Düşüncə Jurnalı

header photo

Blog posts : "Psixoloji Testlər"

Temperamentin tədqiqi testi

 

Hər təqdim olunan nömrədəki xarakterik xüsusiyyətdən sizə ən çox uyğun olanını seçib qeyd edin:

1.
a) narahat, bir yerdə qərar tutmayan
b) şən və həyatsevər
c) sakit və soyuqqanlı
d) utancaq, həyalı

2.
a) özünü ələ ala bilən
b) enerjili, işgüzar
c) işdə ardıcıl, dəqiq
d) yeni şəraitdə özünü itirən

3.
a) hövsələsiz, səbirsiz
b) başladığı işi axıra çatdırmayan
c) ehtiyatlı və tədbirli
d) yeni adamlarla ünsiyyətdə çətinlik çəkən

4.
a) adamlarla ünsiyyətdə kəskin və düzgün
b) özünü yüksək qiymətləndirən
c) gözləməyi bacaran
d) öz gücünə inanmayan

5.
a) təşəbbüskar, qətiyyətli
b) yeniliyi tez tutmağa qabil
c) boş-boşuna danışmağı sevməyən
d) tənhalığı asan keçirə bilən

6.
a) tərs
b) işlərində ardıcıl olmayan
c) rəvan, mimikasız danışığa malik
d) uğursuzluq zamanı məyus və ya özünü itirən

7.
a) vəziyyətdən çıxış yolu tapan, hazırcavab
b) uğursuzluqdan, pis xəbərdən tez təsirlənən
c) özünü ələ ala bilən, hövsələli
d) özünə qapılmağa meylli

8.
a) Risqə meylli
b) yeni, müxtəlif şəraitə tez uyğunlaşan
c) başladığı işi axıra çatdıran
d) tez yorulan

9.
a) həmişə deyil, arabir işləyən
b) hər bir yeni işə həvəslə başlayan
c) boş yerə gücünü sərf etməyən
d) zəif, bəzən pıçıltı səviyyəsinə enən nitqə malik

10.
a) kin-küsü saxlamayan, qorxan
b) iş onu maraqlandırmayanda asanlıqla ondan soyuyan
c) işə ciddi əməl edən
d) həmsöhbətinin xarakterinə zorən uyğunlaşan

11.
a) sürətli, qarışıq nitqə malik
b) yeni işə dərhal başlayan, bir işdən o birinə dərhal keçən
c) asanlıqla hisslərini idarə edən
d) göz yaşı tökməyə qədər həssas

12.
a) müvazinətsiz, hər işə tez qarışmağa meylli
b) yeknəsək, ağır işdən tez sıxılan, bezən
c) rəğbətləndirmə və cəzaya o qədər də əhəmiyyət verməyən
d) rəğbətləndirmə və cəzaya qarşı hədsiz dərəcədə həssas

13.
a) davakar
b) ünsiyyətli və həssas
c) kinsiz, xoşxasiyyət, ünvanına deyilən acı sözə güzəştə gedən
d) özünə və ətrafdakılara qarşı şübhələnməyə meylli

14.
a) çatışmamazlıqlara, qüsurlara dözməyən
b) dözümlü və işgüzar
c) öz münasibət və maraqlarında sabit
d) həssas və tez qəlbən inciyən

15.
a) ifadəli mimikanın olması
b) sürətli, aydın, ifadəli mimikanın olması, hərəkətli nitq
c) işə gec başlayan, bir işdən o birinə tez keçən
d) çox həssas, hər şeyi ürəyinə salan

16.
a) hər hansı işə dərhal girişib, onu tez həll edən
b) gözlənilməyən mürəkkəb şəraitdə özünə sahib ola bilən
c) hamıya eyni cür münasibət bəsləyən
d) qapalı və ünsiyyətsiz, öz fikirlərini bölüşməyən

17.
a) yorulmadan yeniliyə cəhd göstərən
b) daim gumrah əhval-ruhiyyəyə malik olan
c) hər şeydə səliqəni sevən
d) aktiv olmayan və cəsarətsiz

18.
a) kəskin, sərt hərəkətlərə meylli
b) tez yuxuya gedən və tez ayılan
c) yeni şəraitə çətinliklə alışan
d) az fəal və itaətkar

19.
a) qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün inadkar
b) çox vaxt məsələni həll edərkən tələsən
c) özünü ələ ala bilən
d) asanlıqla təsir altına düşə bilməyən, başqasının halına acıyan, kömək göstərmək istəyən

20.
a) əhvalı kəskin dəyişməyə meylli
b) bəzən üzdən hərəkət edən, fikirlərinin yayımağa meylli olması
c) adamları ən çox işgüzar olduğuna görə qiymətləndirməyə meylli
d) ətrafdakılardan onun halına yanmağı və köməklik göstərməyi gözləyən

Qeyd:  “a”, “b”, “c”, “d” variantlarını neçə dəfə seçdiyinizi sayıb, cavablar blankında qeyd edin və hər birini ayrılıqda 5-ə vurun. Məsələ, siz seçmisiniz:
a- 6 dəfə x 5=30
b- 3 dəfə x 5=15
c- 10 dəfə x 5=50
d- 1 dəfə x5= 5

Beləliklə, siz hər bir variantın faizlə miqdarını hesabladınız. Unutmayın ki, bütün variantların faizlə hesabı toplandıqda 100- ə bərabər olmalıdır.
Variantlar temperamentin tiplərini təmsil edir.
a- xolerik, b- sanqvinik, c- fleqmatik, d- melanxolik
Əgər hər hansı bir variantda nəticə 40%-dən yuxarıdırsa, deməli o temperament tipi üstünlük təşkil edir. 30-35% bal toplanıbsa, həmin tip xeyli nəzərə çarpır. 21-29% bal toplanıbsa bu tipi də nəzərdən qaçırmaq olmaz, 20% çox zəif nəzərə çarpır, 10% nəzərə alınmır.

Hazırladı: Psixoloq Rübabə

kayzen.az

Go Back

Hövsələnizin sərhədi haradadır?

Ətrafdakıların hərəkət və vərdişlərinə qatlaşmaq asan iş deyil. Lakin unutmayın ki, eyni zamanda sizə də kimsə dözür. "Aysel" jurnalı səbrinizin dərəcəsini ölçmək üçün sizə test təklif edir. Amma bir şərtlə ki, sualları tez və çox düşünmədən cavablandırasınız
1. Ağlınıza maraqlı fikir gəldi, lakin əməkdaşlarınız bunu dəstəkləmədilər. Onları ağılsızlıqda təqsirləndirməyə dəyərmi?
a) bəli, onlar buna layiqdirlər
b) xeyr, ola bilsin, onlar düz deyirlər
2. Dostlarınızdan biri istirahət etdiyiniz vaxt voleybol komandası yığmaq fikrinə gəldi. Komandada oynamağa siz bir şərtlə razı olarsınız...
a) orada yalnız güclü oyunçular olacaq
b) kim istəsə, oynaya bilər
3. Əgər iş yoldaşlarınızdan biri hansısa insan haqqında sizə pis məlumat çatdırsa, o insana qarşı münasibətiniz dəyişəcək?
a) bəli, özü də mənfi istiqamətdə
b) ümumiyyətlə dəyişməyəcək
4. Qeyri-adi makiyaj və saç düzümü olan, olduqca cəsarətli geyimlərə üstünlük verən insanlar sizi qıcıqlandırırmı?
a) söhbət ictimai yerlərdən gedirsə, bəli
b) xeyr, ictimai yerlər məhz insanların fərqini hiss etmək üçündür
5. Nəqliyyatda ayağınızı bassalar, özünüzü idarə edə biləcəksiniz?
a) məncə, bu gərəksizdir
b) əlbəttə ki, dözmək lazımdır
6. Yol-nəqliyyat hadisəsi baş verdiyi zaman panikaya qapılırsınızmı?
a) bəli, buna ixtiyarım var
b) xeyr, bu onsuz da heç nəyi dəyişməyəcək
7. Əgər Allahın təkliyinə inanırsınızsa, sizi ateist və digər dinə qulluq edən insanlar qıcıqlandırırmı?
a) bəli, onlar mühüm şeyləri başa düşmürlər
b) xeyr, bu hər kəsin öz işidir
8. İş yoldaşınız sizdən daha üstün vəzifəni tutsa, neyləyəcəksiniz?
a) rəhbərliyin qarşısında ona səhvlərini göstərəcəyəm
b) öz səviyyəmə endirəcəyəm
9. Yaşlı insan öz keçmiş dövrünü tərifləyir. Siz onunla mübahisə edəcəksinizmi?
a) bəli, belə məqamlarda susmaq olmaz
b) xeyr, bu ağılsızlıqdır
10. Yeni qonaq gəldikdə hər kəs fikrini ona yönəldir. Sizin reaksiyanız...
a) yenidən diqqət mərkəzində olmağa çalışacağam
b) fürsətdən istifadə edərək istirahət edəcəyəm
Yekun
Əgər "A" cavabları üstünlük təşkil edirsə:
Gərək özünüzə diqqət yetirəsiniz və ideal xüsusiyyətlərinizi yox səviyyəsinə endirən əlamətləri üzə çıxarasınız. Ola bislin ki, o zaman psixoloqun yanına getməyə ehtiyac qalmayacaq.
Əgər "B" cavabları üstünlük təşkil edirsə:
Həqiqətən, sizin səbr etmək bacarığınız xoşbəxtlik əlamətidir. Lakin siz çox sakit deyilsiniz? Bəlkə bu, ətrafdakılara laqeyd yanaşdığınızdan irəli gəlir? Əgər o baxımdan problem yoxdursa, bu cür davam edin!

www.milli.az

Go Back

Bu test vasitəsilə nə qədər əsəbi olduğunuzu yoxlayın...

