Payızın son çağlarıdır. güclü yağış yağır.axşam çağıdır,hava artıq qaralmağa dogru gedir.Həmidə çiynində şərf köhnə evin dəhlizində oturub,gözlərini navalçadan süzən yağış damcılarına zilləmişdi.Dərin xatirələrə dalmış qadının sanki ruhu bədənindən ayrılmış,həmin xatirələrin ardı ilə uzun illərin səhifələrini vərəqləyir.Damdan süzən yağış onun ayaqları altında kiçik gölməçə yaratmışdı.Ancaq o, nə damcı səsini eşidir,nə də ayaqları altındakı soyuq suyu hiss edirdi.Xatirələri onu 27 il əvvələ, onun gənclik illərinə aparmışdı.-O yenicə ali məktəbə qəbul olmuş və bunun sevincini yaşayırdı.İki gün idi ki,yay tətilini keçirmək üçün Kəlbəcər rayonunun ucqar kəndlərindən birinə,qohumları evinə qonaq getmişdi.Ailəsi ilə hələ bir neçə gündə burada qalası idilər.yayın gözəl günlərində hələ gəzməli,görməli o qədər yer var idi ki,...Həmidə səhər tezdən qızlarla birlikdə bulaqdan su gətirməyə getmişdi.O, gah çiçəklərdən dərir,gah da uçan kəpənəklərin ardı ilə qaçırdı.Getdikcə qızlardan uzaqlaşır,qayaların arxasına keçir,kəpənəyi tutmağa çalışırdı.Qızlar onu çağırır
-Həmidə! Gəl evə qayıdırıq.Anam bizi gözləyir axı!
-Siz gedin! Mən bir azdan gələrəm.
Uzaqdan,daşların üstündə oturub bayaqdan Həmidəni izləyən Cabirin elə istədiyi də bu, Həmidənin yalnız qalması idi.O,axşamdan Həmidəni qonaq olduğu evdə görmüşdü.Həmidə onun çox xoşuna gəlmişdi.Hələ tünd qəhvəyi gözləri,gülüşü onun gözləri önündən getmirdi.Gecə sabaha qədər bu haqda düşünmüşdü.Həmidə mütləq onun olmalı idi.Amma necə? Axı O hələ ali məktəb oxuyası,özüdə ailənin gözünün ağı- qarası tək övladı...
Onuda düşünürdü ki, Həmidəni ona verməzlər.Çünki, O həm Həmidədən 13 yaş böyükdü, həm də ki, Həmidə və onun ailəsi Cabiri tanımırlar.Cabir üçün bir çıxış yolu var idi.O da qızı qaçırmaq.Elə bu fürsət də onun əlinə göydəndüşmə oldu.Həmidə artıq tək qalmışdı.qızlar ondan xeyli uzaqlaşmışdılar.Bircə qıza yaxınlaşmaq, onun fikrini öyrənmək lazım idi.O, elə düşünürdü ki, ola bilsin qız özü onunla razılaşıb öz xoşu ilə getsin.Tez atına minib Həmidənin yanına gəldi.
-Salam gözəl qız necəsən?
-Çox sağ olun yaxşıyam.Deyib:Həmidə ondan uzaqlaşmağa çalışdı.Cabir atdan enərək qızın qolundan tutub-hara gedirsən ir kəlmə sözüm var.
Cabirin kobud görünüşü,üzündəki sərt ifadə,səsinin xırıltılı olması Həmidni qorxuya saldı.Həmidə titrək səslə-buraxın qolumu! Siz neynirsiz?
