox asandır. Elə suallar ki, onların cavabları sizin səriştəsiz, axmaq və səhv olduğunuzu bir daha təsdiqləyəcək. O suallar ki, sizi yüksəltmək əvəzinə daha da batıracaq. Pozitiv suallar verin, elə suallar ki, imkanlar qapısını bağlamaq əvəzinə , üzünzə açsın.  Demək olar ki, siz istənilən bir situasiyada özünüzə belə bir sual verə bilərsiniz: bu təcrübənin yaxşı tərəfi nə idi?  Bu minnətdarlıq hissi vasitəsi ilə öz əhval-ruhiyyəni və fikirləri pozitivə doğru dəyişmək üçün yaxşı bir üsuldur.
 
6. Mühakimə etməyin və siz gizli gözəlliyi görəcəksiniz.
 
Bu günlə, indiki məqamla yaşayın- onda siz daha az analiz edəcək, az mühakimə edəcək və beyninizi mənasız tapşırıqlar ilə çətinə salmayacaqsınız. Hazırkı anla yaşadıqda ədət etdiyiniz dünya qeyri-adiləşir. Siz ağaclarda, təbiətdə, insanlarda daha çox rənglər və canlılıq görürsünüz. Sizə sıravi, labüd və əhəmiyyətsiz görünən hər şey, birdən birə heyranedici və dəyərli olur, sanki siz dünyaya daha aydın şəkildə baxırsınız.
 
7. Hələ həyata sevinməyə gec deyil.
 
“Gəncliyin yaşı yoxdur.”
 
İctimai fikrə, sizə nəyi edib, nəyi edə bilməyəcəyinizi diktə etməyə imkan verməyin, əgər məsələ, təkcə yaş fərqidirsə. Əksər hallarda, yaş sadəcə sizin beyninizdəki bir qeyddir. Əgər siz öz həyat xəttinizə bir zaman kəsiyi kimi baxsanız, onda nəyisə dəyişmək üçün həqiqətən gec ola bilər. Amma əgər, siz daha çox indiki zamanla yaşamağı öyrənsəniz, belə fikirlərin əksəriyyəti sadəcə qüvvədən düşür, siz başa düşürsünüz ki, şüurlu şəkildə istədiyinizi seçə və edə bilərsiniz. Elə indi.
 
Hazırladı: Fidan Aslanova / Fitret.az

Go Back

Dünyanın ən təhlükəli 10 şəhəri

Bu topikdə dünyanın ən təhlükəli 10 şəhərinin siyahısını təqdim edəcəyik. Sondan başlayıb ən təhlükəliyə doğru davam edəcəyik.

 Siyahımızın 10-cu sırasında Braziliyanın Rio De Janeiro şəhəri var. Karnavalından tanıdığımız bu şəhərdə yoxsulluq olduğu üçün cinayət hadisələri də tez-tez baş verir. Xüsusi ilə turistlərin böyük rəğbət bəslədiyi populyar çimərliklərdə və gecə klublarında tez-tez cinayət hadisələri müşahidə olunur. 

 Doqquzuncu şəhər Cənubi Afrika Respublikasının 3 paytaxtından biri olan Cape Town-dur. Burada da tez-tez cinayət hadisələri yaşanılır. Ən çox yaşanan hadisələr isə pul üçün adam qaçırma, təcavüz və soyğundur.

 Ən təhlükəli şəhərlər siyahısına Guatemala Respulikasının paytaxtı Guatemala şəhəri ilə davam edirik. Orta Amerikadakı bir çox şəhər kimi bura da narkotik qaçaqmalçılığı ilə məşhurdur. Xüsusilə də avtobus soyğunçuları çox yayılmışdır.

 Siyahımızın yeddinci sırasında Bağdad şəhəri durur. Amerika işğalından sonra xaos yaşayan İraqda müxtəlif qüvvələr bir-biri ilə mübarizə aparırlar. Buna görə də burada tez-tez terror hadisələri baş verir.

 Altıncı sırada yer alan şəhər Mexsika sərhədlərindəki Acapulco şəhəridir. Hər il minlərcə turistin gəldiyi bu şəhərdə təəssüf ki, narkotik geniş yayılmışdır. Buna görə də burada çoxlu cinayət hadisələri baş verir. Son statistikaya görə, şəhərdəki hər min nəfərdən ikisi cinayət qurbanı olur.

 Beşinci şəhər Venesuellanın Karakas şəhəridir. Bu şəhərdə əli silahlı narkotik dəstələri mövcuddur. Bir çox qaynaqda bu şəhəri " cinayətin paytaxtı " adlandırırlar. 

 Dördüncü sırada Əfqanıstanın Kabil şəhəridir. Bu şəhərdə də insanlar Bağdad kimi terrorla iç-içə yaşayırlar. 

 Növbəti şəhər Pakistanın Karaçi şəhəridir. Bu şəhərdə canlı bombalar və suiqəsdlər sanki gündəlik yaşayışın bir parçasına çevrilib. Terrorla yanaşı, bu şəhərdə insan qaçaqmalçılığı, avtomobil soyğunu kimi bir çox cinayətlər geniş yayılmışdır.

 Dünyanın ən təhlükəli ikinci şəhərinə gəldik. Bu şəhər Meksikanın Ciudad Juarez şəhəridir. Amerika sərhədindəki bu şəhəri narkotik qaçaqmalçıları idarə edir. Hər il bu şəhərdə 3 min insan qətlə yetirilir.

 Dünyanın ən təhlükəli şəhərinə gəldik. Honduras sərhədlərindəki San Pedro Sulada həm narkoti, həm də silah qaşaqmalşılığı son dərəcə geniş yayılmışdır. Statistikaya görə, Dünyada ən çox cinayət hadisələri bu şəhərdə baş verir. Belə ki, küçələrdə cəsədlərlə qarşılaşmaq artıq adi hala çevrilib.

 
kayzen.az

Go Back

Telefonla bağlı 14 maraqlı məlumat

1.Telefonla danışılan ilk cümlə buydu: «Bəy Watson, buraya gəlin. Sizi görmək istiyirəm.” Söyləyən təbii ki telefonun ixtiraçısı  olan Alexander Graham Bell. “Bay Watson” dediyi isə asistanı Thomas Watson. Tarix, 10 Mart 1876.

2.Telefonu açtığımızda niyə alo deyirik? İnternetdə danışılan bir hekayəyə görə, Alexander Graham Bell’in “Allessandra Lolita Oswaldo” adında bir sevgilisi vardı. Alo da,  bu qadının baş harflerinden geliyor. İnanmayın dostlar. Graham Bell evliydi ve həyat yoldaşının adı “Mabel Gardiner Hubbard”dı. 

3.Graham Bell’in tövsiyə elədiyi telefon açılış kəliməsi, gəmilerde işlədilən Ahey’di. Ama o tutmadı. Yaxından tanıdığımız bir başqa ixtiraçı, Thomas Edison, başqa bir kəlimə tövsiyə etdii: “Hello”, yəni salam. Hərkəs qısa müdətdə de bunu mənimsədi.

4.Bəs biz niyə alo deyirik? Çünki İngilisce danışılan ölkelerde telefonu “hello” deyərek açırlar. Biz de böyük ehtimalla bunu təqlid etmişik. “Hello” olub “Alo”.

5.Dünyanın bir çox yerində telefonun açılış cümləsi Hello’nun törəməlidir. İtalyanlar ise “Pronto” deyər. Bu da “hazır” demek. Telefonda niye belə dediklerini İtalyanlar da bilmir. Bir şekilde alışıblar yəqinki.

6.İlk cep telefonuyla zəngi  1973 ilində Motorola’da çalışan bir ixtiraçı edibı: Martin Cooper. Hər nə qədər cib telefonunu tapan insan  olmasa da, qatqılarından ötrü „cib telefonunun atası“ qəbul edilir.