Aşağıdakı suallara cavab verməklə əsəbi, tez həyəcanlanmağa meyilli və ya əksinə-sakit təbiətli təmkinli, istənilən vəziyyətdən asanlıqla çıxa bilmək qabiliyyətinə malik insan olduğunuzu aydınlaşdırın. Bütün sualların "hə” cavabına 1 bal, "yox” cavabına 0 bal.

1. Səbriniz çox tez tükənir?
2.Əhvalınız tez-tez dəyişir?
3. Ətrafdakı insanların sizin haqqınızdakı fikirləri sizi maraqlandırır?
4.Ətrafdakılara qarşı aqressiv olursunuz?
5. Tez-tez fikriniz yayınır və siz hərşeyi unudursunuz?
6.Sizə elə gəlir ki, heç nəyə vaxtınız çatmır?
7. Nədənsə narahat olduğunuz zaman yuxunuz qaçır?
8. Səslər sizi tez-tez qıcıqlandırır?
9.Telefon zəngi çalanda tez-tez diksinirsiniz?
10. Hətta kiçik nəzərə çarpmayacaq problemlər sizi hövsələdən çıxarır?
11. Səhhətiniz sizi düşündürür?
12. Nə vaxtsa sakitləşdirici preparatlardan istifadə etmisiniz?
13 .Çox əsəbləşəndə və ya həyəcanlananda səsiniz titrəyir?
14. Nə vaxtsa hər şeyi atmaq və ya qaçmaq fikirləri ağlınıza gəlib?
15. Gecə yatmazdan əvvəl giriş qapısının bağlı olduğuna bir neçə dəfə fikir verirsiniz?

0-15-çox səbirsiz, əsəbi.
5-10 bal-orta, gərgin vəziyyət.
0-5 bal-sakit, təmkinli.

Əgər siz 5 baldan artıq toplamısınızsa narahat olmayın. Çalışın sizi qıcıqlandıran əsas səbəbi aradan qaldırasınız.

qadinlar.biz

Go Back

Özünüzü və yaxınlarınızı daha yaxşı tanıyın

Bu blis-testi ingilis psixoloqu hazırlayıb.

Bu testin köməyi ilə siz bir dəqiqə ərzində özünüzün və yaxınlarınızın emosional vəziyyətini təyin edə bilərsiniz.

Şəkildə özünüzü "tapın". Sizin indiki vəziyyətinizə şəkildə olan hansı insanın vəziyyəti daha yaxındır?

Əgər siz 1, 3, 6 və ya 7 nömləli insanları seçmisinizsə, bu o deməkdir ki, siz hər zaman öz məqsədinizi bilirsiniz və heç bir maneələrdən, çətinliklərdən qorxmadan bu məqsədə doğru gedirsiniz.

Siz 2, 11, 12, 18, və ya 19-cu insanı seçmisinizsə, deməli, siz çox ünsiyyətli, mehriban insansınız, yaxşı dostsınız, dostlarınıza hər zaman kömək etməyə hazırsınız.

Əgər siz 4-cü insanı seçmisinizsə, bu o deməkdir ki, siz həyatdan nə istədiyinizi yaxşı bilirsiniz, uğur qazanmaq üçün ən asan yolları seçməyə çalışırsınız, çətinliklər xoşlamırsınız.

5-ci insan tez yorulur, zəif, halsız olur, depressiyalara düşür, küsür, inciyir, həyatda mübarizə etməyi bacarmır.

Əgər siz 9-cu insanı seçmisinizsə, siz şən, müxtəlif əyləncələr sevən insansınız.

13-cü və 21-ci insanlar ünsiyyətdə olmaq xoşlamır, onları tez-tez daxili narahatçılıq, özünə inamsızlıq narahat edir.

8-ci insan öz aləmində olur, fikirləşməyi, düşünməyi xoşlayır.

10-cu və 15-ci insanları seçmisinizsə, siz həyata normal uyğunlaşırsınız, həyatınız sizi tam qane edir, siz komfortlu vəziyyətdəsiniz.

14-cü insan daxili döhran yaşayır.

Əgər siz 20-ci insanı seçmisinizsə, siz hakimlik etmək xoşlayırsınız, sizdə lider xüsusiyyətləri var.

16-cı insan daim kimi isə himayə edir və bundan yorulub.

17-ci insan kimin isə himayəsi altında olmağı xoşlayır.

Saglamolun.Az

 
 

Go Back

Sən demə, seçdiyimiz ətir xarakterimizdən xəbər verirmiş

Sən demə, seçdiyimiz ətir xarakterimizdən xəbər verirmiş. Jan-Pol Qerlen deyirdi: "Mən əminəm ki, əgər kişi qadına ilk baxışdan aşiq olursa, deməli, onun ətir seçimi uğurlu olub". Belə çıxır ki, qoxular böyük güc deməkdir. Çünki ətirlər qadın haqqında çox məlumat verə bilər.

Bəs siz hansı ətirlərdən istifadə edirsiniz? 

Yüngül qoxular
 
Şən, gülməli, ciddi! Tənhalığa dözmür, gurultulu şənliklər təşkil etməyə üstünlük verir. Bu cür qoxuları sevənlər planlaşdırılmamış mərasimin eyni zamanda həm ssenaristi, həm rejissoru, həm də baş qəhrəmanı ola bilər. Bir qədər tərkidünyadır, çünki maddi dəyərlərə qiymət vermir, dostluq və insani münasibətlər onun üçün daha böyük əhəmiyyət kəsb edir.
 
Sitrus tərkibli ətirlər
 
Yəqin ki, onların planları on il əvvəlcədən yazılıb. Sitrus tərkibli ətirləri xoşlayanlar hər şeyi öyrənməyə və nəzarət etməyə can atırlar. Yeri gəlmişkən qeyd edək ki, bu cür ətirləri seçən qadınlar özünə qarşı  çox tələbkardır. Ona görə də onlar təsadüfi səhvlərə və ya diqqətsizliyə dözmür.
 
Bitkilər və otlar
 
Belə qadınlar düzgün həyat tərzi yaşamağa çalışırlar. Sağlamlığına və qidalanmasına ciddi nəzarət edirlər, idmanla məşğul olur, həmçinin, təbii tərkibli kosmetik məhsullardan istifadə edirlər. Onlar divanda uzanıb istirahət etməkdənsə, ailə üzvləri ilə birlikdə şəhərdən kənarda gəzintiyə çıxırlar. Çiçəkləri sevir və həmişə pəncərənin qabağına gül qoyurlar.
 
Zərif gül ətirləri
 
Çox romantik və zərifdir. Evə çox bağlı insandır. Qarşılıqlı münasibətləri həmişə qorumağa çalışır, həmsöhbətini dinləmək, başa düşmək və təsəlli verməyə həmişə hazırdır. Bu qoxuları sevən qadınlar ev rahatlığını, səsli-küylü ailə bayramlarını, qonaqlı-qaralı axşam yeməklərini, ən əsası, uşaqları ilə əylənməyi çox sevirlər. 

publika.az

Go Back

Psixoloji test - MARAQLI

Qələm və kağız götürün. Sualları diqqətlə oxuyun və topladığınz balları yazın. Amma suallara tələsik yox, düşünülmüş və doğru cavab yazın.

 

1.Dondurma yeməyi sevirsənmi?

Hə-8 bal, yox-5 bal

2.Kinonun maraqlı yerində gözləriniz yaşarırmı?

Hə-5 bal, Yox-1 bal

3.Qonşularınızla münasibətləriniz yaxşıdırmı?

Hə-10 bal, Yox-3 bal

4.Həsrətində olduğun kitabı almaq üçün saatlarla növbəyə durarsanmı?

Hə-10,Yox 16 bal

5.Məktəbyaşlı uşaqlarla oynamağı sevirsən?

Hə-10 bal, Yox-3 bal

6.İlk baxışdan aşiq olmaq mümkündürmü?

Hə-5 bal, Yox-10 bal

7.Uzun uzadı telefonla danışmağı xoşlayırsanmı?

Hə-1 bal, Yox-5 bal

8.İdmanın heç olmasa bir növü ilə məşğul olursanmı?

Hə-10 bal, Yox-2 bal

9.Evinə çağırılmamış qonaq gəlsə qanın qaralarmı?

Hə-15 bal, Yox-5 bal

10.Çağırılmadan qonaq gedirsənmi?

Hə-3 bal, Yox-10 bal

11.Şəhər nəqliyyatında rahat yerini başqasına ürəklə verirsənmi?

Hə-10,  Yox-2 bal

12.Pullu toya həvəslə gedirsən?

Hə-1 bal, Yox- 9 bal

13.Xoşuna gələn şeirləri əzbərləyib yeri gələndə tanışların üçün söyləyirsən?

Hə-10 bal, Yox-3 bal

14.Moda ilə geyinməyə aludəsən?

Hə-5 bal, Yox-8 bal

15.Televiziya ilə gənclər üçün verilən bütün verilişlərə baxırsan?

Hə-10 bal, Yox-3 bal

16.Düşüncə.az  saytını daima izləyirsiniz?

Hə-15 bal, Yox-1 bal

 

   İndi də topladığınız balları hesablayın. Əgər 130 dan çox bal toplamısınızsa deməli xasiyyətiniz yaxşıdır, nikbin adamsınız. Qohumlarınız, tanışlarınız sizi ürəkdən sevirlər və siz bütün məclislərin yaraşığısınız.

Əgər 130-dan aşağı bal toplamısınızsa xasiyyətiniz yaxşıdır. Sizi hər yerdə yaxşı qarşılayıb, hörmətlə yola salmaq olar.

Əgər 100-dən az bal toplamısınızsa gərək xasiyyətinizi və ətrafdakılara qarşı olan münasibətlərinizi dəyişdirəsiniz.

