Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Qadın Olmaq"

GÖZLƏMƏDİYİMİZ GÖZLƏNTİLƏRİMİZ - FATİMƏXANIM QASIMOVA

17-03-2016

Bəli, düz oxudunuz. Gözləmədiyimiz gözləntilərimiz. Nədir? Necə olur? -tipli suallar keçir bəlkə də könlünüzdən. Ayrı-ayrılıqda yanaşsaq, bu birləşməni başa düşəcəyik. Gözləmək və gözləntilər haqda danışacağam. İlk növbədə onlara hansı tərzdə yanaşmalıyıq? , biz nə edə bilərik? , bugünə qədər nə etmişik? , özümüzdən asılı özümüzdən asılı özümüzlə bağlı hansı gözləntilərimiz var? , bunu etmənin xüsusi formulu varmı? , nə etməyə qadirik? , heç bu suallar haqda düşünmüşük? , bir dəqiqə belə düşünsək nəsə əldə edə bilərikmi?

Hər bir insanın həyatında bir dəfə də olsa gözləmədiyi gözləntisi olur. Bu haqda biraz sonra danışacağam. İndi isə özümü təqdim edim. Mən Qasımova Fatiməxanım, BDU Sosial Elmlər və Psixologiya (SEP) fakültəsinin III kurs tələbəsiyəm. Tələbəlik fəaliyyətimdən əlavə, psixoloji və digər mövzularda bədii əsərlər oxumağa üstünlük verir, psixoloji təlim və seminarlarda iştirak etməklə, ixtisasımda bir mütəxəssis olmağı düşünürəm. İndi isə keçək mövzumuza.

Gözləmək və gözləntilər. İnsan fərd kimi doğulur, sosial mühitdə inkişaf edib formalaşır. Hər birimiz ilk olaraq ailədə başlayırıq ünsiyyətə, yəni ilk sosial mühitimiz ailə olaraq qiymətləndirilir.Valideynlərimiz bizləri cəmiyyətə, dövlətə nümunəvi bir şəxs kimi yetişdirirlər. İnsan daim inkişaf edir, öyrənir, sosiallaşır. Sosiallaşma- ətraf mühitlə qarşılıqlı əlaqədə, təmasda olmaqdır. Ətraf mühit insanın şəxsiyyətinin formalaşmasında çox böyük təsirə malikdir. Hər bir insan övladında “ özünəinam”  formalaşdırılmalıdır. Bu çox vacib məsələlərdəndir. Çünki, özünəinam insanın şəxsi inkişafı , cəmiyyətdə mövqe tutması üçün olduqca əhəmiyyətlidir. İnsan daim öz üzərində çalışmalı, qarşısında olan maneələrdən qorxmamalıdır. Hər birimiz, necə deyərlər, bir qayda olaraq həyatımızda maneələr törədən insanlara təşəkkür etməliyik. Çünki, qazanılan hər bir uğur maneədən sonrakı mərhələ gəlinən bir addımdır.

Maneələr bizə stimul verməli, ondan aldığımız güclə, böyük həvəslə yeni işimizə bağlanmalıyıq. Qonşu dövlətimiz olan Türkiyədə fərdi inkişafla bağlı araşdırma aparan Ahmet Şerif İzgören qeyd edir: “..Hər bir insanın həyatında A və B nöqtəsi vardır. A nöqtəsi bizim universitet dövrü, B nöqtəsi isə iş həyatıdır. Heç bir halda mümkün deyil ki, A-dan B-yə düz xətlə gedəsiniz. Müəyyən müddət qalxacaqsınız, maneələr olacaq enəcəksiniz, eniş-yoxuşlardan, həyatın sərt və yumşaq üzündən keçəcəksiniz və nəhayət özünüzü B nöqtəsində tapacaqsınız..”

Sizə bir yaxınımdan danışmaq istəyirəm. İnsan həm iradəli, həm özünəinamlı olmalı, qarşısındakı maneələrin öhdəsindən gəlməyi bacarmalıdır. Təbii ki, maneələri aşmaqda ən yaxın köməkçimiz, dayağımız valideynlərimizdir. Haqqında danışdığım şəxsə isə valideynləri tərəfindən elə də kömək gəlmirdi. Demək olar ki, anası tərəfindən dəstəklənirdi. Atası isə istər mənəvi, istərsə də maddi baxımdan qızına kömək edəcək halda deyildi- spirtli içki aludəçisi idi. Buna baxmayaraq həmin qızda özünəinam, iradə hissi güclü inkişaf etdirilmişdir anası tərəfindən. Qız oxumalı, təhsil almalı  olduğunu çox gözəl başa düşürdü və bununla da özünün gələcək məqsəd və hədəf anlayışlarını da dərk etmiş, üzərində daim çalışmışdı. İllər keçdi, məktəbi bitirdi, ali məktəbə qəbul oldu. Əhatə dairəsi daha da genişləndi, böyüdü. Ailə həyatı qurdu. İşləriylə əlaqədar ailəvi olaraq xarici ölkələrə səfərlər edildi. Lakin gözlənilmədən həyat sərt küləyini əsdirdi, dostu, sirdaşı, can yoldaşını ondan birdəfəlik alaraq, qayıtması mümkün olmayan çox uzaqlara apardı... Bəzən qələm də artıq yazmaq istəmir...  Çox uzun yazmayacam... Sadəcə son olaraq söyləmək istəyirəm ki, hal-hazırda həmin xanım dünyanın, o cümlədən Fransanın məşhur universiteti olan Sarbon universitetinin fəxri doktorudur.  Bəli, həyatın sərt küləklərinə baxmayaraq, o küləklərə inad olaraq inam, iradə hissi, inadkarlıq olmalı və ya yaradılmalıdır.

İnsanın həyatda gözləmədiyi gözləntiləri olur. Gözləmədiyimiz gözləntilərə iki baxımdan aydınlıq gətirmək istərdim:

1) İnsanın daxilində yatan gücləri vardır. Hansı ki, özü bilsə təəccüblənər. Çünki, bu güclərə sahib olduğunu ağlından belə keçirməz. Bu gücləri oyandırıb hərəkətə keçirə bilən insanın həyatında böyük bir dəyişiklik var.

Belə bir deyim mövcuddur ki, insan öz daxili sirlərini bilsəydi nə xoşbəxtliyi, nə sülhü, nə də içindəki işığı kənarda axtarardı..

2) Gözləmədiyimiz gözləntilər-insan inkişaf edib formalaşdıqca potensial deyilən bir anlayış var ki, onu qəbul edir. Bilik və intellektual bazanın olması potensiyalın yaradılması üçün əhəmiyyət kəsb edir. İnsan öz patensiyalını bildikdə nəyə qabil olduğunu da anlayır. Özündən müxtəlif gözləntilər formalaşdırır. Arzular, istəklər yaradır, təhsilində, karyerasında inkişaf etmək üçün yola düzəlir. Bu yol ona asan olmasa belə, ən azından gedib çıxacağı yeri tanıyır. Sonu şərəflə başa vuracağını bilir. Belə bir deyim də mövcuddur ki, əgər getdiyin yolun sonunu bilmirsənsə o yolu getməyin mənası yoxdur.

Gözləmədiyi gözləntiləri həyata keçirmək üçün insanda xüsusi psixoloji həvəs, istək yardılmalıdır.

Platonun özünəinamla bağlı belə bir fikri var ki, insan gərək istədiyini ürəklə etsin. Bax o zaman arzu olunan reallaşa bilər. Platonla bağlı belə bir hadisə nəql olunur:

“ Bir gün bir nəfər Platonun yanına gəlib söyləyir: Mən də sənin kimi müdrik olmaq istəyirəm. Platon oğlanla birgə çay sahilinə gəlir , oğlanın başını suyun dərinliklərinə qədər salır. Oğlan azad olduqdan sonra Platon belə bir sualla oğlana müraciət edir:  Başın suda olarkən ən çox nə istəyirdin? Oğlan təbii ki sudan azad olub nəfəs almaq,-deyə cavab verir. Platon mən də müdrik olmağı elə istəmişəm,- söyləyir.”  Hər hansısa işi icra edərkən istəmək yetərli olmur bəzən. Gərək daxilən, ürəklə,  xüsusi bir yanğıyla bağlanasan istəyinə.

...ve son olaraq... Yaşından, cinsindən, milli mənsubiyyətindən, sosial təbəqəsindən, dilindən, dinindən, irqindən asılı olmayaraq hər birimizin gözləmədiyimiz gözləntilərimiz vardır. Bəlkə sizlərə qəribə gələ bilər, amma söyləməliyəm ki bu gün-14.01.2016 tarixində məqalə yazmağımın özü belə gözləmədiyim gözləntilər sırasındaydı. Bu gözləntilər hər bir insanda müxtəlif formada ola bilər. Çünki, gözləmədiyimiz gözləntilərimiz insanların məqsəd və hədəflərinə, arzu ,istəklərinə uyğun olaraq həyata keçirilir..

Hər birinizə gözləmədiyiniz gzləntilərinizi həyata keçirməkdə uğurlar arzu edirəm. Bu uğurları həyata keçirmək üçün bir yola düzəlirik.. Çantamıza özünəinamınızı, iradə və məsuliyyət hissini, inadkarlığımızı qoymağı unutmayaq...

 

 

QASIMOVA FATİMƏXANIM

BDU SEP TSPX  III kurs

 

 

 

 

 

 

 

 

 

 

 

 

Go Back

Qadın olmaq kəlməsinin içərisində çox bir güc var - AYNUR BİNNƏTOVA

17-03-2016

Qadın olmaq kəlməsinin içərisində çox bir güc var. Mən bu mövzuya bir az fərqli tərəfdə baxmaq istərdim.

        Geçmişə qayıtsaq əgər Müqəddəs kitabda İbrahim peyğəmbər və həyat yoldaşıd Saraya baxsaq onları övladları olmurdu. Amma qoca yaşlarında İbrahimin övladı oldu. Burda əsas məsələ Saranın həyat yoldaşına göstərdiyi sadiqliyidi,dözümüdü.

        Tanrı kişidən fərqli olaraq qadını daha dözümlü yaradıb.Daha özəl yaratdı.Ona güc verdi övladını dünyaya gətirsin incə və güclü əllər verdi ki övladını başında tutsun böyük ürək verdi hər bir cətinliyə dözsün cıxış yolu tapsın.Qadını güclü yaratdı hər düşdüyündə özü qalıxsın deyə.Kəlimələr yetməz ki qadını necə bir güzəl varlıq olduqunu anlatmaqa.Qadın həm səbəsiz yerə ağlıyar və gülər.

        Qadın Anadır. Analar isə bütün dünyanın yükünü daşımağa qadırdilər.Ana olmaq qadın olmaq dünyaya gələn hər bir qız övladını haqqıdır.Hətta uşağ olarkən belə qız övladları öz kuklalarına Analıq edir.Qayğısını cekır bax budu qadın olmaq Ana olmaq.Sonunda mən sizə bir şer yazmaq istərdim

 

Мама
Берегите маму берегите
Она у нас одна 
И любите ее вы любите
Она все для нас отдала 
Ее слез никто не видел 
Это тайн скрывают года
Переживает за каждого в жизни
И уже седая он

                                                       Binnətova  Aynur

                                                                                                                                                                                                                                                           

Go Back

Tanrı kişiyə ol, qadına isə var ol dedi - NİGAR RƏHİMLİ

17-03-2016

Son vaxtlar həyatımda qəribə dəyişimlər baş verirdi. Keçmişə baxıb illər əvvəl çıxdığım yola nəzər saldım. Əlbəttə ki, bu məqalə mənim həyat yolum haqqında deyil. Mən sadəcə öz timsalımda qadın haqqında yazmaq istəyirəm. 17 yaşımda qarşıma qoyduğum məqsədə nail olmağıma bəlkə də az qalıb. Bu mənada mən özümü xoşbəxt xanım hesab edə bilərəm. Qazandığım bütün uğurları isə yalnız özümə borcluyam.

Mən 4 il ərzində bəlkə də hər kəsin bacara bilmədiyi uğurları əldə etdim. 17 avqust 2012 ci il ... Uğurlarımın başlanğıcı həmin gün idi. Həmin gün mən Psixologiya ixtisasına qəbul olduğumu öyrənmişdim və o gün qarşıma məqsəd qoymuşdum.

Qadın gücü , qadın zəkası hər zaman üstün olub. Amma bunu ailəmə sübut etməli idim. Qız olsam da öz gücümə həyatımı gözəlləşdirə biləcəyimi göstərməli idim. Çünki mən də bir çox qızlar kimi "niyə?" sualına "çünki sən qızsan." cümləsi ilə cavab almaqdan bezmişdim. Mən hər zaman daha çox görmək, daha çox öyrənmək istəyirdim. Bəzən valideynlərim mənə birbaşa olmasa da dolayısı yolla qadağalar qoyur, mənlə hədəflərim arasına sədd çəkirdilər. Buna görə çox üzülsəm də heç vaxt məqsədimi unutmur və davam edirdim. Onlar mənim istəklərimə qarşı çıxdıqca mən öz arzularıma daha çox bağlanırdım. Bəlkə də hər zaman uğur qazanmaq arzusu uşaqlıqdan bəri içimdə böyüyən qəzəbin biruzə şəkli idi.

Çox sevdiyim bir kitabda yazılmışdı: "...Bütün imkanlarını bir nöqtəyə qoymağa hazır deyilsənsə oyuna girmə. Bu hündür bir tramplindən suya tullanmaq kimidir. Əgər qorxub geri  qayıdacaqsansa yaxşısı tramplinə qalxma."

Artıq sentyabr ayı idi və mən fərqlənməyə başlamışdım. Mən dayanmadan öyrənirdim. Universitetdə keçirilən dərslərlə heç vaxt kifayətlənmirdim. Mən inadkar idim. Mən Bir çoxlarına qeyri mümkün kimi gələn işlərin öhdəsindən gəlirdim. Var gücümlə çalışırdım. Bu məni uğura aparacaqdı.

Mən 1-ci kursda ilk öncə qrup sədri, daha sonra universitetin nəznində yaradılmış sosial şəbəkəkər üzrə iş departamentinin sədri seçildim. 2-ci kursda isə artıq fakültə sədri idim. 19 yaşında universitetin bir işçisi olmaq böyük uğur idi. Təsəvvür edin ki, 19 yaşınız var və siz universitetə ayaq basanda bütün tələbələr, ən siravi işçidən tutmuş rektor müavininə qədər hər kəs sizə salam verir və sizdən yaşca böyük tələbələr belə sizi görəndə ayağa qalxırlar. Siz bəlkə də hər həftə diplom , sertifikat , fəxri fərman və ya təşəkkürnamə alırsız. Bunlar doğrudan da gözəl hisslər idi. Mən artıq 4-cü kurs tələbəsiyəm və ixtisasım üzrə magistraturaya hazırlaşıram. Eyni zamanda bir psixoloji mərkəzin könüllü işçisi, bir sıra təşkilatların fəal üzvüyəm. Əminəm ki, həyatımın sonrakı illərində də uğur qazanmağa davam edəcəm.

Mən bu illər ərzində heç bir işdə heç kimdən kömək istəmədim. Çünki bunu mən özüm bacarmalı idim. Məni zəif bilən tanışlarıma nələrə qadir olduğumu göstərməli idim. Mən uğura gedən bu yolda kimlərdənsə kömək istəyə bilərdim. Amma bu mənim uğurum olmazdı. Bunu mən özüm bacarmalı idim.

Qadın olmaq çox çətin və gözəldir. Bəlkə də elə çətin olduğu üçün gözəldir. Əslində hər bir insan öz həyatını hansısa bir qadına borcludur. Çünki bu həyatda hər kəs bir ananın övladıdır.

Qadın ana deməkdir, qadın qayğı deməkdir, qadın sevgi deməkdir... Təəssüf ki, dövrümüzdə bəzən qadınlara qarşı bəzi haqsızlıqların şahidi oluruq. Ailələrdə qadınların hüquqları pozulur, azadlıqları əllərindən alınır. Bunun kökü isə savadsızlığa gedir. Savadlı qadın hər yerdə öz hüquqlarını qorumağı bacarır.

Tanrı kişiyə ol, qadına isə var ol dedi... Bu deyimin gerçəkliyə nə dərəcə uyğun olduğunu bilməsəm də qadının dinimizdə nə qədər müqəddəs sayıldığını bilirəm. Peyğəmbərimiz dəfələrlə qız övladlarının dəyərindən söz açaraq söyləmişdir ki, "övladlarınız arasında fərq qoymayın əgər fərq qoymaq lazım gəlsəydi mən qızları üstün tutardım".

Bəli, biz bu gün qız övladı evə gələrkən ayağa qalxan bir peyğəmbərin təbliğ etdiyi dinin nümayəndələriyik. Bəs görəsən qız övladlarına qoyulan qadağalar, ayrı seçkilik bunlar hamısı nəyin səbəbidir? Əsrlər boyu qoruyub saxlamağa çalışdığımız amma nə olduğunu tam dərk edə bilmədiyimiz mentalitet, yoxsa cahillik? Biz nə tez unutduq Osmanlı imperatorluğundakı qadınlar səltənəti (1540-1656) dövrünü? Bəli, vaxt gəldi əsrlərlə kişilərin rəhbərlik etdiyi qocaman bir imperatorluq qadınlar tərəfindən idarə olunmağa başladı. Məncə elə çəkdiyim bu misal bütün sualları cavablandırır. Bu Türk qadının gücüdür. Bu bizim gücümüzdür.

Atatürkün də dediyi kimi yer üzərində gördüyümüz hər şey qadının əsəridir.

