Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "PROJE"

İrvin Yalom

01-07-2014

İrvin Yalom David, amerikalı psixoloq və psixiatr, psixologiya elmlər doktoru, Stenford universitetinin psixiatriya üzrə professoru, (ing. Irvin David Yalom) 1931-ci ildə 13 iyun ayinda Vaşinqtonda, Kolumbiya ştatında rus əsilli ailədə anadan olub. O psixoterapiya və psixoterapiya tarixi barədə bir çox kitabların müəllifidir. Onun kitablarından aşağıdakıları göstərmək olar:
Nitşe ağlayanda (1992)
Yalançı passient (1996)
Eqzistensional psxiatriya (2000)
Sevgidən müalicə (2005)
Şopenhauer dərman əvəzinə (2005)
Psixoterapiyanın imkanları (2005)
Anacığım və həyatın mənası (2006)
Qrup psixoterapiya, nəzəriyyə və praktika. (2007)
Günəşə baxmaq. Ölüm qorxusu olmadan yaşam (2008)

1993-cü ildə “Nitşe ağlayanda” kitabına görə Commonwealth Gold Medal mükafatına layiq görülür. 2000-ci ildə İrvin Yaloma Oskar Pfister adına (Bu mükafat din və psixiatriya sahəsinə yeniliklər gətirən şəxslərə verilir) mükafat təqdim olundu. 2009-cu ildə 22 noyabrda İrvin Yalom həyat yoldaşı ilə Rusiyaya dəvət olundu.

İrvin Yalom Eqzistensional psixologiyanın – müasir psixoloji nəzəriyyələrdən birinin əsasçılarından biridir. O öz çıxışlrında psixoterapiyada formal yanaşmaya, bürokratikliy qarşı çıxırdı. Özünün də adlandırdığı qısamüddətli diaqnoza yınəlmiş psixoterapiyaların əleyhinə idi. Onun fikrincə hər bir psixoterapiya pasientin problemindən asılı olaraq fərdi xarakter daşımalıdır. Əsas münasibətlər terapevt və pasient arasında qurulan indi və burdaprinsipinə söykənməlidir. Hər bir münasibət mövcud əlaqələrin fəallığına dayanmalıdır. Qarşılıqlı empatiya və paylaşma yaradılır.Hər bir pasientin öz hekayəsi var və biz terapiyanı onun qəhramanlarının istəyinə uyğun aparmalıyıq. İrvin Yalom öz nəzəriyyəsinə keçidi psixoanalizdən başlamış, daha sonra eqzistensional- humanitar yanaşmaya keçmişdir. Onun fikrincə insanlar ən böyük eqzistensional krizisi ölümlə qarşılaşanda yaşayırlar. Son əsəri “Günəşə baxmaq.Ölüm qorxusu olmadan yaşam” kitabında o deyir: “Biz öz ölümlü olmağımız haqqında həqiqəti dərk edib, qəbul etdikdə öz imkanlarımızı daha yaxşı dəyərləndirir, onları yenidən qurur, öz yaxınlarımızla daha yaxın münasibət qurur, həyat gözəlliklərini daha yüksək qimətləndirir və həyat qarşısında riskləri qəbul etmə gücümüzü artırırıq.”

Onun həyat yoldaşı Merlin Yalom və oğlu Reyd Yalom bir çox tarixi-dramatik məzmunlu kitabların müəllifləridirlər.

pcc.az

 

Go Back

Karl Qustav Yunq

26-06-2014

ANALITIK NƏZƏRIYYƏ: Yunqa görə şəxsiyyət 3 ayrı-ayrı, lakin bir-birilə qarşılıqlı əlaqədə olan strukturdan ibarətdir: eqo, şəxsi şüursuzluq və kollektiv şüursuzluq.

EQO: Şüur sferasının mərkəzində durur. O, özündə fikir, hiss, təəssürat və duyğuları birləşdirən,”psyche” komponenti vasitəsilə çıxış edir. Elə buna görə də biz özümüzü tam, daimi hiss edirik və insan kimi qavrayırıq. Eqonun hesabında biz öz şüur fəaliyyətimizin nəticəsini görə bilirik.

