Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Psixologiya"

Ailədaxili konfliktləri necə həll etməli

Ailənin möhkəmliyini şərtləndirən tələblərdən biri ondan ibarətdir ki, ər və arvadın şəxsi keyfiyyətləri bir-birini tamamlamalıdır.Bu qanunauyğunluğun pozulması ər-arvad konfliktlərinə səbəb olur.

Ailədə həm qadın həm də kişi öz rolunu düzgün dərk etməlidir. Məsələnfiziki baxımdan zəif cinsin nümayəndəsi olan qadına güclü cinsin nümayəndəsi olan kişi arxa-dayaq olmalı,kişiməişət işlərində qadına kömək göstərməli və övlad tərbiyəsində aktiv iştirak etməlidir.Əgərbir tərəf digərindən asılı olarsa gec-tez asılı tərəf digərinin “hökm”lərinə tabe olmaq zərurəti  ilə qarşıllaşacaq və buna edilən etiraz nəticəsində konfliktlər,qalmaqallar, boşanmalar,neqativ hallar baş verəcək. Tərəfmüqabilinin dözülməz xasiyyəti, birinin digərini fiziki və psixoloji zorakılığa məruz qalması şəraitində yaşayan insanlar psixoloqlar tərəfindən qınaq edilir.Psixololji araşdırmalar sayəsində sübut olunub ki, belə ailələr cəmiyyətə heç bir fayda vermir. Əksinə bəla və faciə mənbəyinə çevrilir.Təbiimüşahidələrdən bəlliidirki,zorakılıq halları ilə ən çox qadınlar üzləşir.Və ailədə qadınların hüquqlarının pozulmasına, şiddətlərin artmasına,ailələrindağılmasına və digər fəsadlara səbəb olur.Ər-arvad konfliktlərinin əsas səbəbləri kimi bunları göstərmək istərdim.

-Ailədə əmək fəaliyyətinin düzgün paylaşdırılmaması;

-Maddi və mənəvi tələblərin ödənilməməsi;

-Psixi və fiziki uygunsuzluq.

Qaynana-gəlin konfiliktləri də aktual problemdi.Maraqlı məqam ondan ibarətdir ki,təzə qohum olmağa hazırlaşan qaynana və gəlin bir-birini nə qədər bəyənsələr də,istər-istəməz şüuraltıtəbəqələrinə yüklənmiş bu neqativ məlumatların qurbanına çevrilirlər.Məsələn,ailə həyatı qurmağa hazırlaşan gənc qızın  və qaynananın şüuraltı təbəqəsini qaynana-gəlin problemləri ilə bağlı neqativ xarakterli məlumatlarla qonşu-qadın,bibi-xala,rəfiqəvəs.tərəfindən proqram yüklənir.Beləliklə də həm qaynana,həm gəlin hələ münasibətlərdərinləşmədən öncə təxəyyüllərində öz münasibətlərinin modelini qurmağa başlayır.Və müəyyən mənada hakimiyyət bölgüsü də aparırlar.Bir-birilərinin qüsurlarını axtarırlar.Təbii ki, həddindən çox diqqət yetirilən münasibətdə hər hansı qüsur aşkarlanacaq və aşkarlanır da.Bu zaman şüuraltındakı qorxu vadar edir ki, məsələ aydınlaşdırılsın,nəticədə konfliktlər yaranır.Bumünadibətlərə sivil yanaşmaqla və bir-birinə komprimisə getməklə vaxtında problemin qarşısını almaq olar.

Valideyn tələbkarlığı,övladın ailənin tərbiyəvi tədbirləri ilə hesablaşmaq istəməməsi, yaş krizləri və digər səbəblərdən valideyn və övladlar arasında müxtəlif xarakterli konfilktlər baş verir.İstənilən halda belə konfliktlərin baş verməsi ailə üzvlərinin bir-birini daha yaxından tanımasına köməklik göstərir.Cəmiyyətdəkonfliktlərin çoxluğunu nəzərə alsaq ailədə baş verən konfliktlərin sayəsində övladlar cəmiyyətə hazırlanır. Lakin bu prosesə valideynlər tərəfindən düzgün yanaşma tələb olunur.Əks təqdirdə övlad yetkinlik yaşına çatar-çatmaz ailədən uzaqlaşa bilər,hətta övladlar valideynlərdən imtina da edərlər və ya əksinə.Valideyn -övlad konfliktlərinin qarşısını almaq üçün konfliktə səbəb olan problemi təhlil etmək və tərbiyəvi təsir xarakterli həll yolu seçmək və övladın fikirlərini söyləməsinə şərait yaratmaq lazımdır.

Valideynlər övladları dünyaya gətirərkən onların bir-birinə arxa-dayaq olacaqları ilə bağlı xəyallar qurur və bu prosesin reallaşacağınaşübhə də etmirlər.Lakin,təəssüflərolsun ki,bu proses həmişə arzuların reallaşması ilə bitmir.Ona görə də hələ uşaqlıqdan övladlar arasındakı konfliktlərin əsas motivlərini müəyyənləşdirmək və onun aradan qaldırılması istiqamətində tərbiyəvi tədbirlərin görülməsi tələb olunur. Valideyn məhəbbətinin düzgün paylaşdırılmaması,övladlar arasında vəzifələrin düzgün bölüşdürülməməsi onları liderlik uğrunda konfliktlərə təhrik edir.

Aliədaxili konfliktlərin, ailə mədəniyyətinin formalaşma səviyyəsindən birbaşa asılıdır.Konfliktləröz həlli yolunu tapmadıqca daha da kəskinləşir və ağır fəsadlara səbəb olur. Konfliklərolan yerdə həm fiziki həm psixoloji zorakılıq hallarının yaşanması da adi hallara çevrilir.Zorakılıqhallarındancan qurtarmaq məqsədi ilə suisidhallarda baş verə bilər.

Ailədə konflikt və zorakılıq hallarına qarşı profilaktik tədbirlər:

-Ailəüzvlərindənheç kəsin şəxsiyyətini təhqir etməmək;

-Hər kəsin hüququna hörmətlə yanaşmaq;

-Hər kəsin söz azadlığına şərait yaratmaq;

-Komprimisə getməyi böyüklük kimi qəbul etmək;

-Şəxsi münasibətləri dərinləşdirmək məqsədilə ailəliklə müxtəlif mərasimlərdə, əyləncələrdə, oyunlarda aktiv iştirak eləmək.

Əkbərzadə Təhminə

ADPU IV kurs 

 

Go Back

XOŞBƏXT AİLƏ, XOŞBƏXT CƏMİYYƏT

Cəmiyyətin nüvəsini ailə təşkil edir. Sağlam təməllər üzərində qurulan ailələrdə sağlam uşaqlar cəmiyyətimizin xoşbəxtlik və uğur qaynağı olacaqlar. Həbsxanalar, uşaq islahetmə mərkəzləri, spirtli içki və narkotik maddələrlə mübarizə aparan təşkilatların hamısı sağlam olmayan ailə fərdləri ilə doludur. Amerika,İngiltərə kimi inkişaf etmiş ölkələrin təhsilə milyardlarla dollar vəsait ayırmağının səbəbidə məhz budur. İnkişaf etmiş ölkələrdə artıq hər ailənin bir ailə məsləhətçisi, hər məktəbin rəhbər müəllimi, hər müəssisənin psixoloqu vardır. Ancaqhamısında eynidir: xoşbəxt fərdlər, xoşbəxt bir ailə, xoşbəxt bir cəmiyyət.

      Hər fərdin ailəsi tərəfindən qarşılanmasına ehtiyacı olan psixoloji ehtiyacları vardır. Ailə övladlarının bu ehtiyaclarnı qarşılıya bilirsə,sağlam fərdlər cəmiyyəti yaranır. Əgər ailə övladlarının bu ehtiyaclarına qarşıdiqqətli olsa,dürüst,insaları sevən, risk edə bilən, yenilikləri qəbul edə bilən, məhsuldar və bacarıqlı fərdlər cəmiyyətimizdə çoxalacaqdır.

Ailələr uşaqları üçün onların sağlam və xoşbəxt gələcəkləri üçün normal bir şərait hazırlaya bilməlidirlər.Xoşbəxt və sevincli olmaq həyatı ciddiyə almamaq demək deyil,həyatı müsbət enerji ilə yaşaya bilməkdir.Texnologiyanın və buna paralel olaraq sürətlə həyatın insanlara verdiyi stres və sıxıntı ancaq pozitiv baxış nöqteyi-nəzəri ilə həll edilə bilər.Həyata gözəl baxa bilən,müsbət enerji ilə dolu insanlarla daha əvvəllər birlikdə olsanız,onların sizə ötürdüyü müsbət enerji və xoşbəxtliyi yanlarından ayrıldıqdan sonra fərq etmişsiniz.Və o zaman yaşamın ləzzətini duyub, heç nəyə baxmayaraq həyatdan zövq ala bilməyin bir yolunun olduğunu hiss etmişsiniz.

      Bu gün sabahın yetkin gəncləri olacaq uşaqlarımızın uşaq məhkəmələrini bu qədər məşğul etmələrinə ən böyük səbəb də onların yaradılışdan gələn tərtəmiz ruhları deyildir.Boşanmış da olsalar,xoşbəxt olmayan ailələrin övladlarının hər hansı bir cinayəti törətmə göstəriciləri 48%,tək valideynli ailələrdə 36%-dir.Bu günün müasir dünyasında hələ 13-14 yaşlarındakı uşaqların pis yollara düşərək cinayət törətmələrindəki ən böyük amil,çox əfsuslar olsun ki,bu uşaqların tərbiyə aldıqları,böyüdükləri ailələrdir.

    Bir cəmiyyətin səadəti,ya da səfaləti sağlam ailələrin əsas psixoloji ehtiyaclarını nəzərə alaraq yetişdirdikləri sağlam uşaqlarla təmin edilə bilər.Belə ailələr övladlarına dəyərli olma hissini aşılayan,öz dəyərlərini yüksəltməyə çalışan,güvən,yaxınlıq və dözüm,iradəli olmağı ailə daxilində aşılayan,mübarizə apara bilən və uğur qazanmağı ifadə edən,mənəvi həyatı əsl mənası ilə öyrədib nümunə göstərən öndər ailələrdir.Və bu ailələr xoşbəxt bir cəmiyyətin toxumu,rüşeymi,ya da başqa bir məna ilə ifadə etsək,mayasıdır.

      Daxilimizdə xoşbəxt bir ailə qurmağın,yaxşı insanlar yetişdirməyin həvəsini duymalıyıq.Sonra səfalət içərisində olmayan,bədbəxtçiliyə məruz qalmayan insan cəmiyyətini də belə ailələr yetişdirəcəkdir.Və beləliklə,insanlar bu cəmiyyətdə xoşbəxtliyin təminatçısı olacaqlar.

SALAMZADƏ AFAQ –Narınc könüllü qrupunun üzvü

Go Back

Uşaqlarda dizartriyanın müayinəsi.

Dizartriyalı uşaqlarda loqopedik işin sistemi kompleks xarakter daşıyır;

  1. Səsin analizini və sintezini nəzərə alaraq səs tələffüzü korreksiyası.
  2. Leksik, qrammatik tərəfi nəzərə alaraq səs tələffüzü korreksiyası.
  3. Rabitəli nitqi nəzərə alaraq səs tələfüzü korreksiyası.

Loqopedik işin xüsusiyyətləri ibarətdir;

  1. Artikulyasıyanın masajı.
  2. Artikulyasiya gimnastikası.
  3. Loqopedik ritmika.
  4. Əksər hallarda ümumi və müalicəvi fizioterapiya və dərman müalicəsi.

Loqopedik işin uğurlu olması dizartriyalı uşaqların vaxtında müayinəsindən, korreksiyasından və korreksiya işinin kompleks olmasından asılıdır. Səs tələffüzü üzərindəiş aşağıdakı qaydada aparılmalıdır:

  • Dizartriyanın növündən uşağın yaşından və nitq inkişafından asılı olaraq.
  • Nitqin komunikativlik funksiyasının inkişafı. Nitq tələffüzünün formalaşdırılması dizartriyalı uşağı məktəbdə və sosial həyatda adaptasiya işini təmin etməlidir.
  • Nitq inkişafı uşaqda özünüidarəetmə öz gücünə güvən inkişaf etdirməlidir.
  • Səs analizinin və səs eşitmənin differensiasiyasının inkişafına yönəlməlidir.
  • Kinestetik hissiyat vasitəsilə artikulyasiya orqanlarının hərəkətini gücləndirməlidir.
  • Mərhələli loqopedik iş qurulmalıdır. Yəni, səs tələffüzünün korreksiyasına uşaqda mövcud olan səslərin üzərindən başlamaq lazımdır. Bəzihallarda sadə motor koordinasiyadan istifadə etməklə sadə səslərdən başlamaq lazımdır.
  • Ağır qüsurlar zamanı yəni nitq tamamən ətrafdakılar tərəfindən anlaşılmaz olduqda izolə olunmuş səslərdən, hecalardan başlamaq lazımdır.