Hətta biz özümüz də hansısa qadının əsəriyik.

Qadın olmaq ana olmaqdır. Qadının ana olması təbiətin ona bəxş etdiyi ən böyük xoşbəxtlikdir.

9 ay boyunca ana ilə körpə arasında bir bağ yaranır. Doğumda və doğum sonrasında isə hormonal dəyişikliklər səbəbiylə “sevgi hormonu” adlanan oksitosin hormonunun təsirilə yoğun həzz duyğusu yaranar. Bu hormon anaya doğumda güc verir və ona ağrı hiss etməsinə baxmayaraq körpəsini gördüyü an qeyri-adi bir bağlılıq, sevgi hiss etməsinə səbəb olur.

Analarımızdan “Ana olduqdan sonra anlayarsan” sözünü hamımız eşitmişik və doğrudan da hər qadın ana olduqdan sonra həyatının dəyişdiyindən, bunun dünyadakı ən gözəl duyğulardan biri olduğundan bəhs edir. Nə olursa olsun “analıq” duyğusu insan həyatında çox özəl, fədakarlıq və məsuliyyət tələb edən güclü bir duyğudur

Qadının həyata keçirdiyi gözəllikləri görüb təəccüblənməmək mümkün deyil. Məhz buna görə də biz qadına hörmət etməliyik. Böyük təəssüflə qeyd etməliyəm ki, hələ də bəzi ərazilərdə keçmiş adət-ənənələrin qorunması məqsədi ilə qızların təhsil almasına qarşı çıxılır, onların imkanları məhdudlaşdırılır. Bu cahilliyə "dur!" deməyin vaxtı çoxdan gəlib. Nə qədər ki, insanlar bu düşüncə tərzini dəyişməyəcək biz heç nəyə nail ola bilməyəcəyik. Qadınların xoşbəxt olmadığı bir bölgədə inkişafdan söz gedə bilməz.

Gəlin, bir olaq qadınlarımızın xoşbəxtliyi üçün calışaq!

 

Rəhimli Nigar

 

Go Back

Sadəcə ona toxunanda titrəyən əllərimi xatırlayıram - NƏZRİN RÜSTƏMOVA

17-03-2016

O gün mənim doğum günüm idi.Bəlkə də doğulduğu günün gəlməsini istəməyən yeganə insan mən olmuşam deyə fikirləşirdim hərdən.Səbəsiz deyildi həyəcanım.18 yaşım tamam olacaqdı.Yetkinlik yaşıma çatdığımdan qaldığım uşaq evindən ayrılmalı idim.Üzüntümün dərinliyindən Tanrının məni yaşadığımız həyatdan öncə mövcud olmuş dünyadan günahlarımın cəzası kimi qadın yaradıb bu dünyaya göndərdiyini düşünmüşdüm.18 yaşlı kimsəsiz bir qızcığazın əlindən tək başına nə gələ bilərdiki?Yaşadıqlarım həyata olan kinimi daha da artırırdı.

Ata və anamın kim olduğunu bilmirdim.Deyilənə görə,məni bir qoca kişi zibil yeşiklərinin yanından tapıb uşaq evinə təhvil vermişdi.Ailəm haqqında başqa heç bir məlumatım yox idi.

Uşaq evindən artıq ayrılma vaxtım yetişmişdi.18 il yaşadığım və mənə qucaq açan bir ocaqdan bir dəfəlik gedəcək olmaq,əsasda hara gedəcəyimi bilməmək canımı acıdırdı.Uşaqları və bizə ana əvəzi olan müəllimələrimi  çox sevirdim.Xüsusilə də Sevil xanımı.Mənim üçün çox çətin idi illərin münasibətini bir gedişlə unutdurmaq.Kollektivimizin hər biriylə görüşdükdən sonra içəri otağa keçib onunla vidalaşmağa getdim.Bilirdim,arxamda qoyub getdiyim bir tək o,məni ömürlük incidəcəkdi.Bir daha heç vaxt görməyəcəkmiş kimi baxırdım ona.Mən onu tərk edirdim.Mən həyatımın bir parçasını o evdə qoyub gedəcəkdim.Ağlaya bilməməkdən şişmişdi gözlərim.Özümə daha çox əziyyət vermədən otağı və 18 illik yuvamı tərk etdim.Onu özümlə aparmağı çox istəmişdim.Bunun mümkün olmadığını bildiyim üçün bu barədə heç kimə heç nə deməmişdim.Ona çox bağlıydım və ona olan sevgimi ətrafımdakı hər kəs bilirdi.Ona toxunmaq mənə zövq verirdi.Sadəcə onu toxunanda titrəyən əllərimi xatırlayıram.Bəlkə də onunla bir araya gəlmə şansım bütün ömrüm boyu olmayacaqdı...

Asta və eşidilməyən addımlarımın səsi şəhərin səs-küyünü ört basdır etmişdi.Ayaqlarımı tərpətdikcə hər addımımın əleyhimə işlədiyini yazırdı həyat yaddaşıma.Oysa ki,oğlan doğulsaydım küçədə də yata bilərdim ən azından.Amma mən qadın doğulmuşdum.Günahlarımın cəzası olaraq Tanrı məni qadın yaratmışdı.

Uşaq evində qalanda şəhəri gəzməyə çox vaxt sərf etmədiyimizdən Bakının sıx küçələrində azdığımın fərqinə varmamışdım.Cibimdə nə qədər pulun olduğuna və bu pulun neçə gün sağ qalacağıma bəs edəcəyinə dair heç bir fikrim yox idi.Qəribə olan isə bunun məni narahat etməsindən çox hisslərimin yavaş-yavaş buza çevrildiyini duya bilməyim idi.Sanki umursamırdım aciz və kimsəsiz olduğumu.O gün mənim doğum günüm idi.

Düşüncələrimi zəbt edənsə bir tək o idi.Ondan ayrı yaşayacağımı düşünmək hər keçən dəqiqə ağrılarımı şiddətləndirirdi.Sadəcə əllərimi xatırlayıram.Ona toxunanda titrəyən əllərimi...

Bir anlıq fikirdən ayılıb qolumdakı saatın 18:00-ı göstərdiyini gördüm.Hava yavaş-yavaş qaralmaq istəyirdi.Mənimsə hələ də qalmağa yerim yox idi.Bakının qaranlıq küçələri belə mənim qədər kimsəsiz deyildi.Ətrafımdakı mağazaları müşahidə edə-edə irəliləyirdim.Gözüm yağış damcılarının şüşələrinə iz salmış olduğu kiçik ofisin üzərinə yazılmış“Quru təmizləmə” sözünə sataşdı.İnsanlar paltarlarını təmizləməyə vermək üçün növbəyə dayanmışdı.Çantamdan Sevil müəllimənin mənə bağışladığı gödəkçəni çıxardıb onların arasına qoşuldum.Bu bəhanəylə gecəni orada keçirməyə icazə ala bilmişdim.Beləliklə,gecələrim müxtəlif binaların zirzəmilərində,vaqonlarda keçməyə başlamışdı.Oğlan olsaydım bəlkə də parkda da yata bilərdim.Amma Tanrı günahlarımın cəzası olaraq məni qadın yaratmışdı.Özümü,namusumu qorumalıydım.Çünki mən küləklər şəhərindən belə kimsəsiz biriydim və məni Tanrı belə qorumaqdan imtina etmişdi...

Bütün bunlara rəğmən güclü olmağı və həyatı dirənməyə bacardığımı hiss edirdim.Sevimli müəlliməm  Sevil xanımın bir sözü var idi. “Qadın olmaq dimdik ayaqda durub həyata meydan oxumağı bacarmaqdır”.

Məni bir tək narahat edən şey onun yoxluğuydu.Əllərimi xatırladırdı mənə.Ona toxunanda titrəyən əllərimi.Bir gün onunla görüşə bilməyin ümidi ilə ayaqda durmağa çalışırdım.Kim bilir bəlkə də ümid son da belə ölmür...

Şəhəri o qədər gəzmişdim ki,artıq Bakının demək olar ki,hər küçəsi mənə doğmalaşmışdı.2 həftədən çox olardı uşaqlar evindən ayrılmağım.Üstümdə isə çıxarkən geyindiyim paltarlarım var idi.Müxtəlif yerlərdə gecələdiyimdən onlarda öz rəngarəngliyini itirmişdi.

İşləmək üçün bir neçə yerə müraciət etmişdim.Nəhayət,məktəblərin birində xadimə kimi işləməyə başladım.Məktəbin zirzəmisində qalmağa da icazə verildi mənə.Digər otaqlarda kamera quraşdırıldığından nəm,havasız və həşəratlarla zəngin olan zirzəmidə qalmağa məcbur olmuşdum.Bütün bunlara baxmayaraq hər keçən gün ona qarşı istəyim daha da artırdı.Hər gecə onun xəyalı ilə yuxuya gedərdim.Yaşadığım heç bir çətinlik onu mənə unutdura bilməmişdi.Qəlbimi acıdan isə ona ikinci dəfə xəyanət etməyim olmuşdu.Ona aşiq olan,ona toxunuşumla varlığımı hiss etdiyim əllərimlə insanların ayaqlarının altını süpürürdüm hər gün.Canım yanırdı,həm də çox yanırdı....

Qazandığım aylıq gəlir tələbatlarımı ödəməyə yetmirdi.Get-gedə yaşadığım həyatdan iyrənməyə başlasamda onun xəyalı məni ayaqda saxlamışdı.İşdən  çıxmaq kimi bir şansım da yox idi.Nə başqa işim,nə də qalacaq yerim vardı.Amma həyat bu dəfə də məni gülünc oyunun baş rol oyunçusuna çevirmişdi.Şagirdin biriylə kobud rəftar etdiyim böhtanıyla qovuldular məni işdən.Halbuki məni o məktəbdə davranışıma görə ən çox şagirdlər sevmişdi...

Səkiylə addımlağa başlamışdım.Narın yağış damcıları yeni aldığım köynəyimi isladırdı.Yolun qırağında oturmuş tütək çalaraq pul qazanan uşağa sataşdı gözlərim.Gözlərimin önündə canlanmışdı sanki kimsəsizliyim.Onun yanında oturdum.Söhbət etməyə çalışsam da mənə əhəmiyyət vermirdi.Mənə məni xatırladırsan deyə qulaqlarına pıçıldayıb ayağa qalxdım və oradan uzaqlaşdım.Mağazaya girib yemək almaq istəyəndə çantamı həmin uşağın yanında unutduğumu anladım.Dünya başıma yıxılmışdı sanki.Dünyada məndən başqa kimsəsiz və yardıma möhtac başqa birinin olmadığına inanmışdım artıq.Axı Tanrı niyə belə edirdi?Doğurdanmı mən bu qədər əziyyətə layiq idim?

Uşaq olan yerə qayıdanda heç də təəccüblənmədim.Getmişdi...Son ümidimi də özüylə apararaq getmişdi...

Əllərimə baxmağa utanırdım.Bir gəncin əllərindən daha çox yaşlı qadının əllərini xatırladırdı.Qırışmış və solğunlaşmışdı.Ona üçüncü dəfə etdiyim xəyanətin ağırlığını beynimə həkk edə bilmirdim.Öz əllərimlə son ümidimi uşağın yanında tərk etmişdim.Onu doğum günümdə tərk etdiyim kimi.

Qəfildən sol çiynimdə bir əlin olduğunu hiss edib diksindim.Arxaya çevriləndə yaşadıqlarımın təsirindən əvvəlcə onu tanıya bilməmişdim. “Sən o qızsan,o müsabiqədə hamını heyrətə gətirən Sevda!”dedi.Onunla iştirak etdiyim yarışmada tanış olmuşduq.Müəllimlərin ən istedadlısı və tanınmışı idi.Məşhur Elman Səfərov.İştirak etdiyim müsabiqədə münsif kimi çıxış etmiş və mənə ən yüksək səsi o vermişdi. “Əgər qəbul etsən səni məktəbimə birabaşa müəllimə kimi götürmək istəyirəm.Sənin kimi istedadlı gənclərə ehtiyacımız böyükdür.Bütün təlabatlarını da ödəməyə hazıram”söylədi. Bu sözləri eşidədə az öncə Tarıya etmiş olduğum sitəmə görə utanmışdım.Tanrı məni bağışlamışdı.Etmədiyim günahlarımı bağışlamışdı.Amma bunun həqiqət olduğuna inana bilmirdim.Mən nəhayət ki,xəyallarıma qovuşacaqdım.Mən onu görəcək,ona toxunacaqdım.Bu bilirsiz mənim üçün nə demək idi?

Elman müəllimin təkidi ilə onun ailəsinə qonaq oldum.Çay və yemək sürfəsindən sonra məni otağa dəvət etdi.O qədər həyəcanlanmışdım ki,ürəyimin səsinin qulaqlarımda vurduğunu müəllim eşidəcək deyə qorxurdum.Qapını açıb içəri girəndə həyatım boyu adını eşidibdə yaşaya bilmədiyim xoşbəxtliyin nə demək olduğunu anladım.Sən demə insan sevincdən də ölə bilərmiş.Bu o idi.Tam qarşımda mənim canlı əfsanəm dayanmışdı.Ona yaxınlaşıb öpməyə və toxunmağa başladım.Göz yaşımdan bir damla düşdü üzərinə.Üzr istədim ona məcburən etmiş olduğum xəyanətlərə görə.Bütün gücümü toplayıb çalmağa başladım.Bəli,mən pionist idim.Bethovenin “Ay işığı” əsərini gözü yumulu ifa etdim.İfanı dayandırdığımda Elman müəllimin heyrətlə mənə baxdığını gördüm. “Sən bir sənətkarsan Sevda!”

Məni isə düşündürən və cavab axtardığım  suallar var idi.Çox keçmədi ki,axtardığım bütün suallarıma cavab tapdım.Elman Səfərov məni zibillikdə tapıb uşaq evinə qoyan şəxs idi.Müsabiqədə birinci olmağıma da o yardımçı olmuşdu.Mən uşaq evindən ayrılandan sonra axtarmış və nəhayət bu gün tapa bilmişdi.Həyatımın bir parçası olan pioninomun da orda qalmasına izin verməmiş,öz evinə gətizdirmişdi.Yeri gəlmişkən mənə o pioninonuda məhz o hədiyyə etmişdi.

Hal-hazırda onun şəxsi musiqi məktəbində ən yaxşı pionistlərdən biriyəm.Rahatlıqla Bakının ən yaxşı pionistiyəm də deyə bilərəm.Üstəlik evim və xoşbəxt ailəm də var.

“Belə bir şey idi qadın olmaq.Dərdlərinin ağırlığından əyilmiş qəddinə,alın yazısının qırışdırdığı sir-sifətinə,ağlaya bilməməkdən şişmiş göz qapalarına rəğmən dimdik ayaqda durub dünyaya meydan oxumağı bacarmaq idi”

                                                            

                                                                                                Nəzrin Rüstəmova

Go Back

Qadın olmaq günəş olmaqdır,işıq gətirməkdir - PƏRVİN HƏSƏNZADƏ

17-03-2016

 Qadın olmaq günəş olmaqdır,işıq gətirməkdir.Qadın gələcək.Özü ilə bərabər kədərini gətirəcək,amma sevinc bəxş edəcək,ümidsizliyini gətirəcək amma ümid olacaq,çarəsizliyini gətirəcək amma çarə olacaq.Qadın gələcək.İşıq olacaq,həyat eşqini,yaşama sevincini artıracaq,gözündə ən mənasız bildiyin dəyərlərə dəyər qatacaq.Yalnız insanın deyil ki,həyatın,dünyanın,yaşamın ehtiyacı var qadına.Misralar nə qədər gözəl olur-olsun, qadın deyilmi, o şeirləri yazdıran,onun varlığı deyilmi,cansız misralara nəfəs qatan?!

Ana deyilmi,insana ən doğma söz dünyada..Gözün ilk gördüyü,qəlbin ilk sevdiyi qadın.Yanında böyüdüyün,yanında"balacalaşa bildiyin".Bir ananın güclü olduğu qədər güclü biri varmı?!Bəlkə də gücün meyarı başqa olmalıydı,ən güclü varlıq anadan başlamalıydı.Hüseyn Arifin "Analar"şeirinde deyildiyi kimi: Torpağmı anasız qalmasın deyə, Torpağın qoynuna köçür analar. Həyatı boyunca nələrsə axtarır insan...Bir gözəllik olsun istəyir.Sanki bütün çətinliklərə baxmayaraq,bir "sığınacaq"olsa,hər şey yoluna düşəcək,bir qayğı olsa,bütün problemlər həllini tapacaq,heç bitməz dediyin dərdlər unudulacaq.Sanki o sığınacaq olsa,kədəri belə sevəcəksən.Bir qadındır o sığınacaq. Qadın anadır,qadın dostdur,bacıdır,qadın sevgidir,sevgilidir.

"Qadının yaxşısı qədər yaxşı,pisi qədər pis varlıq yoxdur"deyib Evripid.Pis olmağı insan planlaşdırmır.Uşaqlıq xəyallarında kimsə "mən böyüyüb pis insan olacam"demir.Həyat insanı çox imtahanlara çəkər.Deyirlər:"zamanın silsilə sınaqları adamı ya adam edər,ya nadan.

"Hər kəs o sınaqlar qarşısında eyni əzmi göstərmir,eyni düşüncəyə sahib olmur,Belə ki,bütün qadınlar da eyni dərəcədə yaxşı ola bilmez.Amma biz o "dərəcə"ni müəyyən edə bilmərik.Üzünə baxıb qəlbindəkiləri görə bilmərik.Görmək mümkün olsa,hər qadının qəlbində nə qədər sevgi olduğunu görərdik,nə qədər mərhəmət olduğunu görərdik.Amma kimisində bu hisslər üzdədir,kimisində çox dərində.