ŞƏXSI ŞÜURSUZLUQ: Özündə indi unudulmuş, amma vaxtilə baş verən konflikt və təəssüratları birləşdirir. Yunq Freyddən daha irəli gedərək bildirir ki, şəxsi şüursuzluq fərdin keçmiş yaxud anadan gəlmə, nəsli təcrübəsindən gələn kompleksləri, yaxud emosional fikirləri: hiss və təəssüratları birləşdirir. Yunqun təsəvvürlərinə görə bu komplekslər fərdin davranışına güclü təsir göstərə bilər. Məs: hakimlik kompleksi olan insan birbaşa yaxud simvolik olaraq hakimiyyət mövzusu ilə əlaqədar olan işlərə əhəmiyyətli dərəcədə psixi enerji sərf edə bilər. Bir dəfə formalaşmış kompleks insanın davranışına və onun hisslər aləminə təsir etməyə başlayır. Nəticədə kompleksin komponentləri, yaxud bütün kompleks dərk edilə və fərdin həyatına güclü təsir edə bilər.

KOLLEKTIV ŞÜURSUZLUQ: Yunq şəxsiyyətin strukuturunda daha dərin qatda mövcud olan kollektiv şüursuzluq haqqında fikir irəli sürdü. Bu daha güclü və təsirli psixi sistemdir və pataloji hallarda o eqonu və şəxsi şüursuzluğu ört-basdır edir. Kollektiv şüursuzluq özündə insanın və hətta insanаbənzər nəsillərin də hafizəsinin gizli izlərini özündə birləşdirir. Yunqun özünün dediyi kimi “kollektiv şüurusuzluq” hər bir fərdin beyin strukturunda yaranan insan təkamülünün ruhi səltənəti durur. Belə olan halda kollektiv şüursuzluğun məzmununa bütün insanlığın səltənəti aiddir. Onu da qeyd etməliyəm ki, Yunqun və Freydin fikir ayrılığının əsas səbəbi kollektiv şüursuzluq konsepsiyası oldu.

ARXETIPLƏR: Yunq belə bir fərziyyə irəli sürdü ki, kollektiv şüursuzluq ilkin psixi obrazlar olan arxetiplərdən ibarətdir. Arxetip-bu əhəmiyyətli emosional elementə malik universal fikir formasıdır. Arxetiplər-anadangəlmə fikir və təəsüratlardır. Anadangəlmə burada konkret situasiyalara emosional, koqnitiv və davranış baxımından cavab vermə tendensiyası kimi başa düşülür. Misal üçün, valideynlərlə, sevdiyin insanla, ilanla yaxud ölümlə qəfil qarşılaşma olduqda. Yunq tərəfindən göstərilən arxetiplər arasında ana, uşaq, qəhrəman, müdrik, Allah və ölüm daxildir.

Yunq belə hesab edirdi ki, hər bir arxetip uyğun obyekt yaxud situаsiya ilə münasibətdə hissləri və fikirləri əks etdirir. Yunq sonralar bildirirdi ki, arxetip ideya və obrazlara tez-tez yuxugörmədə həmçinin mədəniyyətlərdə simvol, əlyazısı, ədəbiyyat və dində rast gəlmək olar. Kütləvi şüursuzluqda arxetiplərin miqdarı hüdudsuz ola bilər. Lakin, Yunqun nəzəri sistemdə əsas diqqət persona, anima və animusa, kölgə və özəlliklərə ayrılır.

Persona: (latınca “persona” – maska dem.) Bu bizim ictimai üzümüzdür, yəni biz başqa insanlarla münasibətdə özümüzü necə göstəririk. Persona sosial tələbatlarımızı yerinə yetirmək üçün oynadığımız rol mənasını bildirir. Yunqa görə, persona bizə digər insanlara yaxşı təəssürat bağışlamağa və ya onlardan doğrunu gizlətmək üçün lazım olur.

Anima və animus: Bir çoxları tərəfindən qəbul olunmuşdur ki, insan həqiqətdə heyvani bioseksualdır. Fizioloji səviyyədə biz görürük ki, həm qadında, həm də kişidə kişi və qadın hormonları ayrılır. Psixoloji səviyyədə baxdıqda isə hər iki cinsdə həm maskulin, həm də feminin xarakteri mövcuddur. Homoseksuallıq – daha aydın görünən belə hadisələrdən biridir, hansı ki, insan bioseksuallığı haqqında təssəvürlərə başlanğıc verdi. Kişi şəxsiyyətinin feminin və qadın şəxsiyyətin maskulin tərəfinə Yunq arxetiplər şəklində baxır. Kişidə feminin arxetipi anima, qadında maskulin arxetipi isə animus adlanır. Bu arxetiplər xromosomlar və cinsi maddələrlə şərtlənsələr də kişilərin qadınlarla bağlı olaraq və qadınların kişilərlə bağlı olaraq keçirdikləri təəsüratlаrın nəticəsidir.