Əgər 70 dən az bal toplamısınızsa vəziyyət bir qədər gərginləşir. Siz öz barənizdə əməlli-başlı fikirləşməlisiniz. Əməlli-başlı.... Hələ gec deyil.

 

Hazırladı: Fuad Əsədov

 

Go Back

Üzüyünü tax, deyim kimsən

Üzük qadınların ən sevdiyi, geyimi tamamlayan aksessuarlardan biridir. İdman, klassik və başqa tərzə uyğun olan üzüklər var. Üzüyü hansı barmağa taxdığınız isə xarakteriniz haqqında müəyyən məlumatlar verə bilir.

Baş barmağınıza taxırsınızsa — Müstəqil şəxsiyyətsiniz, azadlığınızı heç nəyə dəyişməzsiniz. Həyatınıza daxil olan insanların da bunu hörmətlə qarşılamasını istəyirsiniz. Sizə mane olmaq istəyən adamlardan heç nəyə baxmayaraq, uzaqlaşırsınız.

Üzüyü işarət barmağına taxırsınızsa – Güclü və avtoritar olub həm iş, həm də şəxsi həyatda şansınız bol olacaq. 

Üzüyü orta barmağa taxırsınızsa – Etibarlı insansınız. Dostlar arasında sirr saxlamağı bacaran insan kimi tanınırsınız. Flirt etməyi xoşlamırsız, daha sağlam və möhkəm münasibət qurursunuz. 

Üzüyü adsız barmağa taxırsınızsa – Səliqəli və məsuliyyətli insansınız. Dağınıqlığa və səliqsizliyə tab gətirə bilmədiyiniz üçün hərdən özünüzdən çıxa və aqressiv ola bilərsiniz.

Üzüyü şeçələ barmağınıza taxırsınızsa – Diqqət çəkməyi xoşlayırsınız, həm də çox çəkicisiniz. Üzüyü bu barmağa taxanda özünüzə inam və güvən artır. Olduğunuz hər məkanda diqqət mərkəzində olmağınızın əsas səbəbi özünüzə olan inamın gətirdiyi çəkicilikdir.

 
kayzen.az

Go Back

Əlini göstər, deyim kimsən

Əl cizgiləri bizim xarakterimizi ifadə edir. Bu xətlərə baxaraq insanın hətta ətrafındakılara qarşı münasibətini də müəyyən etmək olar. Bu əl cizgisi, adətən, işarət barmağından başlayır və əlimizin sol tərəfində qurtarır: əlimizi iki hissəyə ayırır. Aşağıdakı fotoda sözügedən cizgi qırmızı xətlə işarələnib.
 
1. Əgər sözügedən əl cizginiz orta barmağınızdan başlayaraq uzanırsa, demək, sizdə liderlik xüsusiyyəti var. Siz ağıllı, məqsədyönlü, öndə getməyi sevən birisiniz. Qərarlarınızı, adətən, çox düşünmədən, qısa zaman ərzində verirsiniz. Bu əl cizgilərinə sahib olan insanlar nisbətən daha az emosional olurlar. Ətrafındakı insanlara qarşı müəyyən qədər soyuq davrana bilirlər. Buna baxmayaraq, onlar öz ailələrini və yaxınlarını böyük məhəbbətlə sevirlər.
 
2. Əgər sizin əl cizginiz orta barmaqla işarət barmağınız arasından başlayırsa, bu, sizin diqqətcil və qayğıkeş insan olduğunuzu göstərir. Bununla yanaşı, bu tip əl cizgilərinə sahib olan insanlar yüz ölçüb bir biçir, olduqca ehtiyatlı davranırlar. Ətrafındakı insanlar belələrinə rahatlıqla öz sirlərini açır, onlara etibar edirlər.
 
3. Əgər əl cizginiz işarət barmağınızdan başlayırsa, deməli, siz kifayət qədər həssas insansınız. Siz insanlardan həddən artıq çox şey tələb etməyi sevirsiniz. Bununla yanaşı, hər zaman yaxınlarınızın yanında olur, onların problemlərini bölüşürsünüz. Bu əl cizgilərinə sahib olan insanlar böyük planlar qurmağı sevirlər. Təsadüfi deyil ki, əksər hallarda onlar bu planları reallaşdırırlar.
 
4. Əgər əl cizginiz işarət barmağınızla baş barmağınız arasından başlayırsa, deməli, siz səbirli, qayğıkeş, şən insansınız. Sizin üçün ən önəmli meyar harmoniyadır. Çoxları sizi xəyalpərəst hesab edir.

 
axar.az

Go Back

Dodaqlarına baxım, deyim kimsən

Gözlər qəlbin aynasıdır”, - deyiblər. İnsanın gözlərindən onun xarakterini oxumaq olur. Demə, dodaqlarımız da bizi ələ verirmiş. Dodaq izi şəxsiyyət və sağlamlıq haqqında ipucu verir.

 

Üçkünc dodaq izi: Bu insanlar həmişə başqalarına yardım edir. Çox yardım sevərdirlər. Başqalarının bacarıqlı olduğunu görüb onların da bunun fərqinə varmalarına çalışırlar.

Daha çox müəllim, müdir, məsləhətçi kimi peşələrdə işləyirlər.

 

Dik dördkünc dodaq izi: Ailənin problemini həll edəndir. İnsanlar arasında səmimi olduğuna görə çox tanınır. Ofisdə, ailədə çətinlik çəkən hər bir kəs problemin həlli üçün bu şəxsə müraciət edirlər.

 

Qapalı dodaq izi: İnadçı olurlar. Bir dəfə qərar verdikdən sonra çətinliklə fikrini dəyişdirə bilmərsiz. Başladığı işi bir an əvvəl bitirmək istəyər.

 

Açıq kənarlar: Tez sıxılan tipdirlər. Dodaq izinin kənarları açıq, ya da bəllidirsə, bu, onun tez darıxan, həmişə məşğul olmaqdan xoşlanan biri olduğunu göstərir.

 

Alt dodaq daha aydın. Comərd və təsiredici, xeyirxah biridir. Özünü ifadə etməkdə olduqca bacarıqlıdır. Öyrətmə, danışma, icra etmə, yazma və fikirlərini paylaşma kimi işləri yaxşı bacarırlar.

 

Stressli dodaq izi: Stress cizgiləri dodaq izinin içində bayıra doğru gedən cizgilərdir. Üst dodaq içindəki stress cizgiləri haqqında danışıb hələ də həll edə bilmədiyiklərinizi, alt dodaq izindəki stress cizgiləri isə deməli olduğunuz halda demədiyiniz şeyləri ifadə edir.

 

Üzgün dodaq izi: Gərgin insandır. Dodaq izinizin kənar cizgisi daha görünən və tünddürsə, şəxsi və sosial həyatınızda üzgün olduğunuza bir işarədir.

 

Görünməyən dodaq izi: Dodaq iziniz yoxmuş kimidir. Nə qədər tünd dodaq boyası sürtürsünüz sürtün heç yoxmuş kimi görünür. Enerjiniz aşağıdır. Bədəniniz tam əldən düşmədən tətilə çıxın.

 

lent.az

Go Back

Temperamentin tipləri


1. Sanqvinik. 


Diqqətini cəlb edən hər şeyə canlı reaksiya verir. Mimikaları və hərəkətləri canlı və ifadəlidir. Yüksək fəallığa malik olduğuna görə çox işgüzar olurlar, hər bir yeni işə dərhal girişir, həmişə birinci olmağa çalışır, yorulmadan uzun müddət işləyə bilir. Sanqviniklər həddən artıq qayda-qanuna əməl edən olurlar. Hissləri asanlıqla bir-birini əvəz edir. Düşdüyü yeni şəraitə asanlıqla alışır. Rast gəldikləri insanlarla asanlıqla ünsiyyətə girə bilir, bir işdən digərinə asanlıqla keçə bilirlər. Bu tipə aid insanlar emosional, zirək və diribaş olurlar. O qədər zirəkdirlər ki, onları 1 dəqiqə bir yerdə saxlamaq qeyri-mümkündür. Həmişə hara isə tələsir, gedir, gəlirlər. Oturaq iş onlarlıq deyil. Onların maraqları davamsız və qeyri-sabitdir.elə ona görə də böyük həvəslə, coşqunluqla başladıqları işdən son dərəcə süstlüklə də əl çəkirlər. Son dərəcə emosional olsalar da yaddaşları zəifdir. Onlar üçün yalnız bu gün, bu an, bu saat var. Bu tip insanlar təsir altına tez düşürlər. Elə buna görə də bu insanlardan bəziləri son dərəcə özbaşına, bəziləri isə bunun tam əksinə olaraq, intizamlıdırlar.
 

2. Xolerik.


Xoleriklər həddən artıq hövsələsiz, tez özlərindən çıxan olurlar. Onlarda öz maraqlarını həyata keçirməyə yüksək cəhd, inadkarlıq, dözümlülük mövcud olur. Başladıqları işi axıra qədər yerinə yetirməyə meyilli olurlar. Diqqətlərini keçirməkdə çətinlik çəkirlər. Müvazinətsiz olurlar. Onların son dərəcə coşğun xarakteri var. Kəmhövsələlidirlər. Çox nadir hallarda “susmaq lazım gələndə birinci ol” tövsiyyəsinə riayət edirlər. Həmişə istənilən məsələyə birinci reaksiya verənlər sırasındadırlar. Bu xasiyyətləri ucbatından xolerik tipli insanların başı həmişə, necə deyərlər, qeylü-qalda olur, ətrafı ilə asanlıqla yola getmir, tez-tez münaqişəyə girirlər. Ona görə də xoleriki adətən səbirsiz, tündməcaz insan kimi tanıyırlar. Düşdükləri yeni mühitə uzun müddət alışa bilmirlər.


