Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Psixoloji konsultasiya"

Güvən verməyin 19 yolu

1. Duruşunuz dik olsun: Duruşunuz dik olsa, «Həyatdan qorxmuram və həyatı qucaqlayıram” demiş olarsınız. Ralph Waldo Emersonun bir sözünü xatırlayaq: „Nə olduğunuz o qədər yüksək səslə danışır ki, nə dediyinizi eşidə bilmirəm.” 

2. İmkanlarınızın əl verdiyi ölçüdə xarici görünüşünüzü yaxşılaşdırın: Görünüşünüz həm sizə, həm də başqalarına çox güclü mesajlar yollayar. Çəkiniz artıqdırsa, çəkinizdən qurtulduğunuz zaman özünüzü daha yaxşı hiss edəcəksiniz. Qəşəng geyinin. Büdcənizi aşın demirəm, amma geyiminizə diqqət edin. Sərfəli şərtlərdə də qeşəng geyinə bilərsiniz. Bunun necə olacağı barəsində əmin deyilsinizsə, tövsiyyələr ala bilərsiniz. 

Görünüşünüzü yaxşılaşdırmağınız, həm sizin özünüzə, həm də başqalarının sizə olan baxışının müsbət yöndə dəyişməsini təmin edəcəkdir. Qəşəng bir paltar geyinəndə (çox uyğun bir qiymətlə bir araya gətirdiyim), yansımasını düşüncələrimdə, davranışlarımda və insanların mənə olan reaksiyalarında açıq bir şəkildə görə bilirəm. Adi geyindiyiniz bir günlə, olduqca qəşəng geyindiyiniz gün küçəyə çıxanda insanların sizə olan reaksiyalarını özünüz dəyərləndirin. Alış-verişdə, bankda işinizi həll edərkən, və ya bir şey içmək üçün hardasa oturanda insanların sizə yanaşmaları fərqli olacaqdır. 

3. Diqqətinizi öz üzərinizdən çəkin: İnsan əlaqələrində çətinlik yaşamağımızın ən önəmli səbəblərindən biri, diqqətimizi öz üzərimizdə saxlamağımızdır. Özümüzə fokuslanırıq. Utancaqlıq, davamlı olaraq özümüzə diqqət etməyimizdən və başqalarının da hər an bizə diqqət edib bizi mühakimə etdikləri düşüncəsindən qaynaqlanır. “Görəsən, qarşımdakı insan mənim haqqımda nə düşünür?” deyə davamlı olaraq bir narahatlıq yaşayarıq. Bu şəkildə necə rahatlayıb özümüz ola bilərikki? Həyatın dadına necə baxa bilərik? Evdən bayıra çıxdığımız anda gərilməyə başlayarıq. Diqqətinizi öz üzərinizdən atıb başqalarına verin. Özünü rahat buraxmasan, hər an rədd edilmə qorxusu ilə yaşayarsan. Əlbəttə, axşam özünü pis hiss edərsən. 

Qırxayaq necə yeridiyinə diqqət etdiyi zaman yeriyə bilməyibmiş. Sən də atdığın hər addımı ölçsən, eninə uzununa düşünsən, təbiiliyini yox edərsən. Yeriyə biləcəyin kimi yeriyə bilməzsən. Ondan sonra da davamlı olaraq, „Niyə elə elədim, niyə belə elədim… niyə onu söylədim, niyə bunu söyləmədim?” deyərsən. Dünyanı özünə zəhər edərsən. Özün olmağın özgürlüyünü və xəfifliyini yaşa! Bəzi kitablarda, yerimə sürətinizi artırın, deyir. Daha da yaxşısı, gedəcək bir yeriniz və etməli olduğunuz işlər olsun. Hədəfləriniz varsa və bunun uğunda çalışırsınızsa, onsuz da özünüzü düşünməyə vaxtınız qalmaz. Özünüzlə uğraşmazsınız. Yəni təbiiliyinizi qazanarsınız və bunun sayəsində gerçək mənliyinizi ortaya tökə bilərsiniz. 

4. Etməyiniz lazım olan şeyləri edin: Bir şeyi etməyiniz lazımdır və ona laqeyd yanaşırsınızsa, özünüzə duyduğunuz güvəni və sayğını zədələyərsiniz. 

5. Hədəflər təyin edin və gündəlik irəliləmələr yazın: Hara getdiyinizi bilin. İnsana daha çox güvən verə biləcək çox az şey vardır. 

6. Söz alın: Düşüncələrinizi söyləməkdən; sinifdə, bir toplantıda və ya bir qrupla birlikdəykən söz almaqdan çəkinməyin. Danışmadıqca, bir şeylər danışmaq mövzusundakı tərəddüdünüz artar. Avtobusda, benzin alarkən və ya sırada gözləyərkən insanlarla söhbət edin. Dünyanın ən ağıllı şeyini söyləmək məcburiyyətində hiss etməyin, özünüzü. Salam verin, havadan sudan danışın. Marketdə olarkən, liftdə olarkən insanlara bir şeylər söyləyin. 

7. Rahatlayın: Sevgiyə açıq olun, həyatı içinizə çəkin. 

8. Oxuyun: Ümumi dünyagörüşünüzü artırın. Futbol, paparazzi və popstar məsələlərinin xaricində danışacaq bir şeyləriniz olsun.
9. İdmanla məşğul olun: İdmanla məşğul olarkən ifraz olunan endorfin həm sizi gücləndirəcək, həm də rahatlaşdıracaq. İdman, sizə gərginliyi atmağınıza köməkçi olur, dinclik təmin edib güvən verir. İdmanın fiziki olduğu qədər, zehni və ruhi faydaları da vardır. Depressiya yaşayan insanlara həkim və psixoloqların ilk tövsiyəsi, hərəkət etmələri və ya idman etmələri istiqamətindədir. 

10. Yerişiniz, özünüzə duyduğunuz güvəni göstərsin: “Özümlə qürur duyuram”deyən bir yerişiniz olsun. Özünüzlə qürur duymalısınız, çünki bir şeyləri dəyişdirmə cəsarətini göstərirsiniz. Bayırda və televiziyada, insanların yerişlərinə diqqət edin. Kimlər özləriylə qürur duyur? 

11. Soyuqqanlı olun: Yaşadığınız ana fokuslanın. Keçmişdə də, gələcəkdə də yaşamayın. Zehininizi yavaşladıb dincliyinizi qoruyun. 

12. Səs tonunuza diqqət edin: Səs tonunuz sizinlə əlaqədar əhəmiyyətli ipucları verir. Səsinizi yalnız siz eşidə bilirsiniz? Özünə güvənən insanların səsi daha yüksək çıxar. 

13. Gülümsəyin: Amma bu gülümsəmə yalnız səthi mimikalarla olmasın. İçdən gülümsəyin, ruhunuz gülümsəsin. 

14. Göz təması qurun: Özünə güvənməyən insanlar gözlərini qaçırarlar. Təbii ki bu, qarşımızdakı adama gözlərimizi heç ayırmadan baxmaq mənasını vermir. Yenə, bayırda və ya televiziyada izlədiyiniz proqramlarda, insanların göz təmaslarını müşahidə edə bilərsiniz. Özünü güvəndə hiss etməyəni və ya o anda rahat olmayanı fərq edə bilərsinizmi? Özünə güvənən və rahat olan adam, qarşısındakının gözlərinə necə və hansı sıxlıqda baxır? 

15. İstər kişi olun istər qadın, möhkəm bir əl sıxmağınız olsun: Salamlaşarkən, yalnız əl uzadılmaz, qarşılıqlı mesaj mübadiləsi də həyata keçirilər. Əllə salamlaşarkən, sadəcə əlinizi uzatmağınız, qarşıya sizinlə əlaqədar qarışıq mesajlar yollayar. Qarşınızdakı adama, ‘Məndə həyat var!’ mesajını verin.

16. Sosial mühitlərdə olun, insanlarla tanış olun: Müxtəlif fəaliyyətlərə qatılın. Fərqli şeylər təcrübə edin. Sadəcə kiçik bir çevrədə yaşamayın. 

17. Müsbət və özünə güvənən insanlarla dostluq edin: Mənfi təsirləndiyiniz dostlarınızla tez-tez görüşməyin. Davamlı olaraq ağlayıb sızıldayan duyğusal vampirlərdən qaçın. 

18. Sevgi əlini öncə siz uzadın: Riskə girin. Böyük bir ehtimalla, qarşısınızdakı insan da özünü, sizin hiss etdiyi kimi hiss edir. Bunu bir neçə dəfə sınayıb müsbət reaksiya aldıqda insanlarla dialoqlarınızda özünüzü daha rahat hiss edəcəksiniz. 

19. Enerji səviyyənizi artırın: Fizioloji olaraq özünüzü yaxşı hiss etdiyinizdə, özünüzə olan güvəniniz artacaq. Bunun üçün qidalanmanıza və yuxunuza diqqət etməlisiniz. İdman etməlisiniz, dərin nəfəs almalısınız. Yorğun, yuxusuz və ya özünüzü enerjili hiss etmədiyiniz zamanlarda özünüzə olan güvəninizin azalacağını bilin.

Kayzen.az

Go Back

Düzgün ünsiyyətin sirrləri

Psixologiya elmi mütləq çoxluğun həqiqəti müsbət bir məfhum kimi gördüyünü söyləyir. Kimə soruşsan, dürüstlük, düzgün davranış və həqiqətin yanında olduğunu bildirəcək. Bəlkə siz, həyatınızda həqiqətdən açıq-aşkar imtina edən birini tanıyırsınız, amma 40 illik həyatımda beləsi ilə şəxsən rastlaşmamışam.

Əvvəllər çox şey fərqli idi. Bir insan bir gün və ya ay ərzində ən çox 10–15 insan ilə ünsiyyətdə olurdu. Sadə söhbət deyil əlbəttə, kiminsə nitqinə şahid olmaq və susmaq da bir ünsiyyət formasıdır. Sosial şəbəkələrin meydana çıxması ilə artıq gün ərzində onlarla insanın yazdığını oxuyur, müəyyən fikir formalaşdırırıq.

Çoxumuzun diqqət etdiyi bir fakt vardır: bəziləri aşkar şeyləri anlamaqda çətinlik çəkir, bəzən isə faktları inkar edir, ağ yalana üz tutur. Bir qisim insan hiddətlənir, digərləri tərəf müqabilini başa salmağa çalışır, müdrikləşmiş və hisslərini nəzarətdə saxlamağı bacaranlar isə əlini yelləyərək “boş verir”lər. 

Görəsən insanlar niyə yanılırlar?
Danışmaq haqqında bütöv bir elmi disiplin vardır. Psixologiyanın bir parçası olan bu cərəyana sosiolinqvistika deyirlər. Bu kiçik yazımızda sizə bu elmin incəliklərini aça bilməyəcəyəm əlbəttə — hələ bu işin ustası da deyiləm axı. Amma özümə verdiyim bəzi suallara tapdığım cavabları sizinlə paylaşmaq istəyirəm. 

Ünsiyyət formaları.
Gündəlik həyatınızda qarşılaşdığınız ünsiyyət formalarını belə sinifləndirmək olar:
-Rəsmi-işgüzar ünsiyyət tərzi
-Elmi ünsiyyət tərzi
-Publisistik ünsiyyət tərzi
-Məişət ünsiyyəti 

Dostunuzla kafedə, tədris ocağında apardığınız söhbət məişət ünsiyyəti sayılır. Məktəbdə lövhəyə çıxaraq dərs danışarkən bir az əvvəl tənəffüsdə dostunuzla etdiyiniz söhbət tərzi əlbəttə uyğun deyildir. Hər vəziyyətin öz ünsiyyət forması vardır. Əgər siz sosial şəbəkədə, digər insanların içərisində müəyyən bir fikir bildirirsinizsə, sizin ünsiyyət formanız artıq publisistikdir. İkisinin arasında fərq isə böyükdür. 

Məişət ünsiyyəti:
Qeyri-formal şəraitdə özünü ifadə etmək, şəxsiyyəti nümayiş etdirmək üçün istifadə edilir. Emosionaldır və ünsiyyətin bir qismi tamamilə bədən dilinə əsaslanır. Məsələn, əllərinizi həyəcanla başınızın üstünə qaldıraraq hündürlüyü təsvir etməyə çalışırsınız. Bir də “o boydaaaaaaa” deyə hərfləri uzadırsınız.

Publisistik ünsiyyət:
Publikaya istiqamətlənmiş bir çox hal bu qrupa girir. Məruzə etmək, nitq, mühazirə söyləmək, iclasda, televiziya və radioda, nümayişlərdə edilən çıxışlar, sosial şəbəkədə müəyyən qrupa və-ya ayrı-ayrı insanlara edilən müraciətlər, şərhlər, rəy bildirilməsi — hamısı tipik publisistik ünsiyyət formalarıdır.

Bildirilən fikir məlumatlandırıcı olmalıdır. Sənədli və ya faktoloji, araşdırma nəticəsində aşkar edilən hallar, rəsmi mənbələr istifadə edilməlidir. Gündəlik həyatda qarşılaşdığınız və ya şahidi olduğunu hadisələrin izahı. Sizi oxuyanlar söhbətin nədən getdiyini, hadisənin harada və nə zaman baş verdiyini, hansı nəticəyə gəldiyinizi və ən əsası nə üçün belə nəticə çıxardığınızı anlamalıdırlar.

Ünvanlı çağırışlar etmək. Müraciət və ya bildirdiyiniz fikrin kimə ünvanlandığı anlaşılmalıdır, ya da özünüz bunu açıq şəkil “ay həkimlər…” kimi göstərməlisiniz. Əsaslandırma üçün iqtibaslardan istifadə. Bildirdiyinizi fikri əsaslandırmaq üçün kitaba, məqaləyə, şahidi olduğunu hadisələrə, şəkil və fiqurlara müraciət etmək olar. Burada əsas şərt göstərdiyiniz qaynağın hamı tərəfindən əlçatan olmasıdır. Sizin gətirdiyiniz iqtibasları sizdən başqa heç kəs görə bilməyəcəksə, o fikri heç bildirməsəniz yaxşıdır.