Əgər uşağın nitqində qüsurlu tələffüz olunan sözlərin içində düzgün tələffüz olunan səslər varsa korreksiya işini açar sözlərdən başlamaq lazımdır. Bütün hallarda səslərin müxtəlif kontekslərdə və nitq stuasiyalarında avtomatlaşdırılması vacib şərtdir. Loqopedik iş dizartriya zamanı mərhələli şəkildə aparılır.

  1. Ilk mərhələ hazırlıq mərhələsidir. Onun məqsədi artikulyasiya aparatını korreksiya olunan səsə uyğunlaşdırmaqdır. Nəfəs korreksiyasıdır, səs korreksiyasıdır, passiv lüğətin inkişaf etdirilməsidir. Bu mərhələdə vacib məqam sensor funksiyanın yəni səs eşitmənin səs analiz etmənin eyni zamanda səsi tələffüz etmənin və ritmin inkişaf etdirilməsidir. Loqopedik iş dərman müalicəsi, fiziomüalicə, müalicəvi masaj və idmanla birlikdə aparılır.
  2. Ikinci mərhələ ilkin komunikativ bacarıqların formalaşması. Əsas məqsədi nitq inkişafı və səs analizinin inkişaf etdirilməsidir.

Aşağıda qeyd olunmuş artikulyasiya pzulmaları üzərində korreksiya işi aparılır:

  1. Artikulyasiya aparatı əzələrinin tonusunun aşağı olması.
  2. Artikulyasiya aparatı orqanlarının düzgün yerləşməsi üzərində işin aparılması və nəzarət.
  3. Səsin inkişaf etdirilməsi.
  4. Nitq tələffüzünün inkişaf etdirilməsi.

Artikulyasiya aparatının orqanlarının əzələlərinin tonusunun azaldılması üçün ilk növbədə ümumi əzələ masajı aparılır. Daha sonra boyun əzələlərinin tonusunun azaldılması üçün masaj aparılır, sinə və qol əzələlərinin tonusunun azaldılması üçündə masaj edilir. Masajın növbəti mərhələsini üz masajının aparılması təşkil edir. Üz əzələlərinin tonusunun azaldılması üçün alının ortasından başlayaraq gicgaha doğru yüngül sığallama edilir. Bu hərəkətləri loqoped eyni ritmlə və aşağı templə barmaqlarının ucuyla edir. Üz masajında digər hissə qaşların alına doğru barmaqların ucuyla sığallama hərəkətinə bənzəyir. Hərəkətlər eyni templə 2 əllə hər 2 tərəfə edilir. Növbəti mərhələdə alınnan aşağı doğru sığallama edilir, yanaqlara və boyun əzələlərinə doğru ordan çiyinlərə. Daha sonra dodaq əzələlərinin tonusunu aşağı salmaq üçün masaj edilir. Dodaq masajı zamanı loqoped baş barmağını dodağın selikli qişasında ortasına qoyur, ağzın künclərinə doğru hərəkət etdirir. Dodaq masajı hər 2 istiqamətdə aparılır. Dizartriyalı uşağı masajdan sonra dodaqlarla müəyyən əşyalarlı tutmağı öyrətmək lazımdır. Daha sonra dilin əzələlərinin möhkəmləndirilməsinə başlamaq olar. Nəzərə almaq lazımdır ki, tonusu aşağı salmaq üçün istifadə olunan hərəkətlər zamanı aşağı çənənin əzələləri dilin əzələləri ilə sıx əlaqədə olur. Dizartriyalı uşaqlarda əksər hallarda ağız açıq olur və kifayət qədər çox ağız suyu ifraz olunur. Buna nəzarəti həyata keçirmək üçün 3 mərhələli iş aparılmalıdır:

  • Birinci mərhələ zamanı dodaq hərəkətləri gimnastikası, tonusun azaldılması üçün hərəkətlər və taktil hissiyat inkişaf etdirilir. Əsas məqsəd uşağın diqqətini dodaqların yumulmuş vəziyyətində yaranan hissə cəmləşdirməkdir.
  • Ikinci mərhələ yuxarıda qeyd etdiklərimizin passsiv, aktiv yolla yerinə yetirilməsidir.
  • Üçüncü mərhələ ağzın açılıb və yumulmasını sözlü təlimat əsasında yerinə yetirmək; ağzı geniş aç, dodağı qabağa aç və s.

            Artikulyasiya hərəkətlərinin hissiyatının inkişaf etdirilməsi üçün aşağıdakı mərhələlərdən istifadə etmək lazımdır:

  1. Aşağı çənəni aşağı salmaq və yuxarı qaldırmaq.
  2. Dili yuxarı və aşağı kəsici dişlərin üzərinə qoymağı öyrətmək. Bu hərəkətləri ilk növbədə güzgü qabağında sonra güzgüsüz yerinə yetirmək, daha sonra uşaq gözü bağlı yerinə yetirmək.

          Bütün hərəkətləri yerinə yetirdikdən sonra səs tələffüzü korreksiyasına keçilir. Səs tələffüzü korreksiyasına individual yanaşmaq lazımdır. Beləki səsin qoyuluşu hər bir dizartriyalı uşaq üçün fərdi hazırlanır və fərdi olaraq seçilir.

Abbaslı Vəzifə - Narınc könüllü qrupunun üzvü

 

 

 

Go Back

Daxili Nitq- Tez-tezmi özünüzlə danışırsınız

“Düşünmək, ruhun öz-özüylə danışmasıdır”.

Daxili söhbətlərdə özünüzü ələ alıb gücləndirə biləcəyiniz kimi, yıxıcı duyğuları qızışdırıb özünüzü məhv də edə bilərsiniz.

Gün ərzində ağlınızdan orta hesabla 70.000-ə yaxın fikir keçir. Başqa bir tədqiqata görə daxili söhbətlərimizin 75%-nin pis, üzücü, gücsüzləşdirici olduğu bildirilir. Əslində “Daxili nitqi” artıran səbəblər çoxdur.

Hər bir insan doğulduğu andan etibarən özünü və əməllərini şüurlu və şüursuz şəkildə təhlilə başlayır. Bunu etməməliydim, deməməliydim, gözləməliydim… minlərlə edilmiş hərəkətləri və onlardan sonrakı peşmanlıqlar. Əslinə baxarsanız, insan etdiyi bütün addımlardan sonra beynində uzun müddət təhlil aparır.

Atdığımız addımları əlbəttə ki, təhlil etmək doğrunu yalnışdan ayırmamıza kömək olur. Əgər etdiyimiz hərəkətlərə görə biz məsuliyyət hiss etməsək, bu da cəmiyyətdə böyük bir xausa yol açar.

Ancaq bəzi insanlar olan hadisələri beyinlərində çox böyüdür, beyinlərini yarana və əldən salana qədər bu hadisəni təhlil edirlər. Nəticədə də “takıntı” dediyimiz yəni bir düşüncədə ilişib qalma və o düşüncədən uzaqlaşmaqda ciddi şəkildə əziyyət çəkmək.

Bu hallar bir müddət sonra o insanlarda ciddi xəstəliklərə qədər gedib çıxa bilir.

Əgər bizim beynimizdən gün ərzində bu qədər çox fikir keçirsəvə biz hər düşüncəyə bu qədər ilişib qalsaq, onda beynimiz çox tez yorular və təslim olar ki, bu da ağır əsəb-sinir problemlərinə gətirib çıxarar.

Əsasən fəaliyyət alanı, hobbiləri, işi və məşğuliyyəti daha az olan insanlarda daxili nitq hədsiz artır. Müqayisə etsək ki, beyni daha çox işlərlə məşğul olan insanın “boş-boş” fikirləri təhlil etməyə zamanı daha az olur. Bu tip insanlar daha səbrli və daha sakit həyat yaşayırlar.

Əslində onların da özlərinə görə problemləri var, sadəcə olan hadisələri olduğu kimi qəbul edir, insanları olduğu kimi qəbul edib dəyişməməyə daha çox qəbullanmağa çalışırlar.

Və əlbəttə ki o zaman problemi atlatmaq da asan olur. Orqanlarımızın içərisində beyin ən çox işləməyi sevən orqandır. Əgər beynimiz bekar qalırsa, özünə uğraşacaq alanlar axtarır və siz də beynə heç bir məşğuliyyət vermirsinizsə, beyin dəyirman daşı kimi özün üyütməyə çalışır.

Nəticə etibarilə ağır nevroz və sarışan nevroz başlayır. Artıq beynə istənilmədən belə daxil olan və qovmaqda çətinlik çəkdiyiniz fikirlərin sayı gün-gündən artır və dözülməz hala gəlir. Ümumiyyətlə, terapevrik məsləhətlərdən biri stress və stressi yaradan səbəblərin azaldılması və fəaliyyət alanının genişləndirilməsidir.

Gün ərzində aktivlik artan kimi daxili nitq və neqativ düşüncələrin sayı sürətlə enir. Əslində problemi başladan da bitirən də elə siz özünüz olacaqsınız.

Beyninizi lazımsız fikir və yükləmələrdən azad edib, fəaliyyət dairənizi, məşğuliyyət və hobbilərinizi artırsanız, lazımsız və boş fikirlərin yerinə beyində daha canlı və pozitiv fikirlərin sayı artar.

 

Lalə Əhmədova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

ƏLİL PSİXOLOGİYASI

 

Əlillər və yaşam hissləri üzrlü; “normal bir insanın fərdi ya da sosial həyatında öz – özünə etməsi gərəkən işləri, fiziki və ya ruhi qabiliyyətlərindəki irsi ya da sonradan olma hər hansı nöqsanlıq nəticəsində edə bilməyənlər” olaraq müəyyən edilmişdir. Fərdin fiziki funksiyalarındakı pozğunluq və bunların hərəkət qabiliyyətində yaratdığı əksiklik və çətinlik, onu cəmiyyətin digər fərdlərindən fərqli edər. Bu fərqlilik əlillərin yaşadığı ayrımçılığın da əsil səbəbidir. Bilindiyi kimi hər türlü ayrımçılığın təməlində fərqli olmaq, yəni “alışılmamış xüsusiyyətlərə” sahib olmaq vardır. Fiziki funksiyalardakı pozğunluqlar və bunların hərəkət qabiliyyəti üzərində yaratdığı məhdudiyyətlər fərdi cəmiyyətdən uzaqlaşdırar.

 İctimai dəstək sistemlərinin çatışmazlığı, cəmiyyətin kənarlaşdırıcı tutum və davranışları da əngəlli fərdin cəmiyyətə bərabər fərdlər olaraq qatılmasını önləyər. Bilindiyi kimi ailə, uşaqların sağlıqlı olaraq yetişdirilib, inkişaf edə biləcəyi, önəmini heç bir vaxt itirməyən universal bir təşkilatdır. Özəlliklə, ilk davranış qəlibləri, ictimai həyata bağlı qayda və rollar, təməl vərdişlər, xoşbəxliklər, sevgilər, gündəlik münasibətlər içində böyüyüb inkişaf edə biləcəyi bir ailəyə ehtiyacı vardır. Uşağın qüsuru kəsin olaraq təyin edildikdən sonra, ailə üzvlərinin uşağı və qüsuru qəbul edə bilməsi çox önəmlidir. Ancaq ailələr bu müddətə çatan qədər bəzi mərhələlərdən keçərlər.

 1.Şok: Uşağının qüsurlu olduğunu öyrənən ailələrdə sıxlıqla gözlənilən reaksiyalardan ilkidir. Ümumiyyətlə bu vəziyyət; ağlama, reaksiyasız qalma və özünü çarəsiz hissetmə şəklində ortaya qoyulmaqdadır.