7.1983 ilinda Amerika’da satışa çıxan cib telefonlarının qiyməti 4000 dolardı. Yəni təxminən 5000 manat ı.

8.IBM firması 1993 ilində ilk toxunmatik ekranlı telefonu istehsal etdi. Hətta içinde email programı belə vardı.

9.İlk kameralı  cib telefonu Japon “Sharp” firması tərəfindən hazırlanıb. J-SH04 adındaki model 1Noyabr 2000’de satışa çıxıb

10.Bu dəqiqə cibinizde olan ağıllı telefon, aya insanları ilk dəfə aparan  Apollo 11’in kompyuterindən daha yaxşı bir kompyuter

11.Dünyadaki ümumi  cib telefonu sayı 4,5 milyard. Bunların 1 milyard 750 milyonu ağıllı telefon.

12.Ağıllı telefonların arxasında 250 min fərqliı insana və ya quruma aid patent var. Hərbiri üçün ayrı məbləğ ödenmiş yaxut ödenir.

13. Meksika’daki uyuşturucu örgütləri, telefon teknisyenlərini qaçırıb öz aralarında danışacaqları, yəni o örgüte özel cib telefonu ağları hazırlatdırırlar.

14. Təyyarədə cib telefonu işlətməyin əslində uçuşa bir zərəri yox. Ancaq yüksəkdə və hərəkət halında olduğumuz üçün telefonun göndərdiyi siqnaller bir çox baz istasyonunu məşğul edir. Bu səbəblə  digər aramalar blok oluna biləcəyi üçün  təyyarələrdə telefonla danəşmağa icazə verilmir.

 
kayzen.az

Go Back

Bədən yaşınızı hesablayın

Bəzən yaşımız neçə olur-olsun, bədənimizin yaşı fərqli olur.
Ya olduğundan çox, ya az.. Bədənin yaşı sağlamlıq göstəriciləri ilə hesablana bilər. İngilis elm adamları insanın əsil bədən yaşının fiziki sağlamlıq göstəriciləri ilə hesablana biləcəyi qənaətindədir. Yaşlanma mütəxəssisi prof. Robert Wealenin fikrincə, bioloji yaş təqvim yaşından çox ola bilər. "Daily Mirror" qəzetində bu bioloji yaşı hesablama testi dərc olunub.
 
Dərinin elastikliyi testi
 
Dəri yaşlandıqca kollagen və elastin maddələr azalır və dəri elastikliyini itirir.
Əlinizin üzərindəki dərini çimdikləyirmiş kimi tutub çəkin, bir dəqiqə bu vəziyyətə tutun. Dərini buraxdıqda normal, düz hala gəlməsi nə qədər zaman alır?
1 - 2 saniyə: 30 yaşlarında
3 - 4 saniyə: 40 yaşlarında
5 - 10 saniyə: 50 yaşlarında
11 - 30 saniyə: 60 yaşlarında
31 - 45 saniyə: 70 yaşlarında
45 saniyədən artıq: 80 yaşlarında
 
Reaksiya testi
 
Reaksiya vermə sürəti yaş artdıqca azalır. Bunu ölçmək üçün yazı yazarkən istifadə etdiyiniz əlinizi açın və bir dostunuzdan əlinizin üzərində 45 sm-lik bir xətkeş tutmasını istəyin. Xətkeşi buraxdıqda onu tutun. Tutduğunuz yer nə qədər sürətli reaksiya verə bildiyinizi göstərir. Xətkeşi tutduğunuz yer:
14 sm-ə qədərdirsə: 20 yaşlarında
15 - 24 sm-ə qədərdirsə: 30 yaşlarında
25 - 29 sm-ə qədərdirsə: 40 yaşlarında
30 - 35 sm-ə qədərdirsə: 50 yaşlarında
40 sm və bundan artıqdırsa: 60 yaşlarında
 
Zehni gümrahlıq testi
 
100-dən geriyə doğru 0-a qədər 7-7 sayın. Nə qədər vaxtda saya bilirsiniz? 25 saniyədən uzun çəkməsi zehni yaşlanmanın göstəricisidir.
20 saniyədən az: 40 yaşdan aşağısınız
25 saniyə: 40 - 60 yaşlarındasınız
Əmin olmaq üçün bir test də edin. Bir dəqiqə ərzində ağlınıza neçə dənə meyvə və tərəvəz adı gəlir? 60 yaşdan aşağı olanlar ən az 15 dənə tapa bilirlər.
 
Tarazlıq testi
 
Sağ ayağınızı 45 dərəcə meyilli tutaraq sol ayağnızın üzərində durun, əllərinizi ombanızın üzərinə qoyun və gözlərinizi yumun. Tarazlığınızı itirib sağ ayağınızı yerə qoymadan nə qədər dayana biləcəyinizi ölçün. Bu hərəkəti bir neçə dəqiqə fasilə ilə 3 dəfə təkrar edin və bu şəkildə orta hesabla nə qədər dayana bildiyinizi hesablayın.
70 saniyədən artıq: 20 yaşlarında
60 - 69 saniyə: 30 yaşlarında
50 - 59 saniyə: 40 yaşlarında
40 - 49 saniyə: 50 yaşlarında
30 - 39 saniyə: 60 yaşlarında
20 - 29 saniyə: 70 yaşlarında
19 saniyədən az: 80 yaşlarında
 
Göz bəbəyinin ölçüsü testi
 
Göz bəbəkləri yaşlandıqca kiçilir. Ancaq işığın təsiri də göz bəbəyinin kiçilməsinə səbəb olduğu üçün bu testi normal gün işığında edin.
Göz bəbəyinizin diametri 4 mm-dirsə, biolojk yaşınız 30; 2 mm-dirsə, 60-dır.
 
Buynuz qişası testi
 
Aynada göz dairənizə (kornea) baxın. Korneanızın ətrafında spiralvari ağ xətt varmı? Ağ xəttin uzun olması xolesterol səviyyənizin də yuxarı olduğunu göstərə bilər.
80 yaşlarına gəldikdə kornea ətrafındakı ağlıq tam bir dairə şəklini alır.

 
saglamolun.az

Go Back

Yuxusuzluğun çarəsi bu çiçəklərdədir

Yayda bir tərəfdən ağcaqanadlar, digər tərəfdən isti yuxumuzu ərşə çəkir. Dünyada aparılan sorğular qış aylarında yuxu problemi ilə üzləşməyən insanların yay mövsümündə yuxuya gedərkən çətinlik çəkdiklərini təsdiq edib.

Nəzərə alsaq ki, gün ərzində enerjili və gümrah olmaq  üçün 8 saat rahat yuxuya ehtiyacımız var, deməli, yay mövsümündə də yuxu rejimimizin pozulmamaısna diqqət etməliyik. Bunun üçün yuxugətirici bəzi bitkilərdən istifadə etmək olar.
 
Jasmin
İnsanı sakitləşdirir, dərin yuxuya getməyə kömək edir. İnsana pozitiv enerji verdiyi üçün səhərlər daha gümrah oyanmağa səbəb olur.
 
Yatmazdan öncə 10 dəqiqə jasmin iyləyə bilərsiniz. Ancaq ən yaxşı üsul yatmazdan yarım saat öncə yataq otağına güldanda tər jasminlər qoymaqdır. 
 
Lavanda
Lavanda insanı rahatlaşdırır. Yuxuya getməyi asanlaşdırır. Yataq otağına qoyulan bir dəstə lavanda sizi rahat yuxu ilə təmin etməyə qadirdir.
 
Qardeniya
Yuxugətirici təsiri laboratoriya şəraitində təsdiq edilib. Bu çiçək havadakı oksigen səviyyəsini artırır. Qiyməti elə də baha olmayan həmin çiçəklər çox qulluq tələb etmir.
 