3. Fleqmatik.


Özlərini hər yerdə sakit aparırlar. Həddindən artıq soyuqqanlıdırlar, qaradinməzdirlər. Uğursuzluğa məruz qaldıqda buna önəm vermirlər. İşə dərhal girişmirlər, lakin başladıqları işi axıra qədər yerinə yetirirlər. onlar öz diqqətlərini çətinliklə keçirə bilirlər, yeni şəraitə çətinliklə alışırlar. Onlarda daxili əksolunma yüksək olur. Təkliyi sevirlər. Vərdiş və adətlərini olduqca ləng dəyişə bilirlər. olduqca işgüzar olurlar. Dözümlü və özlərini ələ ala biləndirlər. onları asanlıqla özlərindən çıxarmaq mümkün olmur. Yeni insanlara çətin alışırlar. Səkit və təmkinli olurlar. Heç bir tip fleqmatik qədər təmkinli deyil. Onları həyəcanlandırmaq və yaxud hirsləndirmək elə də asan məsələ deyil. Bu tip insanlar mehriban və istiqanlıdırlar. Sadəcə, onları yaxından tanımaq üçün vaxt lazımdır. Vaxt keçdikcə alışdığı insanlara qarşı diqqətli və mehriban olurlar. Sakit və soyuqqanlı təəssurat oyadan bu insanlar sadiq bir dostdurlar. Həmişə rəfiqələrini və dostlarını arayan bu qəbildən olan insanlar vaxtı ilə incik düşdüyü insanlara qarşı da sayğısız yanaşmırlar.


.4. Melanxolik.


Onlarda senzitivlik, həssaslıq həddindən artıq yüksək olur. Kiçicik bir işdən, hərəkətdən dərindən təsirlənirlər. hədsiz dərəcə küsəyəndirlər. Mimika və hərəkətləri dərindən ifadəli deyildir. onlarda özlərinə inam hədsiz dərəcədə aşağı olur. Həddindən artıq təkliyə qapılırlar. Onlar tez ruhdan düşür, bəzən gücü çatan işi axıra qədər yerinə yetirmirlər. onlarda içə qapanıqlıq yüksək olur. Onlar heç nəyə biganə qalmırlar. Elə bu səbəbdən onlara münasibətdə ən kiçik diqqətsizlikdən belə tez inciyirlər. Ən kiçik problemlə üzləşdikdə belə özlərini itirirlər, vəziyyətdən çıxış yolu tapa bilmirlər. Özlərinin heç bir bacarığını dəyərləndirmirlər. MƏNə yalnız tənqidi yanaşırlar. Elə bu səbəbdən də bacardıqları işin belə öhdəsindən gələ bilmirlər. Bədbin fikirlər onları tez ruhdan salır. Onları yerindən tərpətmək müşkül məsələdir. Başladıqları işi yarımçıq qoymaq adətləridir.

Go Back

Barmaqlarımız haqqımızda nə deyir

A) Şəhadət barmağı digər adsız barmaqdan qısadır
 
Belə adamlar cazibədar, xoşagələn və xarizmatik olur. Onlar başqalarına nisbətən daha qərarlı, risk etməyin əleyhinə və yaranan problemlərdən asanlıqla baş açan olurlar. Bununla yanaşı, sözügedən şəxslərin ən önəmli xüsusiyyətlərindən biri də qarşısındakının dərdinə şərik çıxma, ətrafındakılara təskinlik verə bilmə bacarığıdır. Bu tip insanlar, adətən, yaxşı mühəndis, alim olurlar və krossvordları həll etməkdə mahirdirlər.
 
B) Şəhadət barmağı adsız barmaqdan uzundur
 
Bu tip insanlar özlərinə arxayındırlar. Onlar həyatdan zövq almağı sevir və boş şeylər üstündə narahat edilməkdən xoşları gəlmir. Belə insanlar ilk addım atan tərəf olmurlar – biznes və ya münasibətlərdə fərq etmir. Onlar diqqəti və tərifi sevirlər.
 
C) Şəhadət barmağı ilə adsız barmaq eyni uzunluqdadır
 
Belə barmağa sahib olan insanlar sülhsevər, rəhmdil və konfliktləri sevməyən insanlardır. Onlar, adətən, üzüyola olur və hər kəslə yola gedirlər. Bu tip adamlar münasibətlərində sadiqdirlər, öz işlərinə olduqca bağlıdırlar. Onlarla ünsiyyətdə ehtiyatlı olun, çalışın onların tərəfində olasınız. (xəzərxəbər)

Go Back

Sizin Psixoloji Yaşınız Neçədir

1. Probleminizi və başınıza gələn pis hadisə barədə bölüşürsünüzmü?
A) Xeyir. Bu mənə kömək etmir.- 3
B) Hə. Münasib həmsöhbət varsa -1
C) Həmişə yox. Hərənin öz dərdi var. -2


2. Probleminizə görə çox fikir edirsinizmi?
A) Həmişə və çox ağır- 4
B) Hər şey vəziyyətdən asılıdır. -0
C) Razılaşıram, çünki gec-tez hər bir çətinliyin sonu gələcək -2

3. Siz çox fikirlisiniz. Bu halda nə edirsiniz?
A) Çoxdan arzuladığımı həyata keçirirəm -0
B) Yaxşı dostlarımla görüşürəm -2
C) Evdə otururam və özümə yazığım gəlir -4

4. Yaxın adamınız sizin xətrinizə dəyib. Neyniyəcəksiniz?
A) Çanağıma çəkiləcəm -3
B) İzahat tələb edəcəm -0
C) Dərdimi qulaq asmağa hazır olan adamla bölüşəcəm -1

5. Xoşbəxt anlarda
A) Bəxbəxtlik barədə düşünmürəm -1
B) Xoşbəxtliyimin bitəcəyi barədə fikirlər məni rahat buraxmır. -3
C) Həyatda problemlərin şıx olması barədə unutmuram -5

6. Psixiatrlara münasibətiniz necədir?
A) Onun xəstəsi olmaq istəməzdim -4
B) Onlar çıxlarına kömək edir -2
C) İnsan öz-özünə kömək etmək iqtidarındadır -3

7. Sizin fikrinizcə tale
A) Həmişə sizi sınağa çəkir-5
B) Sizi gözümçıxdıya salır -2
C) Sizin tərəfinizdədir -1

8. Sevdiyiniz adamla dalaşandan sonra qəzəbiniz yavaş-yavaş soyuyr və siz nə baradə düşünürsünüz?
A) Keçmişdə olan xoş hadisələr barədə -1
B) Gizli qisas barədə- 2
C) Ondan çəkdiyiniz əziyyət barədə -3

Nəticələr

7-15 xal
Siz çətinliklərlə, hətta bədbəxtliklə asanlıqla razılaşırsınız. Çünki onlara düzgün qiymət verməyi bacarırsınız Əsası sizin özünüzə yazığınız gəlir (bir çoxlarına xas olan zəiflik) Sizin ruhi müvazinətinizə qibtə etmək olar

16-26 xal
Tez-tez öz taleyinizdın gileylənirsiniz. Problem və çətinliklərinizi başqalarının üzərinə tökməyi xoşlayırsınız. Kiminsə şəvqətinə ehtiyacınız var. Bəlkə ən yaxşısı özünüzü idarə etməyi öyrənməyinizdir


27-36 xal
Öz dərdlərinizin öhdəsindən gələ bilmirsiniz. Bəlkə elə buna görə onlar sizə əzab verirlər. Siz özünüzə qapanırsınız və tez-tez özünüzə yazığınız gəlir

psixomer.com

Go Back

Cızmaqaralarımız bizim haqqımızda nə deyir

 

Hərdən, əl altında dəftər-qələm olan zaman, adamlar bir işlə məşğul olur (telefonla danışır, nəyəsə qulaq qasır, nəyisə gözləyir və s.) və bu zaman kağız üzərində qeyri-ixtiyari olaraq, yəni fikir vermədən hansısa rəsmlər, cızmaqaralar edirlər.
 
 Bonn psixologiya institutunun psixoloqları bu fenomeni tədqiq etmək üçün bir il davam edən eksperimentlər aparıblar. Müəyyən olunub ki, bu cür rəsmlər heç də mənasız deyildir, onlar insanın həmin ana olan psixoloji durumu haqda çox şeydən xəbər verir. Başqa sözlə, həmin rəsmlərə əsasən insanın konkret ana olan təxmini psixoloji portretini təyin etmək və ümumiyyətlə, onun xarakteri barədə nəticələrə gəlmək mümkündür.
 
Həmçinin, azyaşlı uşaqların kağız-qələmlə oynayarkən etdiyi təsvirlər onların həmin ana olan düşüncələrini təyin etmək üçün etibarlı üsuldur. 
 
İxtiyarsız rəsmlərdə daha çox rastlanan təsvirlər və onların nəyə dəlalət etdiyi barədə:
 
Ulduzlar və aypara
Belə adamlar daim diqqət mərkəzində olmağı arzu edirlər. Onların güclü iradəsi, rəhbərlik qabiliyyəti olur. Eqoizmdən xəbər verir. Ulduzun beşdən artıq guşəsi olursa, adam həmin anda ruhi təlatümlər yaşayır demək. 
 
Günəş və (və ya) buludlar
Pozitiv, xəyalpərəst adamlara xasdır. Buludlar arasından şəfəq saçan günəş adamın həmin anda özünü yaxşı hiss etməsindən xəbər verir. Günəşin önünü buludlarla örtürsə, demək, hansısa problemləri yaranmışdır.
 
Ev rəsmləri
Tənhalıq hissi ilə yaşayan adamlara xasdır. Səliqəlidilər. Hər şeydə nizam-intizam olmasına çalışırlar. Qarşıya qoyulmuş məqsədə çatmaq üçün həmiçə ciddi səy göstərirlər. Ev rəsmi adamın ev üçün darıxmasından xəbər verir əksər hallarda. Bəzən, ailə həyatında problemi olan adamlar da ixtiyarsız ev rəsmləri çəkirlər.
 