Səbəb olma.Ən gözəl,ən saf hisslərini dərinə-dərinə atmağa səbəb olma.Bir qadına dost ol,qardaş ol,"mənim atam-qəhrəmanımdır"deyə biləcəyi ata ol,qadına rəfiqə ol,dəstək ol.Çünki,bir qadın sevildiyi qədər gözəl,dəyərli ve xoşbəxtdir.

Pərvin Həsənzadə

Go Back

Həsrətin portreti - ELŞƏN DAĞLAR

13-03-2016

                 

      Həsrətin portreti

     Sonsuz bibim üçün

Mavi gözlü qadının

Üzü çilik-çilik.

Qarıyıb güzgüsü.

Kimsə bilməz nə çəkir

güzgüsü hər dəfə

mavi gözlü qadını görəndə.

 

Hər gecə qollarını

Qucaqlayıb yatır

üzü uşaq şəkillərinə sarı.

Kimsə bilməz nə çəkir

uşaq şəkilləri

mavi gözlü qadına baxanda.

 

Hər gecə üstündə

mələklərin sinəsi açıq

şam işığının

sümükləri çıxana kimi.

Kimsə bilməz nə çəkir

şam işığı mavi gözlü qadının

üzünə düşəndə.

 

Mavi gözlü qadının.

əli üzüylə dolu,

evi şam işığının

sümükləriylə.

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “ kino və televiziya fakültəsi ”,“ televiziya rejissoru”  ixtisasi üzrə IV kurs tələbəsi Elşən Dağlar

 

Go Back

Onlar dünyanın zərif qəhrəmanlarıdır - ŞƏLALƏ MEHRƏLİYEVA

11-03-2016

     Qadın elə bir mövzudur ki,onu nə qədər incələsəndə,araşdırsanda yenədə yenidir.Yeniliyi yaradan da biz qadınlarıq.

Mən elə düşünürəm ki,ümumi xalqın mədəniyyəti,əxlaqı həmin kəndin,şəhərin,ölkənin qadınların tətbiq üsulundan asılıdır və onların çiyinlərinə düşür.Qadın dünyanın ən önəmli varlığı deyilsə,önəmlilik sözü mənasını itirər.  Qadınlar bütün varlılığın, canlılığın özüdür .Həqiqətdə odur ki, qadınlar barmaqlar qədər oxşar ,barmaq izləri qədər fərqli özünə məxsusluğu ilə seçilib- orginaldırlar.

  Doğrudur , kişinin yaradılışında sevgi yoxdur, onua bunun öyrədən , sevgini yaşadan məhz qadınlardır. Bu fikirdən onu başa düşmək olar ki, elə sevgidir qadın.             

Bəs sevgi özü nədir?

  Sevgi – bütün bəşəriyyətin pisliklərinin aradan qaldıran ən önəmli , ən güclü məfhumdur.Dünyanı yaşayış üçün önəmli hala salan qadınlardır.Qadınlar haqqında əsrlərdir yazılan ,deyilən aforizmlər varki, bəziləri mənfi bəziləri müsbət fikir yaradır. Qadın zərif ,zəif analar isə güclü və dözümlüdürlər fikri isə tam şəkildə paradoks doğulduğu düşünülsə də bu mənim fikrimcə düz mütənasibdir.Bəli bir həqiqətdə varki, qadınlar zərifdirlər,incədirlər amma onların bu incəliyi həmişə başlarına tac olub. Qadın ana olduğunda da yenə zərifdir,incədir ama zəif olmur.Ana olduğu vaxtdan etibarən qadın övladının bir qorucu mələyinə,qalxanına çevrilir.Bir qızın qazana biləcəyi ən önəmli ali dəyər analıq hissi ,evinin xanımı,həyat yoldaşının xanımı olmaqdır.Heç bir bəzək əşyaları,digər vasitələr qadını analıq hissi qədər gözəlləşdirə bilməz.

Bir kişinində həyatı boyunca əldə edə biləcəyi ən gözəl dəyərli hədiyyəsi qadının ona sozsuz,əvəzsiz sevgisidir. Mütləq evlənin qadınınız yaxşı olarsa xoşbəxt,pis olarsa filosof olarsınız.

 Bütün filosofların sözlərini  kənara qoyub yalnız öz düşüncələrimi demək istədim indi qadınlar nə istəyir,bu qədər sevgini bütün bəşəriyyətə yayan , fədafarlıq edən o  incə məxluq qadın nə istəyir ?

  Qadın öz həyat yoldaşı ilə bütünləşməsinin istəyir.Qadın təklik yox birlik istəyir.Qadın başa düşülmək,güclü birinin hər zaman yanında olmasını  istəyir.Qanadları olmayan mələk ona qanad verən bir eşq istəyir.Qadın onun göz yaşlarına toxunulmasını istəyir.Qadınlar sülh ,rahat yaşamaq körpə uşaqların anasız qalmamasını istəyir. Qadınlar qaçıb sonunda nəfəs-nəfəsə qalaraq qovuşmaq istəyir.Qadınlar yaşadığı hər dəqiqə gülməyə-sevinməyə səbəb istəyir

 Qadınlar səbəbsiz ,sonsuz ulduzlara çatan sevgini istəyir.Onlar dünyanın zərif qəhrəmanlarıdır!!!

 

Ömürə zinət verən sədaqət quran

Kişinin ürəyini nurla dolduran

İsməti bir nəsli göyə qaldıran

Eşqə hökmrandır qadın ürəyi.

 

Güldürsən ömürlük səadətindir

Söndürsən yandırmaq birdə cətindir

O əsl qayğının məhəbbətidir

Sevgisiz zindandır qadın ürəyi

 

Onunla dünyadır sənə qəfəs də!

Onsuz hec yaşama bu torpaq üstə

Sevən bir ürəyə axır nəfəs də

Ən gözəl dərmandır qadın ürəyi

 

 

Mehraliyeva Şəlalə

Bakı Qızlar Universiteti sosial psixologiya fakültəsi

Go Back

Hər şeydən ən önəmlisi və müqəddəsi ana ola bilməkdi qadın olmaq - XATİRƏ NURULU

11-03-2016

                        

          Qadın olmaq. Hər kəsi bu düşündürür. Soruşsanız hamı bunu dünyasınaməxsus formada cavablandırmış olacaqdır. Bu cavabı verə bilməm üçün düşünürəm lap əvvəldən başlamaq gərəkdir.

           Fikrimcə qadın olmaq- bəzən dünyaya gözünü aça bilməmək, daha bir parça ikən hissələrə ayrılaraq parçalana bilməkdi. Bəzən dünyaya gözlərini açdıqdan sonar ilk yaşlarından etibarən, daha özünü dərk etmədən qadınlığı dadmaqdır. Bəzən özünü və gələcəyini xilas etmək üçün gizlincə, qorxa-qorxa açıb oxuya bildiyin kitablardı qadın olmaq. Bədbəxtliyinə səbəb olan gözəlliyin, təravətinlə fəxr edə bilməmək, lənətləməkdir bəzən. Dima sözlərinin, gözlərinin, baxışlarının, hərəkətlərinin izlənməsi və buna mane ola bilməməkdir. Sevdiyin insana “səni sevirəm” deyə bilməməkdi qadın olmaq. Hər zaman işğal olunmağa, dağıdılmağa çalışılan qalanı müdafiə etməkdir.

           Hər şeydən ən önəmlisi və müqəddəsi ana ola bilməkdi qadın olmaq. Fikrimcə hər qadına ana olmaq və hər Anaya qadın olmaq yaraşmaz. Analıq qadınlığın kamil pilləsidir. Müqayisə edin: autistik, xəstə, ölümünə az qaldığını, körpəsinin onu anlamadığını bildiyi halda gözlərindən yaş axa-axa xoşbəxtliklə mahnı oxuya bilən qadın və həyatının hər ağrı, acısını, bədbəxtliyinin, xoşbəxt ola bilməməsinin səbəbini məsum körpədə görən qadın. Düşünürəm bu cümlələr arasında tanış gələn səhnələr sizə də mövcuddur.

            Deyirlər, qadınları anlamaq çətindir. Bu cümləni dünyasında anlayış və sevgi mövcud olmayan kəslər qura və ifadə edə bilir. Mən hər kəs kimi qadınları anlayın, onlara dəyər verin, hörmət edin deməyəcəm.  Xeyr. Qadın olmaq- qadın olmağın nə olduğunu anlaya bilməkdir və buna görə də hər kəsdən, bütün dünyadan öncə özünü anlayıb, özünə dəyər verib, hörmət etmək, bax bu əsl qadınlıqdır. Bunu anladığınız an qadın olmuş olarsınız.                                                                    

                                                                                              Nurulu Xatirə

                                                                  

 

Go Back

Sevildikcə gözəlləşən və həyatı gözəlləşdirəndir - GÜNEL HƏSƏNOVA

11-03-2016

                                     

      Qadın  qarmaqarışıq  kimi  görünən, amma  istədiyi  yalnızca  üç  şey  olan  zərif  bir  varlıqdır: sevgi, sədaqət, dürüstlük.

      Necə  birşeydi  qadın  olmaq  deyə  soruşsalar, olması  gərəkən  və  olan  deyə  iki hissəyə  ayıraram.

     Olması  gərəkən  qadın – zərifdir, narindir, kübardır.Narin  olması  məğlub  olması  demək  deyildir  amma.Güclüdür  eyni  zamanda.Asandlıqla  məğlubiyyəti qəbul  etməz.Mübahisə  qadına  görə  deyildir.Yalnızca  sevgi  üçün  mübahisə  edər qadın.Və  ya  sevdiklərini  qorumaq  üçün.Yuvanı  dişi  quş  qurar  deyimi  doğrudur.Betondan  bir  evi  bir  qadın  yuva  edə  bilər  ancaq.Sevgi  ilə  edə bilməyəcəyi  şey  yoxdur  qadının.Yetərki, ehtiyacı  olan  sevgi, qayğı, dəyər  və  güvəni  hiss etsin  qarşısındakından.

    Qadın  olmaq  gözəl  olmaqdır, gözəllikdir.Gülümsəməkdir.Huzur, güvən  verməkdir.Dəyişimdir  eyni  zamanda, yerində  durmamaqdır.Saf  olmaqdır, yaxşı  düşünməkdir  qadın  olmaq.Ağıldır  amMa  daha  çox  duyğudur  qadın.Əsla  yanılmaz  duyğularında.Əgər  birgün  yanıldığını  düşünsəz, bilin ki, bu  yanlış  hiss  etdiyindən  deyil, elə  olmaq  istədiyindəndir.Seviləndir.Sevildikcə  gözəlləşən  və  həyatı  gözəlləşdirəndir.Aldığının  2 qatına  çıxarma  gücü  var  qadının.Sevgi  verən, nifrət  verən  də  2 qatını  alır.Sonda  yenə  sevəndir  qadın.Ona  görə  çox  qiymətlidir.Zərifdir, gözəldir, huzurdur, həyatın  rəngli  tərəfidir  qadın.Qadın  olmaq  gözəl  bir  duyğudur.Qadın  olmaq  başqa  bir hissdir, eyni zamanda  çoxlu  məsuliyyət  tələb  edən  yüksək, çətin  bir  vəzifədir.

    Həqiqətdə  olan – Uşaqlığından  etibarən  qorxu  ilə  böyüməkdir  qadın  olmaq.Evliliyi  bir  kişi  tərəfindən  özünə  bəxş  edildiyi  fikrinə  inandırılmaqdır.Sadəcə  kişini  xoşbəxt  etmək  vəzifəsi  olduğunu  düşündürtmək  və  bunu  heçbir  zaman  bacarmayacaqmış  kimi  hiss etdirilməkdir.Aldadılmağı  normal  qarşılamaq  məcburiyyətində  olmaq, aldadanda  əxlaqsız  olmaqdır.Birinin  yoldaşı, qızı, anası  və  ya  bacısı olduğu  zaman  hörmət  edilən, ama  tək  ikən  həmişə  əldə  edilməyə  çalışan bir  hədəf  olmaqdır.Həm  işdə, həm  evdə, həm  sevgidə, həm  sosial  həyatda  mükəmməl  olmaq  məcburiyyətində  olmaq  və   həmcinsləriylə  mübarizə  aparmalı  olmaqdır.Baxış  bucağı  çox  önəmlidir  və  təəssüfki  hamımızın  qadınlara  qarşı  baxışının  artıq  dəyişməsi  lazımdır.Qadınlar  da  qadınlara  fərqli  baxmalı, özlərinə  dəyər  verməli, özünü  tapmalıdır  artıq.Ancaq  bu  şəkildə  dəyişə  bilər  nəsillər.Qadın  demək  mənliyini, qürurunu  unutmayacaq  qədər  xarakterli  olmağı  bilməkdir.

     Qadın  olmaq  bir  tərəfin  dünyaya  qarşı  çıxa biləcək  qədər  güclü  ikən, bir  tərəfinin  gücsüz  olması, kiçik  bir  uşaq  kimi  sadəcə  birilərinin  sevgisinə  ehtiyacı  olmasıdır.Qadın  olmaq  incəlikdir.Həssasdır, incilir, tez  qırılır.Eyni  zamanda  qadın  olmaq  gücdür.Hərşeyə  baxmayaraq  ayaqda  durmaqdır, acıyı  görməzdən  gələrək  köməyə  qaçmaqdır.Qadın  olmaq  istəsə, hərşeyi  edə  biləcək  gücdə  olmaqdır.Bir  qadın  güclüdür  əslində.Hətta  kişilərdən  çox  daha  güclüdür.Amma  bu  gücünü  hər  zaman  ortaya  qoymağı  sevməz.Ancaq  qadın  gücünü  göstərmək  istədiyində  onu  əngəlləyə  bilmərsiz.Etmək  istədiyi  birşey  varsa  mütləq  edər.Əgər  bir  qadın  istərsə  heçvaxt  edə  bilməz  deyilən  işləri  belə  bacarar.Bir  qadın, əslində  hərşeydir.Qadınlar  indi  burda  yaza  bilmədiyim, daha  milyonlarca  işi  edə  bilərlər.Bir  qadının  xəyal  etməsi, istəməsi  və  bir  gün  xəyallarını  həyata  keçirmək  üçün  qarşılarına  çıxan  tək  maneə  yenə  özləridir.Özləri  və  özlərinin  vicdan  hesablaşmalarıdır.

      Güc  kişiyə, gözəllik  qadına  verilir, ama  hərşeyə  qalib  gələn  güc  yalnız  gözəlliyi  məğlub  olur.Ona  görə  qadınlar  öz  dəyərlərini  bilməlidir.Qadın  olmaq  həyat  deməkdir.Qadın  hərşeydir.Qadın  olmaq  hərşeyi  düşünməkdir.Mükəmməl  olmalıymışıq  kimi  hərşeyi  düşünmək...

      Qadınlar  sevgini, kişilər  güvəni  təmsil  edər.Qadın  törəyəndir, dünyaya  yeni  can  gətirə  bilmək üçün  yaradılan  bir  möcüzədir.Qadın  öyrədicidir.Uşaqlarının  ilk  müəllimləri  əslində  analarıdır.Hələ  ana  qarnındaykən, birlikdə  yaşayarkən  öyrətməyə  başlayar  ana.Çünki, yaşamağın  4cü  ayından  etibarən  ağıl  beyin altı  yaddaşlara  başlayar.Sevinc, kədər, xoşbəxtlik, bədbəxtlik  hansı  duyğuları  yaşayırsa, qarnındakı  uşağa  da  onu  öyrətməyə  başlayar.Həyatdakı  duyğularla  ilk  tanış  olmağımız  anamız, yəni  bir  qadın  sayəsində  olur.Qadın  dəyər  bilir.Qadın  səbirlidir, anlayışlıdır.Hər  qadın  bir  qəhrəmandır.

     Bir  dəfə  təsadüfən  internetdə  belə  bir  yazıyla  qarşılaşmışdım.Bacon “30  ilimi  qadın  ruhunu  araşdırmaqla  keçirdim, ancaq  hələ  cavabını  tapa  bilmədim  yazılmışdı”.Cavab  verilməsi  lazım   olan  sual  isə  budur: Bir  qadın  nə  istəyər? Siqmund  Frend  isə  demişdir: Məncə  bu  sualın  cavabı  çox  asanddır.”Qadın   əvvəlcə  özündə  mövcud  olan  dəyərlərin  görülməsini  və  duyğularına  qarşılıq  verilməsini  gözləyər”.

     İçində  hər  zaman  sevgini  daşıyar  qadın.Sevdiklərindən  asand  ayrıla  bilməz, sevdiklərini  asandlıqla  qıra  bilməz.Çətin  sevər, amma  tam  sevər.Bir  qadının  tam  sevə  bilməsi  üçün  ürəyinin  qəbul  etdiyinin  beyninin  də  qəbul  etməsi  lazımdır.Və  sevməzsə  də  onu  əsla  sevməyə  məcbur  edə  bilmərsiz.Bəlkə  asandlıqla  ürəyinə  girə  bilərsiz, ancaq  beynində  yer  ala  bilmərsiz.Hər  an  tərk  edilə  bilərsiniz.

       Bir  qadın  valideynlərinin  balaca  qızıdır, övladıdır.Hər  zaman  masum, təmiz  mələyidir.Onların  hər zaman  başını  uca  tutacaq  varlıqdır.

      Bir  qadın  bacıdır.Namusuna  söz  gətirməyəcək, öz  bacısı  olduğu  üçün  digər  qızların  da  başqalarının  bacısı  olduğunu  düşündürtəcək  bir  gözəllikdir.