Odur ki, gecələr rahat yatmaq istəyirsinizsə, yataq otağınızı bu gözəl çiçəklə bəzəyin.
 
Sarı çiçək açan aloe-vera
Otağın havasını təmizləyir. İnsanı sakitləşdirir. Təsirli yuxugətiricidir.
 
Divar sarmaşığı
Divar sarmaşığı havanı ən tez təmizləyən bitkidir. Otağın temperaturunu da balanslayır.
 
Dreçena
Palmanın bir növüdür. Böyük olduğu üçün dekorasiyanı zənginləşdirmək üçün də istifadə edilə bilər. Bu bitkinin olduğu otaqda yatdıqda həm daha dərin yuxuya getmək mümkün olur, həm də bədən toksinlərdən təmizlənir.

publika.az

Go Back

Rənginə bax, faydasını bil

"101 Optimal life foods" adlı kitabın müəllifi  Devid Qrotto iddia edir ki, rənglərinə baxaraq tərəvəz və meyvələrin hansı faydalı xüsusiyyətlər daşıdığını müəyyənləşdirmək olar. Onun sözlərinə görə, tərəvəz və meyvələrə rəng verən fitokimyəvi maddələrdir. Onlar müxtəlif komponentlər təşkil edərək hər meyvəyə fərqli rəng və fərqli dad xüsusiyyətlər bəxş edirlər.

Devid Qrotto bildirir ki, sağlam olmaq istəyən insan gündəlik menyusuna hər rəngdən bir meyvə və tərəvəz əlavə etməlidir.
 
Bəs hansı rəng meyvə və tərəvəz hansı faydalı xüsusiyyətlərə sahibdir?
 
Devid Qrottonun kitabında aşağıdakı məlumatlar yer alıb:
 
Yaşıl rəng
Yaşıl rəngli meyvə və tərəvəzlər  xərçəngə qarşı qoruma funksiyası daşıyan fitokimyəvi maddələr ehtiva edirlər. Onların tərkibindəki "isotiyosiyanat", "lutein" və "zeaksantin" adlı antioksidantlar orqanizmi bir çox xəstəliklərdən mühafizə etməyə qadirdirlər.
 
Sarı rəng
Sarı rəngli qidalar C vitamini anbarıdır. Belə qidalar yaraların tez sağalmasını təmin edir. Dəri xəstəliklərinə qarşı yaxşı təsir göstərir.
 
Narıncı rəng
Narıncı rəngli meyvə və tərəvəzlər beta-karotin maddəsi ilə zəngin olurlar. Belə qidalar immunitet sistemini gücləndirirlər. Ağız boşluğunun sağlamlığı üçün də belə qidalar çox önəmlidir.
 
Qırmızı rəng
Qırmızı rəngli qidalarda xərçəngə qarşı təsirli olan  likopen və DNT-nin zərər görməsinin qarşısını alan "ellagic" turşusu olur. Qırmızı qidalar həmçinin, "flavonoid" adlandırılan antioksidantlarla da zəngindirlər. Çiyələk və albalının tərkibində daha çox olan bu antioksidantlar hüceyrələri qoruyur, onların yaşlanmasının qarşısını alır.
 
Göy və bənövşəyi rəng
Üzümün bəzi növləri, göyəm, qara kələm, badımcan bu kateqoriyadan olan qidalardır. Ümumiyyətlə, göy və bənövşəyi rəngli bütün qidalar antosiyanin adlı rəng piqmenti ehtiva edirlər. Antosiyanin hüceyrələrin yaşlanmasının qarşısını alır, insanın gənc qalmasını təmin edir. Üstəlik, orqanizmi xərçəngdən də mühafizə edir.
 
Ağ rəng
Soğan, sarımsaq, gül kələm kimi ağ rəngli qidalar "alisin" və "kuersetin" adlı kimyəvi birləşmələr ehtiva edirlər. Bunların hər ikisi ürək xəstəliklərinə yaxalanmaq riskini azaldır. İmmuniteti möhkəmləndirir və xərçəngə yaxalanmaq riskini azaldır.

publika.az

Go Back

Sabah kiminlə imsak edəcəksən?

Bəndə Tanrının bəxş etdiyi nemətləri sayıb bitirməkdə acizdir. Ramazanda isə bu nemətlər qat-qat artır. Hansından deyəsən, hansından danışasan? Hər halda, biri haqqında söz açaq və düşünək.

Həyat bir yoldur. Sınaqlarla dolu bir yol. Bu yolda bizi gözləyən maneələri dəf etmək, çətinliklərə sinə gərmək, Allahın buyuruqlarına əməl etmək gərək. Digər yollarda olduğu kimi bu yolun da cəfasını yol yoldaşı ilə çəkmək, ağrılarına onunla birgə dözüb sevinclərinə şükür etmək daha asan olur. Ramazanda bu özünü bir daha biruzə verir...

Bir var imsaka tək qalxasan, süfrə başında tək oturasan, kimisə narahat etməkdən ehtiyatlanaraq asta hərəkətlər edəsən, bir də var bütün ailə şövqlə imsak edib namaza tələssin.  Bir var axşam işdən evə gəlib kiminsə marçıltı ilə yeməyinə, içməyinə baxaraq saata nəzər salasan, zaman yetişəndə də yenə süfrəyə tək oturasan, bir də var ailə üzvləri hərə bacardığı qədər şam yeməyinə yardım etsin, azanı gözləsin, Allah dərgahına əllərini duaya birgə qaldırsınlar. Nəticə etibarı ilə hər iki variant Ramazan orucunun əməli sayılır. Amma arasındakı fərqi kim sezməz ki? Bəli, dindar həyat yoldaşı, bəzi ailələrdə isə dindar övladlar Allahın bəndələrinə bu dünyada bəxş etdiyi ən böyük nemətlərdəndi. O ailədə ki harmoniya hökm sürür, o ailədə ki valideynlər də, uşaqlar da eyni yolla addımlayırlar, hər bir işə "Bismilllah"la başlayıb onu "Əlhəmdülillah"la bitirirlər, Allahın rizasını qazanmaq da nisbətən asanlaşır, qarşıya çıxan sınaqlardan da cani-dildən əl-ələ verib üzüağ çıxırlar. Və, əksinə, o ailədə ki ab-hava gərgindir, birinin sahura qalxması digərini hiddətləndirir, qışın soyuğunda qüsl alması isə ağılsızlıq kimi qiymətləndirlir, Allaha doğru aparan yolda irəliləmək çox çətindir. Belə ailələrdə övladların da dini ayinləri lazımınca icra etmələri böyük problemlərlə qarşılaşır.

Sözsüz ki, bu dünyada heç bir iş Allahdan xəbərsiz baş vermir. Çətin şəraitdə ibadət edən, oruc tutan da Rəbbimiz tətərfindən layiqincə mükafatlandırılacaq. Necə deyərlər, hərənin öz imtahanı var. Amma hər halda ailə qurmağa hazırlaşan cavanlar və gələcəkdə bu addımı atacaq gənclər bu qısa yazıda toxunduğumuz məsələni nəinki nəzərdən qaçırmamalı, ona tam ciddiyyətlə yanaşmalıdırlar. Həyat, ömür-gün yoldaşı bizi Cənnətə yaxınlaşdıran körpü də ola bilər, Cənnətlə aramızda günü-gündən dərinləşən keçilməz uçurum da. Hər əmələ görə sorğu-sual olunacağımız gün, yəqin ki, övladlarımıza hansı qadını ana, hansı kişini ata seçməyimizə görə də cavab verməli olacağıq. Bu ilin Ramazan orucunu tutan bütün subaylara bu barədə düşünməyi təklif edirəm. Allah ibadətlərinizi qəbul etsin! Allah hər birinizə bu ayın hörmətinə doğru seçim nəsib etsin!

islam.az

Go Back

Oruc hansı xəstəlikləri sağaldır?