Cabir düşündü ki,onsuzda Həmidə onunla razılaşası deyil.Yaxşısı heç kəs xəbər tutmamış qızı qaçırmaqdır.Həmidə nə qədər etsə də Cabirin əlindən çıxa bilmədi.Onu məcburi atın üstünə qoyub, qonşu kəndlərdən birinə,dostu evinə apardı.Həmidə onunla evliliyə əvvəlcə razı olmasa da sonradan məc ur qalıb toya razılıq verdi.Elə onun ailəsi də qohumların təkidi ilə bu evliliyə razılıq verdilər.Toydan sonra O, yodaşının ailəsi ilə-ata,ana və qardaşları ilə birlikdə yaşamağa başladılar.Evliliyin ilk həftəsindən onun məşəqqətli günləri də başladı.Şəhərdə öz ailəsi yanında tər bənövşətək bəslənmiş qız, indi böyük bir ailənin içərisinə düşmüş, qaynanası Gülgəz tərəfindən ev işlərin çatdırıb görə bilmədiyi üçün hər gün danlanır, təhqir olunur.Evdə söz-söhbət yarandığına görə əri tərəfində döyülürdü.Gülgəzin digər bəhanəsi isə onu gəlini olaraq qəbul etməməsi idi.Çünki O, öz bacısı qızı Ülkəri Cabirlə evləndirmək istəyirdi.Oğlunun Həmidəni qaçırtması isə planları tamamilə alt-üst etmişdi.Bunun qisasını isə hər dəqiqə Həmidədən alırdı.Günü-gündən Həmidə günəş işığından məhrum bənövşətək solub-saralırdı.Bir neçə ay sonra O, hamilə olduğunu öyrəndi.Bu onun üçün yeganə xoşbəxtlik mənbəyi idi.O, artıq gələcəyə yeni ümidlərlə baxır, övladı ilə keçirəcəyi xoşbəxt günlərin xəyalını qururdu.O, düşünürdü ki, uşaq dünyaya gəldikdən sonra ona olan münasibətdə yumşala bilər.Gülgəz öz kinindən əl çəkərdi.Ancaq Həmidə həyatın ağır sınaqlarının qarşıda olduğundan bixəbər idi.
Vaxt yetişdi və Həmidənin bir qız övladı dünyaya gəldi.Uşağın olmasına yardımçı olan qadın uşağı bələyib:-al qızım bir azdan süd verərsən mən gedi .
-Çox sağ olun allah razı oçsun.Həmidə bu sözləri deyib,övladının üzünə baxa-baxa allahım sənə şükürlər olsun! Övladımı sağ-salamat qucağıma almağı mənə nəsib etdin.Qadını yola saldıqdan sonra Gülgəz evə gəlib, laqeidcəsinə
-ərin evə gəlməmiş o uşağı öldür.Bu sözlər Həmidənin qulağında cingildədi.
O,çaşqın halda:-nəə???
-Dedim ki, uşaq ölməlidi.
O, uşağı sinəsinə bərk-bərk sıxaraq dili topuq çala-çala:-necə yəni...? Niyə...?
-Dedim ki o uşağı öldür.Onsuzda o yaşamayacaq.Ərin gələndə onu oldürəcək sənində halın heç yaxşı olmayacaq.Həmidə hıçqıra-hıçqıra-
Axı....axı...axı niyə? Bu körpə sizə nə edib?
-Ərin evə gələndə niyəsin ondan öyrənərsən.
-Qurban olum xala siz nə danışırsız? Bu körpənin nə günahı var? Öz-özünə allahım bu nə iş idi? Bu nə tilsimdi? Mən heç nə başa düşmürəm. O, dahada hönkürdü.
-Canın çıxardı oğlan doğardın. İndi ki belə oldu çək cəzasın.deyib: Gülgəz çıxıb getdi.
Həmidə uşağı sanki əlindən alırlarmış kimi sinəsinə bərk-bərk sıxaraq-Yox...hönkürə-hönkürə-
-Niyə axı... niyə?? O,bu sözləri öz-özünə deyə-deyə uşağa baxdı.Onun gözləri böyümüş halda çığıraraq cikkə çəkdi.Hönkürtü ilə ağlamağa başladı.Gülgəz səsə tez evə qaçdı. Həmidə uşağı qucaqlayib ağlayırdı.usaq artıq ölmüşdü.Həmidə uşağı sinəsinə möhkəm sıxdığından onun nəfəsi kəsilmişdi.Həmidədə digər qadınlar kimi övlad qatili idi.O,özüdə bilmədən övladını boğaraq öldürmüşdü.
Həmidə çığıraraq-onu.....onu siz öldürdüz...istəyinizə çatdız?? Canilər...qatillər deyə Həmidə ağlayırdı.