 2.Rəddetmə: Bəzi ana-atalar uşaqlarının qüsurlu olduğunu qəbul etmək istəməyə bilərlər, bir müdafiə mexanizmi olan rəddetmə, bilinməyənə qarşı duyulan qorxudan qaynaqlanmaqdadır. Uşağın və özlərinin gələcəkdə yaşaya biləcəklərinə istiqamətli duyulan narahatlıqlar, qayğılar, üstələnməsi gərəkən məsuliyyətlər, “halımız nə olacaq?” sualına yetərsiz qalan şərhlər, rəddetmə davranışının görülməsinə səbəb olmaqdadır.

 3.Acı çəkmə və Depressiya: Ümumiyyətlə ana-atalar qüsurlu uşağa sahib olmaları səbəbi ilə xəyal qırıqlığına uğrarlar. Əksəriyyət ana-atalar üçün qüsur; xəyallarında yaşatdıqları ideal uşağın yox olmasının simvolu ola bilməkdədir. Belə bir vəziyyətdə hiss edilən acı, həqiqətən sevilən birinin itirilməsi qarşısında hiss edilən acıya bərabərdir. Acı çəkmə, həqiqətən qəbul edilməsini asanlaşdıran bir duyğu olaraq görülməkdədir. Depressiya isə; ümumiyyətlə acı çəkmə müddəti sonunda ortaya çıxmaqdadır. Əksəriyyət ana-atalar yükləndikləri məsuliyyət qarşısında hər şeyə güclərinin çatacağı inancı ilə depressiyaya girməkdədirlər. Acı çəkmə və depressiya nəticəsində ailələrdə “geri çəkilmə” ya da “ictimai qarşılıqlı təsirlərdən qaçınma” davranışı gözlənə bilməkdədir.

 4.Günahkarlıq hissi: Qüsurlu uşağa sahib olan hər ailədə sıx olaraq, acı çəkmə ilə gözlənən reaksiyalardandır. Ana ataların uşaqlarındakı qüsura özlərinin səbəb olduqlarını düşünmələrindən ya da bəzi səhv davranışları nəticəsində Tanrı tərəfindən cəzalandırılmış ola biləcəklərinə inanmalarından qaynaqlana bilməkdədir.

 5.Qərarsızlıq: Qüsurlu uşağa sahib olan bəzi ana atalarda, vəziyyətə dərhal uyğunlaşmaq gözlənərkən, bəzilərində bu müddət daha uzun sürməkdədir. Qəbu etmədə görünən qərarsızlıq, ailə üzvlərinin bir-birilərini günahlandırmalarından qaynaqlana bilməkdədir.

 6.Qəzəb hiss etmə: Qəzəb hiss etmə, ümumiyyətlə ana ataların qəbul etmə müddətində yaşanılan və qəbullanmağı əngəlliyəcək duyğudur. “Niyə mən?”, “niyə mənim/bizim uşağımız” sualları sıxlıqla soruşulur. Qəzəbliliyi insan özünə yönəldə biləcəyi kimi ailənin digər üzvlərinə, qüsurlu fərdə və digər insanlara əks etdirilə bilər. Həkimlər, tərbiyəçilər və terapistlər qəzəblilik duyulan insanlar ola bilməkdədir.

 7.Utanma: Hər ana-ata öz övladının müvəfəqiyyətli olmasını, təsdiq və qəbul olunmasını arzu edər və bundan da son dərəcə qürur duyar. Halbuk qüsurlu uşağın, cəmiyyətdə qəbul edilməməsi, hətta lağ edilməsi, acınması, qorxulması və rədd edilməsi kimi mənfi münasibət və davranışlar  yaşaya bilməkdədirlər. Bütün bunlar qarşısında ailə, qüsurlu fərddən utanma hissi inkişaf etdirə bilməkdədir. Sıxlıqla, başqaları ilə görüşməyərək, uşaqlarını da evə qapatmağı üstün tuturlar.

 8.Uzlaşma: Bu davranışları göstərən insanlar, sıxlıqla “əgər övladıma bir çarə taparsan, həyatımı sonuna qədər sərf edərəm” inancını daşımaqdadırlar. Uşağın dərdinə çarə tapılması, ailələrdə son cəhd olaraq ələ alınmaqdadır.

 9.Uyğunlaşma və ya Qəbul etmə: Valideynlərin uşaqlarıyla müsbət münasibətlər qura biləcəylərini fərq etmələri ilə başlayan bir zamandır. Ailə üzvlərinin hamısının, qüsurlu uşağın ailələrindəki varlığı həqiqətini qəbul etmələri mərhələsidir. Narahatlıqlar, qorxular azalmış, utanma kimi mənfi duyğularla baş çıxarılmışdır. Artıq ailə uşaq üçün və uşaqla birlikdə nələr edə biləcəyini düşünür və planlamağa başlamışdır. Belə bir mühitdə uşağa da öz qüsurunu qəbu etmə və onunla daha keyfiyyətli bir həyat sürmə şansı tanımış olacaqdır. Ailələrin belə bir zamanda bu mərhələlərdən keçməsi təbiidir. Lakin ailənin bu mərhələrdən hər hansı birində ilişib qalması bərabərliyində ruhi problemləri gətirərək vəziyyətə uyğunlaşmanı təmin etmək və qəbul etməyi çətinləşdirəcəkdir.

 Qüsurlu fərdlərin psixoloji, təhsil və həyatlarını normal sürdürə bilmə bacarıqları baxımından digər fərdlərdən geri qalmaları çox normaldır. Bizlərə düşən onları mühakimə etmək, ayıblamaq, cəmiyyətdən kənarlaşdırmaq deyil. Onlara dəstək olmaq, tənhalıqlarını paylaşmaq, onları motivasiya etməkdir. Bu insanlıq vəzifəmizdir. Hər fərd qüsurlu namizədidir. Onların hərkəsdən çox ehtiyacı olduqlarını unutmamaq lazımdır...

 

Mustafayeva Sünbül Münasib qızı

https://e-psikoloji.com/forum/showthread.php?12538-Engelli-Psikolojisi  

Go Back

ŞİZOFRENİYA VƏ ONUN YARANMA SƏBƏBLƏRİ

 

 

Düşüncə,coşğu,iradə,insanlıq və davranış pozuntuları ilə ortaya çıxan bir ruhi xəstəlikdir.Xəstə xarici aləmin gerçəklərindən ayrılır,demək olarki özünün qurduğu bir dünyada yaşayır.Xəstəlik çox vaxt yeniyetməlik dövründə ortaya çıxır.Qadın və kişilərdə demək olar ki,eyni dərəcədə rast gəlinir.

           Xəstəliyin səbəbi isə hələ dəqiq bilinmir.Dəqiqlik qazanan tək səbəb olaraq isə atasının yaxud da anasının bu xəstəliyə yoluxmuş bir uşağın gələcək illərdə şizofreniyaya  yoluxması  riski yüksəkdir.Bu da  xəstəlikdə irsiyyətin önəmli bir rol oynadığını sübut edir.Şizofreniyanın səbəbləri fərqli qruplara ayrılır:

          Düşüncə pozğunluğu-Xəstənin düşüncələri arasında əlaqələr qopuqdu.Bunun nəticəsi olaraq,xəstənin danışığı qarışıqdı.Mövzudan mövzuya keçir,əlaqəsiz bir fikir irəli sürür.Soruşulan suallara əlaqəsi olmayan cavablar verir.Xəstə danışığında uydurduğu yeni və mənasız sözlərdən istifadə edir.Buna neologizm deyilir.Bəzi xəstələr birdən susar və cavab verməzlər.Səbəb olaraq da özünün duyğularının təzyiq altında olduğunu deyər.Bu cür xəstələrdə mistik,metafizik və fəlsəfi söhbətlər üstündə möhkəmləndiyi görülür.

         İradə pozğunluğu-Hər hansı bir mövzuda qərar verməzlər,daxili dünyasına qapanıb həftələrcə düşünərlər.Bu vəziyyətə otiz adı verilir.Bu xəstəlikdə digər bir əlamətdə ölümsüzlükdü.Xəstə yemək yeməz,bəziləri soruşulan sualları təkrar edər,mimikaları təkrarlayar.Bəzi xəstələr isə  bir-birinin əksini düşünərlər.Həm ölməyi düşünər,həm də yaşamağı.

          Şizofreniyanin növləri vardır.Bu da xəstəliyin hansı mərhələdə olduğunu göstərir.Sadə şizofreniya 18-25 yaşlarında meydana çıxır.Bu şizofreniyada həyacan pozğunluqları ön plandadır.İntellektual çöküntü müşahidə edilə bilir.Hiperfrenik şizofreniya 15-25yaş arası insanlarda muşahidə edilir.Onlarda düşüncə pozğunluqları hər zaman ön plandadır.Katononin şizofreniya isə 18-25 yaş arasında görülür.Xəstə hərəkətsiz və dönükdür.Tüpürcəyini udmaz və sidik,nəcis ehtiyacını hiss etməz.Paranoniel şizofreniya 25-30 yaş arasında müşahidə edilir.Sayıqlamalar və hallüsinasiyalar ön plandadır.Xəstələr hər zaman düşmənləri olduğunu,izlənildiklərinivə özünün peyğəmbər ya da tanrı olduqlarını düşünürlər və ətrafa bu cür söyləyib onları da buna inandırmağa çalışırlar.

          Müalicəsi-müalicə olunmayan xəstəlikdir.Sadəcə yaxşılaşma vaxtına remissiya deyirlər və hər remissiyadan sonra yenədə simptomlar təkrarlanır.Bu xəstələr xəstəxanada həkim tərəfindən xüsusi müşahidə altında tutulmalıdırlar.Xəstəliyin əlamətləri görünən kimi müalicəyə başlanılmalıdır.Belə olarsa müalicədən istənilən nəticə alına bilər.Əks halda yəni ağırlaşmış vəziyyətdə  xəstənin müalicəsində istənilən nəticə alınması imkansız olur.Şizofreniyada reabilitasiyadan yararlanıldığı kimi son zamanlarda dərman müalicəsi ilə də istənilən nəticələr alınmaqdadır.

 

 

Tərcümə etdi Afaq Salamzadə          

 Mənbə: internet ELİF AÇIKGÖZÜN məqaləsindən

 

 

Go Back

Xəyanət

İnsan əvvəl özünə xəyanət edər, əvvəl özünü yaralar. Hər insanın içində bütün mükəmməlliyə sahib bir ruh vardır və insanın ilk məsuliyyəti əvvəla ona qarşıdır.

 Deyilən hər yalan, tutulmayan hər söz, başqalarına edildiyi zənn edilən hər cür pislik əvvəl edənin ruhunda dərin bir yara açar. Çünkü özünə xəyanət etmiş və razılaşmanı pozmuşdur. Ən böyük acını yenə o insanın ruhu çəkər. Insan hər nə qədər fərqində olmasa da içində doldura bilmədiyi dərin bir boşluq yaranar və həyatı o boşluğu doldurmağa çalışmaqla keçər.

          İnsan özünə ilk xəyanətini, çox vaxt öz hisslərini və öz iç səsini dinləməyib, başqa şeylər ardınca qaçdığı zaman edər. Bu danışılan şey pul ola bilər, karyera ola bilər və ya camiyyətdə hörmət qazanmaq ola bilər. Bu xəyanətin arxasından nə qədər uğurlu və xoşbəxt görünürsə görünsün; tək başına qaldığı ilk anda o dərin boşluq heç cür yaxanı buraxmaz.

Xəyanətin bir neçə növü vardır:

Verilən sözlər tutulmalıdır deyirlər. Söz verərkən əvvəl özünə söz verir insan; o zamanda onu edəcəm deyir. Buradakı ilk razılaşma insanın özü ilə olan razılaşmasıdır. Pozanda da ilk yaraladığıda və hörmətini itirdiyi insan yenə özü olacaqdır. Bu özünə etdiyi bir xəyanətdir.

Yalan danışmaq; bu da insanın özünə ən böyük xəyanətidir. Özünü bilərərək və istəyərək etdiyi hər hansı bir şeyi başqalarından qorxaraq  gizləməsi, başqalarına özündən daha çox dəyər verdiyi mənasına gəlir ki, bu da əvvəla özünə xəyanətdir.

Oğurluq, fırıldaqçılıq və ağlımıza gələ biləcək hər cür pislik edən insanlar, əslində ən böyük pisliyi özlərinə etdiklərinin fərqində olmazlar.