Bucaqlı fiqurlar (üçbucaq, kvadrat və s.)
Güclü xarakterdən xəbər verir. Sözü birbaşa deyəndilər. Hislərini gizlətmirlər. Fiqurun bucaqlarının çox olması adamın daha inadkar olmasından xəbər verir. Fiqurlar hansıa vahid təsviri xatırladan şəkildə bir-birinə birşəldirilibsə, o deməkdir ki, adam xoşu gəlməyən hansısa işdən yaxa qurtarmaq istəyir, bunu necə etmək barədə düşüncələr onun şüuraltını məşğul edir.
 
Dairələr
Adam ədalətsizliyə məruz qaldığını hesab edir. Sevdiyi adamdan etinasızlıq görür, özünə layiqli qiymət verilmədiyini hesab edir və s. Dairələrin sayı nə qədər çoxsa, adamın incikliyi, narazılığı o qədər çoxdur demək. 
 
Dalğalı xətlər
Adamın hansısa problemlə üzləşməsindən, onun həlli ilə bağlı fikir çəkməsindən xəbər verir. Dalğaların böyüklüyü problemin ciddiliyinə işarə edir.
 
Spirallar
Özünə qapanıqlı adamara xasdır. Başqa adamların problemləri onları maraqlandırmır. Bəzən, adamın həyatında ağır günlərin başlamış olmsaından xəbər verir.
 
Gül, çiçək, yarpaq
Romantik adamlara xasdır. İsti, etibarlı münasibətlər həsrətində olmasından xəbər verir. Sivri ləçək və ya yarpaqlar çəkirsə, həyat hadisələrini həddən artıq dramatikləşdirməyə meylli adam olması deməkdir. Yəni, normalda adi sayılmalı şeylərdən faciə düzəltməyə meyllidir.
 
Qəfəs, tor
Adamın çətin vəziyyətə düşmüş olmasına işarə edir. İstənilən halda, həll etməyə çalışdığı hansısa bir problem, çıxış axtardığı çətin bir durum var demək. Qəfəsin bir tərəfini açıq saxlayıbsa, deməli, problemdən hansısa çıxış yolu qərarlaşdırmışdır, yaxud qərara almaq üzrədir.
 
Heyvanlar
Hər bir insanın yaddaşında heyvanlar hansısa insani xasiyyətlərlə asossasiya olunur: tüklü hiyləgərlik rəmzi, öküz güc rəmzi, it sədaqət rəmzi, quş yüngüllük rəmzi və s. Məsələn, adam yaxınlarda kimsə tərəfindən aldadılmışdırsa, həmin adam barədə neqativ fikirlər onu tülkü rəsmi çəkməyə sövq edə bilər. Yaxud, konkret heyvan rəsmi adamın bu heyvana qarşı xüsusi simpatiyasının və ya qorxusunun olmasına dəlalət edə bilər.
 
İnsan rəsmləri
1) Sifət təsvirləri adamın tənhalıqdan əziyyət çəkdiyinə işarə edir. Ola bilsin ki, həmin anda kiminləsə söhbətləşmək, dərdini bölüşmək ehtiyacı var;
2) Üz cizgilərini xırda detallaradək təsvir edirsə, adam özünün xarici görkəminə ciddi diqqət ayırır, özünün hansısa üz əlamətlərini fərqi şəkildə görmək istəyir;
 3) eybəcər insan təsvirləri adamın ünsiyyətə meylsizliyinə, ətrafında olan adamlardan zəhləsi getdiyinə dəlalət edir əksər hallarda.
 
Göz
Özünü hansısa hadisədə günahlandıran, özünü tənqidə meylli adamlara xasdır. Ona dəlalət edir ki, adam baş vermiş hadisədən necə təmiz çıxmaq barədə bu aralar çox fikir çəkir.
 
Dodaqlar
Həssas, yaradıcı adamllara xasdır. Belə adamlar özlərinə daha çox diqqət gözləyirlər. Dodaqlar həcmli təsvir olunubsa, adamın o anda aqressiv kökləndiyindən xəbər verir.
 
Təkralanan naxışlar və ya fiqurlar
Eyni bir şeyi çox dəfə çəkibsə, adamın həyatında monotonluq, darıxdırıcılıq var deməkdir. Adam nələrisə kökündən dəyişmək arzusundadır, amma necə etmək lazım gəldiyini bilmir.
 
Durğu işarələri
Bu cür işarələr (nida, sual, vergül, tire, nötə və s.) adamın hər şeyi bilmək ehtirasından xəbər verir.
 
rasional.info

Go Back

İnsanın sifət quruluşuna görə xarakteri

Çinli alimlər insan xarakterlərini üz çizgilərinə görə müəyyən etməyin mümkünlüyünü bildirirlər. Çinli alimlər üz çizgilərinə görə xarakteri müəyyənləşdirərkən alın, burun, çənə, qaş, göz və dodaqların quruluşunu əsas götürürlər.

Alın insanların düşüncələrini inkişaf etdirmə üsulları haqqında məlumat verir. Geniş alına sahib olan insanlar güclü xəyal gücünə və yüksək intellektə malikdirlər. Dar alın insanların diqqətli, vaxtda önəm verən, riyazi bacarıqlarının yüksək olduğuna işarədir. Donqar alına sahib olanlar isə təşəbbüskar, yola gedən və paylaşımçı olaraq qəbul edilir.

Gözlər həyata baxış tərzini və stress vəziyyətində davranış qaydalarını ortaya qoyur. Gözləri çuxurda olan insanlar ciddi və sirli olduğu halda, gözləri sifətə yaxın olanlar vasvası, qərarlı, ən xırda detallara önəm verən insanlardır.

Böyük gözlər isə açıq sözlü, kübarlıq və sözünə inam olan insanlardan xəbər verir. Kiçik gözlər isə insanın diqqətini asan çəmləşdirməyi bacarmasından və qapalılığından xəbər verir.
Sallaq gözlü insanlar isə həyata optimist baxmağı sevmir. Dəmbə gözlərə sahib olanlarda isə yaşamaq həvəsi yüksək olur və eyni zamanda bu cəhət insanların  küsəyən olmasından da xəbər verir.

Burun insanların iş həyatındakı seçimləri və madiyyata olan baxış tərzini ortaya qoyur. Enli burunlu insanlar iş həyatında özünə inamı olan insanlardır. Dar burunlu insanlar isə idarəçiliyi və zəmanətkeşliyi sevən insanlardır. Böyük burun insanın idealistliyi və lider olma istəyinindən xəbər verir. Sallaq (dimdikli) burun insanlarla yaxşı ünsiyyət qurmaq bacarığının olduğuna işarədirsə, yumru və şiş burun isə insanların qənaətcil olmasına işarədir.  

Çənə insanın özünü müdafiə üsulunu və  təcavüzkarlıq səviyyəsini müəyyənləşdirir.

Geniş çənə avtoritarlığı, mərhəmətsizliyi və enerjini ifadə edir. İti çənə insanların tez əsəbiləşən xarakterə malik olduğunu ifadə edir. İkiyə ayrılmış çənə qərarsızlığı bildirirsə, yumru çənə  enerjililiyi və canlılığı, irəliyə doğru çıxan çənə isə insanın inadcılığı və xoş görünüşlüyüdən xəbər verir.

Dodaqlar insanların düşüncələri ifadə etmə bacarığını və seksual dünyagörüşünü ortaya qoyur. Qalın  və sallaq dodaqlar insanın comərd olduğunu biruzə verirsə, incə dodaqlar az danışmağı sevən insanlardan xəbər verir. Belə dodaqlara sahib olan insanlar eyni zamanda ehtirası və mühafizəkarlığı ifadə edir. Həddindən artıq qalın alt dodaq isə insanın  tənbəl və zövqə düşkün olduğunu göstərir.

Qaşlar insanların önəmli hadisələr zamanı necə qərar qəbul etdiyini bildirir. Sallaq qaşlar insanların əlaqələri ciddi qəbul etdiyini, hündür qaşlar hirsli olduğunu, tez hövsələdən çıxdığını ifadə edir.

Uzun qaşlar güclü və mübarizə aparmaği sevən insaların əsas göstəricisidir. Nazik qaşlar isə qərarından tez daşınan və elastik quruluşu ifadə edirsə, birləşmiş qaşlar macəra sevən, düz qaşlar isə insanın optimist olduğunundan xəbər tutmağa imkan yaradır.

Qulaqlar ətrafındakılara təsir və təsiri altına düşmə səviyyəsini bildirir. Böyük qulaqlar insanın musiqi sahəsində bacarıqlı olmasından xəbər verir.  Normal qulaqlar ciddilikdən xəbər verirsə, başa birləşik qulaqlar cəmiyyət qaydalarına bağlılığın əsas göstəricisidir. Böyük və çömçə qulaqlı insanlar  isə danışmağı çox sevirlər.  

Üz quruluşu insanın romantik olub-olmamasından və ağıl səviyyəsindən xəbərdar olmağımıza kömək edir. Həddindən artıq uzun üzlü insanlar qürurlu, sifət qurluşu kök olan insanlar  maddiyyatçı, əyləncəyə, istirahətə düşkün, sümüklü üzə sahib olanlar işləməyi sevən və ürkək, arıq üz qurluşlu insanlar isə dərin düşüncəli və diqqətli insanların əsas göstəricisidir. 