Kölgə: Persona arxetipinə əks mövqedə, şəxsiyyətin qaranlıq, qarışıq və heyvani tərəfi olan kölgə dayanır. Kölgə özündə sosial cəhətdən qəbul olunmayan seksual və aqressiv impulsları, əxlaqsız fikir və ehtirasları özündə birləşdirir. Lakin kölgənin həm də müsbət tərəfləri də var. Yunq kölgəyə həyatın mənbəyi, fərdin həyatının spontаn və yaradıcılığının başlanğıcı kimi baxırdı. Оnun fikrinə görə, eqonun funksiyası kölgənin enerjisini düzgün cərəyana yönəltsin.

Özəllik: Yunqun nəzəriyyəsində daha vacib xarakter daşıyır. Bu arxetip ətrafında digər elementləri birləşdirən şəxsiyyətin özəyini təşkil edir. Ruhun hərtərəfli inteqrasiyasına nail olunduqda insan birlik, tamlıq və harmoniya hiss edir. Belə olan halda Yunqa görə özəllik bu insan həyatının başlıca məqsədidir.

 

Go Back

Karen Xorni

28-04-2014

K.Xorni öz təhsilini Berlin universitetinin tibb şöbəsində almışdır. 1918-ci ildə Berlin psixoanalitik insitutuna işə düzəlmiş və orada 1932-ci ilə qədər işləmişdir. Sonra o, digər alman alimləri ilə ABŞ-ya köçür, bunun səbəbi də Almaniyaya Hitlerin gəlməsi olur. Əvvəllər  Xorni  Çikaqo
psixoanalitik institutunda direktor müavini kimi işləyir, sonra isə Nyu-Yorka köçüb, orada psixoanalitik institutda dərs deyir və paralel olaraq terapevtik praktika ilə məşğul olur. Freydin bir çox tələbələri kimi Xorni də Freydin fikirlərindən ayrılır və sonralar öz Assosiasiyasını təşkil edir ki, bu da sonra Amerika psixoanaliz institutu ilə əvəz olunur.

Freyddən prinsipial məsələlərə görə  ayrılan Yunq və Adlerdən fərqli olaraq, Xorni sadəcə onun nəzəriyyəsindəki bəzi çatışmamazlıqları düzəltmək istəyirdi. Bütün bunlar onun Freyd nəzrəiyyəsində bəzi dəyişikliklər etməyinə gətirib çıxartmışdı. Xorniyə görə insan şəxsiyyətinin inkişafında cəmiyyətin təsiri çox böyük rol oynayır. O sübut etməyə çalışırdı ki, inkişaf anadangəlmə instinktlərlə bağlı deyil, insan ömrü boyu inkişaf edib dəyişə bilər. Xorniyə görə norma və patalogiya arasında bir sərhəd mövcud deyil və nevrotik insanların tam sağalmasına da ümid etmək olar.

