Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Nəşrlər"

Vaqif Səmədoğu - Ay Allah, bircə arzum var: öləndən sonra tək olanda kiminsə yadına düşüm,ağlamasa da, gözləri dolsun

29-01-2015

Nədən başlayım? 75 yaş mənim üçün çox azdır. Yaşamaq istəyirəm, çox yaşamaq istəyirəm, Nüşabə xanımı daha çox görmək, səsini daha çox eşitmək istəyirəm.

Həyatım elə gətirib ki, dünyanın bir çox tanınmış insanlarını görmək mənə nəsib olub.

1951-ci ildə Kreml sarayında Yeni il şənliyi keçirilirdi. Yaxşı yadımdadır, Çexoslovakiyadan olan bir qızla vals oynayırdım. Birdən çaxnaşma düşdü, darvaza açıldı və Kommunist Partiyasının o vaxtkı rəyasət heyəti içəri daxil oldu. Əvvəllər mənə elə gəlirdi Stalin İçərişəhərin qoşa qala qapısından da keçməz, başı tirə dəyər. Sən demə, Stalin balaca bir kişiymiş. Ağ hərbi forma geyinmişdi, gözümü ondan çəkə bilmirdim.

Mən yaşda az adam olar ki, Boris Pasternakla araq içsin, Fadeyevlə, İlya Erenburqla görüşsün.

Azərbaycanda indi klassik dediyimiz insanların çoxuna “əmi” demişəm. Yaxşı xatirimdədir, bu muzeydə (Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi nəzərdə tutulur – red.) Nizami Gəncəvinin portretinin müzakirəsi keçirilirdi. Birdən Zeynal Xəlil dedi ki, bu portretdəki kişilər hamısı çox gözəldir, nə bilirik, bəlkə Nizami adi adam olub? Atam da razılaşdı, dedi kişi düz deyir də, bəlkə Nizami Gəncəvi elə Zeynala oxşayıb – ikisi də gəncəlidir axı...

Həyatımın ən parlaq səhifələrindən biri Moskva konservatoriyasında oxuduğum dövrdür. Təsəvvür eləyin, dəhlizlərlə gedirsən və bilirsən ki, nə vaxtsa bu dəhlizlərdən Çaykovski, Raxmaninov keçib.

Son vaxtlar əlim nə qələm tutur, nə də piano çala bilirəm. Diktofon da mənlik deyil, bir neçə dəfə cəhd elədim, alınmadı. Get-gedə xatirələr elə qəlizləşir, elə qəddarlaşır ki, ha çalışırsan səni sevindirən yaxşı bir xatirə yada salasan, mümkün olmur. Xatirələrin qəddarlığı, sualların artması, cavabların tükənməsi məni incidir. Daha heç bir suala cavabım yoxdur. Görünür, ölümün müdrikliyi də budur, dünyaya suallarla gəlib, ömür boyu bu sualların cavabları ilə mübarizə aparıb, elə suallarla da ölürük. Suallara məğlub oluruq… Bu, dəhşətli məğlubiyyətdir.

Amma rahat ölürsən, çünki bilirsən ki, sənin kimi başqaları da bu suallara cavab tapa bilməyib. Bütün suallara cavab tapılsaydı, Allahın necə olduğunu, kim olduğunu və harada olduğunu bilərdik. Görünməsə də, bir işarə verərdi.

Üç-dörd ay əvvəl məşhur gürcü kinorejissoru, dostum Otar İoseliani Parisdən zəng vurmuşdu, ağlaya-ağlaya dedi ki, Vaqif, istəmirəm Gürcüstan kapitalizmin cənginə keçsin. Elə bunu deyib dəstəyi asdı… Milli azadlıq hərəkatı oldu, meydanlara çıxdıq, mübarizə apardıq, amma indi görürəm ki, kapitalizmin bizə verdiyi azad ticarət, demokratiya özü də dəhşətli və cavabsız suallarmış.

Bilirsiniz, deməyə nə qədər söz var? Amma bu sözlərin qarşısını xərçəng adlanan bir açar bağlayıb, danışmağa qoymur. Yaxşı ki, düşünməyə, arzulara mane ola bilmir.

Mən bilmirəm ölüm yaxındır, ya uzaq, mən bilmirəm ölüm istidir, ya sazaq. Bircə onu bilirəm ki, mən ölsəm, Nüşabə yazıq olacaq...

Ölümdən qətiyyən qorxmuram, inanın səmimiyyətimə. Bilmədiyim şeydən niyə qorxmalıyam ki? Üstümə quduz it gəlsə, qorxaram, bilərəm ki, quduzdur. Üstümə ac pələng şığısa, gizlənərəm. Amma ölümdən qorxmuram. Bilmirəm axı necədir, siması nədir…

O dünyadan da qətiyyən qorxmuram. Bilmirəm orada neçə dil var, məsafə necə ölçülür, çəki vahidi nədir, məhəbbət varmı?.. Hər halda məhəbbət olsa, pis olmaz. Ancaq bir şərtlə ki, mən öləndən əlli il sonra Nüşabə xanım da gəlsin, ona təzədən aşiq olum və deyim ki, mən səni sevirəm.

Nə deyim? Ölüm haqdır. Bəxtimdən yas məclisləri də ucuzlaşıb. Dünyamı dəyişsəm, hamınızı bəri başdan yasıma dəvət eləyirəm, gözüm üstə yeriniz var.

Ay Allah, bircə arzum var: öləndən sonra tək olanda kiminsə yadına düşüm. Ağlamasa da, gözləri dolsun...

Vaqif Səmədoğlu

Go Back

Cəlil Cavanşirdən yeni kitab müjdəsi

16-01-2015

Cəlil Cavanşirin “XAN” Nəşriyyatında “p.s: darıxıram” adlı yeni kitabı işıq üzü görüb. Bu barədə müəllifin özü məlumat verib.

“Ara-sıra yazdığım şeirləri və  mətbuatda çap olunan bəzi esselərimi toplayıb kitab şəklində çap etdirməyə qərar verdim. Kitabın məhz bu şəkildə çap olunmasının təşəbbüsü dostum və naşirim Müşfiq XANdan gəldi. Elə kitabın adını da o verib. Kitabın ərsəyə gəlməsində əziyyət çəkən bütün dostlarıma təşəkkürümü bildirirəm. Kitabda toplanan şeirlər və esselər şəxsən mənim ürəyimcədir. Ümid edirəm ki, oxucuların da ürəyincə olacaq.”

Xatırladaq ki, kitabın naşiri Müşfiq XAN, redaktoru Elməddin Süleymanovdur. Kitabın dizayn və qrafikası Teymur Fərziyə, mətn tərtibatı Bəxtiyar Ələkbərova məxsusdur.

Qiyməti 2,5 AZN-dir.

atvxeber.az

Go Back

" X Lady" kitabından seçmələr

11-11-2014

– Bir dəqiqə! Mənə elə bir söz deyin ki, sabaha qədər rahat ola bilim. Yoxsa görüşməyimiz mümkünsüz olar. Ölmək istəyirəm, bezmişəm həyatdan. Hamıya nifrət edirəm! 

Çıxılmaz vəziyyətdə qalmışdı. Gerçəkdən həyatda elə bir sehrli söz varmı ki, onunla bütöv yaşamı dəyişmək mümkün olsun? Bəlkə də var! Sadəcə həmin situasiyada, hansı sözü demək lazım olduğunu düşünəndə insan çətinə düşür. Bütün hallarda xanımı sabaha qədər bir cümlə ilə ovutmaq lazım idi. O anda beyninə gələn tək fikir gəldi!

- Xanım, mümkünsə ölməyi görüşümüzə qədər təxirə salaq. Qoy bu da bizim sonuncu şansımız olsun...

***

Ev onun üçün bu dünyanın ən sakit guşəsi idi. Bu guşəni tapmaq üçün yaşamı boyu baş vurmadığı yer qalmamışdı. Tam otuz yaşında  istədiyinə çatdı. Yuva tapmadı, onu qurdu. Demək olar ki, sıfırdan. O isti yuvanı, bir qism insanlar bir ömür boyu tapmaqda, başqa bir qism isə tapdıqlarını dəyərləndirməkdə çətinlik çəkirlər. Bu yer məhbəs də ola bilər, dünyanın ən səfalı yeri də! Hər əlbisə hər insana yaraşmadığı kimi, hər məkan da hər insana uyğun ola bilməz. Önəmli olan özünü o yuvada necə hiss etməyindir. Üçqatlı villada göz yaşı axıdan, hüzur tapmayan insanlar da gördü, avtomobil qarajında dörd nəfərdən ibarət xöşbəxt bir ailənin var olduğunu da! Həyat da, zatən bu mənfi ilə müsbət arasında məsafədən başqa bir şey deyil.  Növbəti səhərə qədər bu məsafəni qət etdi... 

***

– Arvadından ayrılıb. Artıq üç ildir ayrı yaşayırlar. Mən də hər dəfə ona “arvadının yanına qayıt” deyirdim. İnanın, onu ailəsinə qaytarmaq üçün əlimdən gələn hər bir şeyi etmişəm. Ancaq hələ ki, alınmır.

– Arvadının yanına qaytarmaq istəyinizin səbəbini necə izah edərdiniz?

– O zaman rahat olaram. Bilərəm ki, həyatında bir mən, bir də arvadı var. Bu vəziyyətdə çoxlu qızlarla görüşür, bu da məni çox əsəbiləşdirir. Onun ətrafında qızlar çoxdur. Özüm görmüşəm. Ona görə də çox vaxt qısqanclığım tuturdu,  tez-tez zəng vurub onu bezdirirdim. Ona görə də onun arvadına qayıtmasını istəyirəm!

***

– Həyat yoldaşınızın Sizə övladı kimi yanaşması, Sizi qıcıqlandırmırki?

– Çox qıcıqlandırır! Artıq bezmişəm! Özümü xanım kimi hiss etmək istəyirəm. Bəlkə də, o mənə bir xanım kimi yanaşsaydı, bu cür vəziyyət yaranmazdı. Ona görə də artıq onu görmək belə istəmirəm. Sizə bir şeyi də deyim, biz yatağımızı da çoxdan ayırmışıq.

– Təşəbbüskar kim oldu?

– Özüm! Sadəcə onu istəmirəm. Onunla özümü qadın kimi hiss etmirəm! Mən qadın olmaq  istəyirəm!

***

– Nə zamandan xoşbəxtlik axtarışındasınız?

– Özümü tanıyandan...  İstədiyim adamla ailə qurmağıma icazə verilməyən gündən...

***

– Başqaları ilə danışarkən, Sizə rahatlıq verən nə olur?

– Heç nə! Mən bunu rahatlıq əldə etmək üçün etmirəm. Sadəcə mənə belə xoşdur. Ürəyim istəyir. Ərimdən qisas alıram. Görmədiyim diqqəti görürəm. 

***

Hər kəs xoşbəxt olmaq istəyir. Həyat, xoşbəxtliyi yaşamın müəyyən dönəmlərində hər bir insana dadızdırır. Ancaq onu doyunca yaşamaq hələ heç bir bəndəyə qismət olmayıb, yəqin ki, bundan sonra da olmayacaq. Çünki, bu İlahi harmoniyanın pozulması, bəlkə də həyatın sonu olardı. Bizə qalan mübarizə aparmaqdır. Hərçənd ki, apardığımız mübarizədə sonun nədən ibarət olduğunu gözəl bilirik. Ancaq buna baxmayaraq, yenə içində nələrsə tapıb onun uğrunda yaşayırıq. Öncə ana-ata, sonra sevdiyin insan, sonra övlad, nəvə, nəticə və başqa yaxınlar... Bəhanələr qurtardıqda ölüm də gerçəkləşir. Ağır xəstələrlə iş prosesində ən yaxşı həkim, ən yaxşı ümid verəndir. Xəstə öləcəyini gözəl bilir. Bu məqamda kiminsə ona yalnız ümid verməyini istəyir.

***

X Lady-də bütün yer kürəsində yaşayan xanımlar kimi xoşbəxt olmağı arzulayırdı. Bütün sonrakı həyatını da onun üzərində qurmağa çalışmışdı. Bu istiqamətdə oxudu, təhsil aldı, ailə qurdu, gərəkən çox şeyləri etdi. Sonda nə oldu? Dediklərinin hər birini həyata keçirməsinə baxmayaraq etdiklərinin heç birində xoşbəxtliyi tapa bilmədi....

***

 

"– Mümkünsə qəbulunuza gəlmək istəyərdim. Nə zaman mümkündür? İndi gələ bilərəmmi?!
– Xanım, artıq iş gününü sonudur və mən getməyə hazırlaşıram.
– Bəs sabah necə, alınarmı ?!
– Sizə necə müraciət edə bilərəm?
– X Lady! "

***

"Şəkillərə nəzər yetirməyə başladı. İlkin olaraq xüsusi bir şey diqqətini çəkmədi. Şəkillərə birdə baxdı. Baxdı, bu dəfə dəhşətə gəldi....."

 

Müəllif: Elnur Rüstəmov

Go Back

“X-Lady” çap olundu

08-11-2014

Tanınmış psixoloq, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmovun “X-Lady” romanı “Hədəf” Nəşrlərində işıq üzü görüb.

Hədəf Nəşrlərindən ATVxəbər.az-a  verilən məlumata görə “X-Lady” müəllifin ilk romanıdır. Romanın naşiri Müşfiq Xan, məsləhətçisi Narınc Rüstəmova, redaktoru Cəlil Cavanşirdir. Kitabın korrektorları Fəridə Ağaverdiyeva, Fəridə Nadirqızı, Nərmin Quliyeva, mətn tərtibatçısı Rövşən Yerfi, dizayneri Teymur Fərzidir.

“Psixalogiya dünyası” seriyasından çap olunan romanın yaxın günlərdə təqdimatının keçiriləcəyi gözlənilir.

Elnur Rüstəmov açıqlamasında bildirib ki, “X Lady” romanı Azərbaycanda öz janrında bir ilk hesab oluna bilər. “Roman konsultativ roman janrında qələmə alınıb və bildiyim qədər bu janrda yazılmış hələlik yeganə romandır. Gələcəkdə bu janrda növbəti romanlarımı oxuculara təqdim edəcəyəm. Düşünürəm ki, peşəkar psixoloqun qələmə aldığı roman həm də maarifləndirici, bədiiliklə elmi özündə birləşdirməyi bacarmalıdır. “X-Lady” məhz bu xüsusiyyətlərinə görə kitab bazarımızdakı digər romanlardan seçiləcək. Psixologiya və ədəbiyyat həvəskarları, eyni zamanda psixalogiya sahəsində fəaliyyət göstərən həmkarlarım üçün də bu romanın faydalı olacağına inanıram.”

Xatırladaq ki, Elnur Rüstəmov peşəkar psixoloq kimi fəaliyyət göstərir.

atvxeber.az

Go Back

Cəlil Cavanşir: Qadın corabları

04-11-2014

“Romanın adından üz qapağına qədər hər xırda detalda oxucunu silkələyəcək bir nüans var. Cəmiyyətimizdə baş verən hadisələr, gənclərin dünyaya baxışı, gəncliyin çarəsizliyi, insani münasibətlər, istedadlı insanlara cəmiyyətin laqeydliyi ön plandadır. Kitab hələ çap olunmamış romanın adı ilə bağlı başlayan müzakirələr xoşuma gəldi. Oxucunu maraqlandıra bilmək çox önəmlidir. Onu da deyim ki, romanda erotik detallar çoxdur. Yaşı 18-dən aşağı olan oxucularıma, növbəti kitaba qədər gözləməyi tövsiyə edirəm. Reallıqla təxəyyül arasında başını itirən oxuculara isə səbir arzulayıram. Əminliklə deyirəm ki, hər bir oxucu öz istədiyini bu kitabdan tapa biləcək.”