Yumor hissi, lətifələr danışmaq alqışlansa da, açıq-aşkar sarkazm, lağ etmək pis qarşılanır. Sarkazm yerində çox gözəl fənddir, amma bunu bacarırsınızsa, tərəf müqabilinizi təhqir etməyəcək və alçaltmayacaqsınız bir formul tapmaq lazımdır.

Publikaya çatdırılan məlumatdan çox ehtiyatla istifadə etmək lazımdır. Diffamasiya qaydalarını pozaraq şər, böhtan xarakterli, ləyaqəti alçaldıcı gedişlərdən istifadə etmək sizi çox vaxt məişət ünsiyyəti formasına, yəni küçəyə “razborka”ya çatdıracaq. Publisistik ünsiyyət hər şeydən öncə Obyektivdir. 

İnsanlar niyə yanılırlar?
Çoxunuz leyləklə qurbağanın dostluğu haqqında təmsili bilirsiniz. Leylək qurbağanı qonaq çağırır, amma təkcə özünün dimdiyi girəcək hündür və dar boğazlı sürahidə dovğa ilə qonaq edir. Qurbağa da eyni yanlqıya düşərək leyləyi öz evində sinidə təqdim edilən düyüyə qonaq edir. Hər ikisi qonaqlıq sırasında ac qalır. Nəticədə bu dostluq alınmır.

Sosial şəbəkələrdə onillərlə yaşadığım təcrübə əsasında insanların bir-birini başa düşməkdə çətinliklərinin səbəbiolaraq məhz bir-birini anlamadıqlarını, başqa-başqa tərzlərdə ünsiyyət qurmalarında görürəm. Doğrudur, savadlı aparılan publisistik ünsiyyət sırasında tərəflərdən birinin “cığallıq” edərək faktları çarpıtdığı, aldatdığı halları da geniş yayılmışdır. Amma ən azından bir şeydə anlaşa bilərik: elə belə söhbətmi edirik, yoxsa fikir bildiririk?!

Əgər digər insanları da maraqlandıran məsələ haqqında publik, yəni o insanların hüzurunda yazırıqsa, artıq publisistik ünsiyyətin qaydalarına əməl etmək, rəylərdə və şərhlərdə obyektiv olmaq, fikrini əsaslandırmaq şərtdir. Həkim məsləhətidir. 

Dr. Vasif İsmayıl
Kayzen.az

Go Back

Vəziyyətdən çıxmağı bacarırsınız?

 

Ötən əsrlərlə müqayisədə son illər insanların xarakteri, dünyagörüşü həddən ziyadə mürəkkəbləşib. Bu gün insanları nə iləsə heyrətləndirmək, təəccübləndirmək son dərəcə müşküldür. Eləcə aldatmaq da. 
Adamların xarakteri, düşüncə tərzi hətta o qədər mürəkkəbləşib ki, psixologiya elmində uzun illər birmənalı şəkildə qəbul edilən insanın temperament tipinə də təsir göstərib. İnsanı daha yaxından tanımaq üçün ilk növbədə onun hansı temperament tipinə mənsub olduğunu aydınlaşdırmağı məsləhət görən psixoloqlar özləri artıq tərəddüd içindədirlər. 
"İnsanın xarakterini, xasiyyətini onun hansı temperament tipinə mənsub olduğu müəyyənləşdirir" fikrini sübut etməyə çalışan psixoloqların bu barədə fikirləri ilə tanış olaq. Əvvəlcə nəzərinizə çatdıraq ki, temperament sözünün latıncadan tərcüməsi "hisslərin lazımi qarşılıqlı nisbəti" mənasını verir. Temperament insana irsən xas olan, davamlı xüsusiyyətlər toplusudur. Psixoloqların temperamentə belə tərif vermələrinə baxmayaraq, onlar özləri də etiraf edirlər ki, bunu birmənalı şəkildə qəbul etmək olmaz. Temperamentin formalaşmasına ətraf mühit, həyat tərzi, tərbiyə ciddi təsir göstərir. Ümumiyyətlə, psixoloqların fikrincə, istənilən insanda müxtəlif temperamet tiplərinin xüsusiyyətləri cəmləşir. Buna görə də psixoloqlar insanın hansı tipə mənsubluğunu müəyyənləşdirərkən, bir qayda olaraq, o insanda hansı tipin xüsusiyyətlərinin daha qabarıq və çox olduğunu nəzərə alırlar. Ən maraqlısı isə budur ki, insanın aid olduğu əsas tipi nəzərə almasaq, yerdə qalan tiplərin xüsusiyyətlərinin dərəcəsini müəyyənləşdirmək qeyri-mümkün olar.

Son illərə qədər psixoloqlar hesab edirdilər ki, dörd temperament tipi var: sanqvinik, xolerik, fleqmatik, melanxolik. Ancaq son illər bu bölgü özünü doğrultmur. Nəticədə psixologiya elmində tiplərin bölgüsü ən aktual və mübahisəli mövzuya çevrilməkdədir. Daha dəqiq desək, tiplər barədə təsəvvürlər getdikcə daha da mürəkkəbləşir. Bu fikri dəstəkləyən psixoloqlar yaşlı və gənc insanlara diqqət yetirməyi məsləhət görürlər. Yaşlı və gənc nəslin dünyagörüşü arasında fərq olmasını labüd sayan psixoloqlar hesab edirlər ki, heç bir zaman fərq bu qədər ciddi və köklü olmayıb. Onlar bu fərqin tiplərə sirayət edə biləcək səviyyədə olduğunu vurğulayırlar. Psixoloqlar bu zaman ilk növbədə tiplərin bölgüsünə diqqət yetirirlər. Məsələn, bəzi psixoloqlar dörd deyil, altı, yeddi, hətta səkkiz temperament tipinin mövcud olduğunu bildirirlər. Bəziləri isə dörd bölgüsü ilə razılaşaraq, sadəcə, bu bölgünün özünün şaxələndiyini vurğulayırlar. Hesab edirlər ki, bu bölgülərin hər birinin ayrı-ayrılıqda bir neçə növü var. Psixologiya elmində tez-tez səslənən bu fikirlərin tərəfdarlarının sayı isə durmadan artır.
Bir sözlə, artıq hamı birmənalı şəkildə etiraf edir ki, insan xarakterinin mürəkkəbləşməsi sayəsində tiplərin sayı çoxalıb. Göründüyü kimi, psixoloqlar tiplərin sayını tam dəqiqləşdirməsələr də, reallığı etiraf edirlər. 

Bu gün biz son dərəcə mürəkkəbləşən xarakterlərin təsiri ilə maraqlanacağıq. Bir sözlə, ətrafdakılarla olan münasibətlərimizi, eləcə də hər hansı bir hadisəni nə dərəcədə düzgün qiymətləndirə bilmək qabiliyyətimizi aydınlaşdıracağıq. Başqa sözlə desək, nə qədər gözüaçıq olduğumuzu müəyyənləşdirəcəyik. Təbii ki, psixoloqların tərtib etdiyi sorğunun köməyi ilə.
Sorğu ilə tanış olmazdan əvvəl, xatırladaq ki, elə insanlar var ki, onlar heç vaxt çıxılmaz vəziyyətə düşmürlər. Onlar istənilən vəziyyətdən çıxmaq, eləcə də istədiklərinə nail olmaq üçün yüz cür fənd bilirlər. Bir sözlə, ağılları sanki zərgər dəqiqliyi ilə işləyir. Göz qabağında buraxdıqları səhvləri ört-basdır eləməyi, yalanlarına həqiqət donu geyindirməyi bacarırlar. Adətən, belə insanların aldanmaq şansı çox azdır. Çünki belə insanlar heç kimə inanmırlar.

Bəs siz necəsiniz? Vəziyyətdən çıxa bilirsinizmi? Və sizi aldatmaq asandırmı? Bu suala cavab verməkdən ötrü psixoloqların tərtib etdiyi sorğuları cavablandırın. 
1.Həmsöhbətinizə xoşagəlməz söz demək məcburiyyəti qarşısındasınız, bu zaman, həmin sözün onun xətrinə dəyəcəyini düşünürsünüz?
2.Dərsə və ya işə gecikəndə, heç kimin sizin gecikdiyinizi sezməməyinə çalışırsınızmı?

3.Başqalarından özünüzün görməyə qorxduğunuz işi yerinə yetirməyi xahiş edirsiniz?
4.Hokkeydə, futbolda, stolüstü oyunlarda fırıldaq edərək udmağa, yoxsa, düzgün oynayaraq, uduzmağa üstünlük verirsiniz?
5.Kiminləsə zarafat edəndə, həmin adam onunla kimin zarafat etdiyini o dəqiqə başa düşürmü? 
6. İnsanı düzgün, açıq danışmağa məcbur etməkdən ötrü düşünülmüş yalan danışa bilərsinizmi? 
7.Məktəbdə parta yoldaşınızdan icazə almadan və ya ona xəbər vermədən ondan nəyi isə köçürə bilərsinizmi? 
8.Siz həmişə istədiyinizi əldə eləməkdən ötrü çarə tapırsınız?
9.Siz heç kimin başa düşmədiyi hiylə işlətməyi bacarırsınızmı?

İndi isə cavabların nəticələrinə baxaq.
2,3,5,6,7,8 və 9-cu suala verilən müsbət cavaba, 1 və 4-cü suala verilən mənfi cavaba görə 1 bal toplayırsınız.

Əgər 6 bal toplamısınızsa, sizi sadəcə çoxbilmiş, gözüaçıq adlandırmaq düzgün deyil. Psixoloqların təbirincə, 6 bal toplayan insanlar bu sahədə hamını arxada qoyublar. Elə bir iş yoxdur ki, ona nail olmaqda çətinlik çəkələr. Sanki hər şey onlar üçün bir içimlik su kimi asandır. Bir sözlə, onların daimi dostu yox, daimi mənafeləri var. Bütün dostlar və münasibətlər yalnız onların mənafeyinə xidmət edir. Məqsədlərinə çatmaq üçün yalan danışmaqdan belə çəkinmirlər. Ancaq heç vaxt çıxılmaz vəziyyətə düşməyən bu insanların bir mənfi cəhəti var. Ağı qaradan seçməyi bacaran insanlar heç vədə belələrinin səmimiyyətinə inanmırlar. Başa düşürlər ki, onlar hamını aldatmağa qabildirlər. Demək olar ki, heç bir zaman səmimi ola bilmirlər. Psixoloqlar belə insanların çox nadir hallarda səmimi olduğunu etiraf edirlər.

Əgər siz 3-6 arası bal toplamısınızsa, psixoloqların fikrincə, ağıllı adamsınız. Bir sözlə, bu insanları heç kim aldada bilməz. Yetərincə vəziyyəti düzgün qiymətləndirməyi bacarırlar. Baş verən hadisələrə hissə qapılmayaraq, ağlın gözü ilə baxmağa qabildirlər. Psixoloqların müşahidələrinə görə, belə insanlar vəziyyətdən çıxmaq üçün yalan danışmağa meyllənmirlər. Qısası, onların ən böyük siyasəti həqiqətdir. Ağıllı olduqlarına görə, əvvəlcədən vəziyyəti düzgün qiymətləndirərək, özlərini pis vəziyyətə düşməkdən qoruyurlar. Psixoloqların fikrincə, bu, çox müsbət bir haldır. Həqiqətpərəstlik belə insanlara həmişə hörmət qazandırır. Ətrafdakılar onlara inanır və hörmət edir. 3 baldan az toplamısınızsa, vəziyyət heç də yaxşı deyil. Psixoloqların fikrincə, belə insanlar həddən ziyadə sadəlöhv olurlar. Onlar çox asanlıqla aldanırlar. Belə insanlara nəyi isə təqlid eləmək də çox asandır. Onlar çox tez təsir altına düşürlər. Hətta o qədər sadəlöhvdürlər ki, bir qayda olaraq, ətrafdakıların gülüş obyektinə çevrilirlər. Demək olar ki, həmişə çıxılmaz vəziyyətə düşürlər. Onlar üçün nəyi isə əldə eləmək də çox çətindir. Həqiqət onlar tərəfdə olanda belə, öz haqlarını müdafiə edə bilmirlər. 

