Düşüncə Jurnalı

header photo

Alma almaya bənzər

Sən nə yeyirsənsə, ona bənzərsən.

Bilməlisiz ki, insan və onun xarakteri haqıında məlumatlar təkcə jestlərlə, davranışa və danışığa əsasən deyil, həmçinin qida seçiminə görə də müəyyənləşdirmək mümkündür. Obrazlı dillə desək “Sən nə yeyirsənsə, o cür də varsan”. Belə ki, Avstriyalı biofiziklərin apardıqları tədqiqatlara əsasən müxtəlif insanlar eyni meyvəni xoşlayırsa onların bir-biriləri ilə oxşar xarakterləri də mövcuddur. Beləliklə:

ALMA:  bu meyvəni çox xoşlayan şəxslər daim sadiq və etibarlı olurlar.


ÇİYƏLƏK: rahatlığı, dəbdəbəli həyat tərzini üstün tutan, maddi maraqlarına görə
evlənən şəxslərdir. Onlar hər zaman öz istəklərini təmin etməyə çalışırlar.


ANANAS: macəra axtaran, ilk baxışdan aşiq olan, mübahisə və diskussiyalara
asanlıqla qoşulan insanlardır.


PORTAĞAL: dəqiq, sakit, ağıllı və intellektual insanlar bu meyvəni xoşlayırlar.
Onlar sevgidə romantik, qayğıkeş və hissiyatlı olurlar.


ÜZÜM: yüksək zövq axtarışında olan, nostalgiyaya meyl edən insanlar
bu meyvəyə üstünlük verirlər.


QREYFURT: sadəlövh, fantaziyalarda yaşayan, qeyri-adi dünya sirlərini
axtaran insanların sevimli meyvəsi hesab olunur.


ARMUD: şən, zarafatcıl və cazibədar insanların seçimidir. Bu tip insanlar hər zaman
şənlik və yığıncaqları daha da maraqlı edir.

 

 

Go Back

Şərh yazmaq funksiyası bu məqalə üçün ləğv edildi.