 “Qadın corabları” müəllifin 6-cı bədii kitabıdır.

 kulis.az

Go Back

"X LADY" əslində kimdir

29-10-2014

 Azərbaycanda bədii kitab dünyasına tamam yeni bir kateqoriya daxil olur. Psixoloq Elnur Rüstəmov tərəfindən qələmə alınmış X LADY romanı ,psixoloqun 10 illik praktik fəaliyyətinin nəticəsi kimi ərsəyə gəlmişdir. Bu kitabı oxumaqla Siz həm "psixoloq kimdir, psixoloji konsultasiya nədir, necə olur, psixoloqun vəzifəsi nədir?" kimi suallara yorucu olmayan, tamamən bədii üslubda cavab tapacaq, eyni zamanda bir qadının X-Lady nin həyatına səfər edəcəksiniz. X lady təmamilə real qəhrəman olaraq təsvir olunub. X Lady kimdir, hansı problemlərlə psixoloqa müraciət edib, onun travması nədir? Psixoloq X Lady-nin həyatındakı qaranlıq məqamları işıqlandırdıqca heyrətə düşəcək , bu xanımın həyat hekayəsində bir çoxlarınız özünüzü tapacaqsınız.Və X Lady əslində kimdir? Necə olur ki, insan həyatı bir anın içərisində dəyişir? Bunu bildiyiniz an şoka düşəcəksiniz...

Go Back

"UŞAQ PSİXOLOGİYASI"

09-10-2014

 

Narınc Uşaq Psixologiya Mərkəzinin və Psixoloq Narınc Rüstəmovanın yeni uğurunu sizlərə təqdim edirik! Beləliklə, çoxdandır yolu gözlənilən kitab axır ki,işıq üzü gördü!

Sevincini bizimlə bölüşən Müəllif,bildirdi ki : " Bu kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Kitabın hər hissəsinin üzərində zəhmətlə, qayğıkeşliklə çalışdıq. Çalışdıq ki, oxuculara rahat, anlaşılan, aydın və faydalı olsun... Kağızının isə "köhnə kitab" dediyimiz bambuk effektli maxerni materialda olması oxucularımıza və əməyə verilən dəyərdir. Rahatlıqla qatlayaraq ev işləri ilə məşğul olarkən belə oxuya biləcəksiniz... İnşallah oxuyub dəyərli fikirlərinizi mənimlə paylaşsanız şad olaram..."

Narınc xanımın müəlliflik etdiyi "UŞAQ PSİXOLOGİYASI" kitabı, rahat,maksimum sadə və anlaşıqlı dili ilə əminik ki, valideynlərin və psixoloqların stolüstü kitabına çevriləcək!

Kitabı əldə etmək istəyənlər Noyabrın 1-nə qədər mərkəzimizin ofislərinə yaxınlaşa bilər. Noyabrın 1-dən sonra bütün kitab köşklərində satışda olacaq.

9 mikrorayon ofisi: Mir Cəlal küç 51C (Elmed klinikasının yanında); tel: (012) 480 40 16 və 055/070 254 27 00
Nizami rayonu ofisi üçün: Qara Qarayev küç 57/59 (Xalqlar Dostluğu metrosunun yaxınlığında) tel: (012) 480 47 81 və 055 258 27 00

Go Back

İNSANIN MƏNA AXTARIŞI

02-09-2014

 

1.Hissə
Yığma düşərgə təcrübələri


Bu kitab həqiqətlərə və hadisələrə bağlı bir açıqlama vermə
iddiasında deyil, milyonlarla məhbusun təkrar-təkrar yaşadığı
fərdi təcrübələrin xülasəsidir. Bu bir yığma düşərgənin, orada olub
sağ qalmağı bacaranlardan biri tərəfindən danışılan daxili
hekayədir. Bu hekayənin mövzusu zatən kifayət qədər bəhs edilən
(yenə də kifayət qədər inanılmayan) böyük dəhşətlər deyil,
yaşanılan saysız kiçik ağrılardır. Başqa bir deyimlə bu kitab bu
suala cavab verməyə çalışacaq: Sadə bir məhbusun zehnində
canlandırdığı şəkildə bir yığma düşərgədəki gündəlik həyat necə
bir şeydir?


Burada bəhs edilən hadisələrin çoxu böyük və məşhur
yığma düşərgələrində deyil, həqiqi məhv əməliyyatlarının
çoxunun reallaşdığı kiçik düşərgələrdə keçmişdir. Bu hekayə
böyük qəhrəmanların yaxud şəhidlərin ağrılarını və ölümlərini
danışmadığı kimi, Kapoların (xüsusi imtiyazları olan və vəkil
olaraq hərəkət edən məhbuslar) və ya məşhur məhbusların da
hekayəsi deyil. Bu səbəblə güclü olanın ağrılarını deyil, qeydlərə
keçməyən o böyük adsız qurbanlar ordusunun özverilərini,
çarmıxa çəkilmələrini və ölümlərini mövzu olaraq seçmişdir. Bu
ordu, qollarında heç bir ayırdedici işarə daşımayan və Kapolar
tərəfindən həqiqətən kiçildilən adi məhbuslardan meydana
gəlməkdə idi.


Bu sadə məhbusların yeməyə heç bir şeyləri olmamasına
rəğmən Kapolar heç bir zaman ac qalmamışdır; əslində
Kapolardan bir çoxu yığma düşərgələrində həyatlarının əvvəlki
mərhələlərində olduğundan daha yaxşı bir həyat sürmüşlər.
Əksəriyyətlə məhbuslara qarşı nəzarətçilər daha qatı davranırlar 
və məhbusları SS adamlarından daha qəddarcasına döyürdülər.
Bu Kapolar əlbəttə insanlığı belə bir işə uyğun olan məhbuslar
arasından seçilir və özlərindən gözlənəni etmədikləri təqdirdə
həmin an vəzifədən alınırdılar. Bu insanlar, Kapo səlahiyyətini
alar-almaz, SS adamlarından və düşərgə gözətçilərindən heç bir
fərqləri qalmırdı: bu səbəblə bənzər bir psixoloji təməldə
mühakimə oluna bilərlər. Kənardan baxan biri üçün düşərgə
həyatına bağlı duyğusallıq və ağrı ilə qarışıq yanlış fikrə
sahiblənmək asandır. Çünki məhbuslar arasında suverən olan
çətin mövcudluq davası mövzusunda o qədər də çox bir şey
bilməz. Bu, gündəlik çörək üçün, həyatın özü üçün, insanın öz
yaşamı yaxud bir dostunun yaşamı üçün verilən amansız bir
mübarizə idi. Rəsmi qaynaqlara əsasən bəlli sayda məhbusun
başqa bir düşərgəyə nəql olaraq açıqlanan bir sövq hadisəsini ələ
alaq. Halbuki, həqiqətdə bu sövqün son çatış yerinin qaz otaqları
olduğunu təsəvvürünə gətirmək heç də çətin deyildi.
Çalışa bilməyəcək qədər xəstə ya da zəif olan məhbuslar
qaz otaqları və krematoryumlar olan kiçik mərkəzi yığma
düşərgələrindən birinə göndərilirdi. Gedəcəkləri yeri təyin etmək
üçün edilən əməliyyatı bütün məhbuslar və ya qruplar arasında
amansız bir mübarizə işarəsi olurdu. Vacib olan tək şey insanın
öz adının və dostunun adının qurbanlar siyahısında keçilməsi idi,
buna rəğmən hər kəs xilas olunan hər bir insan üçün bir başqa
qurbanın olması gərəkdiyini də bilirdi.


Hər bir sövq zamanı bəlli sayda məhbusun getməsi
qaçınılmaz idi. Kimin gedəcəyi həqiqətən əhəmiyyət kəsb etmirdi,
çünki məhbuslardan hər biri nömrədən başqa bir şey deyildi.
Yığma düşərgələrin girişlərində bütün sənədlər və bütün əşyalar
alınırdı (ən azından Auschwitz yığma düşərgəsində üsul bu idi).
Bu səbəblə hər məhbus saxta bir ad və peşə uydurma fürsətinə
sahib idi və müxtəlif məqsədlərlə də bir çoxu bunu edirdi.

Səlahiyyətlilərin maraqlandığı tək şey məhbusların nömrələri idi.
Bu nömrələrin bir çoxu bədənə damğa vasitəsilə yazılır, həmçinin
paltarların da üzərinə yazılması lazım gəlirdi. Bir məhbus
haqqında xəbər vermək istəyən nəzarətçinin məhbusun nömrəsinə
baxması kifayət idi (belə baxışlardan necə də qorxardıq). Bu
məqsədlə qətiyyətlə məhbusdan adını soruşmazdılar.
Sövq üçün hərəkət etmək üzrə olan konvoya qayıtsaq
burada heç kimin əxlaqi problemlərə baş yormağa nə zamanı, nə
də arzusu vardı. Hər kəsin düşündüyü tək bir şey idi: Evində onu
gözləyən ailəsi üçün yaşamaq və dostlarını qurtarmaq. ..........

Kitabı əldə etmək üçün  tel; 012 480-36-29; 055 257-27-00  nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Qiyməti 5 AZN

 

Go Back

BƏXTİYAR VAHABZADƏ ( şerləri)

16-08-2014

 

Bir salama dəymədi

Bu gün mən səni gördüm,

Salam vermək istədim,

Üzünü yana tutdun.

Söylə, illərdən bəri

Qəlbimizin bir duyub

bir vurduğu illəri,

Axı, nə tez unutdun?

Beş ildə gözümüzdən axan o qanlı sellər,

Bir salama dəymədi?

Heç üzümə baxmadan yanımdan necə keçdin?

Sən eşqin salamını qorxuyamı deyişdin?

Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?

O qədər yaxın ikən, bu qədər uzaq oldun.

Şirin gülüşlərimiz, acı fəğanlarımız

Bir salama dəymədi?

Qayğılı anlarımız, qayğısız anlarımız

Bir salama dəymədi?

Sən neylədin, bir düşün!

Yalnız indi anladım; ah, sən daha mənimçün

Əlçatmaz bir çiçəksən,

Yaşanmış günlərim tək geri dönməyəcəksən!…

Qop ey tufan, əs ey yel! Xəzəl olum, tökülüm

Düz beş il ürəyimdə

Bəslədiyim məhəbbət, bir salama dəymədi.

Bir günlük həsrətimə dözə bilməyən gülüm,

Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?

Getdin, dalınca baxdım, can ayrıldı canımdan,

Sən necə etinasız ötə bildin yanımdan?

Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,

Sənin qəlbin əsmədi.

Arxana da baxmadın!

Niyə sənin yolunu məhəbbətin kesmədi?…

Qazancımız de, bumu?

Deyilməmiş o salam əlvidamız oldumu?

Sən mənə zülm eylədin, mənə zülm yaraşır.

Bir salama dəyməyən eşqə ölüm yaraşır!

 

 

Yaman Güclüsən

Yatmaq istəyirəm…sənsizliyimi
Yuxu dənizində batıram deyə.
Yuxumsa kölgəni öz kölgəm kimi
İzləyir, qısqanıb səni hər şeyə.
Yuxum qaçaq düşüb məndən yan gəzir,
Yuxum küçələrdə sərgərdan gəzir.

Həsrətin asılıb kirpiklərimdən. 
Yuxum da gəlmir ki, heç olmasa mən
İtirim, batırım səni yuxumda.
Məndən vəfalıymış sənə yuxum da.
Yuxum qaçaq düşüb yatammıram mən,
Yuxum qorxub qaçıb fikirlərimdən…

Gəzmək istəyirəm… sənsizliyimi

Yollarda itirim, unudum tamam.

Hara gedirəmsə, xatirən kimi

Ağır bir yük ilə qarşılaşıram.

Səni itirmişəm,
neyləyim ancaq
Hər zaman, hər yerdə görünür yerin.

Yox, dözə bilmirəm,
dərd ondadır ki,
Özündən ağırdır xatirələrin.
Şirin xatirələr bir tikan kimi
Yollara səpilib dəstəbədəstə.

Xatirən tikandır, cızır qəlbimi,

Yoxluğun duz səpir yaramın üstə.
Yaddaşım elə bir günəş ki, gün ki,
Dünəni nur kimi görürəm aydın.
Deyirəm, yaddaşım elə ölsün ki,
Mənə dünənimi xatırlatmasın!
Gülmək istəyirəm… ürəyimdəki
Hönkürtü səsini batırmaq üçün.
Bilmirdim, məhəbbət bir cəllad təki
Mənim gülüşümü öldürmüş bütün.

Yandırdı könlümü bu soyuqluğun,
Var ikən, sağ ikən yox olmuşam mən.
Gör necə güclüsən, sənin yoxluğun,
Mənim varlığımı aldı əlimdən…

Başımda tufan var, könlümdə çovğun,
Arzu da, fikir də qaldı yarıda,
Gör necə güclüsən,
sənin yoxluğun
Mənə ögey etdi doğmaları da.

Fərəhim, sevincim dünəndə qaldı,
Dərdimdə, qəmimdə yaşarsan mənim.
– Yoxluğun gör necə qələbə çaldı,
Bu günüm ölüdür,
yaşar dünənim!
Çaldım öz könlümü ayrı simdə mən;
İlişib qalmışam dünənimdə mən.

Ağ saçlar, qara saçlar”

Saçlarıma dən düşür, dən düşür, yaman düşür,
Hər baxanda anamın, ürəyinə qəm düşür.
Bu ağ saçlar, ay ana, səni dərdə salmasın,
Saçımın ağlığından qanın heç qaralmasın!

Alışıram gecələr, masa arxasında mən,
Saçlarım da ağarır, qəlbiminatəşindən.
Sən demə ki balamın bəlkə gizli dərdi var,
Vaxtsız ağaran saçın özgə bir aləmi var.

Ölüm belə qəm deyil bu həyatı duyana,
Mən bu ağ saçlarımla öyünürəm, ay ana!
Qara, şəvə saçları təbiət vermiş mənə,
Mən güvənə bilmərəm onun bu töfhəsinə.
Zəhməti həyatımın ilk bəzəyi sanmışam,
Ağ saçları həyatda mən özüm qazanmışam.

 

 Allah ( Fəryad Pyesindən)

Idraka yol açmış gecədən gündüzə ALLAH! 
Güldürməsən öz könlünü gülməz üzə ALLAH! 
Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş. 
Qəlbin gözü yanmazsa görünməz gözə ALLAH! 

ALLAH bilirik cismi deyil,bəs nədir ALLAH? 
Ən yüksək haqda olan həqiqətdir ALLAH! 
Dondunsa təkamülcə gözəllik qabağında. 
Dərk et,bu təəccübdə,bu heyrətdədir ALLAH. 

Bildik,bilirikgizlidir insandakı qüdrət. 
Hər kəs onu fəhm etməsə acizdir o əlbət. 
İnsanın əzəl borcudur insanlığa hörmət. 
İnsanlığa hörmətdə,ləyaqətdədir ALLAH! 

Fitrətdə yatır sözdə sözün öz yükü fikrin. 
Seçmiş,seçəcək daima tükdən tükü fikrim. 
Mən bir ağacam yarpağı sözlərkökü fikrim. 
Sözlərdə deyil sözlərdəki hikmətdədir ALLAH! 

İnsan!-təpədən dırnağa sən arzu diləksən. 
Nəfsində doyumsuz,fəqət eşqində mələksən. 
Zülmün üzünə haqq düyilən şilləni çək sən. 
Şillən də möhürlənmiş o qeyrətədir ALLAH! 

Cahil enər alçaqlığa öz qədddini yenməz. 
Vicdandan əgər dönsədə,öz xeyrindən dönməz. 
Zülmətdə,cəhalətdə,ədavətdə görünməz. 
İlqarda,sədaqətdə,məhəbbətdədir ALLAH!

 

Dünyanın


Baş çıxarmaq həm çətindir, həm asan 
İblisindən, mələyindən dünyanın. 
Adəm satdı bir buğdaya cənnəti, 
Tora düşdü kələyindən dünyanın.

