Düşüncə Jurnalı

header photo

Nəqliyyat vasitələrində olarkən kitab oxuya bilirikmi?

Bir çoxumuz günümüzün çox hissəsini ictimai nəqliyyat vasitələrində keçiririk.Yada tez-tez səfərlərə çıxırıq.Təbii ki,uzun yolda darıxmamaq üçün müxtəlif üsullardan istifadə edirik.Kimisi musiqi dinləyir,kimisi kinoya baxır,kimisi isə kitab,qəzət və.s oxumaqla vaxtını dəyərləndirir.Bəziləri avtobusda,metroda ayaqüstə belə kitab oxuyarkən bəzilərimiz isə ürək bulanması və baş gicəllənmə səbəbilə oturduğu halda belə 2 sətirlik bir şey oxuya bilmir.Bəs bu problemin səbəbi nədir?

Buna səbəb daxili qulaqda yerləşən  və yarımdairəvi kanal adlanan sahədə baş verən proseslərdir.Tarazlığı saxlamaq üçün yarımdairəvi kanalda kristal hissəciklər mövcuddur.Bu kristal hissəciklərin pozisiyası pozulduqda baş gicəllənməsi halları baş verir.Bir çox insanda isə bu kristallar tez 1 zamanda öz funksiyasını bərpa etdiyi üçün həmin insanlarda baş gicəllənmə halları baş vermir.Burada genetik quruluş da önəm kəsb edir.Bu vəziyyət daha da artaraq ürək bulanma və qusma kimi hallara da səbəb olur.Daha aydın izah etsək deyə bilərik ki,kitab oxuyarkən səhifələrə istiqamətlənən gözlərimiz beynimizə sabit durduğumuza dair 1 siqnal göndərir.Ancaq nəqliyyat vasitəsi hərəkətli halda olduğu üçün bədənin digər hissələri beyinə “hərəkətdə olduğumuza” dair siqnal göndərir.Beynimiz isə eyni anda həm sabit qalmağa həmdə hərəkət etməyə öyrəşməyib.Bu 2 siqnalın eyni anda gəlməsi isə beyinə “bədən zəhərləndi”siqnalı verir və refleks olaraq qusma hissi yaranır. Bu hal hər insanda eyni cür özünü göstərmir.Bəziləri pəncərədən çölə baxaraq rahatlıq tapdığı halda bəziləri nəsə oxumaq üçün tez-tez fasilə verməyi çıxış yolu olaraq seçirlər.Ancaq ümumi olaraq aşağıdakı məsləhətləri yerinə yetirsəz problemi nisbətən azaltmış olarıq: İlk öncə maşına minərkən gediş istiqamətində oturmanızı tövsiyyə edirəm.Çünki belə olduğu halda kitab oxumaq daha rahat olur.Yəni kitab oxuyarkən arabir gözünüzü kənarlaşdırdıqda yolun düz istiqamətini görəcəksiz və beyin siqnalları beyinə düzgün informasiya ötürə biləcək.Digər xəstəlikləri olan insanlarda bu problemə rast gəlmə riski daha yüksəkdir.Məsələn qulaq xəstəlikləri,daxili qulaq əməliyyatı keçirmiş şəxslər,şəkərli diabet xəstələri daha çox risk altındadırlar.Ona görə bu problemlə rastlaşdığınız zaman həkim müayinəsindən keçərək problemin kökünü tapa bilərsiz.Daha sonra bədəninizin beyinə “hərəkət edirik” siqnalı göndərməməsi üçün bacardığınız qədər az hərəkət edin.Xüsusilə baş,boyun nahiyəsini hərəkət etdirməməyə çalışın.Maşınla səyahət edirsizsə çalışın pəncərəni az miqdarda açıq qoyun.Çünki həm “maşın tutması” həmdə indi danışdığımız problemdən əziyyət çəkən insanlarda həmin an nəfəs almada problemlər yaranır.Mütəmadi qəbul edilən oksigen nəfəs aktını yaxşılaşdırır və insana rahatlıq verir.Ancaq diqqət edilməsi 1 şey varki pəncərəni açarkən tam açmayın.Bu halda sürətlə gedən nəqliyyat vasitəsində çöldən gələn küləyin səsi sizə əlavə narahatlıq yarada bilir.Məsələn qulaqda uğultu,üzdə quruluq,kitabın vərəqlərinin uçması və.s. Bu isə diskomfort deməkdir.Səyahət zamanı kitab seçərkən həriflərin ölçülərinə də diqqət edin.Çox xırda yazılmış həriflər gözdə ağırlıq yarada bilər.”Maşın tutması”ilə bağlı bəzən 1 sıra dərmanlar təyin olunur.Amma əgər sizdə “maşın tutması” yalnız kitab,qəzet oxuyarkən baş verirsə bu cür dərmanlardan istifadə etməniz məsləhət bilinmir.Çünki bu dərmanların tərkibində diqqət yayındırıcı və sakitləşdirici maddələr olduğu üçün kitab oxumanızda problemlər yaşana bilər.

                                                                                                                                                                                                                                              Nuray Lətifzadə

Go Back

Sorğu göndər