Modern.az

Go Back

Səhər yuxudan qalxmaya görə xasiyyət

2004-cü ildə aparılan sorğular nəticəsində zəngli saat ən çox nifrət oyadan ixtiralar içində 2-ci yeri tutmuşdu. Axşamdan saatı qururuq və ona ümidlə baxırıq, səhər isə onu parçalamaq istəyirik. Gecikməyə görə bütün günahı da onun üstünə yıxmaq da bizə çox xoş gəlir.Araşdırmalar göstərir ki, insanların səhər yuxudan qalxmalarına görə onların xasiyyəti haqqında mühakimə yürütmək olar:

Saat çalandan sonra uzun müddət yataqda uzanıram:
Siz səhərlər orqanizminiz üçün ən rahat şərtlər yaradırsınız. Yuxu zamanı beyinin yavaşıyan qandövranı bərpa olunmağa müvəffəq olur. Səhərlər tez-tez ağlınıza dahiyanə fikirlər gəlir. Ağıllı olduğunuza görə dərhal “lehinə” və “əleyhinə” ölçüb-biçirsiniz. Amma belə oyanmada işgüzar keyfiyyətləriniz şübhə oyadır. Axı siz bu qədər vaxtı boşuna sərf edirsiniz. Müasir həyat ritmində bu, bağışlanılmazdır. Məsləhət: Səhər tez oyanmaq üçün gözlərinizi bərk qıyın və göz qapaqları özləri açılmayana qədər açmayın.

Saatın zəngindən əvvəl oyanıram:
Vaxtı və əsəblərinizi qorumağa kömək edən yaxşı intuisiyanız var. İşə rahat, yavaş-yavaş, aramla hazırlaşmaq hara, nə gəldi geyinmək, səhər yeməyini çeynəyə-çeynəyə evdən tələsik çıxmaq hara? Siz sadəcə orqanizmin iradəsinə tabe olmalısınız. Gözəl əhval-ruhiyyə sizə zəmanət verilir.

Səhərlər dura bilmirəm, buna görə də bütün işlərimi günün 2-ci yarısına keçirirəm:
Siz yuxunu gümrahlıqdan çox qiymətləndirirsiniz. Axı yuxuda siz daha çox şeyə nail olursunuz, nəinki ayıq olanda. Yuxuda hər şey sizin üçün aydın və asandır. Ona görə də siz mübarizə aparmırsınız, sadəcə sizə rahat olan ritmdə həyata uyğunlaşırsınız. Yaxınlarınız və biznes-partnyorlarınız sizi başa düşmür və tez-tez bu müdrik sözləri yadınıza salır: “Tez duranla tez evlənən udur”.

Saat çalandan sonra yüksək səslə musiqi yandırıram:
Səhərdən siz döyüş ruhuna köklənirsiniz. Sizi hərəkət etmək yanğısı coşdurur. Belə oyanma intizamlı olmağınızdan xəbər verir. Amma yadınızda saxlayın ki, oyandıqdan sonra ilk yarım saat ərzində orqanizm xarici qıcıqlandırıcılara qarşı kəskin reaksiya verir. Yüksək səs gümrahlaşdırdığı kimi, eyni zamanda əsəblərə toxuna bilir. Həkimlər hesab edirlər ki, ən yaxşısı ya yumşaq işıqdan, ya da gözəl ətirdən oyanmaqdır. Deyirlər ki, artıq zəng çalmayan,yavaş-yavaş işıq saçan və xoş ətir verən saatlar ixtira olunub.

Saatı yataqdan uzağa qoyuram:
Bu zaman onu söndürmək üçün 100% qalxmalı olacaqsınız. Deməli, əngəllərin öhdəsindən gələ bilərsiniz. Bununla belə, siz pessimistsiniz; hər şeyə şübhə ilə yanaşırsınız və həmişə pis bir şey gözləyirsiniz. Belə ehtirasla pis xəbərlər gözləsən, onlar mütləq başına gələcək. Belə ekstremal oyanma orqanizm üçün zərərlidir. Yuxudan ayıqlığa dərhal keçmək başgicəllənməsinə səbəb ola bilər.

Dərhal yuxudan oyanıb- kontraslı duş qəbul edirəm:
Belə yuxudan oyanmada iş qabiliyyəti yüksəlir, orqanizm möhkəmlənir və iradə qüvvəsi artır. Axı isti yataqdan qalxıb soyuq duş qəbul etmək hər adamın hünəri deyil. Bu, orqanizmə çox xeyirlidir. Bizim damarlarımız əvvəlcə birdən sıxılır, sonra birdən genişlənir, deməli, baş ağrıları, başgicəllənmələri və təzyiq bizim üçün qorxulu deyil. Amma yataqdan birdən qalxmaq ziyandır. Orqanizm hələ tam oyanmamış stress keçirir. Əgər belə üsulla oyanmağa alışmısınızsa, onda siz həyatı mübarizəyə çevirən adamsınız. Siz hadisələrin mərkəzində olmağa can atırsınız. Ola bilsin ki, hər şeyi dramlaşdırmağı sevirsiniz və ətrafınızdakı atmosfer tez-tez alışıb yanır.

Go Back

Xəttimiz xarakterimiz barədə nə deyir?

Əgər sizin əlinizə şey deyə bilərsizi maraqlandıran şəxsin “əl yazısı” düşübsə, demək şəxsi eksperimentinizə başlaya bilərsiniz. Elektron poçtun yaranması ilə biz daha çox elektron məktublar göndəririk. Amma buna baxmayaraq əlinizə yazılı məktub düşən kimi onu götür-qoy edin.

Elektron poçtun yaranması ilə biz daha çox elektron məktublar göndəririk. Amma buna baxmayaraq əlinizə yazılı məktub düşən kimi onu götür-qoy edin. Faktiki olaraq kağızda yazıya baxıb, onun müəllifi haqqında çox şey öyrənmək olar!

Əgər sizin əlinizə sizi maraqlandıran şəxsin “əl yazısı” düşübsə,demək şəxsi eksperimentinizə başlaya bilərsiz.

Boşluqlar

Boşluqlar solda buraxılıbsa, demək müəllif ehtiyatllığı, hətta xırdaçılığı ilə fərqlənir. Belə ki, solda sahə daraldıqca, xəsislik xarakteri artır. Geniş sahələr aktiv və geniş ürəkli adamlar tərəfindən buraxılır.

Sahələr çox genişdir?  Bu alicənablığa , pafosa, dəbdəbəyə işarədir.

Sətrin istiqaməti

Xəttin düz istiqamətdə yazılması həmin adamın adekvat,  səliqəli, həqiqətən öz imkanlarını qiymətləndirmək bacarığına malik bir şəxs olduğunu göstərir.

Xəttin yuxarı istiqamətdə yazılması həmin şəxsin özü haqqında yüksək fikirdə olduğuna işarədir. O, həm də nikbin ruhlu insandır.

Xəttin aşağı istiqamətdə yazılması pessimistlər üçün səciyyəvidir. Belə insanlarda özünü qiymətləndirmə aşağı səviyyədə olur.

“Dalğayabənzər” xəttlər avantürizmə meyllilik, yalan danışma məharəti ilə xarakterizə olunur.

Səliqəsiz xətt əhval-ruhiyyənin daimi dəyişkənliyini vurğulayır.

Qələmi bərk basaraq yazmaq

Basmaq adi mürəkkəbli qələmlərin sahibləri üçün səciyyəvi deyildir. Əgər mətn qu tükü ilə yazılıbsa, dəqiq söz demək mümkündür.

Qələmi basaraq yazanlar adama yovuşan, aydın məqsədli və enerjili insanlardır. Belə insanlar əmək sevərdirlər.

Yüngül basma romantik, böyük maraq dairəsi olan adamlar üçün tipikdir.

Hərflərin ardıcıllığı

Bütün hərflər birləşibsə belə xəttin sahibləri adətən düzgün, təşəbbüskar, məntiqi düşüncəyə üstünlük verən insanlardır. Əgər hərflər birləşməyibsə , ehtimal ki, belə şəxsdə obrazlı düşünmə üstünlük təşkil edir, intuisiya yaxşı inkişaf edib, zəngin daxili dünyası var.

Hərflərin istiqaməti

Hərflərin azacıq sola meyilli olması şəxsin öz maraqlarını kütlənin maraqlarından üstün tutmasını bildirir. Həmçinin belə insanlar tənqidi fikir söyləməyi xoşlayırlar.

Hərflərin sola meyilli olması sahibinin “İki nöqteyi-nəzər var,səhv və mənim “fikrinin daşıyıcısı olduğuna işarədir.

Hərflərin azacıq sağa meylliliyi kifayət qədər tez-tez müşahidə olunur, bu şəxsin məktəbdə çalışqan şagird olmasını göstərir.

Hərflərin sağa meyilliliyi konkret məqsəd və sabitlikdən danışır. Əgər həyatınızdakı kişi belə yazırsa, ehtiyatlı olun! Ehtimal ki, o,  tez sevən və qısqancdır.

Şaquli xətt (meyilsiz) fikrini 100 dəfə ölçüb-biçənlərə xarakterikdir.

Hərflərin ölçüsu

Böyük hərflər ( 3 mm-dən çox)- belə xəttin sahibi asanlıqla mühitə adapdasiya olan, emosional, kollektivlə tez dil tapan,bir qayda olaraq, lider şəxslərdir.

Orta hərflər(təxminən 3 mm) –buna daha çox təsadüf olunur. Belə insanlar heç bir gizli işi olmayanlar sırasındadırlar.

Kiçik hərflər (2 mm-dən az)-böyük səbrə, ehtiyyata, məqsədyönlü insanlara xasdır.

Yadda saxlamaq vacibdir ki, əsl informasiyanı 25-45 yaş arası insanların xəttindən almaq olur.

