Düşüncə Jurnalı

header photo

Xəyli zəng sindromu

İnsanın keçirdiyi stress orqanizmin sensor həssaslığını hədsiz artırır

Son dövrlərdə ciddi surətdə artan xəyali zəng sindromu mütəxəssislərin ciddi surətdə diqqətini çəkib.

Xəyali zəng sindromu - insanın vaxtaşırı, heç bir əsas olmadan sanki zəng səsi eşitməsidir. Müxtəlif əsəb xəstəlikləri olan və ya stress keçirən insanlar bu halı hətta hallüsinasiya kimi qəbul edərək psixoloq və psixiatrlara müraciət edirlər.

Psixoloqlar bildiriblər ki, bu sindrom  keçirilən hər hansı bir stress nəticəsində orqanizmin sensor həssaslığının arması kimi ortaya çıxır: “Məlum olub ki, bu sindromdan əziyyət çəkənlərin 60 %-i bir müddət əvvəl mühüm və həlledici zəng gözləyib və  bu zəng əsasən xoşagəlməz bir halla bağlı olub. Maraqlıdır ki, həmin insanlar sonralar da xoşagəlməz bir vəziyyət və ya söhbət zamanı bu sindromu yenidən hiss ediblər. Və həmin anlarda mənfi emosiyalar yaşamış və bunu gizlətməyə məcbur olublar. Belə ki, güclü neqativ emosiyaların basılması bu sindromu yaradan şərtlərdəndir. İnsanın keçirdiyi stress orqanizmin sensor həssaslığını hədsiz artırır və bu da öz növbəsində sağlamlığa öz mənfi təsirini göstərir”.

Xəyali zəng sindromu çox vaxt yüngül hallarda öz-özünə keçir: “Yalnız 40 % hallarda isə kənar müdaxilə lazım gəlir. Belə ki, bu hal 1 həftə və ya daha artıq bir zaman davam edərsə, bu orqanizmin əsəb sisteminin hədsiz zəiflədiyindən xəbər verir. Təbii ki, belə hallarda psixiatr və psixoloq yardımından faydalanmaq vacibdir”.

Son illər ərzində xəyali zəng sindromundan əziyyət çəkənlərin sayı artmaqdadır: Xəyali zəng sindromundan əziyyət çəkənlərə elə gəlir ki, kimsə zəng vurur. Evdə olarkən tez-tez qulaqlarına şəhər telefonunun və ya mobil telefonun zəngi gəlir. Qaçaraq ev telefonunun dəstəyini götürürlər. Lakin heç kimin zəng etmədiyinin şahidi olurlar. Bu sindromun qurbanları evdən kənarda da nəqliyyat vasitəsində gedərkən və ya sadacə gəzərkən də mobil telefonun zəng çaldığını düşünürlər. Dərhal mobil telefonu cibindən və ya çantasından çıxarıb telefonu yoxlayırlar. Lakin nə buraxılmış zəng, nə də mesaj tapmırlar. Bu hal mütəmadi baş verir və ağır hallarda uzun müddət sürür.

Mütəxəssislər qeyd edib ki, insanlar nəinki xəyali zəng eşidirlər, həm də mobil telefonun vibrasiya etdiyini də hiss edirlər. 80 faizə yaxın insanlar telefon sakit durduğu yerdə onun vibrasiya etdiyini hiss edir.

Araşdırmalara görə, yalnız telefon deyil, digər elektron vasitələrdən də xəyali zəng və ya mesaj səsi eşidənlər olur.  

Qərbi Avropa, ABŞ və Yaponiyada aparılan təcrübələr əsasında məlum olub ki, xəyali zəng sindromundan əziyyət çəkən insanların əksəriyyəti günün çox hissəsini kompüter arxasında və ya mobil telefonunu qurdalayaraq keçirir. Bu ölkələrdə əhalinin 60-80 faizi xəyali zənglər eşidir. Eləcə də, məlum olub ki, Yaponiyada xəyali zəngləri eşidənlər daha çoxdur.
 

Xəyali zəng və ya vibrasiya hallüsinasiya şəklində olan gurultu səsi, güllə səsi, fışıltı ilə bağlı deyil: “Pis xəbəri telefon vasitəsilə eşidənlər də xəyali zəng səsi eşidə bilərlər. Onlar çox həyacanlanır və yenə də pis xəbər eşitdiklərindən ehtiyyat edirlər. Yenə zəng gələcəyindən qorxurlar. Ona görə onlara elə gəlir ki, zəng səsi gəlir”.

Lakin bir sıra mütəxəssislər – otorinolarinqoloq və auidioloqlar bu qənaətə gəliblər ki, xəyali zəngləri eşitmə iri şəhərlərdə, səs-küyün çox olduğu yerlərdə eşitmə analizatorun reseptor aparatın qıcıqlanması ilə bağlıdır. Belə ki, çox səs-küylü yerlərdə çox adam yalançı səslər eşidir. Tam sakitliyin sürdüyü yerlərdə də insan xəyali səs-küy eşidə bilər. Bu ona görə baş verir ki, müasir həyatda daim informasiya qəbulundan yorulan beyin müvəqqəti səssizlik şəraitində səs eşitməyə başlayır. Məşhur işgəncədə də belədir. İnsanı tam səsdən izolyasiya olunmuş otaqda tək saxlayırlar. Müəyyən vaxtdan sonra insan səs eşitməyə başlayır.

İnsanların daim zəng, internetdə yazışarkən mesaj səsini gözləməsi, oxşar səs eşidən kimi bunu zəng səsinə bənzətməsi ilə nəticələnir. Həm də insan özünü lazımlı və vacib hiss etmək istəyir. Bu səbəbdən də insan zəngi gözləyir. Zəng gəlməsə belə, telefonu açıb yoxlayır, elektron poçtasını və çatı tez-tez açıb baxır. Bu da sonda xəyali zənglərin eşidilməsi ilə nəticələnir. Bu cür təəssürat öyrəşkənlik nəticəsində də yarana bilər. Məsələn, daim cibində mobil telefon gəzdirən insanlar telefon təsadüfən ciblərində olmayanda onlara elə gəlir ki, telefon ciblərindədir. Onlar bədənləri ilə telefonun orada olduğunu hiss edirlər.

Əllərini cibinə atanda isə telefonun ciblərində olmadlığını anlayıb təəccüblənirlər.

dushunce.az

 

Go Back

Sorğu göndər