O, gah uşağını qucaqlayır, gah da ağlını itirmiş kimi fəryad edirdi.Gülgəz isə laqeidcə ona baxırdı.Çünki bu olanlar ona təsir etmirdi.Onun hisləri artıq ölmüşdü.Onun qəlbi illər öncə daşlaşmış, analıq hissi ilə çoxdan vidalaşmışdı.O, bu kəndin yazılmamış qanunlarına illər öncə kölə olmuşdu.Gülgəzdə ilk qız övladını bu cür öldürmüşdü.Sanki tarix təkrarlanırmış kimi. Eyni hadisənin bənzəri bu ailədə yenidən baş vermişdi. Bu filmə Gülgəz dəfələrlə baxdığı üçün onun qəlbində heç bir titrəyiş yaratmırdı.O,sonradan dünyaya gətirdiyi 3 qız övladlarını isə öz əlləri ilə vedra dolu suya salaraq boğub oldürmüşdü.bu məcbur idi. Başqa çıxış yolu da yox idi.Bundan sonra isə ard-arda 9 oğlan övladı dünyaya gəlmiş, bir dənədə olsun qızı olmamışdı.
Həmin kəntdə belə bir adət var idi ki ilk dünyaya gələn övlad qız olardısa o öldürülməli idi.Bu çirkin vəzifə isə uşağı dünyaya gətirən ananın boynuna düşürdü.Bu kəntdə yazılmamış qanunların qurbanı olan bütün qızların taleyini Həmidənin qızıda yaşadı.daha doğrusu bu tale ondanda yan keçmədi.Burada doğulan ilk qız övladlarının taleyi eyni yazılmışdı.Onlar bu həyata gözlərini tam açmamış o gözlər əbədiyyən qapanmalı idi.Bu yazılmamış qanunlar qarşısında hər kəs,hətta o kiçik körpə belə aciz idi.Həmidə beynində düşünürdü o qız övladı yaşasa da,onunda həyatı anası kimi, taleyi başqaları tərəfindən, özüdə insanlığın nə olduğun bilməyən biriləri tərəfindən yazılacaqdı.O, yalnız cismən yaşayacaq, ruhu isə doğulduğu gün dəfn olacaqdı.
Həmin gün usağı dağın kölgəsində qalan,onlarla körpənin uyuduğu,qızlar qəbristanlığında dəfn etdilər.Onlar bu dünyada günəş işığı görmədən həyata əbədi olaraq gözlərini qapamış,qəbirləri belə daim kölgəli dağın ətəyində,günəş işığından məhrum idi.
Övladının ölümündən sonra Həmidə o evdə,o ailədə yaşaya bilməzdi.Həmidə orada qalmaqla həmin kəndin digər sakinləri kimi,Gülgəz xanım kimi uçurumun dibinə bu cismən yaşayan, ruhlarını şeytana təslim edənlərin içərisinə düşəcəkdi.O da bu qanunlar qarşısında boyun əyərək həyata davam edəcəkdi.Ancaq burada daşlaşmış qəlbləri yumşaldacaq biri olmalı idi.bunu etmək isə heç də asan bir iş deyildi.Artıq Həmidə qarşısına bir məqsəd qoymuşdu.O, bu cəhalətə son qoymalı idi.O,gələcəkdə yeni bir faciənin yaşanmaması üçün, yeni bir ananın qatil olmaması üçün əlindən gələni etməli idi.
Həmidə o ailədən ayrılıb, anasıgilin yanına şəhərə geri döndü.Burada imtahan verib yenidən universtetə daxil oldu.Həmin il ağır yol qəzası nəticəsində ailəsini itirən Həmidə bundan sonrakı həyatına tək,heç kəsin köməyi olmadan davam etdi.O universteti bitirdikdən sonra həmin kəndə qayıdacağını, bu kəntdə yeni məktəb açılmasına kömək olacağını, eyni zamanda insanlar arasında bir müəllim kimi taninacaq.İnsanların gözünü açmağa müvəffəq olacaq.
Ancaq qarabağ münaqişəsi nəticəsində kənd işğal olduğundan kənd sakinləri yeni qəsəbədə məskunlaşmalı oldu.O, universteti bitirib həmin qəsəbədə ana dili müəllimi işləməyə başladı.O,insanlar arasənda münasibəti normala saldı.O, hər zaman qadınlarla söhbət edir, onları səhv yoldan çəkinməyə, ailələrinə, ovladlarına sahib çıxmağa səsləyirdi.Bir müddət sonra ilk qiz övladlarının qətli azalıb, bəzi ailələrdə yaşamalarına icazə verilirdi.Eyni zamanda onlar təhsil ala bilirdilər.