Xorniyə görə şəxsiyyətin strukturunda dominantlıq aqressiya və libido instinktləri deyil, köklü təlaşlıq hissi adını alan şüursuz təlaşlıq hissidir. Xorni belə qeyd edirdi ki, bu “uşağın doğulduğu dünyada tək və köməksiz olma hissi” ilə bağlıdır. Beləliklə, Xorninin fikirlərində nəinki Freydin şüursuzluq haqqında fikirləri, həmçinin onun insan və xarici aləm arasında antaqonizm qalır. Xorniyə görə, uşaqlarda təlaşlıq hissinin inkişafı valideynlərdən ayrı qalması və ya valideynlərin həddən artıq çox qayğısı, diskriminasiya və ya uşaqla daha çox fəxr etmə ola bilər. Bəs,  bu bir-birinə zidd olan faktorlar təlaşlığın yaranmasına necə səbəb ola bilər? Bu suala cavab verərkən Xorni təlaşlığın 2 növünü ayırır: psixoloji və fizioloji. Fizioloji təlaşlıq uşağın öz tələbatlarını (yeməyə, içməyə, rahatlığa) ödəməklə bağlıdır. Uşaq doğulduğu ilk həftələrində ac qalma, rahatsızlıq onda təlaşlıq hissini yaradır. Amma sonralar anası və ya ətrafdakılar onun tələbatlarını ödəyirsə, onda təlaşlıq hissi keçir. Amma əgər tələbatlar ödənilməsə uşaqda təlaşlıq daha da çoxalır və insanın nevrozlaşması üçün fon yaranır. Əgər fiziolji təlaşlıqdan tələbatları ödəməklə qurtulmaq olarsa, psixoloji təlaşın qarşısını almaq daha çətindir, çünki bu adekvat “mən” obrazının inkişafı ilə bağlıdır. “Mən” obrazının yaradılması Xorninin ən vacib açılışı olmuşdur. Xorniyə görə bu obraz 2 hissədən ibarət olmuşdur: özünütanıma və özünəmünasibət. Burada insanın özünə olan münasibəti müsbət olmalıdır. Xorniyə görə bir neçə “mən” obrazı mövcuddur: real Mən, ideal Mən və digərlərin gözündə Mən obrazı. İdealda bu 3 “Mən” obrazı üst-üstə gəlməlidir və ancaq bu halda insanın normal inkişafı və nevroza qarşı davamlılığı haqqında danışmaq olar. İdeal “Mən” real “Mən”dən fərqlənirsə, insan özünə müsbət yanaşa bilmir və bu onun normal inkişafına mane olur və onda gərginliyi, təlaşlığı, özünə inamsızlığı yaradır.

Gərginlikdən qurtulmaq üçün insan Freydin qeyd etdiyi psixoloji müdafiə vasitələrinə əl atır. Lakin, Xorni bu fikirlərə yenidən baxır. Freyd qeyd edirdi ki, psixoloji müdafiə daxildə İd və Super eqo arasında yaranan konfliktləri həll edir. Xorniyə görə bu müdafiə sistemi insan və cəmiyyət arasındakı konflikti həll etməyə yönəlməmişdir. Xorni müdafiənin 3 əsas növünü ayırmışdır ki, bunların əsasında nevrotik tələbatların ödənilməsi durur. Tələbatlar və müdafiə sistemi arasında harmoniya normal, bunlardan birinin dominantlığı isə insanda normadan uzaqlaşmaya gətirib çıxarır.

Xorniyə görə, psixoanaliz insanın özünü dərk etməsinə və özü haqqında adekvat fikir yaratmasına kömək edir. Xorninin psixoloji müdafiə anlayışına yanaşması müasir psixologiyaya təsir etmişdir. Bunu bir çox psixoloqlar qəbul etmişdir.

Go Back

Məşhur psixoloq ERİK ERİKSON

04-04-2014

Həyatı haqqında

A.Freyd və norveç psixoloqu E.Erikson “eqo psixologiyası” konsepsiyasının əsasını qoymuşlar. Bu konsepsiyaya əsasən şəxsiyyət strukturunun əsasında Freyd dediyi kimi şüursuz İd yox, şüurlu Eqo-dur ki, bu da həmişə öz tamlığını və fərdiliyini saxlamağa yönəlmişdir. Eriksonun nəzəriyyəsində uşağın inkişafına onu əhatə edən cəmiyyət, mədəniyyət böyük təsirə malikdir.

Erikson şimali Kaliforniyada və cənubi Dakotada yaşayan hinduların həyatını müşahidə edərkən antropologiya, etnopsixologiya və sosial etologiya haqqında fikirlər irəli sürmüşdü. Bu tədqiqatların nəticələri Eriksonda şəxsiyyət, qrup və etnosların öyrənilməsinə maraq yaratdı. Ikinci Dünya müharibəsi dövründə Erikson Adolf Hitlerin şəxsiyyətinin öyrənməsi onda psixologiyanın tarixinin yaradılmasına stimul yaratmışdır.