Bəzən yalan danışan, məni aldatmağa çalışan, verdiyi sözləri tutmayan insanlarla qarşılaşdığı zaman çox məyus oluram. Öz ruhlarına necə əziyyət verdiklərinin fərqində olmadıqlarını düşünərkən çox təəssüf edirəm. Ruhlarının çəkdiyi acını hiss edərkən, mənə etdikləri zənn edilən pislik ağlıma belə gəlməz.

Insan başqasına sancdığını zənn etdiyi hər bıçaqda,əvvəl öz ruhunu yaralar.

Insan əvvəl özünə xəyanət edər.

 

Tərcümə edən: Elmira Gərayzadə

 

https://l.facebook.com/l.php?u=http%3A%2F%2Fblog.milliyet.com.tr%2FIhanet%2FBlog%2F%3FBlogNo%3D174278&h=ATO23LRn_IV4djAxibdAtXwZlvEE71MRXuvAGdKApJcGI0lyC4B1S6PsnxrNxe3aUzIaZ-2WnpShEvxguEdv8123jHzL4nln3h92hMuKhiaRqxFGLN229lK6vT3X42q_TU0JJz0

Go Back

İPOXONDRİYA

Hipokrat və qədim yunanlar emosional pozuntuların abdominal (qarın bölgəsi) orqanlarından qaynaqlandığına inanırdılar.”İpoxandrium “sözü döş qəfəsinin altını təmsil edirdi və bu dövrlərdən bəri istifadə olunurdu.İpoxondriya insanın bədənlə əlaqəli simptomlarının səhv başa düşülməsinə dayanan, ən az 6 ay davam edən , ciddi bir xəstəliyi olduğu ya da inancını daşıması olaraq qiymətləndirilir.İpoxondriyanı “xəstəlik qorxusu” anlayışından çox “xəstəlik olacağı inancı” daha yaxşı açıqlayır.İpoxondriyalı insan vaxtının çox  hissəsini xəstəlik və sağlamlıq mövzuları ilə məşğul olaraq keçirir.Fizioloji bir xəstəliyi olmadığı halda, çox zəif bir ağrı və  xəstəlik əlamətini böyük və ölümcül xəstəliklərin əlaməti olaraq qəbul etmə  şəklində və ya qayğılarla özünü göstərən bir pozuntudur.Bununla əlaqədar olaraq xalq arasında adına “xəstəlik xəstəliyi” deyilir.Uzun illər fizioloji narahatlıqları olan və sonda sağalmış insanlarda ipoxondriyaya rast gəlmək mümkündür.Araşdırmalar  ipoxondriyanın həyat boyu yayılmasının 1-5% olduğunu göstərir.Qastroenterologiya,qulaq, burun, bogaz ,nevrologiya və endokriologiya kimi tibbi sahələrdə ipoxondriya faizi daha yüksəkdir.

 

İPOXONDRİYA ƏLAMƏTLƏRİ HANSILARDIR?

İnsanın bədən simptomlarının səhv başa düşməsi ilə əlaqədar olaraq ciddi bir xəstəlik olacağı qorxusunu,ya da ciddi bir xəstəliyi olduğu düşüncəsini daşıması, kifayət qədər tibbi müayinə aparılmasına və zəmanət verilməsinə baxmayaraq,bu düşüncələr davam edir bu düşüncələr kliniki baxımından  hər hansı bir sıxıntıya,fəaliyyət sahələrində pozulmalara səbəb olur. Bu pozuntu 6 aya qədər davam edir, pozuntuya bağlı olaraq narahatlıq halları tez-tez müşahidə olunur.Bundan əlavə yorğunluq,nefes darlığı,döyüntü,üşütmə, tərləmə,yuxusuzluq kimi əlamətlər müşahidə olunur.Insan özünü davamlı olaraq xəstə hiss etdiyi üçün  özünü kifayət qədər işinə verə bilmir və iş qabiliyyəti aşağı düşür.Tək qaldıqda və başqa işlərlə məşğul olmadıqda şikayətləri artır və vəziyyəti daha da pisləşir.Həkim-həkim gəzmə,həkimlərə hirslənmə,onları əsəbiləşdirmə hərəkətləri mövcuddur.İpoxondriya müalicə oluna bilər,amma xəstənin klinik psixoloqa müraciət etməsi vacibdir.İpoxondriyalı xəstələr problemlərinin psixoloji əsaslı olduğunu qəbul etmirlər.Xəstənin psixiatr və ya klinik psixoloq ilə çox yaxşı münasibət qurması  vacibdir.Xəstəyə bir xəstəliyinin olduğu vəziyyətinin ifadə  olunması terapiyanın ən önəmli mövzusudur. Bihevioral istiqamətdən də müdaxilələr edilə bilər.Məsələn,təkrar-təkrar həkimə getmək  və müayinə etdirmə davranışının kəsilməsi,diqqətini günlük işlərinə və ya həyati problemlərinə yönəltməsi mövzusunda fikir birliyinə gəlmək lazımdır.Bu xəstəlik daha çox 20-40 və 50-70 yaş arasında olan insanlarda müşahidə olunur.Belə adamlar vaxtaşırı tibbi jurnalla, qəzetlər və kitablarla maraqlanırlar.Televiziyada yayımlanan sağlamlıq verlişlərinin daimi izləyicilərinə çevrilirlər.Bu xəstələr həkimlərin daimi pasientləri olurlar.Onları sağlam olmaqlarına inandırma isə çox çətindir.Bu səbəbdən  onlar həkimlərini tez-tez dəyişirlər.Onlar düşünür ki,”yox”ətrafdakılar düz demir hansısa bir xəstəliyə yoluxmaq çox asandır.İpoxondriya zamanı insanın keçirdiyi xəstələnmək qorxusu müxtəlif fiziki əlamətlərlə müşayiət olunur.Bu fiziki əlamətlər hansısa bir xəstəliyin əlamələrinə bənzəyir və real olmur.Bu xəstəliyin qurbanlarının əksinə olaraq daim özünü sağlam hesab edən insanlarda olur Misal üçün , belə adamlar qışın soyuğunda,qar yağanda da dənizdə çimir, nazik geyimdə qaçır, idman edir və s.Belə adamlar hədsiz  dərəcədə fiziki məşğələlər ilə yükləyərək özlərinə  zərər də yetirə bilərlər.Bəzən bu xəstəlik zamanı insanlar hansısa yüngül xəstəliyi şişirdərək yaxınlarını qorxudurlar.Onlar bədənlərində baş verən bütün dəyişiklikləri müşahidə edir,hər bir ağrıya qarşı qorxu ilə yanaşırlar.Belə adamlar həkimlərə etibar etmir və dərmanların qəbulu haqda olan bütün göstərişləri özləri diqqətli oxuyurlar.İpoxondriyalı xəstələr müxtəlif həkimlərin yanına gedir,müayinə və müalicə üçün son qəpiklərini belə xərcləməkdən qorxmurlar.İpoxondriyanın bəzi növləri zamanı  adam müayinədən keçən zaman hesab edir ki,  onda xərçəng xəstəliyi var, lakin həkimlər  bunu gizlədirlər.Bəziləri hesab edir ki,onda elmə məlum olmayan hər hansı bir xəstəlik mövcuddur.Buda insanın zəifləməsinə səbəb olur.İpoxondriyanın müalicəsi uzun və çətin prosedurdur.Nadir hallarda bu insanların psixikasını tez bir zamanda qaydaya salmaq olur.Bu xəstəlikdən əziyyət çəkən insanlara ilk növbədə xəstəlik və tibb barədə olan qəzet, jurnal,kitablar oxumaq,sağlamlıqla bağlı verlişlərə baxmaq qadağan olunur.Belə adamların yaxınları xəstəliyin inkişafının qarşısını almaq üçün xüsusi davranış qaydasını bilməlidirlər.İpoxondriyadan əziyyət çəkən insana onun tam sağlam olmasını şübhələndiyi xəstəlikdən əziyyət çəkməməsini izah etmək lazım deyil.Onsuzda o sizə inanmayacaq.Belə adamlara diqqətlə qulaq asmaq,dediklərini sakit qəbul etmək lazımdır.Onu başa salmağa çalışın ki,hər şeyi başa düşürsünüz.İpoxondriyadan əziyyət çəkən insan onun xəstəlik barədə fikirlərinin ətrafdakılar tərəfindən təsdiqini görməyəndə,onun dediklərinin əksinə çıxmayanda daha tez sakitləşir.Heç bir reaksiya görməyəndə uydurduğu xəstəlik barədə fikirlərindən əl çəkir.Belə adamlara çox ünsiyyətdə olmaq,təbiət qoynunda gəzmək,idman etmək( fiziki cəhətdən çox yüklənməmək şərtilə) xəstəliyə yoluxma barədə fikirlərin yayınması üçün maraqlı məşğuliyyət tapmaq və əylənmək məsləhət olunur.

 

 

 

ƏDƏBİYYAT :UZMAN PSİXOLOQ. NUR METİN KORKMAZ www.baharkosekaraca.com

TƏRCÜMƏ ETDİ :ƏHMƏDOVA SAMİRƏ

 

 

 

 

 

 

                    

Go Back

Sosiopat

Sosiopat tip şəxsiyyət pozuntusunun digər adı antisosial (dissosial) tipdir.Sosiopat insanlar qanunlara riayet etməyən,daima qaydaları pozan və heç bir peşmançılıq hissi keçirməyən insanlardır.Onlar bu davranışlarına görə cəzalandırılsalar da heç vaxt nəticə çıxarmırlar və bu vəziyyətdən demək olar ki, zövq alırlar.Başqa insanlara zərər vermək sosiopatlar üçün adi haldır.Belə insanlar adətən uşaq vaxtından sevgi doyumsuzluğu yaşayan insanlardır.Sevgi görməyən, şiddətə məruz qalan uşaqlar gələcəkdə də şiddət göstərməkdən çəkinmirlər Sosiopat insanlarda başqa insanları sevmək və başqa insanlara acımaq hissi olmur.Başqa insanla sosiopatlar üçün sadəcə bir vasitə rolunu oynayır.Çox kinli olan sosiopatlar özünə qarşı səhv hesab etdiyi hərəkətləri heç vaxt unutmur və intiqam almaq üçün uyğun zamanı gözləyirlər.Xarakterik xüsusiyyətlərindən biri etdikləri müqabilində heç vaxt vicdan əzabı çəkməmələridir.Yeni tanış olduğumuz insanlar arasında sosiopatların olma ehtimalı olduqca yüksəkdir.Belə ki, bu insanlar başlanğıcda olduqca normal təsir bağışlayırlar.Lakin hadisələrə verdikləri kəskin reaksiyalardan getdikcə hər şey ortaya çıxır. Sosiopatların başlıca xüsusiyyətlərindən biri yalan danışmaqda sərhəd tanımamalarıdır.Çox xəyalpərəstdirlər.Reallıqda olmayan hadisələri böyük məharətlə danışıb insanları inandıra bilirlər.Yeni tanış olduğu birinə özünü çox önəmli bir şəxsiyyət kimi təqdim edir.Ondan şübhələnib sorğuya başladığınızda sərt reaksiya göstərir, əsəbiləşir.Sosiopatlar özlərini digər insanlardan hər zaman üstün görürlər.Gərçək sevgiyə inanmırlar,insanlara qarşı müsbət emosiyaları yoxdur.Lakin istədiklərini əldə etmək məqsədilə özünü sevirmiş kimi göstərə bilirlər.Belə tip şəxsiyyətlər empatiya qura bilmirlər,başqa insanların nə hiss etdiklərini anlaya bilmirlər. Sözlərdən və cümlələrdən ustalıqla istifadə etməyi bacarırlar.Ətrafındakıları danışığı ilə özünə heyran edə bilirlər.Bu qabiliyyət onlara hadisələri fantastik danışma imkanı verir.Yalan danışdığı sübut olunsa belə heç vaxt qəbul etməz və üzr istəməzlər.Çox dərin xəyal dünyaları vardır. Cəmiyyət qaydalarına uyğunlaşmaqda çox çətinlik çəkirlər.Cinayətə meylli insanlardır.Onlar bütün qayda və qanunlara qarşı əsəbı və sərt reaksiyalar verirlər.Utanmaq hissi onlara yaddır.Günahları qarşısında peşman olmayan və vicdanı sızlamayan insanlardır.Elə bu xüsusiyyətlərinə görə onlar təhlükəli vəziyyətlərdə soyuqqanlı olurlar.Heç bir panika yaşamırlar.

