Düşüncə Jurnalı

header photo

Həbsxanada yazılan əsərlər


 

Migel de Servantes – “Don Kixot” Dövlət xəzinəsinin yeyilməsi səbəbi ilə həbsə atılan Servantes dörd divar arasında bəşəriyyətin ən möhtəşəm romanlarından olan “Don Kixot”u yazmağa başlayır. Həbsxana həyatı da elə uzun deyildi. Və yazıçı burda “Don Kixot” kimi əfsanə romanı bitirməyə müvəffəq oldu. 
Adolf Hitler – “Mənim mübarizəm” 
Hitlerin Landsberq həbsxanasında dostu Rudolf Hess tərəfindən qələmə alınıb. Kitab iki cilddədir. Həyatını, siyasi baxışlarının dəyişilməsində rol oynayan təsirlər, yəhudilər haqqındakı ilk fikirləri, müharibə xatirələri bu kitabın əsas mövzusudur. 
Markiz de Sad – “Sadomun 120 günü” 
1785-ci ildə Bastiliyada həbsdə olarkən Markiz de Sad bu romanı yazmağa başlayıb. Nə az, nə çox, düz 37 günə romanı tamamlayıb. Roman 12 metrlik tualet kağızına yazılmışdı. 
O Henri – “Hekayələr” 
Əsl adı Uilyam Sidney Porter olan O Henri Texas banklarının birində kassir işləyirdi. Fırıldaqçılığa görə polislərdən gizlənsə də, günlərin birində onu tuturlar və üç il həbs cəzası verirlər. Məhz həbsxanada dünya ədəbiyyatının usta hekayəçisi doğulur: Uilyam Sidney Porter dönüb olur O Henri. İlk hekayəsini də burda yazır: “Dika Svistunun doğum günü hədiyyəsi”. 
Vladimir Lenin — “Rusiyada kapitalizmin inkişafı” 
Lenin bu monoqrafiyaya həbsə düşdüyü vaxt, yəni 1896-cı ildə başlayıb. Böyük lider kitabı 3 ilə tamamlayıb. 
Harri Qrey – “Quldurlar”
Amerika yazıçısı Harri Qreyin bu əsəri əsasında məşhur “Bir zamanlar Amerikada” filmi çəkilmişdi. Bu avtobioqrafik romanı tək kameralı həbsxanada yazan Harri Qrey real quldurları qələmə aldığını etiraf edib. 
Georgi Devid Roberts – “Şantaram” 
Avstraliya yazıçısının bu avtobioqrafik romanı özünün Hindistandakı həyatından bəhs edir. Kitabın bir hissəsi müəllifin olduğu hind həbsxanasının geniş təsviridir. Məhz o həbsxanada Roberts bu əsəri yazmağa başlayıb. Bu kitab çap olunandan sonra milyon tirajla satılıb. 
Jan Qenet – “Çiçəklərin Məryəm anası” 
1910-cu ildə uşaqlar evinə qoyulan körpə Jan yeddi yaşında zərgər ailəsi tərəfindən övladlığa götürülür. 10 yaşından oğurluğa başlayan Jan 1926-cı ildə həbs olundu. 3 ay davam edən ilk məhbusluğunu yaşayanda 15 yaşında idi. Bu məşhur romanını da məhz həbsxanada olanda yazdı. Və bu romanla ədəbiyyat evinin qapısından içəri girdi.

 

kulis.az 

Go Back

Sorğu göndər