Kayzen.az

Go Back

Vanqadan 20 tövsiyə

1. Səhərinizi təbəssümlə açın. Təbəssümlə açılan səhər sizə gün ərzində uğur və sevinc gətirəcək. 
2. Hər gün heç olmasa bir dəfə, hətta kiçik olsa da belə bir xeyirxah əməliniz olsun. Bunu etsəniz qocaldıqda keçmişinizə nəzər salarkən yaşanmış illəriniz üçün peşimançılıq keçirməyəcəksiniz. 
3. Elə düşünməyin ki, bütün həyatınız hələ qarşıdadır. Bu yanlış düşüncədir. Çünki cavanlıqla qocalıq arasındakı məsafə çox qısadır. 
4. Bu günün işini sabaha saxlamaq kimi vərdişi özünüzdən uzaq edin.
5. Tənbəlliyin daşını atın. Təbiət öz hərəkətində dayanmaq və ləngimək bilmir, tənbəllik edib ləngiyənləri isə sərt cəzalandırır. 
6. Kiçik yaşlarından uşaqları zəhmətə alışdırın. Əgər siz özünüz zəhmət çəkməyi sevmirsinizsə, bununla uşaqlarınıza pis nümunə göstərirsiniz. 
7. Heç vaxt unutmayın, Allah kimə daha çox imkan və qabiliyyət verirsə ondan da daha çox cavabdehlik tələb edir. 
8. Bəziləri elə düşünür ki, pulla məhəbbəti almaq mümkündür. Bu yanlış fikirdir. Pulla məhəbbəti almaq olmaz. 
9. Asudə olmaq istəyirsinizsə hədər və boş yerə vaxt itirməyin. 
10. Tələsin, amma həmişə ağılla tələsin. 
11. Tez-tez ürəyinizin səsinə qulaq asın, görün o sizə nə deyir. 
12. Nə isə deməzdən əvvəl yaxşı-yaxşı düşünün. Dediyiniz söz sizə xoşbəxtlik gətirməklə yanaşı, həyatınıza bədbəxtlik və bəlalar da gətirə bilər. 
13. İnsanları mühakimə etməyə tələsməyin. Hər bir insanın özünəməxsus heç də asan olmayan həyatı var. 
14. Qarşınıza gücünüz çatmayan, həlli mümkün olmayan vəzifə qoymayın. Çünki o vəzifənin öhdəsindən gələ bilməyəndə özünüzdən gileylənməyə başlayacaqsınız. 
15. Xətrinizə kimsə dəyəndə, sizi kimsə incidəndə cavab verməyin. Vaxtınıza və əsəblərinizə qənaət edin. 
16. Heç vaxt aldatmayın. Kiçik yalanlar belə böyük bədbəxtliyə səbəb ola bilər. 
17. Axmaq adamlarla mübarizə aparmayın, mübahisə etməyin, onları düzəltməyə, dəyişməyə calışmayın. Çünki onlar xəstə yox, sadəcə səfehdirlər. 
18. Sevdiyiniz insanlara diqqət və hörmətlə yanaşın, onları dinləməyi bacarın.
19. Keçmişinizdə baş vermiş hadisələrə görə peşimançılıq hissi keçirməyin, baş vermiş dəyişikliklərdən şikayətlənməyin. 
20. Həyatınızda baş verən kədərli hadisələri sakit ürəklə qarşılayın. Heç nə və heç kim əbədi deyil. Bu kədər də ötüb geçəcək.

kayzen.az

Go Back

Albert Eynşteynlə Rabindranat Taqorun söhbətləri

Bu danışıqlar Eynşteynin Berlin yaxınlığındakı bağ evində, 14 iyul, 1930-cu ildə baş tutub. Onlar arasındakı söhbət qeydə alınıb və 1931-ci ilin yanvarında «Modern Review» dərgisində çap olunub.
Birinci danışıq.
14 iyul 1930-cu il.
Eynşteyn: Siz Dünyaya qaynayıb-qarışmayan, ondan ayrı olan tanrının varlığına inanırsınızmı?
Taqor: Dünyadan qıraqda olan tanrı yoxdur. İnsanın özlüyü–mahiyyəti tükənməz, ölümsüz olduğu üçün də o, Dünyanı qavramağı bacarır.
İnsan kimliyinin qavraya bilməyəcəyi bir nəsnə də ola bilməz. Bu isə elə Dünyanın bütün gercəklərinin də özündə insanilik daşıması deməkdir.
Dediklərimi aydınlaşdırmaq üçün bir elmi faktı örnək olaraq göstərmək istəyirəm. 
Materiya elektronlarla protonlardan qurulmuşdur, onların arasında isə başqa bir nəsnə yoxdur, ancaq biz materiyanın törəmələrini – biri-biriylə bağlanan ayrı-ayrı elektronlarla protonların toplusu kimi yox, bütöv gerçəklik olaraq görməkdəyik.
Bunun kimi də, insanlıq dediyimiz gerçəklik ayrı-ayrı kimsələrdən yaranır, ancaq bu kimsələr arasında olan insanlıq bağları–ilişkiləri insanlıq toplumunu, bütöv görünən, yaşarı bir orqanizm biçiminə salır.
Dünyayla insanlığın bağlılığı da elə onların öz aralarında bu sayaq birləşməsindən yaranan bütövlükdür.
Bu, insandan ayrılmaz olan Dünyadır. Dediyim bu ideyanı mən incəsənətdə, ədəbiyyatda, dini inanclarda izləyib, araşdırmışam.
Eynşteyn: Dünyanı qavramaqda biri-birindən seçilib ayrılan iki yanaşma vardır:
Dünyanın varlığı büsbütün insan şüurundan asılıdır.
Dünya insan şüurundan asılı olmayan bir gerçəklikdir.
Taqor: Yaşadığımız Dünya, Ölümsüz İnsanla sürəkli bir harmoniyada olduğundan biz bu Dünyanın gerçəklərini qavraya, gözəlliklərini duya bilirik.
Eynşteyn: Bu dedikləriniz, Dünyaya insan olaraq yanaşmaqdan doğan yozumdur.
Taqor: Başqa bir yozum ola da bilməz. Bu dünya insanın dünyasıdır. Dünyaya elmi baxış – hansısa bir alimin baxışıdır. Dünya bizdən ayrılıqda var ola bilməz. Dünya bizdən asılıdır, onun gerçəkliyi bizim şüurumuzdan asılıdır.
Doğruluğun, gözəlliyin bəlli ülgülərinin-standartlarının olması, bu dünyanı güvəncli–etibarlı eləyir, – bu standartları isə Ölümsüz İnsan yaratmışdır, onun qavradıqları, duyduqları isə, getdikcə, bizim qavramımıza, duyumumuza çevrilir.
Eynşteyn: Sizin dediyiniz bu Ölümsüz İnsanı – insanın özlüyü-mahiyyəti də adlandırmaq olar.
Taqor: Elədir, bu–insanın ölümsüz, tükənməz olan özlüyü-mahiyyətidir. Biz onu yaşadığımız duyğularla, bir də çəkdiyimiz əməklərlə qavraya bilərik.
Bununla da bizim adlaya bilmədiyimiz çevrələrdən qırağa çıxmağı bacaran Üstün İnsanı anlamağa başlayırıq. Elmi baxışlar, ayrı-ayrı kimsələrin qavramlarında qapanıb qalmır, Dünyanın – ayrıca kimsələrdən yox, hamıdan asılı olan gercəklərini arayıb-öyrənir.
Din isə ayrı-ayrı kimsələrdən asılı olmayan gerçəkliyi qavrayaraq, bizim bir az da dərində olan gərəklərimizlə bu gerçəklik arasında bağlılıq yaradır; dini inancların yardımı ilə qavradığımız gerçəklik, təkcə bizim yox, bəlli bir çoxluğun inandığı dəyərlərə çevrilir.
Eynşteyn: Onda belə çıxır, həqiqət də, gözəllik də, insandan asılı olan gerçəklərdir.
Taqor: Elədir.
Eynşteyn: Birdən insanlar yoxa çıxarsa, onda Belvederli Apollon1 öz gözəlliyini itirərdimi?
Taqor: İtirərdi!
Eynşteyn: Mən gözəlliyin bu sayaq yozulması ilə barışıram, ancaq həqiqəti belə yozmağı yanlış sayıram.
Taqor: Nə üçün? Həqiqəti insandan başqa da bir qavrayanmı var?
Eynşteyn: Bu dediklərimi doğrultmağa söz tapa bilməsəm də, ancaq mənim inandığım din elə budur.
Taqor: Gözəllik – bitkin bir harmoniyanın ideala yaxınlaşmasından doğur, bu özünün örnəyini Universal İnsanda göstərməkdədir; həqiqət isə bu Universal İnsanın şüurunun qavradıqlarıdır.
Biz, ayrılıqda götürülmüş kimsələr olaraq, kiçikli-böyüklü yanlışlıqlar eləyərək, sınaqlardan keçərək, şüurumuzu aydınladaraq, bu doğruluğu qavramağa yaxınlaşırıq, yoxsa, biz doğruluğu başqa necə qavraya bilərik?
Eynşteyn: Mən elmin doğru saydıqlarının, doğrudan da elə insandan asılı olmayan doğruluqlar, gerçəkliklər olduğuna sizi inandırmaq üçün söz tapa bilməsəm də, buna ürəkdən inanmaqdayam.
Götürün elə Həndəsədəki Pifaqor Teoremini, bu, insandan asılı olmayan bir gerçəkliyin, gözəyarı da olsa, doğruluğunu göstərmirmi?
Elə isə, insandan asılı olmayan reallıqlar varsa da, onda bu reallıqlara uyğun olan doğruluqlar da olmalıdır, bunlardan birinin danılması, elə o birinin də danılması deməkdir.
Taqor: Universal İnsanın qavradığı gerçəklər, insanca olan gerçəklər olmalıdır, yoxsa bizim, yəni ayrı-ayrı kimsələrin, qavradıqlarımızı da gerçəklik saya bilmərik, onlara ən azından elmi gerçəkliklər deyə bilmərik, ancaq elə insanın düşünmək bacarığı yaradan orqanlarından doğulan bu məntiqi düşüncələrin yardımı ilə qavradığımız elmi gerçəklər də, bizi addım-addım doğruluğa sarı aparır.
Hind fəlsəfəsinə görə, Brahma adlanan mütləq bir gerçəklik vardır, onu yalnız istəməklə qavramaq olmaz, onu sözlə anlatmaq olmaz. Onu qavramaq istəyən kimsə, büsbütün sonsuzluğa dalmağı, qovuşmağı bacarmalıdır.
Bu isə sözsüz, elmi həqiqət sayıla bilməz. Bizim bayaqdan söz açdığımız gerçəklər isə bəlli görünüşü olan gerçəklərdir, yəni onlar insan şüuruna gerçəklik təki görünürlər, ona görə də, bunlar ancaq insanca olan gerçəklərdir. Onu biz, Mayya2 da, ilğım da adlandıra bilərik.
Eynşteyn: Sizin, ola bilsin, hind fəlsəfəsindən doğan yozumunuza görə, bu ilğım dediyiniz yalnız ayrı-ayrı kimsələrin yox, bütün insanlığın qapıldığı bir ilğımdır.
Taqor: Elmdə biz bəlli bir düzənə uyaraq, öz şüurumuzun dar çevrəsindən qurtuluruq, ona görə də Universal İnsanın anladığı gerçəkləri qavraya bilirik.
Eynşteyn: Bu gerçəklik bizim şüurumuzdan asılıdırmı? Başlıca problem də elə budur.
Taqor: Bizim doğru adlandırdığımız, – gerçəkliyə subyektiv yanaşma ilə obyektiv yanaşmanın ağlabatan harmoniyasından yaranır, elə Universal İnsan da gerçəkliyə bu sayaq yanaşır.
Eynşteyn: Ona qalsa, biz gündəlik yaşamımızda belə, işlətdiyimiz predmetlərin varlığının insandan asılı olmadığını sanırıq.
Biz bunu, duyğu orqanlarımız arasında anlaşılmazlıq yaranmasın deyə eləyirik.
Örnək üçün, bu gördüyünüz stol, evdə bir kimsə olmayanda belə, öz yerində dayanıb-duracaq, yox olmayacaqdır.
Taqor: Elədir, dediyiniz durumda stol hansısa bir kimsə üçün görünməz olacaqdır, ancaq o universal şüurdan gizli qala bilməyəcəkdir. Mənim stol kimi qavradığım nəsnəni, mənim kimi şüur yiyəsi olan bütün kimsələr də belə qavrayacaqlar. 
Eynşteyn: Gerçəkliklərin varlığının insandan asılı olmadığını sözlə anlatmaq, doğrultmaq olmur, ancaq demək olar, yer üzündə yaşamış ilkin insanlardan tutmuş bugünəcən, bütün insanların hamısı buna inanmaqdadır.
Biz gerçəkliyi qavraya bilməyi, ancaq Universal İnsanın obyektivliyinə bağlayırıq, yalnız onun bacaracağı bir iş sayırıq.
Yəni bizim varlığımızdan, sınaqlarımızdan, anlağımızdan, istəklərimizdən asılı olmayan gerçəkliklər vardır, ancaq biz bunun nədən belə olduğunu sözlə anlatmaq gücündə deyilik.
Taqor: Elmin anlatdığına görə, stolun bərk bir predmet olması yalnız bir görünüşdür, elə bunun kimi də, insanın şüuru olmasaydı, onda onun stol təki anladığı predmet də olmayacaqdı.
Bununla yanaşı, stolun elementar fiziki varlığının, – elektrik yüklü, ara vermədən fırlanan, kiçik dənəciklərdən qurulduğu da artıq bəllidir, ancaq bunu bilməyimiz də elə insanın şüurlu olmasınna görədir.
Gerçəkliyi qavramanın gedişində Universal İnsanın şüuru ilə, ayrı-ayrı kimsələrin şüuru arasında arasıkəsilməz bir çəkişmə gedir.
Elmdə, fəlsəfədə, etikada, sürəkli bir qavrama prosesi getməkdədir. Məncə, insandan asılı olmayan hansısa müləq gerçəklik olsaydı belə, o bizim üçün büsbütün gərəksiz olardı.
Biz düşüncəmizi gücə salıb, baş verən olayların ardıcıllığını yalnız zamana görə dəyərləndirən, ancaq onların baş verdiyi məkanı gözardı eləyən bir düşüncə tərzi, başqa sözlə desək, başqa bir şüurlu yanaşma qondara bilərik, onda Dünyada baş verən olayların ardıcıllığı da yalnız zamandan asılı olar, haradasa not yazılarının ardıcıllığına görə çalınan musiqiyə oxşayardı.
Belə bir şüur üçün gerçəkliyi qavramaq, musiqi gerçəkliyini qavramaq kimi baş verəcəkdir, burada artıq Pifaqor Teoreminin azacıq da olsa anlamı qalmayacaqdır.
Tutalım, kağız adlanan gerçəklik var, o özü-özlüyündə ədəbiyyat adlanan gerçəklikdən çox-çox uzaqdır.
Kağızyeyən köstəbəyin qavramında ədəbiyyat adında bir predmet yerli-dibli yoxdur, ancaq insanın şüurunda ədəbiyyat adlı gerçəklik var, özü də o, kağız adlanan gerçəklikdən qat-qat dəyərlidir.
Ona görə də insan şüurundan, duyğularından asılı olmayan hansısa bir gerçəklik olsa belə, biz özümüzün insan şüurumuzla yaşadıqca, o, bizim üçün büsbütün gərəksiz, dəyərsiz olaraq qalacaqdır.
Eynşteyn: Onda belə çıxır, mən dinə sizdən çox inanmaqdayam.
Taqor: Mənim dinim – Ölümsüz İnsanı, Universal İnsan ruhunu öz varlığımda axtarıb tapmaq, onu qavramaqdır. Mən bütün bu dediklərimi geniş olaraq, “İnsanın dini” adlı hipotetik mühazirələrimdə göstərmişəm.
1 Belvederli Apollon–Burada, əski çağlarda yunanların Günəş, işıq tanrısı sayılmış Apollonun Vatikanın Belveder bağçasındakı mərmər heykəli anılır.
2 Mayya–induizmlə buddizmdə bir termin olaraq işlənməkdədir, bu inanclara görə, insanın öz qavramı ilə öyrənib bildikləri, gerçəkliyin ötəri-keçici görüntüləri–mayyalardır.