Gültac Bayramova

Bakı Qızlar Universitetinin Psixologiya fakültəsinin 4-cü kurs tələbəsi

pcc.az

Go Back

Sosial səviyyənizi ölçün

1. İnsanlarla ünsiyyətdən zövq alırsınızmı?
a- Bəli, çox hallarda
b- Bəli, az hallarda
c- Xeyr, qətiyyən

2. Sakitliyi sevirsinizmi?
a- Bəli
b- Az hallarda
c- Xeyr

3. Prosesə diqqət edirsiniz yoxsa ancaq nəticəyə?
a- Əsasən prosesə
b- Bəzən prosesə
c- Nəticəyə

4. Fədakarlıq etməyi bacarırsınızmı?
a- Bəli
b- Hərdən
c- Xeyr

5. Böyük maddi məsuliyyət götürməyi sevirsinizmi?
a- Xeyr
b- Bəzən
c- Bəli

6. İnsanların səhvini tezliklə bağışlaya bilirsinizmi?
a- Bəli
b- Çalışıram
c- Xeyr

7. Elmi və  müzakirə xarakterli toplantıları sevirsinizmi?
a- Bəli
b- Bəzən
c- Xeyr

8. Kitab oxumağa meyllisinizmi?
a- Bəli
b- Az hallarda
c- Xeyr

9. Özünüzü başqalarıyla tez-tez müqayisə edirsinizmi?
a- Xeyr
b- Bəzən
c- Bəli

10. İzah etmək prosesindən həzz alırsınızmı?
a- Bəli
b- Hərdən
c- Xeyr

Testin nəticəsinə görə sinifləndirmə:

1- Əgər sizdə “A” bəndlərinin sayı çoxdursa, deməli siz xoşməramlı, psixoloji vəziyyəti yerində olan, səbirli, əxlaqlı və aram insansınız. Gələcəkdə siz gözəl həyat yoldaşı və düzgün valideyn ola bilərsiniz. Peşə olaraq əsasən pedaqoji fəaliyyət, psixologiya və sosiologiya həmçinin qeyri-kommersiya fəaliyyətli müəssisələrdə təşkilatçı və koordinator olaraq yüksək nailiyyət əldə edə bilərsiniz. Təbii ki, bu xüsusiyyətləri müsbətə doğru inkişaf etdirməlisiniz.

2- Əgər sizdə “B” bəndlərinin sayı çoxdursa, “A” və “C” kateqoriyasına yaxınlığı yoxlayın. Əgər “A” bəndlərinin sayına yaxındırsa ( məsələn, “B” cavablarınız  6 ədəd, “A” cavablarınız 3  ədəd, “C” cavablarınız 1 ədəddirsə) siz də “A” kateqoriyasının yuxarıda saydığımız xüsusiyyətlərinə( pedaqoji fəaliyyət, səbirli olmaq və s.)  yaxınsınız. Sadəcə olaraq öz üzərinizdə çox işləməlisiniz ki, bu xüsusiyyətləri vərdiş halına çevirəsiniz. Yəni sizdə baza mövcuddur, amma tənbəllik onu üstələmişdir.

3- Əgər sizdə “C” bəndlərinin sayı çoxdursa, siz səbirsiz, maddi ölçülərə çox əhəmiyyət verən, çevrənizdəki insanların mütəmadi qəlbini qıran, başqalarının uğurlarına çox vaxt sevinməyən, həyatdan tez-tez  şikayətçi olan, soyuq, küsəyən, özünü sevən və təkəbbürlü insansınız. Maddi uğurlarınızın çox olması labüddür. Mənəvi məsələlərə az əhəmiyyət verirsiniz.
Sizə tövsiyəmiz özünüzlə baş-başa qalıb zaman ayırmaq, yaradılış və yaşayış barədə düşünmək, mənəvi psixoloji mövzularda mütaliə etmək, videolar izləmək və əlaqədar fəaliyyətlərdir. 

​allmag.az

Go Back

İmzanı at, kim olduğunu deyim

                        

Şəxsin imzasına baxıb onun necə insan olduğunu demək olar


İnsanı tanımağın müxtəlif yolları var. Bunlardan biri də imzaya baxmaqla insanın xasiyyətini müəyyənləşdirməkdir. Mütəxəssislərin fikrincə, bircə dəfə şəxsin imzasına baxıb onun necə insan olduğunu demək olar.

Psixoloq Günay Xəlilova bildirir ki, insanı sənədi imzalamaq qaydasına görə tanımaq olar: "Hər kəs sənədə fərqli qol çəkir. Bəzilərinin imzası kiçik hərflərdən ibarətdir və yığcam olur, bəzilərinki isə az qala vərəqin yarısını tutur. Birinin imzasının hərfləri sıx, digərinki aralı yerləşir. Bütün bunlar hər birimizin nə qədər fərqli olduğunu göstərir.

Əksəriyyətin hələ məktəb dövründən imzalamağı öyrəndiyini deyən həmsöhbətimizə görə, bu zaman bəziləri məşq edərək bir neçə imza dəyişir: "Elə uşaqlar olur ki, iki-üç cür qol çəkirlər".

İmza hər insanın həyatında xüsusi rol oynayır. Hələ uşaq və yeniyetmə olarkən anlayırıq ki, imza bizim bir növ "üzümüz"dür: "Uşaqlarda tez-tez belə də hallar olur ki, imzanı özləri fikirləşmir, ata-anasının, böyük bacı-qardaşının, imzası onların fikrincə qəşəng görünən digər həmyaşıdların imzasına oxşadır. Heç də hamının imzası uğurlu alınmır. Bəzi insanlar ömrünün axırlarına qədər imzalarından narazı qalırlar. Elə də tip insanlar var ki, imzanı özləri fikirləşə bilmir. Onların əvəzlərinə valideynləri, müəllimə, dostları imzalamağı öyrədir".

G.Xəlilova bildirib ki, imzanı fikirləşərkən bəziləri onun yalnız quruluşuna, bəzilərisə nəyi əks etdirməsinə diqqət verir: "İmzanın kim tərəfindən düşünülməsindən asılı olmayaraq, insan imzanı özünəməxsus şəkildə çəkir və zaman keçdikcə özünküləşdirir. Zamanla insanın xasiyyəti dəyişdikcə, imzanı çəkmək tərzi də dəyişir".

İmza çəkənin nə cür insan olduğunu bilmək istəyirsizsə, hərflərin istiqamətinə nəzər salın: "İmzanın aşağıya doğru yönəlməsi şəxsin pessimist olmasını göstərir. Belə insanlar həyatlarından daim narazı qalır, nadir hallarda özlərini tam xoşbəxt hiss edirlər. Bu cür imza çəkənlərdə spirtli içkilərə və narkotik maddələrə meyl də müşahidə oluna bilər. İmzanın yuxarıya doğru yönəlməsi insanın şən, optimist, bir çox hallarda məqsədyönlü olmasını göstərir".

İmzaların uzunluğu da fərqlidir. Əgər imza uzanırsa, deməli, sahibi baş verənlərin məğzini təhlil etməyə meyllidir, amma onlar xırdalıqlara görə belə problem və ya konflikt yaradır. Öz davranışları ilə bəzi hallarda insanları bezdirə də bilərlər. İmza nə qədər uzundursa, bu xüsusiyyətlər bir o qədər özünü qabarıq göstərir. İmza qısadırsa, şəxs hər şeyə tez reaksiya verir, məsələnin məğzini dərhal başa düşür.

İmzanın yazılış qaydasına diqqət yetirdikdə, bəzilərin hərfləri yumru, bəzilərinin iti yazdığının şahidi olarıq. Psixoloq bildirir ki, əgər şəxs hərfləri yumru yazırsa, deməli hisslərini cilovlaya bilir, mehriban və qayğıkeşdir. İti, küncvari hərflərlə qol çəkənlərsə, əsəbi və səbirsizdilər. "Özlərini sərbəst hiss etmək istəyir, özlərini asılı hiss etməkdən xoşlanmırlar. Tərs olmaları da onları fərqləndirən xüsusiyyətləridir".

İmzanın əvvəli intellektin hansı səviyyədə olduğunu, sonu isə fiziki məşğuliyyətlərə meylliliyi göstərir.

Hərflərin aralı olması insanın xeyirxahlığından xəbər verir. Lakin belə adamlar bədxərc də ola bilərlər. Hərfləri sıx yazanlarsa, qənaətcil, bəzən də çox xəsis olurlar. Hərflərin balaca olması şəxsin nə dərəcədə xəsis olduğunu göstərir: "İmzanın ilk hərfi digərlərinə nisbətən çox böyükdürsə, belə adamlar çətin olur. Onlar tələbkar və hər şeyi bəyənməyən olurlar. Birinci hərfi ölçüsünə görə o qədər də fərqlənməyənlərə isə çox şey lazım deyil. Onlar daha üzüyoladırlar".

İmzalarda hərflərdən başqa insanın öz təxəyyülünə əsaslanan və ya başqalarının imzalarından götürülən xətlər, hərfi xatırladan yazılar, nöqtələr də olur. Belə şeylərə imzalarda tez-tez rast gəlinir. Çox vaxt bu əlavələr imzanın gözəl görünməsi və ya fərqləndirilməsi üçün yazılır. Misal üçün, imzada hansısa təsviri görmək olursa, şəxs qeyri-adi və yaradıcı adamdır. İmzada yumrulanan (vergülü xatırladan) və sonra da dalğalanan əlavə insanın çox ehtiyatlı və tərs olduğunu göstərir. İmzalarda tez-tez müşahidə olunan dairələr isə insanın bir xətt üzrə hərəkət etdiyini bildirir. Onun fikirləri təkrarlanır. Bir neçə əlavələrin olması insanın həyatdan bacardıqca çox şey almaq istəyindən xəbər verir.