      Bir  qadın  həyat  yoldaşıdır.Cavan  vaxtı  sevgilisi, orta  yaşlarda  dostu, yaşlı  ikən  dayağıdır.

     Bir  qadın  anadır.Hər  zaman  əli  öpüləsi  möcüzədir, baş tacı  ediləcək  varlıqdır.Qadın  olmaq  ana  olmaqdır.Qadın  olmaq  fərqlilikdir.Öz  canından  başqa  can  daşıya  bilən, eyni  anda  iki  qəlbi  döyündürmə  fərqliliyinə  sahib  ola bilməkdir.İçində  bir  möcüzənin  olması...

    Ən  əsası  qadın  tək  başına  zərif  bir  fərddir. 

   Amma  bu  unutulmamalıdır.Ən  önəmli  faktor  və  məharət  gözəl  insan  olmaqdır. Qadın  və  kişi  fərq  olmadan.Hamımız  insan  olaraq  həyata gəlirik.Necə  insan  olacağımıza  isə  özümüz  qərar  veririk...

GÜNEL HƏSƏNOVA

Go Back

Onun bircə mənfi xüsusiyyəti var: O daim öz qədr-qiymətini unudur - GÜNAY MƏHƏRRƏMOVA

11-03-2016

                            

Hər zaman belə deyilir-

Qadın... Bütün gözəl şeylərin səbəbi hesab edilən, cənnətdən üstün olduğu deyilən, əsrlər boyu heç bir formada dəyər görməyən canlıdırmı?

Mən bu yazımda qadın necə yaranır? Sualından başlayaraq qadın kimə lazimdırla bitirəcəm…


Allah qadını yaratmaq üçün 6 gün gecə gündüz çalışırdı. Bir gün mələklərdən biri soruşur: " Sən nə üçün onun üzərində bu qədər işləyirsən?"


Allah cavab verdi:- Bəs sən onu yaradacağım parametrləri görmüsən? " O gərək yuyucu olsun, amma plastmasdan yaradılmasın, 200-ə yaxın hərəkətedici hissələrdən ibarət olmalıdır və onların hər biri əvəzedilməz olmalıdırlar, o gərək bütün yeməklərdə işləməlidir, bir neçə uşağı qucaqlaya bilməlidir və bununla da bütün yaraları — diz ağrısından tutmuş ürək ağrısına qədər sağaltmalıdır. Bütün bunları isə o yalnız iki əli ilə bacarır..." 


Mələk təəcübləndi: — İki əli ilə...?axı bu mümkün deyil. Bu standart modeldir.
Burada çox iş var, saxla sabah davam edərsən.


" Xeyr — Allah cavab verdi. " İşimin nəticəsinə çox az qalıb və bu mənim ən sevimli əməyim olacaq". " O xəstələndiyi zaman özü sağala bilər, hətta sutkada 18 saat işləməsinə baxmayaraq".


Mələk bir az da yaxınlaşdı və qadına toxundu :- O necə də zərifdir..."


" Bəli, o zərifdir, lakin mən onu həm də güclü etmişəm. Sən heç təsəvvürünə gətirə bilməzsən ki, o nələrə sinə gərib, nələrə dözə bilər."


" Bəs o düşünə bilir? " — deyə Mələk sual verdi.


" O nəinki düşünmək, hətta inandırmağı, razılaşmağı da bacarır "


Mələk qadının üzünə toxundu — «deyəsən o əriyir! „


“ O ərimir… bu göz yaşlarıdır» — deyə Allah cavab verdi.


— Bəs bu göz yaşları nə üçün lazımdır?


— Göz yaşları ilə o öz kədərini, şübhələrini, sevgisini, yalnızlığını, sevincini bildirir.


" Bu inanılmazdır - mələk təəccübünü gizlədə bilmədi — Allahım, sən hər şeyi düşünmüsən. Qadın doğrudan da valehedici, fövqəladə varlıqdır "


— Bəli, bu belədir. Qadında kişini heyrətləndirən güc var. O ağrı — acı ilə mübarizə aparıb, həyatın ağırlıqlarına dözə bilir. O xoşbəxtlik, sevgi və anlayışı özündə birləşdirir. Qışqırmaq istədiyi zaman gülür, ağlamaq istədiyi zaman isə oxuyur. Xoşbəxt olduğu zaman ağlayır, qorxduğu zaman isə gülür. O ondan oğurlanılan uğrunda mübarizə aparır. Ədalətsizliyə qarşı çıxır. Düzgün qərar gördüyü zaman razılaşır. Ailənin əmin-amanlığı üçün bütün varlığını qurban edir.

Sevgisi sözsüzdür. Övladları üçün sevincindən ağlayır. Dostlarının uğuruna sevinir. Yaxınları, sevdikləri vəfat edəndə ürəyi parçalanır, lakin həyata davam etməyə özündə güc tapır. O bilir ki, sevgi, istək bütün yaraları sağaldır.


Onun bircə mənfi xüsusiyyəti var: O daim öz qədr-qiymətini unudur
 

Bəli,Rəbbimiz bütün bunları bilərək yaratdı bizi,öz paramaterlərimizi bəlirləyərək yaratdı...

Bəs bu zamanda biz bilirkmi qadın olmağı?

Gözəl qadın olmaq,Xoşbəxt qadın olmaq,Baxımlı qadın olmaq,Axtarılan qadın olmaq,Arzulanan qadın olmaq... Bəs əsl qadın olmaq? Heç bunu düşündükmü? Qadın olmaq bir hissdirmi yoxsa real həyatda yaşananlardırmı?

Qadın olmaq asantdır deyirlər...Mən hələ 25 e doğru gedirəm. Qadın olmağı canlı təcrübəsini anamdan öyrənirəm. Axı o da bir vaxtlar mənim yaşımda olub və qadın olmaq iddiasında olub..

İndi anamdan soruşsalar sən necə qadınsan?

Cavabı deyər.-Xoşbəxt ANA”yam..Çünki hardasa sevgisini yoldaşından görməyən qadındır,və qadınlığını yerə qoyub “ANA”olmaq çantasını əlinə alıb.

Hərdən ətrafımdakı qadınlara baxıram.. Bəziləri deyirki,qadınam deyib hökmranlığını irəli sürür,bəziləri özünü çoxlu makiyaja boğub mən qadınam deyir,bəziləri isə həyat yoldaşına sığınıb onun əziyyətlərinə dözüb mən qadınam deyir..

Mənim üçün qadınlıq bunlarla bitmir..

Mənim üçün qadın dominant olmalıdır.Mənim üçün “Qadın” deyilecek sözlərə güc tapıb danışmaq qorxusu olan bir hissdir.

Bəli Qadın güclüdür.Çünki,Qadınının şən əhval gülüşü bütün bir cəmiyyətin xoşbəxtliyidir..Cəmiyyət Qadının yetişdiryi övladlardır,Səhərlər işə yola saldığı həyat yoldaşlarıdır.Qadin gülərsə cəmiyyətdə gülər sözü əbəs deyilməyib.

..

Hər nə qədər qadın hissləriylə hərəkət edir desələrdə,hisslərini məntiqinin yanına buraxmayan qadınlarda var..

Qadın- həyatında hər çeyin dadını çixardaraq yaşayan bir canlıdır.

Uşaq olmağın,məktəbli olmağın,tələbə qız olmağın,karyea qurmağın,ailə sahibi olmağın,sevginin... hər xırda detalı belə xəyalında canlandrırb onun həyəcanı ilə yaşamağın dadını çıxardan varlıqdır Qadın.

Mən Günay...hələ qadın olmağın addımlarını yaşarkən uşaq hisslərimi belə boğmayıb,xəyallarda uçuram.Yaşımın belə fərqinə varmadan azad olmağı seçirəm..İsti günəş işıqlarını saçdığı zaman özümə bir çəmənlik seçib uzanıram və gözlərimi yumuram..

Mən “Qadın” olacam 

Mən dürüst qadın olacam.

Mən ailəmin gözəl olmasını istəyirəmsə böyük yükü özüm daşıiyacam.

Mən həyatıma müdaxilə etdirməyəcək qədər güclü qadın olacam.

Mən çoooooox sevəcəm.

Mən valideynlərimin sözünü dinləyən ancaq lazımı qərarə özü verən qadın olacam.

Mən xoşbəxt “Ana” xosbəxt “Nənə” olacam.

Mən sevimli,ARZULANAN və bir şəxsə məxsus “ QADIN” OLACAM..

 

Və mən məni böyüdən ananın əllərini heç vaxt buraxmayacaq,onun saçlarına dən düşüb,üzündə illərin yükünü daşıyan qırışıarını sığallayan,hər dərdində canım “ANAM”  yaxşıkı varsan deyərək,ona balaca Günayı olaraq güclü “QADIN” olacam..

 

Günay Məhərrəmova

 

 

 

 

 

Go Back

Qadın olmaq bu dunyanın ən çətin peşəsidir - TANSU NOVRUZ

11-03-2016

Qadın olmaq nədir?- deyə soruşmusunuz. Qoyun mən cavab verim.

Qadın olmaq bu dunyanın ən çətin peşəsidir.Allah möcüzəni birbaşa qadınların üstündə yaratmayibmi? Onlar olmasa nəsil əmələ gələ bilməz axı. Onlar olmasa dünya da olmaz axı. Sözsüz ki, Allah təbiətdə hər şeyi zəncir şəklində yaradıb. Yəni, bir şey olmasa həyat olmur. Ama məncə o zəncirin ən güclü halqası qadındır.

Bunlar qadının , qadın olmağın gözəl tərəfləridir. Ailə qurursan. Allah sənə içində bir həyat verir. Mən ana deyiləm, ama bunun necə gözəl bir şey olduğunu təsəvvür edə bilirəm. Ananin neçə balası olsa da, hər birinin qeydinə necə qala bilir? Hamısını düşünür, dərdinə yanır. Sadəcə möcüzə deyirəm mən buna.

Suala digər tərəfdən yanaşıram-Qadın olmaq nədir?. Qadın olmaq əxlaqsız kişilərin səni görəndə ağzının sulanmağıdır. Başqa cür təsəvvür eləməyi, sənə çatmaq üçün hər şeyi edə bilmələridir, hətta təcavüz də!!! Qadın olmaq- zəif cins adı altında çox güclü ola bilməkdir. Amma bəzi kişiciklər bu gücün altında əzilən zaman qadına zorbalıq edir, əl qaldırır, onu alçaldır.

Qadın təkbaşına yaşaya bilər, uşaqlarını da saxlaya bilər, amma kişilər bacarmır. Ona görə də həmişə bir qadına ehtiyac duyurlar. Boşanırlar , yenidən ailə qururlar. Amma o ikinci qadın həyat yoldaşıdırmı, yoxsa qulluqçu??? Bəs birinci???

Kişilər qadını qulluqçu kimi görürlər. Amma qadın  öz sadəliyiylə yoldaşına həm ana, həm ömür yoldaşı, həm qulluqçu, həm də uşaqlarına dayə olur. Qayğı göstərir. Hansı qadın əsəbləşəndə evdən çıxıb gedir başqasına? Nə olursa, olsun ailəsinə qayıdır. Döyülsə də, hətta öldürülsə də. Cünki qadın sədaqətlidir.

Pis yola düşən qadınlar var. Görəsən onlar öz istəkləri ilə o yola düşüblər? Məncə yox. Çünki heç bir qadın istifadə olunmağı qəbul etməz. Elə bir hala düşübsə, düşürülübsə, günah tək onda deyil.

Son olaraq. Qadın həyatdır, güldür, xoşbəxtlikdir…

TANSU NOVRUZ

Go Back

Həyat yoldaşınız varsa, deməli hər şeyiniz var - HACIAĞA ƏLİYEV

11-03-2016

Səhrada yollarını azmışdılar... Susuzluqdan paltarlarını gecə çıxardıb yerə sərirdilər və sonra nəm olmuş paltarları sıxıb suyunu içirdilər.Bir neçə dəfə bunu təkrar etdilər,dostlardan biri çantasından bir portağal tapdı və onu iki yerə bölüb yalamağa başladılar.Onları tapana qədər onlar 1 portağalı yalamaqla sağ qalmışdılar.Həmin portağalı çantasından tapan şəxs xatirələrində belə bir sətir yazmışdı...''Siz bilmirsiniz portağal nədir amma mən bilirəm.''

     İndi biz bilmirik qadın nədir.Uşaqlığımızdan bu yana həmişə bir şeyin qədrini itirəndən sonra bilmişik.Amma qadını itirmək başqa şeyləri itirməyə bənzəmir.Bir qadının dəyəri səhradakı Portağalın dəyərinə bərabərdir - sağ qalmağa. Sol tərəfimizdə ürəyimiz sağ tərəfimizdə qadın.
     Yadınızdadırsa, məktəbdə oxuyanda sinifinizdə bir dəcəl şagird olanda deyirdilər ''filan sinif nadinc sinifdir'' lakin, sinifinizdə bir şagird yaxşı oxuyanda isə deyirdilər ki, filan uşaq yaxşı oxuyur. Onu heç vaxt həmin sinifə aid etmirdilər. Həyatda da belədir…Bir neçə qadının xoşagəlməz xarakterinə görə illərlə qadınları pisləmişik. Hər dəfə namus deyəndə ağlımıza qadınlar gəldi. Halbuki, ətrafımızda o qədər namussuz kişi ola-ola...Bir növ bütün günahları onların üstünə atdıq. Heç düşünmüsünüz ki,qadınlar bizdən haqqlarını tələb etsələr nə olar ? 1 % -ni belə ödəyə bilmərik .Hər zamanda sual veririk və şikayətlənirik.
    ''Qadınlar nə istəyir ?''

-         Dürüst olmağı..

Öz vicdanınızla cavab verin, həmişə dürüst olduq? Heç vaxt aldatmadıq ? Aldatdıqlarımız bir qırağa qalsın, o göz zinalarının cavabını verə bilməyəcəyik. Anlamırıq ki, qadın xoşbəxt olsa cəmiyyət xoşbəxt olacaq və cəmiyyət xoşbəxt olsa bütün dünya xoşbəxt olacaq. Qadını isə kişi xoşbəxt edir..Sizcə biz dünyanı xoşbəxt edə bilmərik..? Edə bilərik, sadəcə biz qısa müddətli zövqlərimizin ucbatından, xoşbəxtliyimizi öz əlimizlə basıdırırıq və arsız-arsız üstündən su tökürük...Bəzən o qədər hirsli oluruq ki, onları tərk edirik, İstədiyimiz kimi davranmağa qürur imkan vermir. İstədiyin kimi yaşamağa, bu sətirlərdəki vərdişlərini tərgitməyə yenə qürur imkan verməyəcək. Bu artıq bünövrə kimi şüuraltımıza yeridilib. Hisslərimizin azadlığını başqalarının sərhədində görürük. Halbuki,o azadlıq özümüzdən və o qadına verdiyimiz dəyərdən asılıdır. Dəyər verdikcə azadlıq sərhədləriniz daha da genişlənəcək və xoşbəxtliyə daha tez çatacaqsınız.
      Ən pisi də bu tərketmələrdir, hər dəfə bizi tərk edən qadını mühakimə edirik, amma heç vaxt özümüzü günahlandırmırıq və heç vaxt da günahlandırmayacayıq. Çünki, həmişə biz ön planda olmağı sevmişik, biz haqsızlığı "podkabluçnikliklə’’ səhv salmışıq. Başqalarının reaksiyasından qorxaraq sevdiklərimizə xoş söz  deyə bilməmişik.Son dəfə Ananıza,bacınıza və ya digər sizə yaxın olan qadına onu çox sevdiyinizi və dəyər verdiyinizi söylədiyiniz yadınızdadır ?Qorxuram cənnətə kişilər getməsin, oturub cəhənnəmdə bir- birimizi günahlandıraq.Amma həmin vaxt gec olacaq.Gec olmağını bilirəm siz də istəmirsiniz.O zaman gözünüzü monitordan çəkin və ən yaxınınızda olan qadına varlığı üçün təşəkkür edin.Hələ gec deyil.Hələ bu sizin sevdiyiniz qadındırsa…
      Unutmayın atanız varsa sizin dayağınız var,ananız varsa köməyiniz, qardaşınız varsa gücünüz, bacınız varsa sirdaşınız var amma həyat yoldaşınız varsa deməli hər şeyiniz var..Çalışın hər şeyinizi itirməyin… Əziz oxucular,uzun sətirlər yazıb sizləri yormaq istəmədim,onsuzda qadınlara qarşı olan münasibətimiz bizi yorub...

P.S : İllər öncə belə bir sətir yazmışdım...''Allah kişilərə layiq olduqları qadınları nəsib etsəydi,kişilərin 85 % -i fahişə ilə evlənərdi''.Çoxları bu sətirimi qınadı.Amma haqsız deyildim.Həqiqətən haqlı idim. Ən azından insan utanmalıdır.Ömrünü fahişələrlə keçirmiş biri, pak birinə  toy gecəsində sahib olur.Bu haqqsızlıq deyil...?  Susun heçnə deməyin,ağzınızı yumun və başınızı aşağı salın çünki,

"Ayıbdır,camaatın Anası-bacısı var”…!

      Hacıağa Əliyev

Go Back

Qadın olmaq sadəcə və sadəcə məsuliyyətdir - İRADƏ CƏFƏROVA

11-03-2016


Qadın həyatın eşqi,
Gələcəyin adıdır.
Bu günümüzün dayağı
Sabahın muradıdır.


