Düşüncə Jurnalı

header photo

Üz ifadələrinə görə test

07-12-2014

Bu testdə cəmi 5 saniyə ərzində seçim etməlisiniz. Şəklə baxın və bu şirin üzlərdən hansı sizə daha çox yaxındırsa, həmin şəkli seçin. Testin cavabları olduqca maraqlıdır. Sizin necə bir insan olduğunuzu bu testdə biləcəksiniz. Buyurun, seçin və özünüz haqqında daha bir maraqlı məlumata sahib olun. Test 95% doğru çıxır.

Cavablar:
Şəkil 1: Doğru və mərhəmətli-Siz doğrusunuz. Sizin ətrafınızda olan insanlar çox rahatdır. Sizin ayağınız yüngüldür. Sizdə saxtalıq yoxdur, siz hər insanı dəyərləndirirsiniz. Siz həyatı sevirsiniz, hər şeydən məmnunsuzunz. Əgər siz gülümsəyirsinizsə və üzünüzdə təbəssüm varsa demək həqiqətən ürəkdən gülürsünüz və çox xoşbəxtsiniz. Dostlarınız sizin xeyirxaq qəlbinizi çox dəyələndirir və bu sizin üçün əsl komplimentdir.
Şəkil 2: Enerjili və uğurlu-Siz çox enerjilisiniz. Ətrafınızdakılar sizin xaotik insan olduğunuzu düşünür lakin bu sadəcə sizin çılğınlığınızın ifadəsidir. Siz məqsədyönlü və motivasiyayla dolusunuz. Siz uğur qazanmaq üçün yaranmısınız və hər zaman öz arzularınızın iziylə gedirsiniz. Siz çox məsuliyyətlə qərar qəbul edirsiniz. Sizin hər zaman başınızı söykəyə biləcəyiniz bir çiyniniz var.
Şəkil 3: Stabil və qapalı-Siz stabil insansınız. Kənarda siz xoşbəxt və şanslısınız. Daxildə isə qapalı birisiniz. Sizi başa düşmək bir az çətindir, amma yəqinki siz bunu qəsdən edirsiniz. Siz öz hisslərinizi göstərməməyə çalışırsınız. Siz kifayət qədər yetkin birisiniz və siz sadəcə almağı deyil verməyidə çox sevirsiniz. Cəmiyyət sizin üçün çox əhəmiyyətlidir. Siz ehtiyacı olanlara kömək əlinizi uzatmağı xoşlayırsınız.
Şəkil 4: Mülayim və anlayışlı-Siz çox mülayimsiniz. Sizin geniş dünyagörüşünüz var. Siz anlayışlısınız və bağışlamağı bacarırsınız. Siz ölçülü və sakit həyat tərzinə üstünlük verirsiniz. Siz səs küylü dünyanı heç sevmirsiniz.
Şəkil 5: Azğın və gözlənilməz-Siz vəhşi bir maşın kimisiniz. Siz həyatda kiçik bir motor kimisiniz ki, heç dayanmırsınız. Siz ideaların insanısınız. Hər zaman rəqabət içindəsiniz. Siz, sizə verilən nəyisə ciddi qəbul etmirsiniz.
Şəkil 6: Pozitiv-Siz çox pozitiv və xoş insansınız. Sizin kimi şən, gülərüz, mehriban optimist bir insanla maraqlanmamaq mümkün deyil. Siz dünyayla fəal maraqlanırsınız. Siz öz dostlarınızdan uzaq deyilsiniz. Siz hər zaman sevincli və xoşbəxt olursunuz, nadir hallarda ruhdan düşürsünüz. Sizin çox gözəl yumor hissiniz var və hər kəs sizin etdiyiniz zarafatlara gülür. Siz həyatdan zövq almağı bacaran insanları cəlb edirsiniz. Siz özünüzü sevinclə əhatə eləməyi çox sevirsiniz.
Şəkil 7: Şanslı empati-Siz başqasının dərdlərini başa düşənsiniz. Siz, təvazökar, düşüncəli və mehriban birisiniz.Sizə prespektivlər lazımdır. Siz bu dünyaya azda ols yaxşılıq gətirmək istəyirsiniz. Siz hər günü mənalı keçirməyə inanırsınız və buna cəhd edirsinz. Ola bilərki sizin dünyanı dəyişmək şansınız yoxdur amma insanların həyatını dəyişə bilərsiniz. Bu sizdə çox uğurlu alınır.
Şəkil 8: Ehtiraslı optimist-Siz ehtiraslı birisiniz. Sizə real sevgi lazımdır və siz narahat olursunuz ki, onu heç vaxt tapmayacaqsınız. Siz optimistsiniz və çox gözəl bir insansınız, ancaq sizin ürəyinizdə bir çox yaralar var. Siz insanlardan anlayış gözləyirsiniz və hər zaman belə insanların axtarışındasınız. Siz insanları bir ömür boyu başdan çıxarırsınız. İnsanlarla davranışınızda olduqca sadə olmağa çalışırsınız. Onsuzda həyat mürəkkəb bir zarafatdır.
Şəkil 9: Müdrik və açıq-Siz müdrik insansınız.Siz yaxşı kitabları oxumağı çox sevirsiniz. Siz yad ölkələrdə gəzməyi çox sevirsiniz. Siz dərin fikirli və çevik insansınız. Siz yeni ideyalar və dəyişimlər üçün hər zaman açıqsınız. Siz layiqli və vicdanlı insansınız. Sizin üçün ən mühim şey-özünüzə sadiq qalmaqdır. Siz ağıllı, aşıq fikirli və çox müstəqil birisiniz. Siz bir çox hərəkətinizlə fəxr edirsiniz amma bunu heç vaxt biruzə vermirsiniz.
qadin.net

Go Back

Sorğu göndər