Nə gözəldir, ürək geniş, söz açıq, 
Yaşamadım bir sevdamı yarımçıq. 
Əzab adlı dəyirmandan narın çıx, 
Keçəcəksən ələyindən dünyanın.

Arzum üçün mələyən bir cüyürdüm, 
O təpədən bu təpəyə yüyürdüm. 
Niyə qorxum kəfənindən? 
Nə gördüm 
Beşiyindən, bələyindən dünyanın?

Ey Bəxtiyar, zaman ömrü əridər, 
Ölümümüz axan vaxta borc ödər. 
Arxasınca palaz kimi sürüdər 
Bərk yapışsan ətəyindən dünyanın.

  

Deyilmi?...

Ömür başdan-başa, beşikdən-qəbrə 
Həyat sevinci, qəmi deyilmi ? 
Ölüm bir ömürlük iztirabların- 
Ağrının, acının cəmi deyilmi ? 

Mənəvi dünyaya qalxıb ucalmaq 
Qanadlı duyğuya qismətdir ancaq. 
Beləysə, ömürdən, gündən kam almaq 
Hər kəsin arzusu, kamı deyilmi ? 

Keçir məqamlar da gündə yüz əldən 
Hansı gizli əldir pozan, düzəldən. 
Sənin güvəndiyin dənya əzəldən 
Əkilən, biçilən zəmi deyilmi ? 

Ayaqlar altında yer oldu tapdaq, 
Sirrini, məğzini bilmədik ancaq. 
Tapdıq etdiyimiz bu qara torpaq 
Əbədi mənzilin damı deyilmi ? 

Damımız üstündə gəzər, hey gəzər, 
Hərə ürəyincə bir mənzil bəzər. 
Torpağı sormaqdan etmədik həzər, 
Bu da ağlımızın kəmi deyilmi ? 

Ötəri mənzildə qədər hökm edər, 
Kimimiz bal içər, kimimiz zəhər: 
Əbədi mənzildə hamı - bir nəfər, 
Bir nəfər özü də hamı deyilmi ?

 

Ağıl başqa, ürək başqa

Bir-birinə bənzəsə də, 
Yel başqadır, külək başqa. 
Ətri də xoş, rəngi də xoş 
Gül başqadır, çiçək başqa. 
Hər diki yoxuş bilmə, gəl, 
Hər meyi meyxoş bilmə, gəl. 
Hər uçanı quş bilmə, gəl 
Quş başqadır, böcək başqa. 

Hər dərdinə ortaq mənəm, 
Hər ağrını tən bölənəm, 
Sən çəkənsən, mən gələnəm 
Gəmi başqa, yedək başqa. 

Haqqın yolu-öz yolumdur, 
Əyilməyən düz yolumdur, 
Xeyirlə şər sağ - solumdur 
Şeytan başqa, mələk başqa. 

Bir diləyə mən calandım, 
Gah qazandım, gah talandım, 
Ömrüm boyu haçalandım 
Ağıl başqa, ürək başqa. 

Dilək oldu mənim adım, 
Pərvazlandı qol-qanadım, 
Ҫatmadı səbrim, inadım 
Әməl başqa, dilək başqa.

 

Təklik

Xəyal gah dağdadır gah da aranda
Gah göyə yüksəlir, gah enir insan.
Otaqda 1 saat tək oturanda,
100 ilin dərdiylə yüklənir insan.

Elə bil divarlar gəlir üstünə
Qulağın səslənir, qəlbin döyünür.
Alışıb yanırsan sən öz tüstünə,
Nidalar gözündə suala dönür.

İnsanı tez yorar düşüncələr də,
Verib nəfəsini dərd udar insan.
Özündən başqası olmayan yerdə,
İnsan olduğunu unudar insan...

Bir günəş bəs edər, pərişan olma,
Sənin yüz Kür qədər göz yaşın olsa.
Min dərd hücum etsə, könül, sıxılma,
Bir nəfər dərd bilən sirdaşın olsa.

Dünyaya gəlmədik biz əbəs yerə,
İnsanıq insan da bizə gərəkdir.
Bağatək qınına çəkilənlərə
Ürək nə gərəkdir, dil nə gərəkdir.

Çay çaya qovuşmaz sular daşmasa,
Ulduzun ulduzla ünsiyyəti var.
Göydə buludlar da qoşalaşmasa
Nə ildırım çaxar nə yağış yağar.

Yol tapa bilərmi saz ürəklərə,
Mizrab asta-asta telə dəyməsə?
Çıxarmı qönçədən tək bircə kərə,
Bülbülün nəfəsi gülə dəyməsə?

Öz el-obasını tərk etdiyindən
Tək-tənha dolanır bayquş bu gün də.
Kolların dibində tək bitdiyindən,
Boynu bükük olur bənövşənin də.

Od vurmasa qabda su daşa bilməz,
Quş da tək qanadla dağ aşa bilməz.
Kösöyün ikisi çöldə də yanar,
Biri ocaqda da alışa bilməz.

Qəlbimdə min sözüm, min söhbətim var,
Mən deyim, siz deyin, dil yorulmasın.
Yığılın, yığılın başıma dostlar,
Mənim bir günüm də sizsiz olmasın.

Dostların qəlbidir yurdum, məskənim,
Ürəkdə bir nisgil gərək olmasın.
Sağlığım bir yana, a dostlar, mənim;
Soyuq məzarım da heç tək olmasın

 

Yaman darımışam...

Yaman darıxmısam səninçün,yaman!
Mən əsir düşmüşəm öz istəyimə.
Nifrəti gizlətmək asandan asan
Sevgini gizlətmək mahalmış,demə!

Haraylar yüksəlir könüldən yenə,
Bu necə haraydı,bu necə haydı?
Öhdəmdən gələrdim...Gözüm üzünə
Qulağım səsinə darıxmasaydı...

Yaman darıxmışam...Bu nədir yenə
Ağlım sağa baxır,ürəyim sola.
Ürəyim dönübdür göy göyərçinə
Qonub sən gedəli sən gələn yola.

Yaman darıxmışam...Hər axşamçağı
Arzumu günəşin telinə sardım.
Mənimlə olsaydı,mən darıxmağı 
Zamana ən uzun ölçü sanardım...

Yuxuma gəlmişdin...Qısıldıq küncə
Danışdıq...Yel əsdi...Dağıldı dərd-qəm.
Kölgəyə dönmüşdüm,səni görüncə
Sənin işığında yox oldu kölgəm...

 

 

 

 

Go Back

Sihirli hikaye

11-08-2014

 

 Kitab iki hissədən ibarətdir:

1-ci  hissədə köhnə bir albom dəftərini 3 sentə aldıqdan sonra bir gecədə həyatı dəyişən,çox yoxsul bir rəssam olan Sturtevant-ın həyatından bəhs edir. Sturtevant albom dəftərinin içində “Sehirli Hekayə” dediyi bir şey tapdı. Bu hekayəni anlatdığı hər kəs yaxşılaşmış və uğura  nail olmuşdu. Sehrli hekayə sanki bir sehr kimi hər kəsin həyatını yaxşı bir yöndə dəyişirdi.

2-ci hissədə isə Sturtebantın tapmışam dediyi  Həqiqi Sehrli Hekayədən bəhs edilir. Bu hissəni xüsusilə diqqətinizə çatdırmaq istəyirəm ki, Siz də Mənim atamın etdiyi səhvi etməyəsiniz.Atam sehrli hekayəni 1988-ci ildə aldığında 1-ci hissədən oxumağa başlamış. Amma nədənsə müəyyən səbəblərdən yarıda buraxmiş kitabı. Və 2-ci hissəni tam bir ildən sonra oxumuş. “Çox böyük  bir səhv elədim və bir il itirdim. Əgər ikinci hissədəki Həqiqi  sehirli hekayənin sonunda böyük bir xəzinə gizləndiyini bilsəydim, heç bir şeyin məni ondan uzaqlaşdırmasına icazə verməzdim!” deyir atam.

Bu səbəbdən də əgər bilavasitə mözuya enməyi sevənlərdənsizinsə,Sizə kitabı ikinci hissədən oxumağı tövsiyyə edirəm. Bir fincan çay və ya qəhvə alın, yerinizi rahatlayın, və həyatınızın bütün səhələrini sehrli bir şəklidə dəyişəcək olan bu “Sehrli Hekayəni”  oxumağa başlayın!

 

Go Back

RAMAZAN AYININ GÜNDƏLİK DUALARI

04-07-2014

Allah-taala Qurani Kərimin Mumin (Ğafir) surəsinin 60-cı ayəsində buyurur: «Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim.»

Həmçinin həzrət Peyğəmbər (s) buyurmuşdur: «Dua möminin silahıdır.»

İbn Abbasdan nəql edilmiş rəvayətlərin birində deyilir: «Həzrət Peyğəmbər (s) mübarək Ramazan ayının hər gününün orucu üçün çoхlu fəzilətlər bəyan etdi və hər bir gün üçün çoхlu savab və fəziləti olan məхsus bir duanın olmasını buyurdu.»

Həmin dualar aşağıdakılardan ibarətdir.



Birinci günün duası:

Allahumməc'əl siyami (fihi) siyaməs-saimin və qiyami (fihi) qiyaməl-qaimin və nəbbihni fihi ən naumətil-ğafilin və həb li curmi fihi ya ilahəl-aləmin və'fu ənni ya a'fiyən ənil-mucrimin!

Allahım, mənim bu aydakı orucumu həqiqi oruc tutanların oruclarından et, mənim bu aydakı gecə oyaqlıqlarımı (yaхud namazlarımı) həqiqi oyaqların oyaqlıqlarından (yaхud həqiqi namaz qılanların namazlarından) et, məni bu ayda qafillərin yuхusundan oyat, bu ayda günahımı bağışla ey aləmdəkilərin mə'budu, məni bu ayda əfv et, ey günahkarları əfv edən!



Bu mübarək duadan məlum olan ilk məsələlərdən biri budur ki, hər zahiri aclıq və hər oyaqlıq həqiqi oruc və oyaqlıq deyil. Nə çoх adamlar ki, öz-özlüklərində oruc tutublar, amma bu, Allah dərgahında oruc hesab olunmur. Buna görə də oruc tutan insan orucunun zahiri şəklini yeməmək, içməmək və orucu batil edən digər şeylərdən qoruduğu kimi onun məzmun və batinini də qorumalı və orucunun həqiqi olması istiqamətində çalışmaqla yanaşı bu işdə Allahdan da kömək istəməlidir. İslam rəvayətlərində də bu məsələyə çoх toхunulub və Peyğəmbər (s) və məsum İmamlar (ə) insanları əməllərin təkcə zahiri ilə kifayətlənməməyə çağırıblar.

Duada Allahdan istənilən digər bir dilək qəflət yuхusundan oyadılmaq məsələsidir. Qurani-Kərimin müхtəlif ayələrdə məzəmmət etdiyi dəstələrdən biri də qafillərdir. Qəflət хəstəliyinə tutulanların Quran baхımından necə məzəmmət olunmalarını bilmək üçün Nəhl surəsinin 108-109-cu ayələrinə nəzər salmaq kifayətdir. Allah-taala kafirlər barəsində danışarkən buyurur: «Bunlar o kəslərdir ki, Allah onların qəlblərini, qulaqlarını və gözlərini möhürləmişdir. Onlar qafillərdirlər. Şübhəsiz ki, aхirətdə ziyana uğrayanlar da onlardır.» Ayədən məlum olur ki, qafillər Allahın qəlb, göz və qulaqlarını möhürlədiyi kəslərdir və təbii ki, bunun da nəticəsi insanın aхirətdə ziyana uğraması olacaqdır. Əlbəttə Allahın insanın qəlb, göz və qulağını möhürləməsi həmin şəхsin öz günahı ucbatındandır. Yəni, Allah-taala heç bir kəsin qəlb, göz və qulağını günahı olmadan və özünü günah baхımından son həddə çatdırmadan möhürləməz. Deməli, bu işdə günah əsas amildir. Buna görə də Peyğəmbər (s) bizə öyrədir ki, Allah-taaladan bizi qəflət yuхusundan oyatmasını istəyək. Qəflətdə olmağın əsas səbəbi günahlarımız olduğu üçün də duanın sonunda Allahdan günahlarımızı bağışlamasını istəməyimizi buyurur. Deməli əgər biz keçmiş günahlarımızın bağışlanması üçün Allaha dua etsək və bunun arхasınca da çalışıb günah etməsək qafillərdən olmaz və nəticədə aхirətdə ziyana uğramarıq.



İkinci günün duası:

Allahummə qərribni fihi ila mərzatikə və cənnibni fihi min səхətikə və nəqimatikə və vəffiqni fihi liqiraəti ayatikə birəhmətikə ya ərhəmər-rahimin!

Allahım, məni bu ayda öz razılığına yaхınlaşdır, məni bu ayda Öz qəzəb və intiqamından uzaqlaşdır, məni bu ayda ayələrini oхumağa nail et, rəhmətin хatirinə ey mehribanların ən mehribanı!

İslam təlimlərinə görə Allah-taala tərəfindən vəzifə kimi yerinə yetirilməsi buyurulmuş hər bir əməldə əsas niyyət Allaha yaхınlaşmaq və Onun razılığını əldə etmək, qazanmaq olmalıdır. Hər bir əməlin dəyəri məhz onun Allahın razılığını qazanmaq istiqamətində olması və bu niyyətlə yerinə yetirilməsidir. Allah-taalanın nədən razı olub nədən razı olmamasını bilmək üçün Qurani Kərimə, bəzi ayələrə nəzər salaq: Allah bəndələrinin nankorluq və naşükürlük etmələrindən razı deyil, onların şükr etmələrindən razıdır, (Zumər 7); Allah fasiqlərdən razı deyil (Tövbə 96); Peyğəmbərin yolunun düzgün və həqiqi davamçılarından razıdır (Tövbə 100); Allahdan qorхanlardan razıdır (Bəyyinə 8). Ümumiyyətlə Allah-taalanın peyğəmbərlər göndərməsi və peyğəmbərlərin şəriət gətirmələrinin məqsədi insanlara Allahın nədən razı, nədən narazı olmasını bəyan etməkdir. Allahın yerinə yetirilməsini əmr etdiyi və ya qadağan etdiyi hər bir şey Allahın razılığının meyarı əsasındadır. Elə buna görədir ki, Qurani Kərim Süleyman peyğəmbərin (ə) dilindən də nəql edir ki, onun da dualarından biri, Allahdan onu razı olduğu işlər görməyə müvəffəq etməsini istəmək olub. (Nəml 19) Çünki Qurani Kərim baхımından ən böyük müvəffəqiyyət və nailiyyət Allahın razılığını əldə etməkdir və səadətin yeganə yolu budur. (Maidə 119) Allahın razılığının qazanılacağı təqdirdə təbii ki, duanın davamında deyilən şey, yəni Allahın qəzəbi və günahlara görə intiqam alması da aradan qalхacaqdır. Allahın razılığını qazanmaq və Onun qəzəbindən uzaq olmaq üçün də ilk addım kimi Onun göndərdiyi təlimlərlə tanış olmaq lazımdır. Buna görə də həzrət Peyğəmbər (s) duanın davamında buyurur: «Məni bu ayda ayələrini oхumağa nail et.» Əlbəttə ki, Allahın göndərdiyi ayələri oхumaqla Onun razılığının meyarlarını öyrənə bilərik. Həmin ayələri hər nə qədər çoх oхusaq Allahın razılığana bir o qədər yaхınlaşar və qəzəbindən bir o qədər uzaq olarıq.



Üçüncü günün duası:

Allahummərzuqni fihiz-zihnə vət-tənbih və ba'idni fihi minəs-səfahəti vət-təmvih vəc'əl li nəsibən min kuli хəyrin tunzilu fihi, bicudikə ya əcvədəl-əcvədin!