 

Ruscadan tərcümə: Araz Gündüz

azadliq.org 

Go Back

YAXŞI BİR DİNLƏYİCİ OLMAQ ÜÇÜN NƏ ETMƏLİ?

Əvvəlcə dinləmə səbəbinizi tapın. 
Dinləmənin tərzləri olduğunu bilirdinizmi? Yaxşı bir dinləyici olmağın ilk addımı da elə dinləmə səbəbinizi tapmaqdır. Yəni dinləməyinizin səbəbi zövq üçündürmü, fikir mübadiləsidirmi, məlumatları qiymətləndirməkdirmi, yoxsa, qarşınızdakının duyğularını anlamaq üçündürmü? Bunu bildikdən sonra qalanını etməyiniz daha asan olacaq.

Dinləmə zamanı:
Səbrli olun və qarşınızdakı insanın çatdırmağa çalışdığı mesajına hörmət edin.
Diqqətinizi danışan adama verin, diqqətinizi dağıdacaq başqa şeylərlə maraqlanmayın.
Danışan adamın söylədiklərini, arada öz cümlələrinizlə ümumiləşdirin və qarşınızdan bu ümumiləşdirməyə dair təsdiq alın.
Dinlədiyiniz zaman ön mühakimənizi bir kənara qoyun. Unutmayın, hər kəsdən yeni məlumatlar əldə edə bilərsiniz.
Eqonuzu ön plana çıxarmayın. Eqosu güclü olan insanlar, özərini, danışan adamdan daha üstün görüb onun söylədiklərini dinləməyə bilərlər.
Necə deyildiyini yox, nə deyildiyini dinləməyə çalışın.
Danışanın izah etdiklərini axıra kimi, onun sözünü kəsmədən dinləyin.
Qarşınızdakı adam danışarkən onun söylədiklərinə verəcəyiniz cavabları yox, onun ifadə etmək istədiklərini düşünün.
Qarşınızdakı adamı dinlədiyinizi, bədən dilinizlə də bildirməniz, sizə güvən və hörmət qazandıracaq. Bunu, bədənlə yüngülcə önə doğru əyilmək, baş silkələmək, göz təmasında olmaqla göstərə bilərsiniz.

Yaxşı bir dinləyici:
Davamlı olaraq göz təması qurur.
Qarşısındakı insanın sözlə və davranışla verdiyi mesajlarını yaxşı dəyərləndirir.
Səbrlidir və danışan adamın sözünü kəsməməyə diqqət edir.
Qarşısındakı insanın cavablarına sözlə və davranışla cavablar verə bilir.
Qarşısındakı insanın anlatdıqlarını suallar soruşaraq daha detallı anlamağa çalışar.
Danışılan mövzunu ümumiləşdirir və öz cümlələri ilə doğru şəkildə ifadə edə bilir.
Qarşısındakı insanın duyğularını anlaya bilir.
Qarşısındakı insanın danışmağını maraqla dinləyir.
Dinləmək istədiyini və maraqlandığını qarşı tərəfə hiss etdirir.
Tənqid etmir və ön mühakiməçi deyil.
Fikirlərə açıqdır.

Pis bir dinləyici:
Danışanın sözünü kəsir.
Danışan insanla göz təması qurmaqdan qaçınır.
Ətrafından təsirlənir və çox tez diqqəti dağılır.
Danışanı dinləməyən və söylədikləri ilə maraqlanmayan bir abı- havadadır.
Danışılan mövzunu dəyişdirir.
Cavabları hər zaman mühakimə edici bir üslubdadır.
Dar fikirlidir və qarşısındakı insanın duyğularını anlamağa çalışmır.
Dinləmək yerinə danışmağa üstünlük verir.
Davamlı olaraq tövsiyyə verərək qarşısındakı adamı narahat edir.
Dinləmək üçün heç zamanı yoxdur və danışıqları kəsərək bitirir.

Mənbə: Pudra.com ; sanaldanisman.blogspot.com
Hazırladı: Fidan Aslanova

fitret.az

Go Back

Panik Atak xəstəliyi

Panik atak, başda panik pozuntu olmaq üzrə bir çox psixiatrik pozuntularda və bəzi fiziki xəstəliklərdə görülən sıx qorxu, qayğı,narahatlıq qarışığı bir narahatçılıqdır. Günümüzün dəyişən, həyat mühitlərində, həyat qayğılarının artması, maddi və mənəvi xaos ilə qeyri-müəyyənlik vəziyyətinin yaratdığı “heçlik duyğusu” nun çoxalması paralellik göstərən panik atak, bütün dünyada cəmiyyət sağlamlığını təhdid edər ölçüyə gəlmiş vəziyyətdədir. Mütəxəssislər tərəfindən “psixoloji bir sindrom” olaraq təsvir edilməsinə qarşı, xəstə, əksəriyyətlə yaşadıqlarının həqiqətən fiziki qaynaqlı problemlər olduğunu amma kimsənin xəstəliyinin gerçək səbəbini tapa bilmədiyini düşünməkdədir. Həkimlərin xəstənin vəziyyətinə “psixoloji” diaqnozu qoymasının ardından, bu səfər də şüursuz xəstə yaxınlarının rəftarı xəstəyə zərər verməkdədir. Panik atağın əhəmiyyətsiz bir problem olduğunun düşünülməsi və adama “xəstəlik xəstəsi” yaraşdırmasının edilməsi çaxnaşma Ataklı xəstənin vəziyyətini çətinləşdirir. Özünü yalnız və çarəsiz hiss eden xəstə isə sonsuz caresizlik içinə girməkdədir. Xəstəliyin başlanğıc yaşı dəyişənlik göstərir. Uşaqlarda çox nadir ortaya çıxan xəstəliyin ilk ortaya çıxış illəri 18-25 yaş arasıdır. Xəstəlik 30-40′lı yaşlarda üzünü ciddi şəkildə göstərir. Panik atagın genetik olub olmadığı mövzusunda hər hansı bir tapıntıya rast gəlinməmişdir. Panik atak böhranı gəldiyində 5-45 dəqiqə davam etməkdə və şiddəti xəstədən xəstəyə dəyişməkdədir. Panik atak xəstənin həyat keyfiyyətini mənfi təsir edən bir xəstəlikdir. Böhranlar və ölüm qorxusu kimi səbəblərlə xəstə evdə tək başına qala bilməmə, tək başına çölə çıxamamak kimi mənfiliklərlə rastlaşır. Davamlı başına pis bir şey gələcəyi və heckimsenin ona kömək etməyəcəyinə qorxan bəzi xəstələr peşələrini ictimai həyatlarını buraxmaq məcburiyyətində qala bilirlər. Xəstə bəzən şüur altında yığdığı qorxularını sanki gerçəkmiş kimi görə bilər. Qorxuların və yaşananların ciddi alınmaması isə ailəvi əlaqələrin zədələnməsinə belə yol aça bilməkdədir. təcrid bir həyat yaşayan xəstələrin vəziyyəti isə ağırlaşmaktadır. Panik hücumla çaxnaşma pozuqluq eyni deyil. Panik pozuqluq ürək böhranı keçirəcəyini, öləcəyini, hücumların təkrar olacağını, iflic keçirəcəyini düşünərək davamlı narahatlıq, qorxu içində olmaq şəklindədir. Bu pozuqluq iki şəkildə bilər: agorafobili ya da agorafobisiz. Agorafobi yalnız qalma qorxusudur. Bağlı yerlərdən sıxlıq yerlərdən uzaq durma, evdə tək başına qalmaq istəməmə kimi vəziyyətlər görülür. Çölə yalnız çıxmaqdan qorxar və ictimai olmaqdan çıxar. Panik atak müalicəsi mümkün olan bir xəstəlikdir. Xəstəyə əvvəlcə xəstəliyi necə nəzarət edə biləcəyi tədris olunur. Bunu bacara bilən xəstə irəliləyən zamanlarda çaxnaşma hücumu tamamilə həyatından çıkartabilmektedir. Panik atak müalicəsindəki ən böyük problem xəstənin fiziki bir narahatlığı olduğuna inanması və bu səbəblə psixoloji dəstəyi gec axtarışıdır. Edilən araşdırmalar, çaxnaşma hücum diaqnozu qoyulan xəstələrin yüzdə yetmişinin xəstəliyin nə olduğunu tapmaq üçün ən az on həkimə getdiyini göstərir. Bir çox dəfə tam səhiyyə nəzarəti (check-up) etdirmiş və gərəksiz bir çox dərman istifadə olan xəstə doğru yerə gəldiyində çaxnaşma hücum diaqnozu qoymaq isə asan olmaqdadır. Psixiatrlar və psixoloqlar tərəfindən müalicə edilən və dövr dövr dərman istifadə da tələb müalicə mərhələsində xəstənin həkiminə güvənməsi çox əhəmiyyətlidir. Güvən duyulan və rahat hissedilən bir mütəxəssisə gedilməsi müalicə müddətini tezləşdirəcək. Müalicə əsnasında nəfəs və istirahət məşqləri, atağın üstünə getmə texnikası və əzələ gərginliyini yox etməyə istiqamətli təlimlər xəstəyə öyrədilməkdə və tətbiq olunmaqdadır. Ən tez istifadə psixoterapiya texnikası bihevioral-koqnetiv müalicə metodudur. Panik atağın bir psixoloji xəstəlik olduğu qavranmalı, buna görə müalicəyə davam edilməli psixoloquna güvənməlidir.

Validə Abbasova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

İnsan nə üçün depresiyaya düşür

     

Səbəbsiz yerə əhval-ruhiyyəm tamamilə enib, heç nədən həzz ala bilmirəm, çox darıxıram, heç bir şey məni xoşbəxt etmir, günlərlə evdən çıxmaq istəmirəm tamamilə tək qalmaq istəyirəm, telefon zənglərini belə götürmək istəmirəm. Axı mən nədən bu duruma düşmüşəm. Mənə görəsən nə olub?

 Bugünkü həyatımızda bu sualların cavabını tapa bilməyən çox insanlar var.

 Depresiya- görəsən insanlar nə üçün bu xəstəliyə yaxalanırlar. Bunun əsas səbəbləri nədir ki, günügündən bu xəstəliyin sayı artmaqdadır.

Hər şeydən öncə, depresiyanın beyin fəaliyyətlərinin pozulmasından qaynaqlanan bir xəstəlik olduğunu vurğulamaq gərəkdir. Necə ki, mədənin, qaraciyərin,böyrəyin, xəstəlikləri varsa, beynin də xəstəlikləri vardır. Depresiya bunlardan ən önəmli xəstəlikdir.

Beyin duyğuları və düşüncələri idarə edən orqan olduğu üçün beyin xəstəliklərində duyğusal dəyişikliklər və düşüncə pozuntuları çoc görünür. Bəzən də diqqət və hafizə pozuntularıyla bərabər haluniyasiyalar da ortaya çıxar.

 Depresiya bioloji və psixoloji səbəbləri var.

Bioloji səbəblər:

Beyində seratin adlı 1 maddənin ( yəni xoşbəxtlik hormonu) azalmasından depresiya ortaya çıxar.

  Depresiyanın psixoloji səbəbləri:

İnsanı sarsıdan hadisələr, məsələn, sevdiyi birini itirdikdə, müflis olduqda, həyat yoldaşı tərəfindən tərk edildikdə,imtahan nəticələri gözlədiyi kimi olmadıqda və ya imtahandan keçmədikdə depresiyaya girməsi daha çox müşahidə olunur. Bəzən də zaman-zaman kiçik bir streslə qarşılaşmağın özü də depresiyaya yol açır.

Depresiya düşünüldüyü kimi zəif insanların xəstəliyi deyildir. Tam tərsinə daha çox məsuliyyət duyğusu daşıyan, ailə və dost əhatəsində hər kəsin köməyinə qaçmağa çalışan, hər yükün altına girən insanlar depresiyaya daha tez düşürlər. Bundan başqa, titizlik, mükəmməlliyyətçi, özlərindən və başqalarından çox şey gözləyən, heç kimi incitməyən, hər kəsin könlünü şad edən, yaxşılıq etməyi sevən, özünə güvənsizlik, utancaqlıq, özünəqapanma, narsizm, şübhəçilik, insanlara güvənsizlik, ya hər şey, ya da heç nə düşünən insanlar düşə bilər.

Depresiyaya düşən insanlarda özünə inam hissi itir, psixoloji komplekslər yaranır, əhval ruhiyyənin enməsi müşahidə olunur. Həyatda heç nəyi bacara bilməmək duyğusu yaranır.

Neqativ hisslərin yaranması kimi fikirlər formalaşır. Zamanında depresiyanın qarşısını almadıqda insanda “suisidala” meyillilik, yəni özünə qəsd etmə, intihar etmə fikirləri yarana bilər.

Ofeliya Məmmədova

Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloqu

 

Go Back

Müalicəvi mütaliə-biblioterapiya

Klassiklərdən birinin fikrinə görə, kitab ruhun dərmanıdır. Bir müddət əvvəl isə həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir.

Bu yaxınlarda Liverpul Universitetinin alimləri mütaliə zamanı könüllülərin beyin aktivliyindəki dəyişiklikləri müşahidə ediblər. Məlum olub ki, yüksək poeziyanın təsiri altında beynin emosiyalara cavab verən hissəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə normallaşır və özünə nəzarət hissəsi aktivləşir. Bu metodika məhz stressdən və müxtəlif fobiyalardan əziyyət çəkən pasientlərin realibitasiyası üçün yaradılmışdır.