İnsanın mədəsi onun xəstəliklər evidir. Yeməkdən pərhiz etmək də onu müalicə etmək deməkdir. Tibb elminin inkişaf etməsi ilə bəzi həkimlər və mütəxəsislər başa düşüblər ki, günün bir hissəsinin tam ac qalmağın xəstəliklərə çox faydası vardır. Bu, xəstəlikləri müalicə etməyin ən gözəl vasitəsidir. (Erfan)

Həkim rəylərindən birində deyilir: "Oruc vasitəsilə xəstəliyi müalicə etmək o qədər möcüzəlidir ki, tibbin əməli yollarını dəyişdirir. Çünki oruc tibb elminə yeni yol açır. O, xəstəliklərlə mübarizə silahıdır. Bu, elə bir silahdır ki, müxtəlif yollarla ondan istifadə etmək olar. Xəstəliklərlə mübarizədə yaxşı nəticələr verir".

Bəli, oruc vasitəsilə bir çox xəstəlikləri müalicə etmək olar.

Diqqət etrmək lazımdır ki, bəzi qısadüşüncəli insanların dediklərinin əksinə olaraq, orucun insan üçün heç bir zərəri yoxdur. Əgər kimsə xəstə olarsa, bu vacibatı yerinə  yetirməkdən azaddır. Ancaq əgər oruc tutarsa və xəstəliyi daha şiddətlənərsə, haram iş görmüş olar.

Sağlam insan bilməlidir ki, oruc nəinki onlara ziyan deyil, əksinə  sağlamığın rəhnidir. Oruc tutmayan bəziləri deyirlər ki, oruc mədənin zədələnməsinə səbəb olur. Bu sözlərə fikir vermək lazım deyildir. Bu ancaq nəfsinin qulu olan insanların bəhanəsidir.

Oruc tutan insanın mədəsi istirahət edər. Oruc tutan insanın mədəsi başqa insanlara nisbətən daha sağlam olar.

Orucla müalicə edilən xəstəliklər. 

1. Bağırsaq xəstəliklərinin müalicəsində. Bu xəstəlik zamanı  iki yemək arasında su içməmək çox xeyirlidir.

2. Hərəkətsizlikdən və çox yeməkdən yaranan ağır çəki. Bu xəstəlik zamanı da oruc tutmaq və gündə cəmi iki dəfə yemək yemək və səhər vaxtı su içmək  çox faydalıdır.

3. Qan təzyiqinin yüksək olması. Bu xəstəlik çox yemək nəticəsində daha da şiddətlənir. Bərəkət və nemət ayı olan Ramazan ayında xüsusilə də əgər çəki normadan çoxdursa, oruc bu xəstəliyə yaxşı təsir qoyacaqdır.

4. Şəkər xəstəliyi. Bu xəstəlik də çox yemək nəticəsində  artar. Bu insanın əgər çəkisi normadan artdıqdırsa, ona çox müsbət təsir edəcəkdir. Belə ki, şəkər xəstəsində yemək yeyəndən 5 saat sonra şəkərin səviyyəsi təbbi normadan aşağı düşəcəkdir. Hətta əgər xəstə insulin vurarsa belə, oruc onun şəkərini müalicə edər.

5. Xroniki böyrək iltihablarına.

6. Ürək xəstəliklərinə.

7. Xroniki oynaq iltihablarına. Bəzi insanlar 40 yaşından sonra ağır çəkidən əziyyət çəkirlər. Ona görə də  oruc tutmaq onlara faydalıdır. 

Ancaq o insanlar ki, sağlamdırlar, oruc onlar üçün bu cür xəstəliklərin qarşısını alan bir vasitədir. Başqa bir tərəfdən isə bütün bu xəstəliklər insanda tədricən büruzə verir. Onu ilk vaxtlarda müəyyən etmək çox çətin olur. Belə ki, nə insanın özü, nə də həkim bu xəstəlikləri ilk əvvəldə müəyyən edə bilmirlər. Düzdür, tibb inkişaf etmişdir, ancaq hələ o həddə deyildir ki, xəstəliklərin nə üçün yarandığını söyləyə bilsin. Ancaq tibbi cəhətdən bu xəstəliklərin qarşısının alınmasının ən gözəl yolu orucdur.

Statistika göstərir ki, o zaman ki, bədəndə piylənmə baş  verir və insanın çəkisi normadan artıq olarsa, qan təzyiqi, şəkər xəstəliyi və oynaq iltihabı kimi xəstəliklərə tutlma şansı başqalarından daha çoxdur. Əgər bədəndəki artıq çəki oruc vasitəsilə dəf edilərsə, bu xəstəliklərə yoluxma şansı da azalar. İldə bir dəfə oruc tutmaq, İlahi vacibata əməl etməklə yanaşı bizi xəstəliklərdən hifz edə biləcək ən gözəl vasitədir.

modern.az

Go Back

Oruc tutanlar necə qidalanmalıdır?

Ramazan ayı başlandı. Bu il də Ramazan ayı yay mövsümünə təsadüf etdiyindən orucun müddəti uzun olacaq. Bundan başqa, havaların çox isti keçməsi oruc tutan şəxslərin sağlamlığı ilə bağlı bəzi suallar doğurur. Belə isti havalarda oruc tutanlar necə qidalanmalıdır, orqanizmi lazımi miqdarda maye ilə necə təmin etmək lazımdır? 

Bu və digər sualları dietoloq Ləman Süleymanova cavablandırıb. O bildirib ki, oruc tutanlar üçün bir çox faydalı məsləhətləri var: "Mübarək Ramazan ayında Allah bizə həm günahlarımızdan arınmaq, həm də orqanizmimizi təmizləmək imkanı verir. Bizlər oruc tutaraq orqanizmi toksinlərdən təmizləyirik və eyni zamanda bədənimizdə maddələr mübadiləsi düzəlir. Ramazan ayı xəstəliklərin şəfasıdır. Biz həkimlər insanlara vaxtında qidalanmağı məsləhət görürük. Belə halda maddələr mübadiləsi normal çalışacaq. Buna riayət edilmədiyi təqdirdə nəticələr ürəkaçan olmayacaq. Müxtəlif xəstəliklər yaranacaq, mədə-bağırsaq xəstəlikləri baş alıb gedəcək".
 
 
Dietoloq deyir ki, orucun bir faydası da yemək qaydasını rejimə salmaqdır. Bu baxımdan imsak - səhər yeməyi vacibdir: "Allah da buyurur ki, gün çıxmadan əvvəl yeməyinizi yeyin, namazınızı qılın. Bu da səhər yeməyinin vacibliyini bir daha göz önünə sərir. Gün ərzində heç bir qida qəbulu olmayacağı üçün energetik balansı qorumaq lazımdır. Xüsusilə orucluğun ilk günlərində bu rejimə mütləq əməl etmək lazımdır. Siz səhər yeməyinə müxtəlif qidalar seçin. Həftə yeddi gündən ibarətdir və siz özünüz üçün bu günləri bölün. Müəyyən günlərdə səhər yeməyinə meyvə şirələri, meyvə-tərəvəz daxil edin. Nəzərə alsaq ki, yay meyvələri, eləcə də giləmeyvələrdə olan vitaminlər səhər yeyildiyi zaman orqanizm tərəfindən daha tez mənimsənilir və gün ərzində enerjimizi artırır, buna hamımız əməl edərik. Beynin hüceyrələri şəkərlə təmin olunar. Zehni fəaliyyətiniz də normal çalışar. Qalan günlərinizdə normal səhər yeməyi - pendir, çörək, yumurta ilə qidalanın. Yumurtada zülal olduğu üçün həftədə iki dəfə vacib qida kimi səhər yeməyində yeyilməsi önəmlidir. Amma səhər yeməyə başlamazdan əvvəl bir və ya iki stəkan su için. Bitki su ilə qidalandığı kimi, orqanizmin də suya ehtiyacı var. Səhər vaxtı içdiyiniz o su sizin gündəlik tələbatınızı balanslaşdırır. Səhərlər duzlu qidalardan uzaq durun. Dietik pendir, şit süd istifadə edin". 
 