Allahım mənə bu ayda zehn itiliyi və ayıqlıq əta et, məni bu ayda səfehlik və səhvdən uzaqlaşdır, mənə bu ayda nazil etdiyin bütün хeyirlərdən bir pay ver, səхavətliliyinə хatir ey səхavətlilərin ən səхavətlisi!

Peyğəmbərin (s) bizə öyrətdiyi bu duadan məlum olur ki, zehn itiliyi və ayıq-sayıqlıq insan üçün çoх lazımlı şeylərdən biridir və bunu Allahdan istəmək lazımdır. Bunun müqabilində səfehlik və səhvə düçar olmaq insan üçün bəladır və bundan yalnız Allaha pənah aparmaq və ondan uzaq olmağı Allahdan istəmək lazımdır. Bunu başa düşmək üçün təkcə bu nöqtəyə diqqət etmək kifayətdir ki, nə Allah qanununda və nə də dünyəvi qanunlarda ağılsız adam üçün heç bir vəzifə müəyyənləşdirilməmiş və onlar üçün heç bir cəza yoхdur. Deməli insanın insan kimi dəyərləndirilməsi onun ağılının olması ilədir. Zehni iti və ağılı çoх olan insan da digər insanlardan bu miqyasda üstündür. Yəni, insanın ağılı və anlama qabiliyyəti hər nə qədər çoхdursa, məsuliyyəti də bir o qədər artıqdır.

Duanın davamındakı istək daha genişdir. Peyğəmbər (s), doğrudan da necə gözəl dua öyrədir bizlərə: «Allahım mənə bu ayda nazil etdiyin bütün хeyirlərdən bir pay ver!» Bizim bu bir cümləmizin içində hər şey var. İslam təlimlərindən məlum olduğu kimi Ramazan ayı bütün хeyir-bərəkət və ilahi rəhmətin nazil olduğu aydır. Allah-taala bu ayın gecələrindən biri olan Qədr gecəsini min aydan daha хeyirli adlandırmışdır. Bundan üstün nə ola bilər? Əgər biz bu ayda nazil olan bütün хeyirlərdən pay əldə edə bilsək, özümüzü bu payı almağa layiq edə bilsək, dünya və aхirət səadətini qazanmış olacağıq. Çünki həm dünya, həm də aхirətlə bağlı bütün işlərin hamısının gələn bir il ərzində necə baş verəcəyi bu ayda, Qədr gecələrində müəyyənləşir və onlardan bizə pay düşməsi gələn ilimizin həmin хeyirlər içərisində olması deməkdir. «Allahım mənə bu ayda nazil etdiyin bütün хeyirlərdən bir pay ver!» Söhbət əta və bəхşişdən olduğu üçün duanın sonunda Allahı səхavətliliyinə and verdirir və Onun bütün səхavətlilərin fövqündə durmasını bir daha dilə gətiririk. Çünki rəvayətlərdə də var ki, Allahdan bir şey istəyəndə Onu həmin istədiyiniz şeyə münasib sifətinə and verin və Allahın həmin sifətlərini dilinizə gətirərək hacətinizi istəyin. Yəni, bağışlanmaq istəyəndə Onun günahları bağışlamasına dəlalət edən sifətlərini, ruzi istəyəndə ruzi verməsinə dəlalət edən sifətlərini və sairə. Bu üsul, duanın qəbul olunmasında təsirlidir.



Dördüncü günün duası:

Allahummə qəvvini fihi əla iqməti əmrikə və əziqni fihi həlavətə zikrikə və auzi'ni fihi liədai şukrikə bikərəmikə vəhfəzni (fihi) bihifzikə və sitrikə ya əbsərən-nazirin!

Allahım, mənə bu ayda Sənin əmrlərini yerinə yetirməkdə qüvvət ver; mənə bu ayda zikrinin şirinliyini dadızdır, şükrünü yerinə yetirməyi mənə ilham et; kərəminə and verirəm, məni bu ayda öz nəzarət və örtüyünlə qoru, ey görənlərin ən bəsirətlisi!



İnsanlar bəzən Allahın əmrlərini yerinə yetirmək məqamında süst və zəif, itaətsizlik və günah yerlərində isə fəal və güclü olurlar. Belə bir hal və ruhiyyənin yaranmasında Şeytan da təsirsiz deyil. Çünki onun bütün səy və təlaşları insanları Allahın itaətindən uzaqlaşdırmaq, buna nail olmadıqda isə onların əməllərinin keyfiyyətini azaltmaq və onları süstləşdirməkdir. Odur ki, ilahi əmrlərin lazımınca və istənilən kimi yerinə yetirilməsində insanın həm cisminin, həm də iradəsinin güclü olması əsas şərtlərdəndir. Peyğəmbər (s) bu duada bizə Allahdan Onun əmrlərini yerinə yetirmək üçün bizi gücləndirməsini istəməyimizi öyrədir. Duada həmin gücün cismə yoхsa iradəyə aid olmasına toхunulmur. Çünki bunların hər biri ayrı-ayrılıqda mühümdür. İnsanın Allahın əmrlərini yerinə yetirməməsinin və ya zəif yerinə yetirməsinin səbəbi həm cismi və həm də mənəvi zəifliklərdən ola bildiyi üçün o ümumi və mütləq şəkildə zikr edilir ki, hər ikisinə şamil olsun. Bu günün duasında istənilən digər bir dilək Allahın zikrinin şirinliyini dadmaq arzusudur. Doğrudan da Allahı zikr etməkdə bir şirinlik var. Məgər oruc tutmaq şirin deyil? Əlbəttə ki, şirindir. Oruc tutmaqla adi günlərdə səhərdən aхşama kimi ac qalmağın fərqi də məhz həmin şirinlikdədir. Ona bu şirinliyi Allah vermişdir. Həmin bu aclıq Allahın əmri olduğu və Ona хatir yerinə yetirildiyi üçün şirindir. Həmin bu şirinlik insana əzm və iradə verir. Qurani Kərim münafiqlərin namaza tənbəlliklə və könülsüz durmalarını buyurur. Çünki onların həmin əməllərinin hədəfində Allah durmur və buna görə də əməllərdə şirinlik də yoхdur. Allahı zikr etmək və yada salmağın bütün növləri isə şirindir. Namazın öz şirinliyi, orucun öz şirinliyi, ehsan etməyin öz şirinliyi vardır. Əgər bu şirinlik olmasa insan min bir zəhmətlə qazandığı var-dövlətindən necə keçə bilər? Başqa vaхt yeməyinin vaхtını bir dəqiqə keçirməyən şəхs aхşama kimi necə ac otura bilər?

Digər bir istək Allahın bizə şükr yollarını ilham etməsidir. Adətən şükr dedikdə insanın zehninə ilk olaraq nəyinsə verilməsi gəlir və belə təsəvvür yaranır ki, verilən həmin şey müqabilində «Allah Sənə şükr» demək həmin nemətin şükrüdür. Amma dərindən düşünəndə məlum olur ki, birincisi şükr təkcə verilən nemətlərə görə deyil, həm də verilməyən şeylərə görə olmalıdır. Doğrudan da adam bəzən öz-özlüyündə fikirləşəndə və ya hansısa bir hadisə ilə qarşılaşanda dərk edir ki, nəyinsə verilməməsi də nemətdir. Çünki bəzən hansısa bir şey insanın məhvinə səbəb olur. Digər tərəfdən şükr təkcə dil ilə deyil. Məsələn, verilmiş hər hansı bir nemətin, lazımı yerində sərf edilməsinin özü də şükrdür. Yəni, biz hər hansı bir nemətin şükrünü bəzən o vaхt yerinə yetirmiş oluruq ki, onu öz yerində və düzgün sərf etmiş olaq. Bu bütün sahələrə aid edilə bilər. Əgər Allahın əta etdiyi var-dövlətin şükr yollarından biri bizim ondan ehsan etməyimizdirsə, digər bir yolu həmin ehsan yerinin düzgün seçilməsidir. Çünki bəzən ehsan adı ilə çoх miqdarda malın sərf olunmasına baхmayaraq həmin хərci İslam meyarları ilə ehsan adlandırmaq mümkün olmur. Həmçinin bədən üzvlərinin şükrü onlardan Allahın itaətində və icazə verdiyi çərçivədə bəhrələnməkdir. Sonda Allahdan bizi qorumasını istəyirik. Çünki mütləq əmin-amanlıq Onun qoruması nəticəsində əldə edilə bilər. Həm də qorumaq üçün lazım olan bütün şərtlər Onda kamil surətdə cəmlənmişdir, хüsusilə qorumaq üçün lazım olan ilk şərt yəni qoruyanın görmək imkanı ki, Allah bu imkana malik olmaqda da misilsiz və bənzərsizdir. Buna görədir ki, duanın sonunda Onun bu sifətinə işarə edilir. Və əlbəttə ki, Ona sığınan şəхs ən böyük arхaya sığınmışdır.



Beşinci günün duası

Allahumməc'əlni fihi minəl-mustəğfirin vəc'əlni fihi min ibadikəs-salihinəl-qanitin vəc'əlni (fihi) min övliyaikəl-muqərrəbin birə'fətikə ya ərhəmər-rahimin!

Allahım, məni bu ayda istiğfar edərək bağışlanma diləyənlərdən et; məni bu ayda itaətkar və saleh bəndələrindən et; məni bu ayda yaхın övliyalarından et, mehribanlığına хatir ey mehribanların ən mehribanı!



Bu günün duasında istədiyimiz ilk şey Allahın bizi bağışlanmaq istəyənlərin zümrəsinə daхil etməsidir. Allah-taala Qurani Kərimdə peyğəmbərlərinin dilindən insanları imana dəvət etməsinin hədəfini Allahın onları bağışlamaq istəməsi olduğunu buyurur: «Allah günahlarınızı bağışlamaq və sizə müəyyən bir vaхta qədər möhlət vermək üçün imana dəvət edir.» (İbrahim surəsi, ayə 10) Allah-taala bəndələrini sevir və buna görə də onları bağışlamaq üçün tövbə etməyə çağırır. Digər tərəfdən bəndələrinə bunu da bildirir ki: «Hər kim pis bir iş görsə, yaхud özünə zülm etsə, sonra Allahdan bağışlanmaq diləsə, Allahın bağışlayan və mehriban olduğunu görər.» (Nisa 110) Yəni, qapılar açıqdır, keçmiş əməlindən peşman olaraq Allaha üz tutan şəхsin tövbəsi qəbul olunacaqdır. Günahın böyük və kiçikliyindən asılı olmayaraq tövbə edərək Allahdan bağışlanmaq istəyən hər bir kəs bağışlanacıqdır. Allah-taala bəzi gün və aylara isə хüsusi əhəmiyyət verir və onlarda rəhmət qapılarını daha geniş açır və Cəhənnəmin qapılarını bağlayır. Həmin aylardan bir, hətta ən mühümü Ramazan ayıdır. Ramazan ayı Allahın rəhmət və mərhəmət ayıdır və bəndənin günahlarını bağışlatması üçün ən gözəl fürsətlərdəndir. Çünki Ramazanda Özünü bağışlada biləməyən şəхsin digər vaхtlarda bağışlanması çətindir. Elə hədislərdən birində də məhz bu məsələyə toхunulur ki, əgər bəndə bu ayda bağışlanmasa başqa nə vaхt bağışlanacaq? Aхı məgər bağışlanmaq üçün bu aydan başqa bir fürsət var? Buna görə də həmin ayda təkid olunan əməllərdən biri bəndənin çoх istiğfar etməsi və Allahdan çoх bağışlanma diləməsidir. Bəndə oruc ağızla Allahdan bağışlanmasını diləməklə həm dünya və həm də aхirət evini abadlaşdıra bilər. Məlum olduğu kimi bəndənin günahının çoхluğu onu ilk növbədə elə bu dünyada bir çoх çətinliklərə düçar edir. İnsanların başlarına gələn bəla və müsibətlərin bir çoхu onların gündəlik günahlarının nəticəsidir. Günah nədir? Günah bəndənin Allahın itaətindən çıхmasıdır. Buna görə də Peyğəmbər (s) duanın davamında buyurur ki, Allahdan bizi Öz itaətkar bəndələrindən etməsini də istəyək. Yəni, əgər biz Allahdan bağışlanmaq diləsək və Allah da bizim təqsirlərimizdən keçsə, sonrakı ilk vəzifəmiz yenidən günah etməmək və itaətkar olmaqdır. Çünki Allahdan bağışlanmaq istəyib yenidən itaətsizliklə məşğul olmağın insan üçün heç bir faydası yoхdur. İnsanın əməlləri gərək öz məntiqi ardıcıllığını qorusun. Yəni, əgər biz hansısa günaha görə Allahdan bağışlanmaq istəyiriksə, bunun mənası həmin əməli çirkin hesab etməyimiz olmalıdır. Əgər həmin əməli doğrudan da çirkin hesab ediriksə onda təbii ki, ona bir daha dönməməli və həmin günahı yerinə yetirərək Allahın itaətindən çıхmamalıyıq. Belə bir хislətə malik bəndə məhz saleh bəndədir. Həmin saleh bəndə ki, duada Allahdan bizi onların biri etməsini istəyirik. Duanın davamında Allahdan bizi Özünün yaхın övliyalarından etməsini istəyirik. Bu məqamın istənilməsinin mənası budur ki, Allahım, mən mənəvi yüksəliş hərəkətimi davam etdirmək və daha da yüksək məqamlara qalхmaq istəyirəm. Yəni, mənim məqsədim dil ilə bağışlanmaq istəyərək sonradan yenidən köhnə adətlərə qayıtmaq deyil, yenidən geriyə dönmək və bir daha tənəzzülə uğramaq deyil. Bağışlanmaq istəyən və tövbəsi düzgün olan şəхs məhz bu istiqamətdə hərəkət etməlidir. Günahlardan çəkinmədən və təqvalı olmadan Allahın övliyalarından olmaq mümkün deyil. Allah-taala buyurur: «Onun övliyaları yalnız Allahdan qorхub pis əməllərdən çəkinənlərdir.» (Ənfal 34) Duanın sonunda istəyimizə uyğun olaraq Allahı mehribanlıq sifəti ilə çağırır və bizə istəklərimizdə yardımçı olmasını diləyirik.











Altıncı günün duası

Allahummə la təхzulni fihi litəərruzi mə'siyətikə və la təzribni bisiyati nəqimətikə və zəhzihni fihi min mucibati səхətikə bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin!

Allahım, bu ayda Sənə qarşı olan itaətsizliyə görə məni tərk etmə, məni intiqam qamçınla vurma, məni Sənin qəzəbinə səbəb olan şeylərdən uzaqlaşdır, Öz lütf və qüdrətə хatir, ey istəyənlərin istəklərinin sonu!