Davranış formaları düzənsiz, dəyişkən xarakter daşıyır.Sosiopatlar qərarsız və kənardan baxıldıqda qəribədirlər. Antisosial olan bu tiplər cəmiyyətə qarşı əsəbidirlər.Onlarla mübahisəyə girmək sadəcə vaxt

itkisidir.Dostları olmur və heç bir plana sadiq qalmağı bacarmırlar.Digər insanı anlamaq, qarşılıqlı münasibət qurmaq sosipatlara yad olduğu üçün dost çevrələri də olmur.Həmçinin digər insanlarda da özlərinə qarşı məhəbbət yarada bilmirlər.Bu tip adamlar məqsədlərinə çatmaq üçün hər yola əl atırlar.Onlar ətrafındakı insanlara qarşı kobud münasibət,fiziki şiddət göstərə bilir.Belə şəxslərin ailə həyatı varsa da uzunmüddətli olmur,çox vaxt ailəsindən ayrı yaşayırlar.

Sosiopatlara impulsiv davranışlar xasdır.Təhlükəli və məntiqsiz hərəkətlər etməkdən çəkinmirlər.Sosyopatların çoxu zəka cəhətdən üstündür.Lakin bu zəkanı insanları aldatmaq üçün istifadə edirlər.Yüksək İQ-lü olanlar cəmiyyət üçün daha təhlükəlidir.Onlar en ağır cinayətləri belə asanlıqla işləməyi bacaran insanlardır.

Müalicəsi olduqca çətindir və bəzən mümkünsüzdür.Çünki, sosiopatlar heç vaxt xəstə olduqlarını qəbul etmək istəmirlər.Onlara məsləhət vermək, problemli vəziyyətdə olduğunu anlatmaq qeyri- mümkündür.Bu vəziyyəti depressiya, maddə istifadəsi daha da ağırlaşdırır.Sosiopatlar narkotik maddələrə və alkoqola meylli şəxslərdir.Psixoloqdan dəstək almaq vacibdir.Həmçinin sosiopatlara çox zaman tibbi dəstək də lazım olur.

ƏDƏBİYYAT SİYAHISI: N.V.İsmayılov, F.N.İsmayılov Tibbi psixologiya və psixoterapiya

Dr.Martha Stout The Sociopath Nex Door

Mənbə: Psikoanaliz.net.

Ülfət Abbaszadə

Go Back

“Zoluşka” sindromu

“Zoluşka”   sindromu

1“ Zoluşka”sindromunun psixologiyada tarixindən:

Konkret bir şəxsin hər hansı mif və ya nağıl qəhrəmanları ilə müqayisəsi hələ yüz il əvvəl də mövcud idi. Miflər və əfsanələr hələ qədim dövrlərdə insan təxəyyülündən xəbər vermişdir. Müasir psixologiyada isə bununla birbaşa məşğul olan məktəblər vardır. Sehrli nağılların analizi nağıl terapiyası faciə simvolları və s.

“ Zoluşka”olmaq qazanların hisini təmizləyərkən xəyallarda balo gecesindəki “prinçessa”olmaqdır.

İlk dəfə bu mövzuya Ziqmund Freyd münasibət bildirmişdir.O qədim yunan mifologiyasının qəhrəmanlarından istifadə edərək bu mövzuya öz töhfəsini vermişdir.Sonrakı dövrlərdə Karl Yunq müxtəlif xalqların nağıl və əfsanələrindən ümumi qanunauyğunluqları seçmişdir.Bunun əsasında arxeotipləri ümumiləşdirmişdir.50-ci illərdə isə Bern “qırmızıpapaq”ın nümunəsində bu mövzunu analiz etmişdir.Qırmızıpapaq obrazını real həyatla müqayisədə araşdırmışdır.Bütün bu yanaşmalar nağılların psixoloji işində öz əksini tapmışdır.

2.Sindromun məişət və dərin versiyası:

Tanınmışədəbiyyatlarda Ziqmund Freyd bu sindromun əlamətlərini belə şərh edirdi.Hər bir şeyi ideal etmək istəyi, hər kəsə xoş gəlmək arzusu, etiraz etməmək və əsilzadə olduğunu düşünmək.Hərdən “ Zoluşka”ları əyalət insanı adlandırırlar, hansı ki, varli ər axtarışındadırlar.Lakin bu yanaşma mövzuya çox səthi yanaşmadır.Ona görə ki, əslində“ Zoluşka”sujeti şəxsiyyətin çevrilməsi, dəyişməsi haqqındadır.

Qadın qəhrəman“ Zoluşka”hər zaman baloya getmək arzusundadır.O baloya gedə bilmək üçün müxtəlif cətinlikləri keçir mübarizə aparır və finalda onu mütləq xoşbəxt hadisələr gözləyir.            “ Zoluşka”finalda iki yarının birləşməsi ilə daxili bütünlük və stabillik tapır.Şəxsiyyətin bütövləşməsinə, müstəqilləşməsinə bu cür can atmasına“ Zoluşka”sindromu deyilir.Belə qadınlar hər zaman bayram və hədiyyələri cox sevir.Onlar daima yüksək cəmiyyətlərə qatılmaq arzusunda olurlar.Belə cəmiyyətlərin gecələrində bütün nəzərləri öz üzərlərinə çəkmək istəyirlər.“ Zoluşka”sindromlu qadınları səyahətlər və karnavallarla bağlı hər şey cəlb edir.Onlar heç də həmişə bu arzularını düzgün ifadə edə bilmirlər, lakin bu arzular yuxularında fantaziyalarında üzə çıxır. 

3.Asılılıq və psixoloq köməyi:

Çox vaxt “ Zoluşka” münasibətdə olduğu insandan qadın və ya kişidən asılı vəziyyətdə olur.Asılı olduğu insanın həyatı ona həmişə parlaq, cəlbedici, dolğun,  bayram kimi görünür.Bunun əksinə öz həyatı boz, heç nəyə yaramayan və mənasız gəlir.“ Zoluşka” bu situasiyada həsəd hissi keçirir və özünə verdiyi dəyər gün-gündən aşağı düşür.Yeri gəlmişkən qeyd edək ki ,“ Zoluşka”nı həvəsə gətirən həyat formatı əslində yalan və boşdur.O sadəcə “ Zoluşka”nın gözündə beledir.

Bu sindromla nəsə etməyə dəyər mi? Sindrom uzun müddət davam edir.Yaxşı psixoloq “ Zoluşka”nın gizli fikir və arzularınıüzə çıxarır və bunlardan mozaika düzəldir.Amma dərindən dəyişiklik etmək üçün bunlar azdır.Daha çox əsl səyahətlər və Braziliya karnavalları xeyirlidir.Ona görə ki “ Zoluşka” reallıqla üzləşməlidir.

 

Mənbə: psychologyofchildren.wordpress.com

Детскаяпсихология

АвторскийсайтОлгиИсаенко

Tərcümə etdi: Ülfət Abbaszadə

 

Go Back

Şizoid şəxsiyyət qüsuru

21 – ci əsrə daxil olduqdan bir müddət sonra özünün şizoid şəxsiyyət qüsuru psixopatologiyanın bu və ya digər bölməsində bir məsələ kimi öyrənilməyə başlanılmışdır. Bu məsələ zaman içində müxtəlif mənalarda öyrənilmişdir. Diaqnoz qoyulduğu zaman digər şəxsiyyət qüsurlarında olduğu kimi kliniki əlamətlər psixoloqun diqqətini cəlb edən bir işarət kimi görünə bilər. Bununla yanaşı şizoid qüsurDSM-III-Rdiaqnoz kriteyalarına qəti bir şəkildə bağlı olaraq öyrənilərsə, bu qüsura malik bir çox xəstəyə səhv diaqnoz qoyulmasına səbəb olar.DSM-III-R –in məlumat verdiyi şizoid şəxsiyyət qüsuru əsasən ən çox aşağı səviyyədə şəxsiyyət əlamətlərinə sahib olan kobud kliniki şizoid xəstə prototiplərinə malik olan soyuq, ehtiyatlı, özünə qapanan, qeyri normal və ağır xəstələr aid edilmişdir.

      Ayrıca diaqnoz üçün xeyirli olan Guntrip – in şizoid xəstələr üçün verdiyi spesifik əlamətləri daha əhəmiyyətlidir. Bunlara aşağıdakılar aiddir:

  1. Saf şizoid qrup: geri çəkilmə, özünə qapanma, duyğu azlığı.
  2. Narsistlik qrup: narsisizm, eqoistlik, özünə həddən artıq güvənmək.
  3. Borderline qrup: depressiya, yalnızlıq, reqressiya.

Şizoid qrup; şəxsiyyətin güvənli, stabil şəxsiyyətlərarası uzaqlıq saxlama ehtiyacının ən dolayısız ifadəsidir. Bu qrupda olan əlamətlər öyrənilən tərəfindən asan tanına bilən bir fenomen olaraq görülə bilər. Şizoid qrup tanınmaq üçün yararlı olsada xəstə bəzən qarşımıza narsislik və borderline simptomları ilə çıxa bilər. Bu vəziyyətlərə reqressiya, tez inanma, maskalanma aiddir. Şizoid insanın bir əlaqə ünsiyyətin olmasına aid inancı yoxdur. Belə bir ehtimalı olsa belə çox riskli və təhlükəlidir. Şizoid insan üçün əsas əlamət “ primitiv iztirab” və “ təsəvvür edilməz stressdir”.

 Şizoid şəxsiyyət qüsuru olan xəstələr özünə güvənən, özünə yetən, özünü tanıyan və fantaziyalar yaradan insanlar olurlar.

         Narsist şəxsiyyət qüsuruna malik olan insanlar isə başqasının düşüncələrinə və istəklərinə laqeyd qalan insanlardır. Özünü bəyənmiş başqalarının yaşadıqlarına və yaşatdıqlarına laqeyd qalan, hər zaman özlərini ön plana çəkməyi xoşlayan insanlardır. Bu insanlar özlərini başqalarının yerinə qoymaz, başqalarını anlamazlar. Özlərinin çox önəmli olduğunu düşünən insanlar, hər zaman bəyənilmək istəyən insanlar, özünün həyatda bənzəri olmadığını düşünən insanlar, başqalarını öz mənfəətləri üçün istifadə edən insanlardır.

       Boderline şəxsiyyət pozulmasına malik olan insanlar isə özünü gözəl, müvəffəqiyyətli bir insan kimi hiss edərkən, birdən dəyişiklik göstərib özünə inamını itirən insanlardır. Güvən hissləri çox azdır, həm özlərinə həmdə başqalarına qarşı. Rəddedilməyə qarşı həddindən çox həssasdılar. Bu qüsura malik olan insanlarda depressiya həddindən artıq çox görülməkdədir.

   Mənbə; www.hipnoz.com/masterson-yaklasiminda-sizoid-kisilik-bozuklugu.html

Abbaslı Vəzifə Səfər qızı.         ADPU – nun  II kurs tələbəsi.

      Mətn:J. F. Masterson – nun “Emerging Self” kitabından tərcümə edilmişdir.

 

Go Back

Mobil telefonlar terapevt-pasient əlaqələrini necə dəyişir?

