Düşüncə Jurnalı

header photo

Asperger sindromu

                                   

Psixi  pozğunluq  olub,  bəzən onu  Autizmin  bir  formasıda  hesab edirlər.  Bu sindromlu  insanlar  normal  və  yüksək  intelektə  malik  olsalar  da,  lakin  onların  sosial  qabiliyyətləri  və  vərdişləri  zəif  inkişaf  etmiş  olur.  Onların  emosional  və  sosial  inkişafı  ləngidiyindən  onların  inteqrasiyası  da  gecikmiş  olur.

Autistik  psixopatiya  halı  ilk  dəfə  ingilis  psixiatrı  Lorno Uinq  tərəfindən  Avstriya  psixiatır  və  pediatrı  Hans Aspergerin  şərəfinə  Asperger sindromu  adlandırılmışdır.

Autizmli  əksər  insanlarda,  xüsusən  uşaqlarda  inkişafdan  qalmanı  asanlıqla  müşahidə  etmək  mümkündür.  Lakin  onlar  autistlərə  bənzəsələr  də  əqli  cəhətdən  heç  də  geri  qalmırlar.  Bəzən  onlar  sosial  kommunukasiya  defisitinə  malik  olsalar  da  mürəkkəb  bir  elmi  sahə  üzrə  daha  dərrakəli  olurlar.  Məhz  inkişafın  bu  tip  geriləməsinin  təhlilini  ilk  dəfə  Hans Asperger  vermişdir.

                                                  Asperger sindromu nədi ?

Asperger sindromu  autizm  qrupunun  bir növüdür.  Bu sindrom  hər şeyə  təsir  göstərən  inkişaf  pozuntusu  hesab  olunur.    

Asperger sindromu  olan  insanlarda  nə  kimi  problemlər  müşahidə  olunur.

Asperger sindromu  naməlum  bir  sindrom  olduğu  üçün  bəziləri  tərəfindən  yanlış  anlaşılır.  Təyin  olunmasıda  çətindir,  üçlü  bir  pozuntu olaraq  adlandırılır.  Aşağıdakı  pozğunluqlar  müşahidə  olunur.

  1. İctimai  münasibətlərdə  çətinliklər
  2. Ünsiyyətdə  çətinliklər
  3. Təxəyyüldə  çətinliklər

İctimai  münasibətlərdə  çətinliklər – Təşkilatçılıq  qabiliyyətləri  çox  zəifdir.  Nəsə  bir  plan  ağıllarına  gələndə  onu  necə  təşkil  edəcəklərini  bilməzlər.  Dostlar  tapmaqda  çətinlik  çəkirlər.  İnsanlarla  münasibət  yarada  bilmirlər.  Bəzən  hər  şeyi  səhf  anlayırlar.  Sanki  görünməz  bir  divarın  arxasındadırlar.  Bir  söhbəti  sona qədər  davam  etdirməkdə  çətinlik  çəkirlər.

Ünsiyyətdə  çətinliklər – Başqalarının  dediyi  sözləri  anlaya  bilmirlər.  Göz təması  qurmaqda  çətinlik  çəkirlər  və  hətta  göz təması qurmaq  onlara  ağrı  verir.  Asperger sindromu  olan  şəxslərin  dıgərlərini  anlamasında  problemlər yaşanır.  Səbrsiz  olurlar.

Təxəyyüldə  çətinliklər – Digərlərinin  nə  hiss etdiyini  anlamaqda  çətinlik  çəkirlər.  Duyğuların,  mimikaların  nə  ifadə  etdiyini  başa  düşməzlər.  Hekayələrin,  nağılların  mənasını  anlamaqda  problemləri  var.

Asperger sindromunun  səbəbləri  olaraq  ekoloji  faktorlar,  beyin  zədələnməsi,  çətin  doğuş  göstərilir.  Lakin  insanların  genetik  quruluşunun  asperger sindromunda  böyük  rolu  olduğu  müəyyən  edilmişdir. Asperger sindromu  uşaqlarda 3 – 4 yaş  arası müşahidə  edilir,  daha  çox  oğlanlarda  bu  sindroma  rast  gelinir.  Bu  uşaqlarda  təhsil  çox  önəmlidir  həmçinin  onların  davranışlarında  yaranan problemlər  üçün  dəstəyə  ehtiyacları  vardır.  Asperger sindromunda  təkrar  olunan  davranışlar  edilir,  onlar  özlərinə  qapanırlar.  Suallara  uyğun  cavab  verməkdə  çətinlik  çəkirlər.  Bu  sindromlu  uşaqlara  psixoterapiya,  özəl  təhsil,  davranışı  dəyişdirmək  üçün  müalicə  lazımdır.                     

Çinarə  Muradova       

Narınc  uşaq  psixologiya  mərkəzinin  psixopedaqoqu 

Go Back

Sorğu göndər