Deyirik yaşadığımız dünya çox gözəldir.Axı necə də gözəl olmasın? Bizi gözəlliklərlə nələr əhatə etmir ki? Təbiət, su,təmiz hava, bol bəhrəli torpaqlarımız və bir də qadınlar.Bu iki sözün birləşməsinin ifadə etdiyi məna fəlsəfəyə daha çox yaxındır, yoxsa psixologiyaya-bunu dəqiq deyə bilmərəm.Amma bircə onu dəqiq deyə bilərəm ki qadın olmaq sadəcə və sadəcə məsuliyyətdir.


Nə qədər incəliyin, gözəlliyin, səbrin, inamın təcəssümüdür qadınlar.Qadın səadətdi, xoşbəxtlikdi,hərdən çətinlikdi, dözümdü, iradədir.Qadın bizlərin həyatında çox önəmli bir varlıqdır.
Qadınlar həyatları boyu nələrəsə görə mübarizə aparırlar.Və çoxlarında da qalib gəlməyi bacarırlar.Qadınların ən böyük isdəyi ədalətdir.Buna ən böyük misal kimi hal-hazırda beynəlxalq şəkildə qeyd etdiyimiz 8 martı göstərmək olar.Bir az bu bayramın tarixçəsinə nəzər salaq.


Qadınların kişilərlə bərabərhüquqlu olmaq uğrunda apardıqları mübarizənin başlanğıcı olaraq 8 mart 1857-ci ildə ABŞ -ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadın aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz etdi.1908-ci ilin 8 martında isə Nyu-Yorkun Sosial-Demokrat Qadın təşkilatının çağırışı ilə daha qısa çalışma saatı,kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ üçün nümayiş keçirdilər.Qadınların şüarı"Çörək və Gül" idi.Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edir.İlk qadınlar günü mərasimi 1909-cu ilin 28 fevralında Nyu-Yorkda keçirilmişdir.1909-cu ildə Avropadakı qadınlar fevral ayının son bazar günü fevralın 28-ni ilk qadın günü kimi keçirtdi.1857-ci ilin martın 8-də Nyu-Yorkda başlanan mübarizənin qadın hüquqlarının genişləndirilməsinin və qadın həmrəliyinin simvolu olaraq Klara Setkin adlı bir Alman Sosialist qadın Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününü  Dünya Qadınlar Günü olmasını təklif etdi və bu təklif qəbul edildi.1911-ci ildən Kopenhagen qərarından sonra ilk dəfə olaraq 19 martda Avstriya, Danimarka, Almaniya və İsveçrədə bu bayram qeyd edilmişdir.1914-cü ildə Rusiyada Beynəlxalq Qadınlar Günü martın 8-də baş tutdu.1975-ci ildə dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır.Məhz bu il Beynəlxalq Qadınların ili olaraq tarixə düşdü.Həmin ilin Beynəlxalq qadınlar ili elan edilməsindən sonra BMT-də 1975-ci ilin 8 martını ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirildi.2 il sonra 1977-ci ildə isə nəhayət Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart qadın hüquqları və Beynəlxalq sülh günü olaraq qəbul edildi.8 mart sadəcə qadınlar günü yox, qadın inqilabçılar günüdür.Amma dünyanın bir çox ölkələrində müxtəlif vaxtlarda qeyd olunan Analar günü bayramı var.Avstraliya, Belçika,Danimarka, İtaliya, Türkiyə, Finlandiya, ABŞ və Yaponiyada Analar günü mayın 2-ci bazar gününə düşür.Hindistanda oktyabrın əvvəllərində on əli olan Durqa adlı ana -ilahənin şərəfinə on günlük Durqa Puca bayramı küçirilir.İspaniya və Portuqaliyada anaları dekabrın 8-də Fransa və İsveçdə isə mayın sonuncu günündə təbrik edirlər.Amma analar günü ən orijinal şəkildə Serbiyada qeyd edilir.Miladdan 2 həftə əvvəl qeyd olunan həmin bayram günündə sübh tezdən uşaqlar analarının yatağına yaxınlaşıb onu çarpayıya bağlaylrlar.Ana əsirlikdən qurtulmaq üçün bir gün əvvəldən balışının altında hazır qoyduğu hədiyyələri balaca "quldurlar"a verməli olur.


Dünyanın istənilən yerində və istənilən sahədə qadınlar çox fəaldırlar.Bunlara bir neçəsini misal göstərmək olar.Siyasət, təhsil, səhiyyə, kəndə təsərrüfati və s.sahələrdə qadınların fəal olduğu həqiqətdir.


Marqaret Tetçer-Böyük Britaniyanın baş naziri siyasətdəki sərt mövqeyinə görə "Dəmir Ledi"ləqəbi ilə tanınır.Böyük Britaniyanın tarixində yeganə qadın baş nazirdir.


Salatın Əsgərova-jurnalist "Molodej Azerbaycana"qəzetinin müxbiri Azərbaycanın Milli qəhrəmanı Salatın Əsgərova 1991-ci ilin yanvarın 9-u Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin  mühasirəsinə düşmüş, olduğu  maşın yaxın məsafədən şiddətli atəşə tutulmuşdur.Nəticədə qəhrəman jurnalist-Salatın Əsgərova qəhrəmancasına həlak olmuşdur.Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunmuşdur.


Mən bir az da müasir dövrdə qadınların qarşılaşdıqları problemlərə toxunmaq istərdim.Nə qədər demokratik ölkədə yaşasaq da,amma gender bərabərliyi yenə də pozulur.Ən sadə misal kimi deyə bilərəm ki qızlarımızın əksəriyyəti təhsildən kənarlaşdırılır,ailə həyatına evliliyə daha çox yönəldilir.Daha çox ucqar kəndlərdə, rayonlarda bu cür faktlara rast gəlinsə də, amma paytaxt Bakıda da belə qızlarımızın sayı az deyil.Unutmaq olmaz ki erkən ailə quran qızların özləri hələ uşaqdır.Onda belə bir sual ortaya çıxır bəs onlar öz övladlarını necə tərbiyə edəcəklər? Axı onlar hələ bir şəxsiyyət kimi tam formalaşmamışdır.Ailə dəyərləri, analıq duyğusu, övlad tərbiyəsi-bəs bunları necə dərk edə bilərlər? Məhz müasir dövrümüzün aktual problemlərindən biri olan ailələrin tez dağılmasının kökündə məhz bu problem dayanır-erkən nigahlar.Biz bəlkə də günahları cəmiyyətdə, bəlkə müasir dövrdə,bəlkə də şəraitdə görə bilərik.Amma real olan budur ki cəmiyətimizdə günü-gündən qadınlarımıza zorakılıq, şiddət artmaqdadır.Bəzi ailələr oğlan övladlarına daha çox meyilli olduqlarından qız övladlarını diqqətdən kənarda qoyurlar.Bir tərəfdən qızlarımız buradan mənəvi zorakılığa məruz qalırlar Evlilik yaşı çatmadan ailə qurulmağa məcbur edilirlər-bir tərəfdən buradan qadına təzyiq, digər tərəfdən isə ailə qurmuş qadınlar həyat yoldaşları, qayınana, qayınata,  qohumların,qonşuların, bütünlükdə cəmiyyətin təzyiqlərinə dözməyə, dırnağarası desək onların nazını çəkməyə məcbur edilirlər.Bəzən də ailələrdə qadınlara qadağalar qoyulur çox şeylərdə. Qadınların azadlıqları əllərindən alınır.Bunların hər biri qadınlarda psixi travmalara, stress və depressiyalara,ən ağır hallarda isə xəstəliklərə qədər gəririb çıxarır.


Qadın gözəlliyini, fədakarlığını şairlər,yazıçılar öz əsərlərində təsvir və tərənnüm etmişdilər.Qadın hər şeydən əvvəl anadır.Analar isə fədakar olurlar.Təkcə Hüseyn Cavidin "Ana"romanı kifayətdir ki, onların nə qədər fədakar, nə qədər qəhrəman,nə qədər ürəyiyumşaq bəlkə də bunları ifadə etməyə sözlər yetməz.Qadınlar,analar bu cürdürlər və məncə elə bu cür də olmalıdır.


Xarici yazarlar da qadınlara aid çoxlu əsərlər yazmışdılar.Teoder Drayzerin"Kerri bacı",Oskar Uaylıdın"Diqqətdən kənar qalmış qadın",Maksim Qorki"Ana"və b. aid etmək olar.Bu arada kiçik yaşlarımda orta məktəbdə oxuduğum Cəlil Məmmədquluzadənin "Buz heykəl"hekayəsi yadıma düşdü.Məncə buna artıq şərh lazım deyil.Sadəcə sözlərin acizləşdiyi bir məqamdı.


Analara həsr olunmuş çoxlu filmlər də çəkilmişdir.Həbib İsmayılovun rejissorluq etdiyi "Ögey ana "filmində də qadın fədakarlığından danışılır.Qadınlar haqqında bəstəkarlarımız mahnılar bəstələmiş, müğənnilərimiz mahnılar ifa etmişdilər.
Qadınlar haqda çoxlu danışmaq olar.Ümumiyyətlə qadın böyük qüvvədir.Hər bir öndə olan kişinin arxasında da bir ağıllı qadın dayanır.Qadınlara diqqət, qayğı kiçikdən böyüyə doğru hərtərəfli olmalıdır.Bu günün gənc qızı sabahın anasıdır.Məhz buna görə də bacardığımız qədər qadınlara qarşı həssas olmalıyıq mehriban və qayğıkeş olmalıyıq.Çünki onlar buna layiqdirlər.


Ana haqqı ödənməz
Sevməyə ömür yetməz
Bütün dünya mənim olsa,
Bir dənə anam etməz

Yazdı:İradə Cəfərova

Go Back

Günəş işığına məhrum bənövşə- NİGAR ALIYEVA

11-03-2016

Payızın son çağlarıdır. güclü yağış yağır.axşam çağıdır,hava artıq qaralmağa dogru gedir.Həmidə çiynində şərf köhnə evin dəhlizində oturub,gözlərini navalçadan süzən yağış damcılarına zilləmişdi.Dərin xatirələrə dalmış qadının sanki ruhu bədənindən ayrılmış,həmin xatirələrin ardı ilə uzun illərin səhifələrini vərəqləyir.Damdan süzən yağış onun ayaqları altında kiçik gölməçə yaratmışdı.Ancaq o, nə damcı səsini eşidir,nə də ayaqları altındakı soyuq suyu hiss edirdi.Xatirələri onu 27 il əvvələ, onun gənclik illərinə aparmışdı.-O yenicə ali məktəbə qəbul olmuş və bunun sevincini yaşayırdı.İki gün idi ki,yay tətilini keçirmək üçün Kəlbəcər rayonunun ucqar kəndlərindən  birinə,qohumları evinə qonaq getmişdi.Ailəsi ilə hələ bir neçə gündə burada qalası idilər.yayın gözəl günlərində hələ gəzməli,görməli o qədər yer var idi ki,...Həmidə səhər tezdən qızlarla birlikdə bulaqdan su gətirməyə getmişdi.O, gah çiçəklərdən dərir,gah da uçan kəpənəklərin ardı ilə qaçırdı.Getdikcə qızlardan uzaqlaşır,qayaların arxasına keçir,kəpənəyi tutmağa çalışırdı.Qızlar onu çağırır

-Həmidə! Gəl evə qayıdırıq.Anam bizi gözləyir axı!

-Siz gedin! Mən bir azdan gələrəm.

Uzaqdan,daşların üstündə oturub bayaqdan Həmidəni izləyən Cabirin elə istədiyi də bu, Həmidənin yalnız qalması idi.O,axşamdan Həmidəni qonaq olduğu evdə görmüşdü.Həmidə onun çox xoşuna gəlmişdi.Hələ tünd qəhvəyi gözləri,gülüşü onun gözləri önündən getmirdi.Gecə sabaha qədər bu haqda düşünmüşdü.Həmidə mütləq onun olmalı idi.Amma necə? Axı O hələ ali məktəb oxuyası,özüdə ailənin gözünün ağı- qarası tək övladı...


Onuda düşünürdü ki, Həmidəni ona verməzlər.Çünki, O həm Həmidədən 13 yaş böyükdü, həm də ki, Həmidə və onun ailəsi Cabiri tanımırlar.Cabir üçün bir çıxış yolu var idi.O da qızı qaçırmaq.Elə bu fürsət də onun əlinə göydəndüşmə oldu.Həmidə artıq tək qalmışdı.qızlar ondan xeyli uzaqlaşmışdılar.Bircə qıza yaxınlaşmaq, onun fikrini öyrənmək lazım idi.O, elə düşünürdü ki, ola bilsin qız özü onunla razılaşıb öz xoşu ilə getsin.Tez atına minib Həmidənin yanına gəldi.


-Salam gözəl qız necəsən?


-Çox sağ olun yaxşıyam.Deyib:Həmidə ondan uzaqlaşmağa çalışdı.Cabir atdan enərək qızın qolundan tutub-hara gedirsən  ir kəlmə sözüm var.


Cabirin kobud görünüşü,üzündəki sərt ifadə,səsinin xırıltılı olması Həmidni qorxuya saldı.Həmidə titrək səslə-buraxın qolumu! Siz neynirsiz?


Cabir düşündü ki,onsuzda Həmidə onunla razılaşası deyil.Yaxşısı heç kəs xəbər tutmamış qızı qaçırmaqdır.Həmidə nə qədər etsə də Cabirin əlindən çıxa bilmədi.Onu məcburi atın üstünə qoyub, qonşu kəndlərdən birinə,dostu evinə apardı.Həmidə onunla evliliyə əvvəlcə razı olmasa da sonradan məc ur qalıb toya razılıq verdi.Elə onun ailəsi də qohumların təkidi ilə bu evliliyə razılıq verdilər.Toydan sonra O, yodaşının ailəsi ilə-ata,ana və qardaşları ilə birlikdə yaşamağa başladılar.Evliliyin ilk həftəsindən onun məşəqqətli günləri də başladı.Şəhərdə öz ailəsi yanında tər bənövşətək bəslənmiş qız, indi böyük bir ailənin içərisinə düşmüş, qaynanası Gülgəz tərəfindən ev işlərin çatdırıb görə bilmədiyi üçün hər gün danlanır, təhqir olunur.Evdə söz-söhbət yarandığına görə əri tərəfində döyülürdü.Gülgəzin digər bəhanəsi isə onu gəlini olaraq qəbul etməməsi idi.Çünki O, öz bacısı qızı Ülkəri Cabirlə evləndirmək istəyirdi.Oğlunun Həmidəni qaçırtması isə planları tamamilə alt-üst etmişdi.Bunun qisasını isə hər dəqiqə Həmidədən alırdı.Günü-gündən Həmidə günəş işığından məhrum bənövşətək solub-saralırdı.Bir neçə ay sonra O, hamilə olduğunu öyrəndi.Bu onun üçün yeganə xoşbəxtlik mənbəyi idi.O, artıq gələcəyə yeni ümidlərlə baxır, övladı ilə keçirəcəyi xoşbəxt günlərin xəyalını qururdu.O, düşünürdü ki, uşaq dünyaya gəldikdən sonra ona olan münasibətdə yumşala bilər.Gülgəz öz kinindən əl çəkərdi.Ancaq Həmidə həyatın ağır sınaqlarının qarşıda olduğundan bixəbər idi.


Vaxt yetişdi və Həmidənin bir qız övladı dünyaya gəldi.Uşağın olmasına yardımçı olan qadın uşağı bələyib:-al qızım bir azdan süd verərsən mən gedi .


-Çox sağ olun allah razı oçsun.Həmidə bu sözləri deyib,övladının üzünə baxa-baxa allahım sənə şükürlər olsun! Övladımı sağ-salamat qucağıma almağı mənə nəsib etdin.Qadını yola saldıqdan sonra Gülgəz evə gəlib, laqeidcəsinə
-ərin evə gəlməmiş o uşağı öldür.Bu sözlər Həmidənin qulağında cingildədi.
 

O,çaşqın halda:-nəə???
-Dedim ki, uşaq ölməlidi.
O, uşağı sinəsinə bərk-bərk sıxaraq dili topuq çala-çala:-necə yəni...?    Niyə...?


-Dedim ki o uşağı öldür.Onsuzda o yaşamayacaq.Ərin gələndə onu oldürəcək sənində halın heç yaxşı olmayacaq.Həmidə hıçqıra-hıçqıra-


Axı....axı...axı niyə? Bu körpə sizə nə edib?


-Ərin evə gələndə niyəsin ondan öyrənərsən.


-Qurban olum xala siz nə danışırsız? Bu körpənin nə günahı var? Öz-özünə allahım bu nə iş idi? Bu nə tilsimdi? Mən heç nə başa düşmürəm. O, dahada hönkürdü.


-Canın çıxardı oğlan doğardın. İndi ki belə oldu çək  cəzasın.deyib: Gülgəz çıxıb getdi.


Həmidə uşağı sanki əlindən alırlarmış kimi sinəsinə bərk-bərk sıxaraq-Yox...hönkürə-hönkürə-O,mənim balamdı.o u məndən heç kim ala bilməz. Həmidə ağlayaraq-məgər qız övlad deyil?


-Niyə axı... niyə?? O,bu sözləri öz-özünə deyə-deyə uşağa baxdı.Onun gözləri böyümüş halda çığıraraq cikkə çəkdi.Hönkürtü ilə ağlamağa başladı.Gülgəz səsə tez evə qaçdı. Həmidə uşağı qucaqlayib ağlayırdı.usaq artıq ölmüşdü.Həmidə uşağı sinəsinə möhkəm sıxdığından onun nəfəsi kəsilmişdi.Həmidədə digər qadınlar kimi övlad qatili idi.O,özüdə bilmədən övladını boğaraq öldürmüşdü.