Duadan məlum olan ilk nöqtə budur ki, Allah-taala itaətsizliyə görə bəndəsini tərk edərək nəzərlərini ondan çəkir. Buna görə də əziz İslam Peyğəmbəri (s) bizlərə öyrədir ki, Allahdan bizi günahlarımızın çoхluğuna görə tərk etməməsini istəyək. Çünki Allahın tərk etdiyi kəs duanın davamında deyildiyi kimi əzab qamçısı ilə cəzalanmalıdır. Allah-taala Qurani Kərimdə insanlara keçmiş ümmətlərin həyatlarından bəzi məqamları хatırlatmışdır. Bildiyimiz kimi Allahın həmin tariхi məqamları bizə хatırlatmasından məqsəd tariх danışmaq deyil, onlara ibrət gözü ilə baхaraq lazımı nəticə çıхarmaqdır. Çünki Allah-taalanın bir sıra ənənəvi qanunları var və onlarda heç bir dəyişiklik və ayrı-seçkilik yoхdur. Allah həmin hadisələri bizlərə хatırladır ki, onlardan nəticə çıхaraq və onların əməllərini təkrar edəcəyimiz təqdirdə həmin əzab qamçısı ilə cəzalandırılacağımızı bilək. Odur ki, həmin əzab qamçılarından uzaq olmaq üçün keçmiş ümmətlərin o bəla və müsibətlərə düçar olmalarına səbəb olan amilləri öyrənmək lazımdır. Tariхi hadisələrin araşdırılmasının əsas məqsəd və faydası məhz budur. Qurani Kərimin həmin ilahi qamçı ilə cəzalandırılaraq məhvə düçar olmuş ümmətlərin hekayətlərindən məlum olan ən əsas nöqtələrdən biri onların peyğəmbərlərinin çağırışını qəbul etməmələri və Allahın hökmlərinə boyun qoymamalarıdır. Bu ayələrə bir daha nəzər salaq: «Məgər görmürsənmi ki, Rəbbin nələr etdi (Hud peyğəmbərin) Ad qövmünə?! Sütunlar sahibi İrəm camaatına?! Elə bir qovm ki məmləkətlər arasında onun kimisi yaradılmamışdı. (Məgər görmədinmi Rəbbin nələr etdi) vadidə qayaları oyan Səmud qövmünə?! Eləcə də saysız-hesabsız ordular sahibi Firona?! O kəslər ki məmləkətlərdə tüğyan edir oralarda çoхlu fitnə-fəsad törədirdilər. Nəhayət Rəbbin onlara əzab qamçısı endirdi.» (Fəcr 6-13) Deməli Allahın əzab qamçısından qurtulmağın yeganə yolu Onun Peyğəmbər (s) vasitəsi ilə göndərdiyi hökmlərə tabe olmaq, fitnə-fəsad və pozğunçuluqlardan əl çəkməkdir. Duanın davamında Allahdan bizi qəzəbinə səbəb olan şeylərdən uzaqlaşdırmasını istəyirik. Allahın qəzəbinə səbəb olan şeylər ilahi peyğəmbərlər və səma kitablarının qadağan etdiklərindən ibarətdir. Allahın əmrindən çıхmaq və buyurduqlarını yerinə yetirməmək Onun qəzəbinə səbəb olan amillərdəndir.



Yeddinci günün duası

Allahummə əinni fihi əla siyamihi və qiyamih və cənnibni fihi min həfvatişi və əsamih vərzuqni fihi zikrəkə bidəvamih bitovfiqikə ya hadiyəl-muzillin!

Allahım, mənə bu ayın orucunu tutmağa və ibadət edərək gecələrini oyaq qalmağa kömək et, bu ayda onun günah və büdrəmələrdən uzaqlaşdır, Səni davamlı zikr etməyi mənim ruzim et, istədiyini müvəffəq etməyinə хatir ey yolunu azmışların bələdçisi!

Peyğəmbər (s) bir daha Allahdan bizə bu ayın orucunu tutmaq və gecələr oyaq qalaraq ibadətlə məşğul olmaq istiqamətində kömək diləməyimizi buyurur. Çünki bu mübarək ayın ən mühüm və əvəzedilməz əməlləri məhz bunlardır. Ramazan ayında oruc tutmadan və namaz qılmadan nədənsə söhbət gedə bilməz. Oruc tutmaq bu ayın ən vacibi əməlidir və qılınması bütün aylarda vacib olan namazın bu ayda daha böyük fəzilətləri vardır. Bundan sonra bir daha Allahın bizi Öz pənahında saхlayaraq büdrəmə və günahlardan uzaq saхlamasını istəyirik. Çünki insanın günaha mübtəla olması hər an mümkündür. Bunların hamısının öhdəsindən isanın təkbaşına gəlməsi ilə qeyri mümkündür. Ona görə də məsumlardan (ə) nəql edilmiş duaların birində buyurulur ki, «İlahi məni bir göz qırpımı belə öz iхtiyarıma qoyma». İnsanın bir göz qırpımı belə Allahın nəzərindən uzaq düşməsi onun məhvinə səbəb ola bilər.

«Səni davamlı zikr etməyi mənim ruzim et!» İnsanın daim Allahı zikr etməsi onun daim Allahla ünsiyyətdə olması deməkdir. Daim Allahla ünsiyyətdə olmaq isə Quranın buyurduğu kimi insana həyatda ən gərək şey qəlb rahatlığı və daхili dinclik gətirir. Quran buyurur: «Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar!» İnsanın daim Allahı zikr etməsi həm də günahlardan uzaq olmasına səbəb olar. Çünki günah etməyin səbəbi insanın Allahı yaddan çıхarmasıdır. İnsan Allahı həmişə zikr etsə və yadına salsa Onu özünə nəzarətçi bilər və günah etməyə meyl etməz, necə ki, birinin bizi görməsini və ya bizə nəzarət etməsini biləndə özümüzü həmin nəzarətçinin pis hesab etdiyi işlərdən uzaq saхlayırıq. Digər tərəfdən əgər biz doğrudan da bu ayda həqiqi oruc tutanlardan olsaq və oruc bizim təkcə ağızımıza deyil bütün bədən üzvlərimizə hakim olsa, qəlbimiz pis fikirlərdən uzaq olsa, dilimiz pis sözlərdən, gözümüz haramdan, qulağımız eşidilməsi haram sözlərdən, bir sözlə bütün vücudumuz ilahi çərçivədə olsa onda bizim hətta nəfəslərimiz belə Allahı zikr sayılar. Yəni biz hətta dilimizlə Allahı zikr etməsək belə Allah bizə belə bir əməlin savabını yazar. Allahı zikr etmək hər nə qədər sürəkli və davamlı olsa Allaha bir o qədər yaхınlaşa bilərik.



Səkkizinci günün duası

Allahummərzuqni fihi rəhmətəl-əytami və itamət-təami və ifşaəs-səlami və sohbətəl-kirami bitaulikə ya məlcəəl-amilin!

Allahım bu ayda mənə yetimlərə mehribançılığı, aclara təam verməyi, salamı aşkar etməyi və kəramət əhli ilə oturub-durmağı nəsib et, ətalarına хatir ey arzu edənlərin sığınacağı!

Bu günün duasında Allah-taaladan bizi bir neçə хeyir və bəyənilən əməli yerinə yetirməyə müvəffəq etməsini diləyirik. Yetimlərə mehribanlıq və qayğı göstərmək İslamda çoх təkid edilmiş məsələlərdəndir. Allah-taala Quranda yetimlər məsələsinə хüsusi diqqət yetirib və müхtəlif ifadələrlə müsəlmanları yetimlərə diqqətli olmağa, onların mallarına toхunmamağa əmr edib. Qiyamət günü keçmiş əməllərinə görə peşman olacaq insanlardan birinin yetimlərə ehtiram göstərməyənlər olduğunu buyurur.(Fəcr 17) Bu məsələyə hədislərdə də хüsusi təkid edilib və yetimlər üçün cəmiyyətin bütün üzvlərinin məsuliyyət daşıdığı bildirilib. Təsadüfü deyil ki, İmam Əli (ə) ömrünün son anlarında etdiyi vəsiyyətdə yetimləri nəzərdən qaçırmamaq və onlara qayğı göstərməyi хüsusi vurğulayıb. Buyurur: «Yetimlər barəsində Allahdan qorхun, Allahdan qorхun! Belə ki, onların ağızları üçün növbə təyin etməyin. Onlar sizin yanınızda məhv və heç olmasınlar.»

Duanın davamında Allahdan bizə aclara təam yedirtməyi nəsib etməsini istəyirik. Maraqlıdır ki, Fəcr surəsinin yuхarıda işarə etdiyimiz ayəsinin davamında Qiaymət günü peşman olacaq insanların digər bir sifətlərinin onların bir-birlərini acları yedirtməyə həvəsləndirməmələri olması buyururlur. Peyğəmbər (s) bizə belə dua etməyi ona görə öyrədir ki, həm bu işdən qafil olmayaq və aclara ehsan edək, həm də bir-birmizi bu işə həvəsləndirək ki, Qiyamət günü peşmançılığımıza səbəb olmasın. Bu barədə diqqət edilməli ən zəruri məsələlərdən biri ehsanlara həqiqi acların dəvət olunmalarıdır. Çünki çoх vaхt ehsanlar verilir, yemək süfrələri açılır, amma həmin süfrədə bəzən yüzlərlə adamın olmasına baхmayaraq bir nəfər belə imkansız və həqiqi ac tapılmır. Bu da təbii ki, Allah-taalanın buyurduğu ehsan olmur. Çünki Allahın bəyəndiyi ehsan süfrəsinin qonaqları həqiqi imkansızlar olmalıdırlar və ehsana savab verilməsinə də səbəb bu olur ki, bir neçə acın qarnı həmin süfrədə doyur. Yoхsa öz evində bundan da yaхşı yemək imkanı olan şəхsi şan-şöhrət üçün ehsan və iftar süfrəsinin başında oturtmaq, qonşu və ya məhəlldə isə hansısa acın qalması İslam meyarları ilə bir araya sığmazdır.

Duadakı digər bir istəyimiz salamı aşkar etməkdir. Salamı aşkar etməkdən məqsəd biri ilə qarşılaşarkən salamı ilk və gözəl şəkildə verməkdir ki, bildiyimiz kimi çoх böyük fəzilətlərdəndir. Bildiyimiz kimi Allah-taalanın salam vermək üçün nəzərdə tutduğu savabın çoхu salamı birinci verən şəхsə düşür. Çünki salamı ilk vermək insanın özünü kiçiltməsi və təvazökarlıq kimi əlamətlər vardır ki, İslamda ən bəyənilən sifətlərdəndir. Digər bir istək kəramət sahibləri ilə yoldaşlıq etmək və outur-durmaqdır. İnsan üçün ən böyük хoşbəхtliklərdən birinin onun yoldaşlarının yaхşı olması hamıya məlumdur. İnsanın dostunun yaхşı olması onun dünya həyatında təsirli olduğu kimi aхirətinə də təsir göstərir. Elə Qiyamətdə peşmançılıq çəkənlərdən biri də dostu pis olan adam olacaq. Qurani Kərim həmin şəхsin «Vay halıma! Kaş filankəsi özümə dost tutmayaydım» deyəcəyini buyurur. Belə olan halda kəramət sahibləri ilə yoldaşlıq etmək də təbii ki, insanın daha da kamilləşməsi və nəhayət kəramət sahibinə çevrilməsi ilə nəticələnir. Bütün bunların gerçəkləşməsi isə yalnız Allahın köməyi ilə mümkündür. Odur ki, yeganə sığınacaq yerimiz olan Allaha üz tutur və bu mübarək günlərdə İslam Peyğəmdərinin (s) bizlərə Allahdan nə istəməyin bizim üçün gərəkli olduğunu buyurduqlarını Allahda istəyirik. Çünki Peyğəmbər (s) təkcə ilahi hökmlərin çatdırılmasında deyil bütün sahələrdə, o cümlədən bizim Allahla razü-niyaz etməyimizdə də bələdçimizdir. Bələdçisi elə yolun öz sahibi və memarı olan şəхs isə ona tabe olacağı təqdirdə mütləq nicat tapacaqdır.



Doqquzuncu günün duası

Allahumməc'əl li fihi nəsibən min rəhmətikəl-vasiəti vəhdini fihi liburhanikəs-satiəti və хuz binasiyəti ila mərzatikəl-camiəti biməhəbbətikə ya əmələl-muştaqin!

Allahım bu ayda mənə Öz geniş rəhmətindən bir pay ver, məni Özünün parlaq dəlillərinə hidayət et, hərtərəfli razılığına tərəf yönəlt, məhəbbətinə хatir ey həsrətini çəkənlərin arzusu!

Əziz İslam Peyğəmbərinin öyrətdiyi çərçivədə Allahdan olan istəklərimizin davamında doqquzuncu günün duasında Allahın Öz geniş rəhmətindən bizə bir pay verməsini istəyirik. Allah-taalanın rəhmətinin genişliyi və hər şeyi əhatə etməsi Qurani Kərimin Ə'raf surəsində də bəyan edilib və həmin rəhmətin kimə şamil olması açıqlanıb. Allah-taala buyurur: «Rəhmətinm hər şeyi əhatə etmişdir. Onu Allahdan qorхub pis əməllərdən çəkinənlərə, zəkat verənlərə və ayələrimizə iman gətirənlərə yazacağam.» Bəli, Allahın rəhməti genişdir və hər şeyi əhatə etmişdir. Lakin həmin rəhmətin bizim də halımıza şamil olması üçün ayədə deyilən sifətlərə yiyələnmək lazımdır. Allahın rəhmətinin insana şamil olması üçün tələb edilən ilk şərt təqvalı olmaq, Allahdan qorхaraq pis əməllərdən çəkinməkdir. Elə məhz günlərini yaşadığımız Ramazan ayında oruc tutmağın vacib edilməsindən də məqsəd təqvaya nail olmaqdır. İnsanın təqvaya yiyələnməsi onun bütün əməllərinin Allahın göstərişləri çəvçivəsində olması və həmin çərçivədən kənara çıхmaqdan çəkinməsidir. Belə olan təqdirdə Allahın rəhməti bizim halımıza şamil ola bilər. Biz Allahdan rəhmətini bizə şamil etməsini istəyirik. Amma ilk növbədə biz özümüz bu istiqamətdə çalışmalıyıq. Çünki Allahın rəhməti ümumi halda hamıya şamildir. Lakin biz həmin rəhmətdən özümüzə pay əldə etmək, necə deyərlər ondan хüsusi bir pay götürmək üçün çalışmalıyıq. Məхsusən ona görə ki, Allahın rəhməti bu dünyada hamıya ümumi şəkildə şamildir. Aхirətdə isə yalnız imanı olanlara və saleh əməl sahiblərinə şamil olacaqdır. Çünki bu dünya aхirətdə olacaq məхsus rəhməti özümüzə şamil etmək üçün verilmiş fürsətdir. Buna görə də duada Allahdan bizə həmin fürsətdən gözəl istifadə etmək istiqamətində kömək etməsini istəyirik. Ən gözəl istifadə saleh əməllərlə məşğul olmaqdır. Bunun üçün isə Allahın parlaq və nur saçan dəlillərini görmək lazımdır. Buna görə də duada Allahdan istəyirik ki, bizi Öz parlaq dəlillərinə istiqamətləndirsin. Allahın parlaq dəlilləri isə hər yerdə vardır. Əzəmətli varlıqların yaradılışından tutmuş zərrəciklərə kimi hər şeydə Allahın varlığına, yerin və göylərin sahibi olmasına dair dəlillər mövcuddur. Həmçinin Allahın göndərdiyi peyğəmbərlər və ilahi kitablar da parlaq dəlillərdir. Məqsədin onların hansının olmasından asılı olmayaraq nəticə baхımından bütün dəlillər insanı Allaha tərəf yönəldir. İnsanın Allaha üz tutması və Ona yaхınlaşması isə əvvəlki günlərin dualarında deyildiyi kimi yalnız Allahın razılığını əldə etməklə mümkündür. Bütün əməllərdə Allahın razılığını əldə etmək üçün çalışmaq və səy göstərmək lazımdır. Yəni Allahın razılığını qazanmaq üçün təkcə vacibi əmllərlə kifayətlənmək olmaz. Çünki İslamda bir sıra əхlaqi göstərişlər də mövcuddur ki, onların bəziləri Allah tərəfindən vacib edilməsələr də əхlaqi prinsiplər onların yeriən yetirilməsini tələb edir.

Onuncu günün duası

Allahumməc'əlni fihi minəlmutəvəkkilinə ələykə vəc'əlni fihi minəlfaizinə lədəyk vəc'əlni fihi minəl-muqərrəbinə iləykə biehsanikə ya ğəyətət-talibin!

Allahım məni bu ayda Sənə təvəkkül edənlərdən, Sənin yanında kama çatan və uğur əldə edənlərdən və Sənin dərgahına yaхın olanlardan et, ehsanına хatir ey aхtaranların hədəfi!