Həkimin sözlərinə görə, səhər yeməyinin sayəsində günorta saat 2 və ya 3-ə qədər enerjiniz sizi aktiv saxlayır, amma o saatdan sonra süstlük müşahidə edilə bilər. Ona görə də saat 3-dən 6-ya qədər çox hərəkət etməməyə çalışın. Günəşdən qorunun. Əks halda səhhətinizə mənfi təsir göstərər. Xüsusən də ürək-qan damar xəstəliklərindən əziyyət çəkən, arterial təzyiqi yuxarı olanlar özlərinə diqqət etməlidirlər. İftara bir-iki saat qalmış aktivləşin. Gəzin, fiziki işlə məşğul olun. Bu halda iftar yeməyi daha rahat həzm olunacaq. 
 
L.Süleymanova iftar yeməyinə də xüsusi diqqət etməyin vacibliyini vurğulayır: "İftarı da su ilə açmaq buyurulur. Bunun elmi və dini izahı var. Su təmizlik deməkdir. Yəni bir bardaq su içilir, həm mədə qidaya hazırlaşır, həm də ola bilsin ki, iftarda turşu möhtəviyyatını artıran bir qida olsun. İçdiyimiz o su bu halın qarşısını alır. Əvvəlcə bir stəkan su için, beş dəqiqə sonra yeməyə başlayın. Əvvəlcə sulu qida mütləqdir. Daha sonra müəyyən qidalardan az-az qəbul edin. Lavaş məsləhət deyil, çünki gec həzm olunur. Qara çörəyə daha çox üstünlük verin. Yaxud çalışın, təmiz ağ çörək yeyin. Süfrə mədəniyyətinə diqqət edin. Qidanı yaxşı-yaxşı çeynəyib, sonra udun. Bu halda siz həzm sisteminə yardım etmiş olarsınız. Tələsmədən yeyin. Yeməkdən dərhal sonra su və yaxud çay içməyin. Bu, öd daşının yaranmasına səbəb olur. Xüsusilə axşam saatlarında meyvə yeməyin. Bu, yüksək dərəcədə metiorizm, yəni güclənmiş köp əmələ gətirir. Turşuluq artır, mədə-bağırsaqda problemlər yaranır. Kefir için. Yerli şirkətlərin ağartı məhsullarını məsləhət görərdim. Yuxudan əvvəl qatığa az miqdarda su əlavə edin, ayrandan qatı, qatıqdan yumşaq olsun. Xüsusilə quru qida qəbulundan sonra, yatmazdan əvvəl için. Ümumilikdə yeməkdən yarım saat sonra bitki çayı qəbul edin. Təmiz dəmləmə çay növlərinə üstünlük verin, mənşəyi bəlli olmayan çaylardan istifadə etməyin. Bir də məsələnin başqa tərəfi var. İftar süfrəsi olduqca sadə olmalıdır. Bir həkim kimi səhərə qədər yeyən insanlara da məsləhətim var. Orucu açdıqdan sonra gün ərzində ac qalırıq deyib yeməyi gözünüzə təpməyin. Bu nə dini, nə də tibbi baxımdan düzgün deyil. Siz səhərə qədər maye qəbul edə bilərsiniz. Şəkərli diabetdən əziyyət çəkənlər axşam, gecəyarısı meyvə yeməsin. Axşam yeyilən meyvə qanda şəkəri artırır. Arterial təzyiqin yüksəlməsinə səbəb olur. Ümid edirəm məsləhətlərim sizə faydalı olacaq". 

lent.az

Go Back

Nəyi çox düşünsəniz onu da yaşayarsınız

Gün boyu enerjinizi kainata ötürdüyünüzü bilirsinizmi? 

Bəli, bir an belə fasilə etmədən insan bədəni və düşüncəsi kainata enerji göndərir və qarşılığını da alır. Hətta yuxuda belə. Çox vaxt enerjimiz vasitəsiylə fərqində olmadan həyatımıza nələri daxil edirik, bir bilsəniz...

Ən aydın şəkildə desək, nəyi düşünsəniz onu da yaşayırsınız. 

Bunun fərqinə varmaq istəyirsinizsə, həyatınıza bir baxın. Həyatınızda nələr çoxalırsa, deməli ən çox o şey haqında düşünür, enerjinizi ona ötürürsünüz. 

Ən aktiv enerji yaratmaq forması şükr etmək və şikayət etməkdir. Belə ki, ya şükr etdiklərinizi, ya da şikayət etdiklərinizi çoxaldırsınız. Dostlarınızla, ailənizlə, özbaşına qaldığınız zaman danışdıqlarınıza, ifadə etdiyiniz fikirlərə diqqət yetirin. Ən çox necə söhbətlər yürüdürsünüz? Özünüzlə bağlı, həyatla bağlı fikirləriniz nələrdir? Durmadan nəticəsiz işləri danışıb şikayətmi edirsiniz, yoxsa böyük- kiçik demədən həyatınızdakı gözəlliklərə şükr edərcəsinə onları dilə gətirirsinizmi?

Əgər müşahidə etsəniz görəcəksiniz ki, şükr etdikcə şükr etdiyiniz şeylər çoxalacaq. Narazılıq etdikcə isə, narazılığınıza səbəb olacaq şeylər çoxalır. Buna görə də, daha çox psixoloqların da dediyi kimi şükr etməyi özünüzdə alışqanlıq etməlisiniz. Məsələn bunun üçün siyahı belə tuta bilərsiniz. Əvvəlcə həyatınızda şükr etmənizə səbəb olacaq şeylərin siyahısını çıxarın. Sonra hər gün onlara göz atın. Hər yeni gün şükr etmək üçün daha bir səbəbin yarandığının şahidi olacaqsınız. Onları da siyahıya əlavə etməyi unutmayın. 

Son bir açar cümlə, düşüncələrinizi idarə edərək, həyatınızı daha da gözəlləşdirə bilərsiniz. Sevgi ilə qalın...

 
atv.az

Go Back

Günorta saatlarında acmağın səbəbi

Tox olduğunuz halda acdığınızı düşündüyünüz və ya çox istədiyiniz bir şeyi yemədən rahatlamadığınız vaxtlar, mütləq  olub.  Bu şey bəzən bir fincan qəhvə, bəzən şokolad, bəzən də bir-birindən dadlı xəmir yeməkləri ola bilər. Yeməmək üçün əlinizdən gələni etsəniz də, sonda özünüzü peşman olacaq qədər yeiş görürsünüz. Yemək böhranlarının ən pis yanlarından biri, sizə özünüzü tamamilə iradəsiz hiss etdirməyidir. 

 

Yemək  böhranlarını aradan qaldırmağın ən asan və təsirli üsulu, bu davranışın ortaya çıxmağına səbəb olan faktorları araşdırmaq və buna mane olmaqdır. 

 

Aktual.az türk mediasına istinadən, yemək böhranlarının ortaya çıxmasına səbəb olan faktorları sizlərə təqdim edir.

