Düşüncə Jurnalı

header photo

DİKSİNMƏK SONRADAN ÖYRƏNİLƏN ANORMAL DAVRANIŞDIR

Uşaqlar heç nədən diskinmir. Sonradan öyrənir ki, diskinmək nədir. Məsələn uşaqlar oz nəcislərini hətta itin nəcisini belə əlini vura bilər hətta ağzına belə apara bilər.

Hansısa heyvanın nədənsə diskindiyini görmüsünüzmü? Tutalım Aslan inəyi yemədən desin gedim əlimi yəni pəncələrimi sabunla yuyum sonar yeyərəm və yaxud canavar qoyunu yemədən onun ətini qaynatsın ki birdən xəstəlik olar bişirim sonra yeyim. Bütün canlılarda bu davranış yoxdu bir insandan başqa.

Tüpürcək insanın agzında ikən tüpürcəkdən diskinmir ancaq çayın içinə tüpürüb içə bilmir çünki çayın içində öz tüpürcəyindən diskinir.

Diskinmək insanlarda bir birindən uzaqlaşmada yarada bilir məsələn kimsə kiminsə tər iyindən və yaxud çirkli paltarından iyrənərək uzaqlaşır. Yaxud geyiminə baxaraq insan bir biri haqqında səhv təəssüratlara qapiıa bilirlər və uzaqlaşırlar.

Bir dəfə bir həkim müəllimimiz dərs vaxtı bizə dediki insanın ağzındakı mikroblar anusundakı mikroblarla müqayisədə daha çoxdur. Insanın təkcə qarnında 4 kq mikrob yaşayır və bunlar həzm üçün lazımdırlar.

Alimlər sübut etmişdir ki torpaqda eşələnən və mikroblarla təmasda olan uşaqlar ev şəraitində qorunan uşaqlardan daha sağlam olurlar çünki bədən birincidə immunitet qazanmış və möhkəmlənmiş olur məhz buna görə də dağ uşağı, kənd uşağı daha möhmkə və sağlam olur.

Bu gün psixologiyada diskinmə xəstəliyi obsessiv -  komplusiv pozuntu kimi tanınır. Həmin insanlar tez tez əlini yuyarlar və bunu etməsələr özlərini narahat hiss edərlər. Ümumiyyətlə isə insanın təbiətdən uzaqlaşması və mədəniləşməsi bioloji xəstəliklər kimi psixoloji xəstəliklər də yaratdı.

İbrahim İbrahimov

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

Sorğu göndər