Həmidənin keçmiş həyat yoldaşı Cabir, xalası qızı ülkərlə ailə həyatı qurub.Onunda ilk övladı qız olanda bu halları yenidən yaşayıblar.Ülkər isə övladının yaşaması üçün əlindən gələni edib.O, uşağın yaşamasına çətinliklədə olsa razılıq alıb. Onlar Gülgəzgildən kənarda yaşamağa başlamiş, və sonradanda iki qız övladları, bir oğlu dünyaya gəlib.Onlar sonrakı həyatlarına xoşbəxt şəkildə davam edirdilər. Gülgəzin digər oğlanlarida ailə qurub ayri yarayirdilar. Həyat yoldaşı vəfat etdikdən sonra bir müddət tək yaşayan Gülgəz, ağır xəstəlikdən vəfat edib.
Həmidə ütün həyatını şagirdlərinə həsr etmiş, onların hər uğurundan təsəlli alırdı.
Birdən qapı döyuldü.
-Həmidə müəllimə! Deyə kiçik bir qızcığaz səsi e.idildi.
Həmidə diksinərək sanki yuxudan ayıldı.
-Hə qızım! Xoş gəlmisən gəl içəri.-müəllimə niyə gəlmirsiz? Hər kəs sizi gözləyir axı!
O, hazırlaşıb, qızcığazla məclis olan evə gəldi.
Buradakı yığıncağın səbəbi Həmidənin ilk qız şagirdi, eyni zamanda onun yaşaması üçün min bir əzab əziyyətə dözən Sevda xanım, yəni qızın anası vəHəmidənin əzmi, iradəsi sayəsində sağ qalan Nilufər artıq universtetə qəbul olub.Hər kəs onun sevincini yaşayır.
-Həmidə müəllimə xoş gəlmisən! Keç əyləş deyə sevda yer göstərdi.
-Çox sağ ol ay Sevda gözün aydın.
Qadınlarla görüşüb, Nilufəri yanına çağırdı.
-Nilufər! Qızım! Mənim bir dənəm! İlk baharımız! Səni təbrik edirəm.Həyatda hər zaman üzündə sevinc, gözlərində xoşbəxtlik olsun.Nə yaxşı ki, varsan.
Üzünü qadınlara tutaraq:-əziz xanımlar bur yığışmağımızın səbəbi hər birimizə məlumdur.Sizə demək istədiyim odur ki, sizlərdə özünüzü bu sevincdən məhrum etməyin.Həyatda nə olursa olsun övladlarınızı qorumağı özünüzə borc bilin.İcazə verməyin ki qızlarımızın indiyə qədər yaşadığı bədbəxt hadisələri kimlərsə təkrarlasın.Bu həyatda açılmamış güllərin solmasına bir daha icazə verməyin. İstər oğul, istərsədə qız, hər ikisi övladdı. Bunları bir birindən ayırmaq olmaz.Onlar sizlərin bətnində böyüyən, sizlərin qanından olanlardı.Ərlərinizdən qorxmaq əvəzinə allahdan qorxun çünki,o usaqları sizlərə əmanət olaraq nəsib edir.Sizlərsə bu əmanətə sahib çıxmırsız.
Xanımlar! Bizlərin alnına bir yazı yazılıb ki, o da qadın olmaq...Bu ifadənin altında bizləri nə qədər məsuliyyət və yük gözlədiyini yaxşı bilməliyik.Biz öz həyatımızı cəhənnəmə və əzablara qurban verməklə qadın olmuş deyilik.Sizlər namusunuzla, alın açıqlığı ilə ailənizin şərəfini qorumağa, ərlərinizin hörmətin saxlamağa, onları sevməyə,düzgün, bu həyata xeyirli övlad yetişdirməyə borclusunuz.Ərləriniz çıraq, sizlərsə pərvanəsiz.Sizlərin onlarsız yaşaması çətin,onların isə sizlərsiz heç bir mənası gözəlliyi olmaz.Qadınlar və kişilər bir-biri üçün yaradılıblar.Onları ayrı təsəvvür etmək mənasız olar.Ancaq sizlərin özü üzü və övladlarınızı qurban vermək məcburiyyətində deyilsiniz.Siz cismən deyil, həm də ruhən yaşamalısınız.Çünki, ruh olmadan cismin yaşaması bu həyatda olmamaq deməkdir.Sizlərə son olaraq bir sözüm var.Qatil olmayaq, qadın olaq.
Ad,soyad: Alıyeva Nigar
Sosial status:Azərbaycan pedoqoji unuverstetinin təhsildə sosial psixoloji xidmət ixtisasının tələbəsi