 

1. Günorta yeməyinə yediyiniz salatlar. 

 

Sağlıqlı bəslənmək üçün nahara salat yeyirsiniz. Ancaq salat sizi yalnız 3-4 saat tox tutur. Saat 16:00-a yaxınlaşanda enerjiniz düşəcək.  Bunun üçün siz qəhvə, şirniyyat kimi şeylər yemək istəyəcəksiniz.  Buna görə də, günorta yeməklərində tərəvəz yerinə, taxıllı bitkilərdən, züllallı ərzaqlardan istifadə etməlisiniz. Beləliklə, günün geri qalan hissəsində də enerji səviyyənizi qoruya biləcəksiniz. 

 

2. Müdirinizin ruh halı. 

 

Stressli bir iş yeri boş vaxtlarınızda sizi şokoladla və ya şirniyyatla yaxınlaşdıracaq.  İş yerində çox təzyiq altında olmağınız və bu təzyiqin yaratdığı stress sizin kortizol səviyyənizi artıraraq daha tez acmanıza və çox yeməyinizə səbəb olur.  Belə stressli hallarda yemək üçün bir şey axtarmaq yerinə, iş yerindən bir az uzaqlaşın, havaya çıxın. 

 

3. Yanlış qərarlar qarşısında çıxılmaz vəziyyətdə qalmaq. 

 

Həyatımızla əlaqədar vermiş olduğumuz səhv qərarlar və bunun gətirdiyi ümidsizlik hissi bizi ən asan yoldan xoşbəxt edəcək yeməklərlə daha çox yaxınlaşdırır. Xoşbəxt bir münasibəti olan, hər işi yolunda gedən, fit bədəni olan insanlar özlərini yeməyə az bağlı hiss edər və xoşbəxtliyi yeməkdə axtarmazlar.  Yeməklərə daha az bağlı olmaq üçün həyatınızda sizə xoşbəxtlik gətirəcək şeylərə çox yer  ayırın. Daha çox idmanla məşğul olun, gəzin, əylənin. 

 

4. Kökəlmək qorxusu. 

 

Şəkəri və yağı azaldılmış qidalarla dolu bir dünyada yemək yeyərkən yağ mövzusunda diqqətli olmamaq mümkün deyil. Ancaq yeməklərimizdə yağı azaltdığımız zaman unutduğumuz bir şey olur: Bədənimizin enerji  ehtiyacını qarşılamaq, kilo verməyimizi sürətləndirmək  və daha səmərəli işləmək üçün lazım olan faydalı yağlar. Bədənimizdə faydalı yağları tükətdiyimizdə, dondurma, kartof qızartması, pendir kimi qidaları yemək istəyirik. Yağ ehtiyacınızı təmin etmək üçün avakado, fındıq-fıstıq, taxillı bitkilər, zeytun kimi qidalar yeyin.

 

5. Lazımı qədər su qəbul etməmək. 

 

Bədənin susuz qalması insanın acmasına səbəb olan başlıca faktorlardandır. Bədənin 70%-i sudur və hər gün bədəndən ixrac edilən su təmin olunmalıdır. Günlük su ehtiyacını təmin etmədikdə bədən beyinə susuzluq deyil, aclıq siqnalları göndərir. Bunun üçün acdığınız zaman aldadıcı yemək yerinə bir stəkan su için və bir neçə dəqiqə gözləyin. Böyük ehtimalla aclığınız keçəcək.

 

İsmət Abbas/Aktual.az

Go Back

Bunları bilmək maraqlıdır

Yaşadığımız müddətcə hər keçən gün yeni məlumatlar öyrənirik. Bunlardan bəziləri bizə lazım olan vacib məlumatlar, bəziləri isə oxuduğumuz zaman zövq ala biləcəyimiz maraqlı məlumatlardır. Bəlkə də daha əvvəl eşitmədiyiniz, oxuduğunuzda təccüblənəcəyiniz  bir-birindən maraqlı məlumatlardan bir neçəsini təqdim edək: 

- Dünyada hansı irqdən olmasına baxmayaraq bütün yeni doğulan körpələr 440 hz yüksəkliyində və "la" notu ilə ağlayır.

- Xiyarın tərkibinin 96 faizi sudur.

- Bal xarab olmayan yeganə qidadır.

- Dünyada 4300-ə yaxın fərqli din var.

- Ay işığının bizə çatması 1,3 saniyə çəkir.

- Buqələmunların dili bədənlərindən iki qat uzundur.

- Liftdə ayna qoyulmasının əsas səbəbi qapılar açılarkən kabinənin yerində olduğunu görməkdir.

- Fillərin rəngi əslində boz deyil qızılı-torpaq rəngidir. Boz görünmələrinin  səbəbi palçıqlı suların üzərilərində qurumasıdır.

- Qiymətli daşların çoxu bir neçə elementin birləşməsindən meydana gəlir, yalnız brilyant tamamilə karbondan əmələ gəlir.

- Albert Eynşteyn 9 yaşından sonra tam danışmağa başlayıb. Buna görə də ailəsi onun əqli cəhətdən qüsurlu olduğunu düşünüblər.

- "Santa Klaus"un paltarı əslində yaşıl rəngdədir. Ancaq bir kola markası onu qırmızı-ağ olaraq dünyaya tanıdıb.

- Qütb ayıları isti və nəmli mühitdə qaldıqları zaman kürklərinin rəngi yaşıl rəngə çevrilir.

- Alma, soğan və kartofun dadı eynidir. Yalnızca qoxuları fərqlidir. Əslində hamısı şirindir.

- Göytürklər turşuyan qatığın turşuluğunu azaltmaq üçün üzərinə su töküblər. Beləliklə özləri də bilmədən ayranı kəşf ediblər.

- Dünyanın ən sürətli böyüyən bitkisi bambuk ağacıdır. Ağac gündə 90 santimetr uzanır.

- Dünyada ən çox satılan telefon "Nokia" markasının 2003-cü ildə satışa çıxardığı, 250 milyon ədəd satılan "Nokia 1100"dır.

- Soğan doğradığınız zaman gözünüzün yaşarmasını istəmirsinizsə, saqqız çeynəyin.

- İnsanın saçı üç kilo ağırlıq qaldıra biləcək gücdədir.

- Ölüm anında toxunma və görmə hissindən sonra eşitmə bacarığı itirilir. Ürək dayandıqdan sonra insan beyni 2 dəqiqə boyunca səslər qəbul edilə bilir.

- Yuxusuzluq şikayəti ilə həkimə müraciət edən insanların IQ səviyyəsinin normadan yüksək olduğu müşahidə edilir.

- İnsanlar yuxuladığı zaman qoxu ala bilmirlər.

- Niaqara şəlaləsindən düşüb sağ qala bilən ilk insan Bobbi Liç evdə portağal qabığına basaraq yıxılmış və daxili qanaxma səbəbilə dünyasını dəyişmişdir.

- Dəniz atı dünyanın ən sədaqətli canlısıdır. Çünki həyat yoldaşı öldükdən qısa bir müddət sonra o da ölür.

- İnsan ildə ən az 1460 ədəd yuxu görür.

- "Karaoke" sözü Yapon dilində "quru orkestr" sözünün qısaldılmasıdır.  "Kara" Yapon dilində boş deməkdir.

- Ördəyin səsi əks-səda vermir.

- Ən böyük quş yumurtası dəvəquşunundur. Yumurta 15 - 20 santimetr uzunluğunda və ortalama 1,7 kiloqram ağırlığındadır. Qaynadılaraq bişirilməsi isə 40 dəqiqə çəkir.

- Ən ağıllı heyvanlardan biri olan qarğalar, insanlar kimi yaşlı valideynlərini illər sonra gedib ziyarət edirlər.

- Ağcaqanadlar əllərini ovuşdurup başlarından keçirmə hərəkətini, uçarkən əllərinə yapışan molekulları təmizləmək məqsədi ilə edirlər.