Tədqiqatçıların fikrincə, müalicəvi kitabı hər kəs öz istəyinə uyğun olaraq seçə bilər. Yalnız biblioterapiyanın başlıca prinsiplərini yadda saxlamaq lazımdır: əsər cəlbedici olmalı, mütaliə təkcə zövq verməməli, həm də düşünməyə vadar etməlidir. Yaxşı olardı ki, əsərin baş qəhrəmanı nə vaxtsa oxucu ilə baş vermiş və hələ də onu narahat edən hadisələrlə üzləşsin.

Kitab həm də nikbinlik, inam yaratmalı və ya azacıq qüssələndirməklə ruhumuzu saflaşdırmalıdır. Bu məsələ ilə bağlı həkim psixiatr Orxan Fərəclinin də fikirləri var: “Kitabın insan psixikasına, dünyagörüşünün formalaşmasına təsiri uzun illərdir bilinən mövzudur. Lakin ayrı-ayrı ədəbi janrların psixikamızın konkret hansı sferasına təsir edəcəyi və bundan terapiya məqsədi ilə istifadəsi isə ayrıca maraq doğurur. Təcrübələrimiz göstərir ki, bəzi janrların hətta bəzi konkret müəlliflərin belə əsərlərinin müalicəvi təsiri vardır. Təcrübədə bunun şahidi olmağımıza baxmayaraq, əlimizdə bunu sübut edə biləcək elmi tədqiqat nəticələri yoxdur. Məhz buna görə də bu tipli terapiya metodlarını heç vaxt həmin xəstəliklərin əsas müalicə metodu kimi məsləhət görə bilmirik. Amma yardımçı metod olaraq sizə deyim ki, bu əvəz olunmazdır. Düzgün seçilmiş, bədii mətinləri mütəxəssislər tərəfindən təhlil edilmiş nağılların nəinki uşaqların psixikasının, hətta millət olaraq etnopsixologiyamızın formalaşmasına ciddi təsiri vardır”.

Bu istiqamətdə aparılan tədqiqatlarla tanışlıq “İntellekti yüksəldən və qəlbə xitab edən nə oxumalı?” sualını cavablandırmağa imkan yaradır:

Klassik ədəbiyyat...

Xüsusiyyətləri: ahəngli nəqletmə insanda müəyyən sabitlik hissi yaradır. Başqalarının səhvləri özününkülər barədə düşünməyə vadar edir.

Göstərişlər: əsəbi, nevroz, üzücü hallarda universal vasitədir.

Nizami Gəncəvi, Cəlaləddin Rumi, İohann Volfqanq fon Göte, Çarlz Dikkens, Lev Tolstoy, Viktor Hüqo, Teodor Drayzer, Onore de Balzak, Cek London, Fransua Rable, Migel de Servantes, Mirzə Fətəli Axundov, Hüseyn Cavid və b.

Detektiv və macəralar...

Xüsusiyyətləri: diqqəti, məntiqi, əzmi və müşahidə qabiliyyətini məşq etdirir. Qarışıq, həyəcanlı süjet xətti qəm-qüssəli fikirlərdən və problemlərdən yayındırır.

Göstərişlər: üzücü və psixi gərginlik hallarında.

Artur Konan-Doyl, Hilbert Çesterton, Aqata Kristi, Corc Simenon, Dan Broun, Çingiz Abdullayev və b.

Elmi fantastika, fentezi...

Xüsusiyyətləri: hadisələri və əməlləri həddindən artıq gərginləşdirərək onların hüdudlarını mümkün olduğu qədər genişləndirir. Xəstəyə öz düşüncələrini və istəklərini qorxusuz şəkildə qəbul etmək və onların digər şəxslərdə mövcudluğu ilə razılaşmaq imkanı verir.

Göstərişlər: fobiyaların (qorxu hissinin) mövcudluğu şəraitində və qəlibləşmiş həyat tərzində yaşayan xəstələrə tövsiyə olunur.

Jül Vern, Hüqo Vernbak və Herbert Uells, Con Tolkin, Klive Stapliş Luis, Stefani Mayer, Stiven Kinq, Brem Stoker, Meri Şelli, Edqar Allan Po, Namiq Abdullayev və b.

Poeziya...

Xüsusiyyətləri: dəqiq ritm orqanizmdə baş verən prosesləri normaya saldığı üçün şeir insanı müsbət enerjiyə yönəldir və özünə, öz gücünə inam yaradır.

Göstərişlər: depressiya hallarında, daha çox insultdan sonrakı bərpa dövründə loqopedik məşğələlərdə istifadə olunması tövsiyə edilir.

Aleksandr Puşkin, Anna Axmatova, Pablo Neruda, Lui Araqon, Cemal Süreyya, Attila İlhan, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Nazim Hikmət, Mikayıl Müşfiq, Səməd Vurğun və b.

Nağıllar və folklor ədəbiyyatı...

Xüsusiyyətləri: müəyyən qədər ünsiyyət qaydalarını və müşahidəçiliyi öyrədir.

Göstərişlər: uşaqların hiperaktivliyi və çətin tərbiyə olunan yeniyetmələrin xroniki itaətsizliyi hallarında.

Miflər və əfsanələr, Hans Xristian Andersenin nağılları, “Qrimm qardaşlarının nağılları”, Azərbaycan nağılları (“Sehirli üzük”, “Şəms və Qəmər”, “Məlikməmməd”, “İsgəndər və fağır”, “Yeddi qardaş, bir bacı”), dastanlar (“Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Nibelunqlar haqqında nəğmə”, “Tristan və İzolda”, “Beavulf dastanı”)

Fəlsəfi və mənəvi ədəbiyyat...

Xüsusiyyətləri: kainatın bütövlüyü və insanın bu bütövlükdəki yeri haqqında təsəvvür yaradır.

Göstərişlər: kəskin stress və xroniki depressiya hallarında.

Sokrat, Platon, Aristotel, Lüdviq Vitgenşteyn, Fridrix Nitşe, İmmanuel Kant, Artur Şopenhauer, Tao Te Çinq, İbn Sina, Nəsirəddin Tusi və b.

Yumoristik ədəbiyyat...

Xüsusiyyətləri: narahatlığı azaldır, münaqişəsiz ünsiyyət qurmağın yollarını öyrədir.

Göstərişlər: yeniyetmələrin keçid dövründə və əməliyyat sonrası əhval-ruhiyyəni yüksəldir.

Əziz Nesin, Yaroslav Haşek, Bernard Şou, Sabit Rəhman, Mirzə Ələkbər Sabir və b.

Göründüyü kimi, mütaliə təkcə biliklərimizi artırmır, həm də sağlamlığımızı möhkəmləndirməkdə bizə kömək edir. Deməli, kitab yalnız bilik mənbəyi deyil, həm də mənəvi və fiziki sağlamlıq mənbəyidir.

Kitabdan ayrılmayaq...

Hazırladı: Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları Elnarə Ağaoğlu və Şəlalə Nəqşani

Go Back

Psixoanalitik psixoterapiyanın məqsədi

Psixoanalitik psixoterapiyanın məqsədi şüuraltında yatan ziddiyyətləri, problemləri şüur səviyyəsinə qaldırmaq və bununla da onları həll etmək, çıxış yolu tapmaqdır.

 Freydin yolunu izləyən psixoanalitiklər xəstənin şüuraltında sıxışıb qalmış problemləri müxtəlif metod və vasitələrlə şüur səviyyəsinə çıxardır və xəstənin də bu problemlərin fərqinə varmasını təmin edir.

 Klassik psixoanaliz üsulu xəstənin bir neçə il ərzində, həftədə üç və ya altı dəfə olmaqla psixoterapevtlə görüşməyini tələb edir. Hər ziyarətin müddəti 50-60 dəqiqə arasında dəyişir. Xəstə psixoterapevtin otağında bir divanda uzanır, psixoterapevt isə xəstənin onu görməyəcəyi bir şəkildə baş tərəfində oturur. Psixoterapevt xəstədən öz problemini olduğu kimi danışmağını xahiş edir. Terapiya prosesinə başlamadan öncə psixoterapevt xəstəyə xəbərdarlıq etməlidir: "Danışacağınız şeylər sizə gülməli, qəribə, utanc verici gələ bilər. Bəziləri sizi güldürə, bəziləri isə kədərləndirə bilər. Amma nə olursa olsun, hər şeyi olduğu kimi danışmalısınız."

 Bu müddətə "sərbəst çağırış" deyilir. Sərbəst çağırışda bir fikir başqa bir fikri doğurusa, başqa sözlə "çağırırsa" yeni fikir mütləq psixoterapevtə deyilməlidir. Psixoanalitiklər "sərbəst çağırış" zamanı yaranan belə fikirləri xəstənin şüuraltına çatmağın ən effektiv üsulu hesab edirlər. Terapiya prosesinin əvvəlində ola bilər ki, xəstə özünü tam "açmasın", terapevtlə səmimi olmasın.. Lakin zaman geçdikcə, psixoterapevt xəstədə güvən hissi yaratdıqca xəstə bu bariyeri aşır və terapiya prosesində daha dürüst olur.

 Terapiya müddətində danışan əsasən xəstə olur, lakin terapevt xəstənin söylədiklərini yeri gəldikcə şərh etməlidir. Terapiya prosesində belə şərhlər psixoanalitik terapiyanın ən çox önəm daşıyan detallarından biridir. Psixoterapevt xəstənin dediklərini Freydin şəxsiyyət anlayışı çərçivəsində incələyərək müxtəlif şərhlər verir. Bu anlayışın daxilində seksuallıq və təcavüzkarlıq önəmli yer tutduğundan, xəstənin dedikləri də məhz bu yöndə incələnməlidir.

 Xəstə terapevtin şərhini qəbul etməyə bilər. Bu, xüsusilə terapiya prosesinin əvvəlində özünü göstərir. Xəstə etirazını həm sözlə bildirə bilər, həm də növbəti seanslara gəlməməklə. Bunlar xəstənin müdafiə müxanizmləridir və psixoterapevt bu cür faktları da nəzərdən keçirməlidir.

 Terapiya prosesi təkrarlandıqca xsətənin bu etirazları get-gedə azalır və xəstə şərhləri daha asanlıqla qəbul etməyə başlayır. Zaman keçdikcə xəstə psixoterapevti həyatında önəmli bir insan kimi qəbul etməyə başlayır. Xəstə terapevtə bağlandıqca sürəkli onun yanında olmaq istəyir və terapisti valideynlərindən birinin yerinə qoyaraq sanki onun uşağıymış kimi davranır. Psixoanalitiklər bu məqama xüsusilə diqqət eməyin vacibliyini vurğulayırlar. Xəstə terapevti valideyni kimi gördüyündən uşaqkən öz valideynləri ilə necə münasibət qurubsa terapevtlə də o cür münasibət qurmağa başlayır. Uşaqlığını sanki ikinci dəfə yaşayan xəstə üçün terapevt anlayışlı və qayğıkeş bir ana-ata modeli yaradır. Beləcə xəstə köhnə ziddiyyətlərin səbəbini anlamağa başlayır. Şüuraltında sıxışıb qalmış problemlər şüur səviyyəsinə qalxır.

 Növbəti mərhələdə, xəstə-terapevt arasında valideyn-uşaq münasibəti yerinə daha kamil, iki yetişkin insan arasında yarana biləcək bir münasibət formalaşır. Bu xəstənin həyatına daha yetişkin və məsuliyyətli bir insan kimi başlamağa hazır olduğunu bildirir.

 Klassik psixoanaliz Freydin prinsiplərini qəbul edən psixiatr və psixoloqların istifadə etdiyi terapiya növüdür. Lakin bu gün özlərini psixoanalitik adlandıran, amma Freydin klassik psixoterapiya metodlarını olduğu kimi istifadə etməyən psixoloqlar da var.

 Belə psixoloqlar adətən xəstə ilə həftədə 3-6 dəfə görüşmək yerinə 1-2 görüş ilə kifayətlənirlər. Müalicə prosesinin illərlə davam etməyini gözləmirlər, bir neçə həftə və ya ay ərzində istifadə olunan daha qısa müddətli psixoterapiyadan istifadə edirlər. Tək keçmiş hadisə və proseslərə deyil, fərdin hal-hazırda olduğu vəziyyətə və onun gələcək haqqında düşüncələrinə də önəm verirlər.

 Psixoz kimi xəstələri psixoanalizlə müalicə etmək olmaz. Çünki psixotik şəxslər psixoanalitiklə lazimi münasibəti qura bilmirlər. Freydin yolunu izləyən psixoloqların fikrinə görə, psixoz insan inkişafının ilk mərhələlərində "gerilik" şəklində özünü göstərir və inkişafının ilk mərhələsində gerilik problemi olan insanlarla psixoanaliz metodu ilə effekiv nəticə almaq qeyri-mümkündür.

 Psixoanalizin banisi Ziqmund Freyddir. Freyd şəxsiyyətin üç səviyyəsini ayırd etdi: id, ego və superego. Bölgüyə görə id dərk olunmamış bütün psixi proseslərin məskənidir. Burada qeyri-iradi arzular, şəhvətlər, şüurdan çixarılmış ideyalar, keçmiş təcrübələr və s. qərarlaşır. Ego şəxsiyyətin şüuru və ozünü dərkidir. Onun vəzifəsi id vasitəsi ilə təmsil olunan emosiyalar aləmi ilə real xarici aləm arasında insanların həvəsi, istəyi, meyli ilə onların təminatı arasında vasitəçi rolunu oynamqdır.Superegoya tarixən yaradılmış əxlaq, elm, incəsənət, mədəniyyət sistemləri daxildir. Sosial normalar, qadağalar, borc sahəsi, əxlaq, ictimai-şüur hər şey burda qərarlaşır. Freydə görə insanın İDi, EGO ilə SUPEREGO arasında həmişə əziyyət çəkir. Və bu da sonda bəzi psixi pozuntalara və nevrozlara səbəb olur

 Eqo id ilə superego arasında tarazlığı qurmağa çalışan bir növ məsləhətçidir. Eqo superegonun tələb etdiyi şərtləri incələyir, qiymətləndiri və idin bu istəklərini qiymətləndirmənin nəticələrinə uyğun olaraq tam və ya qismən rellaşdırır. Əgər idin istəyi yerinə yetirilə bilməyəcək bir şeydirsə, başqa sözlə şəxsiyyətin özü üçün mənfi nəticələr yaradacaq bir istəkdirsə bu zaman egonun müdafiə mexanizmləri hərəkətə keçir və idin bu istəyini itələyərək şüuraltına sıxışdırır.