Bir psixiatr və psixoanalist kimi təlim zamanı mən detallara yaxından diqqət etməyi öyrəndim :      

 Xəstələrin səs tonları dəyişdiyində, fikir axınları istiqamət dəyişdikdə, bunun onlara yeni emosional hal kimi göründüyünü müşahidə edirəm. Mənim xəstələrimə olan bu diqqətim işim üçün vacibdir ,lakin onların telefonları ilə qarşılıqlı əlaqəsi mənim işimi kölgədə qoya bilər. Bu yaxınlarda mən başladım smartfonların xəstələrlərimlə əlaqələrimə necə təsir etdiyini təcrübə etməyə . Mən ilk dəfə  bu sahəyə başladığımda hətta hesab yox idi  lakin il ərzində transformasiya, incə , oğrun inkişaf etdi və güclü, mobil telefonlar dərhal məlumat çağırır mürəkkəb suallara cavab verir, və insanlar arasında uzun rabitə axınları,güclü kompüterlər daxil olan informasiyaları yalnız telefonlardan morphed kimi insanlara çatdırır. Əgər mən sadə flip telefonlar haqqında bu məqaləni 10-15 il əvvəl yazsaydım ofisimin necə sakit bir yer olduğu , siqnallar, əl-qol, vızıltı ilə fasilə verməyim və yaxud insaların səxsiyyətinə onların seçdiyi zenglərin necə xidmət edə biləcəyi haqqında danışa bilrədim. Məsələn bir xəstənin telefonunda olan şən bir pop musiqi onun əvvəllər məlum olmayan oynaq tərəflərini göstərə bilər. Daha maraqlı zəng tonları olmasına baxmayaraq, bir xəstə ona gələn zəng tonlarını necə idarə edəcəyini özü seçir.Bu illər ərzində mən diqqət etməyə başladım və strategiyaların kifayət qədər dəyişdiyini müşahidə etdim: Mənim xəstələrimin bəziləri üçün zamansız bir zəng onlara mənimlə vaxt keçirmək,əhəmiyyətli birşeyi nümayiş etdirmək üçün bir şans ola bilər və ya əksinə onların sessiyalarında heç nə baş verməzdi. Xəstələr özlərini şəxsiyyət kimi bu və ya digər inkişaf xətti üzrə təsvir edirlər.Bəziləri qürurla “Mən və mənim psixiyatrım”deyə elan edirlər, və ya hətta özlərini digər şəxsin adı ilə identifikasiya edirlər.Digərləri daha qeyri-şəffafdırlar: “Mən iclasdayam və yaxud indi danışa bilmərəm. Səhvən onlar mənə bizim sessiyalarımızda nə hisslər keçirdiklərini və başqalarının düşündülərini təsəvvür etməyə icazə verirlər. Nəticə olaraq,mən xəstələrimin telefonların ısusdurmağı xahiş etmirəm.Hətta mən də telefon taktikası olmasına baxmayaraq, bunu həyata keçirtmək üçün şübhə edə bilərdim.Bu günlərdə bir çox peşələr davamlılığı əlçatan tələb edir.Həkim olan xəstələrimin bir çoxu sesiyalarda belə ünsiyyətcil olmağı tələb edirlər.Baxmayaraq ki, analitikofis xəstələr üçün məxfikosmik yer qalır və onların vacib məlumatları əldə edilə bilməz yerdədir.Müalicə müddətində onların telefonlardan istifadə etməsi telefonda olan məlumatların müdafiyə məqsədi, stress və ya arzularına çıxış üçün buffer rolunu oynaya bilər.Mən bir çox xəstələrin telefonlarını qəflətən götürüb özlərini və məni yayındırmaq cəhdini görmüşəm. Onlar bilmək istəyirki: onun səsi necə idi?bu həmdə mənfi bir cəhəti özündə  gətirir.Mən digər şəxsin şərhi haqqında nə düşünürdüm? Onların əsas fikirlərinin aydın olduğunu düşünürdümmü ?bu yanaşmaların öz üstünlükləri vardır lakin:oxunaqlı birbaşa digital mübadiləsindən dolayı xəstələr öz yaddaş və təsəvvürlərini istifadə etmirdilər.Bir terapevt üçün otaqda olmadığının motivlərini bilmək,tez-tez qeyri-müəyyən mətn mesajları və emaillər onun işində interpritasiyanı eyniləşdirməni dahada çətinləşdirə bilər.Mən xəstələrin daxili diqqətini onlara doğru çevirmək üçün  soruşuram: Siz bu  mesajları öyrənmək və ya oxuyub çatdırmaqda nə düşünürsüz?Eyniylə, xəstələr mənə xüsusi vaxtda çəkilmiş bir şəkli göstərib orada necə göründüklərini soruşduqda mən sözlərə şəkil haqqında duyğularıma qatmaqla onları cəsarətləndiriəm. Bu, onlar üçün frustrasiya ola bilər.Lakin frusturasiya ilə əhatələnmiş terapervtik proses mürəkkəbləşmişterapevtik tabuları faktını sinir pozucu edir.Sessiya müddətində gərginlik hissi ortaya çıxa bilər lakin fikirlərin  təması zamanı olan belə hislər xəstə və terapevti qoruyur, lakin qucaqlamaq ,nəsə demək və ya təsəlliverici bir hərəkər qadağandır.Bizim sahəmizdə xəstə və terapevt arasındakı hər hansısa bir toxunuş münasibətləri kağız parçası kimi dəyişə bilər. Biz terapiya proseslərində xəstələrdən özlərini daha yaxşı tanımaq və görmək üçün səy göstərmələrini xahiş edirik ki,şəxsin mürəkkəb inkişaf presesini mobil telefonlar kimi daha asan anlamağa çalışaq.

Tərcümə etdi:Muxtarova Gülnarə Bakı Dövlət Universiteti

 

Go Back

ABİTURİYENTLƏRDƏ İMTAHAN HƏYƏCANI

Uşaqların  bilik səviyyələrinin ölçülməsi üçün aparılan imtahanlara uşaqlar xarakterik xüsusiyyətlərindən asılı olaraq, bir-birlərindən fərqli şəkildə reaksiya verir. Uşaqları  imtahan stressindən uzaqlaşdırmaq üçün tək öhdəlik onların boynuna düşmür.Eyni zamanda ailələrə və müəllimlərə də böyük öhdəlik düşür.

Uğursuzluq qorxusu yaşayan uşaqlarda imtahandan əvvəl, imtahana hazırlaşarkən və imtahan vaxtı çox fərqli əlamətlər özünü göstərə bilər. Bu əlamətlər psixoloji və ya fizioloji ola bilər. Valideyn və müəllimlərin əvvəlcədən bu əlamətləri görməsi,  bu sıxıntıların aradan qaldırılması üçün böyük əhəmiyyətə malikdir. Çünki uşaqlar sıxıntıları ifadə etməkdə böyüklərə nisbətən çətinlik çəkirlər.

Uşaqların yüksək səviyyədə imtahan stressi yaşadığını hardan anlaya bilərik?

Əgər, uşaqlarınızda aşağıdakı əlamətlərdən bir neçəsi varsa, deməli uşaq imtahan stressini həddindən artıq çox yaşayır.

  1. Düşüncələrini toplaya bilməmə və ifadə edəməmə.
  2. Öyrəndiklərini unutmaq və yaza bilməmək.
  3. Diqqətini verə bilməmək.
  4. Sualları başa düşməkdə çətinlik.
  5. Ürəyin sürətlə döyünməsi.
  6. Əllərin titrəməsi, istilik basması və baş fırlanması.
  7. Mədə bulantısı və baş ağrısı.
  8. Gərginlik və əsəbilik.
  9. İnamsızlıq və mənfi düşünmə.
  10. Qorxu hissi.

Bəs bu əlamətlərdən bir neçəsi mövcuddursa, bunu necə aradan qaldırmaq lazımdır? Valideynlər uşaqlarına necə kömək edə bilərlər?

Birinci, uşaqlarda bu həyəcanı tam ortadan qaldırmaq lazım deyil. Əsas olan onlara  bu həyəcanı idarə edə bilməyi öyrətməkdir. Əgər uşaq bir işə qarşı heç bir həyəcan keçirmirsə, demək ki, heç o işi önəmsəmir. Bu halda o işə motivasiya olmaq da qeyri-mümkündür. Bir işə qarşı məsuliyyət və həyəcan duymaq o işi yaxşı görməyimiz üçün bir səbəbdir. Uşaq bir işə qarşı həyəcan duyursa, deməli, bu işə qarşı daha çox istək və önəm verir və bu da şagirdin bu işi daha yaxşı yerinə yetirməyinə səbəbdir. Bizə düşən öhdəlik onların bu həyacanını bacardığımız qədər azaltmaqdır.

İkinci, zamanı düzgün istifadə etməkdə uşağa köməklik göstərin. Şagirdlər bəzən verilən zamanın onların yazacağı imtahan suallarına yetməyəcəyini düşünür və özlərini panikaya salırlar. Zamanı düzgün bölmək üçün ilk əvvəl düşünülməlidir ki, verilən vaxt elə hesablanıb ki, bütün sualları sona qədər oxuyub və həmin suallara cavab vermək üçün kifayət etsin. Bu qanunla,  uşaqların bilik  səviyyəsi nəzərə alınaraq uyğunlaşdırılıb. Sadəcə vaxtı düzgün bölməklə tam rahat şəkildə yerinə yetirmək mümkündür.

Üçüncü, imtahan şagirdin xarakterini deyil, savadını ölçər. Əgər uşaq bu imtahanın savadının yox xarakterinin ölçüldüyünü və bu imtahan nəticəsinə görə dəyərləndiriləcəyini düşünürsə. onun həyəcanı daha da artar. Özünü imtahan nəticəsinə görə “dəyərsiz və yetərsiz” görən uşaq özünə güvənini itirəcək və imtahana qarşı qorxu artacaq. Burda da məsuliyyət yenə döə valideynə düşür. Valideyn  nəticədən asılı olmayaraq uşağın əziyyəti mütləq dəyərləndirilməlidir. Çünki, əlindən gələni edən lakin aşağı nəticə verən uşaq ətrafı tərəfindən danlanılırsa, özünü çox çarəsiz hiss edər.İlk əvvəl uşağın əziyyəti dəyərləndirməli sonra yaranan problemin həllinə yönəlilməlidir.

Elvira Kərimova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

DİKSİNMƏK SONRADAN ÖYRƏNİLƏN ANORMAL DAVRANIŞDIR

Uşaqlar heç nədən diskinmir. Sonradan öyrənir ki, diskinmək nədir. Məsələn uşaqlar oz nəcislərini hətta itin nəcisini belə əlini vura bilər hətta ağzına belə apara bilər.

Hansısa heyvanın nədənsə diskindiyini görmüsünüzmü? Tutalım Aslan inəyi yemədən desin gedim əlimi yəni pəncələrimi sabunla yuyum sonar yeyərəm və yaxud canavar qoyunu yemədən onun ətini qaynatsın ki birdən xəstəlik olar bişirim sonra yeyim. Bütün canlılarda bu davranış yoxdu bir insandan başqa.

Tüpürcək insanın agzında ikən tüpürcəkdən diskinmir ancaq çayın içinə tüpürüb içə bilmir çünki çayın içində öz tüpürcəyindən diskinir.

Diskinmək insanlarda bir birindən uzaqlaşmada yarada bilir məsələn kimsə kiminsə tər iyindən və yaxud çirkli paltarından iyrənərək uzaqlaşır. Yaxud geyiminə baxaraq insan bir biri haqqında səhv təəssüratlara qapiıa bilirlər və uzaqlaşırlar.

Bir dəfə bir həkim müəllimimiz dərs vaxtı bizə dediki insanın ağzındakı mikroblar anusundakı mikroblarla müqayisədə daha çoxdur. Insanın təkcə qarnında 4 kq mikrob yaşayır və bunlar həzm üçün lazımdırlar.

Alimlər sübut etmişdir ki torpaqda eşələnən və mikroblarla təmasda olan uşaqlar ev şəraitində qorunan uşaqlardan daha sağlam olurlar çünki bədən birincidə immunitet qazanmış və möhkəmlənmiş olur məhz buna görə də dağ uşağı, kənd uşağı daha möhmkə və sağlam olur.

Bu gün psixologiyada diskinmə xəstəliyi obsessiv -  komplusiv pozuntu kimi tanınır. Həmin insanlar tez tez əlini yuyarlar və bunu etməsələr özlərini narahat hiss edərlər. Ümumiyyətlə isə insanın təbiətdən uzaqlaşması və mədəniləşməsi bioloji xəstəliklər kimi psixoloji xəstəliklər də yaratdı.