İmzada altdan xətt varsa, deməli, sahibi küsəyən və özünü sevəndir. İmzanın yuxarısında xəttin olması insanın qürurlu və şöhrətpərəst olduğunu göstərir. İmzada xətt yarıya bölünmüş şəkildə iki dəfə verilirsə, şəxs özündən narazıdır və özünəgüvən hissi aşağıdır. İmzaya baxdıqda onun adi olduğunu görürüksə, deməli, sahibi problem yaratmağı sevmir. Özündə məna daşıyan imzalarsa, sahibinin qeyri-adi və yaradıcı insan olduğunu göstərir.

Hərflər sol tərəf yönəlibsə, şəxs çətin və fərqli xasiyyətə malikdir. Özü bildiyi kimi hərəkət etməyi sevir. Sağ tərəfə yönəlməsi, insanın özü ilə harmoniyada olmasını, başqalarını başa düşməsini göstərir. İmzadakı hərflər düzdürsə, sahibi öz sözünün üstündə duran və özünə daim nəzarət edən, hisslərini cilovlayan şəxsdir. İmzanın hansı tərəfə yönəlməsi dəqiq bilinmirsə, belə insanla ehtiyatlı olmaq lazımdır. Belə ki, onlar yalançıdır və hər şeyi gizlədirlər. İmzada hərflər bir növ "uzanıbsa", şəxsin ciddi psixoloji problemləri var.

İmzanın sonluğunun uzunluğu isə insanın başqalarının fikrinə olan münasibətini göstərir. İmzanın sonluğu uzun olduqca insan başqalarının fikirlərinə daha həssas yanaşır. İmzasının sonluğu qısa olanlarsa, bu məsələdə laqeyddirlər. 

Ekspress.az

Go Back

İnsanı tanımaq istəyirsən? Onda onun yatış şəklinə fikir ver

İnsanı tanımaq istəyirsən? Onda onun yatış şəklinə fikir ver.
Yatmaq şəklimiz bizim ətraf aləmə olan münasibətimizi əks etdirir.
 
Psixoloqların sözlərinə görə, insan yuxuda öz davranışlarına nəzarət edə bilmir.
Əgər siz müəyyən bir pozada yatsanız belə, yuxudan mütləq xarakterinizi əks etdirən formada oyanacaqsınız. Son yuxu araşdırmasını britaniyalı alimlər aparıblar.
Professor Robert Fillipsin sözlərinə görə,6 əsas yuxu pozası var.
Onlardan ən çox yayılan embrion formasıdır.
 
Embrion
Ana bətnindəki kimi qıvrılaraq yatmaq insanın həssas bir qəlbə malik olduğunu göstərir. Belə yatan insanlar ilk görüşdə utancaq olsalar da qısa zamanda rahatlayırlar. Araşdırmalarda iştirak edən 1000 nəfərdən 41% bu şəkildə yatıb. Bu pozisiyada xüsusilə qadınlar daha çox yatırlar.
 
Dik yatış
Sol böyrü üstündə qollar yanda yatış formasıdır. Belə yatanlar rahat, qələbəliyə alışan, yadlara tez güvənən, sosial insanlar olurlar. Bütün bunlara baxmayaraq bəzən tez aldana bilirlər.
 
Yaşlı yatışı
Böyrü üstə, hər iki əli ya yastığın yanında, ya da çiyin səviyyəsində bükülən insanlar təbiiliyi sevirlər. Ancaq bəzən şüphəçi, hər şeyə ehtiyatla yaxınlaşa bilirlər. Fikirləri çətin dəyişir. Bir qərar verəndən sonra onu dəyişdirməyi heç sevmirlə.
 
Əsgər yatışı
Qollar rahat şəkildə yana salınmış, kürəyi üstə, ancaq başı sağa sola dönəcək şəkildə yatanlar sakit, ağzı bütöv olurlar. Lazımsız yerə danışıb, ortalığa təşviş salan insanlardan heç xoşları gəlmir.
 
Üzü üstə
Üzü üstə, ayaqlar aralı və düz, qolar yastığın üzərində qatlanmış formada, başını sağa sola çevirərək yatan insanlar toplu, kütləvi halda yaşamağı sevirlər. Bundan əlavə onlar əsəbi, narahat, asan inciyən insanlardırlar. Tənqid edilməyi sevmirlər.
 
Ulduz yatışı
Kürəyi üstə, qollar və ayaqlar açılmış, ulduzu xatırladan formada yatanlar yaxşı dost olurlar. Onlar hər zaman başqalarını dinləməyə və yardım etməyə hazırdırlar. Diqqət mərkəzində olmağı sevmirlər.
Sağlamlıq cəhətdən üzü üstə yatmaq həzmi pisləşdirir,dəniz ulduzu və əsgər forması xoruldama problemi yaradır, pis yatmağa səbəb olur.

 azadqadin.az

Go Back

Test: Sevgi ağacı

Bir neçə saniyə şəkilə baxıb fikirləşmədən ağacı seçin və izahları oxuyun.

Əgər siz ağac №1-i seçdinizsə:

Ağacın bu növünü güclü, cəsarətli və qətiyyətli, amma eyni zamanda romantik şəxsiyyətlər seçir. Ürəyinin dərinliyində onlar çox həssas olurlar. Siz, inadcıl, dözümlü, düşüncəlisiniz. Özünüzə inanırsınız, uyğunlaşma zamanı bir qədər çətinlik çəkirsiniz, amma asan bərpa olursunuz.
Əks cinslə münasibətlərdə – hiylə hissəsi sizə məxsusdur, amma xeyirxah hiylə, hansı ki, sizin münasibətləriniz inkişaf etdirəcək və yaxşılaşdıracaq.

Siz tez-tez münasibətlərdə təşəbbüsü öz üzərinizə götürürsünüz. Ailədə belə insanlar – etibarlı və yaradıcıdır. Siz heç vaxt icazə verməyəcəksiniz ki, məişət həyatı sizin ailənizdə yer alsın. Sizə qeyri-adi şəxsiyyətlər, peşəkar fəaliyyətdə – siyasətçilər, natiqlər, rejissorlar, menecerlər uyğun gələcək.

Əgər siz ağac №2-i seçdinizsə:

Ehtiyatlı, qənaətcillik və inad sizə daha çox məxsusdur. Siz yad fikirlərə məhəl qoymursunuz, tanınmış nüfuzlu insanlara etibar etmirsiniz. Sizin həyatda hədəfiniz var, hansını ki, siz qətiyyətlə müdafiə edirsiniz. Ola bilsin ki, siz həyəcanlanan, aktiv və səhlənkar xadimsiniz, buna görə sizdə məsuliyyət hissini inkişaf etdirmək lazımdır. Əks cinslə münasibətlərdə siz hansısa inkişaf planını yaratmağa və onu tədricən yerinə yetirməyə çalışırsınız. Sabit və möhkəm şəxsiyyətsiniz, amma emosiya sıçrayışlarıda – sizə məxsusdur. Sizə xeyirxah, güclü şəxsiyyət, bacarıqlı, sizin planlarınızda sizə düzəliş edəcək, dəstəkləyən və kömək edən bir insan uyğun gələcək. Sizə sabit şəxsiyyətlər, peşəkar fəaliyyətdə isə, mühasibat, bankir, lahiyələşdirmə, tikinti sferaları tutun insanlar tam sizə uyğundur.

Əgər siz ağac №3-ü seçdinizsə:

Siz çox zərif və yumşaq, romantika və estetikanı sevən bir insansınız. Siz başqalarının fikrinə qulaq asa bilərsiniz – amma sizin fikriniz daha üstündür.

Siz yumşaqsınız, ziddiyyətlərin kəskin bucaqlarını keçməyə və güzəştə getməyə çalışırsınız.
Münasibətlərdə – elə bir insan axtarın ki, sizi müdafiə edəcək və möhkəm divar olacaq. Siz sevgi və enerji ilə dolusunuz, hansı ki, bütün neqativ emosiyaları söndürür və dinclik gətirir. Sizə boksçular, silahlı qüvvələrdə və güc strukturlarına xidmət edən menecerlər uyğun gələcək.

Əgər siz ağac №4-ü seçdinizsə:

Siz – nizama, düzgünlüyə cəhd edən bir şəxsiyyətsiniz. Sizdə qaydaların ciddi yığımı var, hansılarla siz həyatınızı idarə edirsiniz. Siz münaqişəli deyilsiniz, amma istənilən vaxt müdafiə ola bilərsiniz.

Siz bütün qeyri-adi yenilikləri çox sevirsiniz. İnsanlarla münasibətlərinizi uzun müddətli əsasa və nəticə kimi tikməyə çalışırsınız – çox insanlarla əlverişli və uzun müddətli xeyirxah münasibətlərə (əlaqələrə) maliksiniz. Əks cinslə münasibətlərdə siz liderliyə cəhd edirsiniz, amma əgər buna çatmırsınızsa, onda yaxşı bərabər hüquqlu partnyor olursunuz. İstənilən şəxsiyyət sizə uyğun gələcək.

Əgər siz ağac №5-i seçdinizsə:

Siz – çox emosional və ekspressiv şəxsiyyətsiniz, hansı ki, tez alışır və tez sönür. Münasibətlərdə – siz ilk növbədə özünüzə diqqət cəlb etməyi, intriqa etməyi, qarşınızda ki insanı məxfiliyin duvağıyla sarımağa çalışırsınız. Sizdə münasibətlər həmişə hamar getmir, əks cinslə davalar tez-tez olur. Amma bəzən bu davalar yalnız münasibətləri bərkidir. İkinci yarı kimi sizə: sakit və tarazlaşdırılmış insanlar, incə psixoloji düşüncəylə, qeyri-mübahisəlilər, münaqişəli vəziyyətləri həll etməyi bacaran , peşəkar fəaliyyəti: hüquqşünaslar, vəkillər, hakimlər, diplomatlar, pilotlar uyğun gələcək.

xanim.net

Go Back

20 blog posts