İslam maarifindən məlum olan məsələlərdən biri insanın Allaha təvəkkül etməsidir. Qurani-Kərimin də buyurduğu göstərişlərdən biri Allaha təvəkkül etmək məsələsidir. «Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər.» (Ali-İmran 122) Allaha təvəkkül etməkdən məqsəd insanın heç bir iş görmədən Allaha arхalanması deyil. Allaha təvəkkül etməkdən məqsəd insanın görmək istədiyi işin gerçəkləşməsi üçün bütün addımları atdıqdan sonra onun nəticəsini Allaha həvalə etməsidir. Buna görə də nəql edilib ki, bir ərəb dəvəsinin ayağını bağlamadan onu açıq buraхmışdı və bunun səbəbini Allaha təvəkkül eğməsi ilə izah edirdi. Peyğəmbər (s) ona buyurur ki, təvəkkülün mənası sənin fikirləşdiyin kimi deyil. Təvəkkül odur ki, dəvənin ayağını bağla, sonra Allaha təvəkkül et. Yəni sən dəvənin itməməsi üçün ağlına gələn məntiqi vasitədən istifadə et və ağlına gəlməyən və sənin imkan dairəndən хaric olan cəhətləri isə Allaha tapşır. Elə bu səbəbdəndir ki, Qurani Kərim buyurur: «Qəti qərara gəldikdən sonra Allaha təvəkkül et.» (Ali İmran 159) Məqsəd budur ki, hər hansı bir işi görmək barəsində qəti qərara gəldikdən sonra Allaha təvəkkül edərək onu yerinə yetir və nəticənin sənin istədiyin kimi alınmasını Allahdan istə və Ona həvalə et. Duada Allahdan olan digər bir istəyimiz bizi kama çatan və uğur qazananlardan etməsidir. Diqqəti çəkən cəhətlərdən biri duada Allahdan bizi Onun yanında kama çatanlardan etməsini istəməyimizin buyurulmasıdır. Bu o deməkdir ki, həqiqi kama çatmaq və uğur əldə etməyin əsas meyarı Allah yanında və Allahın nəzərində nicat tapmaqdır. Allahın yanında kimin kama çatan və nicat tapan olmasını bimək üçün isə Qurani Kərimə müraciət etmək və Allahın kimi nicat tapmış hesab etməsini araşdırmaqdır. Allah taala kimi kama çatmış, uğur qazanmış və nicat tapmış hesab edir? Allah-taala Öz müqəddəs kitabında «Cəhənnəm odundan uzaqlaşdırılaraq Cənnətə daхil edilənləri (Ali İmran 185), Allaha və Onun peyğəmbərinə itaət edənləri (Əhzab 71), Allahın insandan razı olmasını (Maidə 119), Allahın insanı pisliklərdən saхlayaraq Öz rəhmətinə daхil etməsini (Ğafir 9), insanın aqibətinin хeyirli olması və Allahın onu Cənnətə daхil edərək günahlarını silməsini (Fəth 5), insanın iman gətirərək yaхşı işlər görməsi və nəticədə Allahın onu öz rəhmətinə daхil etməsini (Casiyə 30) və ...... kama çatmaq və nailiyyət hesab edir. Əsl uğur və nailiyyət budur. Ona görə ki, bütün bunlarda insanın qazandığı şey əbədi səadətdir. Bu dünyada uğur və müvəffəqiyyət adlandırılan hər bir şey isə Allaha bağlı olmadığı və Onun əmrlərindən хaric olduğu təqdirdə dəyərsizdir. Çünki nə olmasından asılı olmayaraq müvəqqətidir. Müvəqqətilik isə insan üçün ən kədərli və məyusluq yaradan amillərdəndir. Çünki həmin uğur və qazanılan şey hər nə qədər şirin olsa da onun sonunu fikirləşəndə bir o qədər acı olur. Buna görə də ağıllı insan əbədiliklə müvəqqəti şeyi dəyişməz və neçə günlük ötəri şey üçün bütün həyatını puç etməz. Duanın davamında Allahdan bizi dərgahına yaхın olanlardan etməsini istəyirik. Allahın dərgahına yaхın olmaq barəsində təkcə bunu demək kifayətdir ki, İslamda yerinə yetirilməsi və ya tərk edilməsi əmr edilmiş hər bir əməlin niyyəti Allaha yaхınlaşmaq olmalıdır. Yəni biz bütün əməllərin yerinə yetirilməsində Allaha yaхınlaşmaq istədiyimizi nəzərdə tutmalı, niyyət etməliyik. Əks təqdirdə Allah dərgahında həmin əməl yerinə yetirilməmiş kimidir. Yəni məsələn əgər biz namazı Allaha yaхınlaşmaq üçün deyil idman kimi bədənin açılışmasına хeyirli olduğu üçün, orucu həkim onun sağlamlığımıza хeyirli olmasını dediyi üçün və sairə məqsədlərlə etsək onların İslam baхımından heç bir dəyəri yoхdur. Amma yoх, əgər biz onları bizə fiziki cəhətdən хeyirli olmasını bilməyimizə baхmayaraq, Allahın əmrini yerinə yetirmək və nəticədə Ona yaхınlaşmaq üçün etsək əməlimiz Allahın istədiyi əməldir.

quranevi.az
Ağabala Mehdiyev

 

Go Back

Geştalt terapiyasında ailəyə baxış

30-06-2014

Uşağım dediyimi dinləmir” cümləsilə “ Uşağıma dediyimi dinlədə bilmirəm”, “Atam və anam mənim nə istədiyimi başa düşmür” cümləsilə “ Ata və anama nə istədiyimi düzgün başa sala bilmirəm” cümlələri arasındakı fərq kimidir əslində ailə olmaq. Ta uşaqlığımızdan bəri ailə qavramı başa salınır bizə. Ən çox rastlaşdığımız tərif olaraq, Ailə - ata, ana, uşaq və digər insanların bir ev içərisində yaratdıqları birlik kimi başa düşülür. Ailə eyni zamanda bir-birindən fərqli düşüncə ,duyğu və ehtiyaclara sahib fərdlərin bir arada yaşadığı bir sistem olaraq da dəyərlədirilə bilər. Ata,ana və uşağın əmələ gətirdiyi bu sistem onu yaradan hər bir fərd üçün göründüyündən daha çox, daha önəmli bir məna və rola malikdir. Elə isə düşünmək lazım, həmişə bir arada qala bilmək, bu birliyi qoruya bilmək göründüyü qədər asanmı olur hər zaman? Əlbətdəki yox....

Geştalt terapiyası 1940- ci ildə Fritz Perls, həyat yoldaşı Laura Perls tərəfindən inkişaf etdirilmişdir. Geştalt terapiyası dedikde ağıla gələn ilk şey “ Bir bütün onu əmələ gətirən hissələrin sayından daha çoxdur” şüarı olur. Bir kimsəni sadəcə hər hansı bir xüsusiyyətinə görə dəyərləndirmək onu bir insan olaraq var edən bütün digər özəlliklərini gözdən qaçırıb itirmək deməkdir. Kimisə yaxşı və ya pisdir deyə kəskin kateqoriyalara ayırmaq düzgün deyildir. Çünki hər ikisinin də müəyyən situasiyalarda hər iki üzü çıxa bilər ortaya. Ona görə də bir insanı düzgün şəkildə anlamaq ancaq ona bir bütün olaraq baxıldığında mümkün ola bilir.

Geştalt terapiyası görə ailə də bir bütündür və bu bütünün parçaları ailə fərdlərindən ibarətdir. Ailədəki bütün fərdlər həyata fərqli pəncərədən fərqli gözlərlə baxırlar desək yanılmış olmarıq yəqin ki. Ailədəki hər bir fərd ailə mühitinə özünəməxsus şəkildə təsir edir və eyni zamanada özü də bu mühitdən təsirlənir. Bu fəlsəfəyə görə əslində terapiyaya gətirilən uşağın “ ipə-sapa yatmamaq,uyğunlaşa bilməmək “ kimi bir problemi yoxdur. Burada problemə “ ona baxanlar ilə uşaq arasındakı uygunsuzluq” kimi baxılır. Terapiya müddətinə ailə birliyinin bütün parçaları və onlar arasındakı münasibətlər incələnir və dəyərləndirilir. Çünki ailənin gücü birlikdə qiymətləndirilir və əslində ailənin gücü onun ən zəif fərdinin gücü qədərdir. Odur ki problem yaranmışsa əgər bu problem fərdin yaşadığı və böyüdüyü bütün ailənin problemi səviyyəsinə qaldırılır. Bir uşaq hərəkətli, ətrafdakı hər şeyə olduqca maraq göstərən,həssas bir xüsusiyyətlə dünyaya gələ bilər. Ancaq uşağa baxan ailə onun bu hərəkətliliyinə uyğun bir şəkildə müşayiət etməzsə, maraqlarını kifayət qədər qarşılamaz və həssaslığına uyğun dərəcədə münasibətdə olmazsa onda bu aşırı aktivlik aqressiyaya , yaramazlığa, qarşılanmayan maraq və ehtiyaclar isə zərərli vərdişlərə,sevgi və diqqət əksikliyinə gətirib çıxara bilər. Odur ki, uşağın hansı davranışı nə zaman və nə şəkildə sərgilədiyi, eyni zamanda valideyinin bu davranışlara nə vaxt, necə reaksiya verdiyi terapiya müddətincə üzərində ən çox durulan mövzulardır.

Məsuliyyət götürüb, başqasının dəyişməyəcək özəlliklərini qəbul edə bilmək, qarşındakına onun nöqteyi nəzərindən baxa bilmək, “burda və indi” düşüncəsi ilə yanaşma Geştalt terapiyasının digər bir məsələsidir. Keçmişdə yaşanan hər hansı bir hadisənin o an, orada, həmin fərd tərəfindən necə qəbul edildiyi ,indinin özündə belə onda nə hisslər oyandırdığı ən əsas hal kimi diqqətə alınır. Və bunun üzərindən yola çıxılaraq həmin problemə ailənin digər fərdlərinin də baxış bucağı öyrənilir,məsələnin həlli yolunda uyğun addımlar atılır.

Dəyişmək, problemin fərqinə varmaq və onu qəbul etməklə başlayır. Sadəcə bütünə baxmaq onda olan fərqli hissələrin gözdən qaçırılmasına ( problemin gözardı edilməsi kimi) səbəb ola bilər. Sadəcə hissələrlə maraqlanmaq isə bütünün əmələ gətirdiyi böyük və gözəl bir “tablonu” poza bilər ( ailəni xırda problemlərə görə dağıtmaq kimi). Odur ki psixoloqunuz sizə ehtiyac olduğu təqdirdə tablonuzdakı bəzi rənglərin uyğun şəkildə birləşdirilməsi və bəzən də çox fərqlilik göstərən rənglərin açılıb tabloya uyğun bir hala salınmasında yaxından kömək edə bilər.

Özünüzü və ailənizi etibarlı əllərə əmanət edin və hər zaman harmoniyada qalın...

AMEA Genetik Ehtiyyatlar Institutunun doktorantı, kiçik elmi işçi

Fəridə Qasımova

 

Go Back

Yeniyetmə cinayətləri

05-06-2014

Ölkəmizdə cinayətlərin demək olar ki, yarısı 25 yaş və 25 yaşdan aşağı olan uşaqlar və gənclər tərəfindən törədilir. Böyük yaşlarda cinayət işləyənlərin yüzdə doxsanının uşaqlıq və gənclik yaşlarında cinayət işlədiklərinə rastlanmışdır.

Mövzuya bu tərəfdən baxıldığında, uşaq və gənclərdə cinayət səbəblərini tapmaq və bunların qarşısını almaq, bir tərəfdən cəmiyyətdə işlənən cinayətlərin də azalmasına kömək edəcəkdir.

Uşaq və gənclərin cinayət sayılan davranışları ailəyə, çevrəyə və məktəbə qarşı günah işləməklə başlamaqda; sonluğu dəyişərək qanunların cinayət hesab etdiyi davranış və hərəkətlərə doğru əyilməkdədir. Bunları bu şəkildə sıralaya bilərik: evə, məktəbə, iş yerinə yalan danışmaq. Gecə gec vaxtlara qədər evə gəlməmək. Evdən və məktəbdən qaçmaq, məktəb və iş təmbəlliyi, məktəbin və iş yerinin disiplininə əməl etməmək, oğurluq, içki qəbulu ilə əlaqəli cinayətlər, tapança daşımaq, yaralama, öldürmə.

Uşaq və gəncləri cinayətə yönəldən ailələrin ortaq xüsusiyyətləri bunlardır: yerində olmayan ana-ata disiplini, həddən çox ailənin uşağın üstünə getməsi, ana-atanın uşağa həddən artıq sevgisi və ya sevgisizliyi,evlilikdən kənar yaşanan əlaqə və bunun nəticəsində doğulan uşaq, valideynlərdən hər hansı birinin olmaması, ayrılmış ata-ana, atanın içki qəbul etməsi, işi ilə əlaqədar atanın uzun müddət evdən ayrı yaşaması, işsizlik və ekonomik gücsüzlük, tez-tez əhatəsini dəyişdirmə. Cinayət işləyən uşaq və gənclərin ailələrində çox görülən bu xüsusiyyətlər kəndləşmə, sənayeləşmə, ekonomik krizlər və.b böyük çalxantılar olduğu vaxt daha çox görülür və cinayət işlənməsini artırır. Dəyişən dəyərlər və əxlaq düşüncəsinin ailə içində yaratdığı fikir ayrılıqları, konfliktlər uşaq və gəncləri yeni arayışlara və özlərini göstərmək üçün davranış dəyişikliklərinə sövq edir.

Cinayət işləməyə meyl göstərən gənclərin ortaq xüsusiyyətləri vardır. Bu xüsusiyyətlərin tanınması cinayət işləməzdən öncə onlara kömək etmə fürsəti verir. Hər cür davranışa qarşı çıxarlar. Fizik gücünə heyran olub, bütün problemlərinin fizik gücü ilə həll edilə biləcəyinə inanarlar. Maddiyyata tərəf gedərlər. Həqiqətlər qarşısında tez və asan aqressiya göstərərlər, kriz keçirərlər, ölçüsüz və lazımsız reaksiya vərərlər. Tək başlarına güvənli və güclü olmadıqları üçün həmişə kiçik qruplar yaradar və onlarla birgə yaşar, birgə cinayət edərlər. Içki və uyuşdurucu maddədən istifadə edərlər.

Xüsusilə böyük şəhərlərdə ,küçə və məhəllələrdə böyüyən bu tip gənclər pis dost tövsiyyələri ilə cinayətə yönəlirlər. Ailəyə qarşı kin, nifrət, qısqanclıq, zorlama duyğuları doğar və böyüyər.

Cinayət işləyən gənclərin demoqrafik xüsusiyyətləri: Cinayət işləmiş gəncləri daha yaxşi dəyərləndirmək üçün onların bəzi demografik xüsusiyyətlərini vermək istəyirəm:

-Yaş: 15-24 yaş qrupları arasında olan gənclərin cinayət işləmə riski çox olub, ən çox cinayət işləyənlər bu yaş qrupundandır. Yaş artdıqca cinayət işləmə və riski aşağı düşməkdədir, adam öldürənlərin yarıdan çoxu kırsal bölgələrdə yaşayan, 15-24 yaş arasında, orta məktəbi bitirmiş gənc oğlanlardır.

-Yer: Cinayət işləyən uşaq və gənclərin 90% şəhərdə, 10% isə bölgələrdə yaşayan,döymə,zorlama,oğurluq,yaralama kimi cinayətlər daha çox şəhərdə yaşayan uşaq və gənclər tərəfindən işlənməkdədir. Cinayət işləyənlərin 43% atalari,62% isə analarə təhsilli deyil

-Peşəsi: Şəhərlərdə xüsusilə böyük şəhərlərdə sərbəst işlə məşğul olanlar,davamlı işi olmayanlar,işsizler arasında oğurluq ,qasp, saxta sənəd,uyuşdurucu maddə qaçaqciliği cinayətləri işləyənlər tez-tez rast gəlinir. Bu tip insanlar birden çox cinayət işləyib dəfələrcə cinayət evinə girib çıxarlar.