- Bir kilo limonda bir kilo çiyələkdən daha çox şəkər var. 

zaman.az

Go Back

Dünyanın ən bahalı kitabları

1. “Lester əlyazmaları”, qiyməti: 30.8 milyon dollar
 
“Lester əlyazmaları” (“The Codex Leicester”) Leanardo Da Vinçinin elmə aid yazılarının toplusudur.
Kitab 1980-ci ildə varlı sənayəçi, incəsənət kolleksiyaçısı və filantrop Armand Hammer tərəfindən satın alınıb və adı “Codex Hammer” olaraq dəyişdirilib. 1994-cü ildə məşhur milyarder Bill Qeyts kitabı auksionda 30.8 milyon dollara alıb. Və beləliklə “Lester əlyazmaları” dünyanın ən bahalı kitabı adını qazanıb.
 
2. “Henri Layının İncili”, qiyməti: 12,7 milyon dollar
 
“Henri Layının İncili” (“The Gospels of Henry the Lion”) 4 İncilin mətnlərindən ibarət 266 səhifəlik əlyazmadır. Kitabın 50 səhifəsi tamamilə illustrasiyalardan ibarətdir. Bu İncil Hersoq Avqust Kitabxanasında saxlanılır və təhlükəsizlik səbəblərinə görə iki ildə bir dəfə nümayiş etdirilir. Əsər 1993-cü il, dekabrın 6-da Londonda satılıb.
 
3. “Kantenberi hekayələri”, qiyməti: 7,18 milyon dollar
 
“Kanterberi hekayələri” (“The Canterbury Tales”) Cefri Çouser tərəfindən 14-cü əsrdə yazılmış hekayələr toplusudur. Hekayələrdən bəziləri Çouserin öz şəxsi müşahidələri əsasında, bəziləri isə başqalarından eşitdiyi əhvalatlar əsasında yazılıb.
Əsər 1998-ci ildə Londonda 7,18 milyon dollara satılıb.
 
4. “Qutenberq İncili”, qiyməti: 5.39 milyon dollar
 
“Qutenberq İncili” (“The Gutenberg Bible”) Yohan Qutenberq tərəfindən çap edilən ilk kitablardan biridir, kitab 1455-ci ildə dərc edilib.1987-ci il, oktyabrın 22-də Londonda satılıb.
 
5. “Northumberland Bestiari”, qiyməti: 4,21 milyon dollar
 
“Nortumberland Bestiari” (“The Northumberland Bestiary”) öz dövrünün ən məşhur şəkilli kitabı idi.1990-cı ildə Londonda satılıb. “Nortumberland Bestiari” ən bahalı ingilis əlyazması rekorduna sahibdir.
 
6. Motsartın 9-cu simfoniyasının əlyazmaları, qiyməti: 3,57 milyon dollar
 
Volfanq Amadey Motsartın 9-cu simfoniyasının əlyazması dünyanın ən bahalı musiqi əlyazması ünvanına sahibdir və 1987-ci ildə Londonda satılıb.
 
7. “Amerikanın quşları”, qiyməti: 3.6 milyon dollar
 
“Amerikanın quşları” (“The Birds of America”) naturalist və rəssam Con Ceyms Audubon tərəfindən yazılıb. Kitab 1989-cu ildə Nyu-Yorkda satılıb və təbiətin tarixi haqqında yazılan ən bahalı kitabdır.
 
8. “Yəhudi İncili”, qiyməti: 2,88 milyon dollar
 
“Yəhudi İncili” (“Hebrew Bible”) 1989-cu ilin dekabrın 5-də Londonda satılıb. Kitabın orijinalı ibrani və aramey dillərində yazılıb və indiyə kimi ibrani dilində yazılan ən bahalı əlyazma rekorduna sahibdir.
 
9. “Monipenni icmalı”, qiyməti: 2,65 milyon dollar
 
1490-95-ci illərdə yazılan “Monipenni icmalı” (“The Monypenny Breviary”) fransız əlyazması 1989-cu ildə Londonda 2,65 milyon dollara satılıb.
 
10. “Elizabet de Bohumun saatları və psalteri”, qiyməti: 2,18 milyon dollar
 
“Elizabet de Bohumun saatları və psalteri” (“Psalter of Elizabeth de Bohum”) 1988-ci il, 21 iyunda Londonda satılıb.1340-45-ci illərə aid əsər Bernard Kvariç tərəfindən satın alınıb.
 
bizimyol.info

Go Back

Sevginin fiziki və psixoloji təsirləri

Sevgi hər kəsə görə dəyişən qavrayışdı. Bəzilərinə görə, sevginin orqanı qəlb, bəziləri üçünsə beyindir. Elm adamlarına görə, sevgi beynin fəaliyyətidir. Beyində artan hormonlarla duyğu dəyişiklikləri, dopamin, norepinefrin, feniletilamin hormonları aktivləşdirir.
 
Sevən insanların dopamin tərkibli beynin sağ bölgəsinin gərgin şəkildə aktivlik göstəridiyi incələnib. Dopamin də öz növbəsində bədənə enerji verir, iştahanı azaldır, marağı artırır, yuxusuzluq, həmişə qarşı tərəfi düşünməyə səbəb olur.
Araşdırmalarda intihara cəhd edən insanlarda qəlb qırıqlığı, tərk edilmə, sevginin qəbul edilməməsi kimi səbəblər ortaya çıxıb. Sevgi problemləri yalnızlıq və depresiyyaya səbəb olaraq yaşam istəyini azaldır.
 
Sevmək kilo verməkdə də təsirlidir. Sevgi psixoloji və fiziki təsirləri ilə sağlamlığa faydalıdır. İştahasızlıq və maddələr mübadiləsinin sürətlənməsi başda gəlir.
 
Fiziki təsirləri
Qan axının tənzimlənməsi (dopamin və norepinefrin qan axınını tənzimləyir )
İştahanı azaldır.
Ürək ritminin sürətlənməsi.
Yağı yandırır.
Maddələr mübadiləsini sürətləndirir.
Hafizə və bacarıqları yaxşılaşdırır.
Ağrını daha az hiss etmək. Morfin olan endorfinlər ağrını azaldır, həm də xoşbəxtlik hormonu bəxş edir.
Endorfin və seratonin immunitet sistemini gücləndirir.
Dəri sağlığının artması. Qan axını dəyişiklikləri və hormonların artması dəriyə canlılıq verir.
Esterogen və testesteron artır.
 
Psixoloji təsirləri
Motivasiyanı, diqqəti artırr.
Antidepressant təsiri var.
Özgüvən və şansi artırır. Sevən insan işdə çox uğur qazanır.
Sosial şəxsiyyət olur.
 
bizimyol.info

Go Back

Bizə özümüzü unutduran kitablar

Elə kitablar var ki, onlar birnəfəsə oxunur: gündəlik qayğıları, görüləsi işləri, hətta nahar etməyi də bizə unutdurur.
Sonuncu cümləsinə qədər fasiləsiz oxuyacağınız 10 kitabı təqdim edirik:

Stefan Sveyq - "Bir qadının 24 saatı"

Avstriyalı yazıçı bu kitabı ilə insanın bütün intim, daxili aləmini oxuculara təqdim edib. Kitabdakı obraz və hadisələr o qədər mükəmməl təsvir olunub ki, oxucu "Bir qadının 24 saatı"nı mütaliə edərkən hər şeyi, sanki, öz gözləri ilə görür.

Coan Harris - "Portağalın beşdə dördü"

Balaca qızcığaza anasından kulinariya kitabı miras qalır. Qız anasının vəfatından sonra öz kafesində anasından qalan kulinariya kitabından öyrəndiyi yeməkləri bişirməyə və kitabdakı şifrələri açmağa başlayır. Sirlərlə dolu olan kitab oxucu önündə yeni dünyalar açır.