Həmidə çığıraraq-onu.....onu siz öldürdüz...istəyinizə çatdız?? Canilər...qatillər deyə Həmidə ağlayırdı.

O, gah uşağını qucaqlayır, gah da ağlını itirmiş kimi fəryad edirdi.Gülgəz isə laqeidcə ona baxırdı.Çünki bu olanlar ona təsir etmirdi.Onun hisləri artıq ölmüşdü.Onun qəlbi illər öncə daşlaşmış, analıq hissi ilə çoxdan vidalaşmışdı.O, bu kəndin yazılmamış qanunlarına illər öncə kölə olmuşdu.Gülgəzdə ilk qız övladını bu cür öldürmüşdü.Sanki tarix təkrarlanırmış kimi. Eyni hadisənin bənzəri bu ailədə yenidən baş vermişdi. Bu filmə Gülgəz dəfələrlə baxdığı üçün onun qəlbində heç bir titrəyiş yaratmırdı.O,sonradan dünyaya gətirdiyi 3 qız övladlarını isə öz əlləri ilə vedra dolu suya salaraq boğub oldürmüşdü.bu məcbur idi. Başqa çıxış yolu da yox idi.Bundan sonra isə ard-arda 9 oğlan övladı dünyaya gəlmiş, bir dənədə olsun qızı olmamışdı.


Həmin kəntdə belə bir adət var idi ki ilk dünyaya gələn övlad qız olardısa o öldürülməli idi.Bu çirkin vəzifə isə uşağı dünyaya gətirən ananın boynuna düşürdü.Bu kəntdə yazılmamış qanunların qurbanı olan bütün qızların taleyini Həmidənin qızıda yaşadı.daha doğrusu bu tale ondanda yan keçmədi.Burada doğulan ilk qız övladlarının taleyi eyni yazılmışdı.Onlar bu həyata gözlərini tam açmamış o gözlər əbədiyyən qapanmalı idi.Bu yazılmamış qanunlar qarşısında hər kəs,hətta o kiçik körpə belə aciz idi.Həmidə beynində düşünürdü o qız övladı yaşasa da,onunda həyatı anası kimi, taleyi başqaları tərəfindən, özüdə insanlığın nə olduğun bilməyən biriləri tərəfindən yazılacaqdı.O, yalnız cismən yaşayacaq, ruhu isə doğulduğu gün dəfn olacaqdı.

 
Həmin gün usağı dağın kölgəsində qalan,onlarla körpənin uyuduğu,qızlar qəbristanlığında dəfn etdilər.Onlar bu dünyada günəş işığı görmədən həyata əbədi olaraq gözlərini qapamış,qəbirləri belə daim kölgəli dağın ətəyində,günəş işığından məhrum idi.


Övladının ölümündən sonra Həmidə o evdə,o ailədə yaşaya bilməzdi.Həmidə orada qalmaqla həmin kəndin digər sakinləri kimi,Gülgəz xanım kimi uçurumun dibinə bu cismən yaşayan, ruhlarını şeytana təslim edənlərin içərisinə düşəcəkdi.O da bu qanunlar qarşısında boyun əyərək həyata davam edəcəkdi.Ancaq burada daşlaşmış qəlbləri yumşaldacaq biri olmalı idi.bunu etmək isə heç də asan bir iş deyildi.Artıq Həmidə qarşısına bir məqsəd qoymuşdu.O, bu cəhalətə son qoymalı idi.O,gələcəkdə yeni bir faciənin yaşanmaması üçün, yeni bir ananın qatil olmaması üçün əlindən gələni etməli idi.


Həmidə o ailədən ayrılıb, anasıgilin yanına şəhərə geri döndü.Burada imtahan verib yenidən universtetə daxil oldu.Həmin il ağır yol qəzası nəticəsində ailəsini itirən Həmidə bundan sonrakı həyatına tək,heç kəsin köməyi olmadan davam etdi.O universteti bitirdikdən sonra həmin kəndə qayıdacağını, bu kəntdə yeni məktəb açılmasına kömək olacağını, eyni zamanda insanlar arasında bir müəllim kimi taninacaq.İnsanların gözünü açmağa müvəffəq olacaq.


Ancaq qarabağ münaqişəsi nəticəsində kənd işğal olduğundan kənd sakinləri yeni qəsəbədə məskunlaşmalı oldu.O, universteti bitirib həmin qəsəbədə ana dili müəllimi işləməyə başladı.O,insanlar arasənda münasibəti normala saldı.O, hər zaman qadınlarla söhbət edir, onları səhv yoldan çəkinməyə, ailələrinə, ovladlarına sahib çıxmağa səsləyirdi.Bir müddət sonra ilk qiz övladlarının qətli azalıb, bəzi ailələrdə yaşamalarına icazə verilirdi.Eyni zamanda onlar təhsil ala bilirdilər.


Həmidənin keçmiş həyat yoldaşı Cabir, xalası qızı ülkərlə ailə həyatı qurub.Onunda ilk övladı qız olanda bu halları yenidən yaşayıblar.Ülkər isə övladının yaşaması üçün əlindən gələni edib.O, uşağın yaşamasına çətinliklədə olsa razılıq alıb. Onlar Gülgəzgildən kənarda yaşamağa başlamiş, və sonradanda iki qız övladları, bir oğlu dünyaya gəlib.Onlar sonrakı həyatlarına xoşbəxt şəkildə davam edirdilər. Gülgəzin digər oğlanlarida ailə qurub ayri yarayirdilar. Həyat yoldaşı vəfat etdikdən sonra bir müddət tək yaşayan Gülgəz, ağır xəstəlikdən vəfat edib.


Həmidə  ütün həyatını şagirdlərinə həsr etmiş, onların hər uğurundan təsəlli alırdı.


Birdən qapı döyuldü.


-Həmidə müəllimə! Deyə kiçik bir qızcığaz səsi e.idildi.
Həmidə diksinərək sanki yuxudan ayıldı.
-Hə qızım! Xoş gəlmisən gəl içəri.-müəllimə niyə gəlmirsiz? Hər kəs sizi gözləyir axı!
 

O, hazırlaşıb, qızcığazla məclis olan evə gəldi.
Buradakı yığıncağın səbəbi Həmidənin ilk qız şagirdi, eyni zamanda onun yaşaması üçün min bir əzab əziyyətə dözən Sevda xanım, yəni qızın anası vəHəmidənin əzmi, iradəsi sayəsində sağ qalan Nilufər artıq universtetə qəbul olub.Hər kəs onun sevincini yaşayır.


-Həmidə müəllimə xoş gəlmisən! Keç əyləş deyə sevda yer göstərdi.
-Çox sağ ol ay Sevda gözün aydın.
Qadınlarla görüşüb, Nilufəri yanına çağırdı.
-Nilufər! Qızım! Mənim bir dənəm! İlk baharımız! Səni təbrik edirəm.Həyatda hər zaman üzündə sevinc, gözlərində xoşbəxtlik olsun.Nə yaxşı ki, varsan.


Üzünü qadınlara tutaraq:-əziz xanımlar bur yığışmağımızın səbəbi hər birimizə məlumdur.Sizə demək istədiyim odur ki, sizlərdə özünüzü bu sevincdən məhrum etməyin.Həyatda nə olursa olsun övladlarınızı qorumağı özünüzə borc bilin.İcazə verməyin ki qızlarımızın indiyə qədər yaşadığı bədbəxt hadisələri kimlərsə təkrarlasın.Bu həyatda açılmamış güllərin solmasına bir daha icazə verməyin. İstər oğul, istərsədə qız, hər ikisi övladdı. Bunları bir birindən ayırmaq olmaz.Onlar sizlərin bətnində böyüyən, sizlərin qanından olanlardı.Ərlərinizdən qorxmaq əvəzinə allahdan qorxun çünki,o usaqları sizlərə əmanət olaraq nəsib edir.Sizlərsə bu əmanətə sahib çıxmırsız.


Xanımlar! Bizlərin alnına bir yazı yazılıb ki, o da qadın olmaq...Bu ifadənin altında bizləri nə qədər məsuliyyət və yük gözlədiyini yaxşı bilməliyik.Biz öz həyatımızı cəhənnəmə və əzablara qurban verməklə qadın olmuş deyilik.Sizlər namusunuzla, alın açıqlığı ilə ailənizin şərəfini qorumağa, ərlərinizin hörmətin saxlamağa, onları sevməyə,düzgün, bu həyata xeyirli övlad yetişdirməyə borclusunuz.Ərləriniz çıraq, sizlərsə pərvanəsiz.Sizlərin onlarsız yaşaması çətin,onların isə sizlərsiz heç bir mənası gözəlliyi olmaz.Qadınlar və kişilər bir-biri üçün yaradılıblar.Onları ayrı təsəvvür etmək mənasız olar.Ancaq sizlərin özü üzü və övladlarınızı qurban vermək məcburiyyətində deyilsiniz.Siz cismən deyil, həm də ruhən yaşamalısınız.Çünki, ruh olmadan cismin yaşaması bu həyatda olmamaq deməkdir.Sizlərə son olaraq bir sözüm var.Qatil olmayaq, qadın olaq.


Ad,soyad: Alıyeva Nigar
Sosial status:Azərbaycan pedoqoji unuverstetinin təhsildə sosial psixoloji xidmət ixtisasının tələbəsi

Go Back

Sürükləyir həyat məni - GÜLANƏ QAFAROVA

11-03-2016

 

Sürükləyir həyat məni,

Bir uçurum kənarına.

Xoşbəxtliyimi alıb məndən,

Aparıbdır uzaqlara.

 

Sürükləyir həyat məni,

Vicdansızlar ağuşuna.

O zülmətin içindəcə ,

yaşarkən öldürür məni.

 

Sürükləyir həyat məni,

Tənhalığın qucağına.

İnsan cilddə Şeytanlardan,

Nələr çəkdi başım mənim

     

Həvəskar:Gülanə Qafarova

Go Back

Ürəyini məzar etdin; cəsarətinə, hüquqlarına, hisslərinə - AZADƏ BAYRAMOVA

11-03-2016

Ürəyini məzar etdin;  cəsarətinə, hüquqlarına, hisslərinə...

Deyirlər, romantiklər həyatı olduğu kimi görməzlər. Çünki, onların baxışlarındakı təsvir dairəsi tamam fərqlidir. Onların xəyal dəyirmanı dövr edir, Yerin Günəş ətrafında dövri hərəkəti kimi. Onlar öz gözləri ilə görmək istədiklərini həsrətlə birgə xurcununa yerləşdirən təlatüm dolu insanlardır. Ancaq bəzən insan görmək istəmədiklərini görür, sarsılır, mənən sınır, nifrət qığılcımı alovlanaraq mənlik məhfumunu kül edir. Necə ki, az öncə, qarşımda yalqızlıqla boğulan, göz yaşı ilə yanağının vaxtsız qırışını isladan, nəfəsini özünə yadlaşdıran və hər ürək döyüntüsündə özünü “mən”dən uzaq edən qadın vardı. Bəli, qadın!


Duyğusallığını dərinliyinə hopduran, gülüşünü illər öncə yelə bəxş edən, hər damla göz yaşında bir xatirəni göz önünə gətirən qadın! İndi niyə ağlayırdı? Görəsən, yenə də “ömür yoldaşı” kədərini ona yoldaş etmişdi? Görəsən, yenə də Heraklın əfsanəvi kişi gücünü göstərməsinə səhnə yoldaşı olmuşdu qadın? Görəsən, yenə də məchul təzyiqlərlə səbəbi sual dolusu təhqirlərə məruz qalaraq tək çarəni ağlamaqda görmüşdü?


Qadın, bəlkə indi danışasan? Bəlkə indi sənin də ağzında bir dilinin olduğunu göstərəsən? Bəlkə indi azad olasan süni təbəssümlərdən? Onsuz göz bəbəklərin səni ifşa edəcək qədər sədaqətsizdir… Bəsdir, ürəkləri bulandıran “xoşbəxt ailə”ndən ürək dolusu danışdın! Yox, əzizim, səni bir tək qadın anlar. Gözlərini gözlərimə daya. Əlini ovcumda isit. Nəfəsini qulağıma eşitdir. Həmdəm olum deyə sənə. Şərik olum qəminə. İzin ver, patriarxal cəmiyyətin tilsimini açmaq üçün qəfəsdəki quşu azad edim. İzin verə bilərsənmi? Yox, axı sən, izin vermək deyil, izin almaq haqqlarına mənsub olmusan! Yox, axı sən, ambisiya qarışıq insanın iddialarına itaətkar cavablar verməklə özünü məhkum etmisən izinsizliyinə…


Amma qadınıq biz. Sən də, mən də. Bilirəm, baş üzərini qara buludlar sardığından bir daha başını qaldırmağa cürət eləmədin. Qorxdun, çəkindin atanın namusuna, ananın adına xələl gələr deyə. Qorxdun, çəkindin bacılarının bəxtinə ləkə gətirərsən deyə…Və sadəcə göz yaşlarına sığınaraq ürəyini məzar etdin, cəsarətinə, hüquqlarına, hisslərinə! Qorxdun, çəkindin. Bir dəfə də olsun, başını qaldırıb göy üzünü zəbt edən buludlara baxmadın, əydin başını. Hər gün biraz daha əydin və əyildin.


Əziz qadın, bəs indi? İndi yenə də gözlərinin səmtini dəyişmək, başını qaldırmaq istəmirsən? Bax, sən! Gör ki, o buludlar daha yoxdur. Gör ki, buludlar dözməyib göz yaşı tökdü, baş üzərindəki qara ləkələri silsin deyə. Elə o göz yaşı sənə aydınlıq, səni özünə məhkum edənlərə isə boğuculuq gətirdi…Bax, yağışdan sonrakı göy qurşağı necə də gözəldir. Gözünü qamaşdıran çəhrayı işığa bax…

AZADƏ BAYRAMOVA

Go Back

Qadın olmaq gözəl olmaq deyil , o gözəlliyə ağıl qata bilməkdir - AYDAN OSMANLI

11-03-2016

                           

 Səhər açıldı...Artıq yuxudan oyanmışam. Mənim 15 yaşım var.Amma acılarım

yaşımdan  böyükdü. Havalar isinməyə başlayır. Artıq yaz gəlir. Nə qədər  fəsillər, aylar, illər dəyişsədə mənə olanları  unutdurmayacaq.Mənim həyatda anamdan başqa heç kimsəm yoxdu.Məni anamdan  başqa heç kimsə sevməyib.Mən sevib sevilməyi anamın sayəsində hiss etmişəm.Atamla anam bir birilərini seviblər. Atam uşaq sahibi olmaq isdəmədiyi üçün məni tərk edibvə təhsilini davam etdirib.Anam isə təhsilini yarımçıq qoyub məni doğub,işləyib,məni böyüdüb.Həyatın hər pilləsi qanının sevgisi kişinin sevgisindən daha artıq olduğunu göstərir.Niyə həmişə qadınlar əziyyət çəkirlər deyə  həmişə özümə sual vermişəm.Anam atama görə öz ailəsini tərk etmişdir.Babam anamdan imtina etdi. Qadının həyatında rahatlıqla güvənə biləcəyi ən böyük insan atasıdır.Üzünü çevirib hər baxdığında atasının yanında olduğunu görməkdir.Anamın o vaxt hələ 20 yaşı varmış.Qadın  zəif yox zərif məxluqdur.Anam  çarəsizlik içində mənim doğulmağımı gözləyirmiş. Hərkəs tərəfindən tərk edilən qadın nə edəyəcəyini bilmirdi. Tək ümidi doğulacaq körpəsi idi.Axı o qadındı,öz körpəsini fikirləşməlidir.Anamın mənim  ucbatımdan yarımçıq qalmış təhsili də  vardı.Anam həmişə deyərdi;qadının en böyük uğuru ana olmaqdır. Qadın  olmaq  gözəl həmdə çox çətindirAnam bir dərzi yanında işləməyi başladı,yaxşı əl işləridə bacarırdı.Hamilə bir qadının  tək başına yaşaması, həm də  işləməsi çox çətindi.Amma o qadındı yıxılmadı,həyatın sərt üzünü gördükcə daha dözümlü oldu.Bunlar anamın həyatının ilk çətin günləri idi.Artıq doğulmağıma saylı günlər qalıb.Anam çox sevincli olsada qarşıda onu gözləyən çətinlikləri fikirləşdikcə kədərlənirdi.Cəmiyyətdə qadının gücünə inanmırlar,ona zəif məxluq kimi baxırlar.Qadın zəif deyil .Xaricdən zəif göründüyü qədər daxildən bir o qədər güclüdür.Mənim anam çox güclü qadındır.qadınları bu qədər güclü edən kişilərdi.Artıq doğulmuşam,problemlər çoxalıb. Anamın mənə baxacaq  heç kimsəsi yox idi. İstənilməyən münasibətdən istənilməyən uşaq doğulmuşdu.Məni özü ilə işə  aparmaq məcburiyyətindəydi.Yıxıla yıxıla böyüdüm.Həyatın  çətinliyini kiçik yaşlarımdan hiss etdim.

