Düşüncə Jurnalı

header photo

Utancaqlıq yoxsa sosial fobiya?

               

 Utancaqlıq və sosial fobiya günümüzün ən aktual prablemlərindən biridir.Bəs yaxşı utancaqlıq nədir sosial fobiya nədir? Əslində bunlar tamam fərqli şeylərdir.Ayrı-ayrılıqda utancaqlıq ve sosial fobiyanı araşdıraq.

     Normalda bütün insanlarda utancaqlıq hissi olmalıdır.Bu olmasa yaşamaq biraz çətinləşər.Lakin var norma var patalogiya.Hər bir şeyin olduğu kimi utancaqlığında normadan çox olması  problem yaradır.Pataloji utancaqlıqda şəxs hər şeydən utanır.Adi qonaq getdiyi bir yerdə çay içməyə belə utanır.Bu sonradan özünü reallaşdırmaqda, özünü aktuallaşdırmaqda problem yaradır.Bunun da kökü uşaqlığa gedib çıxır.Ümumi statistikaya baxsaq həmişə evin böyük uşaqları daha çox utancaq olarlar,ikinci uşaqlar daha az ve beləliklə utancaqlıqda yavaş yavaş azalmağa başlayır.Bundan başqa aile daxili konfiliktdə böyüyən uşaqlar ve ya valideynlərindən hər hansı birini itirmiş ve yaxud da boşanmış ailelerin övladları daha çox utanırlar.Bu uşaqlar çölə çıxarkən elə düşünürlər ki, çöldə hamı bizim problemi bilir.Bu səbəbdən valideynlər diqqətli olmalıdırlar.Əgər uşaq özünü ifadə edə bilmirsə,öz hüquqlarını qoruya bilmirsə ən azından ona sabah yaşamaq çətin olacaq.Çünki həmin uşağın böyüyüb cəmiyyətdə yer tutmağı var.Həddən artıq utancaq insanlar zərərli vərdişlərə meylli olurlar.Bunun səbəbi utancaqlığı aradan qaldırmaq üçün kənar təsirlərdən enerji almaq istəməsidir.Bütün yuxarıda vurğuladığımız məlumatlara baxmayaraq utancaqlıq özü xüsusi bir normada psixoloji problem kimi dəyərləndirilmir.Bu sadəcə olaraq insanın xarakter xüsusiyyətlərindəndir.

Ancaq sosial  fobiya konkret olaraq psixoloji problemdir.Onun özünün simptomları var.Sosial fobiyalı insanlar cəmiyyət arasına çıxanda ürək döyüntüləri artır,əllər tərləyir,bir qisim insanlar telefonla oynayırmış kimi edirlər.Harda insan çoxdursa orda olmaq istəmirlər.Sosial fobiyası olan insanlar daim hamı tərəfindən izlənirmiş kimi hiss edirlər və buna görə də rahat hərəkət edə bilmirlər.Heç vaxt xeyir deyə bilmirlər.Xeyir deyərək  qarşısındakını geri çevirmək psixolji olaraq güvənsiz hissetmələrinə səbəb olur.Sosial fobiya ilk dəfə 1966 cı-ildə İsaac Marks tərəfindən adlandırılmışdır.Psixiatr olan İsaac Marks sosial fobiyanı təməlində başqa insanların olduğu mühitdə xəta,səhv etmək və günahlandırma qorxusu olaraq adlandırır.Sosial fobiyalıların ən çox qorxduğu digər bir şey isə ünsiyyət zamanı göz kontaktı qurmaqdır.Çox vaxt qarşısındakının gözüne baxmadan danışırlar,hətta bəzən sadəcə sabit bir nöqtəyə baxaraq danışırlar.Sosial fobiya hər yaşda ortaya çıxabilər.Ancaq çox vaxt yuxarı yaşlarda olan sosial fobiyanın səbəbi uşaqlıq illərinə bağlıdır.Orta yaşda görünən sosial fobiya əsasən iş həyatında ortaya çıxır.İş görüşməsindən etibarən başlayan bu problem  daha sonra şəxsin kariyerasında yüksəlməsinə mane olur.Sosial fobiyanın müalicəsi mümkündür.Terapiya müddətində konkret tətbiq olunan terapiya üsulları var.Hətta lazım gələrsə medikamentoz(dərman müdaxiləsi) də təyin edilir.Lakin unutmayaq ki,hər şey insanın öz beynində özünü dəyişmə qərarına və əzminə bağlıdır.Beyin insanların ən önəmli orqanıdır,bəzən dünyanı dəyişdirəcək fikirlərin ortaya çıxmasına səbəb olur,bəzən də şəxsin həyata baxışını dəyişdirəcək qədər əhəmiyyətlidir.Qeyd etdiyimiz kimi psixoloji problemlərin müalicəsi şəxsin istəyinə və düşüncə olaraq özünü yaxşılaşmağa,hazırlamasına bağlıdır.Bununla belə xəstəliyi qebul etmək və inkar etməkdən qaçmaq müalicədə ən əhəmiyyətli pilləni əhatə edir.

Və sonda məqaləmi yekunlaşdıraraq demək istəyirəm ki, əziz valideynlər hər birimiz cəmiyyət üçün şəxsiyyət yetişdiririk,gəlin gələcək üçün sağlam şəxsiyyət böyüdək.Uşaqlara birinci növbədə özünü ifadə etmək bacarığı aşılayaq.Övladlarımızı daim sosiallaşmağa sövq edək,lazımi diqqət qayğı göstərərək yaxşı işlər gördükdə daim sözlü olaraq ona inandığımızı,güvəndiyimizi bildirərək mükafatlandıraq.Özgüvənini aşağı salaraq aşırı utancaq ve sosial fobiyalı şəxs kimi böyütməyək.Gələcəyə sağlam nəsil yetişdirmək çətin və məsuliyyətli işdir.Bu işdə hər birimizə uğurlar!   

  Mehdiyeva Aynur                                                                                                                                   

 Narınc Uşaq Psixologiya Mərkəzinin psixo-pedaqoqu

                                                

Go Back

Sorğu göndər