 Şüuraltında sıxışdırılmış bu istəklər tamamilə yox olmur, insanın davranışlarında özünü göstərir. Şüuraltında həll olunmamış ziddiyyətlər artdığı zaman, egonun bütün bunları nizamlamağa və idarə etməyə "gücü çatmır", nəticədə bu şəxsin davranış və hərəkətlərində özünü biruzə verir. Anormal davranışların mənbəyi məhz şüuraltındakı həll edilməmiş ziddiyyətlədir. Psixoanalitik psixoterapiyanın məqsədi şüuraltında qalmış bu ziddiyyətləri şüur səviyyəsinə qaldırmaq və həll yolu tapmaqdır.

Aytən Eminova

BDU, Sosial Elmlər və Psixologiya fak,II k

 

Go Back

Məsləhət prosesində məsləhətçinin rolu və yeri

Psixoloji məsləhət və psixoterapiya praktikasında hər gün insane həyatının vacib aspektləri ilə qarşılaşmaq olur. Məsləhətçi həmişə klientlə birgə əhəmiyyətsiz və mövcud problemləri müzakirə edir və klientə yardım göstərməyə cəhd edir:

- Gündəlik seçimlərin və yaxınlaşmaqda olan nəticələrin motivlərini araşdırmaq;

- Çoxsaylı emosional problem və qarışıq şəxsiyyətlərarası münasibətlərə icazə vermək;

- Daxili xaos hissini üstələmək – anlaşılmazlığı və dəyişikliyi pozitiv və məqsədəuyğun etmək.

Ona görə məsləhətçi dərk etməlidir ki, o, kimdir, nəçi ola bilər və klient onu necə görməyi ümid edir. Başqa sözlə desək, məsləhətçinin rollarını təyin etmək məsələsi yaranır. Məsləhətçini klientin həyati çətinliklərində onun professional məsləhətçisi, müəllimi, eksperti kimi görmək mümkündürmü? Bir çoxunu, əsasən yeni başlayan məsləhətçiləri psixoloji yardımda məsləhətçinin rolu məsələsinə olan universal cavabı qarışıqlığa gətirib çıxarır. Bu rol adətən məsləhətçinin ümumi nəzəri istiqamətindən, onun təcrübəsindən, şəxsi xüsusiyyətlərindən, nəhayət, klientin gözləmələrindən asılıdır.

Mütəxəssisin fəaliyyətinin effektivliyi daha çox onun məsləhətdə tutduğu yerlə şərtlənir. Belə aydınlıq olmadıqda məsləhətçi öz işində müəyyən nəzəri prinsiplərə deyil, yalnız klientin gözləmələrinə və tələbatlarına əsaslanacaqdır, onun istəklərini yerinə yetirəcəkdir. Klientlər çox vaxt gözləyirlər ki, onların gələcək həyatlarındakı müvəffəqiyyətlərə məsləhətçi cavabdehdir və məsləhətçi onların harada oxumaq, işdə yaranan konfliktləri necə həll etmək, həyat yoldaşından ayrılmaq lazımdırmı və s. kimi problemləri həll edəcəkdir.

Yeni başlayan məsləhətçi arxayınlaşa bilər ki, öz həyatının çətin suallarına cavab axtaran insanlar məhz ona müraciət edirlər və belə bir təhlüklə gözlənilir ki, məsləhətçi özünü klientin bütün suallarına cavab verə bilən birisi kimi göstərə bilər və ən qorxulusu – klientə öz qərarlarını qəbul etdirə bilər. Belə situsiyada məsləhətçinin öz rolunu düzgün anlamaması klientin ondan asılılığını daha da artırır və klientə müstəqil qərar seçimində mane olur.  Hər bir məsləhətçi kiməsə onun necə yaşayacağına dair göstəriş verə bilməz. Psixoloji məsləhət və psixoterapiya praktikasında çox vaxt məşhur psixoterapevt J. Bugentalın (1987) sir və biliklər haqqında söylədiyi sözləri xatırlamaq lazımdır: “Sirr biliyi əhatə edir, onda informasiya gizlənmişdir. Sirr sonsuzdur, biliyin isə sərhəddi var, bilik artdıqca sir böyüyür… Psixoterapevtləri klientlə söhbətə başlamaq və sirri rədd etmək cazibəsi güdür. Psixoterapevtlər çox şeyi bilmək məcburiyyətindədirlər, eyni zamanda sirr qarşısında ehtiram və ətaətkarlıq hissi keçirirlər. Açıq danışaq – biz heç vaxt tam biliklərə qadir olmuruq və ola da bilmərik. Hər bir terapiyada klientə sirri qəbul etməkdə yardım göstərməliyik…”

Məsləhətçinin rolu haqqında ən ümumi cavab məsləhət prosesi anlayışında gizlənir. Məsləhətçinin əsas vəzifəsi klientə özünün daxili eehtiyaclarını aşkara çıxarmağa  və onların istifadəsinə mane olan faktorların kənarlaşdırılmasına yardım etməkdir. Məsləhət prosesində klientlər öz davranışlarını, həyat tərzlərini ürəkdən qiymətləndirməli və öz həyatlarını nə cür və hansı istiqamətdə dəyişmək istədiklərinə qərar verməlidirlər.

M. Cox (1988) bunu “terapiya prosesinin strukturlaşdırılması” adlandırır ki, bud a birinci və ikinci ola bilər. Birinci strukturlaşma adı altında məsləhətçinin (psixoterapevtin) terapevtik mühitdə şəxsən iştirakı və bu iştirakın klient üçün nə dərəcədə məna daşıması nəzərdə tutulur. İkinci strukturlaşma – bu, klientlərin maksimal dərəcədə açıq olmasını təmin edən məsləhətçinin fəaliyyətidir. Birinci halda biz, məsləhətçi kimdir? İkinci halda isə - o, nə edir? Sualına cavab veririk. Terapevtik prosesi strukturlaşdıraraq məsləhətçi klientə səmimi olmaq təşəbbüsü verir. Bəzən məsləhətçinin klientin həmin an olduqca enerjili olmasını hiss etməsi zamanı təşəbbüsü məhdudlaşdırmaq lazım gəlir.  Başqa sözlə, məsləhətçi klientlərin “səmimi olma potensialını” aktivləşdirir və nəzarətdə saxlayır.

Məsləhət prosesinin belə anlayışını rəhbər tutaraq C. Wrenn (1965) məsləhətçinin vacib rolu funksiyalarını formalaşdırmışdır:

- Klientlə qarşılıqlı inam əsasında münasibətlərin qurulması;

- Özünü anlama alternativlərinin və klientlərin fəaliyyət imkanlarının aşkara çıxarılması;

- Klientlərin həyat şəraitinə bilavasitə daxil olmaq və onların özləri üçün böyük məna kəsb edən insanlarla münasibəti;

- Klientlərin əhatəsində sağlam psixoloji iqlimin yaradılması;

-Məsləhət prosesinin daimi təkmilləşdirilməsi

Belə olan halda məsləhətçinin rollarının tərkibini ümumi xüsusiyyətlərlə təqdim etsək, o zaman aydın olur ki, məsləhət prosesinin əsasını MƏSLƏHƏTÇİNİN ŞƏXSİYYƏTİ təşkil edir.

 

R.Kuçyans - Psixoloji məsləhətin əsasları

Tərcümə edənlər - Bayram Fuadov, Hüseynova Diyanə, Əlibəyova Aynur, Heybətova Xanım

Go Back

GENDER PSIXOLOGIYASINDA EMOSIONAL SFERA


Psixologiyada gender aspektindən yanaşaraq emosiyaları tədqiq etməklə biz həmçinin cəmiyyətdə baş verən insanlararası münaqişələrin ,insidentlərin səbəbini müəyyən qədər araşdırmış olarıq.

İctimai mühitin təsiri ilə püxtələşən emosiyalar bu gün bir insan tələbatının ödənilməsində çox mühüm rol oynayır. Emosiyalar situativ xarakter daşıyaraq, dinamik fazalı dəyişkən olurlar. Emosiya ətrafda cərəyan edən hadisələrə özünün rəftar və davranışına ,fikir və arzusuna bəslədiyi münasibəti ifadə edən psixi proses kimi kişi qadin cinsi arasında mühüm faktor hesab olunur. Sual formalaşır? Qadınların kişilərdən emosional olduğu doğrudurmu? Empatiya başqalarının emosional vəziyyətinə həssaslığı nəzərdə tutur. Insan həyacanına və onun öz xüsusi emosiyasını ifadə etməsinə gəldikdə nə demək olar? Həqiqətən də qadınlar kişilərə nisbətən emosiyalarını ifadə etməyə daha meyillidirlər ?Təəssüf ki, bu sujet az tədqiq edilmişdir, lakin keçirilən cüzi tədqiqatların nəticələri bizə kişi və qadınların eyni bərabər emosionallığa malik olduqlarını, lakin öz emosiyalarını müxtəlif dərəcəli intensivliklə ifadə etdiklərini söyləyir. Bu isə emosional ekspressiyaya aid olan normalardakı fərqlə izah edilir.

Ayzenberq və həmmüəllifləri (1989) mimik göstəricilərə və sınaqdan keçirilənlərin haqqında hesabatında qadınların böyük qayğıkeşliyinin xeyrinə danışan kifayət qədər cüzi cinslərarası fərqlər aşkar etmişlər. Bu tədqiqatda edilən ən maraqlı nəticələrdən biri ondan ibarət olmuşdur ki, bu gender fərqləri yaş artdıqca daha qabarıq müşahidə olunurdu.Məsələn gender fərqləri məktəbəqədər yaş dövründə olan uşaqlarda çox az aşkar edilir, lakin artıq ikinci sinifdə onlar daha açıq şəkildə ifadə olunmağa başlayırlar. Müəlliflər, eləcə də qeyd edirlər ki, «maskalanma və neqativ mimik reaksiyaların dəf edilməsi uşaqlıq ərzində nəzərə çarpacaq dərəcədə artır, xüsusi ilə də oğlanlarda». Həm yeniyetmələrin, həm də şagirdlərin və böyüklərin iştirak etdiyi başqa tədqiqatlarda qadınlar kişilərə nisbətən emosional baxımdan daha ekspressivdirlər.Xüsusi ilə də uşaqlığın mühüm dönüş anlarını lokallaşdıran tədqiqatlar, onu söyləyirlər ki, sosiallaşma prosesində biz emosiyaları sosial qəbul edilən üsullarla ifadə etməyi, yaxud dəf etməyi öyrənirik. Bizim cəmiyyətdə kişi və qadınlar üçün emosional ekspressiyaya aid müxtəlif ümidlər və normalar mövcuddur. Bu müxtəlif ümidlər bizə bütün həyatımız boyunca ötürülür. Məsələn: emosional qəddarlıq «əsl kişinin» mühüm təsviri xarakteristikalarından hesab edilir və müəyyən sosial mühitdə bu göstəricidən yayınma onun sahibini «kişi deyil» vəziyyətinə qədər nüfuzdan salır (bizlərdən çoxlarımız «maço» tələbinə cavab verməyən hər-hansı bir kişini iradəsiz, yaxud «nazlı» adlandırılmasının şahidləri olmuşuq). Bir çox qadınları da əsl «ledi»-yə əsl “xanım”-a oxşamaq lazım olduğunu öyrədərək bu cür tərbiyə edilirlər, bu isə bütöv bir sıra çoxlu şərtlərdən başqa şəxsiyyətlərarası qarşılıqlı münasibətləri təhlükə altına qoya biləcək qəzəbi saxlamağı, yaxud ondan yayınmağı nəzərdə tutur

Ekspressiv hal hesab edilən emosiyalar sayəsində, səs frekansını şəraitə uyğun dəyişən, əlverişli vəziyyətdə mimiki, pantomimiki hərəkətlər edən qadınlar bir çox gərgin vəziyyətlərdə kişilərdən fərqli olaraq yaranmış situasiyalarda daha həssaslıq nümayiş etdirirlər.

Tədqiqatlar nəticəsində müəyyən olur ki, emosionallıqda cinsi fərqlər bütövlükdə uşaqlara nisbətən yeniyetmələr və böyüklərdə özünü daha çox biruzə verir. Onları yaratmaq üçün zaman tələb olunur.