İbrahim İbrahimov

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

BOŞANAN QADINLARIN SOSİAL PROBLEMLƏRİ

Boşandıqdan sonra fərdin sosial münasibətlərində ciddi dəyişikliklər olur. Bunlar, ətrafın ,dostların və ailə üzvlərinin davranıslarında hiss olunur. Qadınlar bu vəziyyətdən kişilərə nisbətən daha çox təsirlənir. Digər tərəfdən, boşanmış qadın və kişilər üçün də ailə üzvləri və qohumlar dəstək olduqları qədər stress və gərginlik qaynağı da ola bilər. Xüsusilə bu hal sosial-iqtisadi vəziyyəti aşağı ailələr üçün keçərlidir. Bu yerdə boşanmış qadın, dəstək üçün qohumlarına arxalandıqca asılılıq hissləri güclənir. Ya da ailə üzvləri bu vəziyyəti lazımlı qoruyucu bır prosesi kimi görür. Boşanmış insanların əhəmiyyətli hissəsinin, dostluq tellərinin boşandıqdan sonra qopduğu müəyyən edilmişdir. Evli dostların boşanmanı təsdiq etməmələri və ya boşanmış qadını öz ailələrinə təsir kimi qəbul etmələrindən dolayı onlarla yoldaşlığını kəsirlər. Ya da bəzən boşanmış qadın belə bir səhv qavrama görə özünü evli yoldaşları ilə fərdi olaraq görüşməyi üstün tutur. Boşanmış qadınların yoldaşları daha çox qohumlarından və ya qadının sosial statusundakı şəxslərdən seçdikləri müşahidə olunur. Hazırda inkişaf etmiş qərb cəmiyyətlərində boşanma, cəmiyyət tərəfindən əvvəlki kimi utanılacaq bir vəziyyət olaraq görülmür. Az inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə boşanmış insanlara qarşı mənfi münasibətlər daha sıx olur. İqtisadi vəziyyəti özünə yetən və özünə güvənən xanımlarda bu proseslər çox daha az baş verir.

Vüsalə Babayeva

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

SELFİEMANİYA - Günün aktual problemi

“Selfie” sözü tərcümədə “mən” mənasını verir. Lakin müasir həyatımızda bu sözlə özünün şəklini çəkmək kimi izah vermək olar. Insan özünün şəklini çəkən zaman əlbətki heç bir psixoloji patologiya nümayiş etdirmir. Lakin, hər bir marağın bir dərəcəsi varki, bir zaman normal sayılan, o biri dərəcədə artıq anormal sayılır.

Psixoloji problem. XBT -10 uygun olaraq F63.8 Adətlərin və meyllərin digər pozuntularına aid olan bu növ selfiedan asılılıq xəstəlik kimi qəbul edilə bilər. Daimi selfie etmək istəyi, hər gün, hər yeni pozisiyada şəkillərin nümayişə cəhdlər, şəkilin alınmaması zamanı ümumi narahatçılıq yaşayır. Şəxs prodromal gərginlik dövrü, sonra isə bu hərəkət prosesində və ondan bir müddət sonra yüngülləşmə hiss edir. Bir müddətdən sonra insan tərəfində problem müəyyən ola bilər. Lakin artıq meyl pozuntusuna çevrildiyindən, şəkil çəkməyin dayandırılması cəhdləri uğursuzluqla sona çatır. Selfiemaniyanı bəzən narkomaniyaya bənzətmək olar: insan hər gün dahada çox dozanı (şəkil sayını) artırmaq istəyir.

Ən böyük problemi isə gözəl şəkilləri çəkmək üçün riskə gedən insan sayılır. Insanda azart o qədər yüksək nöqtəyə çatırki, insan qarşısı alınmaz olur.

Bir alimlər bu xəsətəliyi narsisiszm sayır, o birir qrupp meyl və adət pozuntularına aid edirki, bizdə məqalədə sırf meyl pozuntusu kimi qəbul edirik. Lakib əlbətki, sual yaranır ki, niyə məhs selfie, adi şəkil yox. Narsissizm mərhələsini hər bir insan inkişaf dövründə keçdiyi kimi, bizim instinktlər bazasında bu özünü qoruma hissinin bir hissəsi ilə rastlaşa bilirik. Lakin niyə bu instinkt bizi qorumağa deyi, dağıtmağa yönəlir?! Bu sualın cavabını yalnız psixoanaliz cavab verə bilər.

Gün ərzində 5 selfie şəklinin çəkilib və sosial şəbəkədə nümayişi artıq SOS siqnalıdır.  Bu xəstəliyin müalicəsi, əlbətki hər bir digər psixi pozuntular kimi kompleks yanaşma tələb edir. Medikamentoz müalicə ilə yanaşı psixoterapiyanın müxtəlif növləri istifadə edilə bilər: psixoanaliz, CBT və rasional psixoterapiya. Ən əsası isə həyat tərzinin dəyişməsi, həyata yenikliklər qatmaqla insanı öz daxili resurslarını tanımaqla xəstəlikdən uzaqlaşdırmaq mümkündür.

Aydan Xasməmmədzadə 

Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu və psixoanalitiki 

pcc.az

 

Go Back

UTANCAQLIQ- Psixoloji yanaşma

Cəmiyyət içərisində özünü göstərə bilməmə, özünüqiymətləndirmənin aşağı olması, başqalarının onu qəbul etməyəcəyi, bəyənməyəcəyi düşüncələrinin çoxluq təşkil etməsi və s. Bu tip insanlar üçün başqalarının fikirləri çox önəmlidir və tez-tez başqaları tərəfindən dəyərləndirilməyə ehtiyac duyurlar. Başqaları ilə münasibət qurmaq, qruplarda yer almaq istəsələr də bunu edəbiləcək qabiliyyətə malik olmadıqlarını düşündükləri üçün buna cəsarət etməzlər. Utancaqlığın yaranma səbəblərindən biri də valideynlərin uşağı yalnış böyütmə tərzi, yeniyetməlik dönəmində tez-tez uşaqlarında səhv axtarma, onlara heç bir işdə güvənməmə, uşaqların etdiyi kiçik səhvdə belə onları danlama və yaxud artıq dərəcədə uşaqları qorumaq və s. səbəb ola bilər. Utancaqlığı olan insanlar özlərini daim tənha, tək, çarəsiz və pis hiss edərlər. Həmişə ətrafındakıları özlərindən gözəl, yaraşıqlı, qabiliyyətli görərlər. Öz müsbət keyfiyyətlərini əsla görməzlər və başqalarının onların ən kiçik xətalarını görəcəklərindən qorxarlar. Bu narahatçılıqdan əziyyət çəkən insanlar başqaları ilə ünsiyyət qurarkən çox həyəcan keçirirlər, əlləri titrəyir, üzləri qızarır və s. Bu narahatçılıq bəzən sosial fobiya və depressiya ilə birgə müşahidə olunur. Utancaqlığın aradan qaldırılması üçün psixoloqa müraciət etmək və terapiya almaq lazımdır. Bu problemdən əziyyət çəkən insanlar psixoloqa müraciət etməyə tərəddüd edirlər. Çünki terapiya müddətində kiçik bir narahatçılıq onlarda ümidsizlik yaradır və geri addım atırlar. Buna görə də bu tip pasientlə psixoloq arasında pozitiv, güclü və inama dayalı münasibət qurulmalıdır. Utancaqlığın aradan qaldırılması üçün ən yaxşı terapiyalardan biri də koqnitiv və davranış terapiyasıdır.

Elvira Kərimova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

BƏDƏN DİSMORFİK POZUNTUSU

Bədən dismorfik pozuntusu DSM-5 də Obsesiv kompulsiv pozuntu və əlaqəli pozuntular qrupuna daxil edilmişdir. BDP sərgiləyən insanlar formasız ya da çirkin olduqlarına qətiyyətlə inanaraq, görünüşlərində qəbul etdikləri ya da xəyal etdikləri bir qüsuru və qüsurları vəsvəsə halına gətirirlər. Bu narahatlıq o dərəcə şiddətli  olurki, sosial və peşə sahələrində klinik cəhətdən  ciddi şəkildə narahatçılıq və əksiklik yaradır.

Diaqnoz üçün əlamətlər:

A.Xarici görünüşündə başqaları tərəfindən müşahidə edilə bilməyən ya da başqaları tərəfindən önəmsənilməyəcək, bir və ya birdən çox qüsurun olması ilə bağlı düşüncələr ilə  məşğul olmaq.

B.Şəxs bu pozuqluğun inkişafı sırasında bir müddət xarici görünüşündəki narahatlığı ilə əlaqədar təkrarlanan davranışlar göstərir.

C. Bu fikri məşğuliyyət klinik cəhətdən diqqətə çarpan  bir sıxıntıya ya da sosial, işlə əlaqədar ,  həmçinin önəmli digər funksionallıqla bağlı sahələrdə fəalliyyətin zəifləməsinə səbəb olur.

D.Xarici görünüşü ilə bağlı bu fikri məşğuliyyətlər  yemə pozuqluğu üçün diaqnoz meyarlarını ödəyən əlamətləri olan bir şəxsdə,bədən yağı  ya da ağırlığı ilə bağlı narahatlıqlarla daha yaxşı açıqlana bilməz.

Əgər bu əlamətlər varsa, bədən qavraması pozuqluğu  inancları ilə bağlı fikri dərəcəni müəyyənləşdirmək lazımdır.

Dərindüşüncə yaxşı ya da olduqca yaxşı: Şəxs  bədən qavraması pozuqluğu inanclarının  tamamilə və ya  ehtimalən  gerçək olmadığını ya da gerçək ola biləcəyi ilə ola bilməyəcəyini  ayıra bilməkdədir.

Dərindüşüncə  pis: Şəxs  bədən qavraması pozuqluğu inanclarının bir ehtimalla gerçək olduğunu düşünür.

Dərindüşüncə yox dərəcəsində: Şəxs  bədən qavraması pozuqluğu inanclarının  tamamilə gerçək olduğuna inanır.

BDP pozuntusu olan şəxslər bu düşüncələrini bədənlərinin bütün hissələrinə aid edə bilər: üzləri ləkəlidir, döşləri kiçikdir, üzləri çox zəifdir(və ya çox kökdür) ya da başqalarına iyrənc kimi görünən  damarlar üzündən çox  formasız görünməkdədir.

Araşdırmaya görə qüsurların daha çox görüldüyü yerlər bunlardır: Üz dərisi(73%), saç(56%), burun(37%), gözlər (20%), üz böyüklüyü(12%).

Bir çoxumuz görünüşümüzlə bağlı narahatlıqlar yaşaya bilərik. Lakin, BDP’li şəxslərdə bu narahatlıqlar daha çoxdur, onlar zehni bütünlüklə məşğul edir və önəmli bir duyğusal acıya səbəb olur. Onların çoxunda narahatlıq hallüsinasiya səviyyəsindədir.

BDP də yayğın olaraq görülən digər bir xüsusiyyət də bu şəxslərin qüsurları haqqda davamlı olaraq dostlarının və ailələrinin verdiyi güvənə ehtiyac duymalarıdır. Ancaq bu güvən onlarda keçici bir rahatlama yaradır. Daha sonra yenə gün ərzində  dəfələrlə  güzgünün qarşısında görünüşlərini  kontrol edərək özlərini rahatlatmağa çalışırlar. Bununla yanaşı bəziləri güzgüdən tamamilə qaçınırlar.

Epidemiologiya

Tam olaraq yayılma faizi qeyd olunmasa da,  ümumi əhalinin 1%-2% nə, depressiv  insanların isə 8%nə təsir etməkdədir.

Qadın və kişilərdə yayılma dərəcəsi bərabər görünsədə, kişilərin cinsi orqanları, bədən forması və keçəl olma, qadınların da dəriləri, mədələri, döşləri və ayaqları haqqda daha obsesiv olduğu görülür.

Başlanğıc yaş  bir çox insanın xarici görünüşüylə bağlı narahat olmağa başladığı yeniyetməlik çağı götürülür.

BDP li şəxslərdə depressiv diaqnoza çox rast gəlinir. Bu isə sıxlıqla intihar cəhdinə və tamamlanmamış intihara yol açar. 200 BDP xəstəsi arasında 80%nin  intiharı düşündüyü və 28%nin də keçmişdə intihar cəhdi olduğu görülmüşdür. Depresiya qədər güclü olmasa da  paralel şəkildə fobiya və obsesiv-kompulsiv  pozuntusu da sıx görülməkdədir.

“Fil adam”

Chris, utancaq, narahat görünümlü , 31 yaşında bir dülgərdir. İntihar cəhdindən sonra xəstəxanaya qaldırılmışdır. Psixiatrla qaranlıq bir otaqda görüşmək istədiyini bildirir və gözünün önünü tutan bir papaq taxır.  Daima yerə baxan Chris heç bir dostunun olmadığını, qısa müddət əvvəl işindən və sevgilisindən ayrıldığını qeyd edir.

“Bütün bunların səbəbi burnumdur.Burnumun üstündə böyük ləkələr var. İyrəncdirlər! Canavara bənzəyirəm. Fil adam qədər çirkinəm! Tək düşünə bildiyim şey burnumdakı izlərdir. Son 15ildir onları düşünürəm. Bu papağı da daimi olaraq ona görə taxıram. Sizinlə qaranlıq bir otaqda görüşməyinin səbəbi də bu idi. Nə qədər çirkin olduğumu görməyinizi istəmədim.