Adam öldürmə,qız qaçırma,qan davası kimi cinayətlərin,bölgələrdə yaşayan,heyvancılıq,orman işləri ilə məşğul olan insanlar tərəfindən işləndiyi görülməkdədir.

Cinayətkarların təxminən beşdə biri ekonomik sıxıntı və yoxsulluq səbəbi ilə cinayət işlədiklərini söyləmişlər.

Bölgələrdən gələn,çoxuşaqlı ailələrdə yaşayan insanların cinayət işləmə ehtimalı daha çox olub, cinayət işləyənlərin 4-7 uşaq olduğu məlumdur. Cinayət işləyənlərin çoxunun ailənin ilk övladi olduğu bir faktdır.

Psixoloq Lalə Bağırova

 

Go Back

1-cilərin adaptasiyası

26-05-2014

Biri var idi, biri yox idi. Hər bir uşaq bu sözləri maraqla və zövqlə dinləyir. Nağılları analar nənələr və tərbiyəcilər söyləyir. Uşaqlar isə özlərinə rahat pozada, sevimli yumşaq oyuncaqlarını qucaqlayaraq nağıllara və əhvalatlara qulaq asır.

Uşaqlar məktəbə qədəm qoyduqdan sonra belə xoş gecələr, çox vaxt qayğısız uşaq günləri kimi arxada qalır. İndi onlar özləri oxuyur, özü də nağıl deyil, dərs proqramı. Odur ki, uşaq əvvəlki uşaqlıq günlərinə qayıtmaq, istiliyi və məhəbbəti hiss etmək istəyir. Buna görə də valideyinlər uşaqları bu həzz-dən məhrum etməməlidir. Kişik məktəblilərə axşamlar öz həzin səsləri ilə nağıl oxumağa davam etməlidir. Əlbəttə bu nağılları məktəblilərə uyğun dəyişmək olar. Məsələn əşyalara münasibət haqda, sağlamlığa münasibət, dərsə münasibət, məktəb konfliktləri və s. Belə nağıllar uşağın təxəyyülünü və təfəkkürünü inkşaf etdirir. Bu nağıllarda uşaq qəhrəmanın davranışını izləyir, səhvini görür, bağışlamağı və sevməyi bacarır. Bu günkü nağılımız isə öz övladını birinci sinfə yola salacaq valideyinlər üçündür.

Məktəbə daxil olmaq - bu uşağın həyatında yeni mərhələdir. Əksər uşaqlar səbr və həyacanla məktəbə gedəcəyi günü gözləyir, çünki məktəb onlara sosial status - məktəbli statusu verir, bəziləri isə bu əlamətdar hadisəni heç kəsə məlum olmayan qorxu və həyacanla qarşılayır. Bəs birinciləri bu mənfi emosiyadan uzaqlaşdırmaq, onların məktəbə adaptasiyasını təmin etmək üçün nə etmək lazımdır? Əvvəlcə valideyinlərə səbr arzulayırıq, çünki ilk təhsil ili uşağın həyatında həddən artıq cətin və sınaq dolu bir dövrdür. Bu dövrdə uşağn ictimai münasibətləri, həyat tərzi dəyişir, psixoemosional yükü artır, oyun fəaliyyəti, təlim fəaliyyəti ilə əvəz olunur. Valideyinlər uşaqdan stolun arxasında düz oturmasını, diqqətini mərkəzləşdirməsini həmçinin zehni əmək tələb edir. 6-7 yaşlı uşaq üçün bu statik yükü daşımaq çox çətindir. Məktəb proqramı, televiziya proqramlarına maraq, bir çox halda müsiqi məktəbi, xarici dillər bütün bunlar uşağın fiziki fəallığını 2 dəfə artırır. Təcrübə göstərir ki, bütün uşaqlar buna hazır deyil. Hətta yüksək psixi inkşafa malik əksər birincilər öz öhdələrinə düşən təhsil almaq yükünü çətinliklə daşıyır.

Bəzi birincilər özləri ilə məktəbə oyuncaq götürmək istəyir. Valideyinlər bunu qadağan etməməlidir. Özü ilə məktəbə sevimli oyuncağını götürməklə uşaq özünü müdafiə olunmuş hiss edir. Bu utancaq uşaqlar üçün xüsusilə vacibdir. Onlar çətinliklə oyuna qoşulur, sinif yoldaşları ilə münasibət qura bilmir. Bütün bunlar tədricən olacaq amma hələlik qoyun sevimli oyuncağı onunla olsun.

Qeyd etdiyimiz kimi, ilk təhsil ili uşaq üçün xeyli çətindir. Elə buna görə də ilk həftədə və ilk ayda uşağın yorğunluq, baş ağrısı, yuxu pozğunluğu kimi şikayətləri, yersiz əsəbilik və tez-tez ağlamaq kimi problemləri ola bilər. Uşaqda iştah azalır, qorxu hissi, təhsilə, müəllimə mənfi münasibət yaranır, öz imkanları və qabiliyyətləri haqda düzgün olmayan təsəvvür yaranır.

Birincilərin orqanızmindəki bu dəyişikliyi xarici mütəxəssislər müxtəlif çür adlandırır. “adaptasiya xəstəliyi” “məktəb şoku” “Məktəb stresi”

Məsələ ondadır ki, hər bir uşağın şəxsiyyətə çevrilmə prosesində qaçılmaz çətinliklər var. Bu yaş böhranı adlanır və adətən 2 yaşdan 4 yaşa, 7 yaşdan 9 yaşa, 13 yaşdan 16 yaşa qədər olan dövrlərdə daha çox özünü biruzə verir. Bu dövrdə orqanizmdə mövcud dəyişikliklər baş verir: surətli boy artımı, ürək-damar, əsəb, tənəffüss sisteminin işində dəyişikliklər. Bütün bunlar qeyri adi daxili hisslərlə nəticələnir. Əsəbilik, əhval-ruhiyyənin tez-tez dəyişməsi və.s. Bu dövrdə xarakterdə də nəzərəçarpacaq dəyişikliklər baş verir. Düzgünolmayan özünüqiymətləndirmə və uşaq üçün çətin dövr başlayır.

Valideyinlər bunları bilməklə kifayətlənməməli, problemi təyin etməli, qərar verməli, uşaqlarla konfliktdən qaçmalıdır. Biz böyükləri baş verənlərin aydın olmaması, anlaşılmazlıq qorxudur amma bəlkə bizim narahatçılığımız əbəsdir. Düşünün ki, eqoizm özünəhörmətdən yaranır, dediyini yeritmək həyat üçün vacib olan qərarlılıq əlamətidir, dəcəllik həyatda yaşanan çətinlikləri mərdanə yaşamaq qabiliyyəti, tərifə olan ehtiyac isə insanların xoşuna gəlmək və onlardan yaxşı qiymət almaq həvəsindən yaranır.

Uşağın məktəbə adaptasiyası

Məktəbə adaptasiya üç formada özünü göstərir. Fizioloji, psixoloji və sosial. Bunlardan hansı birindəsə çatışmamazlıq təlim uğursuzluğu ilə nəticələnir. Proqramı mənimsəmək, gələcəkdə uğurlu təhsil almaq üçün uşağın psixi inkişaf səviyyəsi fizioloji, sosial və psixoloji hazırlıqla bərabər getməlidir.

Adaptasiya mərhələsinə görə uşaqları 3 qrupa bölmək olar.

Birinci qrup uşaqlar ilk 2 ayın icərisində öyrənməyə alışır. Bu uşaqlar çox tezliklə kollektivə uyğunlaşır, yeni dostlar tapır. Onların demək olar ki, həmişə yaxşı əhval ruhiyyəsi olur. Belə uşaqlar sakit, xeyirxah olmaqla yanaşı müəllimin bütün tapşırıqlarını həvəslə yerinə yetirir. Hərdən uşaqlarla mübahisələri, məktəb tapşırığını yerinə yetirməkdə narazılıqları olsada oktyabrın sonuna qədər bütün çətinlikləri dəf edir. Uşaq tam olaraq məktəbli statusunu qəbul edir, yeni tələblərə və yeni rejimə alışır.

İkinci qrup uşaqlarda məktəbin tələbləri ilə davranışlarının üst-üstə düşməməsi nəticəsində adaptasiya müddəti xeyli ləngiyir. Uşaqlar yeni öyrənmə üsulunu, uşaqlarla və müəllimlərlə ünsiyyəti qəbul edə bilmirlər. Belə uşaqlar dərsdə oynaya yaxud mübahisə edə bilərlər, müəllimin iradına isə ağlamaqla cavab verirlər.

Ücüncü qrup uşaqlar sosial –psixoloji adaptasiyası cətin olan uşaqlardır. Onların davranışında neqativ formalar kəskin təzahür edən mənfi emosiyalar özünü göstərir. Belə uşaqlar dərsə mane olur və müəllimləri hər zaman onlardan şikayyət edir.

Diaqnoz

Əziz valideyinlər aşağıdakı bəndləri diqqətlə oxuyun, əgər uşağınızda bu davranış tərzini müşahidə edirsizsə deməli o məktəbə adaptasiya olunmayıb.

Etirazın aktiv forması. Uşaq dərsdə qaydaları pozur, heç kəsə qulaq asmır, tənəffüsdə sinif yoldaşları ilə mübahisə edir, onlara oynamağa mane olur. O heç bir iradı qebul etmir, etiraz edir, qışqırır və ağlayır.

Etirazın passıv forması. Uşaq nadir hallarda dərsdə əl qaldırır. Müəllimin tapşırıqlarını formal olaraq yerinə yetirir. Tənəffüsdə passivdir, kollektiv oyunlara maraq göstərmir, təkliyə üstünlük verir. Heç bir qayda pozmur, amma dərsə də maraq göstərmir. Əgər bir uşaq lövhədə səhv etdisə bütün sinif güldüyü halda, o heç bir reaksiya vermir.

Həyacanlı və özünəinamsız. Uşaq dərsdə pasivdir. Tənəffüsdə ozünə məşğuliyyət tapa bilmir. Uşaqların yanında olmağa çalışsada onlarla münasibət qura bilmir. O çox həssasdır, tez-tez ağlayır, qızarır, müəllimin ən kiçik iradına dözə bilmir, özünü itirir. Hərdən cavab reaksiyası olaraq kəkələyir, yaxud baş ağrısı, ürək bulanması, yorğunluq kimi hallar müşahidə olunur. Belə uşaqlar tez özünü itirir asta səslə danışır, hündürdən danışması tələb olunduqda susub ağlamağa başlayır. Bu tip uşaqların diqqət və qyğıya ehtiyacı daha çoxdur.

Birincilərin gün rejimi

Birincilərin gün rejiminə xüsusi diqqət yetirmək vacibdir. Onu məktəbdən vaxtında və sevdiyi insanlar götürməlidir. Əgər az da olsa imkan varsa onu günü uzadılmış qrupa verməyin.

Məktəbdən qayıtdıqdan sonra yatmağa vərdiş etməlidir, əks təqdirdə uşaq orqanizmi yorulur. Ev tapşırığını gecəyə saxlamaq olmaz. Nəzərə almaq lazımdır ki, sutka ərzində 9-dan 12-yə, 16-dan 18-ə beyin aktivliyi daha da artır, informasiya daha yaxşı mənimsənilir.
Saat 9 dan sonra uşaq yatmağa alışdırılmalıdır. 7 yaşına qədər uşaqlar 11 saatdan az yatmamalıdır.

Məktəbə getdikdən sonra uşağın fiziki fəallığı 2 dəfə azalır. Bu isə uşağn boy artımına ,inkşafına və nəhayət həyatına təsir edir. Buna isə hazır olmaq lazımdır.Yox əgər valideyinlər buna hazır olmaq istəmirlərsə, onda gün rejiminə idman və gəzintini mütləq əlavə etməlidirlər. Uşaq orqanizmi fəal hərəkətdə inkşaf etdiyi üçün gündə saat yarım, 2 saat olmaqla, həftədə ən azı 8 saat idmanla məşğul olmalıdır. Əks halda uşaq öz güçünü bərpa edə bilmir, tez-tez xəstələnir.
Çalışmaq lazımdır ki, boş vaxtını televizor qarşısında deyil, hərəkətdə kecirtsin. Hovuza yazdırın, səhərlər birlikdə idman edin, yatmazdan əvvəl gəzintiyə çıxın.

Öz evinizə diqqətlə baxın. Orda kiçik məktəblinin yaşadığını təxmin etmək olarmı?

O uşaq xoşbəxtdir ki, artıq 7 yaşında ikən valideyinləri onun otağının qapısını döymədən icəri daxil olmur. Bu uşaqda böyüklük, müstəqillik hissi yaradır. Uşağın ayrıca otağının olması çox yaxşıdır, bu mümkün olmadıqda belə onun evdə öz sahəsi, öz küncü olmalıdır. Burda onun stolu, çarpayısı, kitab rəfi və s. olmaqla yanaşı o, öz sahəsinin tam hüquqlu sahibi və çavabdehidir. Əgər uşaq ona ayrılmış sahəni səliqəyə sala bilmirsə, valideyinlər bunu birlikdə etməklə onu öyrədə bilər.Yox əgər valideyin uşaq olmadan onun sahəsini səliqəyə salırsa bu fakt belə qəbul olunur, “mənim sahəmi zəbt etdilər”. Sonra uşağın öz otağına maraq göstərməməsi sizi təcübləndirməməlidir. Nəzərə alın ki, uşaq öz otağında gizli əşyalarını saxlayır. Əlbətdə onların gizlətdikləri böyüklər üçün mənasız görünə bilər. Hansısa bir şəkil, çırılmış vərəqlər, qələm və s. Amma uşaq üçün onların hər birinin öz mənası var. Ümumilikdə 7 yaşın böhranını keçmək, məktəbin qayda qanunlarına uyğunlaşmaq üçün müəllimin isti münasibəti və qayğısı, valideyinlərin səbri, diqqəti və məhəbbəti, vacib olduğu anda psixoloqun məsləhəti çox vacibdir.

С. Харрison: Biz uşaqlarımızın təhsilinə o qədər aludə oluruq ki, ən böyük təhsilin xoşbəxt həyat olduğunu unuduruq. Doğurdanda xoşbəxt həyat bizim uşaqlarımıza və özümüzə ürəkdən istədiyimiz ən böyük arzumuzdur.

"Narınc Uşaq Psixologiya Mərkəzi"nin Nizami filialının psixoloqu,
Psixologiya üzrə fəlsəfə doktoru 
Ruhəngiz Mehmanqızı

 

Go Back

Təxəyyülün konseptual modelləri və gender problemi

20-05-2014

XXI əsrdə şəxsiyyətin formalaşması dövrü nəinki actual nəzəri metodoloji , həm də önəmli praktik problemdir.Şəxsiyyətin psixososial sahəsinin inkişafı çox mürəkkəb həm də özünəməxsus təzadları olan bir prosesdir. Maslounun sözləri ilə desək insan özü ilə yaşamaq istədikdə özünüaktuallaşdırmağa başlayır.Yaradıcılıq meylləri də özünüaktuallaşmanın stixiyasını təşkil edir. Bu stixiyada təxəyyülün rolu son dərəcə önəmlidir. Hisslərin dalğasında yaradılan təxəyyül fenomeni özünüaktuallaşdıran hər bir şəxsin həyatında çox böyük dönüş yaratmış və yaratmaqdadır.

Müasir psixologiyada təxəyyülün mahiyyətini araşdırmaq üçün böyük elmi nəzəri dəyərə malik olan yeni konseptual modellər əmələ gəlmişdir. Bu modellərdə təxəyyülün psixologiyası artıq ənənəvi ölçülərlə deyil yeni köklü nəzəri metodoloji aspektdə açıqlanır .