Emosiyaların ifadəsi kimi ağlamanı nəzərdən keçirmək heç də az maraq kəsb etmir. Göz yaşlarına münasibətdə gender fərqləri gender rollarının fərqinə nə dərəcədə əsaslana bilər? Qızlar yeniyetmə sonra isə cavan qız olanda frustrasiya, ağrı, yaxud qəzəb vəziyyətində göz yaşlarına asanlıqla meyl edirlər. Artıq yaşad olduqca bu vəziyyətlərdə çox vaxt ağlamırlar. Bu cür dəyişiklik haradandır? Onlar istəyirlər ki, cəmiyyət onları mötəbər və özünü ələ alan kimi qəbul etsin, əks halda bililrər ki, göz yaşları buna mane olardı. Maraqlıdır ki, mötəbərlik və özünü ələ ala bilmə – bunlar kişi rolunun mühüm xüsusiyyətləridir və qadın kişilərlə işləməyə və yarışmağa başlayanda bu normaları təxirə salmadan mənimsəməyə başlayır.Nəhayət qadınlar emosiyaların bu cür özünü ifadə etmə üsuluna nəzarət etməyi yaxşı öyrənirlər

Conson və Şulman (Conson və Şulman 1988 il) aşkar etdilər ki, yaşlı qadınlar kişilərə nisbətən öz ətrafdakılara yönəldilmiş hisslərini daha çox ifadə edirlər (məsələn, başqalarının hisslərinə, onların tələbatlarına və arzularına marağın göstərilməsi). Kişilər isə qadınlara nisbətən daha çox eqosentrik hisslər (misal üçün, tələbatlar, arzular, xüsusi maraqlar) ifadə edirlər. Digər tədqiqatda aydınlaşmışdır ki, kişilərə nisbətən qadınlara qorxu və kədər hissini ifadə etmək daha rahatdır və bununla belə, insanlar qorxu keçirmək və kədər his etmək qabiliyyətində cinslər arasında fərq görmürlər. Eləcə də hesab edilir ki, kişilər qadınlara nisbətən daha çox qəzəb ifadə edir lakin, onu hiss etmirlər, qadınlar isə kişilər kimi eyni səbəbdən və onlar qədər intensiv qəzəblənirlər. Kopper və Epperson (1991) qadınlarda kişilərə nisbətən qəzəbin güclü dəf edilməsinə təsadüf etməmişlər, ancaq Bemin cins-rol sorğusu üzrə kişi tipinin təsvirinə uyğun olanlar isə qəzəb vəziyyətində olmağa və ətrafdakılara qəzəbi qaytarmağı daha meyilli idilər. Feybs və Martin (1991) qadınlarla müqayisədə kişilərə özünü təcavüzkar aparmaq daha çox xasdır və bu bəzilərini kişilərin daha çox qəzəb ifadə etdiyini düşünməyə vadar edir. Bəzi insanlar emosiyalardan insanlararası münasibətləri tənzim etdirərək istifadə etməyə çalışırlar. Bu sahədə qadınlar və kişilər eyni şəkildə qohumlar qonşular iş yoldaşları ilə səmərəli dolanmaq çəkişmələrə yol verməmək məqsədi ilə emosiyalarını imkan daxilində idarə etməyə çalışırlar.Mənfi emosiyalarını cilovlamağa çalışan insan bəzən maskalanlr.Öz məkirli niyyətini gizlədərək emosiyalarını idarə edir. Bu emosiyaların mənfi idarə edilməsidir.

Bəzən kişilər qadınlarda hökm sürən emosional duruma diqqət edərək, əks cinsə qarşı daha ehtiraslı olurlar. Bundan duyuq düşən bir qisim qadınlar bu kimi hallarda operativ tərəpənərək emosional sferalarını tənzimləməyə çalışırlar. Emosiyaların ifadəli hərəkətləri, ekspressiyası hər bir insanın öz emosiyalarını yaxşı dərk etməsində və ondan düzgün istifadə edib faydalanmasında üzə çıxır. Son zamanlar alimlər emosional aktivlik prosesinin surətlə inkışafı dövrundə emosiyalar zamanı orqanizmdə baş verən neyrofizioloji dəyişmələri müəyyənləşdirərək insanı ekstremal vəziyyətdən çıxartmaq və emosiyaları idarə etməyin yollarını axtarıb tapmaqla məşgul olurlar.

Gender psixologiyası ilə bağlı olan tədqiqatlarda kişi qadın cinsinə mənsub olan insanların şəxsiyyət keyfiyyətlərinin müqayisəli tədqiqinə diqqət yönəldilir.Məhz bu səbəbdən gender aspektində emosional sferanı təhlil edərək belə nəticə əldə edirik ki, bu səpgidə mövzuların işlənməsi müasir psixologiya elminə daha zəngin tövhə verə biləcək tədqiqatlarla zənginləşməlidir.

 

Gülər Məmmədova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu, Azərbaycan Dövlət Pedoqoji Universitetinin psixologiya kafedrasının müəlliməsi

 

Go Back

Uşaq şəkilləri bizə nə söyləyir

Bəzən biz qohumun uşağı evə gələndə şərait yarananda ona ailəsi haqqında suallar verərək (məs: “atanı çox istəyirsən yoxsa ananı?” ) ailəsinə münasibətini öyrənməyə çalışırıq.Əslində isə onların hər etdiyi bizə böyük mesajlar verir. Gəlin sizə uşaqları əyləndirərək onların psixoloji durumunu və ailəsi haqqında məlumat almaqda yardımçı olaq. Bunun üçün biz uşağa ailəsinin rəsmini çəkməsini söyləyə bilərik.

Uşaq rəsm çəkərkən xüsusi bir müdaxilə ( hansısa ailə üzvün və ya orqanı çəkməyi unuda bilər) etməməli, istiqamət verməməliyik.Uşağın ana-ata, bacı-qardaşlarını çəkmə tərzi onlar arasındakı ünsiyyəti göstərir. Bədən üzvlərinin normadan kiçik və ya böyük çəkilməsi, ya da heç çəkilməməsi uşağın ailə fərdlərinə baxış tərzindən, ana-atanın ona olan yanaşma formasına qədər problemlərə işıq tutur. İstərdim əsas hissələri nəzərdən keçirək.

Kimləsə müqayisə olunan uşaqlar həmişə böyük baş çəkirlər. Məktəb fobiyası olan uşaqlar şəkillərdə ailə fərdlərini, ev və evdə xoşbəxt uşaq şəkillərini daha çox çəkməyə meyl edirlər. Məktəb, şagird rəsmi çəkməkdən isə imtina edirlər. Öz güvən əksikliyi olan uşaqlar kağızın hamısını istifadə etmir, şəkillər yarımçıq (qurşaqdan aşağı çəkilmir)olur. Bəzən onlar kiçik fiqurlar çəkir və kağızın bir hissəsini istifadə edirlər. İnsan fiqurlarında əl və ayaqların çəkilməmiş olması etibarsızlığı və ətrafa uyğunlaşmada yaşanan çətinliyi, ünsiyyət əksikliyini, paylaşma azlığını, özündən başqa insanlarla birlikdə olmamağı, eqoizmi də ifadə edir.

Uşaq xətt şəklində ağız çəkərsə insanlarla danışmaqdan çəkinən, oval, dişləri görünən ağız çəkərsə bu ailədə uşağı danlanan biri olduğunu göstərir. Burunun böyük çəkilməsi uşağın xüsusi və məhrəm mövzularda danışacağı yetkin tapa bilmədiyini göstərir. Qısa saçlı və ya saçsız başda qulaq çəkilməməsi uşağın sosial əlaqələrdə problem yaşadığını, böyük qulaq çəkməsi tənqid olunduğunu göstərir. Geniş, bucaqlı çənə isə qərar vermədə çətinlik yaşadığını göstərir. Boyunsuz çəkilmiş ailə fərdi əsəbini idarə edə bilmir deməkdir. İncə və uzun bir boyunsa uşağın özünə davamlı nəzarət etdiyinə və arzularını çox məhdudlaşdırdığına işarə edir. Daha çox rənglənilən saç güclü olma arzusunu göstərir. Uşağın saçını vurğulayaraq rəngləməsi özünü əzik hiss etdiyinin, valideynlərinin saçını vurğulayaraq rəngləməsi isə valideynlərin avtoritar olduğunun göstəricisidir.

Sonda onu demək istəyirəm ki, uşaqlar ilk baxışdan sadə və hər şeyə səthi yanaşan görünsələr də ətraflarında cərəyan edən hadisələrə biganə deyillər və bunlar hamısı uşağın gündəlik həyatına öz mənfi və müsbət təsirini göstərir. Buna görə də biz böyüklər uşaqlara həmişə diqqət etməli onların etmədiklərindənsə, etdiklərini qiymətləndirməyə üstünlük verməliyik.

Narınc Rüstəmova

"NARINCI" Uşaq psixo-pedaqoji inkişaf mərkəzinin rəhbəri, uşaq psixoloqu

Go Back

Art Terapiya və Onun İncəlikləri

Psixoterapiyada art terapiya metodu ən cavan metodlardan biridir. İlk dəfə bu terapiyanı 1938-ci ildə Adrian Hill vərəm dispanserində xəstələr üzərində tətbiq etmişdir. Onun 1945-ci ildə nəşr etdirdiyi “Təsviri sənət xəstəliklərə qarşı.” kitabı uzun müddət psixiatr və psixoloqların masaüstü kitablarından biri oldu. Kitabda xəstəliklərdən azad olma və orqanizmin bərpası prosesində şəkil çəkmə prosesinin müsbət təsirini göstərən emperik təcrübələr verilmişdi. Zamanla bu növ terapiya çox geniş yayıldı və demək olar ki sərhədsiz tətbiq sahəsinə sahibdir. Bu terapiyanı istənilən qrup insanlarla və məqsədlərlə istifadə etmək olar. Tədris müaəsisələrdən başlayaraq, psixiatrik klinikalara qədər auditoriyaya sahib olan art terapiyanı müxtəlif incəsənət növləri ilə keçirtmək mümkündür.
Art terapiya emosiyalar üzərində bir eksperimentdir. Ona görə də ilk olaraq gizlənmiş emosional problemlər art terapiyada asanlıqla üzə çıxır. Emosional yaşamlar kağız üzərində simvollar şəklində ifadə olunur. Art terapevtin əsas işi bu simvoları açmaqdır. Bunun üçün ilk olaraq o qrafo-analizi bilməlidir.


Öz emosional yaşantılarını çəkərək əks etdirməyin ilkin tarixi qədim dövrlərə, mağara rəsmlərinə çəkilməsi dövrünə düşür. İnsanlar öz varlıqlarını, kosmik dünyada mövcudluq əlamətlərini divar rəsmləri ilə simvolizasiya etmişlər. Bu divar rəsmləri insanların təfəkkür fəaliyyətinin inkişafını göstərən ən gözəl nümunəlrdir. Əl-əzələ sisteminin təkmilləşməsi prosesi ilə baş beynin aktivliyi arasında sıx əlaqəlilik burda özünü ən gözəl şəkildə göstərir. Rəng seçimi, basqı və mövzu seçimi. Bunlar kor-təbii ahəngdarlıq yaradan tərəflər deyil.


İlk olaraq incəsənətlə müalicənin tarixi çox qədimlərə gedir. Ən bariz nümunə qədim dini mənbələrdən biri olan Tövratdan gətirilir. Belə ki orda qeyd olunur ki, Davud peyğənbər musiqi alətində, arfada çalaraq Saulu əsəb pozuntusundan sağaltmışdır. Qədim yunanda isə rəssamlığın, teatrın, musiqinin, rəqsin insan orqanizminə təsirini öyrənirdilər. Məsələn: Pifaqor, Aristotel, Platon musiqinin terapevtik və proflaktik təsirindən danışırdılar. Bununla əlaqədar Pifaqorun evritimiya nəzəriyyəsi də vardı.Bu nəzəriyyəyə əsasən insan müsiqi dinləmə, rəqs etmə, yeriş zamanı və danışma tərzində öz ritmini saxlamalıdır. Onun mikrostrukturu kainat ilə hormoniyada olmalıdır. Hal-hazırda da art terapiyanı tam harmoniya keçirtmək əsas qaydalardan biridir.


19-cu əsrdən başlayaraq art terapiya daha çox psixiatrik klinikalarda istifadə olunmağa başladı: İngiltərədə M.Riçardson, C.Debuffe, E.Qutman və s. psixiatrlar ilkin diaqnostik vasitə kimi rəsm çəkmədən istifadə etmişdilər. Daha sonra Z.Frey və K.Yunq bu sahədə ilk dəfə normal insan şüurunun tədqiqi üçün istifadə etmişdilər. Freyd ilk olaraq şəkil çəkməni psixodiaqnostik metod olaraq görürdü. Yunq bu prosesi inkişaf etdirərək psixoterapevtiv səviyəyə gətirir. Şüursuzluq anlayışı bu anlamda art terapiyanın funksiyasını daha artırdı. Freydə əsasən sıxışdırılmış arzu və istəklər mütləq şəkildə bayıra çıxmaq, maddiləşmək meylində olurlar. Bu baş vermirsə daxili konfliktlər yaranır. Nəticədə onlar bəzi xəstəliklər, nevrozlar halına çevrilərək gizlin şəkildə üzə çıxırlar.

Yunq düşünürdü ki, rəsm çəkmə prosesində bu sıxışdırılmış istəklər, qorxular kağız üzərinə keçdikcə daha idarə olunan olur, təhlükəliliyini itirir, pasient onlara fərqli tərəfdən baxmalı olur və nəticədə katarsistik boşalma baş verir. Pasient rahatlanır.Yunqun ideyalarından istifadə edərək R.Pikford, M.Milnen, D.Vinnikott art terapiya sahəsinə böyük bəhrələr vermişlər. İndi Amerika, İngiltərədə, Rusiyada art terapiya assosiasiyaları fəliyyət göstərir. Bir çox proyektiv metodlar, art terapiya növləri bu assosiasiyaların dəstəklədiyi məktəblər tərəfindən tətbiq edilib. İlk defə İngiltərə Art terapiya Assosiasiyası tərəfindən təsviri sənət metodlarının orta məktəblərdə tətbiqi layihəsi keçirilmişdi.


ABŞ-da art terapiyanın əsasçıları M.Naumburq və E.Kramer olmuşdur. Onların hər biri ayrı bir məktəbin təsisçiləri sayılır. M.Naumburq Freydin nəzəriyyəsinə əsaslanaraq art terapiyanın sadəcə psixoterapevtik metod kimi qəbul edir. Haumburq pasientlərdən öz yuxu və ya qorxularını tasvir etməyi xahiş edir, rəsmlərə əsassən onları analiz edir. E.Kramer isə art terapiyanın müalicəvi əhəmiyyətinə üstünlük verir və daha çox K.Yunqun nəzəriyyəsinə söykənərək fəaliyyət göstərir. Həmçinin H.Rid və E.Kramer təsviri sənəti psixoterapevtik və psixokarreksion vasitə kimi uşaqlar üzərində keçirtmişdi.