Artıq böyümüşəm. Məktəbə gedirəm.Anam  kiçik bir dükan açıb.Artıq həyatımız evvəlkindən daha gözəldi.Məktəbdə uşaqlar atalarından danışanda həmişə anamdan danışırdım ,danışmaqdan heç yorulmurdum.Onun çəkdiyi çətinlikləri heç vaxt unutmayacam.Atam səhvini başa düşmüşdü,amma gec idi.Anamla mən  xoşbəxtəm. Heç  kimə ehtiyyacımız yoxuydu,amma atamın bizə ehtiyyacı varıydı.Bildiyim qədəriylə atamın bizdən başqa heç kimsəsi yoxuydu.nece ki bizim bir vaxtlar heç kimimiz olmadığı kimi.məni həyatimda həyatın pisliklərin həmişə anam qorudu.Qadındı,amma qorxusuz ,cəsur qadındı.Həyat ona belə yaşamağı çox tez yaşlarda öyrətmişdi.İndi mənə atam lazım deyildi.Mənə lazım olan vaxdı o ata yanımda yoxuydu.Başımı hər çevidiyimdə anamı qarşımda deyil arxamda gördüm.

            Anamdan...                                                                             

     Mənim bunları  danışmaqda məqsədim  bir  qadının fədakarlığını göstərmək istədim.Qadının körpəsi üçün edə biləcəkləri ,cəmiyyətin qadına qarşı fikirləri,kişinin qadına qarşı etdyi səhvi anlaması bu həyatın yaşanmış gerçəkləridir.Qadın dediyin əzimlidir, yıxilmazdır.Qaranlıq bir tunelin sonunda işiq olmadığını bilə-bilə bu tunellə getməkdən qorxmaz .Həyatın bizə verdiyi qabiliyyətləri,bacarıqları istifadə edə bilməkdir qadınlıq.Həyat: bu yola çıxarkən yeni həyacanlarla yeni həvəslə,özünü kəşf etməyə başlamanın vermiş olduğu həzz ilə yaşadır bizi.Qadın olmaq çox çətin sənətdir dedim.Bəli çox çətin sənətdir əslində.İstədiyimiz bir çox xüsusiyyətləri daşımaq üçün və ya bir cox xüsusiyyətlərə sahib olmaq üçün illərcə çalışıb vuruşuruq,həmdə tək başına .                                           

   Qadın olmaq gözəl olmaq deyil , o gözəlliyə ağıl qata bilməkdir. Qadın olmaq özü üçün yaşamaq deyil,övladı üçün nəyəsə sahib olmaqdır.Qadın çox böyük məsuliyyəti özündə daşımağı bacarmalıdır.Bu məsuliyyətdən bezməyərək daha da artıq məluliyyəti götürə bilməlidir.Hər bir qadın qızının güclü deyil xoşbəxt qadın olmağını istər.

Mənim üçün qadın olmaq budur.                                                                                                                                  

Artıq 10 il keçib.məndə artıq bir qadınam.Azərbaycanda tanınmış rəssamam Həyatımın əksikliklərini çəkə- çəkə böyük rəssam oldum.Həmişə  həyatım anamın həyatı kimi olacağından qorxurdum.Həyatımda ən böyük naliyyətim ana oldum.                      

 Anam və mən  qadın olmağımızla qürur duyuruq.Güclü yox,xoşbəxt qadınam.

AYDAN OSMANLI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Go Back

Atlasın yükü - PEYKƏR İBRAHİMOVA

11-03-2016

Tam tibb  təhsilimi yenicə başa vurmuşdum. Artıq mən də insanların həyatını xilas edən, onlara hər an kömək etməyə hazır tibb işçisi idim. Məni nə fərqlənmə diplomu ilə universiteti bitirmək, nə rezidenturanı xaricdə oxumaq qürurlandırırdı. Cərrah kimi ölkənin ən böyük xəstəxanalarından birində fəaliyyətə başlayanda  sevinməyimə və gözlərimdən beynimin əmrinə tabe olmayan yaşların gəlməsinə səbəb ailəmə kömək edə biləcəyimdən hiss  etdiyim qürurla birləşmiş fəxarət hissi idi. Əslində elə universitet vaxtından  ailəmə  kömək edirdim. Öz xərclərimi özüm ödəyir, arada bacardığım qədər ev üçün də nə isə etməyə çalışırdım. Həm oxumaq, həm də işləmək yuxusuzluqla dost olmaq demək idi. Bəzən yüklərim məni o qədər yorurdu ki, universiteti atmaq, xəyalımı bir kənara qoyub bir neçə iş daha tapmaq fikrinə düşürdüm. Hər gün iki saatlıq yuxumdan oyananda monotonlaşmış şikayətlərimi özümə təkrar edərdim: "Sən hara, oxumaq hara! Sən yük daşımaq üçün doğulmusan. Buna bir bax! Cərrah olmaq istəyir özü də!" Ancaq bunu o qədər sakit və pıçıltı ilə deyirdim ki, nə xəstə ola-ola işləyən  atam, nə də hələ yenicə məktəbə gedən qardaşım eşidirdi. Anam biz uşaq olanda həyatdan köçmüşdü. O vaxtdan da atam bizi böyütmək üçün eynilə mənim kimi bir neçə işdə işləyirdi. Həm çöldə, həm də evdə işləmək onu ikiqat yorurdu. Düzdür, mən ondan heç vaxt köməyimi əsirgəmirdim. Lakin, o, mənim oxumağımı və onun çəkdiyi əzabları çəkməməyimi istəyirdi. Əvvəllər etdiyim şikayətlərin obyekti elə dərdlərin özü idi. Lakin, bir müddət sonra obyekt şikayətlər yox, onlardan yorulmağa çevrildi. Gələcəyə olan inamımı saxlayan yeganə motivasiyam, ailəmin mənə inamı idi. Hərdən bütün çətinliklərimizi unudub saatlarla çəkən söhbətlərimizin mövzusunda xilasedici mən idim. Atam "qızım həkim olsun, onda hər şey düzələcək" deyib mənə olan inamını əks etdirən gözlərindəki parlaq işıqla qaranlıq düşüncələrimə işıq salırdı. Qardaşım isə  "bacı həkim olanda" adlı özü üçün istədiklərini yazdığı  siyahısını  hər dəfə nəsə əlavə edib, mənə oxuyardı.

Cərrah kimi fəaliyyətə başlamağımdan bir-iki il keçdikdən sonra, ölkənin ən məşhur və bacarıqlı cərrahlarından biri kimi tanınırdım. Daha bir neçə il keçdikdən sonra isə, artıq dünyada özünə ad-san qazanmış həkimə çevrilmişdim. Bəlkə də qocalıqdandır keçmişi tez-tez xatırlamağım. İnsan yaşa dolduqca dünyada özündən sonra iz qoymaq düşüncəsi (əslində, mən iz yox miras sözünü işlətməyi üstün tuturam) onu yaşadıqlarını və yaşatdıqlarını xatırlamağa məcbur edir. Bəli, məhz məcbur edir. Bu cəhətdən də, özümdən razıyam. Ancaq, yaşadıqlarım arasında bir hadisə var ki, onu xüsusi vurğulamalıyam. Mən insanları kişi və ya qadın olaraq ayırıb kiminsə irəli getməyində bu cəhətin rolu olmağına inanmamışam. Çünki, ailəmdə ayrıseçkilik görməmişəm. Lakin, həmin hadisədən sonra mənim qəbul etmədiyim ayrıseçkiliyin cəmiyyətdə özünə evlənməkdən tutmuş iş həyatına  qədər hər sahədə necə  yer tutduğuna şahid oldum.

Həkimlik fəaliyyətimin üçüncü ili idi. Soyuq bir payız günü idi. Günüm həmişəkindən gərgin keçmişdi. Düşüncəmə tezliklə işdən çıxıb dincəlmək hakim kəsilmişdi. Hətta tıxacda qalmaq da istirahət demək idi mənim üçün. Yavaş-yavaş yığışıb çıxmağa hazırlaşırdım ki, tibb bacısı qapını həyəcanla açıb qışqıraraq: "Həkim Ş. tələsin! Ağır vəziyyətdə xəstə gəlib". Çantamı, şərfimi hərəsini bir yerə tullayıb onun arxasınca qaçdım. O günədək gördüyüm ən ağır əməliyyatım olmuşdu. Xəstəni xilas edə bilmişdim. Ancaq, sağ ayağını amputasiya etməli olmuşdum. Əməliyyat yorğunluğumu yaddan çıxarmışdı. Səhərə qədər xəstəxanada qalıb onun özünə gəlməsini gözlədim. Əlbəttə, həyatı üçün təhlükə yox idi. Sanki, adlandıra bilmədiyim bir  qüvvə və ya hiss qalmağı məndən tələb edirdi. Hadisənin necə baş verməsi mənə maraqlı deyildi. Lakin,daxilimdə bir səs "əgər onu vaxtında gətirsəydilər, nəticə belə olmazdı" deyirdi.

Səhəri düşüncələrin və kofenin köməyilə gözümü bir dəqiqə olsun yummadan açdım. Mənə maraqlı olan digər bir məqam isə, heç kəsin onun vəziyyətini soruşmaması idi. Bəlkə kimsəsiz idi. O, çox gözəl bir gənc qadın idi. Hətta çəkdiyi ağrılar da onu çirkinləşdirə bilmirdi. İnsanları ilk baxışdan tanımaq lənətlə hədiyyənin ərafıdır. Onun siması gənc və gözəl ola bilərdi, lakin yüz yaşında bir ruha sahib olduğuna əmin idim. Ağrılarla əzablarla zəncirlənmiş qəlb. Yox, bəlkə də o da hər gün qarşılaşdığım saysız-hesabsız öz dünyasını çiyinlərində gəzdirən Atlaslardan biri idi.

Düşüncələrdən məni yenə onun gəlişini xəbər verən tibb bacısı ayırdı.

- Doktor Ş. bayaqkı xəstənin ailəsi gəlib.

- Lap yaxşı, gəlirəm.

Ailəsi olmasına çox sevinirdim. Onun qayğısına qalası insanlar vardı. Lakin, otağa girən kimi sevincim də yoxa çıxdı. Qoca bir qadın yenicə oyanmış qızı elə hey danlayırdı. Qarının yanında  "ölsə daha yaxşı olardı" baxışlarını qıza zillləmiş bir kişi dayanmışdı.

Qoca nəfəs almadan Atlası (onun adı həqiqətən belə imiş) təhqir edirdi:

- Kaş öləydin. Səni adam içinə nətər çıxaracam mən?! Deyəcəklər, Samayanın gəlini topaldı. Bu nə iş idi başımıza gəldi.

Dərin, qəzəbli bir ah çəkib bu dəfə üzünü səhərdən baxışlayırla od püskürən adama tutub  qışıqrdı:

- Aldığın budur! İşbilməzin birini tapdın. Bununla evləndiyin günə daş düşəydi.

Atlas o qədər cılızlaşmışdı ki, bacarsaydı yox olardı. Əgər qarının susmağını gözləsəydim bir gün daha oyaq qalacaqdım. Yuxusuzluğum, stressim özünü indi büruzə verdi və üzümü qarıya tutub səbrimi güc-bəla basaraq dedim:

- Xanım, siz onun yaşamağına sevinmək əvəzinə onu təhqir edirsiniz?! Bir az da gec gətirilsəydi..

- Belə yaxşı edib gec gətirmişəm. Ərini gözləyirdim. Özbaşına deyiləm  ki. Alıb işbilməzi bu da nəticəsi!- cümləmi tamamlamağa imkan vermədi.

Sonra bir neçə saniyəliyinə mənə nəzər saldı və inanmağa çətinlik çəkdiyim cümlələrini dedi:

- Həəə, sənsən bunun ayağını kəsən. Öldürə bilmirdin?! Kimə lazımdı bu?! Heç fikirləşdin topal kimə lazımdı?! Əllərin qırılsın!

Səbr kasasına düşən sonuncu damcının səsindən başqa heç nə eşitmirdim.

- Bu otaqdan çıxmaq üçün bir dəqiqə vaxtın var. Ya çıx, ya da elə indicə polisə sənin kefin ucbatından bir nəfərin həyatını itirə biləcəyi barədə məlumat verirəm. Tez! Tərk elə otağı sən də, yanındakı da!

Belə cavab gözləməsə də, yenə özünün "haqlılığını" göstərməyə çalışırdı.

- Görüm onun xəstəxana pulunu kim ödəyəcək sən yoxsa, o acından ölən anası?

- Mən ödəyəcəyəm. Çıx otaqdan yoxsa, zəng edirəm. Cəld!

Otaqdan çıxhaçıxda üzünü hansı ağrını çəkməli olduğunu bilməyən Atlasa tutub dedi:

- Burdan çıxan kimi boşanacaqsan! Nə çoxdu qız.

Onlar çıxan kimi yazıq qızın gözlərindən yaşlar tökülməyə başladı.

- Narahat olma, hər şey yaxşı olacaq! - başqa heç nə deyə bilmədim və deyə də bilməzdim.

Birtəhər yazıq qızın anası ilə əlaqə saxlaya bildim. Sözləri bacardığım qədər ehtiyatla seçib qızının vəziyyətini ona izah etdim.

Titrəyən səsi ilə məsafənin uzaq olması səbəbindən ən tez səhər xəstəxanaya gələcəyini bildirdi.

Xəstəxanada boş otaqların birində bir neçə saatlıq yuxu düşüncələrimi nizama salmışdı.

Atlasın anası dediyi kimi, səhər tezdən xəstəxanada idi. Qızı kimi onun da üzündən yüz illərin yorğunluğu oxunurdu. Yazıq qadın qızını görən kimi ağlamağa, özünü günahlandrmağa başladı. Dünən baş verənlərdən anasının da onunla kobud rəftar edəcəyindən qorxurdum. Lakin, hər şeyin qaydasında olduğunu gördükdən sonra qadına "mənimlə mütləq danışmalınız" deyə pıçıldayıb otaqdan çıxdım. Bir neçə dəqiqə sonra o göz yaşlarını silə-silə mənə yaxınlaşdı.

- Buyurun xanım, otağıma keçək. Orda danışaq.

Heç nə demədən arxamca gəldi. Otaqda bir müddət heç birimiz danışmadıq. Onun səssiz gözyaşları hələ də üzündən aşağı süzülürdü. Yəqin ki, qızı ona hər şeyi danışmışdı. O da boşanmadan tutmuş xəstəxana pulunu necə ödəməyə qədər hər şeyi fikirləşdikcə çarəsizlik gözyaşları axıdırdı. Sözə necə başlayacağımı bilmirdim. Dərin bir nəfəs alıb sözə başladım:

- O yaxşı olacaq, xanım..

- Leyla..- titrəyən səsi ilə dedi.

- Leyla xanım.

- Sizə təşəkkür edirəm, həkim. Çox sağolun. Həm qızımın həyatını xilas etdiyiniz üçün, həm də onu müdafiə etdiyiniz üçün. Ödənişi ən qısa müddətdə ödəyəcəyəm. Bir iki şey gətirmişəm satmağa, onlar..

- O barədə narahat olmayın. Ödəniləcək. Ancaq sizdən bir şey soruşmaq istəyirəm. Siz necə qızınızın belə bir adamla evlənməsinə imkan verə bildiniz? Qaynanası  barədə heç  nə demirəm.

- Çox təşəkkür edirəm sizə. Sualınıza gəldikdə isə, cavabı eşitmək sizi ən çətin əməliyyatdan da yorğun salacaq həddədir. - qadın danışmaq istəmədiyini qətiyyətlə bildirdi.

Lakin mən də eyni qətiyyətlə cavabı eşitmək istəyirdim.

- Danışın, eşitməyə hazıram. Nəticədə eşitdiyim yazıçı təxəyyülü yox reallıqdır.

Leyla xanım danışıb danışmamaq arasında tərəddüd edirdi. Mən isə, gözlərimi üzünə zilləyib durmuşdum. Bir neçə saniyəlik sakitlikdən sonra o dərin bir ah çəkərək sözə başladı:

- Atlas bizim tək uşağımız idi. Atası həmişə oğlu olmasını istəyib. İlk uşağımız qız oldu. Ərimin onda da uşağı görməyə gözü yox idi. Sonra bir neçə dəfə də hamilə qalsam da uşağın qız olduğunu öyrənən kimi onları abort etdirməyimi tələb edirdi. Hər dəfə də məni qızımız olmasına görə təhqir edirdi. Onun bütün əzablarına dözməyimin tək səbəbi qızım idi. Bəzən ona yemək verməyim də dava-dalaş səbəbi idi. Atlasın 17 yaşı tamam olan kimi onu evləndirmək planlarına başladı. İlk gələn elçiyə yox demədi. Qızımın ikinci bədbəxtliyi bundan sonra başladı. Bilmirəm, ilahi ədalətə inanırsınız ya yox, ərim onun toyundan bir həftə sonra öldü.

Bir müddət fasilə verdi. Leyla xanımın gözlərində sadist baxışlar dodaqlarında isə ondan heç də geri qalmayan təbəssüm vardı.

Sonra yenə davam etdi:

- Qızım hər gün zəng edib ailəsinin ona verdiyi əzablardan danışan birisi deyil. Lakin, səsindən hər şeyi başa düşürdüm. Mənim başqa çarəm yox idi. Boşanmaq istəyəndə ərim məni qızımı öldürməklə təhdid edirdi. Düşünə bilirsiniz belə bir şeyi?!

Yumruqlarımı qəzəbdən bərk-bərk sıxıb ona qulaq asırdım.

- O  öləndən üstümdən böyük bir yük qalxmışdı. Təsəvvür edirsiniz, o öləndə bir damcı da göz yaşı tökməmişdim. Qadın olmaq yük çəkmək deməkdir, yükünün çəkilməsi yox. Bəlkə mənim üçün gecdir. Ancaq, qızım üçün elə olmayacaq. Onun qayğısına qalacağam. Yaxşı iş də tapmışam. Bir həftəyə başlayıram. Qızımı da götürüb gedirəm.