Daha sonra psixiatr işıqlı bir otaqda onunla görüşür və Chrisin bəhs etdiyi ləkələri görə bilmir. Chris üz dərisində normal görünən məsamələrdən başqa bir şeyi olmayan yaraşıqlı bir adam idi.

Chris həmçinin dərisi ilə bağlı problemə görə bir dermatoloqa müraciət etmişdi, ancaq burnunuz üzərində heç bir şey yoxdur səbəbi ilə rəddedilmişdi. Ən sonunda başqa bir dermatoloqu müəyyən proseslər aparması üçün razı salmış, ancaq yenə də razı qalmamışdı. O qədər çarəsiz idiki, iki dəfə intihar etməyə çalışmışdı.  (Spitzer and others,p.7-9)

Chris kimi BDP xəstələri adətən bir dermatoloq ya da plastik cərraha müraciət edirlər. Bir araşdırmada estetik cərrahiyəyə müraciət edənlərin 8%nin BDP diaqnozu əlamətlərini ödədikləri görülmüşdür. (Cerrand, Sarwer and others,2004)Başqa bir araşdırmada bu faizin 20-yə qədər arta biləcəyi aşkar edilmişdir.(Phillips 2005)

Ağlı başında bir həkim ondan istənilən prosedurları həyata keçirməməli və xəstəyə bir psixiatr ya da psixoloq məsləhət görməlidir.  Yox əgər həkim istənilən prosedurları tətbiq edərsə, bu sıxlıqla davam edəcək və nəticə heç vaxt xəstə tərəfindən bəyənilməyəcəkdir.  Nəticədən razı qaldıqlarında belə BDP diaqnozu varlığını davam etdirəcəkdir.

Qədəmli İsmayılova

Klinik Psixoloq

Mənbə: American Psychiatric Association DSM-5

                 Anormal Psikoloji. (James N. Butcher , Susan Mineka , Jill M. Hooley)

pcc.az

Go Back

Xəyli zəng sindromu

İnsanın keçirdiyi stress orqanizmin sensor həssaslığını hədsiz artırır

Son dövrlərdə ciddi surətdə artan xəyali zəng sindromu mütəxəssislərin ciddi surətdə diqqətini çəkib.

Xəyali zəng sindromu - insanın vaxtaşırı, heç bir əsas olmadan sanki zəng səsi eşitməsidir. Müxtəlif əsəb xəstəlikləri olan və ya stress keçirən insanlar bu halı hətta hallüsinasiya kimi qəbul edərək psixoloq və psixiatrlara müraciət edirlər.

Psixoloqlar bildiriblər ki, bu sindrom  keçirilən hər hansı bir stress nəticəsində orqanizmin sensor həssaslığının arması kimi ortaya çıxır: “Məlum olub ki, bu sindromdan əziyyət çəkənlərin 60 %-i bir müddət əvvəl mühüm və həlledici zəng gözləyib və  bu zəng əsasən xoşagəlməz bir halla bağlı olub. Maraqlıdır ki, həmin insanlar sonralar da xoşagəlməz bir vəziyyət və ya söhbət zamanı bu sindromu yenidən hiss ediblər. Və həmin anlarda mənfi emosiyalar yaşamış və bunu gizlətməyə məcbur olublar. Belə ki, güclü neqativ emosiyaların basılması bu sindromu yaradan şərtlərdəndir. İnsanın keçirdiyi stress orqanizmin sensor həssaslığını hədsiz artırır və bu da öz növbəsində sağlamlığa öz mənfi təsirini göstərir”.

Xəyali zəng sindromu çox vaxt yüngül hallarda öz-özünə keçir: “Yalnız 40 % hallarda isə kənar müdaxilə lazım gəlir. Belə ki, bu hal 1 həftə və ya daha artıq bir zaman davam edərsə, bu orqanizmin əsəb sisteminin hədsiz zəiflədiyindən xəbər verir. Təbii ki, belə hallarda psixiatr və psixoloq yardımından faydalanmaq vacibdir”.

Son illər ərzində xəyali zəng sindromundan əziyyət çəkənlərin sayı artmaqdadır: Xəyali zəng sindromundan əziyyət çəkənlərə elə gəlir ki, kimsə zəng vurur. Evdə olarkən tez-tez qulaqlarına şəhər telefonunun və ya mobil telefonun zəngi gəlir. Qaçaraq ev telefonunun dəstəyini götürürlər. Lakin heç kimin zəng etmədiyinin şahidi olurlar. Bu sindromun qurbanları evdən kənarda da nəqliyyat vasitəsində gedərkən və ya sadacə gəzərkən də mobil telefonun zəng çaldığını düşünürlər. Dərhal mobil telefonu cibindən və ya çantasından çıxarıb telefonu yoxlayırlar. Lakin nə buraxılmış zəng, nə də mesaj tapmırlar. Bu hal mütəmadi baş verir və ağır hallarda uzun müddət sürür.

Mütəxəssislər qeyd edib ki, insanlar nəinki xəyali zəng eşidirlər, həm də mobil telefonun vibrasiya etdiyini də hiss edirlər. 80 faizə yaxın insanlar telefon sakit durduğu yerdə onun vibrasiya etdiyini hiss edir.

Araşdırmalara görə, yalnız telefon deyil, digər elektron vasitələrdən də xəyali zəng və ya mesaj səsi eşidənlər olur.  

Qərbi Avropa, ABŞ və Yaponiyada aparılan təcrübələr əsasında məlum olub ki, xəyali zəng sindromundan əziyyət çəkən insanların əksəriyyəti günün çox hissəsini kompüter arxasında və ya mobil telefonunu qurdalayaraq keçirir. Bu ölkələrdə əhalinin 60-80 faizi xəyali zənglər eşidir. Eləcə də, məlum olub ki, Yaponiyada xəyali zəngləri eşidənlər daha çoxdur.
 

Xəyali zəng və ya vibrasiya hallüsinasiya şəklində olan gurultu səsi, güllə səsi, fışıltı ilə bağlı deyil: “Pis xəbəri telefon vasitəsilə eşidənlər də xəyali zəng səsi eşidə bilərlər. Onlar çox həyacanlanır və yenə də pis xəbər eşitdiklərindən ehtiyyat edirlər. Yenə zəng gələcəyindən qorxurlar. Ona görə onlara elə gəlir ki, zəng səsi gəlir”.

Lakin bir sıra mütəxəssislər – otorinolarinqoloq və auidioloqlar bu qənaətə gəliblər ki, xəyali zəngləri eşitmə iri şəhərlərdə, səs-küyün çox olduğu yerlərdə eşitmə analizatorun reseptor aparatın qıcıqlanması ilə bağlıdır. Belə ki, çox səs-küylü yerlərdə çox adam yalançı səslər eşidir. Tam sakitliyin sürdüyü yerlərdə də insan xəyali səs-küy eşidə bilər. Bu ona görə baş verir ki, müasir həyatda daim informasiya qəbulundan yorulan beyin müvəqqəti səssizlik şəraitində səs eşitməyə başlayır. Məşhur işgəncədə də belədir. İnsanı tam səsdən izolyasiya olunmuş otaqda tək saxlayırlar. Müəyyən vaxtdan sonra insan səs eşitməyə başlayır.

İnsanların daim zəng, internetdə yazışarkən mesaj səsini gözləməsi, oxşar səs eşidən kimi bunu zəng səsinə bənzətməsi ilə nəticələnir. Həm də insan özünü lazımlı və vacib hiss etmək istəyir. Bu səbəbdən də insan zəngi gözləyir. Zəng gəlməsə belə, telefonu açıb yoxlayır, elektron poçtasını və çatı tez-tez açıb baxır. Bu da sonda xəyali zənglərin eşidilməsi ilə nəticələnir. Bu cür təəssürat öyrəşkənlik nəticəsində də yarana bilər. Məsələn, daim cibində mobil telefon gəzdirən insanlar telefon təsadüfən ciblərində olmayanda onlara elə gəlir ki, telefon ciblərindədir. Onlar bədənləri ilə telefonun orada olduğunu hiss edirlər.

Əllərini cibinə atanda isə telefonun ciblərində olmadlığını anlayıb təəccüblənirlər.

dushunce.az

 

Go Back

AİLƏNİN İNKİŞAFINDA BÖHRANLI DÖVRLƏR

Ailə münasibətlərində ərlə-arvad arasında baş verən konfliktlər əsas rol oynayır və ailənin inkişafına mane olur. Bu da əsasən ərlə-arvadın bir-birinə olan tələbatlarının ödənilməməsindən qaynaqlanır. Belə ki;

-Öz “məninin tələblərinin ödənilməsi, bir-birinin mənlik hisslərinə hörmətsizlik

-Müsbət emosiyalara olan tələbatın ödənilməməsi

-İstirahət vaxtının təşkilinə, ərlə-arvadın tələblərinin müxtəlifliyi

-Müsbət emosiyalara olan tələbatın ödənilməməsi: diqqət, başa düşmək, yumşaq münasibət və s.

Bunlarla yanaşı başqa faktorlar da ailə münasibətlərinə pis təsir edir. Buna hər şeydən əvvəl ailənin inkişafında böhranlı dövrlərin olması nümunə göstərilə bilər. Bunlar hansılardır?

Ailə həyatının birinci ili - bu dövr ərlə-arvadın bir-birinə uyğunlaşması dövrüdür. Bu, iki “mən” birləşib bir “biz” olmasıdır.

Bu zaman hisslər inkişaf edir, sevgi, məhəbətin bir qədər azalması, subyektlərin həyatda olduğu kimi qavranılması başlayır. Bu dövrdə gənc ailədə tez-tez konfiliktlər baş verə bilər. Belə bir dönəmdə hər iki tərəfini valideynləri gənc ailədə dəstək olmalıdır. Çünki yeni qurulmuş ailə iki-üç ilə ancaq tam olaraq formalaşır.

İkinci böhranlı dövr - uşaqların dünyaya gəlməsiylə bağlıdır. Hələ ki tam möhkəmlənməmiş “biz” sistemi ciddi imtahanları rastlaşır. Gəlin nəzər salaq; bu zaman baş verən konfliktlərin əsasın nə təşkil edir?

-uşaqların tərbiyəsində ərlə-arvadın fikir ayrılığı

-uşağa xidmətləri bağlı qadın yorğunluğu (özünə diqqət göstərməmək və s)

-onların fəaliyyətində şəxsi maraqları ilə bağlı fərqlilik

-kişidə sosial inkişaf gedir, qadında isə tam əksinə.

Üçüncü böhranlı dövr - ərlə-arvadın birlikdə yaşamasının orta illərinə təsadüf olunur. Subyektlərin bir-birindən doyması baş verir. Hisslərdə yenilik olmur. Bu dövrü hətta duyğu və hisslərin aclıq dövrü də adlandırırlar.

Dördüncü böhranlı dövr - ərlə-arvadın münasibətlərində konfliktlər təxminən 18-24 illik aile həyatından sonra baş verməyə başlayır. Bunun baş vermə səbəbləri uşaqların ailədən getməsi (ailə qurmaqları, xaricdə təhsil alması və s.) ilə təklik hissinin baş qaldırması, arvadın emosional asılılığının artması və s. səbəblərlə bağlı olur.

Beləliklə ərlə-arvadın arasında konfliktlərin baş verməsində xarici faktorların da təsiri var. Ər və ya arvadın isə həddən artıq zaman ayırması, iqtisadi çətinliklər, ailə subyektlərindən birinin işə düzələ bilməməsi, yaşayış üçün mənzilin olmaması və s.

Bunlarla yanaşı, makro faktorlar da ailədə konfliktlərə yol aça bilir. Məsələn: müasir dövrdə cəmiyyətimizdə sosial vəziyyət, mənəvi dəyərlərin qiymətsizləşməsi, ailədə qadının ənənəvi vəziyyətinin dəyişilməsi qadının iqtisadi müstəqilliyi, maliyyə çətinlikləri və s. Statistik hesablamalara görə ailələrin təxminən 80-85%-də konfliktlər baş verir, qalan 15-20%-də isə narazılıqlar özünü göstərir.

Sevda Xəlilova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

20 nəticə göstərilir