Qrum Uinston - "Forrest Qamp"

Qrum Uinstonun bu əsəri o qədər maraq doğurub ki, rejissor Robert Li Zemekis bu romana eyniadlı film çəkib. Film 6 "Oskar" mükafatına layiq görülüb.

Artur Heyli - "Aeroport"

"Aeroport" romanı 1968-ci ilin bestselleridir. Amerikalı yazıçı bu əsərində meqapolis həyatında baş verənlərə toxunub. Romana 1970-ci ildə eyniadlı film çəkilib.

Arkadi və Boris Struqatski  - "Bazar ertəsi şənbədən başlayır"

Boris Struqatski XX əsrin ən məşhur rus fantastlarından biri olub. Qardaşı Arkadi ilə birlikdə o, "Bazar ertəsi şənbə günü başlayır", "Tanrı olmaq çətindir" kimi 30-dan çox roman və povest yazıb.

Sebastyen Japrizo - "Eynəkli qadın avtomobildə tüfəng ilə"

Möhtəşəm psixoloji detektiv əsər olan "Eynəkli qadın avtomobildə tüfəng ilə" əsəri özündə ən maraqlı obrazları birləşdirir. Kitab insanı sanki təbiət qoynuna səfərə çıxarır. Siz bu kitabı oxuduqca küləyin necə üzünüzə vurduğunu, dənizin qoxusunu, güllərin ətrini hiss edəcəksiniz.

Gi de Mopassan - "Əziz dost"

Müasir kiçik hekayənin banisi olan XIX əsr Fransa yazıçısı Mopassanın  hekayələri lakonikliyi ilə seçilir. Yazıçının "Əziz dost" əsəri bu cəhətdən xüsusi yer tutur.

Romanda gənc və yaraşıqlı oğlan Jorj Dyuruanın həyatından bəhs edilir.

Yanuş Leon Vişnevski - "Şəbəkədə tək"

"Şəbəkədə tək" məşhur polyak yazıçı Yanuş Leon Vişnevskinin 2001-ci ildə nəşr edilmiş ilk romanıdır. Roman adsız və "@" işarəsi ilə qeyd edilmiş on fəsil və epiloqdan ibarətdir.

Romanda hadisələr XX əsrin 90-cı illərinin ortalarında baş verir.

Qabriel Qarsiya Markes  - "Vəba günlərində eşq"

Nobel mükafatçısı Qabriel Qarsia Markesin "Vəba günlərində eşq" romanı gənc teleqrafçı Florentina Arisa və varlı ailədən olan gözəl Fermina Dasanın məhəbbəti haqdadır.

Devid Mitçel - "Bulud atlası"

"Buludlu atlas" - romanı ingilis yazıçı David Mitçelin üçüncü kitabıdır. Roman 6 hissədən ibarət olub, oxucunu XIX əsr Sakit okean adalarından başlayıb postapokaliptik gələcəyədək aparır.

axar.az

Go Back

Kokos yaddaşı qaytarmağa kömək edir

Oksford Universitetinin alimləri Altsheymer xəstəliyindən əziyyət çəkən xəstələr üçün yaddaşı qaytarmağa kömək edəcək vasitə tapdıqlarına əmindirlər. Bu barədə "Big Pond News" xəbər verir. Tədqiqatçıların sözlərinə görə, kokos yağının analizi keton kimi tanınan birləşmələri aşkara çıxarıb. Həmin birləşmələrin beyni qidalandırdıqları güman edilir. Doğrudur, mütəxəssislər nəticələrin hələ ilkin olduğunu qeyd edirlər. Lakin bir məsələ dəqiqdir ki, qısamüddətli olsa da demensiyalı xəstələrin vəziyyəti yaxşılaşır. Dietoloq Piter Klifton bildirir ki, onların Altsheymer xəstəliyindən əziyyət çəkən adamlarla apardıqları araşdırmalar göstərib ki, kokos yağı adamlara onların kim olduqlarını xatırlamaq və əslində normal nitqi saxlamaq imkanı verir. Bu müvəqqəti effekt olsa da valehedicidir. Alimlər əhvalı yaxşılaşdırmaq üçün hər gün cəmi 30 qram kokos yağı qəbul etməyi tövsiyə edirlər. Digər araşdırmanın nəticələri isə göstərir ki, kokosun tərkibində olan yağlar qara ciyəri toksinlərdən qoruyur, ağciyərlərə, böyrəklərə kömək edir, cinsiyyət funksiyasını yaxşılaşdırır, iltihabi proseslərin və ürək xəstəliklərinin konsentrasiyasını aşağı salır. 

ucnoqta.az

Go Back

Daha əvvəl eşitmədiyiniz 10 maraqlı psixoloji gerçəklik

Psixologiya Nədir?
 
İnsan davranışları və zehni prosesləri ilə birlikdə bunların altında yatan səbəbləri araşdıran elm sahəsidir. Müasir psixologiya indiki vaxtda, davranışı və davranışın altında yatan prosesləri elmi olaraq araşdıran psixologiya sahəsidir.
 
Bilməyiniz lazım olan bir-birindən maraqlı 10 psixoloji gerçəklik.
 
1. Dünyada psixoloqlar tərəfindən müəyyən edilən 400-dən çox fobi növü var! Yüksəklik qorxusu məşhur fobilerdən bir dənəsidir. Bunları açıq sahə qorxusu, bağlı sahə qorxusu müxtəlif heyvanlara istiqamətli qorxular və.s təqib edir.
 
2. İnsanın öz özünü qıdıqlaması mümkün deyil. Yalnız bəzi şizofreniya xəstələri, öz özlərini  qıdıqlayabilir.
 
3. Darıxdırıcı insanlardan dinlədiyiniz darıxdırıcı söhbətləri olduğu kimi qeyd etmir! Onları daha maraqlı hala gətirərək yenidən yazır.
 
4.Araşdırmaya görə, profil səhifələrinə çox sayda "selfie" yükləyən kişi istifadəçilərin, psixopat və Narsistik şəxsiyyət pozuqluğuna sahib olma ehtimalı çox yüksəkdir.
 
5. Dinlədiyiniz musiqi növü, dünyanı qavrama formanıza də təsir edir.
 
6. "Aşiq olmaq" ilə "Obsesif-kompulsif kişilik pozuqluğuna sahib olmaq" bədəndə eyni biokimyəvi təsiri yaradır.
 
7. Araşdırmalara görə, pulu fiziki olaraq bir şeylərə "sahib olmaq" üçün deyil də, "təcrübə qazanmaq" üçün xərcləmək, insanı daha çox xoşbəxt edir.
 
8. Son tapıntılara görə, Fobiler əslində DNT vasitəsi ilə nəsildən nəsilə köçürülən xatirələrdən ibarətdir
 
9. Daha əvvəl "Yeriyən Cəsəd Sindromu" deyə bir xəstəlik eşitmişdinizmi? Bu ruhi pozuqluğa sahib olan xəstələr; ölü olduqlarını, ətlərinin çürüdüyünü, orqan və qanlarının olmadığını düşünür!
 
10. Psixoloqların araşdırmasına görə "İnternet trolleri" Narsistik, psixopat və sadistik şəxsiyyət xüsusiyyətləri göstərir. Trol, internetdə insanları əsəbiləşdirməyə ya da münaqişə başlamaq üçün toxum əkməyə çalışan şəxslərə deyilir. Bu kəslər, internetdəki ictimai mühitlərə qəsdən qıxıqlandırıcı və ya mövzu ilə əlaqəsi olmayan mesajlar göndərərək, romantik reaksiyalar verdirtmə və ya  mövzusunun dəyişməsini, dağılması məqsədi güdür. (rasional.info)

Go Back

20 nəticə göstərilir