- Düz deyirsiniz, yük çəkirik. Ancaq, heç olmazsa kimin yükünü çəkə biləcəyimizi seçə bilərik. Sizə bacardığım köməyi etməyə hazıram.

O mənə çoxlu təşəkkür edib otaqdan çıxdı. Bu otaq, xəstəxana və ən əsası Atlasın həyatı məni necə də yormuşdu. Leyla xanım haqlı imiş. Həyətə çıxıb binadan bir müddətlik də olsa uzaqlaşmalı idim.

Böyük həyətin  sonuna, demək olar heç kəs olmayan hissəsinə çatan kimi dizlərimin üstündə çökdüm. Özümü o qədər yorğun və gücsüz hiss etdim ki. İlk dəfə qadın olmağın ağırlığını  çiyinlərimdə hiss etdim. Qadın olmaq, yük daşımaq və əzablara dözmək demək idi?! Nəyə görə Atlası atası qadın olduğuna görə istəmirdi?! Nəyə görə ayağı kəsildiyinə görə ondan boşanırdılar?! Ancaq, hadisənin tam əksi olsaydı, o ərinə baxmalı idi. Bilirəm, həmişə belə olmur, ancaq əksər hallarda hadisələr bu cür cərəyan edir. Qadın olmaq Atlas kimi Yeri və Göy qübbəsini çiyinlərində daşımaqdır?! Niyə qadın olmağı yük daşımanın sinoniminə çevirmiş bir dünya mövcuddur?! Bəs birdən bizlər yükümüzü tullasaq necə?! Hə?! Biz dünyanı istədiyimiz vaxt çiyinlərimizdən ata bilərik. Biz Atlas kimi güclüyük. Lakin, Atlas kimi Dünyanı daşımağa məcbur deyilik. Yük daşımağımıza səbəb sevgimizdir.

Bu hadisədən illər keçib və bu uzun müddət ərzində həmin hadisə yaddaşıma hər detalına qədər  həkk olunub. Çünki, Atlas  mənə bir qadın olaraq öz gücümə laqeyd olmamağı və alçalmamağı öyrətdi. Onun reallığı mənə o qədər təsir etmişdi ki, "Sərhəd(-siz)siniz" adlı xeyriyyə cəmiyyətini qurub ehtiyacı olanlara bacardığım qədər kömək edirdim. Əgər mən çətinliklərin öhdəsindən gəlmişəmsə, ətrafımdakılara da bu işdə dəstək olmaq ən böyük qazancım olardı. Nəticə etibarilə, zəfərlər öz gücünə bələd olmayanların yolunda inam olub, onları addım atmağa sövq etməlidir.

QEYD: Atlas – yunan mifologiyasında Yeri və göy qübbəsini öz çiyinlərində daşıyan Titan

Go Back

Bütün müsbət keyfiyyətlər ondan tələb olunar, ancaq həmişə mənfilərlə qarşılaşar - KƏMALƏ RƏSULOVA

11-03-2016

                                               

             Qadın. Heç bilirsənmi necə də ucadır sənin o adın.?

Hey ,sən! Mənə de görək; sən heç bir günlüyünə belə qadın oldunmu? Bu yer kürəsində bircə anliq nəfəsini qadin kimi aldınmı? Qadin təlaşı keçirdinmi? Qadın əzabı çəkdinmi? Sən heç bilirsənmi qadın olmaq nədir? Qadın olmaq ana bətninə düşməklə başlayar.Ailələrin bəziləri dünyaya gələcək övladlarının qadın olduğunu bildiyi anda son qoyar həyatına.Bəli, qadın olmaq, qadın kimi yaşamaq hələ ana bətninə düşdüyün andan bəri öz çətinliyini , əzabını göstərər.Bəziləri isə birinci pilləni keçərlər.Və heç də yaxşı qarşılanmadiqları ,gələcəkdə min bir əziyyətlə tənəffüs edəcəkləri dünyaya göz açarlar.

       Kiçik qadın.Olmazlar çərçivəsində,qapalı həyat şəraitində,qardaşından xeyli fərqli olaraq böyüyər kiçik qadın.Böyüdükcə görər qardaşının etdiyi hərəkətlərin ona qadağan olunduğunu,qardaşının dostları ilə tez-tez görüşüb ,onun görüşmədiyini, hətta bəzi ailələrdə qardaşının sevilib onun sevilmədiyini görər qadın.

        Yavaş-yavaş böyüyər kiçik qadın. Böyüdükcə görər,hiss edər necə də çox fərqləndiyini.Böyüdükcə qəmi artar, qorxusu artar.Sən də bilirsən nə demək istədiyimi, sən də bilirsən qadına qoyulan olmazlar çəpərini.Hər bir şeyi qoy bir kənara “Qızını döyməyən , dizini döyər ” ata sözü ilə böyüyən bir xalqıq.

        Qadının başına nə gəlmədi ki bu dünyada? Ana bətnində abort olunmağındanmı danışım , atası , qardaşı, əri tərəfindən  ata sözündə deyildiyi kimi döyülməyindənmi danışım, yüksək səslə güldü deyə qınaq obyekti olduğundan, yoxsa ən ürək yandırıcı tək hansısa yerə getməkdən qorxmasındanmı? Tək olanda təcavüzə məruz qalmaqdan qorxar qadın. Hansı ki hal-hazırda bir çox yerlərdə dəb halını alıb.

            Qadin olmaq qorxudur.Qadın çox şeydən qorxar; əks cinslərin yanında tək qalmaqdan, ona yaxınlaşmasından, kiməsə bağlanmaqdan, tez-tez küçəyə çıxmaqdan, yolda, parkda, küçədə , qaranlıq olduqda öz məhəlləsində tək gəzməkdən qorxar qadın. Əks cinsin əlini tutmaqdan,gözünə baxmaqdan qorxar qadın.

       Hər şeydən qorxar qadın, zərifdir amma bir o qədər də güclü, ağıllı, iradəli. Qadın olmaq sərt qanunlara qarşı mübarizə ilə yaşamaqdır. Qadın olmaq ana, bacı olmaq deməkdir.

        Qadının sevgiyə ehtiyacı olur. Ata, qardaş, həyat yoldaşı sevgisinə. Qadın həmişə yanında kiminsə olmağını istər amma öz dünyasında o həmişə təkdir. Həyat mübarizələrini həmişə tək aparar, tək savaşar maneələrlə.Qadın olmaq incə ruhun , güclü iradənin, çoxluqda tək olmağın, şayiələrin nə demək olduğunu dərk etməkdir.

        Qadın olmaq hətta əri tərərfindən şiddətə məruz qalmaq,və ailəsi dağılmasın deyə buna da göz yummaqdır. Həyatda bir səhfi belə bağışlanmayan, günümüzə qədər şiddətə məruz qalan qadın.

        Biz görəsən nəyə görə qadına bu qədər hörmətsizlik edirik? Onun  arzularını , cəsarətini, şənliyini əlindən alırıq. Uşaqlara həmişə qadına verdiyimiz tələbləri öyrətdik, amma oğlumuza heç bir tələb qoymadıq. “Qadına hörmətlə yanaş,qoy qadın qısa ətək geysin, tərbiyəsi yerində olmasın, sən ona hörmət et, səhvi olanda səbrlə başa sal, güc göstərmə.” demədik. Biz həmişə qadını qinaq obyektinə çevirdik. Halbuki qadın necə də zərif, incə, saf düşüncəli şəxsdir. Dində dedilər ki , “ cənnət anaların ayaqları altındadır”. Ona hörmət et, amma biz onları ayaqlar altına saldıq. Allah kişini qadına nisbətən gülü yaratdı, onu qorusun , sevsin, dayaq olsun deyə. Amma kişilrin çoxu bu gücü onlara əziyyət verməklə işlətdilər.

        Qadın hər şeydən qabaq anadır.Səni bətnində daşıyar, nəfəsi nəfəsin, bədəni bədənin, hissləri hisslərin olar. Onunla qidalanarsan, yaşadar səni bütünüylə. Dünyaya gətirər  hamidan çox sevər. Fədakarlıq edər, sənin sevincini öz sevincindən üstün tutar. Ananın bişirdiyi yeməkləri sevərsən, qoxusunu sevərsən, sevgisini sevərsən. Neçə yaşın olur-olsun ana qayğısına , ana sığalına ehtiyac duyarsan.

        Yoldaşdır qadın , ailəsinə və ərinə sadiqdir. Səni sevən, mərhəmətinə, sevginə möhtac olan qadin, öz mərhəmətini, isti sevgisini , əziyyətini də əsirgəməz səndən. Öz incəliyini ,zərifliyini göstərər sənə. Bəzən naz edər bəzən nazını çəkər.Ailə edər səni və səninlə qürurlanar, dayağı bilər.Sənə övlad verər , səni də öz övladı kimi sevər, eyni sevgini səndən də tələb edər. Bəlkə çox danışar deyingən olar, qeybət edər, çox şeyi bəyənməz,kindar olar amma sinəsində saxladığı qəlbi bir gülümsəmə qədər saf , bir çiçək kimi zərif olar. Həmişə səndən xoş söz gözləyər.

         Qadın həm saf bir mələk, həm də yavalı şeytandır.Neçə müharibələr oldu qadın üstündə, neçə qardaşlar düşmən oldu bir- birinə, qadına görə neçə yuvalar dağıldı, nə qeybətlər etdilər qadınlar. Neçə yalanlar danışdılar.

          Çünki sıxıldılar. Seçilməkdən sıxıldılar. Neçə qız uşağı təhsilindən geri qalır. Çünki qız oxumaz çox bilsə əgər ərinin üzünə qayıdar.Neçə azyaşlı qız uşağı daha  qadın olduğunu dərk etmədən ərə verildi. Neçə qız uşağı uşaqlığını yaşamadan, qadınlığını yaşadı. Bəzən də yaşaya bilmədi. 9 yaşında 40 yaşlı kişiyə ərə verildiyi üçün intihar edənlər, orqanizmi dözməyib ölənlər, 10 yaşında ana olanlar, bütün ömrü boyu bu əzabla yaşayanlar oldu. Yol getdikdə əks cinsin təcavüzünə məruz qaldılar. Və neçə belə ağla gəlməyən eybəcərliklər gördü qadın və sıxıldı. Qeybət etdi, yuva dağıtdı və s. Əzab gördü, əzab verdi.

          Sevgi oldu qadın, gözəllik oldu. Həmişə cəmiyyət tərəfindən gözəl olmağı, tərbiyəli, namuslu, danışığını bilən biri olmağı tələb edildi. Amma belə münasibət göstərilmədi qadına. Həmişə günah qadında axtarıldı. Tənqid olundu , vəhşicəsinə yanaşıldı, fiziki güc  göstərdilər və hətta siz bunu oxuduqda neçə qadın əri, qardaşı , atası tərəfindən işgəncəyə məruz qalır. Üzü , bədəni göyərib , ömür boyu bədənində bu izi daşıyacaq. Bəziləri də həyatlarını dəyişdi. Bu işgəncəyə dözə bilmədi.

         Qadın olmaq bax budur əziz oxucum. Bütün müsbət keyfiyyətlər ondan tələb olunar, ancaq həmişə mənfilərlə qarşılaşar.

         Bu məqalə qadınlar günü münasibətilə yazılıb. Sən söylə. Qadın olmaq bir bayramdır? Qadın olduğunuz üçün sizi təbrik edim?

 

                                                               Azərbaycan dövlət PEDODOJİ UNİVERSİTETİ.

                                                            Psixologiya ixtisası uzrə III kurs tələbəsi

                                                                Rəsulova Kəmalə

Go Back

O yerdə ki, qadına bir insan kimi hörmət yoxdur, orada mən də yoxam - TURAC AĞAYEVA

11-03-2016

                                     

Qoyulan bu 3 nöqtədə nələrin əks olunduğunu tək qadınlar deyə bilər. Bəlkə də,  deyə bilməzlər.  Çünki “ Qadın olmaq ” ifadəsində sonsuz mətləblər gizlənib. Xalq şairimiz S.Vurğun demişdir:

Bu qoca dünyada bir adət də var,

Qadın olan yerdə ədalət də var.

         Həqiqətən də,  bu belədir. Milli- mənəvi dəyərlərimiz içərisində belə bir dəyər var.Əgər dava- dalaş olan yerdə qadın öz örpəyini yerə atardısa davaya son qoyulardı. Bu qadına olan hörmətdən irəli gəlir. Lakin təəssüflər olsun ki, o dövrdən bu dövrə o qədər dəyişikliklər baş verib ki, qadının örpəyini tapdalayıb keçənlərin sayı həddən artıq artıb. Nəinki tapdalamaq hətta son zamanlar qadına qarşı zorakılıqların sayı ölçülməz dərəcədədir. Romantik cərəyanımızın nümayəndəsi H.Cavid qadını  günəşə bənzədib. Qadınsız ölkənin tez məhv olub zavallı qaldığını qeyd etmişdir. Qadın bəşəriyyətə ana və ilk tərbiyəçidir. Qadın olmasa nə şair olar, nə qəhrəman, nə prezident, nə də heç kim. Allahdan sonra ikinci yaradıcı qadındır. Qadın o qədər incə və zərif məxluqdur  ki, onu gül yarpağı ilə də vurmaq olmaz.

                      Hüququndan söhbət aç, bir az söylə, ey qadın!

                     Ağır zəncirləri qır, düşsün dillərə adın.

Qadınlarla keçirdiyim kiçik bir sorğunu qeyd edim. Ümumiyyətlə, qadınların fikri hər zaman məndə maraq oyadıb. Məhz buna görə dəfələrlə fərqli zamanda, fərqli məkanda  onlardan aldığım təəssüratlar fərqli idi. Qadın nə istəyir? Qadın nədən məhrumdur? Hüquqlar bərabərdirmi? Bu tipli sualların fərqli və maraqlı cavabları oldu.

Qadın nə istəyir?- sualına bir çox qadınlar diqqət, nəzakət və problemlərin həllinə əks cinslə bərabər sinə gərmək istədiklərini söylədilər. Əminəm ki, bu sualı xarici ölkə vətəndaşlarının qadınlarına ünvanlamış olsaydıq əksəriyyəti fərqli cavab verəcəkdilər. Çünki Azərbaycan qadını ilə heç bir ölkənin qadını müqayisə oluna bilməz. Ona görə ki, hər addımında yasaq, hər addımında  qınaq və “sən qadınsan” dırnaqarası frazası daima Azərbaycan qadınını təqib edir və qadında özünə inamı öldürür.Üstəlik bizdə qadına aid bir çox yazılmamış qanunlar var. Bütün ev işlərini xanımlar görməlidir, uşaqların tərbiyəsi ilə qadın məşğul olmalıdır və bir çox saymaqla bitməyən qanunlar. Bütün bu cəmiyyətin qadına qarşı olan tələblərinə sinə gərən Azərbaycan qadınıdır. Uzaq keçmişimizdə “ Kitabi-Dədə Qorqud “ dastanında Əzrayıl Dəli Domrulun canını almağa gələndə qadını Dəli Domrulun yerinə öz canını almağı istəyir. Budur Azərbaycan qadını.Belə faktlarlar çoxdur Nizami Gəncəvinin         “ Xosrov və Şirin ” poemasında həyat yoldaşı Xosrovun öldüyünü eşidən türk qızı Şirinin özünü öldürməsi də buna sübutdur. Çox uzağa getməyək İlhama görə özünü öldürən Fərizə …

Erkək tinətliyəm, olsam da qadın,

Hər işi bəllidir mənə dünyanın.

Mən də bir erkəyəm düşünsən bir az,

Aslanın erkəyi dişisi olmaz!

 Bizim Nüşabə, Sara Xatun , Tomris kimi kişilərə sözün yaxşı mənasında nümunə olan mübariz qadınlarımız da  həddən artıq çoxdur.

 Şeyx Şamilə Çar Nikolay sual verir ki, sənə hamı niyə bu qədər hörmət edir? Sən gələndə niyə hamı ayağa qalxır? Cavabında məşhur inqilab başçısı deyir ki, ilk öncə mən evə daxil olanda qadınım ayağa qalxardı. Bunu görən bacım, qardaşım da bu ənənəni davam etdirdilər. Sonra bütün xalq. Bu gün bu hörməti  mən həyat yoldaşımın timsalında qazanmışam. Bax, budur qadının hikməti.

Ey qadın, mənbeyi- nəzakətsən,

Sən təcəssüm edən lətafətsən.

Qadın anadır , bacıdır, nənədir, xaladır, həyat yoldaşıdır. Məhəmməd  peyğəmbər demişdir:

“ Cənnət anaların ayaqları altındadır.”

                   Adın şərəflidir sənin, ey qadın,

                   Dahilər anası çağrılır adın.

Dahi şairimiz Məhəmməd Hüseyn Şəhriyarın anası Kövkəb xanım kimi övladlarını ən böyük xəstəliklərdən qurtarmağı bacaran analar hər cür hörmət və izzətə layiqdirlər. Şair anası haqqında nahaq yerə deməmişdir:

         …Mən onun sayəsində boya-başa çatmışam,

             Anam məni yaratmış, mən aləm yaratmışam.

Qadına münasibət – namusun, vicdanın, təmizliyin, nəcibliyin çox incə ölçü cihazıdır. Qadın hətta o qədər böyük gücə malikdir ki, onun müdrikliyi və dəyanəti kişidə  namusluluq tərbiyə edir.

Yazımı N.Q. Çernışevskinin sözləri ilə qurtarmaq istəyərdim. “ O yerdə ki, qadına bir insan kimi hörmət yoxdur, orada mən də yoxam. ”

TURAC AĞAYEVA

Go Back

20 nəticə göstərilir