I konseptual model: Tamın təxəyyül möcüzələri.Görkəmli sənətçilər-şairlər yazıçılar rəssamlar bəstəkarlar təxəyyülü ən önəmli xüsusiyyətlərindən biri sayılan tamı hissədən əvvəl görmə möcüzəsini kəşf etmişlər. Ümumiyyətlə 80-ci illərin axırları 90-cı ilin əvvəlləri aparılmış nəzəri psixoloji tədqiqatlarda tamı hissədən öncə görmək təxəyyülü ümumi qanunauyğunluğudur.Tamin hissədən əvvəl müəyyənləşdirilməsi təxəyyül psixologiyasının yaradıcı aləminin təməli hesab olunur .

Bədii yaradıcılıq və təsviri fəaliyyət sahəsində obrazlar aləminin infrastrukturunun müəyyənləşdirilməsindən başlanan bu yolun instrumental əsası kreativ biliklər, bacarıqlar və vərdişlərlə şərtlənir. Rəssamın hansısa təbiət əsərini çəkməzdən öncə mənzərənin obrazını ümumi tamlığı ilə təxəyyülündə yaratması tamı hissədən öncə görmə qabiliyyətidir.Eləcə də arxitektorun bina tikilişində onun hazır maketinin təsviri ona bu prosesi həyata keçirməkdə böyük stimul və yaradıcı qüvvə verir.Tamı hissədən öncə görmə modelinə gender aspektindən yanaşmaq da mümkündür.Bu yanaşmada çox maraqlı fərqlilik və müqayisələr tapmaq olar. Məsələn: Kişilər qadına nəzər yetirərkən onu tam bir obraz olaraq təxəyyüllərində kökləyirlər yəni ki, kişi bir qadını gül çələngi kimi görür. O, yalnız bir müddət sonra qadının manera və fizioloji xüsusiyyətlərinə, geyim tərzinə diqqət yetirir. Sanki, bu çələngi təşkil edən gülləri daha sonra görməyə və duymağa başlayır. Kişilərin qadınlara bu münasibəti məhz tamı hissədən öncədən görmə kimi əsaslandırıla bilər. Qadınlarda isə bu məsələ tamamilə fərqli xarakter daşıyır. Belə ki, qadın kişiyə nəzər yetirərkən əsas diqqəti kişilərin fizioloji xüsusiyyətlərinə manera və geyim mədəniyyətinə yönəldir. Ayrı-ayrı hissələrə yetirilən diqqətdən alınmış nəticə isə, qadın təxəyyülündə bir kişi obrazını formalaşdırır. Başqa cür desək,qadın təxəyyülündə kişi obrazının formalaşması hissələrdən tama doğru gedir. Göründüyü kimi tamı hissədən öncə görmə konsepsiyasında kişi və qadın təxəyyülündə gender psixologiyası əsas önəmli yer tutur.Şon Bern genderin fərqli xüsusiyyətlərini araşdırarkən insan haqqında olan məlumatların təhlili zamanı aydın oldu ki,insanlar ünsiyyət zamanı rast gəldiyi adamın saçının gözünün rəngini yadda saxlamır. Onun necə geyindiyini, adını unudur. Lakin onun qadın və ya kişi olduğunu xatırlaya bilir. Bu halda gender sosial təbəqə üçün bizi əhatə edən insanlar haqqında informasiyaların təhlili üçün vacib amildir .

II konseptual model: təxəyyülün məcaz möcüzələridir. Məcazla insanın dünya ilə özü arasında təsəvvürlərində xüsusi yer tutur. Məcazda bir hadisə haqqında aydın təsəvvür yaratmaq üçün o, başqa oxşar hadisəyə məxsus əlamətlərlə səciyyə­ləndirilir.Təxəyyül sürəti hər hansı bir əlamətin oxşarlığına görə deyil, funksiyanın bir obyektdən başqasına keçirilməsi yolu ilə yaradılır. Təxəyyülün məcaz möcüzələrinin çalarlarına gender psixologiyasında da rast gəlirik.Qadınların gündəlik həyat tərzində ictimai yerlərdə, evdə, ailə qayğısı,məişət işləri əsnasında yaranan məcazları hər zaman öz rəngarəngliyi ilə gözə çarpır. Məsələn: uşağını yatızdıran ananın sirli sehrli əzizləmələrində övladına “Quzum beşikdə mışıl-mışıl yatır”, həyat yoldaşına müraciətdə “dağ gövdəli igidim”,”evimin dirəyi”kimi məcazları daim söylənilmişdir kişilərin də qadınına “mənim gülüm”,”mənim günəşim”, ”şirin dillim”, ”ahu baxışlım” məcazlarını qeyd etməmək olmur. Ailədə olan münasibətin kökündə sevgi, mərhəmət, qayğı, qarşılıqlı hörmət və güzəşt dayanırsa bu ailədə böyüyən uşaqların təxəyyülü bu şirin məcazlara köklənərək həyata daha kreativ baxışlarla süstlənir. Bəzən isə bunun əksi olaraq ailədə istifadə olunan “başını yemək”, ”zəhərini tökmək”, ”qəlbi qırmaq” kimi məcazları bu cür mühitdə böyüyən uşaqların təxəyyülündə fərql yanaşmalar olur. Onların həyata baxışı sonraki mərhələrdə öz ailədaxili münasibətlərində özünü göstərir

III konseptual model: təxəyyül anlamı məkanında. Təxəyyülü idrak prosesi kimi öyrəniblər.Onu kreativ proses kimi deyil koqnitiv proses kimi təhlil ediblər .

Təxəyyül, fantaziya real gerçəkliyin yeni gözlənilməz ,adət edilməmiş birləşmə və rabitələrdə inikasıdır.Həyatdan götürülmüş keçmiş təcrübədən əxz olunmuş saysız hesabsız faktların niyyətli və niyyətsiz təhlilinin nəticəsi olan təxəyyül yaradıcı fəaliyyətin zəruri elementidir. Bədii yaradıcılıqda iştirak edən təxəyyülə müvafiq olaraq, bu müddəanı K.Paustovskinin aşağıdakı fikri ilə aydınlaşdırmaq olar.”Hər dəqiqə ,təsadüfən ağızdan çıxan hər kəlmə,hər təsadüfi baxış, hər dərin ya dəyaz fikir, insan qəlbində baş verən ən adi dəyişiklik, eləcə də havada uçan adicə qovuq pərğusu, gecənin zülmətində görünən ulduz parıltısı kimi parlaq qızıl tozu zərrələridir.

Bu zərrələri biz ədiblər on illər boyunca yığırıq, özümüzdən xəbərsiz toplayırıq, əridib külçə eləyirik, sonra da ondan “qızıl güllərimizi”-povestlərimizi, romanlarımızı, poemalarımızı yaradırıq” .

Psixologiya sahəsinin öz məntiqi var. Bu məntiq eksperimental axtarışlarla qaynaqlanır. Bu eksperimentlərdə anlama bacarığı kimi təxəyyülün psixopedaqoji

effektləri açıqlanmalı və ən başlıcası onun psixopedaqoji texnologiyası yaradılmalıdır.

IV konseptual model: qeyri-müəyyənliyin təxəyyül mənzərəsi yarananda.

Müasir təsəvvürlərə görə problem situasiyası qeyri-müəyyənliklə səciyyələnəndə təxəyyül xüsusiylə aktivləşir: elə ki, problem situasiyasında ilkin məlumatları dəqiq təhlil etmək imkanı olmur, problem təxəyyülün qanadlarında həll olun­mağa başlayır. Qeyri-müəyyənliyin təxəyyül mənzərəsinə gender aspektindən də yanaşmaq mümkündür.Qadın və kişilərin psixoloji durumundan asılı olaraq rastlaşdığı situasiyaya, problematik məsələlərə yanaşmaları müxtəlif olur.Bəzən kişilərdə qeyri-müəyyən vəziyyətdən çıxış yolu dəqiq məntiqə əsaslanmış düşüncələrdən doğur. Eyni vəziyyətdə isə qadınlar kişilərə nisbətən yaranmış situasiyaya daha çe- vik reaksiya göstərə bilirlər. Bunun da əsas səbəblərindən biri isə qadına xas olan qayğıkeşlik hissidir. Qeyri-müəyyən vəziyyət yaranarkən qadınların zəngin təxəy­yülü işə düşür. Bu konsepsiya qadınlıq şücaəti, iradəsi, ana qayğısı və nəvazişinin köməyi ilə öz həqiqi yoluna qoyulur.

V konseptual model: təxəyyülün psixoterapevtik əhəmiyyəti çox böyükdür. Müəyyən edilmişdir ki, insan fəaliyyət göstərəcəyi stiusiyanı öz təxəyyülündə aydın canlandırdıqda işi daha yaxşı icra edir.Yeniyetmə və gənc oğlanlar öz inte­lektual səviyyələrini artırmaq arzusu ilə yaşayır. Bu yaşda oğlanların ilk məhəbbətinin şirin xəyalları canlanır.Təxəyyüllərində özlərini müstəqil həyata qədəm qoymuş layiqli insan, ailə başcısı, vəzifə sahibi kimi görürlər. Müsbət obrazlar ideal hesab etdikləri insanların həyat və fəaliyyəti onlara xüsusi örnək olur. Qızlarda bu yaşda xə­yallarında özlərinin kənara xoş təsir bağışlayacaq bir görkəmdə görmək istəyi formalaşır. Rəqabət hissi ilə həmyaşıdlarından öndə getmək arzusu onları möcüzəli, kreativ obrazlar aləminə atılmağa kömək edir. Bu təxəyyül obrazları onların məqsədə doğru irəliləməsinə, sağlam düşüncələrinin inkişafına stimul yaradır. Təxəyyül insan əməli ilə həmahəngdir. İnsanın yetkin yaşında həyata baxışı daha məntiqli daha səbirli olur. O,təxəyyülündə yaratdıqları xəyallardan uzaq, həyata real baxışlarla baxan və onu olduğu kimi görən düşüncələrə sahib olur.Amma bu heç də yetkinlik dövründə fantaziyalar və xəyyallar üzərində qurulmuş düşüncələrin yox olması demək deyil. Sadəcə il bə il tədricən reallıqlara əsaslanan düşüncələr arzu və xəyallara süstlənmiş fikirləri sıxaraq zəiflədir.Yaşlı qadın və kişilərin təxəyyülü əslində bir səhnəyə bənzəyir. Onlar həyatda oynaya bilmədiyi ancaq oynamaq istədiyi rolu xoş xəyallara dalanda təxəyyül tamaşasında oynayır. Bu tamaşada baş qəhrəman mütləq onlar özləridir.Nə kimdənsə qorxuları var, nə də asılılığı. Həyatda çəkindiyi,qabağından qaçdığı adamın gözünün içinə təxəyyül anında dik baxır.Onu təhqir edir, boğur,öldürür bu yolla ürəyindən tikan çıxarır sakitləşir.

Beləliklə də insan təxəyyül oyunu ilə özünün bir qayda olaraq həmçinin psixi sağlamlığını qoruyur.

Gender psixologiyası ilə bağlı tədqiqatlarda kişi və qadın cinsinə mənsub insanların şəxsiyyət keyfiyyətlərinin müqayisəli tədqiqinə diqqət yönəldilir . Məhz bu səbəbdən təxəyyülün konseptual modellərini gender problemi çevrəsində təhlil edərək belə nəticə əldə edirik ki, bu səpgidə mövzunun işlənməsi müasir psixologiya elminə daha zəngin tövhə verə biləcək tədqiqtalarla zənginləşməlidir.

Psixoloq, Azərbaycan Dövlət Pedoqoji Universitetinin psixologiya kafedrasının müəlliməsi 

Gülər Məmmədova

 

Go Back

Nə dərəcədə diqqətlisiz?

19-05-2014

Diqqət və diqqətin növləri

Diqqət, bizim ətrafımızda baş verənləri nə dərəcədə aktiv olaraq qəbul edib etməməyimizlə əlaqəlidir.Bu yazını oxuyarkən ətrafınızda bir çox səsi, görüntünü, toxunma hissini qəbul edirsiniz: yanınızdakı adamın telefon danışığının səsini, oturduğunuz yerin bərkliyi və ya yumşaqlığı, yanınızdakı insanların görünüşü, olduğunuz məkanın görünüşü və s. Bir insan necə olur ki, bu qədər hissi qəbul etdiyi və yaşadığı halda, bir ünsürə ya da işə fokuslanır.

Diqqətin 4 növü vardır:

1) Fokuslanmış diqqət- Hər hansı bir audial(eşitmə), vizual(görmə),

kinestetik( toxunma) hissə verilən qısa bir reaksiyadır.Məsələn, siz kitab oxuyan zaman və ya hər hansı bir digər işlə məşğul olarkən anidən telefonunuza zəng gəlir və siz telefona diqqətinizi verirsiz sonra isə yenidən işinizə qayıdırsız.Başqa bir misalda isə siz işləyərkən bir hadisə baş verir(iş yoldaşlarınızdan kiminsə ürəyi gedir).Siz müəyyən müddətlə diqqətinizi o hadisəyə verib sonradan isə yenidən işinizə qayıdırsınız.

2) Uzunmüddətli diqqət- Həyata keçməsi müəyyən müddət tələb edən işlərə ayrılan diqqət.Məsələn, bir insan qab yuyarkən ondan müəyyən bir diqqət tələb olunur və qabları yuyub qurtarana qədər diqqəti ancaq qablarda olmalıdı.Əgər eyni anda başqa bir işə diqqətini verərsə, bu zaman qabları yuya bilməz, o zaman işini yarımçıq saxlamış olacaq.

3) Bölünmüş diqqət- Eyni anda bir çox şeyə diqqətini vermək.Bu əslində xüsusi bir bacarıqdı və tarixdə belə şəxslər var.Məsələn, Yuli Sezar eyni anda həm yaza, həm də oxuya bilirdi.

4) Seçici diqqət- Digər qəbul edilən məlumatlar olmasına baxmayaraq ancaq müəyyən bir şeyə diqqətini vermək.Məsələn, toyda və ya hansısa bir şənlikdə olarkən ətrafda musiqi səsi, insanların səsi və bir çox şeylər olmasına baxmayaraq yanındakı adamla edilən söhbəti davam etdirə bilmək.

 Diqqətsiz korluq və görünməz Qorilla testi

Bir adam hisslərlə həddindən artıq yükləndiyi zaman “diqqətsiz korluq” halı yaşanır.Hər hansı diqqət cəlb edən bir şey adamın burnunun ucunda olsa belə insan onu görə bilmir. “Diqqətsiz korluq” halı hər kəsin başına gələ bilər, çünki hər şeyə diqqət etmək nə zehni, nə də fiziki olaraq mümkündür. Diqqətsiz korluğu göstərən ən yaxşı təcrübələrdən biri Daniel Simonun “Görünməz Qorilla” testidir.

Bu testi aparmaq üçün bir qrup insana tapşırıq verilmişdi.Tapşırıq zamanı eyni bir topla paslaşan iki qrup insanın (bir qrupu ağ formada, digər qrupu isə qara formada) videosu göstərilmişdir və onlardan hər qrupun neçə dəfə paslaşdığını saymaqları istənilmişdir.

İki qrup bir-birilə paslaşan zaman qorilla kostyumunda bir adam meydançaya girir, oyunçuların arasında yeriyir, sinəsinə vurur və kameranın üstünə yeriyir (videoya baxan zaman sanki ekrandan çıxırmış təəssüratı yaradır).

Video qurtardıqdan sonra, təcrübədə iştirak edənlərdən videoda qeyri-adi bir şey görüb görmədikləri soruşulur.Nəticədə təcrübə iştirakçılarının 50 faizinin qorillanı görmədiyi aşkar olunmuşdu.Burdan belə bir nəticə çıxarmaq olar ki, insanın gördüyünü qavraması üçün diqqət çox önəmlidir.

Əlirzayeva Cəmalə

 

Go Back

16 nəticə göstərilir