Rusiyada bu sahənin inkişafında L.Brusilovskiy, B.Rojnova, A.Kopıtin tərəfindən inkişaf etdirilmişdi. Moskvada və Sank Peterburqda art terapiya məktəbləri açılmışdır. Rusiyada art terapiya psixiatriya və psixoterapiya çərçivəsində inkişaf etmişdir.Sank Peterburqda mövcud olan “Art-terapiya assosiasiyası”na A.İ.Kopıtın rəhbərlik edir. O eyni zamanda “İmoton” tədris mərkəzinə də rəhbərlik edir. Moskvada isə Psixoterapiya və kilinik psixologiya institutunda art terapiya fənn olaraq D.M.Lebedeva tərəfindən tədris edilir.


Art terapiyanın musuqi-terapiya, imaqo-terapiya, foto-terapiya, izoterapiya, oyun terapiya, biblio-terapiya, qum-terapiya, rəqs-terapiya, maska-terapiya və s. növləri var.


Art terapiyada ən çox “Mandala”, “Mövcud olmayan heyvan”, “Mən kiməm?”, “Avtoportret”, “Əhval-ruhiyyəm”, “Vəziyyətim”, “Kollektiv avtoportret”, “Ailə gerbi”, “Hədiyyələr”, “Güzgü”, “Xeyir və şər” adlı çalışmalar istifadə olunur.

psixotest.az

 

Go Back

Ailə psixoloqu kimdir və nə üçün lazımdır

Ailə terapiyası,ailə üzvləri arasındakı anlaşılmazlıqların, münaqişə və problemlərin ailə psixoloqunun köməyi və nəzarəti ilə çözümlənməsi prosesidir. Ailə hansı hallarda ailə psixoloquna müraciət edə bilər:

  • Yeni ailə qurmaq üzrə olan gənclərlə bağlı problem yaranarsa
  • Ailə üzvləri arasındakı problemlər varsa
  • Ailə üzvləri arasındakı əlaqə və sərhədlər düzgün qurulmamışsa və bir-birini anlamasında ciddi problemlər varsa
  • Antisosial davranışlar göstərən bir yeniyetmənin varlığı zamanı
  • Ailədə xəstəlik, ani itkilər yaşanarsa
  • Boşanmalar zamanı: boşanmış ailələrdə uşaqlarda və yeniyetmələrdə hansısa problemlər yaşanırsa
  • Emosional qırğınlıq və aldatma varsa və s.

İndi çoxlarımız sual edəcək: Əvvələr də bu cür problemlər vardı amma ailə psixoloqu yox idi, problem həll olunmurdumu? Doğrudur, ailə içi problemlər hər zaman olub və olacaq da. Çünki ailə elə bir sosial strukturdur ki, illərlə bir-birindən tamamilə fərqli formada, fərqli ailələrdə, fərqli psixologiya və mühitdə, fərqli adət-ənənələrlə yetişdirilmiş iki insan bir araya gəlir, bir evin içərisində , bir həyat paylaşırlar. Təbiidir ki, sürtünmələr, çatışmalar qaçınılmazdır. Ancaq gəlin etiraf edək ki, əvvəllər ailə faktoru daha başqa cür qavranılırdı, ailə daha müqəddəs, daha bölünməz idi. Son illərdə hədsiz dərəcədə artan boşanmaların sayı da bugünkü “ailə” anlamının fərqli olduğu və yetərli dəyər görmədiyini sübut edir. Əvvəllər ağsaqqallar, ağbirçəklər vardı evlərimizdə, hansı ki, onların statusu bugünkündən daha böyük, daha güvənilir və yaxşı mənada ciddi tənzimləyici idi. Ancaq indi dövr və dövrün özüylə gətirdiyi tələblər və şərait çox dəyişib. Gənclər artıq özləri müstəqil bir həyat, ailə, münasibət istəyirlər və bəzən təcrübəsizlikləri, bəhs etdiyimiz ağsaqqal, ağbirçəklərin yoxluğu və ya dinlənilməməsi, insanlararası münasibətlərin artıq daha soyuq, güvənsiz və yıxıcı xarakter alması, dost faktorunun əsl mahiyətinin itirilməsi, müxtəlif sosial və məişət problemləri, əvvəlki dövrlərlə müqayisədə günümüzdə əsəb, stress, həyəcan pozunutusu, depressiya və s. halların artması bərabərində müxtəlif yönümlü problemlər gətirib çıxarmışdır.

Yeni qurulmuş gənc bir ailə düşünün, boşanmanın bir addımlığında olan. Evlənmədən öncə qurduqları xəyallar ilə gerçəklik arasında qatı bir sərhəd görmüş, çox keçmədən münaqişələr başlamış, səslər yüksəlmiş, qırıcı sözlər sərf edilmiş… Amma hisslər bitməmiş… Araya ailələr qarışmış… Biri razı,digəri narazı… Sərhədlər pozulmuş, gənc ailə çıxılmaz bir labirint içərisində ilişib qalmış…

Bir ailə düşünün,ya da çox düşünməyə nə gərək zatən ətrafımız dolu deyilmi, alkoqolun, narkotikin dağıtdığı, dağıtmaq üzrə olduğu və ya bədbəxt etdiyi ailələrlə.Bu ailə içərisində travma alaraq böyümüş bir uşağın cəmiyyətdəki mövqeyi və gələcəkdə quracağı dağılmağa və ya sürdürülməyə məhkum, daha bir bədbəxtlik saçan ailə həyatını düşünün. Nə addım atacaqlarının, bununla necə baş edəcəklərini bilmədən azıb qalmışlar yol ayrıcında…

Həyat yoldaşının onu saymaması, yetərli diqqəti verməməsi, dinləməməsi üzündən özünü ona təsdiqlətmək, “Mən də varam”, “Mən də bacarıram” deyə bilmək üçün o qədər başqa yollara girib çıxa bilməyənlər var ki…

Sonra balaca bir uşaq düşünün xroniki baş ağrıları, ürəkgetmələri ilə ailəsini həkim-həkim gəzdirən amma tibbi olaraq səbəbi anlaşılmayan… Bir yeniyetmə düşünün atası evdə daha çox olsun deyə özü evə sığmayan, anasına toxunmasın deyə heç evdən çıxa bilməyən ,hər gecə yuxusunda kabus deyə atasını görən uşaqları düşünün birdə… Yoldaşından əvvəlki sevgini, qayğını görə bilməyənlər, bununla baş edə bilmək üçün bir anlıq zəiflikdən istifadə edib başqa yerlərdə qayğı axtaranlar, sonra peşman olanlar, peşmançılıqlarının dilə gətirə bilməyib əsəbə, hirsə, şiddətə çevirənlər, ailəni idarə etmək istəyərkən sükanı itirənlər var birdə…

Bu sıranı təəssüf ki, o qədər artırmaq, o qədər uzatmaq olar ki… Sadəcə ətrafa bir qədər diqqət kəsilsəniz hər gün insanların nə qədər müxtəlif problemlərlə baş etmək məcburiyyətində qaldığını müşahidə edə bilərsiniz. Bax bütün bu problemlərin öhdəsindən daha rahat bir şəkildə gəlmək, qarşıdakının hisslərini doğru dürüst anlamaq, ailə bütovlüyünüzü qorumaq, ailənizdə xöşbəxt və rahat ola bilmək və övladınızı sağlam bir psixoloji mühitdə böyütmək üçün indi köməyinizə ailə psixoloqunuz çata bilər!

Niyə axı ilişib qaldığınız, dönüb dolaşıb eyni yerə qayıtdığınız o labirinti, onun rahat çıxış yolunu bilən biri ilə keçməyəsiniz ki…

Niyə öz ailə psixoloqunuzla azıb qaldığınız bu yolu daha az iz buraxacaq şəkildə keçib, yepyeni aydınlıq bir yola yetməyəsiniz ki…

Övladınızın mövcüd problemlərini öz ailə psixoloqunuzun köməyilə sağlam bir şəkildə yox etməyəsiniz ki…

Xoşbəxtliyin standart bir resepti yoxdur. Hər bir ailənin hüzur və xoşbəxtlik mənbəyi fərqli fərqlidir. Gəlin biraz düşünək… Daha rahat, hüzurlu və sevgi dolu bir ailə seçənəyi varkən, öz problemlərimiz içində boğulmayaq…

Hər zaman hüzurlu qalmağınız diləyilə…. 

 

Qasımova Fəridə


"Düşüncə" jurnalının redaktoru, AMEA -nın doktorantı

pcc.az

Go Back

Psixoloji Konsultasiya Nədir

Psixoloji konsultasiya pasiyentı öz probleminin həllində göstərilən peşəkar yardımdı. Psixoloji konsultasiya çətin həyati situasiya ilə rastlaşan, çıxış yolu axtaran, həyatını daha gözəl formada qurmağı məqsəd qoyan  psixi sağlam insana ünvanlanır.

Psixoloji konsultasiyanın məqsədi pasiyentə problemini həll etməkdə yardımçı olmaqdı. Həyati vacib qərarların qəbulu, qarşıya qoyulan məqsədlərə çatmaq, özü və ətrafla münasibətdə harmoniyada yaşamaq və s. bu kimi hallar psixoloji konsultasiyanın məqsədlərinə daxildir. Psixoloji konsultasiyada psixoloq pasiyentə özünün daxili resurslarını səfərbər etməyə, əvvvəllər ona aydın olmayan hərəkət və davranışlarının səbəbini anlamaqda kömək edir. Psixoloji konsultasiyada pasiyent öz həyati çətinliklərini öyrənməklə paralel ondan qurtulmaq yolunu da öyrənir.

Psixoloji konsultasiyanın bir çox istiqamətləri var;

  1. İntim-fərdi konsultasiya. Pasiyentin daxili problemi həll etməyi qarşısına məqsəd qoyur. (buraya həyatın mənasını anlamaq, insanlarla münasibətdə həyəcan, aqressiyanı aradan qaldırmaq və s. daxildir).
  2. Ailə konsultasiyası. Buraya təkcə ailə cütlükləri aparılan konsultasiya aid edilmir. Eyni zamanda ailə qurmağı planlayan cütlüklər, sevgili olanlar, valideyn-uşaq münasibətlərini, ailə üzvləri arasında münasibətlərin motivini anlamaq və s. məqamlar daxildi.
  3. Peşəkar fəaliyyətlə bağlı konsultasiya. Bu konsultasiya prosesinə peşə seçimi ilə bağlı ortaya çıxan suallara cavab axtarmaq, düzgün seçim etmək kimi məqamlar daxildi.
  4. Təşkilati məsələlərlə bağlı aparılan konsultasiya. Buraya təşkilat daxilində çalışan işçilər arasında münasibət, motivasiyanın formalaşdırılması, uğurlu idarəetmə və s bu kimi məqamlara aydınlıq gətirmək daxildi.

 Psixoloji konsultasiyada etik prinsiplər

Psixoloq konsultant psixoloji konsultasiyada “etik kodeks”ə riayət etməlidi. “Etik kodeks” psixoloji konsultasiyada pasiyentə peşəkar yardım göstərmədə mühüm bir məqamdı ki, bunu da hər bir peşəkar psixoloq fəaliyyətində əsas götürməlidir. Etik kodeksə əsasən aşağıdakılar aid edilir.Psixoloq-konsultant pasiyentə konsultasiya prosesi haqqında tam şəkildə informasiya verməlidir. Məxfilik məsələsini birinci görüş zamanı müzakirə etmək lazımdır.

 Konsultant lazımı informasiyaların pasiyentin valideynləri, müəllimləri, həyat yoldaşı və s. bölüşmək zərurəti ilə üzləşərsə pasiyenti xəbərdar etməlidir. Əgər pasiyent etiraz etmirsə bunu üçüncü şəxsə söyləmək olar. Qeyd edildiyi kimi ƏGƏR ETİRAZ ETMİRSƏ!!!

 Konsultant məxfiliyin sərhədlərini pasiyentə mütləq söyləməlidir.

Məxfilik haqqında aşağıdakılar fərqləndirilir;

-  Məxfilik pasiyentin verdiyi məlumatdan asılıdır. Pasiyentin inamı verdiyi “məxfi” məlumatlardan daha vacibdir.

- Əgər konsultasiya görüşlərinin materialları pasiyentin maraqlarına xələl gətirmirsə məxfilik saxlanılmaya bilər. Gələcəkdə mütəxəssis hansısa problem haqqında kitab yazarsa pasiyentin adını çəkmədən o materiallardan pasiyent icazə verdiyi təqdirdə istifadə edə bilər. 

- Məxfilik həmişə pasiyentin təmiz adının və sirrinin qorunmasına əsaslanır. Konsultant pasiyentin hüquqlarını qorumalı, bəzi hallarda bu istiqamətdə qeyri – qanuni hərəkət də edə bilər (Məsələn, əgər üçüncü bir şəxsin hüquqları pozulmursa pasiyent haqqında informasiyaları hüquq mühafizə orqanlarına verməyə bilər)

- Məxfilik  konsultantın öz şəxsi təhlükəsizliyi və ləyaqətini qorumaqla sərhədlənir.

- Məxfilik üçüncü şəxs və ictimayət arasında hüquqi sədd qoyur.

Elə situasiyalar ola bilər ki, konsultasiya zamanı məxfilik qaydasına riayət etmək mümkün olmasın.

Aşağıdakı səbəbdən məxfilik pozula bilər:

- Pasiyent özü və digər adamlar üçün riskli olarsa;

- Yetkinliyə çatmamış şəxslərlə konsultasiya zamanı cinayətkar hərəkətlər aşkarlanarsa (zorakılıq, əxlaq pozğunluğu, münaqişə və s.);

- Pasiyentin xəstəxanaya yerləşdirilməsi vacibdirsə;

- Pasiyentin özü və digər adamlar narkotiklərin yayılmasında və cinayət hərəkətlərinin baş verməsində iştirak edirsə.

Konsultant konsultasiya zamanı müəyyən edərsə ki, pasiyent kimin üçünsə təhlükəlidi, potensial qurbanı müdafiə etmək üçün ölçü götürməli, onun özü, yaxınlarına, qanunverici orqanlara məlumat verməlidir. Konsultant həmçinin pasiyentə nə etmək istədiyini deməlidir.

 

Elnur Rüstəmov

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, Psixoloq

pcc.az

Go Back

16 nəticə göstərilir