Erikson belə fikirləşirdi ki, insan Freyd dediyi kimi 6 il yox, bütün ömrü boyu inkişaf edir. Psixoanalizdəki kimi buna nəinki yaxındakı insanlar, bütün cəmiyyət təsir edir. Bu prosesi erikson fərdiliyin formalaşması prosesi adlandırırdı və qeyd edir ki, burada Eqonun möhkəmliyini və tamlığını qorumaq lazımdır.

Erikson fərdiliyin inkişafında 8 mərhələ ayırmşdı ki, bu mərhələlərdə uşaq bir mərhələdən digərinə keçir və öz şəxsiyyətində əks xüsusiyyətləri formalaşdırır.

Birinci mərhələ – bir yaşına qədər. Bu dövrdə uşaq ancaq yaxın insanlarla, ailə və valideynləri ilə təmasda olur və onda inam və ya inamsızlıq yaranır ki, bu da gələcəkdə onun ünsiyyətcil və ya qapalı olmasını ayırır.

Ikinci mərhələ – bir yaşından üç yaşınadək. Bu dövrdə uşaqda gələcəkdə insanlardan asılı olması və ya müstəqillik hisi yaranır ki, bu da valideynin onun ilk müstəqilliyinə necə münasibət göstərməsindən asılıdır.

Üçüncü mərhələ – üç yaşından altı yaşınadək. Bu dövrdə uşaqda günahkarlıq hissi və ya təşəbbüs göstərmə hissi yaranır ki, bu valideynlərin nə qədər uşağı nəzarət etməsindən asılı olur.

Dördüncü mərhələ – altı yaşından on dörd yaşınadək. Bu dövrdə uşaqda əməksevərlik və ya natamamlıq hissi yaranır. Burada müəllimlər və məktəb böyük rol oynayır. Bu xüsusiyyətlərin inkişafı uşağın necə oxuması, məktəbə və müəllimlərə münasibətindən asılı olacaq.

Beşinci mərhələ – on dörd yaşından iyirmi yaşınadək. Bu dövrdə uşaqda rol təşəbbüsü və ya qeyri müəyyənlik hissi yaranır. Bu mərhələdə yaşıdlarla ünsiyyət, ixtisasın seçilməsi, karyeranın qurulması yəni, gələcək həyatının qurulması baş verir. Burada özünü və qabiliyyətlərini adekvat qavrama əsas rol oynayır.

Altıncı mərhələ – iyirmi yaşından otuz beş yaşınadək. Əks cins ilə yaxın, intim münasibətlərin yaranması ilə bağlıdır. Bu münasibətlərin olamdığı halda insanda qapalılıq hissi yaranır.

Yeddinci mərhələ – otuz beş yaşından altmış-altmış beş yaşınadək. Əsas mərhələlrdən biri olub insanın inkişafa, incəsənətə meylini ya da sakitliyə, stabilliyə meylini müəyyən edir. Bu mərhələdə insana onun işi, maraqları, öz statusu ilə razı olması, uşaqları ilə münasibəti təsir edir. Eriksona görə stabillik istəyi, yenilikdən imtina və ya qorxu insanın inkişaf prosesini dayandırır.

Səkkizinci mərhələ – altmış-altmış beş yaşından sonra başlayır. Bu mərhələdə insan yaşadığı həyatının nəticəsini görür. Onda razılıq, həyatı ilə tamlıq hissi yaranır. Əks halda isə məyusluq hissi, həyatın müxtəlif epizodlardan təşkil olunması hissi yaranır. Bu hiss şəxsiyyət üçün ölümcül hal olub nevrozlaşamaya gətirib çıxarır.

Erikson hər zaman insanın tamlığını qoruyub saxlamasının vacib olmasını söyləyirdi. O qeyd edirdi ki, inamsız uşaqlarda müsbət keyfiyyətlərin məcburi inkişaf etdirilməsi onlara mənfi təsir edə bilər. Öz gücünə inamsızlıq isə onlara adekvat həyat üsulunu tapmağa kömək edə bilər. Eriksonun bu fikirləri praktik psixologiyada fərdi davranış üsulunun korreksiyasında və formalaşdırılmasında kömək edir.

Erikson insanları əhatə edən stabil cəmiyyətə də böyük yer verirdi. Belə ki, insanı əhatə edən sosial normalar, cəmiyyət dəyişdikdə insan həyatının fərdiliyi və tamlığı pozulur.

Hazırlayan: Elnarə Baxışlı 

Go Back

4 nəticə göstərilir